Məhkəmə qərarları › İş №1(060)-242/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-242/2025

19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-242/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu, Bağbanlar Ə/D, Bağbanlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-147/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi – 11,242 qram bitki mənşəli, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 01 noyabr 2024-cü il tarixdə, saat 00:05-də Daxili İşlər Nazirliyinin Əlahəddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar Sumqayıt şəhəri, M.Əsədov küçəsi, Saray körpüsünün yaxınlığında yerləşən “Dam Örtükləri” mağazasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və idarədə olan xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 11,242 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, yanındakı sürücüyə görə tutulmuşdur. Belə ki, o, tarixi dəqiq xatırlamadığı vaxtda Mingəçevir şəhərindən taksi ilə Novxanı qəsəbəsinə dostugilə gələrkən yolda avtomobili polis saxlamaq istəmiş, lakin, sürücü avtomobili saxlamamışdır. O, sürücüyə avtomobili saxlamasını bildirmiş, sürücü isə sənədlərinin qaydasında olmadığını söyləmişdir. Daha sonra polis əməkdaşlarından yayınmaq istəyərkən avtomobil qaz balonları olan mağazaya çırpılmışdır. Bundan sonra polis əməkdaşları onu və sürücünü Abşeron RPİ-nin polis bölməsinə aparmışlar. Orada iki saat qalmış və üzərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra onları Sumqayıt ŞPİ-yə gətirmişlər. Sumqayıt ŞPİ-də polis əməkdaşları tərəfindən ona işgəncə və elektroşok verilmişdir. Ona işgəncə verildiyi üçün əməli boynuna götürməyə məcbur olmuşdur. O, marixuanadan heç zaman istifadə etməmişdir. Narkotik vasitə olan heroin istifadə etmiş və buna görə də barəsində hökm çıxarılmışdır. Əvvəllər məhkumluğu olduğu üçün polis əməkdaşları cinayət əməlini törətməsini boynuna götürməsi üçün ona təzyiqlər etmişlər. Məhkəmədə suala cavab olaraq bildirmişdir ki, o, Mingəçevir şəhərindən gələrkən avtomobildə tək olmuş, yolda həmin taksiyə başqa bir şəxs minmişdir. Onun Elçin adlı dostu olmamış və Elçinlə birlikdə Mingəçevir şəhərindən gəlməmiş, Elçin yoldan götürülən sərnişin olmuşdur. Hadisənin baş verdiyi tarixi dəqiq xatırlamasa da, hadisə axşam saatlarında, havanın qaranlıq vaxtı baş vermişdir. Bundan başqa, bildirmişdir ki, ona polis əməkdaşları tərəfindən edilmiş təzyiqlərlə bağlı heç bir hüquq-mühafizə orqanına müraciət etməmiş və müraciət etməyə ehtiyac görməmişdir. Həmçinin, Sumqayıt ŞPİ-nin MSY-nə keçirilərkən üzərində xəsarətlərin olması və ona işgəncə verilməsi ilə bağlı heç kimə məlumat verməmiş və bu barədə qeydiyyat aparılmamışdır. Daha sonra, suala cavab olaraq bildirmişdir ki, Sumqayıt ŞPİ-də ona müdafiəçi təyin edilsə də, o müdafiəçiyə ona qarşı təzyiq edildiyini və narkotik vasitənin ona məxsus olmadığını bildirməmişdir. Məhkəmənin sualına cavab olaraq Təqsirləndirilən şəxs qeyd etmişdir ki, təqsirləndirilən şəxsin dindirilməsi protokolunda qeyd edilən “təqsirli bilirəm” ifadəsi onun tərəfindən yazılmış və protokolu özü imzalamışdır. O, təzyiqlər nəticəsində narkotik vasitənin ona məxsus olduğunu boynuna aldığını və protokolu yazıb imzaladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyətlər aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilib, ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində tanışı Alimin avtomobilində dostu Elçin ilə birlikdə olmuşdur. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək, həmin ərazidə nə üçün dayandıqlarını soruşmuşlar, bu zaman o, üzərində narkotik vasitə olduğu üçün qorxduğundan Alimə avtomobili sürməsini demişdir. Alim həmin vaxt avtomobili idarə etməyə başlamış, lakin, Sumqayıt şəhəri, M.Əsədov küçəsində Alim idarəetməni itirərək avtomobili həmin küçədə yerləşən “Dam örtükləri” mağazasına çırpmışdır. Bu zaman onları saxlayan polis əməkdaşları ardlarınca gələrək onları yenidən orada saxlamışlar. Bu zaman onlar yenidən oradan qaçıb uzaqlaşmağa, polisin qanuni tələblərinə məhəl qoymamağa çalışsalar da, polis əməkdaşları onları saxlamışlar və Sumqayıt ŞPİ-yə gətirmişlər. Sumqayıt ŞPİ-yə gətirilən zaman ona nə üçün hadisə yerindən yayınmağı barədə sorğu-sual edilmişdir. O, həmin vaxt üzərində narkotik vasitə olduğunu, qorxduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığını, saxlanılan zaman dostları ilə birlikdə polisdən yayınmağa cəhd göstərdiyini bildirmişdir. O, Pİ-də olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli ot kütlələrinin olduğu aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddənin “nəşə” olduğunu həmin maddəni dünən yaşadığı Mingəçevir şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş halda olan büküm içərisindəki maddə ilə birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin büküldüyü sellofan ilə birlikdə 11,72 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin büküm içərsindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ziddiyyətli ifadə verərək ittiham üzrə “özünü təqsirli bilmədiyi, üzərində heç bir narkotik vasitə olmadığı, aşkar olunmuş qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması” barədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış video görüntü və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, 52-ci məhəllə, M.Əsədov küçəsində yerləşən tikinti materialları mağazasını işlədir. Həmin mağazada hər növ tikinti materiallarının satışını həyata keçirir. Mağazanı hər gün səhər 08:00 açıb, axşam saat 19:00 da isə bağlayır. 01 noyabr 2024-cü il tarixdə səhər saatlarında mağazaya gələn zaman mağazanın ön divarında çat əmələ gəldiyini, həmçinin mağazanın alkopan materialından olan üzlüyünün, həmçinin qoruyucu dirəklərinin, yağış sularının ötürülməsi üçün borunun sıradan çıxdığını aşkar etmiş, sonradan öyrənmişdir ki, avtomobil mağazaya yol-nəqliyyat hadisəsi edərək çırpılmışdır. Avtomobilin qalıqları hadisə yerində olmuşdur. Hadisə nəticəsində ona təxminən 1500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN Əlahəddə Çevik Polis Alayının 12ci Patrul bölüyünün polis nəfəri Şahid5 ifadəsində istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və qeyd etmişdir ki, 01 noyabr 2024-cü il tarixdə, saat 00:05 radələrində xidməti ərazilərində 9684 saylı çağırış avtopatrulla ƏÇPA-nın 12-ci Patrul bölüyünün polis nəfəri Şahid6la birlikdə xidmətdə olarkən Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində «Kia Rio» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını görmüşlər və avtomobil şübhə doğurduğu üçün avtomobilin sürücüsünə yaxınlaşaraq özlərini təqdim etmişlər. Avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlərlə sorğu-sual zamanı onlar verilən suallara qeyri-adekvat cavab verdiklərindən bu onlarda şübhə yaratmış və həmin şəxslərdən narkotik vasitə təsiri altında olub-olmadıqlarını, üzərilərində narkotik vasitə olub-olmadığını soruşduqda, onlar avtomobili sürüb oradan uzaqlaşmışlar. Bundan sonra onlar həmin avtomobili axtarmağa başlamışlar və həmin avtomobilin Sumqayıt şəhəri 52-ci məhəllə Məhəmməd Əsədov küçəsində yerləşən “Dam Örtükləri” mağazasının divarına çırpılmasını görmüşlər. Həmin avtomobilə yaxınlaşdıqda avtomobildə olan sürücü və sərnişinlər qaçmağa başlamışlar. Həmin vaxt həmin şəxslər onların qaçmamaları ilə bağlı qanuni tələblərinə məhəl qoymadıqlarından onların arxası ilə qaçıb onları tutmuşlar və avtopatrul avtomobilinə otuzdurmuşlar. Avtomobildə sorğu-sual zamanı Ziyad adlı şəxs üzərində narkotik vasitə olduğunu və buna görə qaçdığını bildirmiş, buna görə onlar Sumqayıt şəhər polis İdarəsinə gəlmişlər. Polis İdarəsində raportla rəhbərliyə müraciət etmişlər, həmin vaxt Ziyad adlı şəxsin Təqsirləndirilən şəxs, digər şəxslərin isə Şahid1 və Şahid2 olması məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxıldıqda içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən olunmuş, həmin büküm elektron tərəzi vasitəsilə ölçüldükdə çəkisinin 11,72 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin “nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı Mingəçevir şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, saxlanılan zaman üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından qorxaraq sürücü ilə birlikdə avtomobillə oradan uzaqlaşdıqlarını, lakin həmin vaxt sürücünün qəza törətdiyini, bu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirmişdir. Məhkəmədə suala cavab olaraq bildirmişdir ki, hadisədən sonra avtomobildə olan şəxsləri Abşeron RPİ-nin polis bölməsinə aparmaq istəsələr də yolda onlara hadisənin Sumqayıt şəhəri ərazisində baş verdiyi üçün Sumqayıt ŞPİ-yə aparmaq lazım olduğu bildirilmiş və həmin şəxslər Sumqayıt ŞPİ-yə aparılmışdır. Daha sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Saxlanılan şəxslərə polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmiş və Sumqayıt ŞPİ-yə təhvil verildikdə onun tərəfindən raport yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN Əlahəddə Çevik Polis Alayının 12ci Patrul bölüyünün polis nəfəri Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Elçin və Ziyadla birlikdə xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərindən Bakıya gəlmişlər. Daha sonra həmin tarixdə axşam saatlarında Elçin və Ziyadı Saray qəsəbəsinə apararkən yolda post patrul xidmətinin əməkdaşı avtomobilə yaxınlaşıb ondan sənədlərini təqdim etməsini istəmiş, o da sənədləri qaydasında olmadığı və 3-4 gün əvvəl narkotik vasitə qəbul etdiyi üçün avtomobili sürərək polis əməkdaşlarından qaçmış və həmin gün təxminən gecə saat 12-yə qalmış avtomobil qəza etmişdir. Qəzadan sonra qaz balonu olduğunu görüb Elçin və Ziyada qaçmalarını söyləmiş, avtomobildən düşəndən sonra onları polis tutmuşdur. Polis əməkdaşları iki nəfər olmuş və onları avtomobil ilə Sarayda polis şöbəsinə aparmışlar. Sarayda onun Elçin və Ziyadın üzərinə baxış keçirilmiş, Ziyadda narkotik olmamışdır. Abşeronda onları təxminən 20 dəqiqə saxladıqdan sonra Sumqayıta aparmışlar. Sumqayıtda onları ayrı-ayrı otaqlara saxlamışlar. Ona Sumqayıt ŞPİ-də yüngülvari təzyiq edilmişdir. Daha sonra inzibati qaydada həbs edilmiş və Ziyaddan məlumatı olmamışdır. Məhkəmədə suala cavab olaraq bildirmişdir ki, polis əməkdaşlarından qaçarkən Ziyada narkotik vasitə qəbul etdiyini bu səbəbdən də avtomobili saxlamadığını bildirmişdir. Ziyad avtomobilin ön oturacağında oturmuş və qəza baş verdikdən sonra onun gözünün altında sıyrıq kimi xəsarət yaranmışdır. Lakin, onlara TTYX-dan həkim çağırılmayıb. Həmçinin, istintaq zamanı verdiyi ifadəyə özü imza etmiş, lakin, ifadəni oxumamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyətlər aşkar edilmişdir. Belə ki, o, həmin ifadədə bildirmişdir ki, internet üzərində olan elandan avtomobil icarəsi elanını görüb əlaqə saxlamış və Şahid3 xx.xx.2024-cü il tarixdə «Kia Rio» markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili aylıq 550 manat olmaqla etibarnamə ilə icarəyə götürmüşdür. Həmin avtomobil ilə xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində dostları Ziyad və Elçin ilə birlikdə əyləşib gözlədikləri zaman, polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək, həmin ərazidə nə üçün dayandıqlarını soruşmuşlar, bu zaman Ziyad üzərində narkotik vasitə olduğu üçün qorxduğundan ona avtomobili təcili sürməyini və həmin ərazidən uzaqlaşmaqlarını bildirmişdir. O, həmin vaxt avtomobili sürətlə idarə etməyə başlamışdır. Lakin, Sumqayıt şəhəri M.Əsədov küçəsində idarəetməni itirərək avtomobili həmin küçədə yerləşən “Dam örtükləri” mağazasına çırpmışdır. Bu zaman onları saxlayan polis əməkdaşları ardlarınca gələrək onları yenidən orada saxlamışlar. Bu zaman onlar yenidən oradan qaçıb uzaqlaşmağa, polisin qanuni tələblərinə məhəl qoymamağa çalışsalar da, polis əməkdaşları onları saxlamışlar və Sumqayıt ŞPİ-yə gətirmişlər. Sumqayıt ŞPİ-yə gətirilən zaman nə üçün hadisə yerindən yayınmağı barədə sorğu-sual edilmişdir. Ziyad həmin vaxt üzərində narkotik vasitə olduğunu, qorxduqları üçün polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadıqlarını, saxlanılan zaman onlarla birlikdə polisdən yayınmağa cəhd göstərdiklərini bildirmişdir. Bundan sonra Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə İXM-nin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib 25 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-yə gətirilərkən, habelə Pİ-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmişdir, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Təxminən bir ay yarım müddətdir ki, qurudulmuş marixuanadan çəkmə yolu istifadə edir. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almamış, lakin dostu Ziyad yüngül olaraq üz nahiyəsindən xəsarət almışdır. Xəsarəti olmadığından məhkəmə tibbi ekspertiza müayinəsindən keçməkdən könüllü imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Ziyadla Alimin avtomobilində Mingəçevir şəhərindən Bakıya gəlmiş, 1-2 saat Bakı şəhərində olduqdan sonra Xırdalana gedərkən Novxanıya dönəndə polis əməkdaşları avtomobili saxlamışdır. Polis əməkdaşları Alimə sənədləri yoxlayacaqlarını bildirdikdə Alim avtomobili sürmüş və polisdən qaçarkən avtomobil qəza törətmişdir. Qəzadan sonra həmin polislər onları saxlayıb Abşeron RPİ-nin polis bölməsinə aparmışlar. 1-2 saat Abşeron RPİ-nin polis bölməsində saxladıqdan sonra isə Sumqayıt ŞPİ-yə gətirmişlər. Ona Sumqayıt ŞPİ-də təzyiq göstərmiş, iki dəfə tok vermişlər. Lakin, ona edilmiş təzyiq ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində inzibati qaydada həbs tətbiq edilmiş və 25 gün müddətində inzibati həbsdə olmuşdur. Məhkəmədə suala cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş, onları xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-yə təhvil vermişlər. O, avtomobilin sürücüsü olan Alim adlı şəxsi əvvəllər tanımamış, onu həmin günü görmüşdür. Post Patrul Xidmətinin əməkdaşları avtomobili Novxanı ərazisində saxlamış və Sumqayıt şəhərində qəza törədilən əraziyədək avtomobili qovmuşdur. Avtomobil Sumqayıt şəhəri Daş bazarı ərazisində qəza törətdikdən sonra dayanmışdır. Onların üzərində narkotik vasitə olmamışdır. Onlara üç sellofan büküm göstərib həmin bükümlərin onlara məxsus olması və üzərilərində narkotik vasitə olduğuna dair ifadə vermələri üçün təzyiq etmişlər. O, cəzaçəkmə müəssisəsindən təzə çıxdığı üçün Ziyad cinayət əməlini boynuna götürmüşdür. Həmçinin, bildirmişdir ki, ibtidai istintaq zamanı şahid kimi verdiyi ifadəsindən xəbəri yoxdur və ifadəni oxumamış imzalamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyətlər aşkar edilmişdir. Belə ki, Şahid2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadə ilə eyni məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus “Kia Rio” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermək üçün internet üzərindən elan paylaşmışdır. Sonradan adını bildiyi Şahid1 ona zəng edib avtomobili icarəyə götürmək istədiyini bildirmiş və onunla görüşmüşlər. xx.xx.2024-cü il tarixdə “Kia Rio” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili aylıq 750 manat olmaqla etibarnamə ilə Şahid1 icarəyə vermişdir. Sonradan öyrənmişdir ki, Şahid1 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Saray qəsəbəsi, M.Əsədov küçəsində ona məxsus Kia Rio markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və avtomobilə təxminən 3000 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, M.Əsədov küçəsində, xx.xx.2024-cü il tarixdə saat 00:05-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v 15) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 20) Şəxsi axtarışın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola və həmin axtarış zamanı qeydə alınmış videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu bir ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, həmin büküm açıldıqda içərisində narkotik vasitə “marixuana”ya bənzər yaşıl rəngli bitki mənşəli ot kütlələrinin olduğu aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “nəşə” olduğunu həmin maddəni dünən Mingəçevir şəhərindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, üzərində gəzdirdiyini, saxlanılan zaman üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından qorxaraq sürücü ilə birlikdə avtomobillə oradan uzaqlaşdıqlarını, lakin həmin vaxt əyləşdiyi avtomobilin sürücüsünün idarə etdiyi avtomobillə qəza törətdiyini, bu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş halda olan büküm içərisindəki maddə ilə birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin büküldüyü kağızla birlikdə 11,72 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin büküm içərisindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v 21) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1813 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm, maddə” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 11,242 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata qəbul edildi 11,242 qram; nümunə götürüldü 0,04 qram maddə, qalıq 11,202 qram maddə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir. (i.v.53-56) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə saat 10:15-də ittiham ona elan edilmişdir. (i.v.64-65) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.73-74) Təqsirləndirilən şəxsin X5 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v. 77-78) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2764/2024 nömrəli qərarı ilə Şahid2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. (i.v. 81-84) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2762/2024 nömrəli qərarı ilə Şahid1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. (i.v. 85-88) Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:00-da yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və yol nəqliyyat hadisəsinin sxemi və hadisə yerinə baxış kçeirilən zaman qeydə alınan foto şəkillər protokola əlavə edilmişdir. (i.v 94-100) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 315.1ci maddəsi ilə təqsirləndirilərək 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Mingəçevir ŞPŞ tərəfindən barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə başlanılmış materiala xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci və 69.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) ay 18 (on səkkiz) gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə cəzası 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Mingəçevir ŞPŞ tərəfindən barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatda olduğu qeyd edilmişdir. (i.v 111-113) Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 21 oktyabr 2024-cü il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid3 tərəfindən “KİA RİO” markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Şahid1 5 ay 7 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək etibarnamə verilmişdir. (i.v 117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin ambulator-məcburi X7nın xx.xx.2024-cü il tarixli 7371 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.127-128) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittiham qanuni və əsaslı olduğundan həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Şahid1 və Şahid2 əməllərində hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından, onlar barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə 25 gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2024-cü il tarixli qərardadları hazırki iş üzrə nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 11,242 qram narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtanş zamanı çəkilmiş içərisində videogörüntü olan 01 ədəd disk xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı narkotik vasitə qurudulmuş marixuananın 11,202 qram qalığı saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama otağına verilmiş, 01 ədəd diskin isə cinayət işi materiallarında saxlanılması nəzərə alınmış, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış keçirilməsi, diskə baxış keçirilməsi, digər istintaq hərəkəti protokolları, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir.(i.v.132-140) Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-147/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-147/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin xx.xx.2025-ci il tarixli 59-3/2-9239 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs, şahidlər Şahid1 və Şahid2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixi də daxil olmaqla Abşeron Rayon Polis İdarəsinin Əlahəddə Çevik Polis Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən Abşeron RPİ-nin Saray Polis Bölməsinə gətirilməmiş, həmin şəxslərin qeyd edilən tarixlərdə polis bölməsində olmalarına dair qeydiyyat kitabçasında hər hansı qeyd aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqında baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (ilkin olaraq Abşeron RPİ-nin Saray Polis Bölməsinə aparılması, üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, ilkin olaraq Abşeron RPİ-nin Saray Polis Bölməsinə aparıldığını, orada üzərinə axtarış keçirildiyini və qanunsuz əşya və ya narkotik vasitə aşkar olunmadığını, həmçinin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahidlər Şahid5 və Şahid6 məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı, eyni zamanda şahidlər Şahid2 və Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadələri, şəxsi axtarış (baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs avtoqəzadan sonra Abşeron RPİ-nin Saray PB-yə aparıldığını bildirsə də, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin xx.xx.2025-ci il tarixli 59-3/2-9239 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs, şahidlər Şahid1 və Şahid2 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixi də daxil olmaqla Abşeron Rayon Polis İdarəsinin Əlahəddə Çevik Polis Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən Abşeron RPİ-nin Saray Polis Bölməsinə gətirilməmiş, həmin şəxslərin qeyd edilən tarixlərdə polis bölməsində olmalarına dair qeydiyyat kitabçasında hər hansı qeyd aparılmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə icraatında verdiyi ifadəsində Mingəçevir şəhərindən Bakı şəhərinə gələrkən taksidə tək olduğunu, yolda tanımadığı şəxsin avtomobilə mindiyini, Elçin adlı dostu olmadığını və onu tanımadığını bildirsə də, Şahid1 həm məhkəməyədək icraat dövründə, eyni zamanda məhkəmə iclasında Mingəçevir şəhərindən Bakı şəhərinə gələrkən Təqsirləndirilən şəxs və Şahid2 Mingəçevirdən Bakı şəhərinə gətirdiyini, daha sonra isə onları Saray qəsəbəsinə apararkən yolda polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Eyni zamanda, qeyd edilən hal ilə bağlı Şahid2 Təqsirləndirilən şəxs ilə birlikdə Mingəçevir şəhərindən Bakı şəhərinə gəldiklərini, daha sonra isə Saray qəsəbəsinə gedərkən yolda saxlanıldıqlarını bildirmişdir. Qeyd edilən hallardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə verdiyi ifadəsi səmimi olmamaqla, özünü müdafiə xarakterli olmuş və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, şahidlər Şahid1 və Şahid2 məhkəmə icraatında verdikləri ifadələrində “Şahid1 idarə etdiyi “KİA RİO” markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 2024-cü ilin oktyabr ayının 29-dan 30-a keçən gecə qəza törətdiyini” bildirsələr də, iş materialları ilə qeyd edilən halı təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və ya vəsatət verməmiş, bu barədə yalnız məhkəmə iclasında qeyd etmiş və qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Həmçinin, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Həmin şəxsi axtarış və götürmə protokolu və axtarış zamanı qeydə alınmış video çəkilişdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək istintaq dövründə aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə edərək daşımasını və saxlamasını səmimi olaraq bildirərək narkotik vasitəni əldə etməkdə məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmiş, törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri daşıyır və məhkəmə iclasında bu ifadələri (ilkin olaraq Abşeron RPİ-nin Polis Bölməsinə aparılması, üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Məhkəmə şahidlər Şahid2 və Şahid1 məhkəmə icraatı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, hər iki şahid Təqsirləndirilən şəxs tanıdığından və eyni zamanda Şahid2 onunla dost münasibətində olduğundan, onun cinayət məsuliyyətindən azad edilməsinə kömək etmək məqsədilə məhkəməyədək icraat dövründə verdikləri ifadələrindən fərqli ifadələr vermiş, lakin, verdikləri ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil etməmişdir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün və şahidlər Şahid2 və Şahid1 ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), digər şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, əvvəllər müxtəlif maddələrlə məhkum edilməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-147/2024 nömrəli hökmü qəbul edilmiş və həmin hökm ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-147/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:05-dən xx.xx.2024-cü il tarixə saat 11:25-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 1(051)-147/2024 nömrəli iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə, məhkəmə Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə çəza çəkməsini və buna görə də onun dərhal məhkəmə zalından həbs edilməsi zərurətinin aradan qalxmasını nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 7371 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 7371 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,202 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmə iclaslarında iştirakı və işlə tanış olduğu vaxta görə ona xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)- 147/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən saat 00:05-dən xx.xx.2024-cü il tarixə saat 11:25-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 1(051)-147/2024 nömrəli iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 11,202 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 72 saata görə 36 saat 6 manatdan hesablanmaqla 216 (iki yüz on altı) manat, 36 saat 11 manatdan hesablanmaqla 396 (üç yüz doxsan altı) manat, cəmi 612 (altı yüz on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar