Məhkəmə qərarları › İş №1(060)-244/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-244/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-244/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri,11-ci mikrorayon ev 20mənzil 8-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri 3-cü mikrorayon ev 24, mənzil 89-da yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 21.02.2021-ci il tarixdə saat 18:50 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “İlkin” aptekin qarşısında Zərərçəkmiş şəxs məxsus “DAİMLER CRYİSLER C200” markalı, ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında Zərərçəkmiş şəxs yumruğu ilə vuraraq ona “sağ gicgah təpə nahiyyənin dərialtı hematoması, alın nahiyyəsinin qançırı, boyun nahiyyəsininvə sol əlin İV barmağının sıyrıqları xəsarətləri ” yetirərək Təqsirləndirilən şəxs qəsdən “YÜNGÜL” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, X1ilə qeyri-rəsmi yaşayır.Şəlalə ona hadisədən bir neçə gün əvvəl Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisi ilə piyada gedərkən telefonla tanışı ilə danışarkən xəttə olan şəxsə “sən ona fikir vermə onun səviyyəsi yoxdur” demiş,sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs isə həmin kəlmələrin ona deyildiyini zənn edərək onun ünvanına nalayiq ifadələr işlətmiş o, isə cavab vermədən çıxıb getmişdir.21.02.2021-ci il tarixində saat 18:50 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisindən keçərkən “DAİMLER CRYİSLER C200” markalı, ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının orada olduğunu və Zərərçəkmiş şəxs də avtomaşında olduğunu görərək maşının qabaq sol qapısını açaraq oturmuş, Zərərçəkmiş şəxs Şahid onun həyat yoldaşı olduğunu demiş və onu niyə təhqir etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona kobud cavab verdiyindən o, Azərin alın və sifət nahiyyələrindən yumruq zərbələri ilə vuraraq ona xəsarətlər yetirib getmişdir.Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır və sonuncunun ondan şikayəti yoxdur. Bu səbəbdən də barəsindəki məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,hadisə baş verməmişdən 3-4 gün əvvəl Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində gəzişərkən uzaqdan tanışını görərək ona salam vermiş, bu vaxt oradan keçən sonradan adının və soyadınının Şahid olduğunu öyrəndiyi şəxs salamın ona ünvanlandığını düşünərək ona qarşı nalayiq ifadələr işlətmidir. O isə heç bir söz demədən çıxıb getmişdir.21.02.2021-ci il tarixdə saat 18:50 radələrində Təqsirləndirilən şəxs onun avtomaşınını qabaq sol qapısını açaraq orada oturmuş və Şahid onun həyat yoldaşı olduğunu bildirərək onun alın nahiyyəsinə kəllə,sifət nahiyyəsinə yumruğu və ayağı ilə vuraraq ona xəsarətlər yetirmişdir. O, isə öz növbəsində poilsə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan şikayətçi deyildir.Sonuncunun barəsindəki məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisi ilə piyada gedərkən telefonla danışarkən xəttə olan şəxsə “sən ona fikir vermə onun səviyyəsi yoxdur” demiş ,sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs isə həmin kəlmələrin ona deyildiyini zənn edərək onun ünvanına nalayiq ifadələr işlətmiş, o, isə buna əhəmiyyət verməyərək çıxıb getmişdir. Lakin baş vermiş hadisə ilə bağlı qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs xəbər vermişdir.21.02.2021-ci il tarixdə onun mobil telefonuna zəng vuraraq Zərərçəkmiş şəxs Ramil tərəfindən döyüldüyü ona deyilmiş, o, dərhal həmin yerə getmişdir. Ramilə zəng vuraraq nə baş verdiyini soruşduqda onun Zərərçəkmiş şəxs döyməsini etiraf etdiyini bildirdi. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21.02.2021-ci il tarixli 210 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ gicgah təpə nahiyyənin dərialtı hematoması, alın nahiyyəsinin qançırı, boyun nahiyyəsininvə sol əlin İV barmağının sıyrıqları” xəsarətləri aşkar edilmişdir ki, qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişlər, müayinədən bir günə qədər əvvəl olmaqla 21.02.2021-ci il tarixdə əmələ gələ bilərdilərvə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuşsağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş 24.02.2021-ci l tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sumqayıt Narkoloji Dispanseri tərəfindən verilmiş 682 saylı 23.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Sumqayıt şəhər 3 saylı poliklinikadan verilmiş 105 saylı,23.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs şəhər polklinikasının psixiatrik kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Narkoloji Dispanseri tərəfindən verilmiş 682 saylı 23.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan sübutların qiymtləndirilməsinə dair 23.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs oğlu tərəfindən verilmiş 12.03.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncu ondan şikayəftçi deyildir və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 12.03.2021-ci il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır və bu səbəbdən də sonuncunun barəsindəki məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsMəhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 02mart 2021-ci il tarixli (iş № 1(060)-244/2021) qərarını icra edərək, 05 mart 2021-cu il tarixli 193 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar