Məhkəmə qərarları › İş №1(060)-241/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-241/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-241/2023 17.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali hərbi təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən xx.xx.2020-ci il tarixli hökm ləğv edilərək CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2019-cu ilin noyabr ayının əvvəllərində tanış olduğu Zərərçəkmiş şəxs1 vəzifədə işləyən qohumunun olması və onun vasitəsilə sonuncunu Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinə gizir rütbəsində işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə 05 noyabr 2019cu il tarixdə ünvan 2 ünvanda yerləşən 3 saylı şəhər kliniki xəstəxanasının 4-cü mərtəbəsində fizioterapiya otağında Zərərçəkmiş şəxs1 3000 manat, bundan sonra vahid niyyətlə davamlı qəsd olaraq 18 dekabr 2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən "Mado" restoranının 2-ci mərtəbəsində Zərərçəkmiş şəxs1 4000 manat olmaqla ümumilikdə 7000 manat pulu alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə bir müddət əvvəl tanış olaraq qeyri-rəsmi münasibətdə və evlənmək ərəfəsində olduğu Sumqayıt şəhəri, 10-cu mkr, Kristal Abşeron, bina 1, mənzil 80-də yaşayan Zərərçəkmiş şəxs2 evində sonuncunun razılığı ilə müvəqqəti olaraq birlikdə yaşayan zaman xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs2 evdə olmadığından istifadə edərək qonaq otağında olan güzgülü şkafın siyirməsində göy rəngli naxışlı karton qutunun içərisindən Zərərçəkmiş şəxs2 məxsus 1 qramının qiyməti 100 manat ümumi 740 manat olan 1 ədəd 750 əyyarlıq 7,4 qram qolbaq, 1 qramının qiyməti 85 manat ümumi 340 manat olan 1 ədəd 585 əyyarlıq 4 qram üzük, 1 qramının qiyməti 85 manat ümumi 484,50 manat olan 1 cüt 585 əyyarlıq 5,7 qramlıq qaşsız sırğanı gizli olaraq talamaqla zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 ümumilikdə 1564,50 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti olmuş, 2016-cı ilin noyabr ayında öz arzusu ilə təxris edilmişdir. Təxris olunduqdan sonra fərdi əməklə məşğul olmağa başlamışdır. Barəsində şikayət etmiş Zərərçəkmiş şəxs1 qardaşı Ağaəli Bayramovu 2018-ci ildən tanıyır. Ağaəli Bayramovla birlikdə Bakı şəhərində yerləşən “Port Baku” yaşayış kompleksində avtoyuma məntəqəsində birlikdə işləmişlər. Ağaəli Bayramovla həmin vaxtdan səmimi münasibəti yaranmışdır. 2019-cu ilin sonlarına yaxın Ağaəli təhsili ilə əlaqədar olaraq Dağıstan Respublikasına getmişdir. 2019cu ilin noyabr ayının əvvəllərində onun pula ehtiyacı olduğundan Ağaəliyə zəng edib ondan borca 7000 manat pul istəmişdir. Ağaəli həmin vaxtı Dağıstanda olduğunu, lakin Bakı şəhərində yaşayan bacısı Əfsanənin vasitəsi ilə həmin pulu ona göndərəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Ağaəli ona zəng edib bacısı Əfsanəyə 7000 manatı ona verməyini tapşırdığını bildirmiş və pulu Əfsanədən götürməyini demişdir. Həmin gün Əfsanə onunla əlaqə saxlamış və onlar Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığındakı “Mado” restoranında görüşməyə razılaşmışlar və Əfsanə ilə qeyd edilən restoranda görüşüb sonuncudan 7000 manat pulu borca götürmüşdür. Sonradan onun maddi imkanı zəif olduğundan borca götürdüyü pulu qaytara bilməmişdir. 2021-ci ilin sonlarında isə Əfsanə onun barəsində polisə şikayət etmişdir. Ağaəlinin onun barəsində dedikləri yalandır. O, Ağaəlinin heç bir sənəd işini həll etməmişdir. Həmçinin Əfsanədən tam olaraq 7000 manat pulu “Mado” restoranında almış, Əfsanədən anasının işlədiyi xəstəxanada 3000 manat almamış, Əfsanənin anasını da görməmişdir. Əfsanəyə hər hansı bir işə düzəlməsi vədini verməmiş, bununla bağlı heç bir iş görməmiş və heç bir tanışına müraciət etməmişdir. Əfsanə onun hərbi formada olduğu və daxili qoşunlarda işlədiyini deməsi barədə düzgün göstərməmişdir, Əfsanə ilə görüşən zaman hərbi formada olmamışdır və ona əvəllər daxili qoşunlarda işlədiyini söyləmişdir. Bundan başqa Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs2 ilə uzun müddətdir ki, tanışdır, İradə əvvəllər onun anasının işlədiyi Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən uşaq poliklinikasında laborant işləmişdir. İradə ilə təsadüfən rastlaşanda hal-əhval tuturmuşlar. 2022-ci ilin sentyabr ayının əvvəllərində İradə ilə münasibət qurmaq qərarına gəlmiş, İradənin mobil nömrəsini anasının mobil telefonundan götürüb əlaqə saxlamış, onu sevdiyini və ailə qurmaq istədiyini, fikrinin ciddi olduğunu, onlara elçi göndərəcəyini, ev alıb ayrıca ünvanda yaşayacaqlarını demiş, İradə əvvəl tərəddüd etsə də, bir müddətdən sonra onunla razılaşmış və bundan sonra münasibət saxlamağa başlamışlar. İradə ilə münasibət saxlamağı barədə öz valideynlərinə deməmiş, düşünürmüş ki, onu düzgün anlaya bilməzlər, İradənin yaşca ondan böyük olmağına, əvvəllər ailəli olub boşandığına görə razı olmazlar. İradəyə isə anasının buna razı olmadığını, ona qarşı qəzəbli olduğunu, lazım gələrsə özü tək onlara elçi gələcəyini demişdir. İradə ilə dini kəbin kəsdirmiş və nikah üçün tibbi analizlər vermişlər. Arabir İradənin yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal Abşeron, bina 1, 80 saylı mənzilinə də gədib gəlmişdir. 2022-ci ilin oktyabr ayının sonlarında evdə valideynləri ilə ailədaxili mübahisə baş verdiyindən paltarlarını götürüb evdən çıxmış, sonra İradəyə zəng edərək evdə valideynləri ilə problem olduğunu deyərək görüşmüş, İradə çöldə qalmasın deyə yeni evlərinə köçənə kimi evində müvəqqəti yaşamağa razılıq vermişdir. O da İradənin evində qalıb yaşamağa başlamış, İradə də öz işlərinə gedib gəlirmiş. İradənin istifadə etdiyi qzıl-zinyət əşyalarını evdə qonaq otağında olan güzgülü şkafın siyirməsində saxladığını görmüşdür. xx.xx.2022-ci il tarixdə günorta saatlarında İradənin evində tək olmuş, maddi sıxıntılarına görə pul lazım olduğundan, İradənin qızıl-zinyət əşyalarından həmin şkafda olan göy rəngli naxışlı karton qutuda olan qızıl-zinyət əşyalarından 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğa götürüb evdən çıxmışdır. Qərara gəlmişdir ki, oğurladığı qızılları lombarda girov qoyub pul götürsün, gələcəkdə pulu olsa geri götürər. Sumqayıt şəhəri, 2-ci mikrorayon Sülh küçəsində yolun kənarında yerləşən "Vip" lombarda şəxsiyyət vəsiqəsini təqdim edərək 1 cüt sırğanı 280 manata girov qoyub pulu götürmüşdür. Həmin gün İradə evdə olanda qızılların oğurlandığını bilməmişdir. Özündə qalan oğurladığı 1 ədəd qızıl qolbağı və 1 ədəd qızıl üzüyü isə xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri 34-cü məhəllə, Sülh küçəsində yerləşən digər "Vip" lombardına gedib vəsiqəsini təqdim edərək ümumilikdə 700 manata girov qoyub pulu götürmüş, lombarddan aldığı girov qəbzini gödəkçəsinin cibində saxlamışdır. Əldə etdiyi pulu özünə və İradə ilə birlikdə gəzməyə gedəndə xərcləmişdir. Bir neçə gündən sonra İradə evdə güzgülü şkafda saxladığı qızıllardan 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğaların olmadığını deyəndə o, bu barədə xəbəri olmadığını, ola bilsin harasa qoyub yaddan çıxardığını demişdir. Bir neçə gündən sonra İradə demişdir ki, onun gödəkçəsinin cibindən qızılların girov qəbzini aşkar etmişdir və həmin qəbzin fotoşəklini ona votsapla göndərəndə o, həmin qızıl-zinyət əşyaları oğurladığını etiraf etmiş və qızılları qısa müddətə qaytaracağına söz vermişdir. Düşünürmüş ki, haradansa pul tapa bilər. Lakin pul tapa bilməmiş, sonra hər iki lombarda gedib aylıq faizləri verə bilməyəcəyini deyərək girov qoyduğu qızıl-zinyət əşyalarından imtina etmişdir. Bir neçə gündən sonra İradə onu evinə buraxmamış, İradənin ona qarşı fikri dəyişmiş, İradəni ələ almağa və görüşüb barışmağa çalışsa da alınmamış, ondan qızıllarını tələb etmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:50 radələrində İradənin yaşadığı məhəllədə olan zaman Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis işçiləri onu saxlayıb barəsində olan şikayətlə bağlı bölməyə dəvət etmişlər və orada İradənin onun barəsində şikayət etdiyini bilmişdir. Zərərçəkmiş şəxs1 dəymiş zərərdən 3000 manatını ödəmiş, Zərərçəkmiş şəxs2 ödənilməmiş 500 manat zərər qalmışdır. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2016-cı ilin avqust ayından 2019-cu ilin avqust ayına qədər Azərbaycan Respublikası DİN-nin DQ-nin “N” saylı hərbi hissəsində MAHHXHQ kimi atıcı əsgər vəzifəsində xidmət etmişdir. 2019-cu ilin avqust ayında müqavilə müddəti başa çatdığından tərxis edilmişdir. 2019-cu ilin noyabr ayının sonlarında qardaşı Ağaəlinin sənədlərini onun istəyi ilə əvvəllər onunla avtoyuma məntəqəsində birlikdə işləmiş Emin adlı şəxsə vermək üçün anasının işlədiyi Sabunçu rayonunda yerləşən 3 saylı şəhər kliniki xəstəxanasında Eminlə görüşüb sənədləri ona vermişdir. Həmin vaxt Emin hərbi formada olmuşdur. Emindən harada işlədiyini soruşduqda Emin hal-hazırda daxili qoşunlarda işlədiyini söyləmişdir. Eminə əvvəllər Daxili Qoşunlarda xidmət etdiyini, müqavilə müddəti başa çatdığından xidmətini davam etdirmədiyini, buna baxmayaraq, yenidən Daxili Qoşunlarda xidmətə qəbul olunmaq istədiyini bildirmişdir. Söhbət zamanı Emin dayısının yüksək vəzifədə xidmət etdiyini, əgər istəsə həmin qohumunun vasitəsi ilə onun yenidən Daxili Qoşunlarda xidmətə qəbul olunmağında ona köməklik edə biləcəyini, Daxili Qoşunlarda xidmətə qəbul olunmaq 8000 manata başa gəldiyini, lakin, o, əvvəllər Daxili Qoşunlarda xidmət etdiyindən qohumunun vasitəsi ilə onu bir qədər ucuz qiymətə, yəni 7000 manata yenidən xidmətə qəbul etdirə biləcəyini bildirmişdir. Emindən onu hansı xidmət növünə qəbul etdirə biləcəyini soruşduqda, onu Daxili Qoşunların baş idarəsinə gizir kimi işə düzəldəcəyini, dayısı yüksək vəzifəli şəxs olduğundan öz nüfuzundan istifadə edib onu rahatlıqla xidmətə qəbul etdirə imkanın olduğunu bildirmişdir. Emini bir neçə dəfə hərbi formada gördüyündən hərbi qulluqçu olduğunu zənn etmişdir. Həmçinin Emin çox inandırıcı danışdığından onun dediklərinə inanmışdır. O, bu barədə valideynlərinə danışdıqdan sonra atası Adıgözəl Eminlə telefonla danışmış, Emin onun atasına da onu xidmətə qəbul etdirə biləcəyi ilə bağlı danışıb inandırmışdır. Bundan sonra, onlar bir neçə dəfə də Eminlə danışmışlar, Emin hər dəfə özündən tam əmin şəkildə onlarla danışıb, onu xidmətə qəbul etdirə biləcəyini demiş. 2019-cu ilin noyabr ayının əvvəllərində Emin ona zəng edib onun işini danışıb həll etdiyini, ilin sonu olduğuna görə təcili olaraq lazım olan pulu çatdırmalı olduğunu, qısa müddətdə xidmətə qəbulla bağlı əmrimin imzalanacağını bildirmişdir. O isə hazırda 3000 manat pulu olduğunu bildirmiş, Emin isə onunla razılaşıb bildirmişdir ki, ilk olaraq ona 3000 manat versin, qalan 4000 manat pulu isə əmri imzalana yaxın, yəni 2019cu ilin dekabr ayında verər. O, razılaşıb 05 noyabr 2019-cu il tarixdə anasının işlədiyi Sabunçu rayonunda yerləşən 3 saylı şəhər kliniki xəstəxanasında anasının iş otağında Eminlə görüşmüş və anasının yanında Eminə 3000 manat pul vermişdir. Emin pulu ondan alıb hansısa tanışına verəcəyini və onun xidmətə qəbulla bağlı işlərini qısa müddətdə həll edəcəyini bildirmişdir. Həmin müddətdən sonra, yəni 05 noyabr 2019-cu il tarixdən 18 dekabr 2019-cu il tarixədək o, eləcə də valideynləri mütəmadi olaraq Eminlə əlaqə saxlayıb işinin nə yerdə olduğunu soruşurmuşlar. Emin də hər dəfə işlərin qaydasında olduğunu, yaxın müddətdə xidmətə qəbulla bağlı əmrin olacağını bildirmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Emin onunla əlaqə saxlayıb pulun qalanını da verməli olduğunu, yaxın müddətdə əmrin olacağını bildirmiş və 18 dekabr 2019-cu il tarixdə Eminlə Nərimanov rayonu ərazisində yerləşən “Mado” adlı restoranda görüşməyə razılaşmışlar və orada Eminlə görüb 4000 manat pulu ona vermişdir. Emin 10 yanvar 2020-ci il tarixədək xidmətə qəbulla bağlı əmri olacağına və DİN-in DQ-nin Baş İdarəsində gizir rütbəsi ilə işə başlayacağına söz vermişdir. Lakin Eminin dediyi vaxtda onun xidmətə qəbulu ilə bağlı heç bir əmr olmamışdır. O, Eminlə əlaqə saxlamaq istədikdə Emini tapa bilməmişdir. 2020ci ilin mart ayınadək Eminlə bir neçə dəfə əlaqə saxlaya bilsə də, Emin hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 2020-ci ilin mart ayından sonra isə Eminlə ümumiyyətlə əlaqə saxlaya bilməmişdir. Eminin onu aldatdığını başa düşdükdən sonra polisə şikayət etmişdir. Araşdırma müddətində Emin ondan aldığı pulun bir qismini, yəni 7000 manatdan 3000 manatını qaytarmış, qalan 4000 manat pulunu isə qaytarmamışdır. Məhkəmədən qanuna uyğun qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal ünvan 4 ünvanda özünə məxsus evdə yaşayır. Təqsirləndirilən şəxs 10 ildən artıqdır ki, tanıyır, əvvəllər Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən uşaq poliklinikasında laborant işləyərkən Eminin anası Xuraman onun iş yoldaşı olmuş, Emini anası Xuramana görə tanımışdır. Laborant işindən çıxdıqdan sonra da Xuramanla əlaqəsi olmuşdur. 2022-ci ilin sentyabr ayının ortalarında Emin onun mobil telefonuna yazıb onunla evlənmək istədiyini bildirdikdə o, rədd cavabı vermişdir. Lakin sonradan Emin təkidlə onunla əlaqə saxladığından onu sevdiyini, ciddi fikirdə olduğunu, onlara elçi gələcəklərini, ev alıb ayrıca ünvanda yaşayacağına söz verdiyindən razılığın almış və münasibətləri yaranmışdır. İlk vaxtı Emin anasının onların ailə qurmasına razı olmadığını, anasını razı saldıqdan sonra onlara elçi göndərəcəyini, ona qarışmamasını, özü bu işi həll edəcəyini demiş, o da Eminlə münasibəti barədə öz valideynlərinə bildirmiş, Emin də özü onlara gəlib valideynləri ilə görüşmüşdür. Bundan sonra dini kəbin kəsdirmişlər, Emin onun evinə də gəlib getmiş, münasibətləri normal olmuş, Emin özlərinə yeni ev alıb oraya köçəcələrinə dair vədlərə inanmış, nikaha daxil olmaq üçün tibbi analizləri də vermişlər. 2022-ci ilin oktyabr ayının sonlarında Eminlə görüşən zaman ona evdə valideynləri ilə mübahisə etdiyi üçün evdən qovulduğunu demiş, o da Emin çöldə qalmasın deyə yeni evlərinə köçənə kimi müvəqqəti onunla yaşaması üçün evinin açarını Eminə vermişdir. Emin təxminən 1 həftə müddətində onun evində qalıb birlikdə yaşamışlar. Həmin müddətdə xx.xx.2022-ci il tarixdə səhər saatlarında evdə qonaq otağında olan güzgülü şkafın siyirməsində göy rəngli naxışlı karton qutuda saxladığı qızılzinyət əşyalarına baxanda oradan 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzüyü və 1 cüt qızıl sırğanın olmadığını görüb bu barədə həmin vaxtı evdə olan Emindən soruşmuş, Emin xəbəri olmadığını, ola bilsin harasa qoyub unutduğunu söyləmişdir. Buna baxmayaraq o, Emindən şübhələnsə də biruzə verməmiş, çünki Emindən başqa evində şəxs olmamışdır. Ertəsi gün Emindən xəbərsiz onun gödəkçəsinin ciblərini yoxlayanda Eminin "VİP" lombarda girov qoyduğu 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl üzük barədə girov qəbzini görüb bilmişdir ki, qızıllarını Emin oğurlamışdır və həmin qəbzin şəklini öz mobil telefonuna çəkmiş, lakin bu barədə Eminə bildirməmiş, aralarında olan pərdəni götürmək istəməmiş və bir neçə gündən sonra isə Emini daha evə buraxmamışdır. Bundan sonra Eminə həmin girov qəbzi barədə bildirmədən qızıllarını götürüb-götürmədiyini soruşmuş, Emin boynuna almamış, sonda girov qəbzi barədə Eminə deyib onun mobil telefonuna göndərdikdə Emin məcbur qalıb etiraf edərək evindən oğurladığı qızılları lombarda girov qoyduğunu və əldə etdiyi pulu özünə xərclədiyini bildirmişdir. Eminə qızıllarını qaytarması üçün möhlət vermiş, Emin qısa müddətə qaytaracağına söz versə də, hər dəfə müxtəlif bəhanələr gətirirərək onu aldatmışdır. Eminin onun qızıllarını qaytarmaq niyyətində olmadığını görüb xx.xx.2022-ci il tarixdə onun barəsində polisə şikayət etmişdir. Həmin qızılları təxminən 8 il əvvəl xatırlamadığı qiymətə almış, qızılın hazırki çəkisinə görə ona ümumilikdə təxminən 1800 manat ziyan dəymişdir. Göstərdiyi qızıl-zinyət əşyalarından başqa evində heç bir əşya oğurlanmamışdır. Hazırda ona ödənilməmiş 500 manat zərər qalmışdır. Məhkəmədən qanunauyğun qaydada ciddi cəza tədbiri görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 05 noyabr 2019-cu il tarixdə onun işlədiyi Sabunçu rayonunda yerləşən 3 saylı şəhər kliniki xəstəxanasında onun iş otağında qızı Əfsanənin Təqsirləndirilən şəxsla görüşmüş və onun yanında Daxili Qoşunların baş idarəsinə gizir vəzifəsinə işə düzəlməsi üçün Əfsanə Eminə 3000 manat pul vermiş, Emin Əfsanədən pulu alan zaman həmin pulu Əfsanənin xidmətə qəbulu ilə bağlı hansısa tanışına verəcəyini bildirmişdir. 05 noyabr 2019-cu il tarixdən 18 dekabr 2019-cu il tarixədək Əfsanə, eləcə də onlar mütəmadi olaraq Eminlə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuşlar, Emin də hər dəfə işlərin qaydasında olduğunu, yaxın müddətdə xidmətə qəbulla bağlı əmrin olacağını bildirmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Emin Əfsanə ilə əlaqə saxlayıb pulun qalanını da verməli olduğunu demiş, 18 dekabr 2019-cu il tarixdə X6 rayonu ərazisində yerləşən “Mado” adlı restoranda görüşüb Eminə 4000 manat pulu vermiş və Emin 10 yanvar 2020-ci il tarixədək xidmətə qəbulla bağlı əmri olacağını və DİN-in DQ-nin Baş İdarəsində gizir rütbəsi ilə işə başlayacağını söz vermiş, lakin Eminin həmin müddətdən sonra verdiyi vədə əməl etməmiş, müxtəlif bəhanələr gətirərək Əfsanəni aldadaraq ümumilikdə 7000 manat pulunu ələ keçirmişdir. Əfsanə Emin barədə polisə şikayət etdikdən sonra araşdırma zamanı Eminin Əfsanədən aldığı 7000 manat puldan 2800 manatı qaytarmış, 4200 manat pulu isə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 Adgözəl qızı onun bacısıdır. Təqsirləndirilən şəxs isə 2019-cu ilin sonlarından tanıyır. Eminlə münasibəti yaxşı olsa da hər hansı ailə münasibətləri olmamışdır. Eminlə sadəcə təxminən 2 həftə Bakı şəhərində yerləşən “Port Baku” yaşayış kompleksində avtoyuma məntəqəsində birlikdə işləmişlər. Bundan sonra o, həmin iş yerindən çıxmışdır. Emin ondan heç vaxt pul istəməmiş, o da Eminə heç vaxt borca pul verməmişdir. 2019-cu ilin noyabr ayında o, Dağıstan Respublikasında olarkən onun xatırlamadığı sənəd işləri olmuş, bu səbəbdən Eminlə əlaqə saxlayıb həmin sənəd işini həll etməsini xahiş etmişdir. Bunun üçün o, Eminə onun bacısı Əfsanə ilə görüşməsini, Əfsanədən həmin sənədləri götürüb onun dediyi yerə aparmasını demişdir. Bundan sonra Eminlə yenədə telefonla danışmağa davam etmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Bakı şəhərinə qayıtdıqda bilmişdir ki, Emin onun bacısı Əfsanənin etibarından sui-istifadə edib aldadaraq işə düzəldəcəyinə dair yalandan vədlər verib Əfsanədən ümumilikdə 7000 manat pul almışdır. O, mütəmadi olaraq Eminlə əlaqə saxlayıb pulu tələb etdikdə Emin hər dəfə müxtəlif bəhanələr deyib pulu tez bir zamanda qaytaracağını demişdir. Təqsirləndirilən şəxs ondan borca pul istəməmiş, istəsə belə Eminə həmin məbləğdə pulun verilməsinə icazə verməzdi. Çünki Eminin pul barədə düzgün adam olmadığını işlədiyi müddətdə hiss etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, "Vip" lombardında operator işləyir. xx.xx.2022-ci il tarixdə saat 16:40 radələrində lombarda bir cavan oğlan gəlib özü ilə gətirdiyi 1 cüt sırğaları girov qoyub pul götürmək istədiyini bildirmiş, o, həmin 1 cüt sırğaya baxıb yoxlayaraq 585 əyyarlı qızıl olduğunu görmüş və elektron tərəzidə çəkib çəkisinin 5,7 qram olduğunu, həmin tarixə uyğun 585 əyyarlı qızılın qramının lombard qəbul qiymətinin 49,12 manat hesablanmaqla ümumi 280 manat qiymətində olduğunu bildirmiş, həmin şəxs qiymətin onu qane etdiyini bildirərək öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, bundan sonra həmin şəxs, yəni Təqsirləndirilən şəxs ilə girov müqaviləsi bağlayaraq 280 manat pulu girov biletinin surəti ilə birlikdə özünə vermişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs lombarda gələrək girov qoyduğu 1 cüt qızıl sırğanın pulunu ödəyə bilməyəcəyini və girovdan imtina etdiyini bildirmiş, o da Eminə girov qoyulan 1 cüt qızıl sırğanın həmin tarixə satış qiymətinin 280 manat təşkil etdiyi üçün əlavə pul ödənilməyəcəyini bildirmiş, Emin etiraz etməmiş və qeydiyyat kitabında bu barədə öz imzası ilə təsdiq etmişdir. Eminin girov qoyduğu 1 cüt qızıl sırğanın oğurluq olması barədə onun məlumatı olmamışdır, Emin maddi vəziyyətinə görə satdığını bildirmişdir, Eminin danışığı və hərəkətləri heç bir şübhə yaratmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, təxminən 8 ildir ki, Sumqayıt şəhəri, 34-cu məhəllə, Sülh küçəsində yerləşən "Vip" lombardında operator işləyir. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində lombarda bir cavan oğlan gəlib özü ilə gətirdiyi 1 ədəd qolbaq və 1 ədəd üzük girov qoyub pul götürmək istədiyini bildirmiş, o, həmin şəxsdən gətirdiyi əşyalara baxıb yoxlayaraq qolbağın 750, üzüyün isə 585 əyyarlı olduğunu görmüş və ayrı-ayrılıqda elektron tərəzidə çəkib 1 ədəd qızıl qolbağın 7,4 qram, 1 ədəd qızıl üzüyün 4 qram olduğunu, həmin tarixə uyğun 750 əyyarlı qızılın qramının lombard qəbul qiymətinin 68 manat hesablanmaqla qızıl qolbaq 503 manat qiymətində və 585 əyyarlı qızılın qramının lombard qəbul qiymətinin 49,25 manat hesablanmaqla qızıl üzüyün 197 manat qiymətində olmuş, o, həmin şəxsə gətirdiyi 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl üzüyün ümumilikdə 700 manat qiymətində girov qoya biləcəyini bildirmiş, həmin şəxs qiymətin onu qane etdiyini bildirərək öz АЛ ******* nömrəli şəxsiyyət vəsiqəsini təqdim etmiş, bundan sonra həmin şəxs yəni, Təqsirləndirilən şəxs ilə girov müqaviləsi bağlayaraq 700 manat pulu girov biletinin surəti ilə birlikdə özünə vermişdir. xx.xx.2022-ci il tarixdə saat 15:40 radələrində Təqsirləndirilən şəxs lombarda gələrək girov qoyduğu 1 ədəd qızıl qolbağın və 1 ədəd qızıl üzüyün pulunu ödəyə bilməyəcəyini və girovdan imtina etdiyini bildirmiş, o, da Eminə girov qoyulan qızıl-zinyət əşyalarının həmin tarixə satış qiymətinin ümumilikdə 720 manat təşkil etdiyini, 14 manat faiz borcu çıxılmaqla qalan 6 manatı özünə qaytaracağını bildirmiş, Emin etiraz etməmiş və qeydiyyat kitabında bu barədə öz imzası ilə təsdiq edərək 6 manat pulu götürüb çıxıb getmişdir. Eminin girov qoyduğu 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl üzüyün oğurluq olması barədə onun məlumatı olmamışdır, Emin maddi vəziyyətinə görə satdığını bildirmiş, Eminin danışığı və hərəkətləri heç bir şübhə yaratmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Sumqayıt şəhəri, 10-cu mkr, Kristal Abşeron, bina 1, mənzil 80-də yerləşən Zərərçəkmiş şəxs2 qızma məxsus mənzilin qonaq otağında baş vermiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildə qonaq otağında yerləşən güzgülü şkafın siyirməsində göy rəngli naxışlı karton qutunun içərisindən Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğalar oğurlanmışdır.. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində xx.xx.2022-ci il tarixdə saat 19:50-də cinayət töərtməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Şahid3 işlədiyi "VİP" lombarda apardığı qeyd sənədlərini təqdim etdi, 174091 saylı girov biletinin surətində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 585 əyyarlı, 5,7 qram çəkidə 1 cüt qızıl sırğanın qəbul edildiyi, həmçinin qeyd kitabçasında xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs girovdan imtina etməsi barədə öz imzası ilə olan qeydin olması müəyyən olundu. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Şahid4 işlədiyi “VİP” lombarda apardığı qeyd sənədlərini təqdim etdi, 171333 saylı girov biletinin surətində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 750 əyyarlı, 7,4 qram çəkidə 1 ədəd qızıl qolbaq və 585 əyyarlı 1 ədəd qızıl üzüyü ümumilikdə 700 manata qəbul edildiyi, həmçinin qeyd kitabçasında xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs girovdan imtina etməsi barədə öz imzası ilə olan qeydin olması müəyyən olundu. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 16 sayı MKS tərəfindən verilmiş 1343 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və 1344 saylı, xx.xx.2022-ci il tarixli xasiyyənamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mkr, ev 2, mənzil 5 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mkr, Kristal Abşeron, bina 1, mənzil 80-də yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin qonaq otağında olan güzgülü şkafın siyirməsində göy rəngli naxışlı karton qutunun içərisindən sonuncuya məxsus 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğaları oğurladığını yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən xx.xx.2020-ci il tarixli hökm ləğv edilərək, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-19/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(1050-268/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 21-2/3-2215 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək Sumayıt Apelbasiya Məhkəməsinin 1(105)-268/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs "8 Noyabr-Zəfər Günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, cəzasının qalan hissəsini çəkib qurtardığından xx.xx.2022-ci il tarixdə onun barəsində olan şəxsi iş şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və vahid cinayət işi kimi ********* nömrəsi ilə istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə fakta görə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "ifadənin yerində yoxlanılması haqqında" protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu DQ-nin baş idarəsinə işə düzəltməsi adı ilə ilk olaraq xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı şəhər xəstxanasının 4-cü mərtəbəsində yerləşən fizioterapiya otağında anasının yanında 3000 manat pulu və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Mado" restoranının 2-ci mərtəbəsində 4000 manat pulu Təqsirləndirilən şəxs verməsini yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” PHŞ tərəfindən verilmiş 3458 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının 1/2348 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə üçün müraciət etməyib. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş 7415 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ tərəfindən verilmiş xx/xx-11744 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin 60677 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və axtarışda olanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində saxlanılaraq Nərimanov RPİ-nin İŞ-nə təhvil verilmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 Daxili Qoşunlarda işə düzəlmək üçün Təqsirləndirilən şəxs ümumilikdə 7000 manat pul verdiyini, Sabunçu rayonu, 3 saylı şəhər xəstəxanasında pulu verərkən anası Sevilin onun yanında olduğunu, həmçinin Təqsirləndirilən şəxs özünün Daxili Qonuşların işçisi kimi təqdim etdiyini və yüksək rütbəli tanışlarının vasitəsilə onu işə düzəldəcəyini vəd etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək istintaq zamanı ifadələrində göstərdikləri xüsuatları bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid2 Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş, üzləşmə zamanı Şahid2 istintaq zamanı ifadələrində göstərdikləri xüsuatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid1 Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş, üzləşmə zamanı Şahid1 istintaq zamanı ifadələrində göstərdikləri xüsuatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "ifadənin yerində yoxlanılması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən "Mado" restoranının 2-ci mərtəbəsində Zərərçəkmiş şəxs1 ilə görüşərək sonuncudan borc olaraq 7000 manat pul aldığını yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədildiyi müəyyən edilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və cinayət işinin istintaqı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.4-cü maddələri ilə davam etdirilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8388 saylı rəyindən görünür ki, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında, qızıl-zinyət alqı-satqı məntəqələrində mövcud olan və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə etməklə, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl zinyət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1564,50 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və markalanma göstəriciləri rəyin tədqiqi hissəsində göstərilmişdir - bir qramının qiyməti 100 manat, ümumi 740 manat 7,4 qram miqdarda 1 (bir) ədəd 750 əyyarlıq qolbaq, bir qramının qiyməti 85 manat, ümumi 340 manat 4 qram miqdarda 1 (bir) ədəd 585 əyyarlıq üzük, bir qramının qiyməti 85 manat, ümumi 484,50 manat 5,7 qram miqdarda 1 (bir) cüt 585 əyyarlıq qaşsız sırğa. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilərək və məzmununa əlavələr edilərək ona həmin Məcəllənin 177.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 177.2.1 və 178.2.1-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Şahid3 və Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barələrində cinayət təqibi rədd edilmiş, Zərərçəkmiş şəxs2 məxsus mənzildən oğurlanmış qızıl-zinyət əşyaların ümumilikdə 1564,50 manat orta bazar qiyməti əsas götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs vurduğu 1564,50 qəpik ziyandan 1000 manat pul ödənildi. Qalan 564,50 manat maddi ziyan ödənilməmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 3-16-17/40/2-1818/2023 saylı, xx.xx.2023cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 7000 manat pulun 4200 ödənilməmiş məbləğin tələb edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində Zərərçəkmiş şəxs1 aldığı 7000 manat pulu dələduzluq yolu ilə ələ keçirmədiyini, həmin pulu borca aldığını göstərməsi ilə bağlı göstərdiyi dəlillər məsuliyyətini yüngülləşdirmək məqsədilə özünümüdafiə xarakteri daşıması kimi tənqidi qiymətləndirilməklə, onun tərəfindən qeyd edilən hallar iş materialları ilə tam təkzib olunmaqla öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən xx.xx.2020-ci il tarixli hökm ləğv edilərək, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, cəzasının qalan hissəsini çəkib qurtardığından xx.xx.2022-ci il tarixdə onun barəsində olan şəxsi iş şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun əvvəlki cinayətə görə təyin edilmiş cəzanın məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar olaraq törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)- 969/2022) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 23 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar