Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-252/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci il tarixdə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları, Novruz küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə saat 17:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində olan zaman boşanma ərəfəsində olan arvadı 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə məişət zəmnində mübahisə edib sonuncunun ona uşaqlarını göstərməməsinə görə əsəbiləşərək aralarında bu zəmində davam edən mübahisənin gedişində Zərərçəkmiş şəxs bədən nahiyəsinə qəsdən yumruqla vuraraq, sonuncunun boğazından tutub yerə yıxaraq, daha sonra evin həyətində baş vermiş mübahisənin davamı zamanı sonuncunu itələyib yerə yıxaraq ona sol dirsək oynağının şişkilik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumlarının şişkinlik fonunda əziyi, sağ mil-bilək oynağının ön səthinin, hər iki diz oynağının ön səthlərinin, sol dirsək oynağının arxa səthinin və sol bazunun aşağı 1/3-nin arxa səthini əhatə edən geniş ölçülü qançırları xəsarətləri ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək zərərəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Nəzrin ilə artıq 5 ildir ailə həyatı qurmuşlar, birgə nikahlarından iki övladları vardır. Əvvəllər münasibətləri normal olsa da, son zamanlar Nəzrin ilə aralarında məişət zəminində tez-tez mübahisələr olmuşdur. Buna görə də, 2023-cü ilin avqust ayından Nəzrin övladlarları ilə birlikdə Bakı şəhərində yaşayan valideyinlərinin evinə köçmüşdür. Həmin vaxtdan Nəzrin ilə o, boşanma ərəfəsində olmuşlar. 18 noyabr 2023-cü il tarixdə Nəzrin bacısı Şahid1 ilə birlikdə yaşadığı evə gəlmişlər. Nəzrin evə daxil olub toy zamanı cehiz kimi gətirdiyi mebellərin şəkillərini çəkəcəyini, daha sonra isə satacağını demişdir. O, isə heç bir etiraz etməmişdir. Nəzrin evdə olan mebellərin şəkillərini çəkmiş, bundan sonra Nəzrindən nə üçün ona uşaqlarla görüşməyə imkan vermədiyini soruşmuş, Nəzrin isə ona məhkəmə yolu ilə görüşə biləcəyini demişdir. Həmin vaxt Nəzrinin bacısı Nərgiz evdən bayıra, yəni evin həyətinə çıxmışdır. O, isə Nərgizə demişdir ki, evin içərisinə girsin söhbət etsinlər. Nərgiz evə girmək istəməyəndə o, qapını bağlamışdır. Bundan sonra Nərgiz bayırdan uca səslə qışqırmağa başlamışdır. Bu zaman Nəzrin onun üzərinə gəlməyə başlamış və onun sağ qolundan dişləmişdir. O, isə bu zaman Nəzrinin boğazından tutub itələmiş və Nəzrin yerə yıxılmışdır. Bundan sonra onlar bayıra çıxmışlar, bayırda Nəzrin yenə də ona hücüm etməyə başlamışdır, o, yenə də Nəzrini itələmiş və Nəzrin yerə yıxılmışdır. Evdə mübahisə olan zaman onlar Nəzrin ilə ikisi olmuşlar. Bayıra çıxdıqdan isə orada anası Şahid2 da olmuşdur. Bayırda olan zaman o, Nərgizin əlində olan Nəzrinə məxsus mobil telefonu almış, çünki həmin mobil telefonu Nəzrinə o, almışdır. Bu zaman Nəzrin ilə Nərgizin səs saldığını görüb telefonu qaytarmışdır. Hadisə 18 noyabr 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən ona məxsus fərdi yaşayış evində baş vermişdir. Evdə olan davadalaş zamanı Nəzrin ilə ikisi olmuşlar. Bayıra çıxdıqda isə orada anası İntizar və Nəzrinin bacısı Nərgiz olmuşdur. Mübahəsi Nəzrinin ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən baş vermişdir. Nərgiz onu vurmamış və dişləməmişdir. Nəzrin ona hücum edən zaman onun boğazından tutub itələmiş, Nəzrinin boğazına bıçaq çıxarmamış, ümumiyyətlə əlinə bıçaq götürməmişdir, belə bir fikri də olmamışdır. Bundan başqa evin həyətində də Nəzrin üstünə gələn zaman onu itələmiş və Nəzrin yerə yıxılmışdır. Həmin vaxtlar Nəzrin xəsarətlər almışdır. Nəzrinin bacısı Nərgiz onu dişləməmişdir. DİN-nin xidmətinə zəng edib Nərgizin onu dişləməsi barədə məlumat verən zaman həyacanlı olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Rauf ilə artıq 5 ildir ailə həyatı qurmuşlar, birgə nikahlarında iki övladları vardır. Əvvəllər münasibətləri normal olsa da, son zamanlar Rauf ilə aralarında məişət zəminində tez-tez mübahisələr olmuşdur. Buna görə də, 2023-cü ilin avqust ayından övladları ilə birlikdə Bakı şəhərində yaşayan valideyinlərinin evinə köçmüşdür. Həmin vaxtdan Rauf ilə boşanma ərəfəsində olmuşlar. 18 noyabr 2023-cü il tarixdə bacısı Şahid1 ilə birlikdə Sumqayıt şəhərinə, gəlin köçdüyü və hazırda Raufun yaşadığı evə gəlmişlər. O, evə daxil olub toy zamanı cehiz kimi gətirdiyi mebellərin şəkillərini çəkəcəyini, daha sonra isə satacağını demişdir. Rauf da heç bir etiraz etməmişdir. O, evdə olan mebellərin şəkillərini çəkmişdir. Bundan sonra Rauf ondan nə üçün uşaqlarla görüşməyə imkan vermədiyini soruşmuşdur. O isə məhkəmə yolu ilə görüşə biləcəyini Raufa demişdir. Həmin vaxt bacısı Nərgiz evdən bayıra, yəni evin həyətinə çıxmışdır. Rauf isə Nərgizə demişdir ki, evin içərisinə girsin söhbət etsinlər. Nərgiz evə girmək istəməyəndə Rauf qapını bağlamışdır. Bundan sonra Nərgiz bayırdan uca səslə qışqırmağa başlamışdır. Bu zaman o, da Raufa nə üçün qapını bağladığını, çölə çıxmaq istədiyini demişdir. Rauf isə ona “gəl söhbət edək” deyib onu boşanmaq fikrindən yayındırmağa çalışmışdır. O isə boşanmaqda fikrinin qəti olduğunu dedikdən sonra isə Rauf ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, o da Raufa qarşı eyni sözləri dedikdə Rauf onun boğazından tutaraq onu boğmağa başlamışdır. Bu zaman o, Raufun əllərindən çıxıb onun qolunu dişləmişdir. Bundan sonra Rauf onun saçlarından tutub onu yerə yıxıb sürüməyə başlamışdır. Yumruqla onun baş və bədən nahiyyəsinə vurmağa başlamışdır. Bundan sonra Rauf onu mətbəxə aparmış, mətbəxdə olan bıçağı götürüb onun boğazına tutub demişdir ki, “səni öldürəcəm”. Bundan sonra onlar birlikdə bayıra çıxmışlar. Həmin vaxt bayırda bacısı Nərgiz və qaynanası İntizar da olmuşdur. Bu zaman Rauf bacısı Nərgizin əlində olan ona məxsus mobil telefonu götürmüşdür. O da Raufun arxası ilə gedib telefonu geri istəyən zaman Rauf onu yerə itələmiş və o, yerə yıxılaraq xəsarətlər almışdır. Bundan sonra Rauf telefonu qaytarmışdır. Bir qədər sonra oraya polis əməkdaşları yaxınlaşmışlar. Hadisə 18 noyabr 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən ona məxsus fərdi yaşayış evində baş vermişdir. Evdə olan dava-dalaş zamanı Rauf ilə ikisi olmuşlar. Bayıra çıxdıqda isə orada İntizar və Nərgiz olmuşdur. Mübahəsi Raufun ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən baş vermişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Nəzrinin həyat yoldaşıdır. Rauf ilə Nəzrin 5 ildir ailə həyatı qurmuşlar, birgə nikahlarından iki övladları vardır. Əvvəllər münasibətləri normal olsa da, son zamanlar Rauf ilə Nəzrinin arasında məişət zəmnində tez-tez mübahisələr olurdu. Buna görə də, 2023-cü ilin avqust ayından Nəzrin övladları ilə birlikdə Bakı şəhərində yaşayan valideyinlərinin evinə köçmüşdür. Həmin vaxtdan Rauf ilə Nəzrin boşanma ərəfəsində olmuşlar. 18 noyabr 2023-cü il tarixdə bacısı Nəzrin ilə birlikdə Sumqayıt şəhərinə, Nəzrinin gəlin köçdüyü və hazırda Raufun yaşadığı evə gəlmişlər. Nəzrin evə daxil olub toy zamanı cehiz kimi gətirdiyi mebellərin şəkillərini çəkəcəyini, daha sonra isə satacağını demişdir. Rauf da heç bir etiraz etməmişdir. Evdə olan mebellərin şəkillərini çəkmişdir. Bundan sonra Rauf Nəzrindən nə üçün ona uşaqlarla görüşməyə imkan vermədiyini soruşmuş, Nəzrin də məhkəmə yolu ilə görüşə biləcəyinizi demişdir. Həmin vaxt o, evdən bayıra, yəni evin həyətinə çıxmışdır. Rauf isə ona demişdir ki, evin içərisinə girsin. O, evə girmək istəməyəndə Rauf qapını bağlamışdır. Həmin vaxt Nəzrin ilə Raufun evdə mübahisə etdiklərini və Raufun Nəzrini döyməsini eşidib uca səslə qışqırmağa başlamışdır. Bu zaman Raufun anası İntizar da oraya gəlmişdir. O, pəncərədən evin mətbəxinə baxmış və görmüşdür ki, Rauf mətbəxdə bıçağı götürüb Nəzrinin boğazına dirəyib onu hədələmişdir. Bundan sonra onlar birlikdə bayıra çıxmışlar. Həmin vaxt bayırda Rauf onun əlindən Nəzrinə məxsus mobil telefonu götürmüşdür. Nəzrin isə onun arxası ilə gedib telefonu geri istəmişdir. Bu zaman Rauf Nəzrini yenə itələmiş, Nəzrin yerə yıxılmış və sonuncu xəsarətlər almışdır. Bundan sonra Rauf telefonu qaytarmışdır. Bir qədər sonra oraya polis əməkdaşları yaxınlaşmışlar. Hadisə 18 noyabr 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən Raufa məxsus fərdi yaşayış evində baş vermişdir. Evdə olan dava-dalaş zamanı Rauf ilə Nəzrin olmuşdular. Mübahəsinin nə səbəbə baş verməsi haqqında heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X3 onun oğludur. Zərərçəkmiş şəxs isə keçmiş gəlinidir. Rauf ilə Nəzrin artıq 5 ildir ailə həyatı qurmuşlar, birgə nikahlarından iki övladları vardır. 2023-cü ilin avqust ayından Nəzrin Rauf ilə mübahisə edib övladları ilə birlikdə Bakı şəhərində yaşayan valideyinlərinin evinə köçmüşdür. Rauf ilə Nəzrin onunla qonşuluqda yaşayırdılar. Hazırda Rauf ilə Nəzrin boşanma ərəfəsindədirlər. 18 noyabr 2023-cü il tarixdə saat 17:00 radələrində yaşadığı evin həyətində olan zaman Raufun evinin həyətindən Nəzrinin bacısı Nərgizin səsinin gəldiyini eşitmişdir. O, Raufun həyətinə keçmiş və Nərgizdən nə baş verdiyini soruşmuşdur. Nərgiz isə ona demişdir ki, Rauf qapını içəridən bağlayıb, bacısı Nəzrin də içəridədir. Nərgiz ona təcili açarı gətirib evin qapısını açmasını demişdir. O da Raufun evinin qapısının açarını götürüb, qapının kilidini çöldən açmış, lakin qapı içəridən bağlı olduğu üçün qapını aça bilməmişdir. O, Raufdan nə baş verdiyini soruşmuşdur. Rauf isə sadəcə söhbət etdiklərini, ona öz evinə getməyini demişdir. Bundan sonra o, evin mətbəxin pəncərəsindən baxmış və Raufun Nəzrinin boynundan tutaraq əsəbi halda nəsə dediyi görmüşdür. Amma həmin vaxt Raufun nə dediklərini eşitməmişdir. Raufun əlində bıçaq və ya digər kəsici alət olmamışdır. Bir qədər sonra evin qapısı açılmış və Rauf ilə Nəzrin mübahisə edə-edə bayıra çıxmışlar. Bayırda olan zaman Rauf Nəzrinə məxsus mobil telefonu götürmüşdür. Bunun üstündə onların aralarında yenə mübahisə başlamışdır. Həmin vaxt Nəzrin Raufun üzərinə gəlməyə başlamış və Rauf Nəzrini itələmiş, Nəzrin isə yerə yıxılmışdır. Bir qədər sonra oraya polis əməkdaşları gəlmişlər. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1870 saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol dirsək oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumlarının şişkinlik fonunda əziyi, sağ mil-bilək oynağının ön səthinin, hər iki diz oynağının ön səthlərinin, sol dirsək oynağının arxa səthini və sol bazunun aşağı 1/3-nin arxa səthini əhatə edən geniş ölçülü qançırlar. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla 18.11.23-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1871 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ saidinorta 1/3-nin arxa səthinin iki ədəd qançır-sıyrıqları. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla 18.11.23-cü il tarixdə əmələ gələ bilərdi, neçəki, kənar şəxs tərəfindən, eləcə də özü-özünə yetirməsi istisna edilmiş və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağı vardır (xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 134 və 221-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat vaxt sərf etmişdir. Ona görə də, 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-252/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-252/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver