Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-245/2025 12.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 87-də qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Pivəzavod küçəsi ərazisində yerləşən fərdi evdə kirayəşin yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə və ya aldatma yolu ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyində yüksək vəzifədə işləyən tanışlarının olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə, sonuncuya əvvəllər İİ qrup əlillik dərəcəsinə görə təyin edilmiş təqaüdün bərpa edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bunun müqabilində Zərərçəkmiş şəxs ilk əvvəl tanışı Şahid1 vasitəsi ilə 2023-cü ilin iyun ayında 3900 (üç min doqquz yüz) manat, istifadəsində olan “Kapital Bank” tərəfindən verilmiş 4169 7413 7760 9308 və 5239 1517 7027 8649 nömrəli bank kartlarının bank hesabına mobil tətbiq vasitəsi ilə 28 sentyabr 2023-cü il tarixdə saat 18:29-da köçürülmüş 300 (üç yüz) manatı, 30 oktyabr 2023-cü il tarixdə saat 13:21-də ünvan 1 ünvanında yerləşən Sumqayıt Biznes Mərkəzində quraşdırılmış “Mpay” ödəniş terminalı vasitəsi ilə köçürülmüş 700 (yeddi yüz) manatı və 04 noyabr 2023-cü il tarixdə saat 14:31-də yenidən mobil tətbiq vasitəsi ilə köçürülmüş 600 (altı yüz) manatı, ümumilikdə isə 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi zərər vurub dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, özünü CM-nin 178.1-ci maddə ilə təqsirli bilir, ittihamda məbləğ çox qeyd olunmuşdur, 4900 manat məbləğində ittihamı qəbul edir. İlk öncə İlhamı tanımışdır, zərərçəkmiş şəxsi ümumiyyətlə tanımır, İlham vasitəsi ilə onu tanımışdır. İlhamı da başqa tanışının vasitəsi ilə tanımışdır. İlham ona 2000 manat pul vermiş, zərərçəkmiş şəxs də iki dəfə onun kartına pul göndərmişdir. Qalan pulu da İlham hissə-hissə vermiş qalığı qalmışdır. Cəmi 4900 manat puldur. İlham onun Dövlət Sosial Müdafiə Nazirliyində tanışı olduğunu bilmiş, buna görə ona müraciət edərək tanışı Elşən adlı şəxsə təqaüdünün bərpa edilməsində köməklik göstərməyini xahiş etmişdir. İlhamla Respublika klinik xəstəxanasının yanında görüşmüş, Elşəni də ilk dəfə orada görmüşdür. İlhama bu işi həll etmək üçün 4000 manat lazım olduğunu demişdir. İlham ilk öncə ona əlbəəl 2000 manat pul vermiş, qalığı qalmış, onu da Elşənin özü ilə danışdıqdan sonra Elşən onun kartına iki dəfəyə 1600 manat pul göndərmişdir. Elşənlə Bakı şəhərində görüşüb Respublika kliniki xəstəxanasına və Maştağa qəsəbəsi ərazisində yerləşən xəstəxanaya getmişlər. Abbas adlı şəxs ona zəng edib hansı həkimə yaxınlaşmalı olduğunu demiş və o da Elşənə bildirirmişdir. Elşən ümumilikdə 3 həkimdən keçmişdir. Elşən həkimlərdən keçdikdən sonra sənədləri yığıb ərazi üzrə poliklinikaya təqdim edərək sistemə yerləşdirmişdir. Lakin sonradan ona imtina gəlmiş və imtinanın səbəbin bilməmişdir. O, iş düzəltməmişdir, iş düzəldən adamın da ölkədən getdiyini bildirdi. Ümumi olaraq o, zərərçəkmiş şəxsdən 4900 manat pul almış, ondan 1600 mantın karta köçürüblər, qalan məbləği isə nəğd şəkildə almışdır. O, imkanı olmadığına görə dəymiş ziyanı ödəməmişdir. Məhkəmədən ailə vəziyyətinin nəzərə alənmasını və düzgün qərar verilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs və Şahid1 xeyli müddətdir tanıyır. İlhamla hansısa ümumi tanışlarının, Elşənlə isə İlhamın vasitəsi ilə tanış olmuşdur. İlhamla tanış olarkən o, Elşənin İ Qarabağ müharibəsinin iştirakçısı olduğunu, döyüşlərdə yaralandığından əvvəllər ona İİ qrup əlillik dərəcəsi təyin edildiyini, buna görə aylıq müəyyən məbləğdə təqaüd aldığını, ancaq 2021-ci ildə təkrar müayinəyə dəvət edildiyini, bundan sonra isə ona ayrılan təqaüdün dayandırıldığını bildirib, ona təqaüdünün bərpa edilməsində köməklik göstərməyini xahiş etmişdir. Bundan sonra pula ehtiyacı olduğundan İlhamın vasitəsi ilə Elşəndən müəyyən məbləğdə pul alıb şəxsi ehtiyaclarına sərf etməsini, həmçinin Elşənin sənədlərini alaraq onun adından Dövlət Tibbi Sosial Ekspert Komissiyasına Elşənin əvvəllər aldığı təqaüdün bərpa edilməsi üçün rəsmi müraciət etməsini, həmin müddətdə isə Elşənin əvvəllər aldığı təqaüdün bərpa edilməsi rəsmi qaydada mümkün olmasa, ondan alıb şəxsi ehtiyaclarına sərf etdiyi pulu geri qaytarmasını fikirləşdiyindən, İlhama 4000 manat müqabilində Elşənə əvvəllər verilən təqaüdün bərpa edilməsində köməklik göstərə biləcəyini bildirmişdir. İlham isə Elşənlə danışıb onu məlumatlandıracağını bildirmiş, sonradan isə İlham Elşənlə danışdığını, Elşənin həmin məbləğdə pul verəməyə razılaşdığını bildirdiyindən, ona Elşəndən pulu alıb özündə saxlamasını, lazım olduqca pulu ondan alacağını bildirmiş, həmçinin Elşənə əvvəllər verilən təqaüdün bərpa edilməsində köməklik göstərə bilməsi və müxtəlif dövlət orqanlarına onun adından müraciət edə bilmələri üçün etibarnamə almasımda tapşırmış, xx.xx.2023-cü il tarixdə İlham onunla əlaqə saxlayaraq pulu və etibarnaməni aldığını bildirmişdir. Bundan sonra işə başladığını, lazım olan sənədləri toplayaraq Elşənin adından dövlət orqanlarına müraciət edəcəyini bildirmiş, aradan təxminən 3-4 gün keçdikdən sonra İlhama 2000 manat pulu və Elşəni tibbi müayinədən keçmək üçün Respublika klinik xəstəxanasına gətirməsini tapşırmış, özü isə Elşənin adından yenidən tibbi müayinədən keçmək üçün müraciət etmiş, dediyi vaxtda Elşən və İlham tibbi müyainədən keçmək üçün gəlmişlər. X10 tanış etmiş, ona verilən təqaüdün bərpa edilməsi ilə onun məşğul olacağını bildirmişdir. Bundan sonra Elşənə istiqamət vermiş, hansı həkimlərin müayinələrindən keçəcəyini bildirmiş, daha sonra İlhamla bir kənarda Elşəni gözləmişlər. Elşən isə tələb olunan həkim müayinələrindən keçmək üçün xəstəxanaya daxil olmuş, həmin ərəfədə İlhamdan istədiyi 2000 manat pulu İlham ona vermişdir. Daha sonra Elşənə Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində yerləşən X7 tibbi müayinədən keçmək üçün göndəriş verilmiş, bundan sonra İlham və Elşənlə birlikdə Maştağa qəsəbəsinə getmişlər. Orda İlhamla yenidən Elşəni gözləmiş, Elşən isə həkim müayinəsindən keçmişdir. Bundan sonra Elşən bir neçə dəfədə təkrar müyinəyə dəvət edilmiş, bu müddətdə Elşənlə təklikdə görüşdükdə o işinin nə yerdə olduğunu soruşmuş, onun işini həll etmək üçün pul lazım olduğunu, onun isə pulu İlhama verdiyini bildirib, verdiyi pulu İlhamdan alıb ona verməsini tələb etmişdir. Bundan sonra İlham 1000 manat, 500 manat, 300 manat və 100 manat olmaqla ona ümumilikdə 1900 manat pul vermiş, 100 manat pulu isə taksi xərcləri üçün istifadə etdiyini bildirmişdir. İlham Elşəndən aldığı puldan 3900 manat ona verdikdən sonra bu barədə Elşəni məlumatlandırmış, onun işini tezliklə həll edəcəyini bildirmişdir. Sonradan ona yenidən pul lazım olduğundan Elşənə bu dəfə özü zəng edərək əvvəllər aldığı təqaüdün bərpa edilməsi üçün əlavədə pul lazım olduğunu bildirərək lazım olan məblləği ödəməsə işinin alnmayacağım bildirmiş, bundan sonra Elşən verdiyi bank kartının bank hesabına 300 manat, 700 manat, 600 manat olmaqla, ümumilikdə isə əlavə olaraq ona 1600 manat pul göndərmişdir. Aradan bir müddət keçdikdən sonra Elşən müayinənin cavablarını aldığını bildirdiyindən, ona müayinənin cavablarını aidiyyatı üzrə Sumqayıt şəhər 2 saylı şəhər poliklinikasına təqdim etməsini tövsiyyə etmişdir. Ancaq Elşənə əvvəllər verilmiş İİ qrup əlillik dərəcəsinin bərpa edilməsindən imtina cavabı gəlmiş, Elşən bu barədə ona bildirdikdə ki, ona narahat olmamasını, nəsə anlaşılmamazlıq olduğunu bildirmiş, bundan sonra Elşəni yenidən tibbi sosial ekspert komissiyasına dəvət etmiş, orda Elşən verilmiş imtinanın yenidən araşdırılmasını xahiş edərək ərizə ilə müraciət etmişdir. Onun müraciətindən bir neçə gün sonra yenidən imtina cavabı gəlmiş, bundan sonra Elşən verdiyi pulu geri qaytarmasını tələb etmiş, ancaq ondan aldığı pulu şəxsi ehtiyaclarına sərf etdiyindən Elşəndən aldığı pulu geri qaytara bilməmiş, sonda isə Elşən barəsində şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs ona əvvəllər İİ qrup əlilliyə görə verilən təqaüdünün bərpa edilməsində köməklik göstərəcyinə söz verərək Şahid1 vasitəsi ilə 3900 manat, özündən isə 1600 manat, ümumilikdə 5500 manat pul almış, Elşəndən alınmış puldan 100 manatı isə İlham taksi xərcləri üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əvvəldən İlhama 4000 manat nəğd pul verib, həmin puldan da Təqsirləndirilən şəxs nə verilib onu bilmir və onun yanında verilməyib. Ona bildirilmişdir ki, Respublikanski Xəstəxanaya gəl və o, həmin xəstəxanaya getmiş, həkimlərdən özü keçmişdir. O, 1-ci Qarabağ müharibəsində xəsarət almış və İİ qrup əlil olmuş, sonradan ona imtina əlillik dərəcəsinə görə imtina gəlmişdir. Bundan sonra bu şəxslərlə tanış olmuş, lakin özü Bakı şəhərini tanımadığını və onlar yolunu göstərəcklərini bildirmişlər. 1600 manat hissə-hissə olmaqla, yəni 300, 600, 700 manat pul göndərmişdir. Ümumilikdə isə 5600 manat pulu çıxmışdır. İttiham aktında 5500 manat yazılsa da, istintaqda bildirmişlər ki, 100 manat İlhamda olduğu üçün, 5500 manat qeyd olunub. O, əlbəəl İlhama 4000 manat pul verib. 1600 manatı isə karta göndərib. İlhamı qonşuluğunda yaşayan qazi tərəfindən tanımış, həmin qonşusu bildirmişdir ki, İlhamın adamı var və ona deyib köməklik göstərməsini maraqlanacaq. Lakin İlham özü iş görən deyil. Bundan sonra onlar İlhamla görüşmüş və İlham onlara bildirmişdir ki, 4000 manat pul verin işi düzəldəcək. O, həmin pulu İlhama vermişdir. Həmin pulun müqabilində Kərim onun əlilliyinin bərpa edilməsinə köməklik göstəriləcəyini bildirmişdir. Sonra Kərim və İlham ona bildirmişdir ki, xəstəxanada həkimlərdən keçəcəksən. Həkimə gedərkən orda Kərimlə rastlaşmışlar və İlham Kərimi ona göstərərək işi bu şəxsin həll edəcəyini bildirmişdir. Həmin vaxt o, Kərimə imtina gəldiyini bildirmiş, lakin Kərim müəyyən sənədlər olmadığını ona bildirərək ona görə imtina edildiyi bildirmişdir. O, Respublikanski Xəstəxanada yoxlamalardan keçmiş və başında ocaqlar aşkar olunmuşdur. Bu səbədən ona göndəriş verilərək Maştağa qəsəbəsinə yerləşən X9 göndərilmişdir. Maştağada yoxlamadan keçmiş və komissiya onun barəsində rəy verərək, həqiqətən qəlpə yarası aldığını və kontuziya olduğu bildirilmişdir. Kərim ona bildirmişdir ki, 4000 manat pul ver işi həll etsin, lakin o, pulun İlhama verdiyini bildirmişdir. Bir müddət sonra o, hər iki şəxslə telefon əlaqəsi saxlamış, Kərim və İlhamla pulun çatdığını təsdiq etmişlər. Sonradan o, Kərimə təklif etmişdir ki, onun pulunu qaytarsın və o da polisə şikayət etməsin. Kərim ona kart göndərmiş və o, 1600 manat pulu həmin karta göndərmişdir. Kərim onun pulunu qaytaracağını bildirsə də onu aldatmış və həmin gün o, infarkt keçirmişdir. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir, pulunu tələb edir, şikayətçidir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, 3900 manat Kərimə pul vermiş, onun 2000 manatını əlbəəl vermiş, 1900 manatını isə karta göndərmişdir. Kərim həmin pulun müqabilində pensiya düzəldəcəkmiş. O, qonşusu Bəylərin vasitəsiylə Kərimi tanımış və görüşmüşlər. Qonşusu ona bildirmişdir ki, bir nəfər şəxs var, onunla görüşməyə gedir və həmin şəxs əlillik, pensiya işləri düzəldir. O, qonşusu və qonşusunun qohumu birlikdə Kərimlə görüşmüşlər və oturub çay içmiş, onlar tanış olmuşlar. Söhbət zamanı Kərim telefonunda bir-iki sms göstərərək pensiya işləri həll elədiyini göstərmişdir. 1 ay sonra o, öz övladı ilə bağlı Kərimlə əlaqə saxlamış və ona övladının gözündə çəplik olduğunu, ona pensiya düzəltmək istədiyini bildirmişdir. Kərim ondan uşağın şəxsiyyət vəsiqəsinin göndərilməsini bildirmiş və bir az sonra Kərim ona bir çek göndərmişdir ki, 25 oktyabrda saat 09:00-da Zərifə Əliyeva adına Göz Klinikasında uşağı müayinədən keçirməlisiz. Bundan sonra o, rayona getmişdir ki, pul düzəldib geri qayıtmışdır. Sumqayıtda olarkən ona evlərindən zəng gəlmiş və uşağın sol böyrəyində şiş əmələ gəldiyini bildirmişlər. O, uşağla telefon əlaqəsi saxlamış və uşağın səsindən onun yaxşı olduğunu hiss etmişdir. Sonra o, evə gəlmiş və uşağı həkimə apararaq müayinədən keçirmiş, uşağın böyrəyində böyük törəmə olduğunu bildirmişlər. Bu səbəbdən uşağın sol böyrəyini əməliyyat elətdirərək götürmüş, lakin bir müddət sonra uşağda 70 faiz metosras vermişdir. Ona görə o, Kərimə zəng edərək bildirmişdir ki, uşağı əməliyyat elətdirib və artıq onun işi alınmır. Bir müddət sonra tanışı Elşənin qonşusu Azadla söhbət zamanı ona bildirmişdir ki, tanıdığı bir nəfər var və əlillik məsələlərin həll edir. Onların yanında Kərimə yığmış və bir nəfər tanışının əlillik məsələsi olduğunu bildirmiş, Kərim də ona WhatsApp vasitəsiylə sənədləri göndərməsini demişdir. O, sənədləri Kərimə göndərmiş və Kərim də bildirmişdir ki, problem yoxdu bu məsələni həll edəcək. Bundan sonra o, kişini götürərək Respublikanski xəstəxanasına gətirməsini bildirmiş və orada 2000 manat Kərimə əlbəəl vermiş, 1900 manatı isə onun kartına vurmuşdur. Həmin vaxt Elşənə bildirmişdir ki, 100 manat pulu isə özündədir. Bundan sonra Kərim onun işini düzəltməmiş, bu gün-sabah salaraq uzatmışdır. Sonradan xəbər tutmuşdur ki, 3-cü Polis Bölməsi bu məsələ ilə bağlı Kərimi tutub. Sorğu zamanı o, bildirdi ki, Elşən 4000 manatı ona vermiş, oda həmin pulun 3900 manatını Kərimə vermiş, özündə saxladığı 100 manatın 40 manatını taksiyə vermiş, qalan 60 manatı isə özündə qalmışdır. Lakin həmin 100 manatı Kərimə qaytarmaq istəsə də Kərim götürməmişdir. Onun bu işdə heç bir marağı olmamış, Kərimlə Elşənin yanında telefonda mikrofonda danışmışdır. O, ümumilikdə Kərimə 3900 manat pul verib, Elşənin özünün Kərimə verdiyi puldan xəbəri yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Onunla 2009-cu ildə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları, 2011-ci il təvəllüdlü Rəşad Axundov və 2018-ci il təvəllüdlü Ümid Axundov dünyaya gəlmiş, birlikdə yaşadıqları müddətdə onun məlumatı olduğu qədəri ilə Kərim məişət əşyalarının alqı satqısı ilə məşğul olmuşdur. Onun digər işləri barədə məlumatı olmamış, sonradan ifadəsinin alınması üçün polis idarəsinə dəvət edilərkən həyat yoldaşı Kərimin Zərərçəkmiş şəxs adlı şəxsdən ona əvvəllər verilmiş təqaüdün bərpa edilməsində köməklik göstərəcəyinə söz verərək 5600 manat pul aldığını öyrənmişdir. Zərərçəkmiş şəxs isə həmin pulun bir hissəsini onun adına qeydiyyatda olan və həyat yoldaşı Kərimin istifadəsində olan Kapital Banka aid bank kartının bank hesabına köçürmüşdür. Ancaq bundan məlumatsız olmuş, Zərərçəkmiş şəxs tanımamış, onunla həyat yoldaşı Kərim arasında olan danışıqdan və razılaşmadan məlumatsız olmuşdur. Şahid2 xx.xx.2025-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək uşağının səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində axtarış elan edilmiş və xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. - Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30-da Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 4(060)-373/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Ağstafa RPŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə olan 240250023, ********* nömrəli cinayət işləri xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 xx.xx.2011-ci ildə nikah bağlamışlar. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı övladları vardır. - xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilməsi üçün Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə baxış keçirilərkən xx.xx.2023-cü il tarixdə saat 18:29-da mobil tətbiq vasitəsi ilə "Kapital Bank” tərəfindən verilmiş 4169 74** **** 9308 nömrəli bank kartının bank hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə saat 13:21-də ünvan 1 ünvanında yerləşən Sumqayıt Biznes Mərkəzində quraşdırılmış “Mpay” ödəniş terminalı vasitəsi ilə “Kapital Bank” tərəfindən verilmiş 4169 74** **** 9308 nömrəli bank kartının bank hesabına 700 manat, xx.xx.2023-cü il tarixdə saat 14:31-də mobil tətbiq vasitəsi ilə “Kapital Bank” tərəfindən verilmiş 5239 15** **** 8649 nömrəli bank kartının bank hesabına 600 manat, ümumilikdə isə 1600 (bir min altı yüz) manat ödəniş edildiyi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilməsi üçün Şahid1 tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə baxış keçirilərkən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “MilliÖn” ödəniş terminalı vasitəsi ilə “Kapital Bank” tərəfindən verilmiş 4169 74** **** 9308 nömrəli bank kartının bank hesabına 1500 manat, 10.2023-cü il tarixdə saat 20:37:17-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “MilliÖn” ödəniş terminalı vasitəsi ilə “Kapital Bank” tərəfindən verilmiş 4169 74** **** 9308 nömrəli bank kartının bank hesabına 200 manat, ümumilikdə isə 1700 (bir min yeddi yüz) manat ödəniş edildiyi müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrinin, Şahid1 əməlində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin, Zərərçəkmiş şəxs əməlində Cinayət Məcəlləsinin 312-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin xüsusatlar üzrə barələrində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 03 (üç) ədəd ödəniş qəbzləri və Şahid1 tərəfindən təqdim edilmiş 02 (iki) ədəd ödəniş qəbzləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” -143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” - 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” - 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü verilən ittihamla qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi ilə yalan ifadə verir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki: - Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməlidir, ona görə ki, təsiqləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu və zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 03 (üç) ədəd ödəniş qəbzləri və Şahid1 tərəfindən təqdim edilmiş 02 (iki) ədəd ödəniş qəbzləri cinayət işi materiallarında saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-245/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 151/2025 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 03 (üç) ədəd ödəniş qəbzləri və Şahid1 tərəfindən təqdim edilmiş 02 (iki) ədəd ödəniş qəbzləri cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-245/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-245/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver