Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-243/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlarındakı fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 15.02.2021-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin arxasında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs kəllə və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs burun nahiyyəsindən vuraraq, ona burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüklərinin tam yerdəyişən sınıqları, burun nahiyyəsinin sıyrığı və şişkinlik kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Xəqani ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 4-5 ay bundan əvvəl o, öz evinin kanalizasiya xəttini qonşusu Xəqanin kanalizasiya xəttinə qoşmuşdur. Bir neçə gün sonra Xəqaninin kanalizasiya xətti daşdığı üçün 15.02.2021-ci il tarixdə axşamüstü Xəqani kanalizasiya borusunu sökən zaman onun həmin xəttə qoşulduğunu görmüşdür. Təxminən saat 18:30 radələrində o, həmin kanalizasiya xəttinin yanında olan zaman Xəqani ora gəlib ondan nə üçün onun xəttinə qoşulduğunu soruşmuş və buna görə də aralarında mübahisə yaranmışdır. Xəqani onun yaxasından tutaraq onu vurmaq istədikdə o, başı ilə Xəqaninin burun nahiyyəsindən vurmuşdur. Xəqani yenə onun üzərinə gəldikdə o, fənd işlədərək Xəqanini yerə yıxmışdır. Xəqani yerdən bir ədəd mişar daşı götürərək onu vurmaq istəmiş o, da həmin daşı Xəqanin əlindən alıb kənara atmışdır. Sonra Xəqani dəmir boru parçası götürüb onun üzərinə gəlmiş o, yenə də həmin dəmir boru parçasını Xəqaninin əlindən alıb kənara atmışdır. O, Xəqaniyə baş qoşmayaraq evinə getmiş və sonradan öyrənmişdir ki, Xəqani ondan polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, özünü təqsirli bildiyini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 3 gün ərzində davamlı olaraq onun evinin kanalizasiya borusu daşdığı üçün 15.02.2021-ci il tarixdə axşamüstü kanalizasiya borusunu sökən zaman görmüşdür ki, qonşusu Azər ondan icazəsiz öz evinin kanalizasiya xəttini onun evinin kanalizasiya xəttinə qoşduğu üçün onun evinin kanalizasiya xətti daşmışdır. Təxminən saat 18:30 radələrində Azərin həmin kanalizasiya xəttinin yanında olduğunu görmüş, ona yaxınlaşaraq nə üçün öz evinin kanalizasiya xəttini onun kanalizasiya xəttinə qoşduğunu soruşmuşdur. Azər də başqa yolu olmadığı üçün öz evinin kanalizasiya xəttini onun kanalizasiya xəttinə qoşduğunu bildirmişdir. Ona görə də aralarında mübahisə yaranmış və onlar dalaşmağa başlamışlar. Azər başı ilə onun burun nahiyyəsindən vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. O, ayağa qalxaraq Azərə yumruq zərbələri atmış, həmin vaxt Azər onu yerə yıxaraq yumruq zərbələri ilə onun sifət nahiyyəsinə vurmağa başlamışdır. Bundan sonra Azər öz yaşadığı evinə, o, da öz yaşadığı evinə getmişdir. Evinə getdikdən sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq döyülməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 16.02.2021-ci il tarixli, 193 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüklərinin tam yerdəyişən sınıqları, burun nahiyyənin sıyrığı və şişkinliyi, alt və üst dodaqların seçkili qişalarına qansızma. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 15.02.2021-ci il tarixdə kəllə və yumruq zərbələrinin təsirindən yarana bilərdilər. Həmin xəsarətlərdən-burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüklərinin tam yerdəyişən sınığı, burunun sıyrığı və şişkinliyi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya dair xəsarətlər yəni-alt və üst dodaqların selikli qişalarına qansızma isə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi inandırıcı deyil. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığının nəzərə alınaraq sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18.02.2021-ci il tarixdə tərtib edilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməldir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli (iş № 1(060)-243/2021) qərarını icra edərək, 05 mart 2021-ci il tarixli 229 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-243/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-243/2021
15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver