Məhkəmə qərarları › İş №1(060)-242/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-242/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-242/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Hacıyeva (Qarayeva) Nübar Əkrəm qızının, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və Sumqayıt şəhəri, 20-ci mikrorayon, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 16 mart 2020-ci il tarixdən başlayaraq 12.12.2016-cı il təvəllüdlü X10 və 06.07.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment, həmçinin X11 3 yaşına çatanədək hər ay 20,00 manat miqdarda maddi yardım məhkəməyə müraciət olunduğu tarixdən (16.03.2020-ci il) başlayaraq 06.07.2021-ci il tarixədək tutulub X4 ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2425/2020 saylı, 04.11.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 08 yanvar 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 15.02.2021-ci il və 28.04.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 may 2021-ci il tarixə kimi qətnamə üzrə 4530,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Qarayeva (Hacıyeva) Nübar Əkrəm qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 31.08.2021-ci il tarixdən Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən fiziki şəxs X7 məxsus “Dostlar” topdan və pərakəndə satış mağazasında satıcı işləyir, aylıq əmək haqqı 300,00 manat təşkil edir, Hacıyeva (Qarayeva) Nübar Əkrəm qızı onun keçmiş arvadıdır, onunla 19.05.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan 12.12.2016-cı il təvəllüdlü Uğur adlı və 06.07.2018-ci il təvəllüdlü Onur adlı iki övladı vardır. İlk dövrlərdə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2020-ci ilin mart ayında ayrılmışlar, bu səbəbdən Zərərçəkmiş şəxs (Qarayeva) nikahın pozulması və aliment tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Qubadlı Rayon Məhkəməsinin 2(028)-194/2020 saylı 18.06.2020-ci il tarixli qətnaməsinə əsasən, ondan 16.03.2020-ci il tarixdən başlayaraq 12.12.2016-cı il təvəllüdlü X10 və 06.07.2018ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat stabil pul məbləğində aliment, həmçinin X11 3 yaşına çatanədək hər ay 50,00 manat məbləğində maddi yardım 16.03.2020-ci il tarixdən başlayaraq 06.07.2021-ci il tarixədək tutulub X4 verilməsi qət edilmiş, həmin qətnamədən apellyasiya şikayətini verərək nəticədə hissəvi dəyişiklik olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2425/2020 saylı 04.11.2020-ci il tarixli qətnaməsi ilə ondan 16.03.2020-ci il tarixdən başlayaraq övladların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat stabil pul məbləğində aliment, həmçinin X11 3 yaşına çatanədək hər ay 20,00 manat miqdarda maddi yardım məhkəməyə müraciət olunduğu tarixdən başlayaraq 06.07.2021-ci il tarixədək tutulub X4 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru Şahid2 tərəfindən icra işi 11.12.2020-ci il tarixdə başlanılmış və tələbin dərhal icra olunması ona izah edilmiş, izahat alınmış, lakin icra vərəqəsi üzrə tələbi icra etmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 08.01.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün inzibati qaydada həbs olunmuş, məhkəmə qətnaməsini icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə icra məmuru tərəfindən 15.02.2021-ci il tarixdə xəbərdar olunmuş, icra zamanı aliment üzrə tələbkar Zərərçəkmiş şəxs cəmi 150,00 manat məbləğində ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimatla müraciət edərkən, yəni 06.05.2021-ci il tarixdək onun 4530,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs aliment borcunun tam ödənilməsini tələb etdiyindən 31.08.2021-ci il tarixdən satıcı kimi işə düzələrək əmək haqqı almasına baxmayaraq aliment borcundan heç bir ödəniş etməmiş, bundan başqa icra müddətində Sumqayıt şəhərində sahibkar fiziki şəxs X9 məxsus mağazada satıcı kimi işləyərək aylıq maaşı 250,00 manat olmuş, bundan əlavə "xxxx" MMC-nin nəznində olan quşçuluq fermasında, həmçinin St.Sumqayıt qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalarda fəhlə kimi işləmiş, alimentin icra olunmamasının səbəbi keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqlarla görüşməsinə icazə verilməməsi, bundan başqa digər səbəb, aliment miqdarının yüksək olmasıdır. Lakin özü icra müddətində müxtəlif sahələrdə işləsə də, az məbləğdə aylıq alimentin ödənilməsinə imkanı olmuşdur. Törətdiyi əməl cinayət olmasını başa düşür və özünü təqsirli hesab edi. Hazırda onun tələbkara aliment borcu 8000 manatdan artıqdır, onun nə verilən ittiham üzrə, nə də ki, hazırki müddətə yaranmış aliment borcundan heç bir ödəniş etməyə maddi imkanı yoxdur. O, yalnız əmək haqqının bir qismini hər ay ödəyə bilər. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs Hacıyeva (Qarayeva) Nübar Əkrəm qızı ifadəsindən göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2425/2020 saylı 04.11.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 16.03.2020-ci il tarixdən başlayaraq 12.12.2016-cı il təvəllüdlü X10 və 06.07.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşıına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat stabil pul məbləğində aliment, həmçinin X11 3 yaşına çatanədək hər ay 20,00 manat miqdarda maddi yardım məhkəməyə müraciət olunduğu tarixdən başlayaraq 06.07.2021ci il tarixədək tutulub ona verilməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icra məmuru Şahid2 tərəfindən icra işi 04.12.2020-ci il tarixdə başlanılaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 08.01.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirib aliment üzrə cəmi 150,00 manat məbləğində ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimatla müraciət edərkən, yəni 06.05.2021-ci il tarixədək Təqsirləndirilən şəxs tərəfindən 4530,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, özü həmin ərəfədə quşçuluq fermasında işləmiş, daha sonra müxtəlif iaşə obyektlərində satıcı kimi çalışıb kifayət gədər qazanc əldə etməsinə baxmayaraq aliment borcunu ödəməmiş, əldə etdiyi qazancı mərc oyunlarında xərcləyir, Rövşən bir ata kimi öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, qətnamə üzrə aliment borcunu keçmiş ərim Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona aliment borcu 8000 manatdan çox təşkil edir. Bu da sübut edir ki, sonuncu alimenti ödəməkdən qərəzli olaraq yayınır. Ona görə də Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2425/2020 saylı 04.11.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 16.03.2020-ci il tarixdən başlayaraq 12.12.2016-cı il təvəllüdlü X10 və 06.07.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat stabil pul məbləğində aliment, həmçinin X11 3 yaşına çatanədək hər ay 20,00 manat miqdarda maddi yardım məhkəməyə müraciət olunduğu tarixdən başlayaraq 06.07.2021-ci il tarixədək tutulub bacısı qızı Hacıyeva (Qarayeva) Nübar Əkrəm qızına verilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra idarəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün müddət verilmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən aliment qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin 08.01.2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib aliment borcunu ödəməmiş, yalnız icra zamanı aliment üzrə 150,00 ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən qətnamə üzrə 4530,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, müxtəlif iaşə obyektlərində satıcı kimi işləyib kifayət gədər qazanc əldə etməsinə baxmayaraq aliment borcunu qərəzli olaraq ödəməkdən yayınır. Təqsirləndirilən şəxs bir ata kimi öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir. İş üzrə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2425/2020 saylı, 04.11.2020-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 12.12.2016-cı il təvəllüdlü X10 və 06.07.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16.03.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. 06.07.2018-ci il təvəllüdlü X11 3 yaşına çatanadək Təqsirləndirilən şəxs hər ay 20 (iyirmi) manat miqdarında maddi yardım məhkəməyə müraciət olunduğu tarixdən başlayaraq 06.07.2021-ci il tarixədək tutulub X4 ödənilməlidir. Qətnamə əsasında verilmiş icra sənədi 11.12.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə icra hərəkətlərinə başlanmış və borcluya könüllü icra barədə bildiriş verilmiş, tərəfindən tələb könüllü təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, tələbin təmin edilməsi istiqamətində borclu Təqsirləndirilən şəxs 08.01.2021-ci il tarixdə idarəyə dəvət olunaraq icra sənədi üzrə aliment borcunu ödəməsi ondan tələb edilmiş və bu barədə izahatı alınmış, borclu şəxs icra sənədinin icrasını təmin etmədiyindən, həmin tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati protokol tərtib olunmuş və inzibati xətanın törədilməsində təqsirli bilinərək, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-190/2021 saylı, 08.01.2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmiş, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-56/2021 saylı, 15.02.2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, keçən müddət ərzində borclu Təqsirləndirilən şəxs borcun ödənilməsinə təşəbbüs göstərmədiyindən, yenidən idarəyə çağırılaraq tələbi təmin etməsi ondan tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə məsuliyyətə cəlb olunacağı barədə ona bildiriş və xəbərdarlıq təqdim olunmuş, görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı, tələbkarın qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının pozulmasına səbəb olan əməl törətmişdir. Borclunun qərəzli hərəkət və ya hərəkətsizliyi nəticəsində qətnamə üzrə öhdəlik yerinə yetirilmədiyi üçün tələbkar müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunmasına, tələbin təmin edilməsi üçün ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cəmi 150,00 manat aliment ödənişini etmiş və icra sənədi üzrə 4530,00 manat aliment borcu yaranmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən borclunun barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid3 Şahid2 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. İş materiallarından görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-194/2020 saylı 18.06.2020-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arsında 19.05.2015-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, nikahın pozulması ilə əlaqədar X2 15 manat dövlət rüsumu tutulmuş, 12.12.2016-cı il təvəllüdlü X5 və 06.07.2018-ci il təvəllüdlü X3 X1 yanında qalması¸ Təqsirləndirilən şəxs hər ay 170 manat sabit pul məbləğində aliment 16.03.2020-ci il tarixdən başlayaraq tutulub 12.12.2016-cı il təvəllüdlü X10 və hər ay 170 manat sabit pul məbləğində aliment 16.03.2020-ci il tarixdən başlayaraq tutulub 06.07.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 verilməsi və Təqsirləndirilən şəxs hər ay 50 manat miqdarında maddi yardım 16.03.2020-ci il tarixdən başlayaraq 06.07.2021-ci il tarixədək tutulub X6 verilməsi qət olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2425/2020 saylı iş üzrə qəbul etdiyi 04.11.2020-ci il tarixli qətnaməsi ilə Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi maddi yardımın tutulması hissəsində dəyişdirilərək 06.07.2018-ci il təvəllüdlü X11 3 yaşına çatanadək Təqsirləndirilən şəxs hər ay 20 manat miqdarda maddi yardım məhkəməyə müraciət olunduğu tarixdən başlayaraq 06.07.2021-ci il tarixədək tutulub X4 verilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindiyi üçün 04.11.2020-ci il tarixdə icraya yönəldilərək, həmin tarixdə verilmiş icra vərəqəsi 11.12.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 11 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 04.11.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, borclu Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 08.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 15 fevral 2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Təqsirləndirilən şəxs bildirişlər göndərilərək məhkəmə qətnaməsi üzrə olan borcunu 10 gün müddətində ödəməyi təklif olunmuş və əks halda barəsində toplanmış materialların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başalanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30.09.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, 10.12.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınıraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan, yəni 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli (iş № 1(060)-242/2022) qərarını icra edərək, 18 yanvar 2022-ci il tarixli 165/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 07 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 07 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar