Məhkəmə qərarları › İş №1(060)-253/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-253/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-253/2022 26.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçməsi 111-də qeydiyyatda olan, Abşeron rayonu, Novxanı kəndi fərdi evdə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 185.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,937 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, Niyazi küçəsində yerləşən “Oba” marketin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş vəziyyətdə olan 0,937 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgə əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanının dəmir darvazasından aşaraq həyətə qanunsuz daxil olub evin qapısını sıxıb açma yolu ilə içəri daxil olaraq oradan 1 ədəd 200 (iki yüz) manat dəyərində “Samsung” markalı televizoru, 1 ədəd 20 (iyirmi) manat dəyərində “Star” markalı peyk antenasının qəbuledicisini, 1 ədəd 40 (qırx) manat dəyərində “Lenova” markalı, “K50-t5” modelli mobil telefonu, 1 ədəd 10 (on) manat dəyərində “İntex” markalı hovuz dolduran nasosu, 1 ədəd 60 manat dəyərində 4 gözlü qaz sobasını, 1 ədəd 40 manat dəyərində 2 gözlü elektrik sobasını, 1 ədəd 60 manat dəyərində “Kenvood” markalı elektrik üyüdücününü, 1 qutu 12 manat dəyərində armudu stəkan dəstini, 1 ədəd 140 manat dəyərində planşeti, 1 ədəd 78 manat dəyərində uşaq teleskopunu, 1 ədəd 24 manat dəyərində uşaq mikroskopunu, 1 ədəd 10 (on) manat dəyərində qızılı qırmızı rəngli “yumurta” suveniri, 1 ədəd 10 (on) manat dəyərində qızılı rəngli “tısbağa” suveniri, 1 ədəd 10 (on) manat dəyərində “delfinlər” suveniri, 1 ədəd 10 (on) manat dəyərində “güzgü şkatulka” suveniri, 1 ədəd 10 (on) manat dəyərində göy rəngdə “su ayğırı” suveniri, 1 ədəd 10 (on) manat dəyərində üzərində saat olan “ev” suveniri, 1 ədəd 5 metrlik 4 manat dəyərində elektrik genişləndiricisini, 1 qutu 10 manat dəyərində “Roşen” markalı şokaladı, 1 ədəd 4 manat dəyərində üzgüçülük maskasını, 3 ədəd hər birinin dəyəri 3 manat olan mətbəx bıçağı, 1 ədəd üzərində günəş paneli olan 20 manat dəyərində fanarı və 1 ədəd 100 manat dəyərində “Mon Guerlain” markalı 100 ml qadın ətrini gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 891 (səkkiz yüz doxsan bir) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, talama məqsədi olmadan xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon 33 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 məxsus “Moskvic 412” markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomobilə daxil olub mühərrikini işə salaraq qanunsuz ələ keçirib idarə edərək qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci, 177.2.3-cü və 185.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 03 il olar ki, narkotik vasitə olan “heroin”dən istifadə edir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı ** CA *** dövlət qeydiyyat nişnalı avtomobil ilə taksi kimi Bakı şəhərinə müştəri apardıqdan sonra orada “20 Yanvar” metrosunun yaxınlığında tanımadığı bir nəfər şəxs yaxınlaşaraq Sumqayıta gedişin qiymətini soruşmuş, bundan sonra onunla söhbət etməyə başlamış və söhbət əsnasında onun narkotik vasitə istifadəçisi olmağını bilmişdir. Həmin şəxs ona üzərində narkotik vasitə olan kokos (heroin) olduğunu və 20 manata satdığını söyləmiş, o, həmin şəxslə razılaşıb narkotik vasitə olan kokosu (heroini) tanımadığı həmin şəxsdən 20 (iyirmi) manata şəxi istifadəsi üçün alaraq əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Elə həmin günü, yəni xx.xx.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhərinə qayıtdıqdan sonra taksi kimi öz işinə davam eləməyə başlamış, təxminən saat 20 radələrində avtovağzaldan Corat qəsəbəsinə iki nəfər tanımadığı müştəri götürmüşdür. Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsinə çatdıqdan sonra su almaq üçün maşını “Oba” marketin qarşısında saxlamış və düşmüşdür. O, idarə etdiyi avtomobildən düşəndən sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməyini xahiş etmişlər. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişlər və onu Sumqayıt şəhər Pİnin 1-ci polis bölməsinə dəvət etmişlər, o da etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. PB-də olan zaman ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, sonra polis əməkdaşları video çəkilişlə və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağını söyləyib şəxsi axtarış aparılmasına etirazının olub-olmadığını soruşmuş, o polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual edib, əgər varsa təqdim etməyini bildirmiş, o əynində olan boz rəngli şalvarının sağ yan cibində sellofana bükülmüş narkotik vasitə olan kokos (heroin) olduğunu söyləmiş və içərisində narkotik vasitə kokos (heroin) olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, həmin kokosu (heroin) bu gün Bakı şəhərində olduğu zaman “20 Yanvar” metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə “heroin” olan həmin bükülü tərəziyə qoyulub çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu və zərfi imzalamışlar. Həmçinin, PB-də olduğu zaman idarə etdiyi ** CA *** dövlət qeydiyyat nişnalı avtomobilə də polis əməkdaşları onun iştirakı ilə baxış keçirmişlər, lakin orada əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar olunmamış, bu barədə də prokol tərtib olunaraq imzalamışlar. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən, Əhməd adlı şəxsə məxsus bağa çöl darvazasının üzərindən keçərək, daxil olmuş, həmin vaxt evdə heç kim olmamış, həyətdə bir qədər irəlilədikdə, evin qapısının kilidli olmadığını görmüş, qapını açaraq içəri daxil olmuşdur. Əvvəlcə evin dəhlizinə daxil olmuş, oradan isə bir otağın qapısını açaraq içəri keçmiş, oradan bir ədəd televizor və divanın üzərində isə bir ədəd “Lenova” markalı telefon olduğunu görüb həmin əşyaları oğurlamaq niyyəti ilə yataq örtüyünə büküb götürmüş, evdən çıxarkən evin dəhlizində olan bir ədəd elektrik sobasını da götürüb evi tərk edərək, oradan yenidən darvazanın üzərindən, televizoru isə hasarla darvazanın arasından keçirib yoldan keçən 585 nömrəli avtobusa minərək Corat qəsəbəsinə gəlmiş, orada isə 12 nömrəli marşrutla Sumqayıt şəhəri Stansiya ərazisinə Əflatun adlı tanışının evinə getmişdir. Ona həmin əmlakları satdığını demiş və televizoru Əflatuna 70 manata, elektrik sobasını isə Əflatunun adını dəqiq bilmədiyi tanışına 50 manata satmış, “Lenova” markalı telefonu isə özündə saxlamışdır. Əldə etdiyi pulları şəxsi təlabatları üçün istifadə etmişdir. Sonradan polis əməkdaşları Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində ona yaxınlaşaraq oğurluqda şübhəli olduğunu bildirdikdə o etdiyi oğurluq hadisəsini etiraf etmiş və özündə olan “Lenova” markalı telefonu polis əməkdaşlaına təqdim etmişdir. 08 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazində yerləşən yeni tikili binanın qarşısından piyada keçən zaman orada ağaclıqda boz rəngli “Moskviç-412” markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomobil olduğunu və həmin avtomobilin qapısının açıq olduğunu görmüşdür. O, həmin avtomobilin salonuna baxan zaman açarının avtomobilin üzərində olduğunu görmüş və fikirləşmişdir ki, həmin avtomobili qaçıraraq yaşadığı ünvana getsin. O, həmin avtomobilə əyləşib üzərində olan açarla mühərrikini işə salmış və idarə edərək oradan uzaqlaşmışdır. O, yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən yaşadığı evə gəlmiş və avtomobili orada yerləşən gölün kənarında saxlayıb evə getmişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə axşam saatlarında avtomobili Sumqayıt şəhəri Novxanı bağları ərazisində idarə edən zaman polis əməkdaşları avtomobili saxlatdırmış və ondan özünü təqdim etməyini xahiş etmiş o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onu Sumqayıt ŞPİ-nin 1-ci PByə dəvət etmişlər və və idarə etdiyi həmin avtomobil də 1-ci PB-yə gətirmişlər. O, bölmədə törətdiyi əməli etiraf etmiş və bu barədə izahat vermişdir. xx.xx.2021-ci il tarixdə etdiyi oğurluq hadisədən başqa hər hansısa oğurluq hadisəsi törətməmiş, həmin oğurluğu törədən zaman ona kimsə köməkilk göstərməmiş, o, həmin cinayəti tək törətmişdir. Oğurladığı əmlakları satdığı Əflatun adlı şəxsə və onun tanışı olan şəxsə həmin soba və televizorun özünə məxsus olduğunu bildirmiş, onlara oğurluq olması barədə məlumat verməmişdir. “Moskviç-412” markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomobil qaçırdığı gün hava soyuq olduğundan və yaşadığı ünvana Sumqayıt şəhəri 8-ci mikrorayondan məsafə uzaq olduğundan piyada getməkdə çətinlik çəkəcəyini düşündüyündən, eləcə də taksi ilə getməyə üzərində pul olmadığı üçün həmin avtomobili qaçıraraq yaşadığı ünvana getmək qərarına gəlmiş, avtomobilə hər hansı zərər vurmamışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Zərərçəkmiş şəxs2 məhkəmədə göstərmişdir ki, “Moskvic 412” markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsusdur və həmin avtomobili 10 ildən artıq olar ki, etibarnamə ilə idarə edir. xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində “Moskvic 412” markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomobilini yaşadığım binanın qarşısında saxlayıb evə getmişdir. xx.xx.2021-ci il tarixdə saat 07:00 radələrində evdən çıxıb avtomobili saxladığı yerə gəldikdə avtomobili yerində aşkar etməmiş, həmin zaman ona məlum olmuşdur ki, avtomobili naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılmışdır. O, həmin vaxt DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, daha sonra isə onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər, o hadisə bardə ərizə və izahat vermiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. xx.xx.2021-ci il tarixdə onu 1-ci PB-yə dəvət etmişlər və oraya gedən zaman avtomobilinin tapıldığını ona bildirilmiş və avtomobili işlək vəziyyətdə ona təhvil verilmişdir. Avtomobilinə hər hansı maddi ziyan dəyməmiş, avtomobilini qaçıran şəxsi əvvələr tanımamış, avtomobili həmin yerdə saxlayan zaman avtomobilin açarını üzərində saxlamamış, açarı özündə olmuş, lakin həmin avtomobil köhnə olduğundan istənilən açarla və ya məftil qırığı ilə avtomobili asanlıqla işə salmaq mümkün olmuş, avtomobilin qapısı və pəncərəsi həmin vaxt bağlı olmuş, lakin əl ilə avtomobilin qapısının pəncərəsini aşağıya sürüşdürən zaman avtomobilin pəncərəsi açılmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 24 may 2022-ci il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı, şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrində göstərmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmir, onun iştirakı olmadam işə baxılmasını, ona dəymiş ziyan ödənilməməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhərində ailəsi ilə birlikdə yaşasa da Sumqayıt şəhəri, Novxanı bağlar massivi B-340 ünvanında bağ evi vardır, həmin evdən bağ evi kimi istifadə etdiyindən daimi yaşayış olmur. Sonuncu dəfə həmin bağdan xx.xx.2021-ci il tarixdə ailəliklə Bakı şəhərinə getmişlər, bir həftə sonra, xx.xx.2021-ci il tarixdə onlar bağ evinə geri qayıtdığı zaman evin qapısının qıfılının sındırıldığını, qapının bir qədər aralı olduğunu, görmüş, buna görə də tək o, evə daxil olmuş və ətrafa baxdıqda ilkin olaraq evin qonaq otağında olan televizorun yerində olmaması diqqətini çəkmiş və daha sonra evə bir qədər göz gəzdirdikdə, qaz sobası və lenova markalı telefonun evdə olmadığını görmüş və başa düşmüşdür ki, evindən həmin əşyalar oğurlanmışdır. O, DİN-nin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Sonradan evə geri qayıdıb evi dəqiq axtardıqda evindən naməlum şəxs və ya şəxslərin 1 ədəd 400 (dörd yüz) manat dəyərində “Samsung” markalı televizoru, 1 ədəd 30 (otuz) manat dəyərində “Star” markalı peyk antenasının qəbuledicisini, 1 ədəd dəyərini bilmədiyi “Lenova” markalı, “K50-t5” modelli mobil telefonu, 1 ədəd 10 (on) manat dəyərində “İntex” markalı hovuz dolduran nasosu, 1 ədəd 60 manat dəyərində 4 gözlü qaz sobasını, 1 ədəd 40 manat dəyərində 2 gözlü elektrik sobasını, 1 ədəd 60 manat dəyərində “Kenvood” markalı elektrik üyüdücününü, 1 qutu 12 manat dəyərində armudu stəkan dəstini, 1 ədəd 140 manat dəyərində planşeti, 1 ədəd 78 manat dəyərində uşaq teleskopunu, 1 ədəd 24 manat dəyərində uşaq mikroskopunu, 1 ədəd 10 (on) manat dəyərində qızılı qırmızı rəngli “yumurta” suveniri, 1 ədəd 10 (on) manat dəyərində qızılı rəngli “tısbağa” suveniri, 1 ədəd 10 (on) manat dəyərində “delfinlər” suveniri, 1 ədəd 10 (on) manat dəyərində “güzgü şkatulka” suveniri, 1 ədəd 10 (on) manat dəyərində göy rəngdə “su ayğırı” suveniri, 1 ədəd 10 (on) manat dəyərində üzərində saat olan “ev” suveniri, 1 ədəd 5 metrlik 4 manat dəyərində elektrik genişləndiricisini, 1 qutu 10 manat dəyərində “Roşen” markalı şokaladı, 1 ədəd 4 manat dəyərində üzgüçülük maskasını, 3 ədəd hər birinin dəyəri 3 manat olan mətbəx bıçağı, 1 ədəd üzərində günəş paneli olan 20 manat dəyərində fanarı və 1 ədəd 100 manat dəyərində “Mon Guerlain” markalı 100 ml qadın ətrini oğurladığını aşkar etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində qeyd etmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı məhəllə Nizami küçəsi, 111-də qeydiyyatda olan, Abşeron rayonu Novxanı bağlar massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X5, həmin bölmənin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid4, həmin bölmənin təhqiqatçısı, polis kapitanı X2 və Sumqayıt ŞPİ KTB-nin inspektor-kriminalisti, polis mayoru X3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, ərazisində yerləşən “Oba” marketin yanında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, yeni Corat qəsəbəsi, “Oba” marketin yanında olan zaman əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən bir nəfər şəxsin idarə etdiyi “Mercedes” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında piyada gəldiyini görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu söyləmiş, ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və üzərində şəxsi axtarış aparılması üçün 1-ci PByə dəvət etmişlər. O, heç bir etiraz etməyib onlarla birlikdə Sumqayıt ŞPİ 1-ci PB-yə gəlmiş, PB-də olan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı təkrar izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuş, o heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsi xahiş edilmiş, Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş vəziyyətdə bükülünü çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan “kakos” (heroin) olduğunu söyləmişdir. Həmin bükülüyə baxılarkən orada narkotik vasitə olan heroinə oxşar spesifik iyə malik qəhvəyi rəngli maddə aşkar olunmuş, onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, sonuncu həmin narkotik maddəni xx.xx.2021-ci il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhəri, “20 Yanvar” metrosnunun yaxınlığında olan zaman tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə özünün razılığı ilə baxış keçirilmiş, lakin hər hansı qanunla qadağan olunmuş maddə və ya narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə kiçik inspektoru Şahid4 Şahid5la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X7 da istintaq zamanı Şahid5la eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5-6 ay olar ki, taksi sürücüsü kimi tanıyır. Belə ki bir neçə dəfə Vidadi idarə etdiyi avtomobil ilə onu taksi kimi yaşadığı ünvana aparmışdır. 2021-ci ilin sentyabr ayının əvvələrində təxminən sentyabr ayının 3-də günorta saatlarında Vidadi onun yaşadığı evə gələrək Novxanı qəsəbəsində özünə məxsus bağ evini satdığını, həmin evdən götürdüyü özünə məxsus televizoru və qaz sobasını da satmaq istədiyini ona söyləyib, lazım olub-olmamasını soruşmuş, o televizora baxdıqdan sonra onunla razılaşıb 70 manata həmin “LG” markalı 82 dioqnallı televizoru Vidadidən almışdır. Vidadi qaz sobasını da ona təklif etsə də həm pulu olmadığı üçün həm də ehtiyac olmadığı üçün qaz sobasını ondan almamışdır. Sonra Vidadi həmin qaz sobasını Stansiya Sumqayıtda yaşayan tanımadığı şəxsə 50 manata satmışdır. Təxminən 1 ay əvvəl o, Vidadidən aldığı həmin “LG” markalı televizoru ehtiyacı olduğu üçün “Kolxoz bazarı”nda tanımadığı şəxsə 90 manata satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin, Şahid1 ifadəsində Vidadi həmin televizoru ona satan zaman özünə məxsus olduğunu söylədiyini, qaz sobasını da satan zaman alan şəxsə özünə məxsus olduğunu, bağ evini satdığı üçün orada olan həmin əşyaları da satdığını söylədiyini, Təqsirləndirilən şəxs qaz sobasını alan şəxsi Stansiya Sumqayıt sakini kimi tanıdığını, lakin adını və dəqiq yaşadığı ünvanı bilmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə xidmətdə olan zaman saat təxminən 20 radələrində Sumqayıt şəhəri Novxanı bağlar massivi, Sahil küçəsində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisindən qaçırılmış “Moskvic 412” markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomobilin hərəkətdə olmasını görüb saxlamışlar, həmin avtomobili idarə edən xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəflərindən aidiyyəti üzrə Sumqayıt ŞPİnin 1-ci PB-yə dəvət olunmuşdur. PB-də Təqsirləndirilən şəxs “Moskvic 412” markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomobili xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisindən idarə etmək üçün qaçırdığını bildirmiş və bu barədə raportla 1-ci PB-nin rəhbərliyinə məruzə etmişdir. avtomobil saxlayan zaman avtomobilin dövlət qeydiyyat nişanları üzərində olmuş, təhqiqatçı tərfindən baxış zamanı avtomobil işlək vəziyyətdə oluş, zədələnməmiş və avtomobildən hər hansı əşyanın oğurlanmadığı müəyyən edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BL-*** nömrəli, “M-412 minik” markalı avtomobil X4 adınadır.( i.v.9, 1 cild) İş materiallarında olan etibarnamədən görünür ki, **-BL-*** nömrəli avtomobillə bağlı Zərərçəkmiş şəxs2 və X6 baş etibarnamə verilmişdir. (i.v.11, 1 cild) İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan **-BL-*** nömrəli Moskviç markalı avtomobilə 5-ci PB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, avtomobil saz vəziyyətdə omuş, fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i.v.15-17, 1 cild) İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş, Zərərçəkmiş şəxs1 məxsus olan həyət evinə 1-ci PB-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir (i.v.64-67, 1 cild) İş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər vasitələri və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan edilmiş digər maddənin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs sağ əli ilə əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş kütləni çıxardaraq təqdim etmişdir. Ondan bükülülərdə olan kütlələrin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs olu həmin maddələrin narkotik vasitə olan kokos olduğunu, onu Bakı şəhərində, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmçinin onun şalvarının yan cibində 4 manat məbləğində nağd pul və “Prima” markalı siqaret aşkar edilmişdir. Pul və siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofana bükülmüş 1 ədəd büküm 1.07 qram olması müəyyən olunmuşdur. Çəkiliş zamanı Təqsirləndirilən şəxs tədim etdiyi narkotik vasitəyə bənzər kütlənin narkotik vasitə olan kokos olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 1 ədəd büküm narkotik vasitəyə bənzər kütlə elektron tərəzi götürülərək tədqiq olunması məqsədilə Azərbaycan Respublikaı Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir.(i.v.167-169, 1 cild) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 1,07 qram olan narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiqini tapmışdır.(i.v. 221-222, 1 cild) Məhkəmə iclasında nümayiş etdirilmiş diskdəki videogörüntülərdə də göstərilənlər təsdiq edildi. İş materiallarında olan “Avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər vasitələri və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarının olmadığını bildirmişdir. Sonra Mercedes- Benz 200 markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmişdir(i.v.170-172, 1 cild) İş materiallarında olan “Şübhəli olan şəxsin tutlması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2021-ci ildə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v 159-160, İ cild) İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir.(i.v. 210-212, 1 cild) İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutlması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2021-ci ildə saat 12:40-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v 92-93, İ cild) İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir.(i.v 131-133, İ cild) İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutlması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2021-ci ildə saat 12:40-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v 30, İ cild) İş materiallarında olan qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır.(i.v 24-25, İİ cild) İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3632 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN-in Zərflər üçün №125-li” dairəvi möhür əksi və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,937 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (i.v 182-186 İ cild) İş materiallarında olan Məhkəmə əmtəəşünaslıq ekspertizanın xx.xx.2021-ci il tarixli, 9/7478 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Lenova” markalı “K50-t5” modelli mobil telefonun istifadədə olması nəzərə alınaraq orta bazar qiyməti təxminən 40 manat müəyyən edilir. Təqdim edilməyən “Samsung” markalı 32 dioqnallı LCD televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq qiyməti təxminən 200 manat məyyən edilir. “Star” markalı peyk antenasının orta bazar qiyməti təxminən 20 manat müəyyən edilir. Ekspertiza təyin edilməsi haqqında qərarda göstərilmiş digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüsü, çəksi və.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılması mümkün olmamışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/7478 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir.(i.v 36-39 İİ cild) İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4224 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 235-236 İ cild) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 3837 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində 02.2016-cı ildən narkomaniya diaqnozu ilə qeydiyyatdadır.(i.v.234, 1 cild) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3632 saylı rəyi mötəbər sübut növü olduğundan və ekspertiza xüsusi biliklərə malik ekspert tərəfindən keçirildiyindən narkotik vasitə heroinin ekspert rəyində göstərilən 0,937 qram çəkisi əsas götürülmüşdür. xx.xx.2021-ci il tarixli 6/3632 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,937 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,887 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Lenovo” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/7478 saylı rəyi mötəbər sübut növü olduğundan və ekspertiza xüsusi biliklərə malik ekspert tərəfindən keçirildiyindən 01 ədəd “Samsung” markalı 32 diaqonallı LCD televizorun ekspert rəyində göstərilən 200 manat qiyməti, bir ədəd “Star” markalı peyk antenasının isə 20 manat qiyməti əsas götürülmüşdür. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bununla əlaqədar ayrılmış material Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs “Moskviç 412” markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomobili xx.xx.2021-ci il tarixdə talama məqsədi olmadan qaçırmaqla onun əməlində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid1 və bir ədəd qaz sobasını Təqsirləndirilən şəxs alan şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 194cü maddəsinin tərkib əlamətləri olmadığından onlar barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v 78 İİ cild) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, o, Sumqayıt şəhər Məhkməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsindən görünür ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməmişdir.(i.v 32-34 İİ cild) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 220 İ cild) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 185.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il il tarixdən həbsdə olduğundan cəzanın əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt ŞPİnin məsul saxlanışına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,887 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Lenova” markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 1 ədəd disk cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 164 (bir yüz altmış dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, 20 (iyirmi) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdən 22 avqust 2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulub saxlanmışdır. Onun tutularaq saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdən 22 avqust 2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulub saxlanıldığı 04 (dörd) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 11 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 164 (bir yüz altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,887 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Lenova” markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılsın, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar