Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-243/2022 04.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi fərdi ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs o, özgə əmlakını ələ keçirmək məqsədi ilə 01.08.2021-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayondakı “rus qəbirstanlığı” adlanan məzarlığın yaxınlığında yerləşən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən qarajın mişar daşından hörülmüş arxa divarını özü ilə gətirdiyi dəmir parçası ilə oyub daxil ola biləcəyi ölçüdə dəlik açmaqla qanunsuz olaraq içəri daxil olub, oradan hər birinin dəyəri 25 (iyirmi beş) manat olan iki ədəd 50 (əlli) manat dəyərində 16 radiuslu “Mercedes” markalı avtomobilə məxsus təkərləri, hər birinin dəyəri 20 (iyirmi) manat olan beş ədəd 100 (bir yüz) manat dəyərində 4 metrlik, 75 mm diametrində olan dəmir boruları və 5 (beş) manat dəyərində mis naqilləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 155 (bir yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə 07.08.2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayondakı “rus qəbirstanlığı” adlanan məzarlığın yaxınlığında yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən qarajın mişar daşından hörülmüş arxa divarını özü ilə gətirdiyi dəmir parçası ilə oyub daxil ola biləcəyi ölçüdə dəlik açmaqla qanunsuz olaraq içəri daxil olub, oradan həmin gün on ədəd, 09.08.2021-ci il tarixdə saat 14 radələrində on ədəd, 11.08.2021-ci il tarixdə saat 13 radələrində on ədəd, 13.08.2021-ci il tarixdə saat 14 radələrində on ədəd, 15.08.2021-ci il tarixdə saat 13 radələrində beş ədəd və 17.08.2021ci il tarixdə saat 17 radələrində beş ədəd hər birinin qiyməti 40 (qırx) manat olan 50 (əlli) ədəd ümumi 2000 (iki min) manat dəyərində 20 litrlik dəmir materialından olan pivə çəlləklərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə özünü təqsirli bilərək göstərdi ki, 01.08.2021-ci il tarixdə günorta saat 14:00 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində rus qəbirsanlığının yaxınlığındakı qarajların yanından keçən zaman həmin qarajlardan birinin divarının tək qat mişar daşı ilə hörüldüyünü görüb qarajın arxa tərəfinə keçərək ətrafda kimsənin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi dəmir parçası ilə mişar daşlarının birləşdiyi hissələri oyaraq mişar daşlarını yerindən çıxarıb yerə atmışdır. Açılmış hissədən qarajın içəirisnə daxil olmuşdur. Oradan 5 (beş) ədəd 75-lik, 4 metr uzunluğunda dəmir boruları və iki ədəd işlənmiş 16-lıq avtomobil şinlərini eləcə də köhnə televizorun arxasındakı mis naqili söküb çıxarmaqla hamısını qarajdan kənara çıxartmışdır. Əldə etdiyi təkərləri və dəmir borularını yoldan keçən tanımadığı şəxsə 50 manata satmışdır. Mis hissələrini isə Sumqayıt şəhəri 12ci mikrorayon ərazisində yerləşən metal qəbulu məntəqəsindəki Rasim adlı şəxsə 3 manata satmışdır. Əldə etdiyi 53 manat gəliri maddi tələbatlarından ötrü xərcləmişdir. 07.08.2021-ci il tarixdə təxminən saat 15:00 radələrində 11-ci mikrorayon ərazisində rus qəbirsanlığının yaxınlığındakı başqa bir qarajın yanından keçən zaman pulu qurtardığı üçün oradanda oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə qarajın arxa tərəfinə keçib həmin qarajlardan birinin divarının tək qat mişar daşı ilə hörüldüyünü görüb qarajın arxa tərəfinə keçərək ətrafda kimsənin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi dəmir parçası ilə mişar daşlarının birləşdiyi hissələri oyaraq mişar daşlarını yerindən çıxarıb yerə atmışdır. Açılmış hissədən qarajın içərisnə daxil olmuşdur. İçəridə 50 ədəd balaca pivə çəlləkləri olmuşdur. Düşünmüşdür ki, çəlləklərin hamısını birdən oğurluya bilməz. Odur ki, hissə-hissə oğurlamaq qərarına gəlmişdir. Həmin gün içəridəkilərdən 10 ədədini daxil olduğu yerdən qarajın çölünə çıxartmışdır. Həmin çəlləkləri piyada daşıyaraq Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmışdır ki, orada satıb gəlir əldə etsin. Yolda qarşılaşdığı adını bilmədiyi və əlamətlərini xatırlamadığı bir nəfər kişi ondan həmin çəlləklər barədə maraqlananda o, çəlləklərin özünə məxsus olduğunu satmaq üçün apardığını demişdir. Həmin şəxs ondan çəlləklərdən 5 ədədini ala biləcəyini deyib neçəyə satdığını soruşmuşdur. O, çəlləyin birinin qiymətini 9 manata razılaşmaqla həmin şəxsə satıb və 45 manat gəlir əldə etmişdir. Qalan 5 ədəd çəlləyi isə həmin gün Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən metal qəbulu məntəqəsində Ceyhun adlı şəxsə biri 9 manat olmaqla 5 ədəd metal çəlləyi 45 manat qarşılığında satmışdır. Ümumlikdə 90 manat gəlir əldə etmişdir. Əldə etdiyi gəliri maddi tələbatlarından ötrü xərcləmişdir. 09.08.2021-ci il tarixdə saat 14 radələrində 11-ci mikrorayon ərazisində 07.08.2021-ci il tarixdə oğurluq etdiyi qarajın arxa tərəfinə keçib ətrafda kimsənin olmadığına əmin olduqdan sonra əvvəlcədən oyub daşlarını çıxartdığı hissədən qarajın içərisnə daxil olmuşdur. Oradakı metal çəlləklərdən 10 ədədini daxil olduğu yerdən qarajın çölünə çıxartmışdır. Çəlləkləri piyada daşıyaraq Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən metal qəbulu məntəqsinə aparan zaman yol boyu hazırda əlamətlərini xatırlamadığı, tanımadığı şəxslər həmin çəlləkləri istədiyi üçün biri 9 manata olmaqla 10 ədəd metal çəlləkləri tanımadığı şəxslərə 90 manata satmışdır. 11.08.2021-ci il tarixdə saat 13 radələrində, 13.08.2021-ci il tarixdə saat 14 radələrində, 11-ci mikrorayon ərazisində əvvəl oğurluq etdiyi qarajın arxa tərəfinə keçib ətrafda kimsənin olmadığına əmin olduqdan sonra əvvəlcədən oyub daşlarını çıxartdığı hissədən qarajın içəirisinə daxil olmuşdur. Oradakı çəlləklərdən hər dəfə 10 ədədini daxil olduğu yerdən qarajın çölünə çıxartmışdır. Həmin çəlləkləri piyada daşıyaraq Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən metal qəbulu məntəqsinə aparan zaman yol boyu tanımadığı şəxslər həmin çəlləkləri istədiyi üçün biri 9 manata olmaqla 20 ədəd metal çəlləkləri tanımadığı şəxslərə satmışdır. 15.08.2021-ci il tarixdə saat 13 radələrində, 17.08.2021-ci il tarixdə saat 14 radələrində, 11-ci mikrorayon ərazisində əvvəl oğurluq etdiyi qarajın arxa tərəfinə keçib ətrafda kimsənin olmadığına əmin olduqdan sonra əvvəlcədən oyub daşlarını çıxartdığı hissədən qarajın içəirisinə daxil olmuşdur. Oradakı çəlləklərdən hər dəfə 5 ədədini daxil olduğu yerdən qarajın çölünə çıxartmışdır. Həmin çəlləkləri piyada daşıyaraq Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən metal qəbulu məntəqsinə aparan zaman yol boyu tanımadığı şəxslər həmin çəlləkləri istədiyi üçün biri 9 manata olmaqla 10 ədəd metal çəlləkləri tanımadığı şəxslərə satmışdır. Beləliklə o, 11-ci mikrorayonda yerləşən qaraja ümumlikdə 6 dəfə daxil olmaqla, cəmi 50 ədəd metal çəllək oğurlayıb 450 manat gəlir əldə etmişdir. Əldə etdiyi gəlirin hamısını maddi tələbatlarına yönəltmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, Sumqayıt şəhəri 11-ci mikrorayonda yerləşən rus qəbirstanlığı adlanan yerin yaxınlığında ona məxsus qarajda özünə aid az istifadə olunan əşyaları yığıb saxlayırmış. Sonuncu dəfə 2021-ci ilin fevral ayında qarajın açarla qapısını bağlayıb çıxıb getmişdir. Qarajın 1 nüsxədə açarı olmuş və açar yalnız onun özündə olurmuş. 22.08.2021-ci il tarixdə yoxlamaq üçün qarajın qapısını açarla açıb içəri daxil olanda qarajın arxa divarından 5-6 ədəd mişar daşının yerində olmadığını və böyük bir dəliyin yarandığını görmüşdür. İçərini yoxlayan zaman orada 50 ədəd metal pivə çəlləklərinin oğurlandığını aşkar etmişdir. Dərhal baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumlikdə, 3500 manat dəyirində maddi ziyan dəymişdir. Oğurlanmış əmlakı qaytarılmamışdır, dəymiş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, Sumqayıt şəhəri 11-ci mikrorayonda ona məxsus qarajda özünə aid az istifadə olunan əşyalar yığıb saxlayırmış. Sonuncu dəfə 25.07.2021-ci il tarixdə qarajın açarla qapısını bağlayıb çıxıb getmişdir. Qarajın 1 nüsxədə açarı olmuş və açar yalnız onun özündə qalırmış. 18.08.2021-ci il tarixdə taxtaları götürmək üçün qarajın qapısını açarla açıb içəri daxil olanda qarajın arxa divarından 5-6 ədəd mişar daşının yerində olmadığını və böyük bir dəliyin yarandığını görmüşdür. İçərini yoxlayan zaman orada 2 il əvvəl aldığı, 16 radiuslu Mercedes markalı avtomobilə məxsus biri 30 manata olan, 2 ədəd ümumi dəyəri 60 manat olan təkərlərin, 4 metr uzunluğundan 75 mm diametrində, hər biri 10 manat olan 5 ədəd ümumi 50 manatlıq dəmir borularn, 1 il əvvəl 45 manata işlənmiş vəziyyətdə aldığı, markasını xatırlmadığı televizorun arxasındakı 5 manat dəyərindəki mis naqillərin oğurlandığını aşkar etmiş, dərhal baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumlikdə, 115 manat dəyirində maddi ziyan dəymişdir. Televizorun sıradan çıxması və divarın dağıdılması nəticəsində isə ona 70 manat maddi ziyan dəymişdir. Oğurlanmış əmlakı qaytarılmamışdır, amma təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qiyabi tanımışdır. Qüdrət bir neçə dəfə onun işlətdiyi Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən əlvan metal alqı satqısı dükanına səyyar gəzib topladığı əlvan metal məmulatlar gətirib satmışdır. 01.08.2021-ci il tarixdə təxminən saat 18 radələrində iş yerində olan zaman Qüdrət ona yaxınlaşıb zibilxanadan tapdığı köhnə televizorun monitorunun arxasından çıxartdığı 300 qram çəkidə mis sarğısını satmaq istədiyini bildirmişdir. O, mis sarğısını neçəyə satdığını soruşanda Qüdrət ona misi ümumi 5 manata satmaq istədiyini demişdir. Qiymətləşib Qüdrətdən mis sarğısını 3 manat pul ödəyib almışdır. 2021-ci ilin avqust ayının sonlarında iş yerinə gəlmiş polis əməkdaşları ondan yaxın günlərdə nə aldığını soruşmuşdurlar. O, Qüdərtdən aldığı mis sarğısını polis əməkdaşlarına göstərmişdir. Daha sonra izahatı alınması üçün onu 1-ci PB-nə dəvət etmişdirlər. PB-də izahatı alınan zaman ona məlum olmuşdur ki, Qüdrətin ona satdığı mis sarğı oğurluq yolu ilə əldə edilmişdir. Həmin gün Qüdrətin ona satdığı mis sarğısını araşdırmaya könüllü olaraq təqdim etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Aygün” mərasim evinin yaxınlığında məişət qabları tullantıları məntəqəsini icarəyə götürüb işlədir. 07.08.2021-ci il tarixdə təxminən saat 18 radələrində iş yerində olan zaman Qüdrət ona yaxınlaşıb atasının işlətdiyi kafenin bağlandığını, ona görə kafedə istifadə olunmuş 5 ədəd metal çəlləkləri satmaq məcburiyyətində qaldığını bildirmişdir. O, çəlləkləri neçiyə satdığını soruşanda Qüdrət ona çəlləkləri ümumi 60 manata satmaq istədiyini demişdir. Qiymətləşib ondan çəlləkləri 45 manata almışdır. 2021-ci ilin avqsut ayının sonların iş yerinə gəlmiş polis əməkdaşları ondan yaxın günlərdə metal çəllək alıb-almadığını soruşmuşdurlar. O, Qüdərtdən aldığı 5 ədəd çəlləyi onlara göstərmişdir. Daha sonra izahatı alınması üçün onu 1-ci PB-nə dəvət etmişdirlər. PB-də izahatı alınan zaman ona məlum olmuşdur ki, Qüdrətin ona satdığı çəlləklər oğurluq yolu ilə əldə etdiyi çəlləklərmiş. Həmin gün Qüdrətin ona satdığı çəlləkləri araşdırmaya könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.08.2021-ci il tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 48) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 01.09.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə ona ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək azad edilmişdir.(i.v 61-62, 74-75) İş materiallarında olan sənədlərdən görünür ki, 10.12.2021- ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham yenidən elan edilməklə, barəsində 01.09.2021-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri, daha ciddi qətimkan tədbiri olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir. (i.v 136-144, 149-150, 163-165) İş materiallarında olan 28.08.2021-ci il tarixli baxış protokolunda göstərilmişdir ki, hadisə yeri Sumqayıt şəhəri 11-ci mikrorayonda yerləşən rus qəbirstanlığı adlanan məzarlığa bitişik daş konstruksiyalı Zərərçəkmiş şəxs1 məxsus qarajdır. Qarajın ümumi ölçüsü 20 kv.m.dir. Giriş hissəsi dəmir materiallı darvazadan, divarları isə mişar daşından ibarətdir. Qarajın giriş darvazasının üzərindəki qıfılın tamlığı pozulmamışdır. Qarajın arxa divarında 50 sm uzunluğundan 40 sm enində mişar daşları yerindən çıxarılmışdır. Qarajın sahibi Zərərçəkmiş şəxs1 baxış zamanı 2021-ci ilin fevral ayından 22.08.2021-ci il tarixdək olan müddət ərzində həmin qaraja daxil olmuş naməlum şəxsin 50 ədəd pivə çəlləklərini oğurladığını bildirmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilib, əksi çıxarılaraq işə əlavə edilmişdir.(i.v 6-8) İş materiallarında olan 18.08.2021-ci il tarixli baxış protokolunda göstərilmişdir ki, hadisə yeri Sumqayıt şəhəri 11-ci mikrorayonda yerləşən daş konstruksiyalı Zərərçəkmiş şəxs2 məxsus qarajdır. Qarajın ümumi ölçüsü 20 kv.m.dir. Giriş hissəsi dəmir materiallı darvazadan, divarları isə mişar daşından ibarətdir. Qarajın giriş darvazasının üzərindəki qıfılın tamlığı pozulmamışdır. Qarajın arxa divarında bir neçə mişar daşları yerindən çıxarılmışdır. Qarajın sahibi Zərərçəkmiş şəxs2 baxış zamanı 25.07.2021-ci il tarixdən 18.08.2021-ci il tarixdək olan müddət ərzində həmin qaraja daxil olmuş naməlum şəxsin oradan 16 radiuslu Mercedes markalı avtomobilə məxsus 2 ədəd təkərləri, 4 metr uzunluğundan 75 mm diametrində, 5 ədəd dəmir boruları və köhnə televizorun arxasındakı mis naqilləri oğurlandığını bildirmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilib, əksi çıxarılaraq işə əlavə edilmişdir.(i.v 27-29) İş materiallarında olan təqdim etmə və götürmə protokolundan görünür ki, Sumqayıt şəhəri 26-cı məhəllə Xəzər bağlar massivi bağ evində yaşayan Şahid1 araşdırmaya Təqsirləndirilən şəxs 45 manata ona satdığı 5 ədəd metal pivə çəlləklərini təqdim etmiş və həmin çəlləklər sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Keçirilmiş istintaq hərəkəti zamanı təqdim edilmiş metal çəlləklərin fotoşəkilləri çəkilərək işə əlavə edilmişdir.(i.v 14-15) İş materiallarında olan təqdim etmə və götürmə protokolundan görünür ki, Sumqayıt şəhəri 49-cü məhəllə fərdi bağ evində yaşayan Şahid2 araşdırmaya Təqsirləndirilən şəxs 3 manata ona satdığı 300 qram çəkidə mis sarğı naqilini təqdim etmiş və həmin mis kütləsi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Keçirilmiş istintaq hərəkəti zamanı təqdim edilmiş mis kütləsinin fotoşəkilləri çəkilərək işə əlavə edilmişdir.(i.v 36-37) İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 24.11.2021-ci il tarixli 9/8360 saylı rəyində göstərilmişdir ki, müvafiq aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə anoloji malların markasına, modelinə uyğun olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 2019-cu ildə alınmış, markası məlum olmayan 16 radiuslu “Mercedes” markalı avtomobilə məxsus təkərin bir ədədi 25 manat olmaqla iki ədədi 50 manat, 4 metr uzunluğunda 75 mm diametrində dəmir borunun bir metri 20 manat olmaqla 5 ədədinin qiyməti 100 manat, 2017-ci ildə alınmış Türkiyə istehsalı olan “MAXS” markalı su mühərrikinin bir ədədinin qiyməti 40 manat olmaqla 50 ədədi 2000 (iki min) manat təşkil edir. Tədqiqatın nəticəsi: ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən və fotoşəkilləri təqdim edilmiş 3 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2150,0 manat müəyyən edilir. Qərarda və fotoşəkilləri təqdim edilmiş 1 ədəd istismar olunmuş, markası istintaqa məlum olmayan televizor və həmin televizora məxsus mis naqillər haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı.(i.v 121-124) İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 24.11.2021-ci il tarixli 9\8360 saylı rəyinə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs1 baş vermiş oğurluq hadisəsi nəticəsində 2000 (iki min) manat, Zərərçəkmiş şəxs2 isə baş vermiş oğurluq hadisəsi nəticəsində 155 manat məbləğində maddi ziyan dəyməsi əsas götürülmüşdür.(i.v 136-144) İş üzrə götürülmüş 5 ədəd metal çəllək və mis sarğısı maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin saxlancına təhvil verilmişdir.(i.v 136-144) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.(i.v 110) İş materiallarında olan 17 saylı MKS-nin 06.12.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rüfəddin oğlu qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 127) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə düzgün tövsif olunmuş, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı, cəzanı yüngülləşdirən hallar nəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 30 avqust 2021-ci ildən 01 sentyabr 2021-ci il tarixədək tutularaq saxlandığı iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Maddi sübut-5 ədəd metal çəllək zərərçəkmiş şəxs Mövlan İsgəndərova, mis sarğısı Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci ildən 01 sentyabr 2021-ci il tarixədək tutularaq saxlandığı iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasıı saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 04 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - 5 ədəd metal çəllək Zərərçəkmiş şəxs1, mis sarğısı Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-243/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-243/2022
04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver