Məhkəmə qərarları › İş №1(060)-253/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-253/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-253/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamamorta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə xx.xx.2007-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri 6-cı mikrorayon ev 30 mənzil 2-də qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə clasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Abşeron rayonu, St. Sumqayıt yaşayış massivi, 27 saylı binanın qarşısındakı avtobus dayanacağının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs2 məxsus köşkə qanunuz daxil olaraq oradan 01 ədəd 60 manat dəyərində olan DVR kamera aparatını, kassadan 100 manat pulu, bir ədədi 3,80 manat ümumi dəyəri 38 manat olan 10 ədəd «Kent» markalı siqareti, bir ədədi 4 manat, ümumi dəyəri 60 manat olan 15 ədəd «Sobraniya» markalı siqareti, bir ədədi 3,60 manat, ümumi dəyəri 54 manat olan 15 ədəd «Winston» markalı siqareti, bir ədədi 3 manat, ümumi dəyəri 45 manat olan 15 ədəd «LD» markalı siqareti, bir ədədi 2,70 manat, ümumi dəyəri 67,50 manat olan 25 ədəd «Rothmans» markalı siqareti və bir ədədi 2,70 manat, ümumi dəyəri 81 manat olan 30 ədəd «Winchester» markalı siqareti gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 505,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, St.Sumqayıt yaşayış massivi, Qubadlı qaçqın şəhərciyi, 31 saylı binanın qarşısına gələrək binanın 2-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 10 saylı mənzilin eyvanına qanunsuz daxil olaraq eyvanın divarına quraşdırılmış saxlanc yeri kimi nəzərdə tutulan plastik qutunun içərisindən 01 ədəd 180 manat dəyərində olan, «Tempo» markalı, 24-lük kombi istilik sistemini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 180 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, St.Sumqayıt qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yerləşən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus ev 31, mənzil 4 ünvanına pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oradan bir ədədi 120 manat dəyərində 02 ədəd, bir ədədi 80 manat dəyərində olan 02 ədəd istilik sistemi radiatorlarını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X10 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil edib xx.xx.2023-cü il tarixdə saat 21:55 dəqiqədə tanışı Zərərçəkmiş şəxs4 kirayədə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilində qonaq olarkən sonuncunun mobil telefonunda olan «LeoBank» mobil tətbiqinə daxil olaraq informasiya texnologiyalarından istifadə etməklə, Zərərçəkmiş şəxs4 adına olan "xxxx" ASC-yə aid 4098 8544 6856 3265 nömrəli «Leobank» plastik kartından İlkin Kərimovun adına olan "xxxx" ASC-yə aid 4098 5844 6841 3057 nömrəli «LeoBank» plastik kartına 500 manat nağd pulu köçürüb gizli yolla talamaqla Zərərçəkmiş şəxs4 500 manat məbləğində maddi ziyan vurmaqla informasiya texnologiyalarından istifadə edərək oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023cü il tarixdə tanışı Zərərçəkmiş şəxs4 kirayədə yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilində qonaq olarkən sonuncunun mənzilinin mətbəxində yerləşən masanın üzərində olan əl çantasından 1500 manat nağd pulu və 01 ədəd 585 əyarlı, 1,5 qram çəkidə olan, 135 manat dəyərində olan 01 ədəd qızıl boyunbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 1635 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil edib xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən «Lider market»in anbarının qarşısına gələrək cinayətkar niyyətin həyata keçirilməsi üçün rol bölgüsünə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 marketdə fəhlə işləyən Şahid12 başını qatmış, Təqsirləndirilən şəxs2lə anbarın qarşısında küçədə içərisində 01 blok 24 manat dəyərində «Veqas Slims boz Yava ağ» markalı, 01 blok 22 manat dəyərində «Bakı ağ» markalı, 01 blok 38 manat dəyərində «Kent 8» markalı, 01 blok 28 manat dəyərində «X15 PS Mini Qara» markalı, 01 blok 38 manat dəyərində «Kent Boz №1» markalı, 01 blok 28 manat dəyərində «X18 0.4» markalı, 01 blok 24 manat dəyərində « M aq n a M ini Ağ Q avallo D avudov UP Q» m arkalı, 01 blok 28 manat dəyərində «X16» markalı, 05 ədəd hər biri 3,10 manat, ümumi dəyəri 15,50 manat olan «LD Ekstra Ağ» markalı və 01 blok 23 manat dəyərində «X17» markalı siqaretlər olan bir ədəd qutunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 268,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,439 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 24 iyun 2024-cü il tarixdə saat 14:20 dəqiqədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Statistika İdarəsi ilə üzbə-üz avtoyuma məntəqəsinin qarşısında saxlanılaraq 4-cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,439 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil edib xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən «Lider market»in anbarının qarşısına gələrək cinayətkar niyyətin həyata keçirilməsi üçün rol bölgüsünə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 marketdə fəhlə işləyən Şahid12 başını qatmış, Təqsirləndirilən şəxs2lə anbarın qarşısında küçədə içərisində 01 blok 24 manat dəyərində «Veqas Slims boz Yava ağ» markalı, 01 blok 22 manat dəyərində «Bakı ağ» markalı, 01 blok 38 manat dəyərində «Kent 8» markalı, 01 blok «X15 PS Mini Qara» markalı, 01 blok 38 manat dəyərində «Kent Boz №1» markalı, 01 blok 28 manat dəyərində «X18 0.4» markalı, 01 blok 24 manat dəyərində «X20 Qavallo Davudov UP Q» markalı, 01 blok 28 manat dəyərində «X16» markalı, 05 ədəd hər biri 3,10 manat, ümumi dəyəri 15,50 manat olan «LD Ekstra Ağ» markalı və 01 blok 23 manat dəyərində «X17» markalı siqaretlər olan bir ədəd qutunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 268,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3- 1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 177.2.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, St. Sumqayıt adlanan ərazidə yerləşən 27 saylı binanın qarşısında olan köşkə yaxınlaşmış, bu zaman köşkün bağlı olduğunu və orada heç kimin olmadığını görmüşdür. Lakin dayanacaq tərəfdə kamera olduğunu görmüşdür. O, özü ilə gətirdiyi maskanı başına keçirmiş və dayanacaq tərəfdə olan kameranı dartaraq aşağı əyib başlığını (DVR) çıxartmışdır. Sonra köşkün qapısını özü ilə gətirdiyi vintaçanla sıxıb açmış və köşkə daxil olub müxtəlif markalı siqaretləri sellofan torbaya yığmış, kassa kimi istifadə edilən piştaxtanın altında olan kardon qutunun içərisindəki 100 manatlıq əskinazı götürüb cibinə qoyaraq köşkü tərk edib getmişdir. Oradan taksi sifariş edərək yaşadığı Sumqayıt şəhərinə gəlmişdir. O, götürdüyü siqaretləri hava işıqlanandan sonra saat təxminən 11 radələrində Sumqayıt şəhərində 9-cu mikrorayon ərazisinə gətirmiş və orada tanımadığı şəxslərə 130 manata satmışdır. Kameranın hissəsini isə sata bilmədiyi üçün zibil qutusuna atmışdır. Əldə etdiyi 130 manat pulu və köşkdən götürdüyü 100 manat pulu öz ehtiyaclarına xərcləmişdir. O, həmin cinayəti tək törətmiş və bu barədə kimsəyə deməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, St. Sumqayıt yaşayış massivində gəzərkən «Qubadlı Qaçqın şəhərciyi»ndə yerləşən binalardan birini görüb həmin binadan oğurluq etmək qərarına gəlmişdir. Sonra 31 saylı binanın birinci blokunun qarşısına gəlmişdir. Eyvanlara baxdıqda 2-ci mərtəbədə yerləşən mənzilin eyvanında olan kombi qutusunun açıq olduğunu görmüş, yerdən xırda daş götürüb mənzildə kiminsə olub-olmamasını yoxlamaq üçün eyvana atmışdır. Eyvana bir neçə dənə daş atdıqdan sonra ev sahibinin evdə olmadığına tam əmin olmuş, binanın böyründə olan nərdivanı binaya söykəyərək ikinci mərtəbənin eyvanına qalxmışdır. Eyvanda tapdığı açarla kombini sökmüş, əliylə qoltuğunun arasına qoyub nərdivanla aşağı düşmüşdür. Sonra nərdivanı aparıb yerinə qoyub oradan uzaqlaşmış və kombini aparıb gizlətmişdir. Səhəri gün yəni, xx.xx.2022-ci il tarixdə oğurladığı kombi aparatını Sumqayıt şəhərində «Şərq Bazarı» adlanan yerdə tanımadığı şəxsə 90 manata satıb əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin oğurluğu edərkən kimsə ona kömək etməmiş, tək etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Abşeron rayonu, St.Sumqayt yaşayış massivi, məcburi köçkünlər şəhərciyinə gedərək həmin yerdə oğurluq etmək üçün münasib bir yer axtarmağa başlamışdır. Bu zaman o, həmin şəhərcikdə yerləşən çoxmərtəbəli binaların birində, 1-ci mərtəbədə yerləşən mənzillərdən birində yaşayış olmadığını, həmin mənzildən oğurluq etmək üçün münasib şəraitin olduğunu görmüşdür. O, həmin mənzildə yaşayış olmadığına və yaxın ətrafda da heç kimin olmadığına tam əmin olduqdan sonra ilk öncə mənzilin eyvanına daxil olmuşdur. O, otaqlara nəzər yetirdikdən sonra mənzildə heç bir əşyanın olmadığını və yalnız divarlardan istilik sistemi radiatorlarının asıldığını görmüş, bundan sonra o, mənzildən dörd ədəd istilik radiatorunu özü ilə gətirdiyi qaz açarı ilə açaraq eyvana yığmışdır. Daha sonra o, radiatorları eyvandan binanın arxa tərəfində avtomobil yolunun yaxınlığına aparıb, taksi saxladaraq radiatorları yaşadığı evin yaxınlığına aparıb orada saxlamışdır. Elə həmin gün radiatorları səyyar qaydada metal qəbul edən şəxsə ümumilikdə 80 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. O, həmin cinayət əməlini tək törətmiş və bu barədə heç kimə bir söz deməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 bir neçə ildir ki, tanıyır. Belə ki, Səbinə onun dostu Nihadın anasıdır. O, həmin dövrdə bir ay olar ki, Nihadgildə gecələmişdir. Bundan başqa o, X8 da tanımışdır. İlkin də Nihadın bacısı Nərminin nişanlısı olmuşdur. Onun İlkinlə münasibəti yaxşı olmuşdur. Bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o, yenə də Səbinənin kirayədə yaşadığı Abşeron rayonu St.Sumqayıtda yerləşən mənzilində olmuş, həmin vaxt İlkin onunla əlaqə saxlayaraq Səbinənin telefonundan Leobank proqramına girib sonuncunun kartından pul oğurlayıb onun telefonuna göndərməsini söyləmişdir. O, Səbinədən İnstaqram sosial şəbəkəsinə girmək adı ilə mobil telefonunu istəmiş, Səbinə etiraz etmədən telefonunu ona vermişdir. O, həmin mobil telefonun, həm də “Leobank” mobil tətbiqinin şifrəsini bilmişdir. Səbinədən telefonu alandan sonra o, telefonda olan Leobank proqramına girib İlkinin adına olan Leobank bank kartına 500 manat pul göndərmiş, o, pulu oğurlayıb İlkinə göndərdikdən sonra Səbinənin onun oğurluğundan xəbəri olmaması üçün telefona gələn sms-i silmiş, proqrama gələn bildirişi isə gizlətmişdir. Bir neçə dəqiqə telefonla oynadıqdan sonra telefonu Səbinəyə qaytarmış və çıxıb getmişdir. Daha sonra İlkinlə görüşmüş və həmin 500 manat puldan İlkin ona 200 manat pul vermişdir. Həmin 200 manat pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Qeyd edir ki, X2 əl çantasından 1500 manat pul və qızıl boyunbağı oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 tanımışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, Cavidanla görüşüb Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisinə gəlmiş, onlar həmin ərazidə yerləşən “Lider market”-in arxa tərəfində küçədə yerləşən skamyada oturmuşlar. Bu vaxt bir nəfər şəxsin marketin anbarından küçəyə mineral su yeşiklərini yığdığını görmüşlər. Su yeşiklərinin yanında isə ağzı açıq formada olan bir ədəd qutu olmuşdur. Qutunun içərisində isə müxtəlif markalı siqaret bloklarının olduğu görünmüşdür. O, Cavidana təkilf etmişdir ki, həmin qutudakı siqaretləri oğurlayaraq aparıb satsınlar. O, marketin arxasında işçinin başını qatacağı Cavidanın isə həmin qutunu götürüb qaçması ilə bağlı aralarında razılıq əldə etmişlər. Razılaşdıqdan sonra o, həmin işçi ilə söhbət edərək onun başını qatmış, Cavidan isə küçədə içərisində müxtəlif növ siqaretlər olan qutunu götürüb orandan uzaqlaşmış, yəni qaçmışdır. Bundan təxminən 2-3 dəqiqə sonra o, Cavidanın yanına getmiş, birlikdə 18-ci məhəllə ilə üzbə-üz “El market'in yanına gəlmişlər. Onlar oradan taksiyə əyləşərək 42-ci məhəllə gəlmiş, oradan piyada 9-cu mikrorayon ərazisinə gəlmişlər. Orada məhəllələrin arasında olan kiçik dükana yaxınlaşaraq, dükana girib satıcı ilə söhbət etdikdən sonra çölə çıxmışdır. Cavidana satıcı ilə razılaşıb, siqaretləri bu dükana sata biləcəklərini bildirmişdir. Bundan sonra o, siqaretləri həmin şəxsə satmış, əldə olunmuş 189 manat pulu birlikdə xərcləmişlər. xx.xx.2023-cü il tarixdə o, oğurluqda şübhəli bilindiyi üçün 3-cü PB-nə dəvət edilmişdir. Orada o, oğurluq etdiyini etiraf etmiş və bu barədə izahat vermişdir. O, polis bölməsinə gətirilərkən üzərində dırnaqtutan formasında kiçik ölçülü cib bıçağı olmuşdur. O, bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Bundan başqa bildirir ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən bir nəfər şəxslə qarşılaşmış, həmin şəxsdən 20 manata 01 ədəd siqaret kağızı bükümündə psixotrop maddə olan metamfetamin alaraq Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Statistika İdarəsinin binasının qarşısında yerləşən avtoyuma məntəqəsinə gəlmişdir. Həmin gün saat 14 radələrində işlədiyi avtoyuma məntəqəsinin qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, nədə şübhəli olduğunu izah edərək 4-cü PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə PB-nə getmişlər. PB-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün müdafiəçi təqdim olunmuş, üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynindəki şalvarın cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmiş, bükümün içərisində metamfetamin olduğunu, saxlanıldığı gün səhər saatlarında Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuşhəmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edildikdən sonra qablaşdırılaraq möhürlənmişdir. Saxlanılarkən və PB-də olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Əməllərindən peşmandır, hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq tərəfindən ödənilmiş, sonuncuların ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etdi ki, Əzizi hadisədən biriki ay əvvəl tanımışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, Əzizlə görüşüb Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisinə gəlmiş, həmin ərazidə yerləşən “Lider market”in arxa tərəfində küçədə yerləşən skamyada oturmuşlar. Bu vaxt bir nəfər şəxsin marketin anbarından küçəyə mineral su yeşiklərini yığdığını görmüşlər. Su yeşiklərinin yanında isə ağzı açıq formada olan bir ədəd qutu olmuşdur. Qutunun içərisində isə müxtəlif markalı siqaret bloklarının olduğu görünmüşdür. Əziz ona həmin qutudakı siqaretləri oğurlayaraq aparıb satmağı təklif etmişdir. Razılaşmalarına əsasən Əziz marketin arxasında işçinin başını qatmalı, o, isə həmin qutunu götürüb qaçmalı olmuşdur. Onlar razılaşdıqdan sonra Əziz həmin işçi ilə söhbət edərək onun başını qatmış, o, isə küçədə içərisində müxtəlif növ siqaretlər olan qutunu götürüb oradan qaçmışdır. Ondan təxminən 2-3 dəqiqə sonra Əziz onun yanına gəlmiş, birlikdə 18-ci məhəllə ilə üzbə-üz “El market”in yanına gəlmişlər. Onlar oradan taksiyə əyləşərək onları 42-ci məhəllə ərazisinə oradan isə piyada 9-cu mikrorayona gəlmişlər. Orada məhəllələrin arasında kiçik dükana yaxınlaşmış, Əziz dükana girib satıcı ilə söhbət etdikdən sonra çölə çıxmışdır. Əziz satıcı ilə razılaşıb, siqaretləri bu dükana sata biləcəklərini ona bildirmişdir. Siqaretləri həmin şəxsə sataraq əldə olunmuş pulları birlikdə xərcləmişlər. xx.xx.2023-cü il tarixdə o, dostu Qəhrəmanla birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ərazisində H.Əliyev parkında olarkən polis əməkdaşları onlara yaxınlaşıb səs-küy saldıqları üçün onlara irad bildirib onları 3-cü PB-nə gətirmişlər. Orada o, oğurluq etdiyini etiraf etmiş və bu barədə izahat vermişdir. Oğurladıqları siqaretləri Əziz satmış, yəni alıcı ilə o, söhbət etmişdir. Əziz siqaretlərin oğurluq olduğunu alıcıya bildirməmişdir. Şahid12 izahatında onlar oğurluq etdikdən sonra onların arxanızca qaçdığını bildirsə də çata bilməməsini bildirməsi ilə bağlı bildirir ki, o, həmin şəxsin onların arxasınca qaçdığını görməmiş və ya onları çağırdığını eşitməmişdir. O, başqa yerdə oğurluq etməmişdir. Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlayıb 3-cü PB-nə aparılarkən onun üzərində bıçaq olmamışdır. Əməllərindən peşmandır, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı özünə aid hissədə tam olaraq ödəmiş, ona qarşı heç bir şikayət və tələb yoxdur. Qeyd olunanların nəzərə alınmasını, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətməsi öz ifadələri ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə tam təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 02 avqust 2023cü il tarixdə o, Siyəzən rayonuna getmiş, 05 avqust 2023-cü il tarixdə saat 20 radələrində o, ünvan 5 ünvanında yerləşən mənzilinə gəlmiş, həmin gün Əziz də evdə olmuşdur. O, evə girəndə əl çantasını mətbəxdə olan masanın üzərinə qoymuş, Əziz ondan 4 manat siqaret pulu istəmişdir. O, da ona pul vermək üçün evin mətbəxində masanın üzərinə qoyduğu əl çantasından pul çıxarmışdır. Əziz həmin vaxt çantada çoxlu pul olduğunu görmüşdür. Belə ki, çantasında 1500 manat pul və 200 manatlıq qızıl qadıq boyunbağı olmuşdur. O, Əzizə 4 manat pul vermiş, sonra çıxıb gedərək hamamda çimmişdir. Hamamdan çıxdıqdan sonra Əziz ondan telefonunu istəmişdir. O, ona telefonunu vermişdir. Əziz həm onun telefonunun həm də teelfonunda olan LeoBank proqramının şifrəsini bilmişdir. Onun telefonu ilə 15-20 dəqiqə oynadıqdan sonra telefonunu ona qaytarmış, sonra evdən çıxıb getmişdir. Əziz evdən çıxandan sonra həmin gün saat təxminən 23 radələrində telefonuna baxdıqda Leobank proqramından ona bildiriş gəldiyini görmüşdür. Bu zaman onun “LeoBank” kartından İlkinin “LeoBank” kartına 500 manat pul göndərildiyini müəyyən etmişdir. O, dərhal çantasına da baxışmış, çantasından 1500 manat pulun və 200 manatlıq qızıl boyunbağının da oğurlandığını müəyyən etmişdir. O, bunların hamısını Əziz etdiyini başa düşmüşdür. O, Əziz və İlkinə nə qədər zəng etsə də, onların heç biri telefona cavab verməmişlər. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs4 ərizəsində ona dəymiş ziyanın ödənildiyini,sikayət və tələbinin olmadığını, cəza təyini zamanı qeyd etdiklərini nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram vuraraq işləri ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi ifadəsini elan etməklə tədqiq etmişdir. Belə ki onun ibtidai istinaq zamanı verdiyi ifadəsindən görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən «Lider market» ona məxus olmaqla, uzun illərdir fəaliyyət göstərmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, mağazaya gələndə ona məlum olmuşdur ki, iki nəfər yetkinlik yaşına çatmayan şəxs marketin anbarının qarşısında küçədə içərisində müxtəlif markalı siqaretlər olan qutunu oğurlayıb aparmışlar. Belə ki, onlardan biri marketin işçisi Şahid12 başını qatmış, digər şəxs isə həmin qutunu götürərək oradan uzaqlaşmışdır. Bundan sonra İzzət siqaretlərin oğurlanması ilə bağlı 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Onlara sonradan məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər olmuşdur. Marketə məxsus bir ədədinin qiyməti 2,31 manat olan, ümumi dəyəri 23,10 manat təşkil edən 01 blok «Veqas Slims boz Yava ağ» markalı, bir ədədinin qiyməti 2,13 manat olan, ümumi dəyəri 21,30 manat təşkil edən 01 blok «Bakı ağ» markalı, bir ədədinin qiyməti 3,74 manat olan, ümumi dəyəri 37,40 manat təşkil edən 01 blok «Kent 8» markalı, bir ədədinin qiyməti 2,75 manat olan, ümumi dəyəri 27,50 manat təşkil edən 01 blok «X15 PS Mini Qara» markalı, bir ədədinin qiyməti 3,74 manat olan, ümumi dəyəri 37,40 manat təşkil edən 01 blok «Kent Boz №1» markalı, bir ədədinin qiyməti 2,75 manat olan, ümumi dəyəri 27,50 manat təşkil edən 01 blok «X19 0.4» markalı, bir ədədinin qiyməti 2,33 manat olan, ümumi dəyəri 23,30 manat təşkil edən 01 blok «X20 Qavallo Davudov UP Q» markalı, bir ədədinin qiyməti 2,75 manat olan, ümumi dəyəri 27,50 manat təşkil edən, 01 blok «X16» markalı, bir ədədinin qiyməti 3,06 manat olan, ümumi dəyəri 15,30 manat təşkil edən 05 ədəd «LD Ekstra Ağ» markalı və bir ədədinin qiyməti 2,29 manat olan, ümumi dəyəri 22,90 manat təşkil edən 01 blok «X17» markalı siqaretlər oğurlanmışdır. O, oğurlanmış siqaretlərin adları və qiymətləri olan satış sənədini təqdim etmişdir. Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın ödənildiyini, aralarında barışıq əldə edildiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, bu səbəbdən sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs1 ibtidai istinaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Abşeron rayonu, St.Sumqayıt yaşayış massivi, ünvan 7 ünvanında yerləşən ev ona məxsusdur. Həmin mənzil birinci blok ikinci mərtəbədə yerləşməklə 3 otaqdan ibarətdir. Ev təmirlidir, evi isitmək üçün kombi istilik sistemi aparatından istifadə etmişdir. Kombi aparatını isə evin eyvanında plastik qutunun içərisində divara quraşdırmışdır. O, Sumqayıt şəhərində yaşadığı üçün həmin evdə yaşamır. Arada gəlib həmin evə baxıb getmişdir. Belə ki, 06 noyabr 2022-ci il tarixdə evə gəldikdə evin eyvanında olan kombi üçün nəzərdə tutulmuş plastik qutunun qapısının açıq olduğunu, həmin qutuya baxdıqda qutunun içərisində quraşdırılmış kombi aparatının yerində olmadığını görüb oğurlandığına tam əmin olduqdan sonra DİN-nin 102 xidmətinə zəng edərək evindən kombi aparatının oğurlanması barədə məlumat vermişdir. Həmin kombi “Templo” markalı, 24-lük olmaqla 700 manata almışdır.Onun evindən kombi istilik sistemi aparatından başqa bir əşya və ya pul oğurlanmamış, oğurluq naticəsində ona 700 manat maddi ziyan dəymişdir. Hadisə nəticəsində evdən 700 manat dəyərində “Templo” markalı, 24-lük kombi oğurlanmışdır. İş üzrə Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, bu səbəbdən sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs2 ibtidai istinaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, 02 oktyabr 2022-ci il tarixdə saat 02-dən, 04 radələrinədək olan müddət ərzində St.Sumqayıt yaşayış massivi 27-ci binanın qarşısında ona məxsus köşkdə oğurluq baş vermişdir. Həmin köşk şəhid ailəsinə məxsus olmuş, lakin o, həmin köşkü icarəyə götürüb oraya tütün, şirniyyatlar, sair bu kimi məhsullar və ərzaqlar gətirib satmaqla məşğul olmuşdur. Həmin köşkdə olan məhsulların hamısını öz pulu ilə almışdır. Baş vermiş oğurluq hadisəsi barədə ona yaxınlıqda yaşayan əlillər məlumat vermişlər. Bundan sonra ora gələn zaman köşkün plastmas materialdan olan qapısının qırıldığını və qapının açıq olduğunu görmüşdür. O, köşkə daxil olmuş və oradan 350 manatlıq tütün məhsulları, 150 manatlıq DVR kamera yaddaşı və kassadan 100 manat nəğd pulun oğurlandığı görmüşdür. Həmin vaxt əlillər artıq polisə məlumat vermiş, o, orada olan zaman polis əməkdaşları gəlib baxış keçirmişlər. Baş vermiş oğurluq nəticəsində köşkdən 10 ədəd “Kent” siqareti, 15 ədəd “Sobraniya” siqareti, 15 ədəd “Winston” siqareti, bir ədədi 15 ədəd “LD” siqareti, 25 ədəd “Rothmans” siqareti və 30 ədəd “Winchester” siqareti oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Abşeron rayonu, St. Sumqayıt qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC şirkətinin inşa etdiyi, lakin istifadəyə verilməmiş çoxmərtəbəli yaşayış binalarının nəzarətçisi, yəni təhlükəsizlik mühəndisi işləmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, həmin çoxmərtəbəli yaşayış binalarına nəzarət edən zaman hər şeyin öz qaydasında olduğunu görmüş, lakin xx.xx.2023-cü il tarixdə saat 04:30 radələrində o, nəzarət etmək məqsədilə həmin binalara və mənzillərə yenidən baxarkən 31 saylı binanın 4 nömrəli mənzilin eyvanının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra o, həmin mənzilə daxil olub otaqlara baxarkən hər biri 120 manat dəyərində olan 2 ədəd və hər biri 80 manat dəyərində olan 2 dəd istilik sistemi radiatorlarınm divarlardan sökülərək oğurlandığını, bununla da Zərərçəkmiş şəxs3 MMC-yə ümumilikdə 400 manat məbləğində maddi ziyan dəydiyini görmüşdür. Ona görə də o, həmin vaxt DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək baş vermiş həmin oğurluq hadisəsi ilə bağlı araşdırma aparmağa başlamışlar. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında saat xx.xx.2024-cü il tarixdə 14:20 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Statistika İdarəsi ilə üzbə-üz avtoyuma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılmış, özlərini təqdim edərək ona nədə şübhələnildiyini izah edib 4-cü PB-nə dəvət etmişlər. Əziz heç bir etiraz etməmiş, onlarla birlikdə 4-cü PB-nə gəlmişlər. PB-də xidməti otaqlardan birində videokamera, təyin edilmiş müdafiəçinin iştirakı ilə Əzizin üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində olan qeyri-qanuni əşyalar varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Əziz əynindəki şalvarın cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Xatırladığı qədərilə bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən olunmuş, sonra həmin maddə qablaşdırılaraq möhürlənmişdir. İş üzrə Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, sonuncu oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin PPXT-nun 2-ci bölüyünün polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 03:20 radələrində 9180 çağırışlı avtopatrulda postaçı yoldaşları polis nəfərləri polis serjantı Şahid3, polis serjantı Şahid5 və manqa komandiri, polis baş serjantı Şahid10lə birlikdə xidməti əraziləri olan Sumqayıt şəhəri, H.Əliyev Mərkəzinin yaxınlığında iki nəfər şəxsin yüksək səslə danışıb qışqırdıqlarını görüb onlara yaxınlaşmış, onlar özlərini təqdim etdikdən sonra onların səs-küy salaraq ictimai asayişi pozduqlarını bildirmişlər. Həmin şəxslərin birinin üzərində cib bıçağı olmuş, həmin şəxs bıçağı özü onlara təqdim etmişdir. Onlar həmin şəxslərin şəxsiyyətini dəqiqləşdirmək üçün onları avtopatrulla 3-cü PB-nə gətirmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs2 və X3r. Onlar həmin şəxsləri PB-nə təhvil vermişlər. O, həmin şəxlərdən birini üzərindən götürdüyü cib bıçağını da bölməyə təhvil vermişdir. O, bununla bağlı raport yazmışdır. O, bıçağın dəqiq kimin üzərində olmasını xatırlamır. O, aşkar olunmuş bıçağı növbətçi hissəyə təhvil vermişdir. Lakin bıçağın nə üçün materiala əlavə olunmaması barədə bir fikri yoxdur. Şahid qismində dindirilmiş Şahid3 və Şahid5 oxşar məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid10 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Şahid10 İbtidai məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən müəyyən edilmişdir ki, o, Şahid4la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin PPXT-nun 1-ci bölüyünün polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 01:45 radələrində 9136 çağırışlı avtopatrulda postaçı yoldaşları polis nəfərləri polis kiçik serjantı Şahid6, polis serjantı Şahid9, manqa komandiri Şahid7la birlikdə xidməti əraziləri olan Sumqayıt şəhəri, «20 Yanvar» küçəsində xidmətdə olarkən bir nəfər şəxsin küçədə piyada gəzdiyini və həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra onun gecə vaxtı nə üçün küçədə piyada gəzdiyini və haraya getdiyini soruşmuş, söhbət əsnasında o, 17-ci mkrorayon ərazisində yerləşən Playstation klubdan 01 ədəd oyun aparatını oğurladığını bildirmişdir. Həmin şəxs onlarla söhbət edən zaman tez-tez əlini belinə apardığı üçün onlar ondan belində nə olduğunu soruşmuşlar. Bu vaxt həmin şəxs belində olan cib bıçağını çıxarıb onlara təqdim etmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1dir. Şahid9 Təqsirləndirilən şəxs1 polis bölməsinə təhvil verilməsi ilə bağlı raport yazmışdır. Onun bıçağın aqibəti ilə bağlı məlumatı yoxdur. Eləcə də bıçağın nə üçün materiala əlavə olunmaması barədə bir fikri yoxdur. Onlar adətən bıçağı növbətçi hissəyə təhvil verirlər. Şahid9 məhkəmə iclasında verdiyi ifadəsində Şahid8 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinləniməklə ibtidai istintaqda vedikləri ifadələri elan edilməklə tədqiq edilmiş şahidlər Şahid6, Şahid7 oxşar məzmunlu ifadə verərək Şahid8 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tərəflərin fikri dinlənilərək ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən «Lider market»də fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, marketin yerləşdiyi binanın zirzəmisindən müştərilərə gedən malları çıxarıb küçəyə yığmışdır. O, su yeşiklərini və içərisində müxtəlif markalı siqaret blokları olan qutunu çıxarıb küçəyə qoymuş, həmin vaxt küçədə iki nəfər cavan oğlan olmuşdur. Bu vaxt həmin oğlanlardan biri ona yaxınlaşmışdır. O, həmin şəxsi tanımış, belə ki, onun adı Əziz olmuşdur. Həmin şəxs əvvəllər marketin yaxınlığında yaşadığı üçün o, onu tanımışdır. Əziz onunla söhbət etməyə başlamış, sonra o, zirzəmiyə düşmüşdür. O, zirzəmidən çıxanda Əzizin küçədə olmadığını, eyni zamanda küçədə içərisində siqaretlər olan qutunun da olmadığını görmüşdür. O, marketin qarşı tərəf gedib yenidən zirzəmi tərəfə qayıtmış, Əzizin qaçdığını görüb onun qaçdığı istiqamətə getmişdir. O, Əzizi görüb onun arxasınca qışqırsa da digər şəxsi görməmişdir. Əziz isə ondan çox aralıda olduğu üçün onun səsini eşitməmişdir. O, dərhal 3-cü PB-nə gedib hadisə barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ümumilikdə 255 manat dəyərində müxtəlif markalı siqaretlər oğurlanmışdır. O, siqaret qutusunu oğurlayan şəxsi oğurluq edib qaçarkən görməmişdir. O, Əzizin qaçdığını görüb onun arxasınca qaçsa da o, ondan çox aralıda olmuşdur. Həm də o, marketdə tək olduğundan eyni zamanda anbar da açıq olduğundan onların arxasınca çox qaçmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM 234.1-ci ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 24 iyun 2024-cü il tarixdə, saat 14:20 dəqiqədə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 20); Təqsirləndirilən şəxs1 26 iyun 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 56-57); “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v.66- 67); “Təqsirləndirilən şəxsin X7 azad edilməsi, qətimkan tədbirinin seçilməsi” barədə 26 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. ( cild İ, i.v. 68-69); “şəxsi axtarışın keçirilməsi haqqında” 24 iyun 2024-cü il tarixli protokolundan görünür ki, 24 iyun 2024-cü il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Statistika İdarəsi ilə üzbə-üz avtoyuma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs1 4-cü PB-nin əməkdaşları tərəfindən saat 14:20 dəqiqədə saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri ilə bağlı bildirişi təqdim edilir. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 təqdim olunur. O, vəkilə etiraz etmir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Atayev əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir. Şəxsi axtarış dava etdirilir, lakin onun üzərindən heç bir əşya və ya paredmet aşkar olunmur. Sellofan bükümə baxıb içərisində ağ rəngli kristalşəkilli maddə olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmin bükümün içərisindəki maddənin «şüşə» olduğunu və bükümü həmin gün səhər saatlarında Novxanı ərazisindən tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirir. Aşkar edilmiş bükümdə olan maddə elektron tərəzidə çəkilir və çəkisinin 0,58 qram olduğu müəyyən olunur. Aşkar olunmuş həmin maddə qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. (cild İ, i.v 29-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3365 nömrəli 25 iyun 2024-cü il tarixli fiziki-kimyəvi rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,439 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild İ, i.v.39-43) 07 avqust 2023-cü il tarixli “cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Şahid12 müraciəti əsasında toplanılmış HK-1/1510 nömrəli material üzrə fakta görə CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, i.v. 90) “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 07 avqust 2023-cü il tarixdə, saat 20:40 dəqiqədə Təqsirləndirilən şəxs2 21:50 dəqiqədə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur ( cild İ, i.v. 150, 176); 09 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 188-189); “yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v.197-199); “yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin X7 azad edilməsi, qətimkan tədbirinin seçilməsi” barədə 09 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 dərhal azad edilmiş və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. ( cild İ, i.v. 220-221); 09 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 205-206); “yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v.213-215); “yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin X7 azad edilməsi, qətimkan tədbirinin seçilməsi” barədə 09 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 dərhal azad edilmiş və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. ( cild İ, i.v. 225-226); 01 noyabr 2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, CM-nin 177.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsindən ötrü CM-nin 177.2.1. 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirililərək ********* nömrəsində davam etdirilmiş və cinayət işi üzrə əməl CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-ci maddələrinə tövsif edilmişdir. (cild İİ, i.v. 34-37) İstintaq zamanı Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 onun bank kartından oğurladığı puldan başqa çantasından 1500 manat pul və 01 ədəd qızıl boyunbağını da oğurladığını Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (cild İİ, i.v. 96-98) 12 avqust 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İİ, i.v 109-110); “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 12 avqust 2023-cü -cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İİ, i.v.117-119); “qətimkan tədbirinin nəzərə alınması haqqında” 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. (cild İİ, i.v. 125-126) Zərərçəkmiş şəxs1 müraciəti əsasında başlanılmış ********* nömrəli cinayət işi üzrə üzrə Təqsirləndirilən şəxs1 14 avqust 2023-cü il tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. (cild İİ, i.v. 209) Zərərçəkmiş şəxs2 müraciəti əsasında başlanılmış ********* nömrəli cinayət işi üzrə üzrə Təqsirləndirilən şəxs1 15 avqust 2023-cü il tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İİİ, i.v. 43-44) Zərərçəkmiş şəxs3 MMC-dən oğurluq olması faktı əsasında başlanılmış ********* nömrəli cinayət işi üzrə üzrə Təqsirləndirilən şəxs1 16 avqust 2023-cü il tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. (cild İİİ, i.v. 100, 124) Təqsirləndirilən şəxs1 barəsində 01 iyun 2024-cü il tarixdə axtarış elan edilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində saxlanılaraq, Sumqayıt ŞPİ-ə təhvil verilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İV, i.v. 18-28) Təqsirləndirilən şəxs1 barəsində 15 iyul 2024-cü il tarixdə axtarış elan edilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində saxlanılaraq, Sumqayıt ŞPİ-ə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmaqla, saxlanıldığı MSY-dən azad edilmişdir. (cild İV, i.v. 66-77) Təqsirləndirilən şəxs1 əməli xx.xx.2024-cü il tarixdə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələrinə tövsif edilmiş, ona bu məzmunda yenidən ittiham elan edilmişdir. (cild İV, i.v. 113-114, 124-126) İstintaqı zamanı Təqsirləndirilən şəxs1un verdiyi ifadəsi yerində yoxlanılmış və o, oğurluq etdiyi yeri göstərmiş, bununla bağlı müvafiq protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (İİ cild iş vərəqə: 180-184; İİİ cild iş vərəqə: 18-20; 89-90) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3159 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansıbir psixi xəstəlikvə ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də sonuncu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətlərinin CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında və fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyri-stabillik, öz maraqlarını üstün tutmaq, nümayişkaranəlik, vəziyəti qabartmağa və ətrafdakıların diqqətini öz üzərinə yönəltməyə meyillilik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. O, cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 hadisə ilə əlaqədar özündən uydurub danışması müşahidə olunmamışdır. (cild İİİ, i.v. 227-230) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3156 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ittiham edildiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətlərinin CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğundur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Emosional-iradi sferasında və fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyri-stabillik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmamışdır. (cild İV, i.v. 02-05) Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 20 iyun 2024-cü il tarixli 9\3774 saylı rəyində göstərilmişdir ki, 01 blok «Veqas Slims boz Yava ağ» markalı siqaretin qiyməti 24 manat, 01 blok «Bakı ağ» markalı siqaretin qiyməti 22 manat, 01 blok «Kent 8» markalı siqaretin qiyməti 38 manat, 01 blok «X15 PS Mini Qara» markalı siqaretin qiyməti 28 maant, 01 blok «Kent Boz №1» markalı siqaretin qiyməti 38 manat, 01 blok «X19 0.4» markalı siqaretin qiyməti 28 manat, 01 blok «X20 Qavallo Davudov UP Q» markalı siqaretin qiyməti 24 manat, 01 blok «X16» markalı siqaretin qiyməti 28 manat, 05 ədəd «LD Ekstra Ağ» markalı siqaretin ümumi qiyməti 15,50 manat, 01 blok «X17» markalı siqaretin qiyməti isə 23 manat təşkil etmişdir. Ekspertiza təyini haqqında qərarda göstərilən “Lider” marketə məxsus 10 adda malların 2023-cü ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 268.50 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 585 əyarlı, 1,5 qram çəkidə olan, 01 ədəd qızıl boyunbağının 2023-cü ilin avqust ayına orta bazar qiyməti nəzəri qaydada 135,00 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Tempo” markalı, 24-lük kombi istilik sistemi (orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq) 2022-ci ilin noyabr ayına orta bazar qiyməti nəzəri qaydada 180 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 işlətdiyi köşkdən oğurlanmış 01 ədəd DVR kamera aparatının və digər müxtəlif markal siqaretlərin 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti nəzəri qaydada aşağıdakı kimi müəyyən edilmişdir. 01 ədəd DVR - qiyməti (orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq) 60 manat, 10 ədəd “Kent” markalı siqaretin bir ədədi 3,80 manat olmaqla ümumilikdə 38 manat, 15 ədəd “Sobraniya” markalı siqaretin bir ədədi 4 manat olmaqla ümumilikdə 60 manat, 15 ədəd “Winston” markalı siqaretin bir ədədi 3,60 manat olmaqla ümumilikdə 54 manat, 15 ədəd “LD” markalı siqaretin bir ədədi 3 manat olmaqla ümumlikdə 45 manat, 25 ədəd “Rothmans” markaıl siqaretin bir ədədi 2,70 manat olmaqla ümumilikdə 67,50 manat, 30 ədəd “Winchester” markalı siqaretin bir ədədi 2,70 manat olmaqla ümumilikdə 81 manat; Zərərçəkmiş şəxs3 MMC-yə məxsus mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Buna görə də həmin məhsullar üzrə qiymətləndirmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin qeyd etdiyi qiymətlə yəni bir ədədi 120 manat dəyərində 02 ədəd, bir ədədi 80 manat dəyərində olan 02 ədəd istilik sistemi radiatorlarını ümumi qiyməti 400 manat olaraq hesablanmalıdır. Beləliklə Zərərçəkmiş şəxs5 ümumilikdə 268,50 manat, X6ma 2135 manat, Zərərçəkmiş şəxs1 180 manat, Zərərçəkmiş şəxs2 505,50 manat və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 400 manat maddi ziyan dəymişdir. (cild İV, i.v. 43-46) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 6046 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild İV, i.v. 80-81). DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild İV, i.v. 14-15) DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır(cild İV, i.v. 16-17) “sübutların qiymətləndirilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 , 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə ilə elan edilmiş ittiham və barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının, məhkəmə ekspertizasının rəyləri, məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.389 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs5 məxsus 10 ədəd siqaret qutusu olmaqla, 01 qutu Veqas, 01 qutu Kent8, 01 qutu Palmali mentol Palmall, 01 blok Kent1, 01 qutu Palmall 04, 01 blok ağ Magna, 01 blok boz Rothmans, 05 ədəd (qutu) LD Compakt və 01 qutu Keno Platinum markalı siqaretlər maddi sübut kimi tanınaraq məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 180, 181, 186, 228.4 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs2 barəsində CM-nin 177.2.2, 180, 181 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid11 əməlində CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild İV, i.v. 183-209); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özlərinin etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2055-ci il tarixli qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. CM-nin 234.1-ci maddələrinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən psixotrop maddə metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarın minimum həddindən artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının qorunmasına istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 429-434-cü maddələrinin tələblərinin təmin olunmasına xüsusi diqqət yetirmiş, icraatın aparılmasına xüsusi həssaslıqla yanaşmışdır. İstintaq zamanı və məhkəmə baxışında həmin maddələrdə və Azərbaycan Respublikası CPM-nin 435-ci maddəsində nəzərdə tutulan prosessual qaydalara və tələblərə əməl edilməklə icraat aparılmışdır. Cəza təyini və cəza növünün seçilməsi zamanı da göstərilən normalarla bərabər Azərbaycan Respublikası CM-nin 84-86-cı maddələrinin tələbləri hüdudlarında işin halları, yetkinlik yaşına çatmayanın şəxsiyyəti və digər hallar qiymətləndirilərək təqsirləndirilən şəxslərə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 85.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə nəzərə almalıdır ki, cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə həm Təqsirləndirilən şəxs1 həm də Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, onların şəxsiyyətini, yetkinlik yaşına çatmadıqları dövrdə ilk dəfə az ağır cinayət törətmələrini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, həmçinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda islah yolunda olmasını və cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, CM-nin 85.4-1-ci maddəsinin tələblərinə uyğun həddə təyin edilməsi daha məqsədəuyğundur. Təqsirləndirilən şəxslərə bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. CM-nin 85.4-1.-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməllərindən peşman olmasını, cinayəti törədərkən yetkinlik yaşına çatmadığını (oğurluq əməllərinə münasibətdə), dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslər ilə barışıq əldə olunması və onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs1 tərəfindən törədilən hər bir əmələ fərdi yanaşaraq sonuncunun cəzasının yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür . Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələrinə münasibətdə CM-nin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, CM-nin 234.1-ci maddəsinə münasibətdə isə həmin Maddənin sanksiyasında nəzərdə tutulan həcmdə azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməli, ibtidai istintaq zamanı 07 avqust 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixədək, 24 iyun 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək, 03 sentyabr 2024-cü il tarixdən 04 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ibtidai istintaq zamanı barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, cinayəti törədərkən yetkinlik yaşına çatmadığını, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxs ilə barışıq əldə olunması və onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzası CM-nin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməli, ibtidai istintaq zamanı 07 avqust 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi isə CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 0.389 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, 10 ədəd siqaret qutusu olmaqla, 01 qutu Veqas, 01 qutu Kent8, 01 qutu Palmali mentol Palmall, 01 blok Kent1, 01 qutu Palmall 04, 01 blok ağ Magna, 01 blok boz Rothmans, 05 ədəd (qutu) LD Compakt və 01 qutu Keno Platinum markalı siqaretlər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 geri qaytarılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkillər Müdafiəçi1 və Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 maddələri ilə 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 05 (beş) gün müddət 1 günə 2 gün hesabı ilə hesablanmaqla təyin edilən cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 9 ünvanını tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 avqust 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzasının müddəti qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək ünvan 11 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli manat) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar: - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.389 qram psixotrop maddə metamfetamin məhv edilsin. - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 10 ədəd siqaret qutusu olmaqla, 01 qutu Veqas, 01 qutu Kent8, 01 qutu Palmali mentol Palmall, 01 blok Kent1, 01 qutu Palmall 04, 01 blok ağ Magna, 01 blok boz Rothmans, 05 ədəd (qutu) LD Compakt və 01 qutu Keno Platinum markalı siqaretlər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 geri qaytarılsın. - Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar