Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-247/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu, Hacıismayıllı kəndinə qeydiyyatda ola və Sumqayıt şəhəri, Novxanı bağları, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Şamaxinka adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,083 qram, 0,301 qram, 0,352 qram, ümumilikdə təmiz çəkisi 0,736 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28 oktyabr 2021-ci il tarixdə, saat 19:40-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2 aprel küçəsində yerləşən yaşadığı fərdi evin qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və 1-ci PB-də Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən hər biri politelin sellefona bükülmüş 03 ədəd bükümdə təmiz çəkisi 0,736 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 28.10.2021-ci il tarixdə saat 19:40 radələrində ünvan 1 ünvanının qarşısında küçədə piyada hərəkədə olan zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmış və özlərinin polis əməkdaşları olduqlarını bildirib ona özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılacağını bildirmişlər. Həmin vaxt həmin üç nəfərdən biri onun əllərindən möhkəm yapışdığına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. 1-ci PB-də xidməti otaqda onu oraya gətirən polis əməkdaşları və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, göy rəngli cins şalvarın sağ yan cibindən politelin kağızına bükülmüş 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin bükümlərin içindəheroin olduğunu təhqiqatçıya demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə narkotik vasitə heroinin ümumilikdə elektron tərəzidə çəkisi çəkilmiş, təmiz çəkisi 1,09 (bir tam yüzdə doqquz) qram olmuş, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eləcə də, o, ifadəsində Sumqayıt ŞPİ-nin 1-ci PB-da ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, üzərindən aşkar edilərək götürülmüş kütlələrin heroin olduğunu, özünə məxsus olduğunu və həmin heroini 27.10.2021-ci il tarixdə səhər radələrində Bakı şəhəri, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 50 manat verib aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını və tutulana qədər istifadəsində mobil telefon olmadığını göstərmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, 28.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin daşıması və istifadəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə müvafiq əmrlə əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 28.10.2021-ci il tarixdə, saat 19:40-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Novxanı bağları, 2 aprel küçəsi ərazisində, yaşadığı evin yaxınlığında saxlamışlar, həmin şəxsə özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir və Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. X7 üzərinə video çəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmış, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş həmin şəxsə təqdim olunmuşdur. X5 tərəfindən aparılırmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əli ilə əynində olan göy rəngli, cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və sol əli ilə sol yan cibindən 01 ədəd alışqanı təqdim etmişdir. Daha sonra həmin şəxsin üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və göy rəngli, cin şalvarın sağ yan cibindən 01 ədəd də şəffaf sellofana bükülmüş maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükülülərdə nə olduğu, kimdən aldığı və nə məqsədlə üzərində gəzdirildiyi soruşulduqda Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddələrin narkotik vasitə olduğunu, həmin maddələri bir gün əvvəl Bakı şəhəri, Şamaxinka adlandırılan ərazidən öz istifadəsi üçün 50 manata tanımadığı şəxsdən aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 (üç) büküm narkotik vasitəyə bənzər kütlələr özünün və müdafiəçinin iştirakı ilə elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkilərinin 1.09 olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 03 (üç) büküm narkotik vasitəyə bənzər kütlələr tədqiq olunması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o, da digər iştirakçılar kimi həmin protokolu öz imzası ilə imzalamışdır. Eləcə də, o, ifadəsində Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilmədiyini, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etdiyini, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini haradan əldə etdiyi və nə məqsədlə üzərində saxladığı soruşulduqda, həmin maddələri bir gün əvvəl Bakı şəhəri, Şamaxinka adlandırılan ərazidən öz istifadəsi üçün 50 manata tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyini, hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirildiyini, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləciyini və Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmadığını göstərmişdir. Məhkəmədə dindirilmiş şahid Sumqayıt şəhər, Pİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə təsirləndirilən şəxsin, iş üzrə şahidlərin ifadəsini dinlədikdən sonra hər hansı zidiyyətli məqam olmadığı və oxşar məzmunlu ifadə olduğu üçün ibtidai isitintaq dövründə şahid qismində dindirilmiş X1 ifadəsini elan etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 6/4797 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,301 qram, 0,352 qram ümumi təmiz çəkiləri 0,736 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Tədqiqata 0,09 qram sərf edildikdən sonra 0,646 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 20.12.2021-ci il tarixli 5207 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarış barədə 28.10.2021-ci il tarixli protokoldan və diskə köçürülmüş video çəklişdən görünür ki, Təqsirləndirilən şəxs sağ əli ilə əynində olan göy rəngli, cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və sol əli ilə sol yan cibindən 01 ədəd alışqanı təqdim etmişdir. Daha sonra həmin şəxsin üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və göy rəngli, cin şalvarın sağ yan cibindən 01 ədəd də şəffaf sellofana bükülmüş maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükülülərdə nə olduğu, kimdən aldığı və nə məqsədlə üzərində gəzdirildiyi soruşulduqda Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddələrin narkotik vasitə olduğunu, həmin maddələri bir gün əvvəl Bakı şəhəri, Şamaxinka adlandırılan ərazidən öz istifadəsi üçün 50 manata tanımadığı şəxsdən aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 (üç) büküm narkotik vasitəyə bənzər kütlələr özünün və müdafiəçinin iştirakı ilə elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkilərinin 1.09 olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 03 (üç) büküm narkotik vasitəyə bənzər kütlələr tədqiq olunması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmış və DİNnin 125 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi 29 oktyabr 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin müstəntiqi, polis kapitanı Yusif Süleymanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 28.10.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixində saat 19:40-da Sumqayıt şəhəri, Novxanı bağları ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs 30.10.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Yüsif Süleymanov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və eyni tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,646 qram narkotik vasitə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Bələdiyyəsi Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materillarında olan şəxsiyyət vəqisələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç övladı vardır: 06.03.2008-ci il təvəllüdlü X2, 13.02.2010-cu il təvəllüdlü X3 və 01.02.2016-cı il təvəllüdlü X4. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 12.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən təqsirəndirilən şəxsin əvvəllər məhkum olunmaması və ilk dəfə az ağır cinayət törətməsini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28-30 oktyabr 2021ci il tarxilərində 02 (iki) gün Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,646 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 14.01.2022-ci il tarixli (iş № 1(060)-247/2022) qərarını icra edərək, 18.01.2022-ci il tarixli 147/2022 saylı orderə əsasən vəkil Müdafiəçi oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Novxanı bağları ərazisində fərdi evdə yerləşən ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,646 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-247/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-247/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver