Məhkəmə qərarları › İş №1(060)-252/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-252/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-252/2025 18.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X4, Məhkəmə iclas katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə İsmayıllı rayonu, Qalagah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Qalagah kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx xxxx 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 15 avqust 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X8 küçəsi, ev 1, mənzil 23 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx xxxxxxxx 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 10 iyul 2024-cü il tarixdə Sumqayıt şəhərində qarşılıqlı dalaşma zamanı qəsdən sağlamlığına yüngül zərər vurmaqla ona qarşı cinayət törətmiş Zərərçəkmiş şəxs söhbətə çağırıb 11 iyul 2024-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Sweet” restoranının qarşısındakı parklanma yerində görüşdükdə aralarında yaranmış mübahisənin gedişində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan razılaşmadan qəsdən birləşib bir qrup şəxs halında həmin mübahisədə saqqalına toxunmasını bəhanə edərək insanlar arasında qəbul edilmiş birgəyaşayış qaydalarının ziddinə səs-küy salıb ictimai qaydanı kobud surətdə pozmuş, özünü cəmiyyətin fövqündə görərək ətrafdakılara üstünlüyünü nümayiş etdirib müstəsna dərəcədə laqeydlik göstərib orada olan polis əməkdaşlarının qanuni tələblərinə də etinasız yanaşaraq cəmiyyətə açıq-aşkar hörmətsizlik edib hamının gözü qarşısında Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan sifət nahiyəsindən qəsdən yumruqla vurub yıxaraq sonuncuya xuliqanlıq niyyətilə sol almacıq-göz yuvası ətrafı sümüklərin sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra Təqsirləndirilən şəxs2 öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla, yəni heç bir əsaslı səbəb olmadan yıxılmış vəziyyətdə Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinə təpiklə vuraraq sağ təpə-gicgah nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığla yüngül zərərvurmaya aid, Təqsirləndirilən şəxs3 heç bir əsaslı səbəb olmadan yıxılmış vəziyyətdə Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsinə təpiklə vuraraq sağ baldırın cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığla yüngül zərərvurmaya aid, Təqsirləndirilən şəxs4 isə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sol qoluna təpiklə vuraraq sol saidin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığla yüngül zərərvurmaya aid xəsarətlər yetirib qərəzli hərəkətlər edərək bir qrup şəxs halında xuliqanlıq etmiş və Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə 11 iyul 2024-cü il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Sweet” restoranının qarşısında parklanma yerində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə baş vermiş mübahisəni həll etmək üçün gəlmiş Zərərçəkmiş şəxs ilə görüşəndən sonra Təqsirləndirilən şəxs1 mübahisədə saqqalına toxunmasını bəhanə etmiş, bundan sonra o, qabaqcadan razılaşmadan qəsdən birləşib bir qrup şəxs halında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəktələr etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla ətrafda olan şəxslərin gözü qarşısında Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən yumruqla vurub yıxaraq sonuncuya sol almacıq-göz yuvası ətrafı sümüklərin sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra o, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla, yəni heç bir əsaslı səbəb olmadan yıxılmış vəziyyətdə Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinə təpiklə vuraraq sağ təpə-gicgah nahiyəsinin cərrahı tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, Təqsirləndirilən şəxs3 heç bir əsaslı səbəb olmadan yıxılmış vəziyyətdə Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsinə təpiklə vuraraq sağ baldırın cərrahı tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, Təqsirləndirilən şəxs4 isə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sol qoluna təpiklə vuraraq sol saidin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib bir qrup şəxs halında xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə 11 iyul 2024-cü il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Sweet” restoranının qarşısında parklanma yerində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə baş vermiş mübahisəni həll etmək üçün gəlmiş Zərərçəkmiş şəxs ilə görüşəndən sonra Təqsirləndirilən şəxs1 mübahisədə saqqalına toxunmasını bəhanə etmiş, bundan sonra o, qabaqcadan razılaşmadan qəsdən birləşib bir qrup şəxs halında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəktələr etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla ətrafda olan şəxslərin gözü qarşısında Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən yumruqla vurub yıxaraq sonuncuya sol almacıq-göz yuvası ətrafı sümüklərin sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra o, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla, yəni heç bir əsaslı səbəb olmadan yıxılmış vəziyyətdə Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsinə təpiklə vuraraq sağ baldırın cərrahı tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinə təpiklə vuraraq sağ təpə-gicgah nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, Təqsirləndirilən şəxs4 isə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sol qoluna təpiklə vuraraq sol saidin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib bir qrup şəxs halında xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Ah oğlu ilə 11 iyul 2024-cü il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Sweet” restoranının qarşısında parklanma yerində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə baş vermiş mübahisəni həll etmək üçün gəlmiş Zərərçəkmiş şəxs ilə görüşəndən sonra Təqsirləndirilən şəxs1 mübahisədə saqqalına toxunmasını bəhanə etmiş, bundan sonra o, qabaqcadan razılaşmadan qəsdən birləşib bir qrup şəxs halında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəktələr etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla ətrafda olan şəxslərin gözü qarşısında Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən yumruqla vurub yıxaraq sonuncuya sol almacıq-göz yuvası ətrafı sümüklərin sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra o, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla, yəni heç bir əsaslı səbəb olmadan yıxılmış vəziyyətdə Zərərçəkmiş şəxs sol qoluna təpiklə vuraraq sol saidin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, həmin vaxt Təqsirləndirilən şəxs3 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsinə təpiklə vuraraq sağ baldırın cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 isə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinə təpiklə vuraraq sonuncuya sağ təpə-gicgah nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib bir qrup şəxs halında xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsi ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs nəqliyyat vasitəsini doğru idarə etmədiyinə görə aralarında sözsöhbət olmuş, iyulun 11-i görüşmüşlər, məqsədləri dava etmək olmamışdır. Mirpaşa ilə aralarında mübahisə olmuş və o, Mirpaşanı vurmuşdur. Digərləri onlardan bir az aralı olmuş, sonradan onları aralamaq üçün gəlmişlər. O, Mirpaşanı yumruqla vurmuşdur, üzərində soyuq silah olmamışdır. Həmin vaxt dayanacaqda başqa adamlar da olmuşdur. Həmin vaxt dalaşmaq məqsədləri olmamış, hadisə orada cərəyan etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, əməlindən peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, 10 iyul 2024-cü il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsindən C.Məmmədquluzadə küçəsi istiqamətində idarə etdiyi velosiped ilə hərəkətdə olarkən arxadan gələn avtomobilin bir neçə dəfə siqnal verdiyini eşidib, həmin avtomobilin sürücüsünə öz iradını bildirmiş, bundan sonra sonuncu avtomobili, o da velosipedi saxlamışdır. Sonradan adının Mirpaşa olduğunu bildiyi şəxs ona tərəf gələrək ünvanına nalayiq ifadə işlədib iki əlləri ilə sillə ilə sifətindən vurmuş, bu zaman yumruqla sifət nahiyəsinə zərbələr endirmiş, Mirpaşa zərbənin təsirindən yerə yıxılmış və yıxılan zaman onu da yerə yıxmışdır. Bundan sorna yerdə hər ikisi bir birilərini vurmağa başlamışlar. Daha sonra ətrafa kənar şəxslər toplaşaraq onları ayırmışlar. O, velosipedə əyləşib həmin yerdən uzaqlaşmış, 11 iyul 2024-cü il tarixdə Mirpaşa ona zəng edərək evindən onu lüt çıxardacağını deyib hədələyərək görüşə çağırmış, o, razılaşmış və Bulvar küçəsində saat 20 radələrində görüş təyin etmişlər. Mirpaşanın həmin yerə tək gəlməyəcəyini fikirləşib bu barədə dostları Xıdır, Nicat və Raufa məlumat verərək həmin yerə birlikdə getməyi qərarlaşdırmışlar. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsi “Sweet” restoranının qarşısındakı parklanma yerinə dostları ilə birlikdə Mirpaşa Məmmədzadə ilə söhbət etmək üçün getmiş, həmin yerə çatanda Mirpaşa ilə görüşüb söhbət etmək üçün kənara çəkmək istəyən zaman sonuncu ona söyüş söymüş, bu zaman özünü saxlaya bilməyib sifətinin sol nahiyəsinə yumruqla bir neçə zərbə endirib xəsarət yetirmişdir. Həmin vaxt Mirpaşa yerə yıxılmış, bu zaman Xıdır, Nicat və Rauf da Mirpaşanı vurmağa başlamışlar. Bir neçə dəqiqə sonra Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları onlara yaxınlaşıb saxlamışlar. Polis əməkdaşları onları dərhal idarəyə gətirmişlər və idarədə polis əməkdaşları tərəfindən döyülmüşlər. Polis əməkdaşları vəhabi olduğunu, buna görə də narkotik vasitə, bıçaq və patron qoyacaqlarını, çəkilişdə həmin narkotik vasitələrin, patronun və bıçağın ona məxsus olmasını deməsini bildirmişlər. Polis əməkdaşları əks təqdirdə evinə baxış keçirəcəklərini və evində kiloqramla narkotik və silahlar çıxardacaqlarını demişlər. Həmin polis əməkdaşları masqada olmuşlar və üzlərini ona görə tanımır. O və dostları da bütün təzyiqlərə məruz qalıb onların dediklərini əzbərləyərək çəkilişdə bu barədə demişdir. O, ömür boyu narkotik vasitələrdən istifadə etməmiş, heç vaxt üzərində bıçaq gəzdirməmişdir. Bundan başqa onun kimləsə söhbətə gedən zaman üzərində patron saxlamağı heç bir məntiqə sığmır. Ancaq Mirpaşanı döyərək xəsarət yetirməsini etiraf edir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində Mirpaşa ilə olan birinci davalarının 10-15 dəqiqə davam etdiyini, həmin hadisənin yolda baş verdiyini, bu zaman avtomobillərin dayandığını və ətrafda çoxlu sayda insanların olduğunu, həmin şəxslərin onları aralaşdırdıqlarını, həmin hadisə zamanı xəsarət aldığını, ikinci hadisə isə “Sweet” restoranının qarşısındakı parklanma yerində olduuğunu, həmin vaxt da yay ayı olduğundan, hamı istirahət etmək üçün dəniz kənarına gəldiyindən ətrafda çoxlu sayda insanların olduğunu, həmin hadisənin təxminən 5-10 dəqiqə polislər gələnə kimi davam etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsi ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə Rasimin dediyi kimi olmuşdur. Mirpaşa onu söydüyündən o da Mirpaşanı bir dəfə təpiklə vurmuşdur. Saxlanılan zaman onun üzərində heç nə aşkar olunmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, əməlindən peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, günorta saatlarında tanışları Rasim, Xıdır və Nicatla birlikdə olan zaman Rasim xx.xx.2024-cü il tarixdə kiminləsə dalaşdığını və məsələni həll etmək üçün görüşəcəyini və onların da onunla getmələrini istəmiş, onlar razılaşmışlar və təxminən saat 20 radələrində Sumqayıt şəhəri Bulvar küçəsində yerləşən "Sveet" restoranın qarşısındakı parklanma yerinə getmişlər. Bir neçə dəqiqədən sonra bir nəfər şəxs yaxınlaşmış və ani olaraq Rasimlə aralarında mübahisə baş vermiş, Rasim yumruqla sonradan adının Mirpaşa olduğunu bildiyi şəxsin sifətinə zərbələr vurmuş, həmin şəxs yerə yıxılmış, bundan sonra Xıdır, o və Nicat yerdə Mirpaşanı vurmağa başlamışlar. O, yerdə olan zaman Mirpaşanın başının sağ tərəfindən təpiklə vurmuş, təxminən 10 dəqiqə sonra ətrafa tanımadığı şəxslər və mülki geyimdə polis əməkdaşları gəlmişlər. Bundan sonra polislər onları idarəyə aparmış, idarəyə çatandan sonra hamısı polis əməkdaşları tərəfindən döyülməyə başlamış, polislər vəhabi olduqlarını bildirib onları döymüşlər. Polis əməkdaşları vəhabi olduğunu, buna görə də narkotik vasitə, bıçaq və patron qoyacaqlarını, çəkilişdə həmin narkotik vasitələrin, patronun və bıçağın ona məxsus olmasını deməsini bildirmişlər. Polis əməkdaşları əks təqdirdə evinə baxış keçirəcəklərini və evində kiloqramla narkotik və silahlar çıxardacaqlarını, bundan sonra ailə üzvlərinin də tutulacaqlarını demişlər. Həmin polis əməkdaşları masqada olmuşlar və üzlərini ona görə tanımır. O və dostları da bütün təzyiqlərə məruz qalıb onların dediklərini əzbərləmiş və çəkilişdə bu barədə demişdir. O, ömür boyu narkotik vasitələrdən istifadə etməmiş, heç vaxt üzərində bıçaq gəzdirməmişdir. Ancaq etiraf edir ki, Mirpaşanın baş nahiyəsinə təpiklə vurmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində Mirpaşa ilə davanın 10-15 dəqiqə davam etdiyini, həmin hadisənin “Sweet” restoranının qarşısındakı parklanma yerində olduğunu, həmin vaxt da yay ayı olduğundan, hamı istirahət etmək üçün dəniz kənarına gəldiyindən ətrafda çoxlu sayda insanların olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsi ilə dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə deyilən kimi olmuşdur. Uzun müddət keçdiyinə görə hadisəni tam xatırlamır. Mirpaşanı bir dəfə təpiklə vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, əməlindən peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X9 küçəsi, ev 1, mənzil 23-də qeydiyyatdadır və orada daimi yaşamış, ancaq tutulmamışdan öncə Sumqayıt şəhərində tanımadığı ünvanda kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs1 müəllim kimi tanımış, ondan ərəb dili təhsili almış, Rasimin vasitəsi ilə Nicatı və Raufu tanımışdır. xx.xx.2024-cü il tarixdə onlarla bir yerdə Sumqayıt şəhəri ərazisində olan zaman Rasim xx.xx.2024-cü il tarixdə kiminləsə dalaşdığını və məsələni həll etmək üçün görüşəcəyini və onların də onunla getmələrini istəmişdir. Onlar razılaşmış və təxminən saat 20 radələrində Sumqayıt şəhəri Bulvar küçəsində yerləşən "Sveet" restoranın qarşısındakı parklanma yerinə getmişlər. Bir neçə dəqiqədən sonra onlara bir nəfər şəxs yaxınlaşmış və ani olaraq Rasimlə aralarında mübahisə baş vermiş, Rasim yumruqla sonradan adının Mirpaşa olduğunu bildiyi şəxsin sifətinə zərbələr vurmuş həmin şəxs yerə yıxılmışdır. Bundan sonra Rauf, o və Nicat yerdə Mirpaşa vurmağa başlamışıar. O, yerdə olan zaman Mirpaşanın sağ ayağından təpiklə vurmağa başlamış, təxminən 10 dəqiqə sonra ətrafa tanımadığı şəxslər və mülki geyimdə polis əməkdaşları gəlmiş, bundan sonra polislər onları idarəyə aparmışlar. İdarəyə çatandan sonra hər biri polis əməkdaşları tərəfindən döyülməyə başlamış, polislər vəhabi olduqlarını bildirib döymüşlər. Polis əməkdaşları vəhabi olduğunu, buna görə də narkotik vasitə, bıçaq və patron qoyacaqlarını, çəkilişdə həmin narkotik vasitələrin, patronun və bıçağın ona məxsus olmasını deməsini bildirmiş, polis əməkdaşları əks təqdirdə evinə baxış keçirəcəklərini və evində kiloqramla narkotik və silahlar çıxardacaqlarını, bundan sonra ailə üzvlərinin də tutulacaqlarını demişlər. Həmin polis əməkdaşları masqada olmuşlar və üzlərini ona görə tanımır. O və dostları da bütün təzyiqlərə məruz qalıb onların dediklərini əzbərləyərək çəkilişdə bu barədə demişdir. O, ömür boyu narkotik vasitələrdən istifadə etməmiş, heç vaxt üzərində bıçaq gəzdirməmiş, ancaq Mirpaşanın sağ ayaq nahiyəsinə təpiklə vurmuşdur. Təqsirləndirilən şəxs3 həmçinin ifadəsində ilkin ifadələrində qeyd etdiklərinin hamısını polislərin əvvəlcə ona dedikləri olduğunu, yıxılmadığını, xəsarətləri döyülməyi nəticəsində əmələ gəldiyini, hadisənin hazırki ifadəsində qeyd etdiyi kimi olduğunu, Mirpaşa ilə davanın 10-15 dəqiqə davam etdiyini, hadisənin “Sweet” restoranının qarşısındakı parklanma yerində olduğunu, həmin vaxt da yay ayı olduğundan, hamı istirahət etmək üçün dəniz kənarına gəldiyindən ətrafda çoxlu sayda insanların olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsi ilə dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə deyilən kimi olmuşdur. Həmin vaxt qarışıqlıq olmuş, o, Mirpaşanı bir dəfə təpiklə vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, əməlindən peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs4 cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək Mirpaşa adlı şəxslə mübahislərinin baş verdiyini və həmin şəxslə Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən "Sweet restoranın qarşısında görüşəcəklərini bildirmiş, bundan sonra Rasimlə görüşmüş, həmin vaxt digər tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da onlarla bir yerdə olmuşdur. Rasimdən Mirpaşa ilə aralarında mübahisənin hansı səbəbdən baş verdiyini soruşduqda, bir gün əvvəl, yəni xx.xx.2024- cü il tarixdə Sumqayıt şəhərində yerləşən Bulvar adlanan ərazidə velosiped sürərkən "BMW" markalı avtomobilin sürücüsü Mirpaşa adlı şəxslə mübahisələrinin baş verdiyini, Mirpaşanın onu təhqir etdiyinə görə yumruqla onu vurduğunu, səhəri gün saat 19 radələrində Mirpaşanın ona zəng edərək görüşə çağırdığını bildirmişdir. Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən "Sweet" restoranın qarşısında olduqları zaman Mirpaşanın onlara yaxınlaşdıqlarını görmüş, sonuncu onlara yaxınlaşaraq salamlaşmış və həmin an Rasimi nalayiq ifadələrlə təhqir etmiş, bu zaman Rasim yumruqla onun sifət nahiyəsinə zərbələr vurmuşdur. Zərbənin təsirindən Mirpaşa yerə yıxılmış, həmin vaxt o, Rauf və Xıdır da onu əsassız söyüş söydüyünə görə vurmağa başlamışlar. Belə ki, o, Mirpaşanın sol qolundan təpiklə bir neçə dəfə vurmuş, bundan sonra ətrafa tanımadığı şəxslər və mülki geyimdə olan polis əməkdaşları toplaşmışlar. Bundan sonra avtomobildən "qara maskalılar" düşərək onun qollarından yapışıb avtomobilə salmışlar. Polis əməldaşları onu Sumqayıt şəhər polis idarəsinin inzibati binasına gətirmişlər, yolda olarkən onu nalayiq ifadələrlə təhqir edib, baş nahiyəsinə yumruqla bir neçə zərbə vurmuşlar. Polis idarəsinə çatdıqdan sonra onu binanın ikinci mərtəbəsinə qaldırıb orada da döymüşlər. Əlavə olaraq bildirir ki, uzun müddətdir ibadətlə məşğuldir. Həm polis idarəsinə gətirilərkən, həmçinin polis idarəsində olarkən ona vəhabi deyərək saqqalından yapışıb dartaraq onu saqqalına görə təhqir etmişlər. Onu döyən şəxslərin heç birinin üzünü görməmiş, döydükdən sonra onu polis idarəsinin üçüncü mərtəbəsinə qaldırmışlar, üzünə xəsarətləri gizlətmək üçün krem çəkmişlər. Polislərdən biri ona yaxınlaşıb bir ədəd bükümü ona təqdim etmiş, həmin bükümün içərisində nəyin olduğunu soruşduqda, həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü götürüb cibinə qoymasını tələb etmiş, o, heç vaxt əlini narkotik vasitə və psixotrop maddələrə vurmadığını deyib tələbini icra etməkdən imtina etmiş, buna görə onu yenidən ikinci mərtəbəyə düşürərək yenidən döymüşlər. Onların döymələrinə baxmayaraq tələblərini icra etməmiş, bu zaman onlar yaxasından yapışıb psixotrop maddəni götürməyəci təqdirdə yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkar edəcəyini və ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb etdirəcəyini demiş, hədələrdən qorxduğu üçün məcbur qalıb tələblərini icra etməyə məcbur olmuş, ona verilən psixotrop maddəni götürüb cibinə qoymuş, bundan sonra ona 04 ədəd partron və 01 ədəd cib bıçağı da vermişlər. Psixotrop maddəni götürməyi qəbul etdiyi üçün artıq digər verilənlərə məhəl qoymamış, polislər ona müdafiəçi təqdim ediləcəyini, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, o, şəxsi axtarış zamanı həmin psixotrop maddələrdən istifadə etmədiyini deyəcəyini bildirmiş, polislər isə həmin psixotrop maddəni tapdığını, digər şəxslərin əlinə keçməsin deyə üzərində gəzdirdiyini bildirməsini demişlər. Bundan sonra ona hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürsonun vəkili X1 təqdim olunmuş, müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı müstəntiq ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub- olmadığını, olduğu təqdirdə təqdim etməsini təklif etmiş, həmin vaxt ona təqdim edilən psixotrop maddəni, 04 ədəd patronu və 01 ədəd cib bıçağını təqdim etmişdir. Müstəntiqinin suallarımı cavab olaraq həmin psixotrop maddəni yerdən tapdığını, kiminsə tapıb istifadə edə bilməməsi üçün üzərində gəzdirdiyini, fürsət tapan kimi tullantı yerinə atmaq istədiyini demiş, bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə, patronlar və cib bıçağı xüsusi qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs4 həmçinin ifadəsində Mirpaşa yerdə olan zaman onu vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Rasim velosipedlə hərəkət edən zaman ona siqnal vermiş, yanından keçən zaman Rasim ona söyüş söymüşdür. Bu zaman o, Rasimi görüb tanımış, Rasim ona “mənim qucağımda böyümüsüz” demişdir. Rasim onu qaşından vurmuşdur. O, aptekdən yod almış, onu xəstəxanaya aparmışlar, polisə məlumat verilmişdir. Sonra Rasim ona görüşməyi təklif etmiş, tək gəlməyəcəyini demiş, o da onunla görüşməyəcəyini bildirmişdir. Rasim ona qardaşlarla məsləhət etdiyini, onun sağ əlinin kəsiləcəyini demişdir. Rasim ona Sumqayıta gələcəyini demiş, saat 6-7-yə işləmiş ona zəng etmişdir. Söhbət zamanı Rasim ona yumruqla zərbə vurmuşdur, həmin vaxt o rahat dayanmışdı. Rasimin yumruqla vurmasını xatırlayır, lakin digərlərini görməmişdir, xatırlamır. Həmin vaxt ətrafda çox adam olmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2, Ömərov Nicat Asif oğlu, Təqsirləndirilən şəxs3 aralarında barışıq əldə edilmişdir. Onların barəsində tələb və şikayəti yoxdur. Onlar barəsində azadlıqdan məhrumetmə növündə olmayan cəza verilməsinə etiraz etmir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur. Ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid Sumqayıt ŞPİ-nin KMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ifadəsində göstərdi ki, əməliyyat tapşırığına əsasən o, Samir və Orxan Bulvarda yerləşən “Sweet” restoranına getmişlər, oraya gedən zaman 5-6 nəfər şəxsin toplaşdığını görmüşlər. Həmin vaxt orada dava düşmüş, 5-6 nəfər bir nəfər şəxsin üzərinə düşmüşdür. Onlar yaxınlaşıb həmin şəxsləri ayırmaq istəyən zaman bir nəfər yaxınlaşıb onlara həmin şəxslərin üzərində bıçaq olduğunu bildirmişdir. Daha sonra həmin şəxsləri idarəyə gətirmişlər. İdarədə Raufun üzərinə videoçəkilişlə baxış keçirilmiş, üzərində bıçaq, tiryək və patron aşkar olunmuş və götürülmüşdür. Digər şəxslərin üzərinə baxış keçirilməsində o, iştirak etməmişdir. Mübahisə zamanı ilk öncə Rasim Mirpaşanı sifət nahiyəsindən vurmuş, Mirpaşa yerə yıxılmış və digərləri də təpiklə onu vurmuşdur. Hadisə zamanı kiminsə üzərində soyuq silah olmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, ona daxil olmuş əməliyyat məlumatı əsasında Bulvar ərazisində yerləşən “Sweet” restoranına getmişlər. Orada 4 nəfər şəxsin bir nəfər şəxsi döydüyünü görmüşlər. Rasim adlı şəxs Mirpaşanı yumruqla vurmuş, digərləri də təpiklə onu vurmuşlar. Oraya yaxınlaşıb özlərini təqdim etmişlər. Bir nəfər onlara həmin şəxslərin üzərində bıçaq olduğunu bildirmişdir. Həmin şəxsləri polis idarəsinə gətirmişlər. Müstəntiqin otağında videoçəkilişlə şəxsin üzərinə baxış keçirilmiş, üzərindən bıçaq, narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin inspektoru Şahid4 ifadəsində göstərdi ki, Bulvar ərazisində dava-dalaş olduğu bildirilmiş, oraya getmişlər, orada bir neçə şəxsin yığışdığını və dalaşdığını görmüşlər. Yaxınlaşıb həmin şəxsləri idarəyə aparmışlar. İdarədə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, üzərlərindən bıçaq, narkotik vasitə və güllə aşkar olunmuşdur. O, Nicatın üzərinə baxış keçirilməsində iştirak etmişdir. Hadisə zamanı 4 nəfər şəxsin bir nəfər şəxsi döydüyünü görmüşlər, ilk öncə bir nəfər vurmuş, şəxs yıxıldıqdan sonra digərləri də təpiklə vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid1 ifadəsində göstərdi ki, 21 iyul 2024-cü il tarixdə Şahid2 əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatına əsasən o, Şahid4, Şahid3 Möhübbət və Mais Hüsənlidən ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupla birlikdə Bulvar ərazisində yerləşən “Sweet” restoranına yaxınlaşmış, bir neçə şəxsin mübahisə etdiyini görmüşlər. Avtomobildən düşüb yaxınlaşan zaman Rasim adlı şəxsin yumruqla zərərçəkmiş şəxsi vurduğunu, digər şəxslərin də təpiklə, yumruqla şəxsi döydüklərini görmüşlər. Oraya yaxınlaşan zaman vətəndaşlardan biri həmin şəxslərin üzərində bıçaq olduğunu bildirmişdir, lakin onlar həmin vaxt bıçağı görməmişlər. Daha sonra şəxsləri idarəyə gətirmişlər, müstəntiq videoçəkilişlə Rasimin üzərinə baxış keçirmiş, üzərindən metamfetamin, bıçaq və patron aşkar olunmuşdur. Hadisə zamanı şəxslərin əlində hər hansı soyuq silah olmasını görməmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid5 elan edilmiş ifadəsindən görünür ki, 11 iyul 2024-cü il tarixdə CAŞ-ın əməliyyat müvəkkili Şahid2 icraatına əməliyyat tapşırığı daxil olmuş, həmin tapşırığın icrası ilə əlaqədar olaraq idarənin əməkdaşları Şahid2, Şahid1, Şahid6, Şahid3, Şahid4 və o, bir yerdə saat təxminən 20 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Sweet” restoranın yaxınlığına getmişlər. Oraya çatan zaman restoranın qarşısında olan parklanma yerində çoxlu sayda şəxslərin toplaşdığını görmüş, həmin yerə yaxınlaşan zaman Zərərçəkmiş şəxs, 4 nəfər şəxslə qarşı-qarşıya olduğunu görmüş, sonradan həmin şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Ah oğlu olduqlarını bilmişdir. Onlar yaxınlaşmaq istəyən zaman Təqsirləndirilən şəxs1 qəflətən yumruqla Mirpaşanın üzündən vurmuş, həmin vaxt Mirpaşa yerə yıxılmış, bundan sonra Təqsirləndirilən şəxs2 təpiklə Mirpaşanın sağ baş nahiyəsindən, Təqsirləndirilən şəxs3 təpiklə Mirpaşanın sağ ayaq nahiyəsindən, Təqsirləndirilən şəxs4 isə təpiklə Mirpaşanın sol qolundan vurduqlarını görmüşdür. Onların yanına çatana kimi Mirpaşanı yerdə döymülər, ətrafda çoxlu sayda insanlar olmuş, onlar çatan kimi Rasimi, Raufu, Nicatı və Xıdırı Mirpaşadan ayırmışlar. Həmin vaxt ətrafda olan tanımadıqları şəxslərdən biri saxladıqları şəxslərdə bıçaq olduğunu demiş, bundan sonra biz qeyd etdiyi şəxsləri Sumqayıt şəhər polis idarəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərlərinə ayrıayrılıqda müstəntiqlər tərəfindən axtarış keçirilmiş, o, Təqsirləndirilən şəxs2 üzərinə axtarışda iştirak etmiş, sonuncunun üzərinə müstəntiq tərəfindən videoçəkiliş vasitəsi ilə müdafiəçinin iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı sonuncunun üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə narkotik vasitə tiryək, 01 ədəd bıçaq və 05 ədəd patron aşkar edilərək qablaşdırılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid3 elan edilmiş ifadəsindən görünür ki, 11 iyul 2024-cü il tarixdə CAŞ-ın əməliyyat müvəkkili Şahid2 icraatına əməliyyat tapşırığı daxil olmuş, həmin tapşırığın icrası ilə əlaqədar olaraq idarənin əməkdaşları Şahid2, Şahid6, Şahid5, Şahid1, Şahid4 və o, bir yerdə saat təxminən 20 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Sweet” restoranın yaxınlığına getmişlər, oraya çatan zaman restoranın qarşısında olan parklanma yerində çoxlu sayda şəxslərin toplaşdığını görmüş, həmin yerə yaxınlaşan zaman Zərərçəkmiş şəxs, 4 nəfər şəxslə qarşı-qarşıya olduğunu görmüş, sonradan həmin şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 Aasif oğlu və Təqsirləndirilən şəxs3 olduqlarını bilmişdir. Onlar yaxınlaşmaq istəyən zaman Təqsirləndirilən şəxs1 qəflətən yumruqla Mirpaşanın üzündən vurmuş, həmin vaxt Mirpaşa yerə yıxılmış, bundan sonra Təqsirləndirilən şəxs2 təpiklə Mirpaşanın başının sağ nahiyəsindən, Təqsirləndirilən şəxs3 təpiklə Mirpaşanın sağ ayaq nahiyəsindən, Təqsirləndirilən şəxs4 isə təpiklə Mirpaşanın sol qolundan vurduqlarını görmüşdür. Onlar çatana kimi Mirpaşanı yerdə döymüşlər, ətrafda çoxlu sayda insanlar olmuş, onlara çatan kimi Rasimi, Raufu, Nicatı və Xıdırı Mirpaşadan ayırmışlar. Həmin vaxt ətrafda olan tanımadıqları şəxslərdən biri saxladıqları şəxslərdə bıçaq olduğunu demiş, bundan sonra onlar qeyd etdiyi şəxsləri Sumqayıt şəhər polis idarəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərlərinə ayrı- ayrılıqda müstəntiqlər tərəfindən axtarış keçirilmiş, o da Təqsirləndirilən şəxs4 üzərinə keçirilən axtarışda iştirak etmiş, sonuncunun üzərinə müstəntiq tərəfindən videoçəkiliş vasitəsi ilə müdafiəçinin iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı sonuncunun üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd bıçaq və 04 ədəd patron aşkar edilərək qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Bulvar küçəsi, “Sweet” restoranının qarşısındakı parklanma yerində xx.xx.2024-cü il tarixdə saat 20:15-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-222/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablanmış, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-345/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 11 fevral 2025-ci il tarixədək uzadılmışdır. - məhkəmə-tibbi ekspertizasının 1162 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, alının, sağ gicgah nahiyyələrinin, sol gözaltı nahiyyənin və alt göz qapağının qançırları” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən aranmışdırlar, Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 10.07.24-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa üddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - ambulator-məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2600 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cianyəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xaraketrini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətindədir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. - Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X2 İctimai Birliyinin Sumqayıt şəhər şöbəsi tərəfindən Təqsirləndirilən şəxs1 İİ qrup Qarabağ əlili kimi xx.xx.2023-cü il tarixdə 0351 nömrəli vəsiqə verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il təvəllüdlü Əsgərli Adəm adlı övladı vardır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işləri Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-1 və 221.2.1-ci maddələrinə tövsif edilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Bulvar küçəsi, “Sweet” restoranının qarşısındakı parklanma yerində xx.xx.2024-cü il tarixdə saat 20:15-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 220/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablanmış, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-344/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 11 fevral 2025-ci il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə 141567 nömrəli vəsiqə verilmişdir. - Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. - Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər Polis İdarəsində xx.xx.2024-cü il tarixdə saat 20:15-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-221/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablanmış, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-343/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 11 fevral 2025-ci il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - Təqsirləndirilən şəxs4 Sumqayıt şəhəri, dənizkənarı bulvar ərazisi, “Sveet” restoranının yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 21:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-223/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablanmış, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-346/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 11 fevral 2025-ci il tarixədək uzadılmışdır - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu olmamışdır. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2019-cu il təvəllüdlü Omarov Amir və xx.xx.2023-cü il təvəllüdlü Omarova Rəyyan adlı övladları vardır. - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1758 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol almacıq göz yuvası ətrafı sümüklərinin sınıqları, sağ təpə-gicgah nahiyyəsinin, sağ baldırın, sol saidin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yaraları” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sol almacıq göz yuvası ətrafı sümüklərin sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, digər xəsarətlər, yəni sağ təpə-gicgah nahiyyəsinin, sağ baldırın, sol saidin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yaraları isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. - xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən (şübhəli) ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən (şübhəli) ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən (şübhəli) ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən (şübhəli) ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs4 ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əmələ hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-1 və 221.2.1-ci maddələrindən həmin Məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə yeni məzmunda yenidən ittiham edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yeni məzmunda yenidən ittiham edilmiş və barəsində seçilmiş həbs qətimkan nəzərə alınmış, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yeni məzmunda yenidən ittiham edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yeni məzmunda yenidən ittiham edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham mötəbər sübutlarla təsdiqini tapmadığından həmin ittihama CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham mötəbər sübutlarla təsdiqini tapmadığından həmin ittihama CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham mötəbər sübutlarla təsdiqin tapmadığından həmin ittihama CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham mötəbər sübutlarla təsdiqini tapmadığından həmin ittihama CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 228.1 və 228.4-cü maddələri ilə ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilməsi haqqında qərar qəbul edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması CPM- nin 40.3-cü maddəsinə əsasən rədd edilməsi haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4n və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2 və 315-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 20,207 qram tiryəkin 20,007 qram qalığı, 6,819 qram metamfetaminin 6,619 qram qalığı, 01 ədəd bıçaq, 05 ədəd patron, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 23,413 qram tiryəkin 23,214 qram qalığı, 5.042 qram metamfetaminin 4,842 qram qalığı, 01 ədəd bıçaq, 05 ədəd patron, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 3,950 qram metamfetaminin 3,900 qram qalığı, 01 ədəd bıçaq, 02 ədəd patron, Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş 3,923 qram metamfetaminin 3,823 qram qalığı, 01 ədəd bıçaq və 04 ədəd patron maddi sübut kimi tanınmamış, ancaq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxana qədər saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına verilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərlərindən narkotik vasitə və külli miqdarda psixotrop maddənin aşkar edilməsi faktı əsasında, istintaqla müəyyən edilməyən digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmiş, ayrılan cinayət işinə bəzi sənədlərin əsli bəzi sənədlərin isə surəti əlavə olunmuş və ayrılan cinayət işi ********* saylı statistik nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, şahidlərin ifadəsinə, ekspertiza rəyinə və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxs arasında hər hansı tutarlı səbəb olmadan baş vermiş mübahisə və daha sonra sonuncunun xəsarət alması ilə nəticələnən cinayət hadisəsinin törədilmə yeri ictimai yer olduğunu, ictimai qaydanın kobud surətdə pozulduğunu dərk edən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdırlar. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı övladının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən İİ dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən “Vətən müharibəsi” iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 himayəsində azyaşlı övladının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddəsinin, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 törətdikləri cinayətin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında cərimə, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərinin mahiyyəti, həmçinin onların şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olmaq üçün onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza hesab edilən azadlıqdan məhrumetmə cəzasından nisbətən yüngül, cərimə və islah işləri cəzasından ağır cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, işdə yüngülləşdirici halların olması, zərərçəkmiş şəxsin şikayətçi olmaması və işin faktiki halları nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 09 (doqquz) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 06 (altı) ay 14 (on dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs1 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, işdə yüngülləşdirici halların olması, zərərçəkmiş şəxsin şikayətçi olmaması və işin faktiki halları nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 09 (doqquz) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 06 (altı) ay 14 (on dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, işdə yüngülləşdirici halların olması, zərərçəkmiş şəxsin şikayətçi olmaması və işin faktiki halları nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 09 (doqquz) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 06 (altı) ay 14 (on dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, işdə yüngülləşdirici halların olması, zərərçəkmiş şəxsin şikayətçi olmaması və işin faktiki halları nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 09 (doqquz) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 06 (altı) ay 14 (on dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs4 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1, CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-252/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 208/2025 saylı orderə əsasən vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxs1 vəkili, xx.xx.2025-ci il tarixli 209/2025 saylı orderə əsasən Müdafiəçi2 Təqsirləndirilən şəxs2 vəkili, xx.xx.2025-ci il tarixli 211/2025 saylı orderə əsasən Müdafiəçi1 Təqsirləndirilən şəxs4 vəkili təyin etmişdir. Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi3 20 (iyirmi) saat, Müdafiəçi2 20 (iyirmi) saat, Müdafiəçi1 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 09 (doqquz) ay 07 (yeddi) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 09 (doqquz) ay 07 (yeddi) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Cəzasının əvvəli Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində fərdi evi tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 09 (doqquz) ay 07 (yeddi) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X9 küçəsi, ev 1, mənzil 23 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 09 (doqquz) ay 07 (yeddi) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat, Təqsirləndirilən şəxs4 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar