Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-246/2025 29.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 9, ev 7 mənzil 11-də qeydiyyatda olan, Sumqayıt şəhəri Xəzər bağçılıq cəmiyyəti ərazisi, L.İmanov küçəsi, ev 819V-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,305 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 19:10-da Sumqayıt şəhəri Çerkassi küçəsi ərazisində yerləşən «Qayalı» marketin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ kağıza bükülmüş təmiz çəkisi 0,305 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq, götürülmüşdür. Bununla da, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,578 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 14:33-də Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu bir ədəd üzərində «Rothmans» sözləri yazılmış siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,578 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclaslarında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edildiyi üçün barəsində ittihamedici hökm çıxarır. Məhkəmə xx.xx.2024-cü il tarixli fakt üzrə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən həmin fakt üzrə bəraət verilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Xəzər bağları ərazisində yaşayır. xx.xx.2024-cü il tarixində iş yoldaşı Şükran adlı şəxslə narkotik vasitə almaq üçün Yaşıldərəyə getmişlər. Şükranın məqsədi “kakos” deyilən narkotik vasitə, onun məqsədi isə “patı” almaq olmuşdur. Həmin vaxt onları polis əməkdaşları saxlamış və Şükranın üzərini yoxlamış, Şükranın üzərindən narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, həmin vaxt üzərində hər hansı narkotik vasitə olmamış, üzərində qolbaq cəzası olduğundan qorxub oradan qaçmış, lakin qaçmasına baxmayaraq polis əməkdaşları onu saxlamış və polis orqanına aparmışdır. Polislər tərəfindən tutularkən ona fiziki güc tətbiq edilmiş, döyülmüş, işgəncə verilmişdir. Həmin vaxt o polislərə etiraz etmiş və üzərində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən ona tapşırılmışdır ki, videoçəkiliş aparılan zaman adını xatırlamadığı bir nəfərin adını çəksin və narkotik vasitəni həmin adamdan aldığını etiraf etsin. Daha sonra ona vəkil təyin olunmuş, o vəkilə üzərində olan xəsarətləri göstərmişdir. Bundan sonra həmin vəkil onun hüquqlarını müdafiə etməkdən imtina etmiş, polis idarəsindən çıxıb getmiş, ona başqa müdafiəçi təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, döyülməsin deyə təqsirini etiraf etmişdir, hazırda özünü təqsirli bilmir. xx.xx.2024-cü ildə baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində yaşadığı evin həyatində kanalizasiya xətləri çəkirmiş. Tanıdığı 1 nəfər polis əməkdaşı və ondan başqa 2 polis əməkdaşı, ümumilikdə 3 polis əməkdaşı onu metalik rəngli maşınla müşahidə edirmiş, həmin vaxt yanında qızı da olmuşdur. Bundan sonra o, evinə getmiş və qızını oraya göndərib həmin maşının orda dayanıb-dayanmamasını soruşmuşdur. Qızı isə həmin maşının hələ də orda olduğunu bildirmişdir. Bundan sonra həyat yoldaşının istifadəsində olan 077 *** ** ** nömrəyə, ***- ***-**-** nömrəsindən zəng gəlmişdir və zəng edən şəxsin Probasiya Şöbəsinin əməkdaşı olduğunu, ayağında olan aparata baxış keçirilməli olduğunu bildirmişdir. Onda şübhə yaranmış və həqiqətən bu işlə bağlı Probasiya Şöbəsindən zəng gəldiyini onlardan soruşmuşdur. Bundan sonra zəng edən şəxs ona bildirmişdir ki, sabah saat 11-də Probasiya Şöbəsində olsun. O başa düşmüşdür ki, onunla danışan polis əməkdaşlarıdır. Bu hadisəni qardaşına demiş və daha sonra qardaşı Probasiya Şöbəsinin əməkdaşı, onun probatoru olan Qədir müəllimə zəng etmiş və qardaşına onlardan ***-***-**-** nömrəsindən zəng gəldiyini və oraya çağırdıqlarını bildirmişdir. Qədir müəllim isə onun qardaşına onlardan zəng gəlmədiyini və Probasiya Şöbəsinə çağırılmadığını bildirmiş, bundan sonra növbəti gün narahatçılıq keçirdiyi üçün qardaşının avtomobili ilə probasiya şöbəsinə getmiş, probasiya şöbəsinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən üzərində qanunla qadağan olunmuş hər hansı predmet olmamış, polis orqanında polis əməkdaşları tərəfindən narkotik vasitə üzərinə qoyulmuşdur. Saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməməsi üçün məcburən törətmədiyi əməli etiraf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş yeni ittihamda özünü təqsirli bilir. xx.xx.2024-cü il tarixdə, saat 19:10 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsi, «Qayalı market»in yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Pİ-yə dəvət etmişlər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Daha sonra həmin 01 ədəd büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o aşkar olunan maddənin “kakos” olduğunu, həmin maddəni bu gün günorta saatlarında Sumqayıt şəhəri, Yaşıl dərə bağları ərazisində “Niyaməddin” adlı şəxsdən 5 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin o saxlanılan zaman yanında olan tanışı Şükran adlı şəxsin üzərində narkotik vasitə olduğundan xəbərsiz olduğunu bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0,48 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Niyaməddin adlı şəxsin Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən evinə getmiş və ondan şəxsi istifadəsi üçün 5 manat dəyərində heroin istəmiş və o da ondan 5 manat pul alaraq bunun müqabilində ona kağız bükümdə heroin vermiş və o onun evindən çıxıb getmişdir. Özü narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. Bundan başqa, o xx.xx.2024-cü il tarixdə saat 14:33-də o, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən «Vida» mərasim evinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddənin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə həmin İdarəyə getmişdir. Orada xidməti otaqların birində bir daha ona bölməyə gətirilmə səbəbi izah edilmiş, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirilən zaman o buna etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş, eləcə də hüquqlarının müdafiə etməsi üçün vəkil təqdim olunmuşdur. O həmin bildirişlə tanış olaraq, vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O da əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu bir ədəd üzərində «Rothmans» sözləri yazılmış siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusu açıldıqda içərisində iki ədəd siqaret dənələri və 01 ədəd şəffaf rəngli sellofan bükümə bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Sorğu zamanı o üzərindən aşkar olunan metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 15 manata əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş metamfetamin tərəziyə qoyulub çəkilərkən şəffaf sellofanla birlikdə çəkisinin 0,65 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin büküm 01 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmişdir. Üzərindən aşkar olunmuş «Rothmans» siqaret qutusu içərisindəki 02 ədəd siqaret dənələri ilə birlikdə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan başqa, təqdim etdiyi üzərində «Anteti» sözləri yazılmış elektron daşıyıcı qurğu iş üçün əhəmiyyət kəsb etmədiyindən, həmin elektron daşıyıcı qurğunun daim üzərində gəzdirməsi vacib sayıldığından özünə qaytarılmışdır. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq imza etmişdir. Metamfetamini aldığı şəxsin anket məlumatlarını bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuş, sözügedən metamfetamini özü istifadə edəcəkdi. Onu satmaq niyyəti olmamış, o narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmamışdır. Həmin metamfetamini almaqda ona kömək edən olmamışdır, bunu tək etmişdir. O saxlanılarkən qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə axşam saat 7-8 radələrində Çerkassi küçəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Daha sonra Nurlanı Polis İdarəsinə gətirilmişdir. Polis İdarəsində təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Daha sonra müvafiq sənədləşmə işləri aparılmışdır. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Çerkassi küçəsində saxlanılmış, saxlanılan zaman tək olmamış, yanında başqa 1 nəfər də olmuşdur. Lakin, əməliyyat məlumatı Nurlan barəsində daxil olmuşdur. Həmin vaxt Nurlan polis əməkdaşlarına müqavimət göstərməmiş, heç bir narazılıq və ya etiraz bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid2 baş əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Sumqayıt şəhəri “Vida” mərasim evinin yaxınlığında saxlanılmışdır. Buna səbəb onun narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsiylə bağlı daxil olan əməliyyat məlumatı olmuşdur. Polis İdarəsində təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Üzərində şəffaf sellofana bükülmüş 2 ədəd siqaret bükümü aşkarlanmış, həmin bükümün psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nurlan saxlanılan zaman tək olmuşdur. Polis əməkdaşlarına müqavimət göstərməmişdir. Onun tərəfindən Nurlana saxlanılmamışdan əvvəl ***-***-**-** nömrəsindən zəng edilməyib. Nurlan saxlanılarkən piyada hərəkətdə olmuş və qaçmamışdır. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixində təkrar ifadəsi alınmış şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə Vida mərasim evinin yaxınlığında günorta saatlarında saxlanılmışdır. “Vida” mərasım evi Sumqayıt Şəhər Probasiya Şöbəsinin yaxınlığında yerləşir. Saxlanılan vaxt tək idi. Üzərindən “patı”, yəni psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Nurlana əvvəlcədən qeyd edilən ***-***-**-** nömrəsi ilə zəng etməyib və həmin nömrə ona məxsus deyil. Şahid3 verilən suallara cavab olaraq bilirmişdir ki, həmin nömrənin anasına məxsus olduğunu da bilmir. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid5 bildirmişdir ki, 2024-cü ilin avqust ayında daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, 18-ci məhəllə Vida mərasim evinin yaxınlığında saxlanılmış, polis idarəsinə dəvət edilmişdir. Polis İdarəsində təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 siqaret bükümündə narkotik vasitəni bu səhər 15 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddə psixotrop maddə metamfetamin idi. Onun tərəfindən Nurlana saxlanılmamışdan əvvəl ***-***-**-** nömrəsindən zəng edilməmişdir. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixində təkrar ifadəsi alınmış şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid5 bildirmişdir ki, Nurlan Vida mərasim evinin yaxınlığında İcra İdarəsindən xeyli uzaq məsafədə saxlanılmışdır. Saxlanılarkən tək olmuşdur. Daha sonra bilmişdir ki, kimsə Nurlanın arxasınca gəlib, lakin kimliyi ilə maraqlanmamışdır. Polis İdarəsində təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Nurlana əvvəlcədən qeyd edilən nömrə ilə zəng etməyib və həmin nömrə ona məxsus deyil. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixdə şahid qismində dindirilmiş Sumqayıt ŞPİnin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 bildirmişdir ki, hadisə avqust ayının sonlarında daxil olmuş əməliyyat məlumatı əsasında aşkarlanıb. Sumqayıt şəhəri, 18-ci məhəllə Vida mərasim evinin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Daha sonra Polis İdarəsinə dəvət olunmuş və orada təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş maddə metamfetamin olmuşdur. Polis əməkdaşlarına müqavimət göstərməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməmişdir. Nurlan polislərə etiraz etməmiş, narazılığını bildirməmiş, ona vəkil təqdim olunmuşdur. Əvvəllər heç vaxt ***-***-**-** nömrəsindən Nurlana zəng edilməmiş, həmçinin Nurlan uşağı ilə birlikdə olarkən əməliyyat müşahidəsində olmamışdır. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixdə təkrar ifadəsi alınmış şahid Sumqayıt ŞPİnin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Nurlanı 3 nəfər polis əməkdaşı, yəni özü, Elnur və Məhəmmədəli saxlayıb. Təqsirləndirilən şəxs “Vida” Mərasim evinin yaxınlığında İcra İdarəsinə 50-100 metr məsafədə, sağ tərəfdə saxlamışlar, Polis İdarəsinə dəvət etmişlər və orada təhqiqatçının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişlər. Nurlana əvvəlcədən qeyd edilən nömrə ilə zəng etməmiş və həmin nömrə ona məxsus deyil. Nurlana yaxınlaşarkən yanında qardaşını görməmişdir. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixdə şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Hadisənin baş verdiyi tarixi xatırlamır. Qardaşı Nurlan ona Probasiya Şöbəsindən zəng gəldiyini, oraya çağırıldığını, lakin şübhələndiyini və zəng edənin polis əməkdaşı olduğunu ona bildirmişdir. Bundan sonra Probasiya şöbəsinin icra məmuru Qədir müəllimlə əlaqə saxladıqda Təqsirləndirilən şəxs zəng etmədiyini bildirmişdir. Bundan sonra Nurlanı avtomobili ilə Probasiya Şöbəsinə aparmışdır. Nurlan maşından düşən kimi boz rəngli “Mercedes” markalı (dörd göz) maşından 1 nəfər polis əməkdaşı düşmüş, digəri maşında qalmışdır. Həmin polis Nurlanı saxlayıb maşına oturmuş və Polis İdarəsinə aparmışlar. O, da, həmin vaxt polislərin maşının qabağını kəsmiş və qardaşını hara və niyə apardıqlarını soruşmuşdur. Polis İdarəsində 2-3 saat gözləmiş, lakin qardaşını buraxmamışlar. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, qardaşı çox az hallarda “patı” adlanan narkotik vasitə istifadə edir. Nurlan saxlanılan vaxt üzərində narkotik vasitə olmamışdır. Cinayət işinin 1-ci cild 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq saat 14.33-dən məhdudlaşdırılmışdır. Cinayət işinin 69-70-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 27-ci və 188-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Nurlan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 14:33-də Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı Zaur Cəfərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Tahir Abbasovu təqdim edir, Nurlan bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə Nurlanın üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu bir ədəd üzərində «Rothmans» sözləri yazılmış siqaret qutusunu çıxarıb təqdim edir. Həmin siqaret qutusu açıldıqda içərisində iki ədəd siqaret dənələri və 01 ədəd şəffaf rəngli sellofan bükümə bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilir. Sorğu zamanı Nurlan üzərindən aşkar olunan metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Daha sonra Nurlanın üzərindən aşkar olunmuş metamfetamin tərəziyə qoyulub çəkilərkən şəffaf sellofanla birlikdə çəkisinin 0,65 qram olması müəyyən edilir. Aşkar olunmuş həmin büküm 01 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənir. Nurlanın üzərindən aşkar olunmuş «Rothmans» siqaret qutusu içərisindəki 02 ədəd siqaret dənələri ilə birlikdə iş üçün əhəmiyyət kəsb etmədiyindən Nurlanın özünə qaytarılır. Bundan başqa, Nurlanın təqdim etdiyi üzərində «Antenti» sözləri yazılmış elektron daşıyıcı qurğu iş üçün əhəmiyyət kəsb etmədiyindən, həmin elektron daşıyıcı qurğunun daim onun üzərində gəzdirməsi vacib sayıldığından o da Nurlana qaytarılır. Cinayət işinin 1-ci cild 43-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 6\4283 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş AR DİN «Zərflər üçün №124» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir büküm; /imza/ Təqsirləndirilən şəxs; müdafiəçi /imza/ T.Abbasov, təhqiqatçı Z.Cəfərov» yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,578 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,578 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,528 qram qalıq qalmışdır. Cinayət işinin 1-ci cild 53-54-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli 1448 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilmədi. Cinayət işinin 1-ci cild 57-58-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cild 76-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,528 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 80-81-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 1-ci cild 83-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cild 103-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt şəhəri, çerkassi küçəsi, “Qayalı” marketin yaxınlığında şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq saat 19.10-dan məhdudlaşdırılmışdır. Cinayət işinin 1-ci cild 108-109-cu və 160-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin xidməti otaqlarından birində təhqiqatçı Elnur Feyzullayev əvvəlcə özünü təqdim edir daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyi üçün ŞPİ-nə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edir. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim edir. Daha sonra həmin 01 ədəd büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin “kakos” olduğunu, həmin maddəni saxlanıldığı gün günorta saatlarında Sumqayıt şəhəri, Yaşıl dərə bağları ərazisində “Niyaməddin” adlı şəxsdən 5 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Həmçinin o saxlanılan zaman onun yanında olan tanışı Şükran adlı şəxsin onun üzərində narkotik vasitə olduğundan xəbərsiz olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0,48 qram olduğu müəyyən edilir və aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Cinayət işinin 1-ci cild 120-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/20 nömrəli rəyində göstərilmişdir ki, üzərində AR DİN “Zərflər üçün №124” möhür əksi “Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)” və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,305 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi 0,305 qram, tədqiqata sərf edildi 0, 05 qram, qalıq: 0,255 qram Cinayət işinin 1-ci cild 131-132-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cild 141-142-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 152-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,255 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 166-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Ona görə də, Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən o məhkum olan hesab edilir. Cinayət işinin 1-ci cild 169-175-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 176-177-ci vərəqlərində olan ********* saylı cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 421 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 180-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxsin məcburi gətirilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs məcburi qaydada Sumqayıt ŞPİ-nin İŞ-ə gətirlməlidir. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraatın dayandırılmışdır. Cinayət işinin 1-ci cild 186-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cild 201-202-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraatın dayandırılmışdır. Cinayət işinin 1-ci cild 205-206-cı vərəqlərində olan xx.xx.2024-cü il tarixli 7070 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 207-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli könüllü olaraq istintaqa gəlmə barədə protokoldan görünür ki, ********* saylı iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs könüllü olaraq Sumqayıt ŞPİ-nin İŞ-ə gələrək özünü istintaqa təqdim etmişdir. Cinayət işinin 1-ci cild 206-207-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cild 217-226-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 0,528 qram metamfetamin və ********* saylı iş üzrə 0,255 qram heroin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 230-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə elan edilmiş ittihamın dəyişdirilərək ona əlavələr edilməklə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildində olan və məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş, cinayət işinin 2-ci cildində olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 3-16-21-2/2-73840/2025 nömrəli məktubuna əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə 01 il 07 ay 11 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 04 ay 15 gün təşkil edir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş, cinayət işinin 2-ci cildində olan 26 fevral 2025-ci il tarixli 5692025/AQ nömrəli Sumqayıt Regional Vəkil Bürosunun məktubundan və onun qoşmasından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin icraatında olmuş cinayət işində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona Sumqayıt Regional Vəkil Bürosu tərəfindən vəkil X5 ayrılmışdır. xx.xx.2025-ci il tarixli 005 nömrəli vəkil orderinin surətindən görünür ki, Təqsirləndirilən şəxsa hüquqi yardım göstərən şəxs Səadət Vəliyeva olmuşdur. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş, cinayət işinin 2-ci cildində olan, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş CD diskdən görünür ki, telefon danışığı zamanı “sən sabah çalış günün birinci yarısı gəl ki, aparat tez-tez sönür yanır, sıqnallayır, sabah çalış 10-11-də yaxınlaş ora” ifadələri işlədilir. Təqsirləndirilən şəxs isə bildirir ki, “dəqiq probasiya şöbəsindəndir də?” Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş, cinayət işinin 2-ci cildində olan xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ***-***-**-** nömrəsinin kimə məxsus olması, həmçinin xx.xx.2024-cü il tarix, saat 00.00-dan xx.xx.2024-cü il tarixdə saat 23.59-dək hansı anten dairəsində işləməsi, daxil olan və çıxan zənglərin, smslərin və onların mətnlərin "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş, cinayət işinin 2-ci cildində olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 6460 nömrəli məktuba əlavə edilmiş CD discda olan izahlı qaimə hesabatından görünür ki, Şahid6 adına qeydiyyat edilmiş ********** nömrəli mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 18.09-da ********** mobil nömrəsindən zəng edilmiş, 60 saniya danışıq aparılmışdır. ********** mobil nömrəsindən ********** mobil nömrəsinə xx.xx.2024-cü il tarixində saat 18.10-da (34 saniyə) xx.xx.2024cü il tarixdə saat 10.41-də (45 saniyə), saat 11.51-də (22 saniyə), saat 12.55-də (32 saniyə), saat 13.34-də (17 saniyə), saat 14.01-də (21 saniyə) zəng edilərək danışıq həyata keçirilmişdir. Bundan başqa ********** nömrəsindən xx.xx.2024-cü il tarixində saat 11.26-da ********** mobil nömrəsinə zəng edilərək 26 saniyə telefon danışığı aparılmışdır. Həmçinin, xx.xx.2024-cü il tarixində saat 17.53-də ********** mobil nömrəsi ilə ********** mobil nömrəsi arasında 24 saniyəlik telefon danışıq olmuşdur. Həmin CD diskə əlavə edilmiş məlumatdan görünür ki, ********** mobil nömrəsi Sumqayıt şəhəri 10-cu mikrorayon ev 25, mənzil 49-da qeydiyyatda olan Şahid6 aiddir. Həmin diskə əlavə edilmiş anten dairəsi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsi ilə ********** mobil nömrəsi arasında telefon danışıqları olarkən, sonuncu nömrə Sumqayıt seh, S.Vurgun kuc 92/152 "Sefqet Klinikası", Sumqayit s., Anton Chexov kuc 36/61A, SUMQAYİT Seheri, ATS antenlərində qeydə alınmışdır. Bundan başqa ********** mobil nömrəsinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-ci tarixlərində dəfələrlə Sumqayit seh, 10-cu mikrorayon, Babek küc, "Qayali GOLD market" antenində olması qeydə alınmışdır. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş, cinayət işinin 2-ci cildində olan “mia.gov.az” internet saytından əldə edilmiş çıxarışdan görünür ki, ********** mobil nömrəsi Sumqayıt ŞPİ-nin növbətçi hissəsinə məxsusdur. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş cinayət işinin 2-ci cildində olan EMİS-dən çıxarışdan görünür ki, ********** mobil nömrəsi Şahid4 adına qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş, cinayət işinin 2-ci cildində olan Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş 21-2/3-19034 nömrəli məktubdan görünür ki, ********** mobil nömrəsi Sumqayıt Şəhər Probasiya Şöbəsinin tabeliyində olan hər hansı əməkdaşa məxsus olmamışdır. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş, cinayət işinin 2-ci cildində olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2025-ci il tarixli 581/2-5840 nömrəli məktubuna əsasən ünvan 1 ünvanında yaşayan, Şahid6 sonuncu qeyd olunan ünvanda yaşamadığından onun məhkəməyə təmin olunması mümkün olmamışdır. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş, cinayət işinin 2-ci cildində olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2025-ci il tarixli 581/2-6145 nömrəli məktubuna əsasən ünvan 1 ünvanında yaşayan, Şahid6 sonuncu qeyd olunan ünvanda yaşamadığından onun məhkəməyə təmin olunması mümkün olmamışdır. Məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən çıxarışdan görünür ki, Şahid3 qohum məlumatları bölməsində Şahid6 onun anasıdır. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,305 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heraoini əldə edib daşıyaraq üzərində saxlamaqla Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai araşdırma müddətindəki etirafları, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirsiz olması barədə bildirdikləri özünü müdafiə xarakterlidir. Saxlanılarkən və polis orqanında təzyiqlərə məruz qaldığını, ona təyin edilmiş vəkilin hüquqlarını müdafiə etməkdən imtina etdiyini, başqa vəkillə təmin edildiyini bildirsə də, həmin xüsusatlar məhkəmə araşdırması müddətində öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,578 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamaqla Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Belə ki, ibtidai araşdırma müddətində keçirilən istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etsə də, məhkəmə istintaqı zamanı təqsirini etiraf etməmiş, təqsirsizliyinə dəlalət edən sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadə verərkən ona ********** mobil nömrəsindən arvadının istifadəsində olan ********** mobil nömrəsinə zəng edilərək Probasiya Şöbəsinə çağırılmasını bildirmiş, həmin danışığı əks etdirən qeydi məhkəməyə təqdim etmişdir. Təqdim edilən mobil nömrə və səs yazısı ətrafında məhkəmə tərəfindən müvafiq sorğular verilməklə araşdırmalar aparılmış, nəticədə ********** mobil nömrəsinin iş üzrə şahid olan, əməliyyat qrupunun üzvü Şahid3 istifadəsində olması, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində həqiqətən probasiya şöbəsi adı ilə çağırılaraq saxlanılması faktı öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən probasiya şöbəsinə gəlməsi adı ilə dəvət edilərək saxlanılması işin digər halları ilə birlikdə əlaqələndirildikdə Təqsirləndirilən şəxs təqsirsizliyi sübuta yetirilir. Məhkəmə istintaqı zamanı polis əməkdaşlarından ibarət şahidlər ********** mobil nömrəsinin istifadələrində olmamasını, Təqsirləndirilən şəxs hər hansı mobil zəngin edilmədiyini bildirsələr də, işdə olan digər sübutlarla təkzib olunur. "xxxx" MMC-dən daxil olmuş sorğuya cavabda həmin mobil nömrənin Şahid6 adına qeydiyyatdan keçdiyi, ümumilikdə ********** mobil nömrəsi ilə aralarında 7 dəfə danışıq olması, həmçinin Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən Şahid6 Şahid3 anası olması faktları təsdiqini tapmışdır. Həmçinin, anten məlumatlarının qeydə alındığı əhatə dairəsi ünvanları Təqsirləndirilən şəxs saxlanılmazdan əvvəl onun yaşadığı Sumqayıt şəhəri Xəzər Bağları ərazisində yerləşən “Şəfqət Klinikası” ərazisində qeydə alınması, həmçinin digər vaxtlarda mobil nömrənin Şahid3 yaşadığı və qeydiyyatda olduğu Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində qeydə alınması, bundan başqa anten məlumatlarına əsasən ********** mobil nömrəsinin ********** (Sumqayıt ŞPİ-nin Növbətçi hissəsi) nömrəsi ilə, həmçinin EMİS-ə əsasən Şahid4 adına qeydə alınmış ********** mobil nömrəsi ilə aralarında danışıqların olması həmin mobil nömrənin Şahid3 istifadəsində olmasını faktını bir daha təsdiq etmişdir. Bundan başqa əməliyyat müvəkkili Şahid4 xx.xx.2024-cü il tarixdə raportla polis idarəsinin rəhbərliyinə müraciət edərək xx.xx.2024-cü il tarixində Nurlan adlı şəxsin, dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumat və vətəndaşların sorğusu əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsi barədə məlumat daxil olduğunu bildirilmiş, lakin cinayət işi materialların əlavə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ətrafındakı tədbirlər xx.xx.2024-cü il tarixindən başlanılmış, lakin bu barədə hər hansı sənədləşmə aparılmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, o polis əməkdaşı tərəfindən izləndiyindən məlumatlı idi. Ona zəng edən şəxsin polis əməkdaşı olduğunu bilirdi. Qeyd edilən hallar Təqsirləndirilən şəxs tərəfindən qeydə alınmış telefon danışığında, həmçinin sonuncunun qardaşı Şahid7 məhkəmədə verdiyi ifadədə təsdiq olunmuşdur. Belə ki, Şahid7 də ifadəsində qardaşının həmin zəngdən şübhələndiyini, zəng edənin polis olduğunu dediyini bildirmişdir. Həmçinin, telefon danışığının məzmununda “dəqiq probasiya şöbəsindəndir də?” sual verməsi Təqsirləndirilən şəxs zəng edənlərin probasiya şöbəsinin əməkdaşı olmasından şübhələndiyini təsdiq edir. Təqsirləndirilən şəxs həmin ərəfədə, polis tərəfindən saxlanılma ehtimalını bilə-bilə üzərində qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə (psixotrop maddə) daşıyaraq məhkum edildiyi CM-in 234.1-ci maddəsi ilə ayağına quraşdırılmış xüsusi texniki vasitənin (qolbağın) yoxlanması üçün Sumqayıt Şəhər Probasiya Şöbəsinə getməsi həqiqətə uyğun gəlmir. Bundan başqa məhkəmə qeyd edir ki, 14 iyun 2024-cü il tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum Qərarı qəbul edilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirində Təqsirləndirilən şəxs saxlanılmasında videoçəkilişdən istifadə edilməməsi də nəzərə alınmalı haldır. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixdə qeydə alınmış fakt üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 4 (dörd) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) ay 7( yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılmalıdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. 240730703 nömrəli cinayət işi üzrə təyin edilmiş xx.xx.2024-cü il tarixli 7070 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Nurlan Ağakişyevin barəsində narkomaniyadan məcbri müalicə məsələsi ittiham hökmünün çıxarıldığı ********* nömrəli cinayət işi üzrə təyin edilmiş Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 421 nömrəli rəyinə əsasən həll edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli 421 nömrəli rəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixolrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,528 qram metamfetamin həmin psixotrop maddənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada xx.xx.2024-cü il tarixli fakt üzrə cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. (3-16-16/2-6/20 nömrəli xx.xx.2024-cü il tarixli rəy) Keçirilmiş xx.xx.2024-cü il tarixli, 6/4283 nömrəli fiziki-kimyəvi ekspertizasi üzrə məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 manat Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilməli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd CD disk və məhkəmə istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş 2 (iki) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli fakt üzrə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Vəkil Müdafiəçi 28 aprel 2025-ci il tarixdə məhkəmə iclaslarında iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə cəmi 72 manat və həmin müddətdən sonra məhkəmə iclaslarında iştirak etdiyi 18 saata görə 198 manat, cəmi 270 manat məbləğ ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixli fakt üzrə ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 4 (dörd) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) ay 7( yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 01 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 1 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 29 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,255 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd CD disk və məhkəmə istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş 2 (iki) ədəd CD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. (3-16-16/2-6/20 nömrəli xx.xx.2024-cü il tarixli rəy) Keçirilmiş xx.xx.2024-cü il tarixli, 6/4283 nömrəli fiziki-kimyəvi ekspertizasi üzrə məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 manat Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada xx.xx.2024-cü il tarixli fakt üzrə cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,528 qram metamfetamin həmin psixotrop maddənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılsın. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli fakt üzrə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-246/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-246/2025
29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver