Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-245/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.2002-ci il tarixdə Ağsu rayonu Kalva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18.05.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, fərdi əməklə məşğul olan, Ağsu rayonu Kalva kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tanışları X4, X7, X5, X8, istintaqa Gündüz Məhərrəmov kimi məlum olan və şəxsiyyətləri istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 26.10.2020-ci il tarixdə, saat 14:30 radələrindlə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin ərazisinə gedərək həmin gün saat 13 radələrində zavodun ərazisinə girdikləri üçün onlara irad bildirən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə məsələni aydınlaşdırması səbəbindən sonuncularla aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizli ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək bir dəfə Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə, daha sonra zavodun giriş qapısının yanında Zərərçəkmiş şəxs1 ayağının sağ tərəfindən bir dəfə təpiklə vuraraq xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, X1 onun doğma qardaşıdır. X9, X7, X4, X5, X6 tanımaqla, onlar onun yaşadığı Xəzri yaşayış massivində yaşayırlar, qonşudurlar. O, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin ətrafından metal yığaraq aparıb satıb çörək pulu edir. 26.10.2020-ci il tarixdə saat 13 radələrində o zavodun ətrafında metal yığarkən görmüşdür ki, Qardaşxan sonradan adını bildiyi Gündüz Məhərrəmov soyadlı şəxslə birlikdə metal yığır. O, onlardan bir az aralıda olarkən görmüşdür ki, zavodun ərazisindən kimsə onlara tərəf daş atıb, nalayiq ifadələr işlədirlər. Qardaşxan da onları söyərək, gözləmələrini, sonra aydınlaşdıracaqlarını demişdir. O, onlara tərəf getdikdə, Qardaşxangil çıxıb getmişlər. O qayıdıb öz işini davam edib, evinə getmiş, yemək yemiş və həmin gün saat 14:30 radələrində yenidən zavodun ətrafına gedərək metal yığmağa başlamışdır. Həmin vaxt görmüşdür ki, X9, X7, X4, X5, X8, Gündüz Məhərrəmov və başqa tanımadığı şəxslər zavodun arxa tərəfindən aşaraq zavodun ərazisinə keçmişlər. O da onların arxasınca hasardan aşaraq zavodun ərazisinə keçib uşaqlardan soruşmuşdur ki, nə baş veribdir. Qardaşxan ona demişdir ki, bir az əvvəl zavodunun işçilərindən kimsə ona ana söyüşü söydüyü üçün gəliblər məsələni araşdırmağa. Onlar birlikdə zavodun giriş qapısına tərəf gedərkən onların qarşılarına adını sonradan bildiyi Elnur və onun yanında olan İlham adlı şəxslər onları görüb üzərlərinə gəlmişdir. Həmin vaxt onlar da onların üstünə getmişlər. O, görəndə ki, Elnur onu vurmaq istəyir, özünü müdafiə etmək üçün tullanıb təpiklə onun qarın nahiyəsinə zərbə vurmuşdur. Elnur da onu təpiklə vurmuşdur. Həmin vaxt o Elnurdan aralaşıb çölə çıxmış, digər şəxslər isə Elnuru vurmağa davam etmişlər. Konkret kimlərin Elnuru vurduğunu o xatırlamamışdır. O zavoddan çölə çıxdıqda görmüşdür ki, digər şəxslər İlhamı döyürlər. İlham yerdə oturubdur. Qardaşı Cavidan da həmin vaxt ona yaxınlaşıb demişdir ki, heç kimə heçnə etməsin. Daha sonra hamısı zavodun ərazisinə daxil olub arxa tərəfdən hasardan aşıb çıxıb getmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur. O, Bakı şəhəri, Dərnəgül yolunda yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Həmin MMC Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-yə sərmaya yatırdığı üçün qohumu Elnur həmin ASC-nin ərazisində yerləşən köhnə obyektlərin, tikililərin sökülməsi işinə nəzarəti həyata keçirdir. Şahid1 Kamal oğlu həmin ASC-nin idarə heyətinin üzvüdür. O da arada-bir onun iş yerinə gedib-gəlir. 26.10.2020-ci il tarixdə saat 13 radələrində o, Zərərçəkmiş şəxs2 iş yerində olarkən Şahid1 tərəfindən Zərərçəkmiş şəxs2 məlumat gəlmişdir ki, ASC-nin ərazisinə 3 nəfər tanımadığı şəxs daxil olub, ərazidən metal oğurlamaq istəyən zaman onları görüb saxlamışdır. Elnur ondan harada olduğunu soruşmuş, o da ona ASC-nin arxa qapısı tərəfdə olduğunu demişdir. O qohumu Zərərçəkmiş şəxs2la birlikdə Rövşənin dediyi yerə getmişlər. O Zərərçəkmiş şəxs2la birlikdə Rövşənin yanına tərəf getdikdə görmüşlər ki, həmin şəxslər artıq ASC-nin ərazisindəki hasardan o biri tərəfə aşıb o tərəfdən onlar tərəfə daş atırlar. Elnur Rövşənə demişdir ki, uşaqdılar onlara baş qoşmasın. Həmin şəxslərdən biri olan, sonradan adını bildiyi Qardaşxan adlı şəxs heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da ona «gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. Həmin vaxt görmüşdür ki, söyüş söyən şəxslərdən biri Qardaşxan adlı şəxs başını hasarın arasından çıxarıb onlara baxmışdır. O, onlara yaxınlaşanda hər üçü qaçıb getmişlər. Daha sonra Elnur onların yanından kənarlaşıb fəhlələr üçün yemək almaqdan ötrü ASC-nin ərazisindən çıxıb getmiş və təxminən 20 dəqiqə sonra yenidən ASC-yə qayıdıb aldığı yeməyi fəhlələri paylamışdır. Onlar yeməklərini yemişlər. Elnur onların yanına gəlmiş və o, Elnur Rövşənlə birlikdə ASC-nin giriş qapısının yanında dayanıb xeylaq söhbət etmişlər. Saat 14:30 radələri olardı onlar orada olarkən görmüşlər ki, təxminən 15 nəfər cavan oğlan zavodun arxa hissəsində hasardan ASC-nin ərazisinə daxil olmuşlar. O, Elnurla birlikdə həmin şəxslərin nə məqsədlə zavoda gəlməsinə aydınlıq gətirmək üçün onlara yaxınlaşmışlar. Onlardan 4-5 nəfərdə, yəni Qardaşxanın əlində dəmir zəncir, digərlərində taxta parçası, dəmir zəncir, bıçaq, dəmir parçası var idi. Həmin vaxt Elnur onlardan nə üçün gəldiklərini soruşmaq istəyən zaman onlardan üçü onun üzərinə qaçıb, biri, yəni sonradan adını bildiyi Ceyhun adlı şəxs tullanıb təpiklə onun qarın nahiyəsinə zərbə vurmuş, o da onu təpiklə vurmuşdur. Onlar əlbə-yaxa olmuşlar. Bundan sonra onun yanında olan digər şəxslər, sonradan adlarını bildiyim Cavidan və Gündüz adlı şəxslər də onun üzərinə gəlib əllərində olan taxta parçası ilə onun baş nahiyəsinə vurmuşlar. Daha sonra hamısı onun üstünə düşərək onu yerə yıxıb, bədəninin müxtəlif nahiyələri yumruq təpiklə vurmuşlar. O, yerdə olan vaxtı özünü əlləri ilə müdafiə edərkən dəmir parçası ilə onu baş nahiyəsinə vurmaq istəyərkən əlləri ilə üzünü qoruyarkən dəmir parçası onun sağ əlinin üzərinə dəymişdir. Sonradan həmin şəxslər Elnurun üzərindən aralaşaraq onun üstünə hücum etməyə başlamışlar, o, qaçaraq zavodun giriş qapısına tərəf getmişdir. Qardaşxan adlı şəxs cibindən bıçaq çıxardaraq onun arxasınca qaçmışdır. Qardaşxan ona çataraq ona arxadan ayağından fənd işlətmiş, o da üzü üstə yerə yıxılmışdır. Daha sonra o bel üstə çevrilmiş və Qardaşxan və onun yanında olan şəxslər ona yaxınlaşaraq yumruq təpiklə bədənimin müxtəlif nahiyələrinə, baş nahiyəsinə taxta və dəmir parçası ilə vurmuşlar. O, iki əlini üzünə tutduğundan konkret olaraq baş nahiyəsinə kimin vurduğunu görə bilməmişdir. Həmin vaxt görmüşdür ki, Qardaşxan əlində bıçaqla onu vurmaq istədikdə, orada kimsə Qardaşxana bıçaqla onu vurmamasını dediyi üçün, o da onu bıçaqla vurmamışdır. Onu döydükdən sonra hamı yenidən ASC-nin ərazisinə daxil olaraq arxa tərəfinə keçib orada işlək vəziyyətdə olan ekskovatorlara yerdən götürüb daş atmışlar. Lakin ekskovatorlarla ziyan dəyməmişdir. Daha sonra hamısını zavodun arxa hissəndən olan hasardan aşıb qaçıb getmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından hal-hazıradək Bakı şəhəri, Dərnəgül yolunda yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Onların MMC Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-yə sərmaya yatırdığı üçün o, 04.05.2020-ci il tarixdən hal-hazıradək həmin ASC-nin ərazisində yerləşən köhnə obyektlərin, tikililərin sökülməsi işinə nəzarəti həyata keçirdir. Şahid1 Kamal oğlu həmin ASC-nin idarə heyətinin üzvüdür. 26.10.2020-ci il tarixdə saat 13 radələrində o, ASC-nin ərazisində olarkən Şahid1 tərəfindən ona məlumat gəlmişdir ki, ASC-nin ərazisinə 3 nəfər tanımadığı şəxs daxil olub, ərazidən metal oğurlamaq istəyən zaman onları görüb saxlamışdır. O, ondan harada olduğunu soruşmuş, Rövşən də ona ASC-nin arxa qapısı tərəfdə olduğunu demişdir. O, qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə Rövşənin dediyi yerə getmişlər. Həmin gün qohumu Zərərçəkmiş şəxs1 elə-belə onunla görüşmək üçün yanına gəlmişdir, o həmin ASC-də işləmir. O, Zərərçəkmiş şəxs1lə birlikdə Rövşənin yanına tərəf getdikdə, görmüşlər ki, həmin şəxslər artıq ASC-nin ərazisindəki hasardan o biri tərəfə aşıb, o tərəfdən onlara tərəfə daş atırlar. O, Rövşənə «uşaqdılar onlara baş qoşmayın» sözünü demişdir. O, eşitmişdir ki, həmin şəxslərdən biri olan, sonradan adını bildiyi Qardaşxan adlı şəxs heç bir səbəb olmadan İlhamın ünvanına nalayiq ifadələr işlətmişdir. İlham da ona «gəl görüm sən kimsən məni söyürsən» sözünü demişdir. Həmin vaxt o görmüşdür ki, söyüş söyən şəxslərdən biri Qardaşxan adlı şəxs başını hasarın arasından çıxarıb ona baxmışdır. İlham onlara yaxınlaşanda hər üçü qaçıb getmişlər. O da onların yanından kənarlaşıb fəhlələr üçün yemək almaqdan ötrü ASC-nin giriş qapısından çıxıb Sumqayıt şəhəri 2-ci PB-nin yanında yerləşən "xxxx" çörək bişirilən sexə getmiş və təxminən 20 dəqiqə sonra yenidən ASC-yə qayıdıb aldığı yeməyi fəhlələri paylamışdır. Onlar yeməklərini yemişlər. O da İlham, Rövşənlə birlikdə ASC-nin giriş qapısının yanında dayanıb söhbət etmişlər. Həmin vaxt saat 14:30 radələri olardı görmüşlər ki, təxminən 15 nəfər cavan oğlan zavodun arxa hissəsində hasardan ASC-nin ərazisinə daxil olmuşlar. O, İlhamla birlikdə həmin şəxslərin nə məqsədlə zavoda gəlməsinə aydınlıq gətirmək üçün onlara yaxınlaşmışlar. Onlardan 4-5 nəfərdə, yəni Qardaşxanın əlində dəmir zəncir, digərlərində taxta parçası, dəmir zəncir, bıçaq, dəmir parçası var idi. Həmin vaxt o, onlardan nə üçün gəldiklərini soruşmaq istəyən zaman onlardan üçü onun üzərinə qaçıb, biri, yəni sonradan adını bildiyi Ceyhun adlı şəxs tullanıb təpiklə onun qarın nahiyəsinə zərbə vurmuşdur. O da özünü müdafiə edərək onu təpiklə vurmuşdur. Onlar əlbə-yaxa olmuşlar. Bundan sonra onun yanında olan digər şəxslər, sonradan adlarını bildiyi Cavid və Gündüz adlı şəxslər də onun üzərinə gəlib əllərində olan taxta parçası ilə onun baş nahiyəsinə vurmuşlar. Daha sonra hamısı onun üstünə düşərək onu yerə yıxıb, bədəninin müxtəlif nahiyələri yumruq təpiklə vurmuşlar. O, yerdə olan vaxtı özünü əlləri ilə müdafiə edərkən dəmir parçası ilə onun baş nahiyəsinə vurmaq istəyərkən əlləri ilə üzünü qoruyarkən dəmir parçası onun sağ əlinin üzərinə dəymişdir. Sonradan ad və soyadını bildiyi X4 cibindən bıçaq çıxardaraq İlhamın arxasınca qaçmışdır. Hamı onu vurduqdan sonra onun yanından aralanıb İlhamın arxasınca qaçmışlar. O, yerdən ayağa qalxmışdır. O, ayağa qalxanda görmüşdür ki, yanında olan həmin şəxslərdən qalan bir nəfər şəxs də İlhamın arxasınca qaçmaq istəyərkən o, onu tutub saxlamış və onlar əlbə-yaxa olmuşlar, o onun ayaq nahiyəsinə təpiklə vurmuş, yerdən əyilib daş götürmək istəyəndə daş əlinə keçməmiş, ona atdığı yumruq, təpiklər ona dəyməmişdir. O da yerdən qalxıb qaçıb getmişdir. O da onların arxasınca qaçaraq ASC-nin ərazisindən çölə çıxmışdır. Həmin vaxt o görmüşdür ki, Qardaşxan əlində bıçaqla İlhama tərəf gedib ona fənd işlətmiş, İlham üzü üstə yerə yıxılmışdır. İlham yerdə olarkən bel üstə çevriləndə onu döyən şəxslər bu dəfə onun üstünə hücum çəkib yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, taxta parçası, dəmir alətlə, dəmir zəncirlə baş nahiyələrinə vurmuşlar. Orada kimsə Qardaşxana demişdir ki, bıçaqla İlhamı vurmasın. O da vurmamışdır. İlhamı döydükdən sonra hamı yenidən ASC-nin ərazisinə daxil olaraq arxa tərəfinə keçib orada işlək vəziyyətdə olan ekskovatorlara yerdən götürüb daş atmışlar. Lakin ekskovatorlarla ziyan dəyməmişdir. Daha sonra hamısını zavodun arxa hissəndən olan hasardan aşıb qaçıb getmişlər. Hadisə vaxtı baş nahiyəsindən, sağ əlinin üstündən, sifətinin sağ tərəfindən xəsarət almışdır. Zərərçəkmiş şəxs2 19.05.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, ona hər hansı bir cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26.10.2020-ci il tarixli, 1339 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ əlin arxa səthinin İİ-İİİ-İV-V əl daraq sümüyü proyeksiyasının dərialtı hematoması, sağ gözaltı nahiyyənin və ənsə nahiyyənin sağ hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyindən ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1 günə qədər əvvəl olmaqla, 26.10.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə - sağ əlin arxa səthinin İİ-İİİ-İV-V əl daraq sümüyü proyeksiyasının dərialtı hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13.11.2020-ci il tarixli, 1416 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ dirsəyin və sağ dizin çapıq toxumalarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 20 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materialarında olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsinin tələbləri tədbiq edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun məhkəməyədək icraat zamanı tutulduğu 01 gün müddət oan təyin edilmiş 01 il azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18.05.2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinin tədbiqinə dair müddəalar hökmdən xaric edilmiş və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası edilmiş və Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 01 gün müddət təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmış, üzərində qəti olaraq 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.Cəzaçəkmə müddətinin əvvəli 26.02.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, cinayət əməlini yetkinlik yaşına çatmayan zaman törətməsini, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.1.12-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin CM-nin 221.2.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməsini müəyyən edir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 14 (on dörd) saat vaxt sərf etmişdir. Ona görə də 84 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18.05.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin olunduğundan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18.05.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 26.02.2021-ci il tarixdən hesablanması nəzərə alınsın. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin olunduğundan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 84 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-245/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-245/2021
19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver