Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-246/2021 02.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilənlər şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 iiştirakları ilə xx.xx.1992-ci ildə Qobustan rayonu, Nabur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsilə və xx.xx.1990-cı ildə Qobustan rayonu Nabur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 oğlu və X2 ilə birlikdə tanışı Zərərçəkmiş şəxs vasitəsi ilə Sumqayıt şəhər ərazisində fəhləlik etdikləri üçün hərəsinə 70 manat pul verməsini Zərərçəkmiş şəxs öz öhdəsinə götürdüyündən 08.12.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs çağırıb Sumqayıt şəhər avtovağzalının yaxınlığında yerləşən «039» saylı çay evinin yanında görüşüb pullarını istədikdə Zərərçəkmiş şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətdiyindən Zərərçəkmiş şəxs sol gözünün altına bir dəfə yumruqla vurub yerə yıxmış, daha sonra təpiklə, yumruqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub yerdən qaldırmış və dizi ilə başına və qarın nahiyəsinə yenidən zərbələr vuraraq onu yerə yıxıb belinin üzərində oturaraq başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirərək, Təqsirləndirilən şəxs2 onun belinin ortasından bir dəfə təpiklə vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi; sol gözün üst qapağının və sol gözaltı nahiyənin əzilmiş yaraları; sol diz oynağı nahiyəsinin ön səthinin, sağ diz oynağı nahiyəsinin ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin və sağ baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, Nüsrət Tarverdiyev Zərərçəkmiş şəxs ayaqlarını tutmuş, Təqsirləndirilən şəxs2 da onun şalvarının arxa sağ cibində olan içərisində şəxsiyyət vəsiqəsi və təxminən 95 manat nağd pulu olan 02 manat dəyərində pul kisəsini və şalvarının qabaq sol yan cibindən üzərində 04 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 250 manat dəyərində «Xiaomi Redmi» markalı M1908S3JG modeli mobil telefonu götürüb, onlara olan borcunu verdikdən sonra qaytaracaqlarını deyərək həmin əşyaları Zərərçəkmiş şəxs vermək üçün ortaq tanışları olan Şahid2 və Şahid1 vasitəsi ilə polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 oğlu tanışları Təqsirləndirilən şəxs1 və X2 ilə birlikdə tanışı Zərərçəkmiş şəxs vasitəsi ilə Sumqayıt şəhər ərazisində fəhləlik etdikləri üçün hərəsinə 70 manat pul verməsini Zərərçəkmiş şəxs öz öhdəsinə götürdüyündən 08.12.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs çağırıb Sumqayıt şəhər avtovağzalının yaxınlığında yerləşən «039» saylı çay evinin yanında görüşüb pullarını istədikdə Zərərçəkmiş şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 qarşı nalayiq ifadə işlətdiyindən sonuncu Zərərçəkmiş şəxs sol gözünün altına bir dəfə yumruqla vurub yerə yıxmış, daha sonra təpiklə, yumruqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə də vurub, yerdən qaldırmış və dizi ilə başına və qarın nahiyəsinə yenidən zərbələr vuraraq onu yerə yıxıb belinin üzərində oturaraq başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirərək, o da onun belinin ortasından bir dəfə təpiklə vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi; sol gözün üst qapağının və sol gözaltı nahiyənin əzilmiş yaraları; sol diz oynağı nahiyəsinin ön səthinin, sağ diz oynağı nahiyəsinin ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin və sağ baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, Nüsrət Tarverdiyev Zərərçəkmiş şəxs ayaqlarını tutmuş, o da onun şalvarının arxa sağ cibində olan içərisində şəxsiyyət vəsiqəsi və təxminən 95 manat nağd pulu olan 02 manat dəyərində pul kisəsini və şalvarının qabaq sol yan cibindən üzərində 04 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 250 manat dəyərində «Xiaomi Redmi» markalı M1908S3JG modeli mobil telefonu götürüb, onlara olan borcunu verdikdən sonra qaytaracaqlarını deyərək həmin əşyaları Zərərçəkmiş şəxs vermək üçün ortaq tanışları olan Şahid2 və Şahid1 vasitəsi ilə polisə təqdim etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun bibisi oğludur, Nüsrət Tarverdiyevi isə Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyərkən 2020-ci ilin oktyabr ayından tanımışdır. Zərərçəkmiş şəxslə də həmkəndlidir. Ruhan Sumqayıt şəhərində küçə işıqlarının quraşdırılması işində briqadir kimi işləyirdi. 2020-ci ilin noyabr ayında Ruhanla telefonla danışarkən Ruhan ona həmin işdə işlədiyini bildirib həmin işdə birlikdə çalışmağını, kabelin metrəsini 2 manatdan danışdığını demişdir. Onlar da razılaşıb Sumqayıt şəhərinə gələrək 20-ci məhəllədə kirayə ev tutaraq ayı 180 mantdan orada yaşamağa başlamışlar, həmçinin Ruhanla birlikdə küçə işıqlarının çəkilməsində fəhlə kimi çalışmağa başlamışlar. Ruhan onları işə görə dəvət etdiyi üçün pulu da müdiriyyətdən o alıb onlara vermişdir. Belə ki, işlərini yekunlaşdırıb 750 metr kabel çəkdikdən sonra pullarını Ruhandan istəyəndə, Ruhan danışdıqları kimi kabelin metrəsini 2 manatdan deyil, 1 manat 50 qəpikdən hesablıyıb onlara təxminən 1125 manat pul vermişdir. Ruhandan hansı səbəbdən belə verdiyini soruşduqda, demişdir ki, müdir belə qərar veribdir, ona görə də kabelin metrini 1 manat 50 qəpikdən hesablayıb onların zəhmət haqqını veribdir. 2020ci ilin dekabr ayının təxminən 4-də Ruhan müdir Elçinlə birlikdə onların evinə gəlmişlər, orada söhbət əsnasında da Ruhanın onlara zəhmət haqqını düzgün hesablamadığını, dediyi kimi 2 manatdan deyil, 1 manat 50 qəpikdən hesablayıb verdiyini bildirdikdə Elçin demişdir ki, Ruhana 1 manat 50 qəpik deyil, 2 manat demişdir. Ruhan da demişdir ki, 50 qəpiyə ehtiyacı olduğu üçün özünə götürüb sərf edibdir, ona görə də onlara kabelin metrəsini 1 manat 50 qəpikdən hesablayıb onun pulunu veribdir, çəkdikləri 750 metr kabelin özünə götürdüyü 50 qəpikdən hesabladıqları təxminən 375 manat pulu işlədikcə qaytaracaq. Bundan sonra Ruhanla Elçin çıxıb getmişlər. 08.12.2020-ci il tarixdə saat 18 radələrində axşam saatlarında kirayədə yaşadıqları ünvanda olduqları zaman ev sahibi gəlib, onlardan kirayə pulunu tələb etmişdir. Elə olmuşdur ki, onlar da əlavə işi qurtarmışlar, ona görə Elçinlə əlaqə saxlayıb zəhmət haqqını təşkil edən 220 manat pulu ondan istəmişlər ki, kirayə haqqını versinlər. Elçin də pulu Ruhana verdiyini demişdir. Daha sonra onlar Ruhanla zəng edib danışıb demişlər ki, əlavə işlər görüb dirəklər qoymuşlar, onun da pulu ayrıca 220 manat təşkil edir, həmin işi də görüb qurtarmışlar 220 manat pulu versin ki, onlar da pulu kirayə qaldıqları evin sahibinə versinlər. Ruhanda Abşeron rayonu Ceyranbatan qəsəbəsində olduğunu, Sumqayıt şəhərinin çıxışındakı dairəyə çatanda zəng edəcəyini demişdir. 08.12.2020-ci il tarixdə saat 19 radələrində Ruhan ona zəng vurub Sumqayıt şəhər avtovağzalın yanında olduğunu, ora gəlmələrini demişdir. O da ona təklif etmişdir ki, gəlsin evə evdə söhbət etsinlər evin sahibi də evdədir. Ruhan isə razılaşmayaraq avtovağzalın yanına gəlmələrini dediyi üçün onlar, yəni o, Pünhan və Nüsrət kirayə qaldıqları evdən çıxaraq Sumqayıt şəhər avtovağzala gələrək ora ilə üzbə-üz olan dayanacaqda Ruhanı görüb ona yaxınlaşmışlar. Həmin vaxt Ruhanın dəqiq xatırlamır sol və yaxud sağ əli bintlə sarıqlı olmuşdur, özü də telefonla danışmış, Ruhan onları görüb salamlaşmış, Ruhan telefonla danışdığını bitirdikdən sonra Ruhana evə gedib söhbət etmələrini demişdir. Ruhan isə öz evinə getməli olduğunu, onlarla gedə bilməcəyini bildirmişdir. O da Ruhana «gedək evə eybi yox bizdə qalarsan, ev sahibi ilə danış» sözünü demişdir. Onlar söhbət edə-edə avtovağzalın yaxınlığında yerləşən 039 adlı çay evinə tərəf gəlmimşlər və həmin çay evinə çatmamış qaranlıq yerdə dayanmışlar. Həmin vaxt Ruhan nalayiq ifadələr işlədərək ev sahibini söymuşdur. O da Ruhana «yaxşı deyil niyə onu təhqir edirsən, neçə vaxtı bizə öz balası kimi baxır, heç olmasa evin pulunu ver aparıb ona verək» sözünü demişdir. Həmin vaxt Ruhan artıq onu da nalayiq ifalərlə söyüb təhqir etmişdir. Ruhanın sarıqlı əlində pul kisəsi və «Redmi Note» markalı mobil telefon olmuşdur. Ruhan onun yaxasından tutaraq demişdir ki, ona heç kim heç nə edə bilməz. O da Ruhanın yaxasından tutmuş, Ruhan ona sillə, yumruqla sifətinə bir-iki dəfə vurmuş, o da onun sifətindən yumruqla bir–iki dəfə vurmuşdur. Həmin vaxt Nüsrətlə Pünhan da onları ayırmış, dalaşmağa qoymamışlar. Ruhan onlardan ayrılıb digər mobil telefonun fonarı ilə onlardan uzaqlaşarkən qarşıda olan dəmir barmaqlıqlara ilişərək yerə yıxılmışdır. Daha sonra ayağa qalxmış, həmin vaxt Pünhan onun əlində olan telefonla pul kisəsinin yerdə olduğunu görmüş, Pünhan yerdən onları götürüb Ruhanın əlindən düşdüyünü demişdir. Ruhan da həmin vaxt onlardan ayrılıb çıxıb gedən zaman uzaqdan onu çağırmışlar ki, gəlsin telefonu ilə pul kisəsini götürsün, yerə düşübdür. Ruhan isə onlara demişdir ki, telefonunu və pul kisəsini istəmir, onlardan polisə şikayət edəcək ki, guya telefonu və pul kisəsisini onlar oğurlamışlar və uzaqlaşmışlar. Həmin vaxt o Ruhanın əmisi Telmanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib Ruhanla bir az əvvəl sözlə mübahisələri olduğunu, Ruhanın pul kisəsi ilə mobil telefonunun yerə düşdüyünü və onların həmin pul kisəsi ilə telefonu götürdüklərini, Ruhana zəng vurub gəlib telefonunu və pul kisəsini gəlib götürməsini deməsini xahiş etmişlər. Telman da Ruhana zəng edəcəyini demişdir. Lakin Telmandan səs çıxmadığından, o Ruhanın digər mobil telefon nömrəsinə zəng etmiş, yəni üstündə olan 2-ci mobil telefonuna zəng etmişdir. Ruhandan pul kisəsi ilə telefonu kimə verməsini soruşmuş və ona rayona gedəcəklərini demişdir. Ruhan da ona aparıb pul kisəsi ilə telefonu Elçinə verməsini demişdir. O Elçinin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib bir az əvvəl Ruhanla mübahisələrinin olduğunu və onun mobil telefonunun, pul kisəsinin yerdən götürdüklərini, Ruhanında onları ona verməsini dediyini bildirmişdir. Elçin də onlarla görüşmələrini dediyi üçün onlar saat 21 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində yerləşən «PUB» kafedə Elçinlə görüşmüşlər, Pünhan mobil telefonu və pul kisəsini onun və Nüsrətin yanında Elçinə vermişdir. Onlar əyləşib çay içmişlər. Daha sonra onlar kirayə qaldıqları evə qayıtmışlar. Ev sahibindən xahiş etmişlər ki, onlara möhlət versin, bir müddət gözləsin evin pulunu gətirib verəcəklər. Ev sahibi də razılaşmışdır. Onlar əşyalarını yığıb, 09.12.2020-ci il tarixdə Pünhanla birlikdə yaşadığı Qobustan rayonu Nabur kəndinə, Nüsrət isə İsmayıllı rayonuna qayıtmışlar. 10.12.2020-ci iltarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-dən zəng edib bölməyə çağırmışlar, o bölməyə gəlib izahat vermişdir. Orada göstərmişdir ki, mobil telefonu və pul kisəsisini hadisədən sonra Elçinə vermişdir. Bölmədən çıxdıqdan sonra o Elçinə zəng edib demişdir ki, gətirib pul kisəsisini və telefonu bölməyə versin, izahatını alacaqlar. Elçin isə onu söyüb təhqir edərək demişdir ki, niyə onu adı orada hallandırıbdır, bölməyə də izahat vermək üçün getməyəcək. O rayona qayıtmışdır. Qobustanda olarkən Elçin ona dəfələrlə zəng edib «adam kişi olar niyə məni bu söhbətə qatmısınız, telefonu və pul kisəsini məndən gəlib götürməsəniz aparıb onları kirayə qaldığımız evə qoyacaq» sözünü dedi. Həmin vaxt o zəng edib bu barədə bölmədə onlardan izahat alan təhqiqatçı Səyyad müəllimə vəziyyəti danışmışdır. Səyyad da ona özü onunla əlaqə saxlayacağını demişdir. O Elçinin nömrəsini Səyyad müəllimə vermişdir. Sonradan Elçinin mobil telefonla pul kisəsini aparıb ev sahibinə verib-vermədiyini bilməmişdir. Ruhan özü onu nalayiq ifadələrlə söyüb, təhqir edib onun yaxasından tutmuş, Ruhan onu sillə və yumruqla vurduğu üçün, o da özünü müdafiə etmək üçün onun yaxasından tutub sillə və yumruqla bir neçə dəfə Ruhanın sifətindən vurmuş, başqa onu vurmamış, döyməmiş, yerə yıxmamışdır. Pünhan və Nüsrət ümumiyyətlə Ruhanı vurmamışlar, döyməmişlər, heç bir bədən xəsarətləri yetirməmişlər. O, Pünhana deməmişdir ki, Ruhanın mobil telefonunu və pul kisəsini cibindən götürsün. Belə hal olmamışdır. Hadisə vaxtı Ruhanı mobil telefonu və pul kisəsisini əlində tutmuşdur. Digəri ilə isə danışırmış, Ruhan onlardan aralaşıb getdiyi zaman qarşıda yerə yıxılmış, daha sonra özü ayağa qalxmışdır. Pünhan da onun pul kisəsisini və mobil telefonunu yerdə götürmüşdür. Lakin Ruhana onları götürməsini təklif etdikdə, o götürməmiş, polisə şikayət edərkən pul kisəsini və telefonunu da cibindən oğurladıqlarını bildirəcəyini demişdir. Mübahisədən sonra pul kisəsi və telefonu müdiri olan Elçin adlı şəxsə vermişlər. Həmin vaxta qədər də pul kisəsinin içərisinə baxmamışlar. Elçinə pul kisəsini verəndə pul kisəsinin içini açdıqda görmüşlər ki, orada Ruhanın şəxsiyyət vəsiqəsi və 95 manat deyil, 13 manat məbləğində pul olmuşdur. Bunu Elçin onların yanında pulu sayarkən görmüşlər.Niyyətləri Ruhanın onlara verməli olduğu pulu qaytarması və verdiyi vədə əməl etməsini təmin etdirmək olmuşdur. Ruhanın üzərində olan əmlakdan hər hansı bir məbləğ götürülməmiş və daha sonra özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olmaqla, zərərçəkmiş şəxsə vururlmuş maddi ziyanın tam ödənildiyini və sonuncunun ona qarşı heç bir şikayət və ya tələbinin olmadığının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şəkur Məmmədov onun dayısı oğludur. Nüsrət Tarverdiyevi isə Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyərkən 2020-ci ilin oktyabr ayından tanımışdır. Zərərçəkmiş şəxs tanıyır, onunla həmkəndlidir. Ruhan Sumqayıt şəhərində küçə işıqlarının quraşdırılması işində briqadir kimi işləyirdi. 2020-ci ilin noyabr ayında Ruhan Şəkurla telefonla danışarkən Ruhan Şəkura həmin işdə işlədiyini bildirib həmin işdə birlikdə çalışmağını, kabeli çəkməyin metrəsini 2 manatdan danışdığını demişdir. Onlar da razılaşıb Sumqayıt şəhərinə gələrək 20-ci məhəllədə kirayə ev tutaraq ayı 180 manatdan orada yaşamağa başlamışlar, həmçinin Ruhanla birlikdə küçə işıqlarının çəkilməsində fəhlə kimi çalışmağa başlamışlar. Ruhan onları işə görə dəvət etdiyi üçün pulu da müdiriyyətdən alıb onlara verməli idi. İşlərini yekunlaşdırıb 750 metr kabel çəkdikdən sonra pulunu Ruhandan istəyəndə, Ruhan danışdıqları kimi kabelin metrəsini 2 manatdan deyil, 1 manat 50 qəpikdən vermişdir. Ruhandan hansı səbəbdən pullarını belə verdiyini soruşduqda, Ruhan demişdir ki, müdir belə qərar veribdir, ona görə də kabelin metrini 1 manat 50 qəpikdən hesablayıb onların zəhmət haqlarını vermişdir. 2020-ci ilin dekabr ayının təxminən 4-də Ruhan müdir Elçinlə birlikdə onların qaldıqları evə gəlmişlər, orada söhbət əsnasında da Ruhanın onlara zəhmət haqqını düzgün hesablamadığını, dediyi kimi 2 manatdan deyil, 1 manat 50 qəpikdən hesablayıb verdiyini bildirdikdə Elçin demişdir ki, Ruhana 1 manat 50 qəpik deyil, 2 manat deyibdir. Ruhan da 50 qəpiyə ehtiyacı olduğu üçün özünə götürüb sərf etdiyini, ona görə də onlara kabelin metrəsini 1 manat 50 qəpikdən hesablayıb onların pulunu vermişdir. Ruhan demişdir ki, həmin çəkdikləri 750 metr kabelin özünə götürdüyü 50 qəpikdən hesabladıqları təxminən 375 manat pulu işlədikcə qaytaracaqdır. Bundan sonra Ruhanla Elçin çıxıb getmişlər. 08.12.2020-ci il tarixdə saat 18 radələrində kirayədə yaşadıqları ünvanda olduqları zaman ev sahibi gəlib onlardan kirayə pulunu tələb etmişdir. Elə olmuşdur ki, onlar da əlavə işlərini qurtarmışlar, ona görə Elçinlə əlaqə saxlayıb zəhmət haqqlarını təşkil edən 220 manat pulu ondan istəmişlər ki, kirayə haqqını versinlər. Elçin də demişdir ki, pulu Ruhana vermişdir. Daha sonra onlar Ruhanla zəng edib danışıb demişlər ki, əlavə işlər görüb dirəklər qoymuşlar, onun da pulu ayrıca 220 manat təşkil edir, həmin işidə görüb qurtarmışlar, 220 manat pulu versin ki, onlar da pulu kirayə qaldıqları evin sahibinə versinlər, evin sahibini də tanıyır heç olmasa gəlsin danışsın, o 5 gündə gözləsin. Ruhan da demişdir ki, Abşeron rayon Ceyranbatan qəsəbəsindədir, Sumqayıt şəhərinin çıxışındakı dairəyə çatanda zəng edəcək görüşəcəklər. 08.12.2020-ci il tarixdə saat 19 radələrində Ruhan Şəkura zəng vurub demişdir ki, “Sumqayıt şəhər avtovağzalın yanındayam, gəlin görüşək”. Şəkur da ona təklif etmişdir ki, gəlsin evə evdə söhbət etsinlər, evin sahibi də evdədir. O isə razılaşmayaraq avtovağzalın yanına gəlmələrini demişdir. Onlar da, yəni o, Şəkur və Nüsrət kirayə qaldıqları evdən çıxaraq Sumqayıt şəhər avtovağzalla üzbə-üz olan dayanacaqda Ruhanı görüb ona yaxınlaşmışlar. Həmin vaxt Ruhanın sol və yaxud sağ əli bintlə sarıqlı idi. Ruhan onları görüb salamlaşmış və Ruhan telefonla danışığını bitirdikdən sonra Şəkur Ruhana evə gedib söhbət etmələrini demiş, Ruhan da ona komendant saatıdır evə getməli olduğunu, onlarla gedə bilməyəcəyini demişdir. Şəkur Ruhana «gedək evə eybi yox bizdə qalarsan, ev sahibi ilə danış» sözünü demişdir. Onlar söhbət edə-edə avtovağzalın yaxınlığında yerləşən 039 adlı çay evinə tərəf getmişlər və həmin çay evinə çatmamış qaranlıq yerdə dayanmışlar. Həmin vaxt Ruhan nalayiq ifadələr işlədərək ev sahibini söymüşdür. Şəkur da Ruhana «yaxşı deyil niyə onu təhqir edirsən, neçə vaxtı bizə öz balası kimi baxır, heç olmasa evin pulunu ver aparıb ona verək» sözünü demişdir. Həmin vaxt Ruhan artıq Şəkuru nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Ruhanın sarıqlı əlində pul kisəsi və «Redmi Note» markalı mobil telefon olmuşdur. Ruhan Şəkurun yaxasından tutaraq demişdir ki, ona heç kim heç nə edə bilməz. Həmin vaxt Şəkur da Ruhanın yaxasından tutmuş, Ruhan Şəkuru sillə və yumruqla sifətinə bir-iki dəfə vurmuş, Şəkur da onu sifətindən yumruqla bir–iki dəfə vurmuşdur. Həmin vaxt o, Nüsrətlə onlara yaxınlaşıb onları ayırmış, dalaşmağa qoymamışlar. Ruhan onlardan ayrılıb digər mobil telefonun fonarı ilə onlardan uzaqlaşarkən qarşıda olan dəmir barmaqlıqlara ilişərək yerə yıxılmış, daha sonra ayağa qalxmışdır. Həmin vaxt onun əlində olan telefonla pul kisəsinin yerdə olduğunu görmüşdür. O yerdən onları götürüb Şəkurgilə demişdir ki, Ruhanın əlindən düşübdür. Ruhan da həmin vaxt onlardan ayrılıb bir qədər aralı getdiyi üçün onlar uzaqdan onu çağırmışlar ki, gəlsin telefonu ilə pul kisəsini götürsün, yerə düşübdür. Ruhan isə «telefonumu və pul kisəmi istəmirəm, sizdən polisə şikayət edəcəm ki, telefonumu və pul kisəmi siz oğurlamısız» sözünü deyib uzaqlaşdı. Həmin vaxt Şəkur Ruhanın əmisi Telmanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib demişdir ki, Ruhanla bir az əvvəl sözlə mübahisələri olmuş, Ruhanın pul kisəsi ilə mobil telefonu yerə düşmüş, onlar da həmin pul kisəsi ilə telefonu götürmüşlər, gəlsin görüşək və onları ona versin. Telman da ona zəng edəcəyini desə də, sonradan Telmandan səs çıxmadığından, Şəkur Ruhanın digər mobil telefon nömrəsinə zəng etmiş, yəni üstündə olan 2-ci mobil telefonuna zəng etmişdir. Ruhana pul kisəsi ilə telefonu kimə verməsini, rayona gedəcəklərini demiş, Ruhan da aparıb pul kisəsi ilə telefonu Elçinə verməsini demişdir. Şəkur Elçinin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib bir az əvvəl Ruhanla mübahisələrinin olduğunu və onun mobil telefon, pul kisəsinin yerdən götürdüklərini, Ruhanında həmin əşyaları ona verməsini dediyini bildirmişdir. Elçin də görüşmələrini dediyi üçün onlar saat 21 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində yerləşən «PUB» kafedə Elçinlə görüşmüşlər, o da mobil telefonu və pul kisəsini Şəkur və Nüsrətin yanında Elçinə vermişdir. Onlar əyləşib çay içmiş, daha sonra kirayə qaldıqları evə qayıtmışlar. Ev sahibindən xahiş etmişlər ki, onlara möhlət versin, bir müddət gözləsin, evin pulunu gətirib verəcəklər. Ev sahibi də razılaşmışdır. Onlar da əşyalarını yığıb, 09.12.2020-ci il tarixdə o Şəkurla birlikdə yaşadığı Qobustan rayonu Nabur kəndinə, Nüsrət isə İsmayıllı rayonuna qayıtmışlar. 10.12.2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-dən zəng edib bölməyə çağırmışlar, o da bölməyə gedib izahat vermiş və izahatında göstərmişdir ki, mobil telefonu və pul kisəsisini hadisədən sonra Elçinə vermişlər. Bölmədən çıxdıqdan sonra Şəkur Elçinə zəng edib demişdir ki, gətirib pul kisəsisini və telefonu bölməyə versin və onun da izahatını alacaqlar. Elçin də Şəkuru söyüb təhqir edərək demişdir ki, niyə onun adı orada hallandırılmış, bölməyə də izahat vermək üçün gəlməyəcəkdir. Hətta onun özünə də zəng edib belə demişdir. Daha sonra onlar rayona qayıtmışlar. O Qobustanda olarkən Elçin ona dəfələrlə zəng edib «adam kişi olar niyə məni bu söhbətə qatmısınız, telefonu və pul kisəsini məndən gəlib götürməsəniz aparıb onları kirayə qaldığınız evə qoyacam» sözünü demişdir. O həmin evdən çıxıb getdiklərini demişdir. Elçin isə demişdir ki, aparıb həmin evdə qoyacaq. Daha sonra Şəkur zəng edib bu barədə bölmədə ondan izahat alan təhqiqatçı Səyyad müəllimə vəziyyəti danışmışdır. Səyyad da ona demişdir ki, özü onunla əlaqə saxlayacaq. Şəkur Elçinin nömrəsini də Səyyad müəllimə vermişdir. Sonradan bilməmişdir ki, Elçin mobil telefonla pul kisəsini aparıb ev yiyəsinə vermiş, ya yox. Aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı yanlarında heç kim olmamışdır. O özü isə Ruhanı vurmamışdır. Şəkur ona deməmişdir ki, Ruhanın mobil telefonunu və pul kisəsini cibindən götürsün. . Hadisə vaxtı Ruhan mobil telefonu və pul kisəsisini əlində tutmuşdur. Zərərçəkmiş şəxs mobil telefonu və pul kisəsi Şəkur ilə dalaşdığı yerdə yerə düşmüşdür. O da onları görüb yerdən götürmüşdür. Niyyətləri Ruhanın onlara verməli olduğu pulu qaytarması və verdiyi vədə əməl etməsini təmin etdirmək olmuşdur. Ruhanın üzərində olan əmlakdan hər hansı bir məbləğ götürülməmiş və daha sonra özünə qaytarılmışdır.Təqsirləndirilən şəxs2 oğlu heç bir təqsiri olmasa da, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını nəzərə alaraq barəsində bəraət hökmünün, bunun mümkün olmayacağı halda isə barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs 13.07.2021-ci il tarixdə məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində küçə işıqlarının quraşdırılmasında briqadir kimi işləmişdir. Şəkur və Pünhanla həmkədlidirlər. Nüsrəti isə sonuncular vasitəsi ilə tanımışdır, onlar öz xahişləri ilə onun yanında 2020-ci ilin noyabr ayının ortalarında birlikdə işləmişlər. İşin qaydasına görə işçilər işi görür, rəhbərlik həmin işin həcmini ölçür və buna görə ona pul ödəyir, o da işçilərin pulunu verirdi. Həmin müddətdə o görülmüş işə görə Şəkur, Pünhan və Nüsrətə onların işlədikləri işin həcminə görə 210 manat pul verməli olmuşdur. Lakin müdiriyyət ölçü aparmadığı üçün ona pul verilməmiş, o da işçilərinin pulunu verə bilməmişdir. 08.12.2020-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhərində olduğu zaman Pünhan onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə ona zəng edərək harada olduğunu soruşmuş, o da ona Ceyranbatanda olduğunu demişdir. Pünhan da ona Sumqayıt şəhərinin çıxışına, yəni dairəsinə gəlməsini demiş, o da işi olduğu üçün ora gedə bilməyəcəyini demişdir. Pünhan da bir söz deməyərək telefonu bağlamışdır. Təxminən bir neçə dəqiqə sonra Şəkur ona zəng edərək harada olduğunu soruşmuş, o Sumqayıt şəhəri «Karvan» Ticarət Mərkəzinin yanında olduğunu demişdir. Şəkur da ona Sumqayıt şəhər Avtovağzalın yanında yerləşən «039» adlı çay evinə getməsini, özlərinin də ora gələcəklərini bildirmişdir. Pünhan, Şəkur və Nüsrət bir yerdə Sumqayıt şəhəri 20-ci məhəllədə yerləşən fərdi evdə kirayə yaşamışlar. O təxminən saat 20 radələrində avtovağzalın ərazisinə gəlmişdir. Avtovağzalla üzbə-üz olan dayanacaqda o Pünhan, Şəkur və Nüsrətin dayandığını görüb onlara yaxınlaşmış, daha sonra isə onlar yaxınlıqdakı 039 adlı çay evinə keçmişlər. Şəkur irəlidə, o onun arxasınca, Pünhan və Nüsrət də onun ardınca gəlmişdir. Çay evinə çatmamış təxminən 2-3 metr qaranlıq yerdə onlar dayanmışlar. Həmin vaxt Şəkur gözlənilmədən, qəfildən yumruqla onun sol gözünün altına bir dəfə vurmuş, zərbənin təsirindən o bel üstə yerə yıxılmış, yerdə olduğu müddətdə də Şəkur təpiklə, yumruqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə də vurmuş, onu yerdən qaldırmış və dizi ilə başına və qarın nahiyəsinə yenidən zərbələr vurmuşdur. O yenidən üzü üstə yerə yıxılmış, həmin vaxt Şəkur onun belinin üzərində oturaraq yenidən başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirmişdir. Həmin vaxt Pünhan da onun belinin ortasından bir dəfə təpiklə vurmuşdur. Şəkur Pünhana demişdir ki, onun cibində nə varsa götürsün. Pünhan da onun şalvarının arxa sağ cibində olan pul kisəsini götürmüşdür. Pünhan şalvarının qabaq sol yan cibində olan «Redmi Note 8» markalı mobil telefonu götürmək istəyərkən, o ayaqlarını qatlamışdır ki, götürməsin. Lakin onların yanında dayanan Nüsrət ona yaxınlaşaraq iki əli ilə onun ayaqlarını açmış və ayağı ilə onun ayaqlarını sıxmışdır ki, o ayaqlarını qatlaya bilməsin və Pünhana telefonu götürməyə şərait yaratmışdır. Pünhan da onun cibində olan həmin telefonu götürmüşdür. Pul kisəsisinin içərisində şəxsiyyət vəsiqəsi, təxminən 95 manat pulu olmuşdur. Həmin vaxt səsə çay evindən tanımadığı bir qadın və bir kişi çıxaraq, onlara yaxınlaşıb onu onlardan ayırmışlar, onlar da çıxıb getmişlər. O ayağa qalxıb yaxınlıqdakı «Asan» xidmətin qarşısına gedib orada cibində olan digər «Nokia1200» markalı mobil telefonun vasitəsi ilə Şəkurun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək demişdir ki, nə qədər ki, şikayət etməmişdir, gətirib onun mobil telefonu ilə pul kisəsini qaytarsınlar. Şəkur da ona demişdir ki, 210 manat borclarını gətirib versin, sonra götürdükləri əşyaları qaytaracaqlar, əks halda aparıb telefonu satıb pul edəcəklər, gedib hara şikayət edirsə etsin. O da DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra o piyada Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində yerləşən «El» marketin qarşısına gəlmişdir. Təxminən 5 dəqiqə sonra, saat 20:30 radələrində orada olarkən görmüşdür ki, Şəkur, Pünhan və Nüsrət ona yaxınlaşmışlar. Həmin vaxt Şəkur demişdir ki, gedib onlardan şikayət etməsin, Pünhan da telefonu və pul kisəsini ona uzadıb şikayət etməməsini xahiş etmişdir. O isə artıq DİN-nin 102 zəng mərkəzinə məlumat verdiyini və şikayət etdiyini bildirmişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları onların olduqları yerə gəldikləri üçün polis əməkdaşlarını uzaqdan görən Şəkur, Pünhan və Nüsrət dərhal hərəsi bir istiqamətə qaçmışdır. Aralarında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Bundan başqa hadisə vaxtı onun heç bir əli sarıqlı vəziyyətdə olmamış, belə hal ümumiyyətlə olmamışdır. Hadisədən əvvəl mobil telefonunun yalnız ekranında 2 yerdə nazik cızıq olmuş, başqa heç bir yerində zədə, sınıq, cızıq və yaxud da batıq izləri olmamışdır. Şəkur, Pünhan və Nüsrətgillə hadisədən təxminən 15-20 dəqiqə sonra «El» marketin qarşısında görüşmüşdür. Hadisədən sonra telefonla Şəkur gillə danışan zaman və yaxud da «El» marketin qarşısında onlarla görüşən zaman onların onun polisə şikayət etməsi barədə məlumatları olmamışdır. «Redme Note-8» markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş və həmin nömrənin qiyməti 04 manat təşkil etmişdir. Hadisə vaxtı mobil telefonu ilə pul kisəsinin Pünhan gildən cibindən götürməsinin səbəbini soruşduqda, Pünhan bildirmişdir ki, onlara borcu var, onun əvəzində götürür ki, nə vaxt onların borclarını geri qaytarsa, onda da pul kisəsi və mobil telefonu geri götürər. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi zərərin ödənildiyini və onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək sonuncular barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Şəkur, Pünhan və Nüsrət adlı şəxsləri ona məxsus olan ünvanda kirayədə yaşaması üçün Ruhan adlı şəxs gətirmişdir. O da həmin şəxslərin hər birini yaşadığı evin qarşısında küçə işıqlarını quraşdırmaları ilə əlaqədar olaraq tanımışdır. Şəkur, Pünhan və Nüsrət 15.11.2020-ci il tarixdən etibarən ona məxsus olan ünvanda kirayədə yaşamağa başlamışlar. Onlarla aylıq 180 manat kirayə haqqına razılaşmışdır. Onlar kirayə haqqını əvvəlcədən ödəməmişdilər, iş yerindən pul aldıqdan sonra ödəyəcəklərini demişdirər. Buna görə də o onları çox narahat etməmişdir. Sonra yenə də onlarla danışığı zamanı Ruhandan gördükləri işə görə pul alacaqlarını bildirmişlər. Bir neçə gün evdə olmamışlar. Müdirləri Elçin də onların qonşuluğunda yaşayır. 08.12.2020-ci il tarixdə axşam saatlarında Şəkurla telefonla danışıb, evin kirayə haqqını nə vaxt gətirib verəcəyini soruşmuşdur. Həmin gün axşam saat 21:30 radələrində Şəkur, Pünhan və Nüsrət yaşadığı ünvana gəlmişlər. Şəkur Ruhandan borcunu istəyərkən Ruhan ona nalayiq ifadələr işlətdiyi üçün aralarında yaranmış mübahisə zamanı onu vurduğunu bildirmiş, o da ona düzgün hərəkət etmədiyini demişdir. Həmin vaxt onlar demişlər ki, kirayə haqqını verə bilməyəcəklər, səhər rayona qayıdacaqlar, əldə pul edib kirayə haqqını verəcəklər, onlara möhlət versin. O da razılaşmışdır. Səhərisi günü, yəni 09.12.2020-ci il tarixdə isə o səhər çıxıb işə getmişdir. Ondan sonra isə onlar əşyalarını yığıb evindən çıxıb rayonlarına qayıtmışlar. 20.12.2020-ci il tarixdə günorta saatlarında o işdə olarkən qonşuluqda yaşayan Elçin ona zəng edərək bildirmişdir ki, Şəkur Ruhanla dalaşdığı zaman Ruhanın yerə düşdüyü mobil telefon və pul kisəsini Pünhan yerdən götürüb Ruhana versə də, Ruhan onları götürməmiş, onlar da aparıb pul kisəsi və telefonu ona vermişlər, o da həmin pul kisəsini və telefonu götürüb kirayə verdiyi evə gətirib çarpayının üzərində olan döşəyin altına qoymuşdur. O da həmin gün axşam saatlarında evə gələndə çarpayının altında olan pul kisəsini və mobil telefonu götürmüşdür. Pul kisəsinin içərisinə baxdıqda orada 13 manat nağd pul və Ruhanın şəxsiyyət vəsiqəsi olmuşdur. Sonradan həmin pul kisəsini və «Redme Note 8» markalı mobil telefonu o Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisinin qaynı oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə onun atasının dayısının nəvələridir. 08.12.2020-ci il tarixdə, saat 19:50 radələrində o işdən çıxıb evə getmək üçün Sumqayıt şəhər avtovağzalı ilə üzbə-üz olan dayanacağa gəlib orada 12 saylı sərnişindaşıyan avtobusu gözləyərkən Ruhan ona zəng edib harada olduğunu soruşmuşdur. O da olduğu yeri demişdir. Həmin vaxt Ruhan ona «gözlə gəlirəm bir yerdə evə gedərik» demişdir. Təxminən 10 dəqiqə sonra, yəni saat 20 radələrində Ruhan onun yanına gəlmiş və onlar görüşmüşlər. Həmin vaxt onların yanına Şəkur, Pünhan və sonuncuların yanında olan tanımadığı oğlan da yaxınlaşmışdır. Onlar salamlaşmışlar. O görmüşdür ki, Ruhanın dəqiq xatırlamır sağ və ya sol əli sarıqlı vəziyyətdədir. Daha sonra Ruhanla onlar ondan aralaşıb çıxıb getmişlər. O da avtobus gəldiyindən avtobusa minib çıxıb evinə getmişdir. O, onların nə üçün görüşdüklərini, hara getdiklərini bilməmişdir. Bir neçə gün sonra Ruhanla 12 saylı sərnişindaşıma avtobusunda təsadüfən rastlaşanda söhbət əsnasında ondan 08.12.2020-ci il tarixdə Şəkurgillə kənara çəkilməsinin səbəbini soruşanda, Ruhan onları polisə verdiyini demiş, başqa ondan heç nə soruşmamış, Ruhan da ona heç nə deməmişdir. O onların mübahisələrini görməmiş, şahidi olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 oğlu arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid1 Zərərçəkmiş şəxs məxsus içərisində bir ədəd mobil telefon nömrəsi olan 01 ədəd «Xiaomi Redmi» (Redme Note-8) markalı M1908C3JG modeli mobil telefon aparatını və içərisində şəxsiyyət vəsiqəsi, 13 manat pul olan pul kisəsini Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 10.12.2020-ci il tarixli, 2573 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gözün ağlı qişasına qansızma ilə müşayət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi; sol gözün üst qapağının və sol gözaltı nahiyənin əzilmiş yaraları; sol diz oynağı nahiyəsinin ön səthinin, sağ diz oynağı nahiyəsinin ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin və sağ baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 08.12.2020-ci il tarixdə dava-dalaş zamanı yumruq və təpik zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 15.02.2021-ci il tarixli, 9/388 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla 2020-ci il dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 252 manat müəyyən edilir. 250 (iki yüz əlli) manat dəyərində olan «Xiaomi Redmi» markalı M1908C3JG modeli mobil telefon; 02 (iki ) manat dəyərində olan üzərində markalanmasına dair heç bir məlumat olmayan 10,5 sm x8,5 sm ölçülü süni dəri materialdan hazırlanmış pul kisəsi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 özünü qismən, Təqsirləndirilən şəxs2 oğlunun isə özünü təqsirli bilməyərək, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi yerə yıxmadığı və digər Təqsirləndirilən şəxs2 onun cibində olan pul kisəsini və telefonunu götürməsini demədiyi və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə heç bir zərbə vurmayaraq ona məxsus pul kisəsini və mobil telefonu onun cibindən deyil yerdən götürməsi barədə göstərdikləri xüsusatlara tənqidi yanaşaraq həmin halların özlərini müdafiə xarakteri daşıması, törətdikləri cinayətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun onlara istinad olunan cinayət əməlini törətmələri iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, habelə istintaq zamanı toplanmış digər sənədlərlə və ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun əməllərində cinayət tərkibi vardır və onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-nin 177, 180, 181 və 221-ci maddələrinin tərkib əlamətləri olmadığı müəyyən edildiyindən onların barəsində həmin maddələrlə cinayət işi başlanmasının rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15.02.2021-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf etməsini və əməlindən peşman olmasını, törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın aradan qaldırılmasını, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19.02.2021-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və ya tələbin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 06.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 oğlu barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, o, 01.06.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 04.06.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmış, Sumqayıt Şəhər Məhkəməsinin 13.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun 01.06.2021-ci ildən 13.07.2021-ci il tarixədək həbsdə və 13.07.2021-ci il tarixdən 02.08.2021-ci il tarixədək ev dustaqlığında olduğu ümumi 02 ay 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən islah işləri cəzasının müddətinə 1 gün 4 gün hesabı ilə hesablanmaqla, təyin ediləcək cəzadan çıxılıb qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış içərisində bir ədəd mobil telefon nömrəsi olan 01 ədəd «Xiaomi Redmi» markalı M1908C3JG modeli mobil telefon aparatı, içərisində Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və 13 manat pul olan pul kisəsi saxlanılması Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd «Xiaomi Redmi» markalı M1908C3JG modeli mobil telefon aparatı, içərisində Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və 13 manat pul olan pul kisəsi Zərərçəkmiş şəxs sərəncamına verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli (iş № 1(060)-246/2021) qərarını icra edərək, 04.03.2021-ci il tarixli 184 və 04.03.2021-ci il tarixli 183 saylı orderlərə əsasən vəkillər Müdafiəçi3 və Müdafiəçi4 onların vəkilləri təyin etmişdir. Müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi4 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 10 saat olmaqla cəmi 20 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 02 ay 01 gün müddət islah işləri cəzasının müddətinə 1 gün 4 gün hesabı ilə hesablanmaqla cəmi 08 (səkkiz) ay 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Hökmün icrası Qobustan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd «Xiaomi Redmi» markalı M1908C3JG modeli mobil telefon aparatı, içərisində Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və 13 manat olan pul kisəsinin Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE**********00********) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna, müdafiəçilər Sumqayıt Regional Vəkil bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 hər birinin göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-246/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-246/2021
02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver