Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-251/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.04.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.09.2012-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.04.2012-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18.03.2015-ci il tarixli 1120 saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə saat 11-12 radələrində Novxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 0,580 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, 06.01.2021-ci il tarixdə saat 12:25-də Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,580 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər məhkum olunmuşdur. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitə qəbul edirdi. 06.01.2021-ci il tarixdə, saat 12:25 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində olan zaman 3 nəfər mülki geyimli və 2 nəfər polis formasında şəxslər videoçəkiliş ilə ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, ona hüquq və vəzifələr barədə bildirişi təqdim etmişlər. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün videoçəkiliş davam etməklə yanaşı onu Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə dəvət etmişlər. PB-nin xidməti otaqlarının birində təkrar hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim edilmişdir. O, təqdim edilmiş vəkilə etiraz etməmişdir. Daha sonra üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı qara rəngli siqaret kağızına bükülmüş, ağ rəngli spesifik iyə malik olan maddəni təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunan maddənin narkotik vasitə olan “şüşə” olduğunu, həmin “şüşə”ni Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş “Şüşə” PB-də tərəziyə qoyulub çəkilən zaman qara rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 0,75 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin maddə kütləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nə göndərilməsi üçün qablaşdırılmış, DİN-in 128 saylı möhürü ilə möhürlənmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da öz növbəsində həmin protokolu imzalamışdır. O, narkotik vasitəni aldığı şəxsi həmin gün görmüş, əvvəllər onu tanımamışdır. Onunla heç bir münasibəti olmamışdır. Həmin şəxs 06.01.2021-ci il tarixdə saat 11-12 radələrində özü ona yaxınlaşaraq üzərində 1 büküm narkotik vasitə olan “şüşə” olduğunu, 15 manata satdığını bildirmiş, o da 15 manat verib həmin şəxsdən həmin narkotik vasitəni almışdır. Həmin şəxs haqqında heç bir şey bilmir, həmin şəxs təxminən 25-30 yaşında, 170-175 sm hündürlükdə, ağbəniz olmuşdur. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamışdır. Narkotik istifadəçiləri psixotrop maddə-metamfetamini “Şüşə” adlandırdığı üçün ifadəsində və üzərinə şəxsi axtarış keçirilən zaman onu şüşə adlandırmış, lakin metamfetaminin həqiqətdə psixotrop maddə-metamfetamin olduğunu bilir. Həmin psixotrop maddə-metamfetamini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuşdur, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. O, arabir narkotik vasitə heroindən də istifadə edir. Heroni və limon duzunu şüşə dərman ampulasının içərisində qarışdırıb şpirislə özünə inieksiya edərək qəbul edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli olduğundan 06.01.2021 tarixdə saat 12:25 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində saxlanılmışdır. Sonra Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmiş, daha sonra o və 4-cü PB-nin polis əməkdaşları Şahid3 və Şahid1 özlərini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. X3 Təqsirləndirilən şəxs saxlamanın səbəbini izah edərək ona hüquq və vəzifələrinə dair bildirişin surətini təqdim etmiş, Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra X3 onu 4-cü Polis bölməsinə dəvət edərək orada onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Sonra videoçəkiliş dayanmadan 4-cü PB-yə gedib xidməti otaqların birinə daxil olmuşlar. X5 Təqsirləndirilən şəxs onun müdafiəçisi Müdafiəçi2 təqdim etmişdir. X3 saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş büküm açıldıqda içərisində ağ rəngli, kristala bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu və haradan əldə etməsi soruşulduqda həmin kütlənin “Şüşə” olduğunu, çəkmək üçün istifadə olunduğunu, Novxanı qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “ARGO” markalı siqaret qutusunun içərisindən bir ədəd şpiris, bir ədəd şüşə dərman ampulası, bir ədəd sellofan bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin sellofan bükülünün içərisindəkinin nə olduğu soruşulan zaman onun limon duzu olduğunu bildirmişdir. Daha sonra bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş içərisində kristala bənzər maddə olan bükülü tərəzidə çəkildikdə ümumi çəkisinin 0,75 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin bükülü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. Məhkəmədə Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 06 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 06.01.2021-ci il tarixli, 6/62 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,580 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixoturop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd bükümdə təmiz çəkisi 2,080 qram olan ağ rəngli maddə-limon turşusudur. Limon turşusu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya(xüsusi razılıq) tələb olunan prekursorların siyahıları” na və “güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları” na daxil deyildir. Təqdim olunmuş maddələr müxtəlif kimyəvi qruplara aid olduğundan onların müqayisəli tədqiqatı aparılmır. (Metamfetaminin təmiz çəkisi-0,580 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,530 qramdır. Limon turşusundan 0,05 qram çəkidə). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 28.01.2021-ci il tarixli, 282 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.04.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.09.2012-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.04.2012-ci il tarixli hökmü dəyişdirilərək cəzası 07 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin 18.03.2015ci il tarixli 1120 saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, bununla da məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ğlu hazırki cinayət işi üzrə 06.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanı tərəfindən 08.01.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01.04.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə nəzərə alınmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 01 aprel 2021-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,530 qram metamfetamin, 2,030 qram limon turşusu, 1 ədəd şpiris və 1 ədəd şüşə dərman ampulası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli (iş № 1(060)-251/2021) qərarını icra edərək, 10 mart 2021-ci il tarixli 216 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,530 qram metamfetamin, 2,030 qram limon turşusu, 1 ədəd şpiris və 1 ədəd şüşə dərman ampulası məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-251/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-251/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver