Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-243/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Yardımlı rayonu Vərgədüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Vərgədüz kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan bağlarında fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00radələrində birgə yaşadıqları, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən fərdi yaşayış evində aralarında ailə münaqişəsi zəmnində yaranmış mübahisə baldızı Zərərçəkmiş şəxs sol yanaq və sol qulaq nahiyyəiərindən əl zərbələri ilə vuraraq, ona “sol qulağın təbii pərdəsinin zədələnməsi ilə müşayiət olunmuş sol qulaq seyvanının və sol almacıq nahiyyəsinin qançırları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Şahid1 ilə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı iki övladları var. Təxminən iki ildir ki, baldızı Zərərçəkmiş şəxs Sumqayıt şəhərində yerləşən kollecdə təhsil aldığı üçün onlarla birlikdə kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:00 radələrində yaşadıqları evdə olan zaman o, evin həyətində olan su qızdırıcısının qəfildən alışdığını görüb, dərhal qızdırıcını söndürmüşdür. Buna görə ev sahibi Şirməmmədi çağıraraq, baş vermiş hadisə barədə ona məlumat vermişdir. Şirməmməd də su qızdırıcısının qazını yüksək qoyduqları üçün bu hadisənin baş verdiyini bildirmişdir. Lakin, Afiqə və Zahirə qazın səviyyəsini az qoyduqlarını dediklərindən o də onların sözlərinə inanaraq Şirməmmədə and içərək qazın səviyyəsini az qoyduqlarını bildirmişdir. Bundan sonra Şirməmməd çıxıb getmiş, Afiqə ilə Zahirə isə yalan dediklərini, həqiqətən su qızdırıcısının qazını yüksək etdiklərini bildirmişlər. O əsəbləşərək onlarla mübahisə etmiş, Afiqə və Zahirənin sifət nahiyyələrindən sillələr vuraraq onları döymüşdür. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə Zahirə həkimə müraciət etmiş, daha sonra ondan polisə şikayət etdikləri məlum olmuşdur. Beləliklə Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs Qanuni nümayəndə iştirakı ilə ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yaşayan bacısı Şahid1 və sonuncunun ailə ilə birlikdə yaşamışdır. Afiqə həyat yoldaşı Təqsirləndirilən şəxs və iki azyaşlı övladları ilə kirayədə yaşayırlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:00 radələrində yaşadıqları evdə olan zaman evin həyətində olan su qızdırıcısının qəfildən alışdığını görüb, dərhal qızdırıcını söndürmüşlər. Buna görə Fəqan ev sahibini çağıraraq, baş vermiş hadisə barədə ona məlumat vermişdir. Fəqan Afiqə və ondan su qızdırıcısının qazının səviyyəsini yüksək qoyub-qoymadıqlarını soruşmuş, onlar digər şəxsləein yanında bu barədə heç nə deyə bilməmişlər. Ev sahibi su qızdırıcısını düzəldərək çıxıb getdikdən sonra Fəqan onunla mübahisə edib, ona yalan danışdıqları demiş, buna görə aralarında mübahisə yaranmış və Fəqan ilk olaraq sillələrlə Afiqənin sifətindən vuraraq onu döymüş, sonra isə dəfələrlə onun sifətinin sol tərəfindən, yumruqlarla sol qulaq nahiyyəsindən və kürəyindən vuraraq onu da döymüşdür. Sol qulağında ağrılar olduğu üçün səhəri gün qonşuluqda yaşayan əmisi oğlu Şahid2 ilə xəstəxanaya getmiş və bu barədə DİN-in “102” xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı qarşılamışdır. Bütün xəstəxana və yol xərclərini özü çəkmişdir. Həmçinin hadisə nəticəsində mənəvi zərər də çəkmişdir. Hazıda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı iki övladları var. Ailə həyatı quranda münasibətləri normal olmuşdur. Bacısı Zərərçəkmiş şəxs Sumqayıt şəhərində təhsil aldığı üçün onlarla birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:00 radələrində kirayədə yaşadıqları evdə olan zaman evin həyətində olan su qızdırıcısının qəfildən alışdığını görüb, dərhal qızdırıcını söndürmüşlər. Buna görə Fəqan ev sahibini çağıraraq, baş vermiş hadisə barədə ona məlumat vermişdir. Fəqan Zahirə ilə ondan su qızdırıcısının qazının səviyyəsini yüksək qoyub-qoymadıqlarını soruşmuş, onlar da ilk öncı heç nə etmədiklərini demişlər. Ev sahibi su qızdırıcısını düzəldərək çıxıb getdikdən sonra Fəqan onlarla mübahisə etmiş, ilk olaraq sillələrlə onun sifətindən vuraraq döymüş, daha sonra isə Zahirənin sifətinə və kürəyinə zərbələr vuraraq onu da döymüşdür. Zahirənin qulağında ağrılar olduğu üçün səhəri gün qonşuluqda yaşayan əmisi oğlu Şahid2 ilə xəstəxanaya getmiş və bundan sonra polisə şikayət etmişlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, əmisi qızları Şahid1 və Zərərçəkmiş şəxs onunla qonşuluqda, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yaşayırlar. Belə ki, Afiqə həyat yoldaşı Fəqanla birlikdə orada kirayədə yaşayırlar, Zahirə də Sumqayıt şəhərində kollecdə təhsil aldığı üçün onlarla qalır. xx.xx.2024-cü il tarixdə Zahirə xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadıqları evdə Fəqan aralarında yaranmış mübahisə zamanı onu və Afiqəni döydüyünü bildirmiş, Zahirənin sol qulaq nahiyyəsində xəsarət olduğu üçün onu Sumqayıt şəhər TTYX-na aparmış, oradan DİN-in 102 Xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Sadələşdirilmiş icraat materiallarının 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli 67 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: Sol qulağının təbil pərdəsinin zədələnməsi ilə müşaiyət olunmuş sol qulaq seyvanının və sol almacıq nahiyyənin qançırları. Qeyd olunan xəsarətlər küt əşya (əşyaların) təsirindən yaranmışlar, zərərçəkən şəxs Sumqayıt TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əl ilə yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Sadələşdirilmiş icraat materiallarının 34-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə olunmuş CMS çıxarışdan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxisn özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və himayəsində iki azyaşlı uşağının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağlarında yerləşən fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Şimal” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Ceyranbatan bağlarında yerləşən fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-243/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-243/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver