Məhkəmə qərarları › İş №1(060)-250/2020

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-250/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-250/2020 24.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Quba rayonunun Gültəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “xxxxxxxxxxxxxx” MMC-də avtoyükləyici operatoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Quba rayonunun Alekseyekva kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25, mənzil 17-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 18:30-da AE seriyalı 605386 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsi və 482208 nömrəli etibarnamə ilə X11 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes C-Class” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sumqayıt şəhəri, 13-cü mikrorayonda 17-ci mikrorayon istiqamətində hərəkətdə olan vaxt «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməyərək idarə etdiyi “Mercedes-Benz” markalı, **- DC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol ön hissəsi ilə yolu soldan sağa doğru keçən piyada X3 vurub ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuş başın küt travması, sağ gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş-beyinə qansızma, sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı, sağ gicgah nahiyəsinin geniş ölçülü əzilmiş-cırılmış və dərialtı hematoması, alın nahiyəsinin əzilmiş-cırılmış yaraları və dərialtı hematoması ilə müşayiət olunan yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, **-DC-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ C230 MİNİK” markalı avtomobil qardaşı X10 adına qeydiyyatdadır. Lakin həmin avtomobil əmisi oğlu X4 məxsusdur. Avtomobilin idarə edilməsi üçün sürcülük vəsiqəsi və etibarnaməsi vardır. xx.xx.2019-cu il tarixdə, saat 18 radələrində o,yaşadığı ünvandan əmisi oğlu Ramin Teyyubov və bibisi oğlu Rəşid Şıxbabayev ilə birlikdə çıxmışdır. X16 şəhərini yaxşı tanımadığına görə avtomobili o idarə etmişdir. Birlikdə Corat qəsəbəsinə gedəcəkdilər. Yaşadığı ünvandan çıxıb Sumqayıt şəhəri, “Karvan” restoranı tərəfdə olan “AFB Bank”dan pul çıxarmışlar və 7 nömrəli marşrutun yolu ilə “Kövsər”in qabağından üzü “Xəlifə” restoranı istiqamətində hərəkət etmişlər. “Xəlifə” restoranına çatan zaman hərəkət yolunun solu ilə saatda 50-60 km sürətlə avtomobili idarə etmişdir. Həmin ərazidə avtomobil sıxlığı olmuşdur. Həmin vaxt sağda olan hərəkət zolağında avtobus ortada olan qoşa xəttin yanı ilə hərəkət etmişdir. Qarşıdan gələn avtomobillərin işıqları gözünə vurduğuna görə yolu yaxşı görə bilməmişdir. Yolun ortasında olan qoşa xəttin üzərində bir nəfər qadın, sonradan adının Sevinc Eyvazova olduğunu bildiyi şəxs dayanmışdır. O, avtomobillə Sevinc Eyvazovaya tərəf hərəkət edərkən Sevinc yolu keçməyə başlamışdır. O, Sevincin hərəkət yoluna çıxdığını gördüyü anda əyləcdən istifadə etmiş və həmin şəxs onun avtomobilinin qabaq ortasından dəymişdir. Sevinc avtomobilə dəyən kimi o, avtomobili saxlamışdır. O, dərhal avtomobildən düşmüş, Sevinclə danışmış, Sevinci avtomobilə mindirərək 13-cü mikrorayonda olan xəstəxanaya aparmış, oradan isə Sevinci Sumqayıt şəhər TTYX-na aparmışdır. Aparilan müalicələrə baxmayaraq Sevinc xx.xx.2020-ci il tarixdə ölmüşdür. Hələ sağlığında zərərçəkmiş şəxsə bütün yardımları etmiş, onunla barışmış, o şikayəti olmaması, barışması barədə ərizə vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə də barışmış və ona dəymiş ziyanı ödəmişdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 göstərdi ki, mərhum X5 onun bacısıdır, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, onun ailə üzvləri ilə birlikdə yaşamışdır. xx.xx.2019-cu il tarixdə, saat 18 radələrində Sevinc Eyvazova yaşadığı evdən çıxaraq qardaşı Eyvazov Nəsirin yaşadığı Sumqayıt şəhəri, 47-ci məhəlləyə getmişdir. Sevinc Evdən çıxarkən əlində heç bir əşya olmamışdır. Bir neçə saat sonra yaşadığı ev telefonuna Sübhan adlı şəxs zəng vuraraq idarə etdiyi avtomobil ilə bacısı Sevinci vurduğunu bildirmişdir. O, bu məlumatı aldıqdan sonra Sumqayıt şəhər TTYX-na getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, bacısı “Xəlifə” şadlıq sarayının qarşısında olan yolda, şadlıq sarayından bir qədər aralıda yolu keçən zaman avtomobil onu vurmuşdur. Avtomobil bacısını vurduqdan sonra sürücü Sevinci xəstəxanaya aparmışdır. Sumqayıt şəhər TTYX-da MRT aparatı olmadığına görə Sevinci həmin xəstəxanadan çıxararaq Bakı şəhərində yerləşən “X25”a aparmaq qərarına gəlmişlər. Bacısı Sumqayıt şəhər TTYX-da müayinə olunan zaman xəstəxanada bacısının kəlləbeyin travması aldığını və boynunda olan fəqərənin sürüşməsini müəyyən etmişlər. Sevinci “X25”a aparmışlar. Hadisə baş verdikdən 30 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə bacısı “X25”da aldığı kəllə-beyin travmasına görə beyinə qansızma nəticəsində dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tamamilə ödənilmişdir. Məhkəmə iclasında şahid X13 göstərdi ki, **-DC-*** dövlət nömrə nişanlı “MERCEDES BENZ C230 MİNİK” markalı avtomobil qohumu X10 adına olmasına baxmayaraq ona məxsusdur. Avtomobili alınan zaman Rauf Teyyubovun adına sənədləşdirilmişdir. Həmin avtomobili hərdən etibarnamə əsasında əmisi oğlu Təqsirləndirilən şəxs da idarə etmişdir. xx.xx.2019-cu il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmək üçün Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan evdən çıxmışlar. Rəşid Şıxbabayev ön sağ sərnişin oturacağında, o isə arxada əyləşmişdir. Sumqayıt şəhərindəki yolları yaxşı tanıdığı üçün avtomobili Sübhan idarə etmişdir. Ara yolları keçən zaman o (Ramin Teyyubov), telefonla oynamışdır. Hadisə təxminən saat 18:30 radələrində baş vermişdir. Sübhan avtomobili 40- 50 km/saat sürətlə idarə etmişdir. Onlar artıq 10-cu mikrorayon ərazisində yerləşən “Xəlifə” restoranının qarşısına çatmışdılar. Sübhan anidən əyləci basmış, avtomobilin ön tərəfindən tapılltı səsi eşitdiyi üçün yola baxmışdır. Sübhanın avtomobilin ön tərəfi ilə kimisə vurduğu məlum olmuşdur. Onlar üçü də dərhal avtomobildən enmişlər. Yolun hərəkət hissəsində bir nəfər qadın, sonradan adının Sevinc Eyvazova olduğunu bildiyi şəxs uzanmışdır. Sevincin huşunu özündə saxlaması üçün ona müxtəlif suallar vermişlər. Sevinc çətinliklə olsa da, onlarla danışmışdır. Ətrafdan tanımadığı bir neçə şəxs də yaxınlaşdıqdan sonra köməkləşib Sevinc Eyvazovanı avtomobilin salonuna mindirmişlər. Sübhan avtomobili idarə edərək Rəşidlə birlikdə Sevinci 13-cü mikrorayon ərazisində yerləşən tanımadığı xəstəxanaya aparmışdır. O, az sonra Sübhanla əlaqə saxlayan zaman Sübhan Sevinci 13-cü mikrorayonda yerləşən xəstəxanadan Sumqayıt şəhər TTYX-na apardığını demişdir. X7 TTYX-dan “X25”a köçürmüşlər. O, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi ilə bağlı aldığı xəsarətlərdən Sevinc Eyvazovanın dünyasını dəyişdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, xx.xx.2019-cu il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmək üçün Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan evdən çıxmışlar. Avtomobili Sübhan idarə etmiş, o, ön sağ sərnişin oturacağında, Ramin isə arxada əyləşmişdir. Ramin Sumqayıt şəhərindəki yolları yaxşı tanımadığı üçün avtomobili Sübhan idarə etmişdir. Təxminən saat 18:30 radələrində Sübhan “AFB Bank”dan pul çıxarıb 7 nömrəli marşrutun hərəkət zolağı ilə avtomobili idarə etmişdir. Onlar 9-cu mikrorayonda yerləşən “Kövsər” restoranının qarşısından dönərək üzü “Xəlifə” restoranı istiqamətində hərəkətdə olmuşlar. Sübhan avtomobili 40-50 km/saat sürətlə idarə etmişdir. Onlar 10-cu mikrorayon ərazisində yerləşən “Xəlifə” restoranın qarşısına çatmışlar. Yolun hərəkət hissəsi yağış yağdığı üçün yaş olmuşdur. Həmin vaxt avtomobillərin hərəkəti intensiv olmuş, onlarla paralel sağ tərəfdə avtobus hərəkətdə olmuşdur. Onlar ortada olan qoşa xəttin yanı ilə getmişlər. Həmin vaxt yolun ortasında 1 nəfər qadın dayanmışdır. Avtomobillə həmin qadın arasındakı məsafənin nə qədər olmasını dəqiq bilmir. Onların həmin qadına çatmasına az məsafə qalmış qadın yolun solundan sağına doğru asta yerişlə hərəkət etməyə başlamışdır. O, qadını görüb Sübhana avtomobili saxlamasını işarə etmiş, Sübhan dərhal əyləci basmış, lakin gec olduğu üçün avtomobilin ön orta hissəsi ilə həmin qadını vurmuş, sonradan adının Sevinc Eyvazova olduğunu bildiyi həmin qadın zərbənin təsirindən yerə yıxılmışdır. Onlar dərhal avtomobildən enmiş, Sevincin huşunu özündə saxlaması üçün ona müxtəlif suallar vermişlər. Sevinc çətinliklə olsa da, onlarla danışmışdır. Ətrafdan tanımadığı bir neçə şəxs yaxınlaşdıqdan sonra onlar köməkləşib Sevinc Eyvazovanı avtomobilin salonuna mindirmişlər. Sübhan avtomobili idarə edərək onunla birlikdə Sevinci 13-cü mikrorayon ərazisində yerləşən xəstəxanaya aparmışdır. Orada həkimlər Sevincin Sumqayıt şəhər TTYX-na aparılmasını məsləhət vermişlər. Sevinc təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhər TTYX-na çatdırılmışdır. Orada Təqsirləndirilən şəxs Sevincin ailə üzvlərinə telefon vasitəsi ilə baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. X7 TTYX-dan “X25”a köçürmüşlər. O, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi ilə bağlı aldığı xəsarətlərdən Sevinc Eyvazovanın dünyasını dəyişdiyini öyrənmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi yeri Sumqayıt şəhəri, Xəmsə şadlıq sarayının qarşısıdır, yolun işlək hissəsi üfüqi sahə, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti yaş, hamar, yol örtüyünün eni 16 metr, hərəkət zolaqlarının sayı 4, işlək hissəsinin eni 16 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt vardır. (i.v. 4-8) İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 4828 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. (i.v. 12) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 34) İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-cu il tarixli, 31230 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, “Mercedes Benz C230” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs hadisənin qarşsını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 37-38) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 02 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, mərhum X2 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Qapalı kəllə beyin travması, baş beyin əzilməsi, baş beyin maddəsinə, beyinin sərt qışasına, beyinin yumşaq qışasında qansızma. Sağ gicgah təpə payına yumşaq qişaaltı qansızma sahələri. Sağ alın-gicah–təpə nahiyyəsinin yumşaq toxumalarına qansızma. V boyun fəqərəsinin arxa çıxıntısının sınığı. Sağ yanağın, gözaltı nahiyyənin alt çənəni tutan qançırı, sağ qulaq seyvanının qançırı, sağ budun orta 1/3-nin, hər iki dizin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törədilmişdirlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə hərəkətdə olan avtomaşın hissələrinin zərbəsindən və mərhumun yolun örtük səthinə atılmasından baş verə bilərdi. İlkin zərbə sağ budun bayır səthinə olmuşdur, sağ alın-gicgah-təpə nahiyyəsi, hər iki diz nahiyyəsi yol örtüyünə çırpıla bilərdi. Xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Mərhum X2 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində yumşaq beyin qışasına, beyin maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində City Hospitalda baş vermişdir. X2 adına olan xəstəlik tarixlərində onun xəstəxanaya daxil olarkən sərxoş və hər hansı uyuşdurucu maddə qəbul edib-etməməsi barədə qeydiyyat aparılmamışdır. (i.v. 40-43) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 142) İş materiallarında olan AD № 241431 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “MERCEDES BENZ C230 MİNİK” markalı, **-DC-*** qeydiyat nişanlı avtomobil X11 məxsusdur. (i.v. 154) İş materiallarında olan ƏN-İV seriyalı, 482208 saylı etibarnamənin surətindən görünür ki, X1 Sübhan Arif oğluna “MERCEDES BENZ C230 MİNİK” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir. (i.v. 154) İş materiallarında olan və xx.xx.2024-cü ilədək etibarlı olan AE № 605386 seriyalı, B kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. (i.v. 155-156) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 167) İş materiallarında olan xasiyyətnamədən görünür ki, X14 iş yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 168) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik Hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli 118/KEŞ saylı rəyindən görünür ki, “X26”da X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Onurğa sütunun qapalı travması, C5-C6 dislokasiya. Onurğa beyninin əzilməsi. C5 fəqərəsinin arxa çıxıntısının sol ayaqcığının sınığı. Yuxarı paraparez, aşağı paraplegiya. Çanaq orqanları funksiyasının ləngimə tipli pozulması” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Sumqayıt şəhər TTYX-da Sevinc Eyvazovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilnlərə əsasən ona “qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Sağ alın-gicgah nahiyyəsinin dərialtı hemotoması. Qapalı onurğa sütununun travması. Vİ və Vİİ boyun fəqərəsinin çıxığı” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. X9 şəhər TTYX-da təyin olunan diaqnoza uyğun olaraq “X25”da müayinə və müalicələrin aparılmasının səbəbi həmin diaqnozda qeyd edilən xəsarətlərin kliniki təzahürlərinin olmaması ilə əlaqədar olmuşdur. Həmçinin dominat travma onurğa beyin travması olduğundan onurğa beynini sıxan travmatik çıxarılması, onurağının fiksasiyası əməliyyatı icra edilmiş və müalicə ağır patologiya olan onurğa beyninin əzilməsi istiqamətlərində aparılmışdır. Sevinc Eyvazovaya “X25”da aparılmış xx.xx.2019-cu il tarixdə ağciyərlərin rentgen müayinəsi zamanı sağ ağciyərdə infiltrativli sahə, sol ağciyərdə isə hipostatik dəyişikliklər və emfizema əlamətlərinin olduğu müəyyən edilmişdir. Sevinc Eyvazovanın ağciyərlərində patoloji dəyişikliklərin baş verməsi onurğa beyinin əzilməsi ilə əlaqədar olmuş və buna qarşı adekvat müalicələr aparılmışdır. Sevinc Eyvazovanın almış olduğu travma onda poliorqan, həmçinin kəskin ağciyər-ürək çatışmazlığına səbəb olmuşdur ki, buna qarşı da adekvat tibbi yardımlar göstərilmişdir. Sevinc Eyvazovanın meyiti müayinə olunmuş və onun ölümünə səbəb “almış olduğu xəsarətlər xəsarətlər nəticəsində yumşaq beyin qışasına, beyin maddəsinə və mədəciklərinə qansızma”nın olduğu müəyyən edilmişdir. Ölümün səbəbi meyitin daxili müayinəsinə əsasən təyin edilir. Sevinc Eyvazovanın almış olduğu travma nəticəsində sağ alın-gicgah nahiyyəsinin dərialtı hemotoması kliniki olaraq özünü kəskin şəkildə biruzə vermədiyindən, eləcə də bu xəsarətin xüsusi müalicə tədbirlərinə ehtiyac olmadığından tibbi yardım göstərilməmişdir. Sevinc Eyvazovanın ölümünə səbəb olan yumşaq beyin qişasına, beyin maddəsinə və mədəciklərinə qansızma ağır kliniki gedişə malik olduğundan və müalicə tədbirlərinə çətin tabe olduğundan letallıq göstəricisi yüksək olur. Sevinc Eyvazovaya göstərilmiş istisaslı tibbi yardımlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Sevinc Eyvazovaya aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. (i.v. 170-180) İş materiallarında olan zərərçəkmiş şəxs X2 xx.xx.2019-cu il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. (i.v. 25) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” xx xxxxxx 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görməşəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəliliyik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmişşəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yaşayış və iş yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 109 (yüz doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 109 (yüz doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar