Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-253/2021 11.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Dövlətitti hamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi–Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1954-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə acıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdə saat 14 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Tofaş” markalı **-OK-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Sumqayıt şəhəri, S.Vurğun küçəsində avtomobilində texniki nasazlıq yaranması səbəbindən sağdan 1-ci zolaqda avtomobilini saxlaması, sonradan avtomobilini arxaya hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin, 13-cü hissəsinin tələblərini pozub, yəni sürücü nəqliyyat vasitəsini geriyə hərəkət etdirərkən təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda buna riayət etməyərək və hadisənin qarşını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək arxadan hərəkətdə olan Zərərçəkmiş şəxs Füzuli oğlunun mopedinə vurmuş, nəticədə ehtiyatsızlıqdan, Zərərçəkmiş şəxs Füzuli oğlunun sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən köndələn sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Özünə məxsus “Tofaş” markalı **-OK-*** qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili etibarnaməsiz idarə etmişdir. 25 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində “Tofaş” markalı **-OK-*** qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsində hərəkətdə olduğu zaman avtomobilində texniki nasazlıq yarandığından, avtomobilini yolun sağ tərəfinə çəkib saxlamış, həmin vaxt avtomobilində olan tanışı avtomobildən düşüb yolun digər tərəfinə keçmiş, o da avtomobili geri verib düşmək istəyən zaman arxadan mopedlə hərəkətdə olan sürücü onun avtomobilinin arxa sol işığına dəyərək yerə yıxılmışdır. O, moped sürücüsünə yaxınlaşıb dərhal onu avtomobilinə uzadıb, avtomobili isə bir təhər işə salıb sürücünü Sumqayıt şəhər TTYX-na gətirmişdir. Həmin vaxt moped sürücüsü ondan şikayətçi olmadığını deyib, onu xəstəxanaya gətirdiyi üçün minnətdarlıq etmişdir. Əməlindən peşmandır.Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 14/15B, mənzil 2-də anası ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 25 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində özünə məxsus olan mopedlə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə yaşadığı evə gedən zaman qarşıda olan piyada keçidində 3 nəfər şəxsin yolu keçmək istədiyini görüb idarə etdiyi mopedin sürətini azaltmışdır ki, həmin şəxslər yolu keçsin. Lakin həmin şəxslərin yolu keçmədiyini görüb hərəkətimi davam etdirmiş və həmin vaxt qəflətən idarə etdiyi mopedin hərəkət zolağına “Tofaş” markalı avtomobil çıxmışdır. Həmin “Tofaş” markalı avtomobil əvvəlcə yolun kənarında dayanmış, lakin qəflətən “Tofaş”markalı avtomobil arxaya verə-verə idarə etdiyi mopedin hərəkət zolağına çıxmışdır. O, toqquşmadan yayınmaq üçün idarə etdiyi mopedi sola istiqamətləndirməyə çalışmış, lakin məsafə az olduğundan “Tofaş”markalı avtomobil idarə etdiyi mopedlə toqquşmuş və toqquşma zamanı sağ ayağı avtomobillə mopedin arasında qalmışdır. Toqquşmanın təsirindən o, mopeddən çıxmış və yerə yıxılmışdır. Yerə yıxılandan sonra ayağa qalxmaq istəsə də, sağ ayağının əyildiyini və hərəkət edə bilmədiyini görmüşdür. Sonra ona “Tofaş”markalı avtomobilin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs və ətrafda olan tanımadığı şəxslər yaxınlaşmış və onu elə “Tofaş”markalı avtomobilə əyləşdirib Sumqayıt şəhər TTYX-na gətirmişlər. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş və bir neçə gün sonra isə sağ ayağından əməliyyat olunmuşdur. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Onun barəsində hər hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olanMəhkəmə tibbi ekspertizasının 09.02.2021-cı il tarixli 170 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs: sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən köndələn sınığı xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 25.11.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edilir. İş materiallarında olanAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01.02.2021-cı il tarixli, 8/15 nömrəli rəyindən görünür ki, “Tofaş” markalı, **-OK-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsi tərəfindən verilmiş 18 yanvar 2021cı il tarixli 016-302-276-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına kompyuter bazasına əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 21.01.2021-ci il tarixli, 211 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı xəstəxananın 26.01.2021-ci il tarixli, 67 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 saylı xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan Siyəzən rayon Məhkəməsinin 1(059)-2/2021 saylı, 23.02.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) ay 16 (on altı) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasənazadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-321/2021 saylı, 28.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsi ilə məhkum olunmasına dair Siyəzən rayon Məhkəməsinin 1(059)-2/2021 saylı, 23.02.2021-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı ittihamdan imtina etdiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntülərini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 19.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfl ivə obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün səmimi etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odu rki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikas DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailəüzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəliliktörətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsindəişin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növü məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini, hadisəni əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza xərcinin ondan tutulub dövlət büdcəsinə ödənilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş“başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci bərabər tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-253/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-253/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver