Məhkəmə qərarları › İş №1(060)-248/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-248/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-248/2025 18.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, yəni Zərərçəkmiş şəxs1 nəvəsi X9 adına liseyə daxil olaraq orada təhsil almasına köməklik göstərəcəyi adı ilə özünü Zərərçəkmiş şəxs1 nüfuzlu şəxs kimi təqdim edərək etibarından sui-istifadə edərək yalan vəd verib aldatmaqla 16 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən 16 saylı tam orta məktəbin qarşısında 2500 (iki min beş yüz) manat məbləğində, 17 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə, 4/27 saylı binanın qarşısında 500 (beş yüz) manat məbləğində, cəmi 3000 (üç min) manat məbləğində pulu vahid niyyətlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, yəni Zərərçəkmiş şəxs2 nisyə alaraq pulunu daha sonra qaytaracağına dair yalan vəd verib aldatmaqla 18 yanvar 2024-cü il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən 16 saylı tam orta məktəbin həyətində Türkiyə istehsallı 585 əyarlı 5,04 qram çəkidə bir qramı 85 manat olmaqla 428 manat 40 qəpik dəyərində iki ədəd qızıl sırğaları, Türkiyə istehsallı 585 əyarlı 1,56 qram çəkidə bir qramı 85 manat olmaqla 132 manat 60 qəpik dəyərində iki ədəd qızıl sırğaları, Türkiyə istehsallı 585 əyarlı 2,77 qram çəkidə bir qramı 85 manat olmaqla 235 manat 45 qəpik dəyərində bir ədəd qızıl qadın üzüyünü, Türkiyə istehsallı 585 əyarlı 2,20 qram çəkidə bir qramı 85 manat olmaqla 187 manat dəyərində bir ədəd qızıl boyunbağını, Türkiyə istehsallı 585 əyarlı 2,92 qram çəkidə bir qramı 85 manat olmaqla 248 manat 20 qəpik dəyərində ulduz formalı bir ədəd qızıl aralığı, Türkiyə istehsallı 585 əyarlı 5,12 qram çəkidə bir qramı 85 manat olmaqla 435 manat 20 qəpik dəyərində bir ədəd qızıl bilərziyi, Türkiyə istehsallı 585 əyarlı 5,26 qram çəkidə bir qramı 85 manat olmaqla 447 manat 10 qəpik dəyərində bir ədəd qızıl bilərziyi, Türkiyə istehsallı 585 əyarlı 2,31 qram çəkidə bir qramı 85 manat olmaqla 196 manat 35 qəpik dəyərində bir ədəd qızıl aralığı və Türkiyə istehsallı 585 əyarlı 3,67 qram çəkidə bir qramı 85 manat olmaqla 311 manat 95 qəpik dəyərində bir ədəd qızıl boyunbağını, ümumilikdə 2622 manat 25 qəpik dəyərində qızıl-zinət əşyalarını alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun oğlu Dəniz Bakı şəhərində yerləşən H.Əliyev adına liseydə təhsil almaq üçün imtahan verməyə hazırlaşmışdır. Həmin ərəfələrdə anası Göhər bu barədə Təranəyə məlumat vermişdir. Təranə də ona nəvəsi Hüseyni həmin liseydə oxutmaq istədiyini və bu işdə köməklik göstərilməsini xahiş etmişdir. Onun pula ehtiyacı olduğu üçün cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra ona verilmiş buraxılış vərəqəsini Təranəyə göstərmiş və Ədliyyə Nazirliyinin işçisi olduğunu bildirmişdir. O, həmçinin 2014-cü ilədək Azərbaycan Pedoqoji İnstitunda kredit işləri üzrə dekan müavini işlədiyi üçün Təranəyə həmin institutun işçisi olduğunu, həmin institutda tanışlarının olduğunu və onların vasitəsilə köməklik edəcəyini demiş və sonuncunu aldatmışdır. Təranəyə nəvəsini həmin liseyə düzəltmək üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. Sonuncu da pulu düzəltdikdən sonra ona bu barədə məlumat verəcəyini demişdir. 16 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri, 16 saylı orta məktəbin qarşısında Təranə ilə görüşmüş və sonuncu orada ona 3000 manat pul vermişdir. Təranədən aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O vaxt qazanmaq məqsədi ilə Təranəyə qəbzlər göndərmiş və verdiyi pulu liseydə depozitə qoyduğunu demişdir. Daha sonra Təranə işin düzəlmədiyini görmüş, ondan və anası Göhərdən pulunu tələb etməyə başlamışdır. Onun Təranədən pul alması barədə anası Göhərin məlumatı olmamışdır. Bundan sonra anası Göhər özünə məxsus pensiya kartını borcun ödənilməsi üçün Təranəyə vermişdir. Təranə də kart vasitəsilə 550 manat pul çıxartmış, bundan sonra anasının kartı bloklanmış və Təranə daha kartdan pul çıxara bilməmişdir. Hazırda Təranəyə ümumilikdə 2450 manat borcu var. Sonradan o, Təranə ilə vhatsapp vasitəsilə əlaqə saxlamış və sonuncudan ona biraz vaxt verməsini vaxt istəmişdir. Bundan başqa onun pula ehtiyacı olduğu üçün nisyə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaq qərarına gəlmişdir. Buna görə də övladının sinif yoldaşının anası olan Tünzalə ilə əlaqə saxlamış və sonuncudan ona nisyə qızıl-zinət əşyaları satmasını xahiş etmişdir. Belə ki, uşağının sinif yoldaşlarının valideynləri ilə ünsiyyət saxladığı votsap qrupuna bu barədə yazmışdır. Qrupda xatırlamadığı valideynlərdən biri ona bu işdə Tünzalənin köməklik göstərəcəyini demişdir. O, Tünzalədən ona nisyə qızıl əşyaları satmasını xahiş etmiş və sonuncu ona bu barədə məlumat verəcəyini demişdir. Sonradan Tünzalə onunla telefonla əlaqə saxlamış, nisyə qızıl əşyası satan tanışının olduğunu və həmin şəxsin ona nisyə qızıl satacağını demişdir. Bundan sonra 18 yanvar 2024-cü il tarixdə Tünzalə ilə Sumqayıt şəhəri, 16 saylı orta məktəbin qarşısında görüşmüşdür. Həmin vaxt Esmira da onların yanına gəlmiş və söhbət zamanı ona qızılın Esmira satacağını bildirmişdir. Söhbət zamanı Esmiraya özünü Ədliyyə Nazirliyinin işçisi kimi təqdim etmişdir. Orada Esmira oan ümumilikdə 3500 manat dəyərində qızıl əyşalarını vermişdir. O, qızılları Esmiradan aldıqdan sonra sonuncuya həmin qızılların pulunu 3 gün ərzində, çətinliyi olduğu halda isə 10 gün müddətində verəcəyini demiş və Esmira da onunla razılaşmışdır. Esmiradan aldığı qızılları tanımadığı şəxsə satmış və əldə etdiyi pulu ehtiyaclarına xərcləmişdir. Daha sonra işləmədiyi və maddi imkanı yaxşı olmadığı üçün Esmiranın pulunu qaytarmaqda çətinlik çəkmişdir. Esmira pulunu tələb edən zaman Esmiranı aldadaraq qızılları lombarda qoyduğunu və tezliklə pulunu ödəyəcəyini, qızılları lombarddan götürərək qaytaracağını demişdir. Lakin, sonradan da Esmiranın nə qızıllarını, nə də pulunu qaytara bilməmişdir. Esmira bir neçə dəfə onun yaşadığı evə gələrək onunla mübahisə edərək pulunu tələb etmiş, Esmiraya pulunu qaytaracağını deməsinə baxmayaraq sonuncu əsəbiləşmiş və onun yaşadığı evin şüşələrini və qapısını qırıb çıxıb getmişdir. Esmiradan qızılları nisyə almamışdan əvvəl cəzaçəkmə müəssisəsindən ona verilmiş buraxılış vərəqəsini göstərmiş və Ədliyyə Nazirliyinin işçisi olduğunu bildirmişdir. Təranə və Esmirada olan mesajları o yazmış və səs yazısı da ona məxusdur. Həmçinin bildirmişdir ki, onun üç azyaşlı uşağı var, uşaqlar ərinin nəzarətindədir, əri işdə olan zaman isə uşaqlara anası baxır. Yəni, uşaqlar nəzarətsiz və baxımsız deyil. Göstərilən halları, həmçinin özünü təqsirli bilməsini və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sevincin qızı onun işlədiyi 16 saylı orta məktəbdə dərs dediyi sinifdə təhsil almış və onların müəllim-valideyn münasibətləri yaranmışdır. Sevinc ona söhbət əsnasında oğlu Dənizi 3000 manat pul müqabilində Bakı şəhəri, H.Əliyev adına liseydə təhsil almaq üçün düzəltdiyini bildirmişdir. O, istəsə nəvəsi X6 da həmin liseyə təhsil almaq üçün düzəlməkdə köməklik edə biləcəyini bildirmişdir. Sevinc ona Ədliyyə Nazirliyində, həm də Azərbaycan Pedaqoji İnstitunda müəllim olaraq çalışdığını bildirmişdir. Sevinc ona liseydə illik təhsil haqqının 6000 manat olduğunu, lakin hazırda yarım illik olduğu üçün 3000 manat pul ödəməli olduğunu demiş və o sonuncu ilə razılaşmışdır. 16 yanvar 2024cü il tarixdə Sevinclə işlədiyi Sumqayıt şəhəri 16 saylı orta məktəbin qarşısında görüşmüş və orada Sevincə 2500 manat pul vermişdir. 17 yanvar 2024-cü il tarixdə Sevinclə yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllə, 4/27 saylı binanın qarşısında görüşmüş və Sevincə qalan 500 manat pulu vermişdir. O pulu Sevincə verdiyi zaman sonuncu ona həmin pulu liseyin mühasibatlığına verdikdən sonra qəbzi ona təqdim edəcəyini bildirmişdir. O sonuncuya yarım illikdən sonra liseyə şagird qəbulunun olmadığını demiş, lakin Sevinc işlədiyi institutun rektoruna xahiş etdiyini və buna görə də məsələnin həll olunacağına söz vermişdir. O, bir neçə gün sonra liseyə ödənişlə bağlı qəbzi ona təqdim etməsini istəmiş, lakin Sevinc ona başqa 2 ədəd qəbzi vhatsapp vasitəsi ilə göndərmişdir. O, Sevincə göndərdiyi qəbzlərin liseyə ödənilmədiyini bildirmiş, lakin Sevinc təkidlə ona həmin pulu liseyə ödədiyini bildirmişdir. Daha sonra Sevinc ona pulu liseyə ödədiyini və liseyə gedib bu məsələ ilə maraqlanmasını bildirsə də pulun liseyə ödəmədiyini bildikdən sonra anası Göhər ilə bu barədə söhbət etmişdir. Göhər ona polisə şikayət etməməsini xahiş etmiş və Sevincin ondan almış olduğu pula görə ABB-yə məxsus öz təqaüd kartını ona vermişdir. O, 2024-cü ilin fevral ayında həmin kartdan 550 manat pul çıxarmış, lakin növbəti ayda həmin kart bloklandığı üçün pul çıxartmaq mümkün olmamışdır. O, Göhərə zəng edən zaman sonuncu kartda problem olduğunu demiş və ona yeni təqaüd kartını təqdim etmişdir. Göhər yeni kartı ona təqdim etsə də, kartın giriş parolunu ona deməmişdir. Göhər hər ay təqaüd vaxtı pul çıxararaq ona verəcəyini demiş, o Göhərin dediyi ilə razılaşmışdır. Lakin, Göhər müxtəlif bəhanələr gətirmiş və ona ödəniş etməyərək mobil telefon zənglərinə cavab verməmişdir. Sevinc də həmçinin onun zənglərinə cavab verməyərək aldığı 3000 manat puldan 550 manatını qaytarsa da, 2450 manat pulu bu günədək müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Hal-hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanışı X3 vasitəsilə tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. O, dolanışığını təmin etmək üçün arabir qızıl-zinət əşyaları alıb-satmaqla məşğul olur. 18 yanvar 2024-cü il tarixdə tanışı Tünzalə onunla telefonla əlaqə saxlayaraq Sevinc adlı tanışının nisyə qızıl əşyası almaq istədiyini demiş və əgər onda qızıl varsa görüşüb Sevincə göstərməsini xahiş etmişdir. O, da Tünzaləni uzun müddətdir tanıdığı üçün sonuncu ilə razılaşmış və onlar həmin gün, Sevinc və Tünzalə ilə Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən 16 saylı tam orta məktəbin həyətində görüşmüşlər. Söhbət zamanı Sevinc özünü ona Ədliyyə Nazirliyinin yüksək vəzifəli işçisi kimi təqdim edərək mayor rütbəsi olduğunu, yüksək maaş aldığını bildirərək ona vəsiqə göstərmiş və ondan nisyə götürəcəyi qızılların pulunu da qısa müddət ərzində qayatarcağını bildirmişdir. O da Sevincə etibar etmiş və razılaşmışdır. Bundan sonra o, üzərində olan qızıl-zinət əşyalarını çıxarmış və onları Sevincə göstərmişdir. Sevinc həmin qızıl əşyalarına baxıb onlardan iki ədəd Türkiyə istehsallı, 585 əyarlı 5,04 qram çəkidə 572 manat dəyərində qızıl sırğaları, iki ədəd Türkiyə istehsallı, 585 əyarlı 1,56 qram çəkidə 172 manat dəyərində qızıl sırğaları, bir ədəd Türkiyə istehsallı, 585 əyarlı 2,77 qram çəkidə 305 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd Türkiyə istehsallı, 585 əyarlı 2,20 qram çəkidə 255 manat dəyərində qızıl boyunbağını, bir ədəd Türkiyə istehsallı, 585 əyarlı 2,92 qram çəkidə 321 manat dəyərində ulduz formalı qızıl aralığı, bir ədəd Türkiyə istehsallı, 585 əyarlı 5,12 qram çəkidə 590 manat dəyərində qızıl bilərziyi, bir ədəd Türkiyə istehsallı, 585 əyarlı 5,26 qram çəkidə 605 manat dəyərində qızıl bilərziyi, bir ədəd Türkiyə istehsallı, 585 əyarlı 2,31 qram çəkidə 255 manat dəyərində qızıl aralığı və bir ədəd Türkiyə istehsallı, 585 əyarlı 3,67 qram çəkidə 425 manat dəyərində qızıl boyunbağını, ümumilikdə 3500 manat dəyərində qızılları götürmüşdür. Sevinc həmin qızılları götürdükdən sonra bir daha Tünzalənin yanında ona həmin qızılların pulunu ən geci 10 gün ərzində ona ödəyəcəyini demişdir. Sevincin dediyi vaxtdan keçməsinə baxmayaraq pulunu verilmədiyini görüb sonuncudan pulunu tələb etməyə başlamışdır. Lakin, Sevinc hər dəfə müxtəlif bəhanələr gətirib pulu ödəyəcəyini demişdir. Bir neçə ay keçməsinə baxmayaraq Sevincin onun pulunu ödəmədiyi və sonuncu ilə əlaqə saxlaya bilmədiyi üçün Tünzalə ilə birlikdə Sevincin yaşadığı evə getmişlər. O, Sevincdən yenə də pulunu yaxud qızılları qaytarmasını tələb etmiş və sonuncu yenə də müxtəlif bəhanələr gətirərək pulunu verəcəyini demişdir. Buna baxmayaraq Sevinc bu vaxtadək onu aldadıb nə pulunu, nə də qızılları qaytarmamışdır. O, Sevinclə əlaqə saxlaya bilmədiyi üçün təxminən 2024-cü ilin fevral ayının əvvəllərində sonuncunun yaşadığı evə gedib pulunu və ya qızılları verməsini tələb etmişdir. Sevinc yenə də onu aldatdığı üçün onların arasında sözlə mübahisə yaranmış, lakin Sevinclə dalaşmamış, yaşadığı evin şüşələrini və qapısını sındırmamışdır. Sevinclə aralarında mübahisə olduğundan sonuncu onun barəsində Sumqayıt ŞPİ-nin 4cü PB-nə şikayət etmiş və bununla bağlı araşdırma aparılmışdır. Hal-hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə oğlunun doğum günü keçirilən zaman Sevincin anası Göhər onlara qonaq gəlmişdir. Həmin vaxt o, Göhərlə söhbət zamanı qızıl-zinyət əşyaları satdığını bildirmişdir. 18 yanvar 2024-cü il tarixdə Sevinc onunla əlaqə saxlamış, nisyə qızıl əşyası almaq istədiyini demiş və qısa müddət ərzində pulunu qaytarcağını demişdir. O isə özündə qızıl əşyası olmadığını, tanışı Esmira da ola biləcəyini və sonuncu ilə danışıb Svincə məlumat verəcəyini demişdir. O, Esmiraya bu barədə məlumat vermiş və Esmira öz növbəsində razılıq vermişdir. Onlar 18 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən 16 saylı tam orta məktəbin həyətində Esmira ilə görüşmüşlər. Söhbət zamanı Sevinc özünü ona Ədliyyə Nazirliyinin yüksək vəzifəli işçisi kimi təqdim edərək mayor rütbəsi olduğunu, yüksək maaş aldığını bildirərək ona vəsiqə göstərmiş və ondan nisyə götürəcəyi qızılların pulunu da qısa müddət ərzində qayataracağını bildirmişdir. Esmira da Sevincə etibar etmiş və razılaşmışdır. Bundan sonra Esmira üzərində olan qızılzinət əşyalarını çıxarmış və onları Sevincə göstərmişdir. Sevinc həmin qızıl əşyalarına baxıb onlardan ümumilikdə 3500 manat dəyərində qızılları götürmüşdür. Sevinc həmin qızılları götürdükdən sonra bir daha Tünzalənin yanında Esmiraya həmin qızılların pulunu ən geci 10 gün ərzində ona ödəyəcəyini demişdir. Sevincin dediyi vaxtdan keçməsinə baxmayaraq pulunun verilmədiyini görüb sonuncudan pulunu tələb etməyə başlamışdır. Lakin, Sevinc hər dəfə müxtəlif bəhanələr gətirib pulu ödəyəcəyini demişdir. Bir neçə ay keçməsinə baxmayaraq Sevincin onun pulunu ödəmədiyi və sonuncu ilə əlaqə saxlaya bilmədiyi üçün Tünzalə ilə birlikdə Sevincin yaşadığı evə getmişlər. Sevincdən yenə də pulunu yaxud qızılları qaytarmasını tələb etmiş və sonuncu yenə də müxtəlif bəhanələr gətirərək pulunu verəcəyini demişdir. Sevinc onlara yalandan Ədliyyə Nazirliyinin yüksək vəzifəli işçisi olduğunu demişvə Esmiradan aldığı qızılların pullarını qaytarmamışdır. Sevinc Esmiranın pulunu vermədiyi üçün onlar Sevincin yaşadığı evə getmişlər. X12 pulunu tələb etmiş,lakin Sevinc müxtəlif bəhanələr gətirərək borcunu tezliklə ödəyəcəyini bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır, onlarla düşmənçiliyi və ya ədavəti olmamışdır. O, Təranəni işlədiyi Sumqayıt şəhəri, 16 saylı orta məktəbdən tanımışdır. Təranə onun nəvəsinin müəlliməsidir. Məktəbdə Təranə ilə söhbət zamanı nəvəsi Dənizin Bakı şəhərində yerləşən H.Əliyev adına liseydə təhsil alacağını demişdir. Bir müddətdən sonra isə ona Təranə onun qızı Sevincdən nəvəsinin H.Əliyev adına liseydə oxumasına köməklik göstərməsini xahiş etdiyini bilmişdir. Onun qızı da Təranə ilə razılaşmış və Təranə buna görə qızına 3000 manat pul vermişdir. O, bu barədə bildikdən sonra qızı Sevincə öz iradını bildirmişdir. Şoradan isə ona qızı Sevincin pul almasına baxmayaraq Təranənin nəvəsinin liseydə oxumasına köməklik göstərə bilmədiyi məlum olmuşdur. Buna görə də Təranə qızı Sevincdən pulunu tələb etməyə başlamışdır. O da Sevincin pulu ödəyə bilmədiyini görmuş, buna görə də özünə məxsus pensiya kartını borcun ödənilməsi üçün Təranəyə vermişdir. Təxminən 2024-cü ilin fevral ayında Təranə kartından ümumilikdə 550 manat pul çıxarmışdır. Təxminən 2024-cü ilin mart ayında onun təqaüd kartı blok olmuş, buna görə də o, Təranəyə yenidən kartını çıxardıb vermişdir. Daha sonra isə onun təqaüd almasında çətinliklər olduğu üçün Təranəyə pulu ödəyə bilməmişdir. Təxminən 2024-cü ilin yanvar ayının ortalarında ona qızı Sevincin tanışı Esmiradan ümumlikdə 3500 manat dəyərində qızıl əşyaları alıb sataraq əldə etdiyi pulla borclarını verdiyini, lakin Esmiranın pulunu qaytarmadığını bilmişdir. Cinayət işinin 1-ci cild 31-32-ci vərəqələrində olan cinayət törətməkdə şübhləli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur. Cinayət işinin 1-ci cild 66-67-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 209-210-cu vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cild 215-ci vərəqəsində olan Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan və eyni tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmiun tarixdə tutularaq məhkəməyə gətirilmişdir. Cinayət işinin 2-ci cild 25-28-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cild 33-34-cü vərəqələrində olan Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan və eyni tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2025-ci il tarixli, 9/8862 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 5,04 qram çəkidə 585 əyarlı Türkiyə istehsallı iki ədəd qızıl sırğaların ümumi qiyməti 428 manat, 1,56 qram çəkidə 585 əyarlı Türkiyə istehsallı iki ədəd qızıl sırğaların ümumi qiyməti 133 manat, 2,77 qram çəkidə 585 əyarlı Türkiyə istehsallı bir ədəd qızıl qadın üzüyünün qiyməti 236 manat, 2,20 qram çəkidə 585 əyarlı Türkiyə istehsallı bir ədəd qızıl boyunbağının qiyməti 187 manat, 2,92 qram çəkidə 585 əyarlı Türkiyə istehsallı bir ədəd ulduz formalı qızıl aralığın qiyməti 248 manat, 5,12 qram çəkidə 585 əyarlı Türkiyə istehsallı bir ədəd qızıl bilərziyin qiyməti 435 manat, 5,26 qram çəkidə 585 əyarlı Türkiyə istehsallı bir ədəd qızıl bilərziyin qiyməti 447 manat, 2,31 qram çəkidə 585 əyarlı Türkiyə istehsallı bir ədəd qızıl aralığın qiyməti 196 manat, 3,67 qram çəkidə 585 əyarlı Türkiyə istehsallı bir ədəd qızıl boyunbağının qiyməti 312 manat olaraq müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərarda göstərilən 09 adda qızıl-zinət əşyalarının 2024-cü ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2622,00 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 120-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 72-76-cı vərəqələrində olan “baxış aparılması haqqında” 11 sentyabr 2024-cü il tarixli protokola və protokola əlavə edilmiş fotoşəkilə baxış keçirilərəkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 03 vərəqədə fotoşəkillərdə “Whatsapp” vasitəsilə yazılmış mesajların əks olunduğu müəyyən olunmuşdur. Mesajların məzmunundan aydın olmuşdur ki, həmin yazışmalar Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış, həmin mesajlarda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs vermiş olduğu pulu tələb etməsi, sonuncunun isə aldığı pulu təsdiq edərək qaytaracağı ilə bağlı vədlər verməsi əks olunmuşdur. Cinayət işinin 1-ci cild 97-103-cü vərəqələrində olan “baxış aparılması haqqında” 18 oktyabr 2024-cü il tarixli protokola və protokola əlavə edilmiş fotoşəkilə baxış keçirilərəkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 05 vərəqədə fotoşəkillərdə “Whatsapp” vasitəsilə yazılmış mesajların əks olunduğu müəyyən olunmuşdur. Mesajların məzmunundan aydın olmuşdur ki, həmin yazışmalar Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında aparılmış, həmin mesajlarda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs vermiş olduğu pulu tələb etməsi, sonuncunun isə aldığı pulu təsdiq edərək qaytaracağı ilə bağlı vədlər verməsi əks olunmuşdur. Cinayət işinin 1-ci cild 114-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 09 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən himayəsində olan azyaşlı uşağı 14 yaşına çatanadək təxirə salınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsi hökmdən xaric edilmiş və Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 09 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan üç uşağı var, onlardan ikisi isə azyaşlıdır (xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X5). Cinayət işinin materiallarına əlavə edilmiş X4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə birgə nikahlarından anadan olmuş X7, X8 və X5 hazırda onun himayəsindədir və uşaqlara özü baxır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni təkrarən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslərdən birinə qismən ödəniş etməsini (550 manat) və yetkinlik yaşına çatmayan üç uşağının olmasını (ikisi azyaşlı olmaqla) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslərdən birinə qismən ödəniş etməsini (550 manat) və yetkinlik yaşına çatmayan üç uşağının olmasını (ikisi azyaşlı olmaqla) nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən uşaqlarının on dörd yaşına çatana qədər təxirə salınıb-salınmaması məsələsini müzakirə edərək hesab edir ki, qeyd edilən normanın Təqsirləndirilən şəxs tətbiq edilməsi məqsədə müvafiq deyil. Belə ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə əvvələr də azadlıqdan məhrum etmə növündə cəza çəkmiş, lakin azadlığa çıxdıqdan sonra yenidən anoloji əməllər törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs uşaqları atalarının himayəsindədirlər, uşaqlar hazırda baxımsız və ya himayəsiz deyil. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 avqust 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, həmçinin 30 aprel 2025-ci il tarixdə axtarışda olan şəxs kimi tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındğı 28 iyun 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 06 saata görə 36 (otuz altı) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (yüz doxsan səkkiz) manat, ümumilikdə 234 (iki yüz otuz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Qeyd edilən qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə dəyişiklik edilmiş və dəyişikliyə əsasən Qərarın 1-ci hissəsində “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilmiş və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 avqust 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, həmçinin 30 aprel 2025-ci il tarixdə axtarışda olan şəxs kimi tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 06 saata görə 36 (otuz altı) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (yüz doxsan səkkiz) manat, ümumilikdə 234 (iki yüz otuz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar