Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-249/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Corat bağlar massivi fərdi həyət evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: 17.02.2021-ci il tarixdə təxminən saat 13:00 radələrində Təqsirləndirilən şəxs kirayə yaşadığı Sumqayıt şəhəri Corat Bağlar massivi fərdi həyət evində dostu Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı döyərək sonuncuya sol təpə gicgah nahiyyəsinin dərialtı hematoması,sol bazunun və döş qəfəsinin sağ yan səthinin qançırları kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan «Yüngül» zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş X3 özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və Ceyranbatan qəsəbəsində yaşayarkən qonşu olmuşlar. 16.02.2021-ci il tarixdə saat 13 radələrində aylıq məvacibini aldıqdan sonra Elməddinlə birlikdə yeyib içmək qərarına gəlmişdir. Elməddini yaşadığı Sumqayıt şəhəri Corat bağ massivindəki fərdi evinə çağırmış və orada yeyibiçmişlər. Daha sonra o, Elməddindən aşağı düşüb siqaret almasını demiş, Elməddin isə buna razı olmamışdır. Bundan sonra Elməddinə israrla siqaret almasını demiş, Elməddin razılaşmadıqda isə onu təhqiramiz ifadələrlə təhqir etmiş, sonuncu da onu ifadə olunmaz söyüşlərlə təhqir etmiş, bundan sonra onunla aralarında təhqiramiz ifadələr işlətdiklərinə görə mübahisə yaranmış, sonuncunu yerə yıxmış və bədəninin müxtəlif nahiyyələrindən təpik və yumruq zərbələri ilə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X1 Ceyranbatanda qonşu olduqları vaxtdan tanıdığını, Şamonun 16.02.2021-ci il tarixdə saat 13 radələrində ona zəng edərək Sumqayıt şəhəri X2 yerləşən fərdi evə qonaq çağırdığını, onun təklifini qəbul edərək onun evinə getdiyini, oturub yeyib içdikdən sonra Şamo ona mağazaya gedərək siqaret almasını demiş, o isə siqaret almağa getməyəcəyini bildirsə də Şamo israr edərək onu təhqir etməyə başlamış, o da qarşılıq vermiş və daha sonra onun üzərinə hücum edib yerə yıxaraq ona təpik və yumruq zərbələri ilə vurmuşdur. O, da öz növbəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayətçi deyildir və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16.02.2021-ci il tarixli 199 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol təpə gicgah nahiyyəsinin dərialtı hematomasısol bazunun və döş qəfəsinin sağ yan səthinin qançırları bərk küt əşyanın təsirindən törənmişlər, müayinədən bir günə qədər əvvəl olmaqla 16.02.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş 13.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sumqayıt Narkoloji Dispanseri tərəfindən verilmiş 660 saylı 22.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Sumqayıt şəhər Səhiyyə şöbəsi 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 23.02.2021-ci il tarixli 104 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs 3 saylı şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan sübutların qiymtləndirilməsinə dair 18.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 19.03.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncu ondan şikayəftçi deyildir və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 19.03.2021-ci il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır və bu səbəbdən də sonuncunun barəsindəki məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli (iş № 1(060)-249/2021) qərarını icra edərək, 09 mart 2021-cu il tarixli 208 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-249/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-249/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver