Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-246/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qubadlı rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdə kirayə yaşadığı Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33A, mənzil 43-dən sonuncuya məxsus dəyəri 450 (dörd yüz əlli) manat olan 1 ədəd 24-lük işlək vəziyyətdə “Neoterm” markalı kombi aparatını, dəyəri 50 (əlli) manat olan 1 ədəd alüminium materialından hazırlanmış paltarqururdan hamam asılqanı, ümumi dəyəri 240 (iki yüz qırx) manat olan 3 ədəd 8 seksiyadan ibarət ağ rəngli radiatoru gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 740 (yeddi yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əsl adı Səlim olsa da ailə üzvləri onu Elçin kimi səsləyirlər. Özünə yaşamaq üçün kirayə ev soraqlamış və maklerlər vasitəsi ilə Seymurla tanış olaraq 2022-ci ilin may ayında ailəsi ilə birlikdə Seymura məxsus ünvan 2 ünvanına 280 manat müqabilində kirayə qalmışdır. Bir müddət qaldıqdan sonra xx.xx.2022-ci il tarixdə Seymura sentyabr ayının 280 manat kirayə haqqını verdikdən 3-4 gün sonra qapıya bir oğlan gələrək, evi aldığını və qısa müddətdə evdən çıxmaqlarını istəmişdir. O, bu işlə bağlı Seymurla əlaqə saxlamaq istədikdə onunla əlaqə saxlaya bilməmiş, lakin həmin oğlan bir neçə dəfə evinə gələrək evdən çıxmaqları barədə bildirmişdir. Bundan sonra bu barədə Seymura məlumat verərək evi satacağı halda pulun alınmamalı olduğunu ona bildirdikdə o, gah pulu qaytaracağını gah da evdə qalmalı olduğunu ev tapdıqdan sonra çıxacağını bildirmişdir. Lakin evi alan şəxslər tez-tez evinə gələrək bu barədə dedikləri üçün o, Seymura vermiş olduğu pulu qaytarmaq üçün evdə olan kombini satmaq qərarına gəlmişdir. Bundan sonra tanışı Səbuhiyə kombi və radiator aparatı olduğunu və satmaq istədiyini demiş, Səbuhi isə müştəri tapacağı halda məlumat verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə evdə heç kimin olmadığı vaxt o, Orxan adlı müştərini evə gətirərək kombiyə, radiatorlara və paltarqurudan asqıya (suşilkaya) baxmış və 550 manata razılaşaraq Orxan ona 100 manat beh vermişdir. Bundan sonra o, axşam saatlarında evdən 1 ədəd 24-lük işlək vəziyyətdə olan “Neoterm” markalı kombi aparatını, 1 ədəd alüminiumdan olan paltarqurudan asqını, 3 ədəd hər biri 8 gözlü radiatoru oğurlayaraq aparıb Orxana yaşadığı Abşeron rayonu Xırdalan qəsəbəsində olan evində ona təhvil verərək 350 manatı almış sonra isə Orxanın 100 manatı Səbuhiyə verdiyini öyrənmişdir. Səbuhi ona müştəri tapdığı üçün ona əlavə 40 manat da ö özü vermişdir. Təqsirləndirilən şəxs törədiyi cinayət əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ona məxsus olsa da Rusiya Federasiyasında yaşayan qohumu Firuzə Əliyevanın adına sənədləşdirmişdir. Ev boş olduğu üçün onu kirayə vermək istəmiş və bu məqsədlə soraqlaşaraq münasib ailə tapmağa qərar vermişdir. Təqribən 6-7 ay öncə ona bir nömrədən Təranə adlı qadın zəng edərək həmin evi kirayə götürmək istədiyini bildirmiş və həmin evdə ailə üzvləri ilə qalacağını demişdir. Təranə ilə həmin evin kirayə haqqını 280 manata razılaşaraq evi ona vermişdir. Evi satmaq qərarına gəldiyi üçün 2022-ci ilin sentyabr ayının ortalarında Təranə adlı xanımın oğlu Səlimlə görüşüb ona ayın sonunadək özlərinə başqa ev tapıb çıxmalarını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təranə adlı qadının ***-***-**-** mobil nömrəsinə zəng edərək evi boşaltmaları barədə bildirmək istəyən zaman onun mobil nömrəsnə cavab verməmiş və o, bundan sonra Təranən qardaşı ilə əlaqə saxlayaraq evin açarının Təranədə almasını istəmiş və o, açarı Təranədən alaraq ona təqdim etdikdən sonra o, evə nəzər salan zaman evdən bir ədəd aliminum metalından hazırlanmış su qurudan, 3 ədəd 8 seksyadan ibarət ağ rəngli raditor, bir ədəd 24-lük “Neoterm” markalı kombi aparatının oğurlandığını görmüşdür. Hadisə zamanı ona 1200 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, sonuncu tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini bildirərək Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayında Seymur adlı şəxsdən ünvan 3 ünvanını aylıq 280 manat olmaqla kirayə götürərək təxminən 5 ay qalmış, Seymur sentyabrın 20-də həmin ev satıldığı üçün başqa ünvana köçmüşlər. Həmin ünvanda oğlu Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Şahid2 və onların az yaşlı övladları qalmışdırlar. Seymura məxsus mənzildə istilik kombi və istilik sistemləri olan batareyalar olmuş və evi tərk edən zaman kombi, batareyalara və paltarqurudan dəmir asqı da evdə olmuşdur. Təxminən 5 gündən sonra qardaşı İsgəndər zəng edərək ünvan 3 ünvanının açarını ondan istəmiş və o, həmin açarı Seymura vermək üçün qardaşı İsgəndərə vermişdir. Aradan bir neçə gün keçəndən sonra Seymur yeni köçdüyü mənzilə gələrək, ona məxsus evdən istilik sistemləri sökülərək oğurlanması barədə demiş, həmin istilik sistemiləri nə vaxt kim tərəfindən açılmasından xəbəri olmasa da sonradan ona məlum olmuşdur ki, həmin istilik sistemlərini oğlu Təqsirləndirilən şəxs satmışdır. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Abşeron rayonun Xırdalan şəhəri Afpark yaşayış massivində ev almış və evi təmir etdirmişdir. Tap.Az sayıtında kombi və radiatorların ikinci əl satılması barədə reklam yerləşdirilmiş ucuz əşyaları almaq qərarına gəlmiş, həmin reklamın sahibi ilə əlaqə saxlayaraq 700 manata qoyulmuş həmin əşyalları danışaraq 550 manata almağa razılaşmışdır. Belə ki, bir ədəd kombi aparatı, 3 ədəd hərbiri 8 gözdən ibarət istilik vermək üçün nəzərdə tutulmuş radiatorları və bir ədəd paltar qurutmaq üçün nəzərdə tutulmuş asılqanı (suşulka) almağa razılaşaraq xx.xx.2022-ci il tarixdə günorta vaxtları Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərində Reno markalı maşınla gələn 2 nəfər şəxsə yaxınlaşmış, həmin şəxslər onu evə qaldırıb istilik sistemlərini göstərmişdir. O, əşyalara baxaraq yaxşı vəziyyətdə olduğunu görüb onlarla razılaşaraq adının sonradan Səlim olduğunu bildiyi şəxsə 100 manat beh verərərk kombi aparatını evinə gətirib çatdırdıqdan sonra qalan pulu verəcəyinə razılaşmışlar. Sonradan həmin şəxslər əşyaları onun Xırdalan şəhərində olan evinə gətirdikdən sonra o, həmin şəxslərə qalan 450 manat pulu da vermişdir. Həmin vaxt o, həmin şəxslərdən əşyaların oğurluq olub olamması barədə soruşduqda həmin şəxslər əşyaların Səlimə məxsus olduğunu və öz evindən sökərək satdığını bildirmişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8067 saylırəyindən görünür ki, 1 ədəd 24-lük “Neoterm” markalı kombi aparatının dəyəri 450 manat, 1 ədəd aliminium metalından olan paltar qurudan asqının dəyəri 50 manat, 3 ədəd hər biri səkkiz gözlu ağ rəngli radiatorun dəyəri 240 manat olmaqla dəymiş ziyanın ümumi dəyəri 740 manat müəyyən edilmişdir. Bununla da Zərərçəkmiş şəxs ümumilikdə 740 (yeddi yüz qırx) manat maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı xx.xx.2021-ci il təvəllüdlü X3 vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəməsini, onunla barışıq əldə etməsini və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ibtidai istintaq orqanının həmin tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmiş, xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 157, 177.2.3, 180.1, 186 və 322-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid3 və istintaqa adı Səbuhi kimi məlum olan şəxs barəsində CM-nin 194.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid1 və Şahid2 barəsində CM-nin 307-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclasından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, vurulan ziyan tam ödənildiyindən, zərərçəkmiş şəxsin şikayəti və tələbi olmadığından, ilk dəfə cinayət əməli törədildiyindən və himayəsində bir azyaşlı uşağı olduğundan ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 03 ay 22 gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd 24-lük “Neoterm” markalı kombi aparatının, 01 ədəd aliminium metalından olan paltar qurudan asqının, 03 ədəd hər biri səkkiz gözlu ağ rəngli radiatorun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun müdafiəçisi təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 03 ay 22 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 02 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd 24-lük “Neoterm” markalı kombi aparatının, 01 ədəd aliminium metalından olan paltar qurudan asqının, 03 ədəd hər biri səkkiz gözlu ağ rəngli radiatorun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-246/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-246/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver