Məhkəmə qərarları › İş №1(060)-25/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-25/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-25/2022 21.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx.xx.1988-ci ildə Qubadlı rayonu, Xudular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olmayan, Qubadlı rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsində yaşadığı fərdi evinin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə övladlarının üzərinə qışqırması səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun sol əlindən bir dəfə yerdən götürdüyü dəmir boru ilə vuraraq ona sol dirsək sümüyünün yerdəyişən sınığı kimi, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Azərbaycan Respublikası CM-nin 126.1-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 2015-ci il tarixdə Əvəz Abdullayev ilə ailə həyatı qurmuşlar və birgə nikahdan iki azyaşlı övladları var. Həyat yoldaşı fəhlə işləyir və öz evləri olmadığından müxtəlif yerlərdə kirayəşin yaşayırlar. Sonuncu dəfə isə Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisindən kirayə ev taparaq orada yaşamışlar. Belə ki, xx.xx.2021-ci il tarixdə uşaqları yaşadıqları evin həyətində oynayan zaman qonşuluqda yaşayan Starə adlı qadın uşaqlarına qışqırmış, o isə həmin qadının yaşlı olduğundan heç bir söz deməmişdir. Sonra Starə onun həyat yoldaşının adını çəkərək Yardımlı rayonundan olanlardan zəhləsi getdiyi bildirmişdir. O isə heç bir söz deməmişdir, bu zaman Starə onun uşaqlarının və özünün üzərinə hücum çəkərək süpürgə ilə vurmaq istəmişdir. O da bu səbəbdən yerdə olan plasmas borunu götürüb Starənin sol qolundan vurmuş, sonra həmin borunu həyətə atmış və uşaqlarını götürüb evə getmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində ona verilən suallara cavab olaraq mübahisə vaxtı orada özünün, uşaqlarının və Starənin olmasını, Starənin onları vurmadığını, vuracağından qorxduğu üçün Starəni yerdən götürdüyü plasmas boru ilə sol qol nahiyyəsindən vurduğunu bildirmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində amnistiya tətbiq edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, ona 5 Noyabr 2021-ci il tarixli amnistiya aktı tətbiq edilməsi ilə əlaqədar olaraq onun cinayət məsuliyyətindən azad edilməsinə köməklik edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 aprel 2021-ci il tarixdə yaşadığı, Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən fərdi evin qarşısında olduğu zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs yerdən götürdüyü dəmir boru ilə onun sol qolundan vuraraq ona xəsarət yerimişdir. Bu səbəbdən o, polis bölməsinə müraciət etmişdir. Əlavə olaraq mübahisə vaxtı orada özünün, Aygün və Aygünün uşaqlarının olduğunu bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində ona verilən suallara cavab olaraq mübahisənin xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində baş verdiyini, Aygünün uşaqlarının zibili onun evinin qarşısına tökdüyü üçün mübahisənin yarandığını, Aygünün əlində olan dəmir su borusu ilə onun sol qolundan vurduğunu bildirmişdir. Həmin vaxt orada tək olmuşlar. Ona görə də o, polis bölməsinə ərizə ilə müraciət edərək onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdir. Məhkəmə gedişatı zamanı Zərərçəkmiş şəxs vəfat etdiyindən qızı X7 onun hüquqi varisi qismində tanınmışdır. X7 ərizə ilə məhkəməyə mürcaiət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırılma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 361 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, X8 bədəni üzərində “sol dirsək sümüyünün yerdəyişən sınığı, sağ əlin qançırı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən dəmir boru ilə vurulma nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat Şöbəsinin 05/Q-127/14 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X5” X1 Sistemində ümumi axtarış zamanı aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs uşağının adına Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 3120 saylı, doğumu haqqında (xx.xx.2017-ci ildə Sumqayıt şəhərində anadan olmuş X3, atası – xx.xx.1961-ci ildə Salyan rayon Kürqaradaşlı kəndində anadan olmuş X6) akt qeydi aşkar olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X4 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-493/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, cinayət işinin icraatı Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin 127-13875-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubundan və “axtarışda olanın tutulması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16:50-də Sumqayıt şəhər ərazisində tutularaq məhkəməyə təqdim edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 1(060)-493/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-493/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində yenidən axtarış elan edilmiş, cinayət işinin icraatı Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin 127-20424-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubundan və “axtarışda olanın tutulması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 12:00-da Sumqayıt şəhər ərazisində tutularaq məhkəməyə təqdim edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 1(060)-493/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-493/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs barəsində ambulator məhkəməpsixiatrik ekspertizası və sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün komission məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X11 PHŞ-nin 891 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qərar ekpertiza aparılmadan icrasız geri qaytarılmışdır. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin 1473 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cinayət işi üzrə qərardad icrasız geri qaytarılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, cinayət işinin icraatı Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır və Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər ərazisində tutularaq məhkəməyə təqdim edildiyi üçün Sumqayıt şəhər Məhkəməsinin 1(060)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin 127-22180-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx/xx-8982 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan X7 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə cinayət işi üzrə Zərərçəkmiş şəxs 15 mart 2022-ci il tarixdə ölmüşdür. O Zərərçəkmiş şəxs övladıdır. Odur ki, zərərçəkmiş şəxs anası Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Zərərçəkmiş şəxs 15 mart 2022-ci il tarixdə “hipertenziv xəstəlik” səbəbindən ölmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs hüquqi varisi X7 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona 5 Noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi ilə əlaqədar olaraq onun cinayət məsuliyyətindən azad edilməsinə köməklik edilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1 və 1.12-ci bənlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən 30 (otuz) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1 və 1.12-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1 və 1.12-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından dərhal azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar