Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-252/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxsnun, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Qubadlı rayonu, Qarakişilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qaracallı ərazi dairəsi, Qarakişilər kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 22, mənzil 29 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə tanışı Zərərçəkmiş şəxs avtomobilini əzdiyini, avtomobilini təmir etdirmək üçün ona pul lazım olduğunu, ona görə də lombarda girov qoyub pul götürmək üçün qızıl-zinət əşyalarını ona verməsini, həmin qızıl-zinət əşyalarını bir həftədən sonra lombarddan pulunu ödəyib qaytaracağını yalandan bildirib aldadaraq 03.04.2020-ci il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisindəki “Pioneer” mağazasının qarşısında 1800 manat dəyərində qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs alaraq tanımadığı şəxsə 900 manata sataraq Zərərçəkmiş şəxs 1800 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 01.04.2020-ci il tarixdə o Sumqayıt şəhəri, 2ci mikroryon ərazisində yerləşən telefon mağazasının qarşısında olarkən bir nəfər 50 yaşlarında olan qadın həmin mağazanın qarşısına gəlmişdir. Həmin qadın mağazanın işləmədiyini görüb ondan mağazaların nə vaxt işləyəcəyini soruşmuşdur. O həmin qadına demişdir ki, mağazalar işləmir, ancaq tanıdığı mağaza var, onu həmin mağazaya apara bilər. Həmin qadın onunla razılaşmışdır. Onlar piyada olaraq 40-cı məhəllə ərazisinə gəlmişlər. Yol ilə gələrkən o, həmin qadından adını, eləcə də evli olub-olmadığını soruşmuşdur. Həmin qadın ona adının Leyla olduğunu, subay olduğunu bildirmişdir. O, isə adının yalandan Emin olduğunu bilirmişdir. O Leylaya ondan xoşu gəldiyini, onunla evlənmək istədiyini bildirmişdir. Sonra o, Leylanın əlindən tutmaq istəsə də o, icazə verməmiş, bildirmişdir ki, aralarında yaş fərqi çoxdur. Ona görə də aralarında belə münasibət ola bilməz. Lakin o, Leylaya onu sevdiyini, ondan əl çəkməyəcəyini və onunla evlənmək istədiyini, ailə üzvlərinin də onların evlənəcəynə razı olacğını bildirmişdir. Onlar 40-cı məhllə ərazisində yerləşən mağazaya gəldikdə həmin mağazanın da bağlı olduğunu görmüşlər. Sonra o Leyla ilə birlikdə “Pioneer” mağazasının qarşısına gəlmişdir. Leyla əvvəlcə telefon nömrəsini ona vermək istəməmişdir. Lakin o çox israr etdiyi üçün ***-***-**- ** mobil telefon nömrəsini ona vermişdir. Həmin gün axşam o, vvhatsapp vasitəsi ilə Leylanın mobil telefonuna mesaj yazaraq onunla səhər görüşmək istədiyini, ona inanması üçün “Quran” kitabı gətirməsini, Quran kitabına and içəcəyini bildirmişdir. Onlar razılaşmışlar ki, səhərisi gün saat 15:00 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisindəki “Pioner” mağazasının qarşısında görüşsünlər. Səhərisi gün, yəni 02.04.2021ci il tarixdə saat 15:00 radələrində o, həmin yerə getmiş, Leylanın “Pioner” mağazasının qarşısında onu gözlədiyini görmüşdür. Onlar bir qədər Sumqayıt şəhəri ərazisində gəzmişlər. Sonra o Leyla ilə Pioner mağazasının qarşısına gəlmiş, orada ayrılıb çıxıb getmişlər. 04.04.2020-ci il tarixdə o, Leyla ilə Pioner mağazasının qarşısında görüşmüşdür. Həmin vaxt dostu İlqar da onunla oraya getmişdir. İlqar kənarda gözləmiş, o isə Leyla ilə gəzişməyə başlamışdır. Onlar bir qədər gəzdikdən sonra o, Leylaya demişdir ki, avtomobilini əzmişdir, ona pul lazımdır. Leyla ona demişdir ki, hələ maaşını almamışdır, ona görə də üstündə pul yoxdur. Həmin vaxt o Leylaya demişdir ki, üzərində olan qızıl boyunbağını, qızıl sırğaları və qızıl üzüyü ona versin. O həmin qızılları lombarda qoyub pul götürüb, sonra yaxın müddətdə həmin qızıl zinət əşyaları 15-20 gün müddətində ona qaytaracaqdır. Həmin vaxtı Leyla üzərində olan qızıl boyunbağını, qızıl sırğaları və qızıl üzüyünü ona vermişdir. Sonrakı günlərdə o Leylanın verdiyi qızıl zinət əşyalarını Sumqayıt şəhəri ərazisindəki ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsə 900 manat satmışdır. Həmin pulları isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o bir neçə dəfə Leyla ilə 45-ci məhəllə ərazisindəki Pioner mağazasının qarşısında görüşmüşdür. Leyla hər dəfə ondan qızıl zinət əşyalarını nə vaxt qaytarcağını soruşmuşdur. O Leylaya narahat olmamasını, qızıl zinət əşyalarını qaytaracağını demişdir. Sonra isə bir nəfər qadın onun mobil telefonuna zəng vurub Leylanın gəlinləri olduğunu, Leyladan aldığı qızıl zinət əşyalarını qaytarmasını bildirmişdir. Bundan sonra o, mobil telefonunu söndürmüşdür. Bir neçə saatdan sonra o, mobil telefonunu açmışdır. Leyla onun mobil telefonuna zəng vurub ondan aldığı qızıl zinət əşyalarını qaytarmağını bildirmişdir. O Leylaya ondan aldığı qızıl zinət əşyalarını qaytarcağını demişdir. Leyla ona demişdir ki, evdəkilər də ondan qızıl zinət əşyalarını aldığını bilirlər. Ona görə də qızılları ona qaytarsın. Leyla onunla görşmək istədiyini bildirmişdir. Onlar həmin gün Pioner marketin qarşısında görüşmüşdür. O Leylaya biraz səbrli olmasını, bir-iki günə qaytaracağını bildirmişdir. Sonra Leyla çıxıb getmişdir. Sonradan o Leylanın qızıllarını qaytara bilmədiyi üçün ondan qaçmağa başlamış, onun telefon zənglərinə cavab verməmiş və telefonu söndürmüşdür. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ailə üzvləri tərəfindən tamamilə ödənmişdir, zərərçəkmiş şəxslə barışmışlar, əməlindən peşmandır, ailəlidir, azyaşlı uşağı vardır. Məhkəmədən göstərdiklərini nəzərə alıb barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs 04.11.2021-ci il tarixli ərizəsindən görünür ki, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıb, ziyan ödənilmişdir. Ona görə barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində tanış olmaları ilə bağlı göstərdiyi xüsusatları təsdiq etdi və bildirdi ki, Təqsirləndirilən şəxs avtomobilini əzdiyini, avtomobilini təmir etdirmək üçün ona pul lazım olduğunu, ona görə də lombarda girov qoyub pul götürmək üçün qızıl-zinət əşyalarını ona verməsini, həmin qızıl-zinət əşyalarını bir həftədən sonra lombarddan pulunu ödəyib qaytaracağını yalandan bildirib onu aldadaraq 03.04.2020-ci il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisindəki “Pioneer” mağazasının qarşısında 1800 manat dəyərində qızıl-zinət əşyalarını alaraq ona 1800 manat məbləğində ziyan vurmuşdur. Sonra aldadıldığını başa düşərək polisə müraciət etmişdir. Amma hazırda ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur, işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs 04.11.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur, nəzərə alınmasını xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, X2 onun baldızıdır, onunla bir ünvanda yaşayır, aralarında normal münasibətlər var. 2020-ci ilin aprel ayında Leyla ona demişdir ki, özünü Emin kimi təqdim edən şəxs Leylaya pul lazım olduğunu bildirib ondan qızıl zinət əşyalarını istəmişdir ki, həmin qızıl zinət əşyalarını lombarda girov qoyub pul götürəcək, yaxın günlərdə qızıl zinət əşyalarını ona qaytarcaqdır. O özünü Emin kimi təqdim edən şəxsə inanaraq qızıl boyunbağısını, qızıl sırğalarını və qızıl üzyünü ona lombarda girov qoymaq üçün vermişdir. Lakin sonradan Emin onun qızıl zinət əşyalarını qaytarmamışdır. Leyla sonradan Emin kimi təqdim edən şəxsin mobil telefonuna dəfələrlə zəng vursa da, onun telefonuna zəng çatmamışdır. Bundan sonra Leyla aldadıldığını başa düşərək polisə müraciət etmişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxs Leylaya yalandan adının Emin olduğunu bildirmiş, əsl həqiqətdə isə onun adı Təqsirləndirilən şəxsdur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin 10.10.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 64) İş materiallarında olan Qubadlı rayon Qaracallı kənd inzibati ərazi nümayəndəliyinin 08.10.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 13.02.2013 və 09.12.2015-ci il təvəllüdlü 2 uşağı vardır.(i.v 66) İş materiallarında olan Qubadlı rayon Qaracallı inzibati ərazi nümayəndəliyinin 08.10.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. 1993-cü ildən məcburi köçkündür.(i.v 67) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2905 saylı, 12.10.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 68) İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19.02.2021-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində tutulmuşdur.(i.v 110) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 21.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmişdir.(i.v 128) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-252/202 saylı, 24.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin və Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasının məktublarından və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20.10.2021-ci il tarixdə saat 13:30 radələrində Sumqayıt şəhəri ərazisində tutularaq saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə görə, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisilə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və əməlindən səmimi peşman olmasını, 2 uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 10 (on) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-252/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-252/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver