Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-250/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci il tarixində Ukrayna Respublikası Krasnodon şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Şurabad qəsəbəsində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən “21588” nömrəli Belçika dövlətində “X1” şirkətində zavod üsulu ilə istehsal olunmuş 20 kalibrli yivsiz odlu silah hesab edilən atəş açmaq üçün yararlı ov tüfəngini qanunsuz əldə edib üzərində saxlayaraq gəzdirmiş, 14 oktyabr 2021-ci il tarixdə, saat 17:35 radələrində Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Hüseynzadə küçəsi ərazisində yerləşən Sumqayıt şəhər 7 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq 1-ci PB-ə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı paketə bükülmüş vəziyyətdə Belçikanın Liege şəhərində “X2” şirkəti tərəfindən zavod üsulu ilə istehsal edilmiş, “X8” modelli, 20 kalibrli, “21588” №-li, xarıcı çaxmaqlı, qoşalüləli, yivsiz odlu silah hesab edilən atəş açmaq üçün yararlı ov tüfəngi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkumluğu olmamışdır. Bir neçə il əvvəl atası hardansa bir ədəd lüləsi kəsik tüfəng əldə etmişdir və rəhmətə gedəndən sonra həmin tüfəngi o götürərək yaşadığı ünvanda saxlamışdır. Lakin, həmin silahı yaşadığı ünvanda saxlamaqdan qorxaraq onu gizlətmək qərarına gəlmişdir. Ona görə də, yaşadığı ünvanda saxladığı 01 ədəd lüləsi kəsilmiş tüfəngi polietilen paketə büküb sonra isə özü ilə götürərək 14.10.2021-ci il tarixdə saat 17:35 radələrində ünvandan çıxardıb gizlətməyə yollananda iki nəfər mülki geyimdə olan və bir nəfər polis geyimində olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, sonra isə qanunsuz olaraq odlu silah əldə etməyində, saxlamaqda və gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirəcəklərini bildirib polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olacağını demişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-in 1-ci PB-nə gəlmişdir. PBnə gəldikdə bölmənin xidməti otaqlarının birində ona hüquq və vəzifələrini izah edib, bununla bağlı bildiriş təqdim edilmiş və sonra Sumqayıt şəhər 1 saylı Vəkillər bürosunun vəkili X5 təqdim edilmişdir. Bundan sonra şəxsi axtarış keçiriləcəyi deyilmiş və o, buna etiraz etməmişdir. Sonra şəxsi axtarış başlanılmış və ona üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması, əgər varsa təqdim edilməyi təklif edilmişdir. O, sağ əlində saxladığı polietilen paketə bükdüyü 01 ədəd lüləsi kəsilmiş tüfəngi, əynində olan boz rəngli idman köynəyinin sol yan cibindən bir ədəd alışqanı və 01 ədəd Maqna siqaretini təqdim etmişdir. Bundan sonra polis əməkdaşları üzərindən aşkar olunmuş 01 ədəd lüləsi kəsilmiş tüfəngi xüsusi qaydada qablaşdırdılar. Əməlindən peşmandır. Himayəsində 01 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14.10.2021-ci il tarixində Xızı rayonu, Şurabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nın əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis mayoru Şahid3, kriminalistik təhqiqatlar bölməsinin baş inspektorkriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakını təmin etmişlər. Saat 17:20 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Hüseynzadə küçəsi, 7 saylı tam orta məktəbin yanında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 saylı tam orta məktəbin yanına gəlmişlər və orada olan zaman baş inspektor-kriminalist Rasim Paşayevdən tərəfindən “Panasonik” markalı videokamera işə salındı. Saat 17:45 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb saxlamış və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komponentlərini əldə etmə, saxlama, daşıma və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ona etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman sağ əlində saxladığı paketi təqdim etmişdir. Sorğu zamanı həmin paketin içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin paketdə lüləsi kəsilmiş tüfəngin olduğunu, həmin tüfəngin rəhmətlik atasından qaldığını, gizlətmək üçün tüfəngi öz üzərində götürdüyünü bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya əldə edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş tüfəng ekspert tədqiqatına göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Məhkəmədə ifadələri tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt şəhər Pİ-nin 1ci PB-nın əməliyyat müvəkkiliəri polis kapitanı Şahid2 və polis mayoru Şahid3 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişlər. İş materiallarında olan şəxsi axtarış keçirilməsi barədə görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs sağ əlində saxladığı polietilen paketə bükdüyü 01 ədəd lüləsi kəsilmiş Belçikanın Liege şəhərində “X2” şirkəti tərəfindən zavod üsulu ilə istehsal edilmiş, “X8” modelli, 20 kalibrli, “21588” №-li tüfəngi təqdim etdi. Polis əməkdaşları 01 ədəd lüləsi kəsilmiş vəziyyətdə olan tüfəngi haradan və hansı məqsədlə əldə etməyini ondan soruşduqda o, həmin tüfəngin atasından qaldığını bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar idarəsinin 15.10.2021-ci il tarixli 21/601R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 21588 №-li silah, Belçika dövlətində “X1” şirkətində zavod üsulu ilə istehsal olunmuş, 20 kalibrli hamar qoşalüləli ov tüfıngidir, odlu yivsiz silahdır. Lakin, həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş və 20 kalibrli ov tüfənginin kəsiyidir (obrezidir). Silah texnik cəhətdən sazdır və atəş üçün yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin məhkəmə-ballistik ekspertizasının 08.12.2021-ci il tarixli 3/1921 saylı rəyindən görünür ki, tədiqiqata təqdim edilmiş silah Belçikanın Liege şəhərində “X2” şirkəti tərəfindən zavod üsulu ilə istehsal edilmiş, “X8” modelli, 20 kalibrli, “21588” №-li, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngidir, lakin sonradan konstruktiv dəyişikliyə məruz qalaraq lülələri və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. İş materiallarından görünür ki, aşkar olunaraq götürülmüş Belçikanın Liege şəhərində “X2” şirkəti tərəfindən zavod üsulu ilə istehsal edilmiş, “X8” modelli, 20 kalibrli, “21588” №-li tüfəng Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14.10.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 16.10.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 azyaçlı uşağı vardır: 24.11.2010-cu il təvəllüdlü X4. İş materiallarında olan Xızı rayonu İcra Hakimiyyəti Başçısının Şorabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 21 nömrəli, 20.10.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin arayışından görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 14.10.2021-ci il tarixdən 16.10.2021-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancında saxlanılan Belçikanın Liege şəhərində “X2” şirkəti tərəfindən zavod üsulu ilə istehsal edilmiş, “X8” modelli, 20 kalibrli, “21588” №-li tüfəng Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 14.10.2021-ci il tarixdən 16.10.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, Xızı və Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancında saxlanılan Belçikanın Liege şəhərində “X2” şirkəti tərəfindən zavod üsulu ilə istehsal edilmiş, “X8” modelli, 20 kalibrli, “21588” №-li tüfəng Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-250/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-250/2022
01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver