Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-244/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Suqmayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o 14 avqust 2024-cü il tarixdə, saat 21 radələrində В1, В, C1, C koteqoriyalı, BD seriyalı, 049423 nömrəli sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X10” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Nərimanov küçəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görmədən hərəkətini davam etdirərək yol hərəkəti istismarı qaydalarını pozmuş və nəticədə idarə etdiyi “X10” markalı avtomobilin sağ qabaq hissəsi ilə hərəkət istiqamətinin sol tərəfində yerləşən park ərazisindən yolun hərəkət hissəsinə daxil olaraq yolun əks tərəfi istiqamətində hərəkətə başlamış piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsində vurub, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs döş qəfəsinin küt travması, hər iki ağciyərin əzilməsi, iki tərəfli pnevmotoraks, sol İİ-İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, travmatik-plevrolpulmonal şok İİİ-İV dərəcə, sol bazunun açıq sınığı, sağ baldırın qapalı yerdəyişən sınığı, döş qəfəsinin və qarnın sol yarısının, döş qəfəsinin arxa səthinin və sağ qalça nahiyəsinin geniş ölçülü sıyrıqları, həmçinin alın, burun və sağ çiyinüstü nahiyənin sıyrıqları kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirib, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər fonunda döş qəfəsinin küt travması, hər iki ağciyərin əzilməsi, iki tərəfli pnevmotoraks və sol İİ-İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları ilə müşayət olunmuş İİİ-İV dərəcəli travmatikplevrolpulmonal şokdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, **-YS-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobili lizinq şərtləri ilə almış, həmin avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində idarə etdiyi avtomobildə tanışları Fərid Hüseyinli, Şahid2 və Şahid3 olmuşdur. O, Sumqayıt şəhəri, Nərimanov küçəsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazi istiqamətində 50-60 km/saat sürətlə yolun sol hissəsi ilə hərəkətdə olan zaman hadisə yerinə təxminən 20-25 metr qalmış bir nəfər piyadanın iti yerişlə hərəkət istiqamətinin sol hissəsindən yolun hərəkət hissəsinə daxil olduğunu görmüş, piyada yolun hərəkət hissəsinə daxil olduqdan sonra irəli doğru, yəni yolun əks tərəfi istiqamətində təxminən üç-dörd addım atmışdır. Bundan sonra o, hadisənin qarşısını almaq üçün ayağını əyləcə basmış və idarə etdiyi avtomobilin istiqamətini hərəkət istiqamətinin sol tərəfinə yönləndirmişdir. Bundan sonra avtomobilinin qabaq sol təkəri səkiyə sürtünmüş, avtmobil səkinin kənarına dəydiyi üçün zərbədən təkrar sağa istiqamətlənmiş və bir neşə metr öncə avtomobilin sağ qabaq hissəsi ilə yolun hərəkət hissəsində piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada ilk əvvəl idarə etdiyi avtomobilin ön alınlıq şüşəsinə çırpılmış, sonra isə avtomobilin üstündən aşıb yola düşmüşdür. O, idarə etdiyi avtomobili saxladıqdan sonra isə dərhal avtomobildən düşmüş və piyadaya yaxınlaşmış və piyadanın park ərazisində arxası üstə səkiyə yaxın yerdə uzandığını görmüşdür. Onun idarə etdiyi avtomobil hadisədən sonra yararsız vəziyyətə düşdüyü və idarə edilməsi mümkün olmadığı üçün idarə etdiyi avtomobillə vurduğu piyadaya tibbi yardım göstərilməsi üçün 103 xidmətinə zəng vurmuş və hadisə barədə məlumat vermişdir. O, hadisə yerinə təcili tibbi yardım briqadası çağırmış, aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili tibbi yardım biriqadasının əməkdaşları sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs tibbi yardım göstərmələri üçün onu Sumqayıt şəhər TTY Xəstəxanasına aparmışlar. Bundan sonra onun özü də xəstəxanaya getmiş, daha sonra isə hadisə yerinə qayıtmışdır. O, hadisə yerini polis əməkdaşlarına təqdim etmiş və bundan sonra isə izahatının alınması üçün polis idarəsinə dəvət edilmişdir. Hadisədən əvvəl spirtli içki və ya digər güclü təsir edən, bihuşedici maddə qəbul etməmişdir. Avtomobili sürücülük hüququ əsasında idarəə etmişdir. Hadisə vaxtı idarə etdiyi avtomobildə üç nəfər sərnişin olmuş. Hadisə vaxtı nə özü, nə də avtomobildə olan sərnişinlərdən hər hansı biri xəsarət almamışdır. Baş vermiş hadisədən əvvəl o, avtomobilini 60 km/saatla idarə etmişdir. İlkin olaraq ifadə verərkən həyəcanlı olduğu üçün fikrini düzgün izah edə bilməmiş, bu səbəbdən ilkin ifadəsində göstərmişdir ki, yolun hərəkət hissəsinə daxil olmuş piyadanı təxminən 7-8 metr məsafədən görmüş, bundan sonra əyləcdən istifadə edərək idarə etdiyi avtomobilin sürətini azaltmış və idarə etdiyi avtomobilin istiqamətini hərəkət istiqamətinin sol tərəfinə yönləndirmişdir. Həmin vaxt isə idarə etdiyi avtomobilin qabaq sol təkərinin hərəkət istiqamətinin sol hissəsində yerləşən səkiyə çırpılmış və bundan sonra idarə etdiyi avtomobilə idarə etməni itirmişdir. İdarə etdiyi avtomobilin hərəkət istiqamətinin sağ tərəfinə istiqamətləndirdiyi üçün idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə yolun hərəkət hissəsində hərəkətdə olan piyadanı vurmuşdur. Əslində o, hadisədən əvvəl yolun hərəkət hissəsinə daxil olmuş, piyadanı hadisə yerinə təxminən 20-25 metr qalmış orta iti yerişlə hərəkət istiqamətinin sol hissəsindən yolun hərəkət hissəsinə daxil olmuş, bundan başqa piyadanın yolun hərəkət hissəsinə daxil olduqdan sonra isə irəliyə doğru, yəni yolun əks tərəfi istiqamətində təxminən üç-dörd addım atdığını görmüşdür. İdarə etdiyi avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə hər hansı texniki nasazlıq olmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, həmçinin təhqiqat zamanı verdiyi izahatı arasında qismən ziddiyyət yarandığı üçün həmin ziddiyyətli hallar məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs təhqiqat zamanı verdiyi izahatında göstərmişdir ki, Sumqayıt şəhəri, Nərimanov küçəsində 50 km/saat sürətlə sol zolaqda hərəkətdə olduğu vaxt qarşıda təxminən 7-8 metr məsafədə bir nəfər şəxsin park olan hissədən yolu əks istiqamətə, yəni sağa addımladığını görüb özünü bir anlıq itirmiş, yəni geriyə qarşı hərəkətini seçə bilmədikdə o dərhal avtomaşını sola çəkib park olan hissədə ağaclığa çırpmaq istədikdə avtomobilin qabaq təkəri beton səkiyə toxunmuş, idarəetməni itirmiş, avtomobil sağa meyilləndikdə həmin şəxsi avtombilin ön hissəsi ilə vurmuşdur (cinayət işinin 18-ci vərəqəsi). Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Nərimanov küçəsində 50-60 km/saat sürətlə hərəkət edərkən hərəkət istiqamətinin sol hissəsində yerləşən park ərazisindən bir nəfər kişi cinsindən olan şəxs adi yerişdən sürətli olan yerişlə yolun hərəkət hissəsinə daxil olaraq irəli doğru, yəni yolun əks istiqamətində təxminən 3 metr məsafə qət etmiş və idarə etdiyi avtombilin yolda hərəkət etdiyini görüb ani olaraq dayanmışdır. Bundan sonra isə piyada özünü itirərək 1 metr irəli, daha sonra 1 metr geri doğru hərəkət etmişdir. Bunu təxmini 7-8 metr məsafədən gördükdə dərhal əyləcdən istifadə edərək avtomobilin sürətini azaltmış, piyadadan yan keçmək üçün avtomobili sola istiqamətləndirmiş, bu zaman idarə etdiyi avtomobilin qabaq sol təkəri hərəkət istiqamətinin sol hissəsində yerləşən səkiyə çırpılmış, idarəetməni itirmiş, avtomobili hərəkət istiqamənin sağına istqamətləndiyinən avtomobilin sağ qabaq hissəsi ilə yolun hərəkət istiqamətindəki piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada ilk əvvəl idarə etdiyi avtomobilin ön alınlıq şüşəsinə çırpılmış, sonra isə avtombilin üstündən aşıb yola düşmüşdür (cinayət işinin 25-28-ci vərəqələrində olan şahidi dindirmə protokolu, 33-34-cü vərəqələrində olan şahidin ifadəsinin yerində yoxlanılması protokolu). Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması özünün ziddiyətli ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxmış və yaşadıqları evin yaxınlığında yerləşən “Tam Strore” mağazasına getmişdir. O, geri qayıdarkən yol ilə bir qara rəngli avtomobilin sürətlə hərəkət edib yanından keçdiyini görmüş, həmin avtomobil təxminən 50-100 metr məsafə getdikdən sonra qəflətən uğultu, sonra isə nəyəsə çırpılmaq səsi gəlmişdir. Bundan sonra orada olan şəxslər kimi oda hadisə yerinə yaxınlaşmış, sonradan anket məlumatlarını öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı avtomobillə yolda hərəkət edən piyadanı vurduğunu və piyadanın həmin ərazidə yerləşən park ərazisində yola yaxın yerə yıxıldığını görmüşdür. Sonradan o, həmin piyadaya diqqətlə baxmış və həmin piyadanın həyat yoldaşı Radim Həəsnov olduğunu görmüşdür. Bundan sonra o, həyat yoldaşına yaxınlaşmış və onun huşunun özündə olduğunu görmüşdür. Həyat yoldaşı nəfəs almaqda çətinlik çəkmişdir. Bundan sonra ona bacardığı qədər tibbi yardım göstərməyə çalışmış, aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasının əməkdaşları mərhum ərinə tibbi yardım göstərilməsi üçün onu təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhər TTTY xəstəxanasına aparmışdır. O da həmin təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getmişdir. Mərhum həmin gecəni xəstəxanada qalmış, ancaq ona göstərilən tibbi yardımlara baxmayaraq səhəri gün saat təxminən 15 radələrində xəstəxanada vəfat etmişdir. Bundan sonra mərhum əri Zərərçəkmiş şəxs meyitini xəstəxanadan qəbul etmiş və sonuncunu Ağsu rayonu, Cəfərli kəndi ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Eminlə uşaqlıqdan dostluq edir. Sonuncu dəfə Emin xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində idarə etdiyi ** YS *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobillə Sumqayıt şəhəri, Nərimanov küçəsində, Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazi istiqamətində yolun sol hissəsi ilə hərəkətdə olmuşdur. Bu zaman o, avtomobilin qabaq sağ oturacağında, digər tanışları Şəhriyar arxa sol və Günay adlı tanışları isə arxa sağ oturacaqda əyləşmişdir. Emin idarə etdiyi avtomobillə Sumqayıt şəhəri Nərimanov küçəsində 55-60 km/saat sürətlə hərəkətdə olarkən, təxmini 25-30 metr məsafədə hərəkət istiqamətinin sol hissəsində yerləşən park ərazisindən bir nəfər kişi cinsindən olan şəxs adi yerişdən sürətli olan yerişlə yolun hərəkət hissəsinə daxil olmuşdur. Emin dərhal tormoza basaraq rolu sola istiqamətləndirmiş, avtomobil solda olan səkiyə çırpırlmış və sonra sağa istiqamətlənərək yolun hərəkət hissəsində piyadanı vurmuşdur. Piyada yolda daxil olduqdan sonra irəliyə doğru 3-4 addım atmışdır və dayanmamışdır. Zərbənin təsirindən piyada avtomobilin ön alınlıq şüşəsinə çırpılmış, daha sonra isə avtomobilin üstündən aşıb arxaya düşmüşdür. Emin idarə etdiyi avtomobili saxladıqdan sonra isə avtomobildən düşmüş və piyadaya yaxınlaşmışdır. Eminin idarə etdiyi avtomobil yararsız vəziyyətdə olduğu üçün və idarə edilməsi mümkün olmadığı üçün piyadaya tibbi yardım göstərilməsi üçün 103 xidmətinə zəng vurmuşdur. Hadisə barədə həm Emin, həm də o, 103 xidmətinə məlumat vermiş və hadisə yerinə təcili tibbi yardım briqadası çağırmışlar. Aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili tibbi yardım biriqadasının əməkdaşları sonradan anket məlumatlarını öyrəndiyi piyada Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün onu Sumqayıt şəhər TTY Xəstəxanasına aparmışlar. Aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra o da xəstənin vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya getmişdir. Hadisə vaxtı Eminin idarə etdiyi avtomobildə ondan başqa, Şəhriyar və Günay sərnişin qismində əyləşmiş, hadisə vaxtı hər hansı bədən xəsarəti almamışdır. Şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında qismən ziddiyyət yarandığı üçün ifadənin ziddiyətli hissəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, həmin ərazidə yerləşən işıqforu keçdikdən təxminən 10 metr sonra hərəkət istiqamətinin sol hissəsində yerləşən park ərazisindən bir nəfər kişi cinsindən olan şəxs adi yerişdən sürətli olan yerişlə yolun hərəkət hissəsinə daxil olmuş, irəliyə doğru təxminən 3-4 metr məsafə qət etmiş və ani olaraq dayanmışdır. Bundan sonra isə həmin piyada özünü itirərək təxminən 1 metr irəli, daha sonra isə 1 metr geri doğru hərəkət etmişdir. Emin isə idarə etdiyi avtomobillə piyadadan yan keçmək üçün idarə etdiyi avtomobili hərəkət istiqamətinin sol hissəsinə istiqamətləndirmişdir. Bu zaman Eminin idarə etdiyi avtomobilin qabaq sol təkəri yolun sol hissəsində yerləşən səkiyə çırpılmış, daha sonra isə avtomobil yolun sağ tərəfinə istiqamətlənmişdir. Həmin vaxt Emin idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə yolun hərəkət hissəsində dayanmış və piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada ilk əvvəl avtomobilin ön alınlıq şüşəsinə çırpılmış, daha sonra isə avtomobilin üstündən aşıb arxaya düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə tanışı Günayla birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olarkən Günayın idarə etdiyi ** YS *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobili ustaya aparmaq zərurəti yaranmışdır. Onlar həmin avtomobili evakuator vasitəsi ilə təmirə aparmışlar. Daha sonra Günay Eminə zəng vurmuş və onları təmir yerinə aparmasını xahiş etmişdir. Aradan bir qədər keçdikdən sonra Emin idarə etdiyi avtomobillə onların yanına gəlmiş və həmin vaxt avtomobildə sonradan anket məlumatlarını öyrəndiyi Eminin tanışı Fəriddə olmuşdur. Bundan sonra o, avtomobilə əyləşmiş və Emin avtomobili Sumqayıt şəhəri istiqamətində idarə etməyə başlamışdır. Saat təxminən 21 radələrində Eminin idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Nərimanov küçəsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazi istiqamətində yolun sol hissəsi ilə hərəkət olan zaman Fərid qabaq sağ oturacaqda, o, arxa sol oturacaqda və Günay isə arxa sağ oturacaqda əyləşmişdir. Emin idarə etdiyi avtomobillə Sumqayıt şəhəri Nərimanov küçəsində 50-60 km/saat sürətlə hərəkətdə olarkən, təxmini 20-30 metr məsafədə hərəkət istiqamətinin sol hissəsində yerləşən park ərazisindən bir nəfər kişi cinsindən olan şəxs yüngül qaçışla yolun hərəkət hissəsinə daxil olmuşdur. Emin dərhal tormoza basaraq rolu sola istiqamətləndirmiş, avtomobil solda olan səkiyə çırpırlmış və sonra sağa istiqamətlənərək yolun hərəkət hissəsində piyadanı vurmuşdur. Piyada yolda daxil olduqdan sonra irəliyə doğru 3-4 addım atmışdır və dayanmamışdır. Həmçinin piyada irəligeri getməmişdir. Zərbənin təsirindən piyada avtomobilin ön alınlıq şüşəsinə çırpılmış, daha sonra isə avtomobilin üstündən aşıb arxaya düşmüşdür. Emin idarə etdiyi avtomobili saxladıqdan sonra isə avtomobildən düşüb piyadaya yaxınlaşmış və həmin vaxt piyadanın park ərazisində arxası üstə səkiyə yaxın yerdə uzandığını görmüşdür. Eminin idarə etdiyi avtomobil yararsız vəziyyətdə olduğu və onun idarə edilməsi mümkün olmadığı üçün o, Fəridlə piyadaya tibbi yardım göstərilməsi üçün 103 xidmətinə zəng vurmuş və hadisə barədə məlumat vermişdir. Aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım biriqadasının əməkdaşları sonradan anket məlumatlarını öyrəndiyi piyada Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün onu Sumqayıt şəhər TTY Xəstəxanasına aparmışlar. Bundan sonra xəstənin vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya getmişdir. Hadisə vaxtı Eminin idarə etdiyi avtomobildə o, Fərid və Günay sərnişin qismində əyləşmiş və o, hadisə vaxtı hər hansı bədən xəsarəti almamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında qismən ziddiyyət yarandığı üçün ifadənin ziddiyətli hissəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, həmin ərazidə yerləşən işıqforu keçdikdən təxminən 10 metr sonra hərəkət istiqamətinin sol hissəsində yerləşən park ərazisindən bir nəfər kişi cinsindən olan şəxs adi yerişdən sürətli olan yerişlə yolun hərəkət hissəsinə daxil olmuş, irəliyə doğru təxminən 3-4 metr məsafə qət etmiş və ani olaraq dayanmışdır. Bundan sonra isə həmin piyada özünü itirərək təxminən 1 metr irəli, daha sonra isə 1 metr geri doğru hərəkət etmişdir. Emin isə idarə etdiyi avtomobillə piyadadan yan keçmək üçün idarə etdiyi avtomobili hərəkət istiqamətinin sol hissəsinə istiqamətləndirmişdir. Bu zaman Eminin idarə etdiyi avtomobilin qabaq sol təkəri yolun sol hissəsində yerləşən səkiyə çırpılmış, daha sonra isə avtomobil yolun sağ tərəfinə istiqamətlənmişdir. Həmin vaxt Emin idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə yolun hərəkət hissəsində dayanmış və piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada ilk əvvəl avtomobilin ön alınlıq şüşəsinə çırpılmış, daha sonra isə avtomobilin üstündən aşıb arxaya düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan öncə şahid kimi ifadə vermiş Şahid2 və ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirdimişdir ki, Təqsirləndirilən şəxs avtomobili Sumqayıt şəhəri Nərimanov küçəsində idarə edərkən avtomobilin ani tormozlamasını və nəyəsə çırpıldığını hiss etmişdir. Hadisə zamanı diqqəti yolda olmadığı üçün hadisənin necə baş verməsini dəqiq bilmir. Yalnız hadisədən sonra yerə endikdə Eminin avtomobillə piyada vurmasını bilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru Şahid4 oğlunun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, sonuncu dəfə ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə 14 avqust 2024-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, N.Nərimanov küçəsi və ətraf ərazilərdə idarə etdiyi xidmətdə olarkən, Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən məsul növbətçi ümumi istifadədə olan rabitə vasitəsi ilə Sumqayıt şəhəri, Nərimanov küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verdiyini və hadisə nəticəsində şəxsin bədən xəsarəti aldığını bildirmişdir. O, dərhal həmin əraziyə yaxınlaşmışdır. Bundan sonra həmin gün saat 21 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” minik markalı, ** YS *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Nərimanov küçəsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazi istiqamətində hərəkətdə olarkən, idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə hərəkət istiqamətinin sol tərəfində yerləşən park ərazisindən yolun hərəkət hissəsinə daxil olaraq yolun əks tərəfi istiqamətində hərəkətə başladığını və piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsində ehtiyatsızlıqdan vurduğunu, ona müxtəlif bədən xəsarətləri yetirdiyini öyrənmişdir. Aradan bir qədər keçdikdən sonra o, hadisə yerinə gəlmiş və təcili tibbi yardım briqadasının əməkdaşları hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almış piyada Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün onu Sumqayıt şəhər TTY xəstəxanasına aparmışlar. Bundan sonra sürücü də ona özü haqqında məlumatları vermiş və idarə etdiyi avtomobillə vurduğu piyadanın səhhəti ilə maraqlanmaq üçün xəstəxanaya getmişdir. O isə hadisə yerində qalaraq hadisə yerini mühafizə etmiş, aradan bir qədər keçmiş hadisə yerinə əməliyyat qrupunun digər üzvüləri və daha sonra isə sürücü Təqsirləndirilən şəxs gəlmişdir. Bundan sonra sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və müvafiq protokol tərtib edilmişdir. Daha sonra isə hadisə yerində olan avtomobil çəkici vasitəsi ilə çəkilərək Sumqayıt ŞPİ-nin cərimə duracağına yerləşdirilmişdir. Bundan sonra o, xidməti əraziyə qayıdaraq xidmətini davam etdirmişdir. Cinayət işinin 149-cu vərəqələrində olan 24 dekabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan 31 mart 2023-cü il tarixdə verilmiş BD049423 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1”, “B”, “C1”, “C” dərəcəli sürücülük hüququ var, vəsiqənin 31 mart 2033-cü il tarixədək qüvvədə olma müddəti var. Cinayət işinin 23-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş BB seriyalı, 577722 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2015-ci il, “Chevrolet Cruze” minik markalı, ** YS *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi BOKT "xxxx" MMC-dir. Cinayət işinin 24-cü vərəqəsində olan 897 saylı, xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Chevrolet Cruze” minik markalı, ** YS *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək idarəedilməsi etibar edilmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan 14 avqust 2024-cü il tarixli, 4199 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 97-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X7 xx.xx.2024-cü il tarixli 97 saylı rəyindən görünür ki, 1977-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi müayinəsinə, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 2186 saylı xəstəlik tarixinə, laborator müayinənin cavablarına, ölüm haqqında olan ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir: Mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin küt travması, hər iki ağciyərin əzilməsi, iki tərəfli pnevmotoraks, sol İİ-İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, travmatik-plevrolpulmonal şok İİİ-İV dərəcə, sol bazunun açıq sınığı, sağ baldırın qapalı yerdəyişən sınığı, döş qəfəsinin və qamın sol yarısının, döş qəfəsinin arxa səthinin və sağ qalça nahiyəsinin geniş ölçülü sıyrıqları, həmçinin alın, burun və sağ çiyinüstü nahiyənin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, onuntibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin küt travması, hər iki ağciyərin əzilməsi, iki tərəfli pnevmotoraks və sol İİ-İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları ilə müşayət olunmuş İİİ-İV dərəcəli travmatik- plevrolpulmonal şok olmuşdur. Onun ölümü xx.xx.2024-cü il tarixdə saat 14:00-da Sumqayıt şəhər TTYX-da baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi müayinəsi nəticəsində etil spirti, narkotik maddələr və digər təsiredici maddələr aşkar edilməmişdir. (AKT-2798/K). Cinayət işinin 117-118-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 8/2510 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarına əlavə edilmiş istintaq tərəfindən verilən məlumatlara əsasən “Chevrolet Cruze” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 116-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 40-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 13-16-8/2-5421/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə “B1BC1C” kateqoriyalı BD 049423 nömrəli on illik sürücülük vəsiqəsi almış, mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və birincisinin yaddaşında 02 (iki) ədəd, birincisi “xx.xx.2024 **-YS-***” adlı və ikincisi “xx.xx.2024 **-YS-***” adlı fayllar olan diskə baxış keçirilərkən birinci faylın yaddaşında əlavə olaraq 12 (on iki) ədəd ** YS *** dövlət qeydiyyat nişanlı avtomobilin qaranlıq hava şəraitində çəkilmiş fotoşəkillərinin olduğu, xx.xx.2024, saat 18:34:47-də, Sumqayıt, Sahil yolu, məscidin yaxınlığı, Bakı istiqamətində çəkilmiş foto şəkildən əlavə digər 11 (on bir) ədəd foto şəkildə ancaq avtomobilin dövlət qeydiyyat nişanının göründüyü, həmin foto şəkildə isə avtomobilin sürücü oturacağında və ön sərnişin oturacağında iki nəfər kişi cinsindən olan şəxslərin əyləşdiyinin göründüyü müəyyən edilmişdir. İkinci fayla baxış keçirdikdə isə faylın yaddaşında ** YS *** dövlət qeydiyyat nişanlı avtomobilin Sumqayıt şəhəri ərazisində xx.xx.2024-cü il tarixdə saat 17:47:11 radələrindən, saat 21:06:07 radələrinədək hərəkət trayektoriyasını əks etdirən cədvəlin olduğu müəyyən edilmişdir. İkinci diskə baxış keçirilərkən diskin yaddaşında 01 (bir) ədəd adlı faylın olduğu, həmin faylın yaddaşında isə əlavə olaraq 04 (dörd) ədəd, birincisi “STŞ-015 3-2024-08- 14_21h06min30s000ms R.Q 2” adlı, ikincisi “STŞ-020 3- 2024-08-14_R.Q İSTİ” adlı, üçüncüsü “STŞ-053 2-2024-08-14_21h08min00s000ms RQ4” adlı və dörcünsü “STŞ-053 3-2024-08- 14_21h07min35s000ms R.Q 3” adlı faylların olduğu, birinci faylın yaddaşında “X10” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı avtomobilin Sumqayıt ŞPİ-nin TŞ Xidmətinin STŞ-015 nömrəli, ikinci faylın yaddaşında “X10” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı avtomobilin Sumqayıt ŞPİ-nin TŞ Xidmətinin STŞ-020 nömrəli, üçüncü faylın yaddaşında “X10” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı avtomobilin Sumqayıt ŞPİ-nin TŞ Xidmətinin STŞ-053 nömrəli və dördüncü faylın yaddaşında “X10” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı avtomobilin Sumqayıt ŞPİ-nin TŞ Xidmətinin STŞ-053 nömrəli kameraları vasitəsi ilə çəkilmiş, ** YS *** dövlət qeydiyyat nişanlı “X10” markalı avtomobilin Sumqayıt şəhəri ərazisində hərəkət istiqamətlərini əks etdirən video görüntülərin olduğu müəyyən edilmişdir. Cinayət işinin 119-126-cı vərəqələrində olan 24 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 26 avqust 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ziddiyətli ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb ola cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi vəsatət verərək əlavə yol-nəqliyyat hadisələri ekspertizanın keçirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, müstəntiq tərəfindən ekspertiza təyin edilməmişdən öncə Təqsirləndirilən şəxs ifadələri təhrif edilərək onun ifadələrində göstərilmişdir ki, guya piyada hadisə zamanı 3 metr irəlilədikdən sonra özünü itirərək 1 metr irəli, sonra isə 1 metr geri hərəkət etmiş və bundan sonra avtomobil tərəfindən vurulmuşdur. Bununla da piyadanın 5 metr yol qət etdiyi müəyyən edilmiş, bu məlumatlar əsasında yol-nəqliyyat hadisələri üzrə ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Halbuki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və şahidlər birmənalı olaraq bildirmişlər ki, piyada iti yerişlə yola daxil olduqdan sonra 3-4 addım atmış, dayanmamış, yaxud irəli-geri addım atmamışdır, 3 metr irəlilədikdən sonra avtomobil tərəfindən vurulmuşdur. Ona görə də hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması barədə ekspert qarşısında sual qoyulmasını xahiş etmişlər. Lakin, məhkəmə istintaqı müdafiə tərəfinin təqdim etdiyi məlumatların işin həqiqi halları ilə uyğunluq təşkil etmədiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi xx.xx.2024-cü il tarixdən bir gün sonra təhqiqat zamanı verdiyi izahatında hadisə zamanı piyadanını özünü bir anlıq itirdiyini, yəni geriyə qarşı hərəkətini seçə bilmədiyini qeyd etmişdir. Bundan əlavə ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində və ifadəsinin yerində yoxlanılması zamanı bildirmişdir ki, hadisə zamanı piyada yolun əks istiqamətində təxminən 3 metr məsafə qət etmiş və idarə etdiyi avtomobilin yolda hərəkət etdiyini görüb ani olaraq dayanmışdır. Bundan sonra isə piyada özünü itirərək 1 metr irəli, daha sonra 1 metr geri doğru hərəkət etmişdir. Yalnız bundan sonra idarə etdiyi avtomobillə piyadanı vurmuşdur. Bundan əlavə şahidlər də ibtidai istintaq zamanı verdikləri ifadələrində piyadanın adi yerişdən sürətli olan yerişlə yolun hərəkət hissəsinə daxil olmasını, irəliyə doğru təxminən 3-4 metr məsafə qət etməsini, ani olaraq dayanmasını, bundan sonra isə həmin piyadanın özünü itirərək təxminən 1 metr irəli, daha sonra isə 1 metr geri doğru hərəkət etməsini, yalnız bunda sonra avtombilin piydanı vurmasını qeyd etmişlər. Göründündüyü kimi hadisə baş verən ilkin vaxt təqsirləndirilən şəxs və şahidlər yuxarıda qeyd edilən məzmunda ifadələr vermişlər. Təqsirləndirilən şəxs hadisədən 04 aydan artıq müddət keçdikdən sonra ifadəsini dəyişərək hadisənin baş vermə mexanizmi üzrə fərqli ifadə vermişdir. Şahidlər isə məhkəmə istintaqı zamanı hadisənin baş vermə mexanizmi üzrə fərqli ifadə vermişlər. Belə ki, həm təqsirləndirilən şəxs, həm də şahidlər məhkəmə istintaqı zamanı verdikləri ifadələrində bildirmişlər ki, piyada iti yerişlə yola daxil olduqdan sonra 3-4 addım atmış, dayanmamış, yaxud irəli-geri addım atmamışdır, 3 metr irəlilədikdən sonra avtomobil tərəfindən vurulmuşdur. Məhkəmə müdafiə tərəfinin yuxarıda qeyd edilən mövqeyini, həmçinin təqsirləndirilən şəxsin hadisədən dörd aydan artıq müddət keçdikdən sonra ifadələrini dəyişərək hadisənin baş vermə mexanizmi üzrə fərqli ifadə verməsini özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı verilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyi yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, həmin protokola əlavə edilmiş yol-nəqliyyat hadisəsi yerinin sxemi, Təqsirləndirilən şəxs və şahidlərin həmin vaxt verdikləri ifadələri, ifadənin yerində yoxlanılması protokolu və digər istintaq materialları əsasında verilmişdir. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı yolnəqliyyat hadisəsi yerinin sxeminin düzgün tərtib edilmədiyini qeyd etməsi səbəbindən, məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş (dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə), dəvət edilmiş mütəxəssis tərəfindən yol-nəqliyyat hadisəsi yerinin təkrar sxemi tərtib edilmiş və müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı tərtib edilmiş yol-nəqliyyat hadisəsi yerinin sxemi düzgün tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, yəni təqsiləndirilən şəxsin hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzalərın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-244/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-244/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver