Məhkəmə qərarları › İş №1(060)-250/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-250/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-250/2023 28.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orla təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-628/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda və ünvandan tapdığı Zərərçəkmiş şəxs məxsus pul qabının içərisində olan sonuncuya məxsus "xxxx" tərəfindən verilmiş 5103- 0714******3256 nömrəli əmək haqqı kartını götürərək üzərinə yapışdırılmış vəziyyətdə olan dörd rəqəmli kodun olmasını görüb, kartı həmin gün, saat 19:48 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, bina 29/12 ünvanının qarşısında yerləşən “Miss Leyla” geyim mağazasında quraşdırılan bankomata daxil edərək şifrəni yığıb karlın bank hesabından 598 (beş yüz doxsan səkkiz) manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə çıxararaq gizli olaraq talayıb Zərərçəkmiş şəxs 598 (beş yüz doxsan səkkiz) manat maddi ziyan vurmaqla oğurluq elmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Narkotik vasitələrdən istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş, 23 sentyabr 2022-ci ıl tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 01 (bir) il 04 (dörd) ay müddətinə azadlqdan məhrum elmə cəzasına məhkum edilmiş və cəzasını 17 saylı cəzaçəkmə müəssəsində çəkir. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:45 radələrində Sumqayıt şəhərində mərkəzi bazarın yanında olan zaman yerdə pul qabı görmüşdür. Həmin pul qabını açdıqda içərisində "xxxx" bank kartı olduğunu, həmin kartın üzərinə yapışdırılmış kağızda hazırda xatırlamadığı 04 (dörd) rəqəmli kod olduğunu görmüş və həmin kartı götürmüşdür. Bundan sonra yaxınlıqda olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, bina 29/12 ünvanında yerləşən “Miss Leyla” geyim mağazasına quraşdırılmış bankomatdan kartın üzərinə yazılmış kodu yığdıqdan sonra 598 (beş yüz doxsan səkkiz) manat pul olduğunu görmüş və həmin pulu çıxartmışdır. Həmin pulu öz tələbatı üçün xərcləmişdir. Niyyəti həmin pul qabından pul götürmək olmuşdur. Lakin pul qabının içində pul olmadığını və "xxxx" bank kartının üzərində parol olduğundan həmin kartdan pul çıxartmaq üçün kartı götürmüşdür. Hazırda tutduğu əməldən peşmandır və maddi çətinliyi olduğu üçün karlı tapdıqdan sonra polis əməkdaşlarına məlumat vermək əvəzinə kartdan pulu çıxartmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 5 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzri yaşayış massivində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 09 iyul 2022-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhərində mərkəzi bazarın yanına getmişdir. Bazarda Zamin müəllimlə görüşmüşdür. Zamin müəllim onun və iş yoldaşı İmanın əmək haqqını, 254 (iki yüz əlli dörd) manat pulu ona vermişdir. O, aldığı pulu pul qabısına qoymuş, sonra piyada 4-cü məhəllə ərazisində yaşayan bacısının evinə getmişdir. Bacısı evində təxminən 15-20 dəqiqə olmuş, təxminən saat 20:05 radələrində yenidən bazarın vanına, 30 nömrəli marşurtun dayanacağına getmişdir. ** AL *** dövlət nömrə nişanlı 30 nömrəli marşurt avtobusuna minib Hacı Zeynalabdin qəsəbəsinə gələn zaman avtobusda çox sərnişin olduğu üçün Kimyaçılar qəsəbəsi ərazisində narahat olub cibində olan pul qabısına baxış keçirmiş və pul qabısının cibində olmadığını aşkar elmişdir. Sonra marşrutdan düşüb yenidən 4-cü məhəllə ərazisində yaşayan bacısı evinə qayıtmış, orada olan zaman "Kapital Bank” ASC-yə aid, 5103-0714******3256 nömrəli maaş karlından saat 20:50 radələrində 598 (beş yüz doxsan səkkiz) manat pulunun "xxxx" ASC-yə məxsus ünvan 5 ünvanında yerləşən "Miss Leyla" geyim mağazasına quraşdırılmış bankomatdan çıxarılmasını aşkar elmişdir. Bu barədə onun mobil telefon nömrəmə sms gəlmişdir. Ona görə bacısı oğlu Məhərrəm bu barədə DİN-nın 102 xidmətinə zəng edərək məlumat vermişdir. Pul qabısında özünə məxsus şəxsiyyət vəsiqəsi, "Azərsu” ASC-yə aid su kartı, "Beynəlxalq Bank"-a məxsus veteranlıq kartı, ‘‘Kapital Bank” ASС-yə aid 5103- 0714****3256 nömrəli maaş kartı və 274 (iki yüz yetmiş dörd) manat nağd pulu olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Ona görə də, onun barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında xx.xx.2022-ci il tarixli "xxxx" ASC-dən daxil olmuş DVD diskdə olan fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus "Kapital Bank” bank kartından xx.xx.2022-ci il tarixdə saat 20:48 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, bina 29/12 ünvanında yerləşən "Miss Leyla” geyim mağazasına quraşdırılmış bankomatdan ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs çıxartmışdır. İş materiallarında olan 01 (bir) ədəd CD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 15 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O məkmumluğu olan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 326.2-ci maddələrinin tərkib əlamətlərinin olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar