Məhkəmə qərarları › İş №1(060)-254/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-254/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-254/2025 24.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Qubadlı rayonu Xələc kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 58 saylı uşaq bağçasında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Yaşma Bağları yaşayış massivi, 72-73 döngələr arasında küçədə yerləşən həmin ərazidə yaşayan sakinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 2008-ci ildə işlənmiş və işlək vəziyyətdə alınmış, 2015-ci ilədək istifadədə olmuş, 2000-ci illərin əvvələrində Rusiyada istehsal edilmiş, 6.000 manat qiymətində 630 kv. ölçülü, 3 fazalı, yağla soyudulan yüksək gərginlikli güc transformatoru lazımsız və istifadəsiz olmasına dair yalan məlumat verərək cinayətkar niyyətindən xəbərsiz olmuş tanışı Şahid4 və şəxsiyyəti istintaqa məlum olmayan kran avtomobil sürücüsü vasitəsilə gizli yolla talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 6.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq elmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə 23 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixə olan müddət ərzində gündüz saatlarında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Tukzavod deyilən ərazidə yerləşən Zərərçəkmiş şəxs3 məxsus fəaliyyətini dayandırmış Ağac emalı zavoduna aid əvvəllər həmin zavoda yüklərin gətirlib aparılması üçün nəzərdə tutulmuş zavodun çöl hissəsində mühafizə olunmayan ərazidə çəkilmiş dəmir yolu xəttinin relslərin kəsilməsinə icazə almasına dair yalan məlumat verərək cinayətkar niyyətindən xəbərsiz olmuş tanışı Şahid1, qaynaqçı Şahid3, fəhlə Şahid2 və sürücü Şahid4 vasitəsilə dəmir yolu xəttinin 1 metrinin qiyməti 40 manat, ümumi dəyəri 10.680 manat, uzun müddət istifadədə olmuş R- 43 tipli polad-dəmir metal qarışıqlı relslərin 267 metr uzunluğunda olan hissəsini vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 10.680,00 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs4 həbsdə olan əri X5 azadlığa buraxdıracağına köməklik edəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 08 noyabr 2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Fəxri” marketin yaxınlığında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 1300 manat pulu alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs4 1300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsini dolandırmaq üçün qara metal tullantılarının alış-satışı ilə məşğul olur. 2023-cü ilin təxminən iyul ayının 16-da Sumqayıt şəhəri, Yaşma bağlarına şəxsi işi bağlı getmişdir. Orada yerləşən mağazalardan birindən siqaret alıb çıxmış, mağazanın yaxınlığında yerləşən həyətdə qeyri-işlək vəziyyətdə transformator olduğunu görmüşdür. Mağazanın yanında olan sonradan adını Zahid bildiyi şəxsdən həmin transformatorun kimə məxsus olduğunu soruşmuş, Zahid həmin transformatorun ona məxsus olduğunu və işlək vəziyyətdə olmadığını demişdir. O, Zahiddən transformatoru satıb-satmadığını soruşmuş, Zahid 1000 manat pul müqabilində həmin transformatoru sata biləcəyini demişdir. O, isə Zahidə 700 manat pul verə biləcəyini demişdir. İki gündən sonra saat 13 radələrində həmin yerə getmiş, oradan yükdaşıma xidmətinə zəng etmiş və həmin yerə kran yük avtomobili göndərilməsini xahiş etmişd. İki saat sonra həmin yerə kran gəlmişdir. Transformatoru həmin avtomobilə yüklədikdən sonra 700 manat pulu Zahidə vermişdir. Həmin vaxt orada yaxınlığında 72-73-cü döngələr arasında yerləşən küçədə mişar daşından hörülmüş tikilinin üstündə olan elektrik cərəyanından ayrılmış köhnə və qeyriişlək vəziyyətdə olan başqa transformator olduğunu görmüş, həmin transformatoru da almaq istədiyini Zahidə demiş, Zahid həmin transformatorun ona məxsus olmadığını və kimə məxsus olmasını soraqlamağı demişdir. Daha sonra o, Zahiddən aldığı transformatoru Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən qara metal qəbulu məntəqəsinə aparmış və orada işləyən sonradan adını Orxan bildiyi şəxsə transformatoru hissələrə sökməyini demişdir. Orxan transformatoru hissələrə ayırdıqdan sonra o, sonuncuya 50 manat zəhmət haqqı vermiş və tranformatorun sökülmüş hissələrini həmin gün Sumqayıt şəhərində rastlaşdığı özünü “X12” şirkətinin işçisi kimi təqdim etmiş və iri yük avtomobili idarə edən metal qəbulu ilə məşğul olan şəxsə tullantı metal kimi ümumilikdə 940 manata satmışdır. O, gördüyü digər istifadədə olmayan transformatoru da götürüb satmağı düşünmüş, ona görə də xx.xx.2023-cü il tarixdə günorta saatlarında Orxanın işlədiyi sexə getmiş, digər transformatoru yerindən söküb gətirməsini etmişdir. Orxan onun etdiyi xahişə etiraz etməmiş və onlar birlikdə Sumqayıt şəhəri, Yaşma bağlarına getmişlər. Orada olan zaman yükdaşıma xidmətinə zəng etmiş və həmin əraziyə kran yük avtomobili gətizdirmişdir. Kran transformatoru azca qaldırmış, daha sonra Orxan transformatoru bərkidildiyi yerdən sökmüş və avtomobilə yükləyərək Orxanın sexinə aparmışdır. Orxan həmin transformatoru hissələrə ayırdıqdan sonra sonuncuya 50 manat zəhmət haqqı vermiş və tranformatorun sökülmüş hissələrini bir gün əvvəl Zahidin transformatorunu satdığı özünü “X12” şirkətinin işçisi kimi təqdim şəxsə zəng edərək sexə çağırmış və ümumilikdə 240 manata satmışdır. O, həmin transformatorun kimə məxsus olduğunu bilməmişdir. Zahiddən bu barədə soruşanda sonuncu həmin transformatorun ona məxsus olmadığını və bu barədə maraqlanmağını məsləhət görmüşdür. Buna görə də lazımsız olduğunu düşünmüş və həmin transformatoru götürmək qərarına gəlmişdir. O, həmin transformatoru aparan zaman yanında Orxan və kran avtomobil sürücüsü olmuşdur. Həmin küçədə yaşayış az olduğu üçün yanında və ətrafda heç kim olmamış və onları heç kim görməmişdir. Orxanın onun həmin küçədə olan digər transformatoru özbaşına götürməsi barədə məlumatı olmamışdır və ona bu barədə heçnə deməmişdir. Kran avtomobili sürücüsü də Orxan kimi bu barədə məlumatsız olmuşdur. Kran avtomobilin qeydiyyat nömrəsini bilməmiş və sürücüsünü də tanımamışdır. O, küçədə olan digər transformatoru hissələrə sökdürüb satdığı iri yük avtomobil sürücüsünün adını və avtomobilin qeydiyyat nömrəsini bilmir. Bundan başqa Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində Tukzavod deyilən yerdə yerləşən Ağac emalı zavoduna gedən dəmir yol xəttini bir müddət əvvəl görmüş, həmin zavodun uzun müddət fəaliyyət göstərmədiyini bilmişdir. O, həmin dəmir yol xəttinin nə qədər imkanı olsa relslərini oğurlamağı və sataraq pul əldə etməyini fikirləşmişdir. xx.xx.2023-cü il tarixdə tanışı Vaqifə zəng etmiş və Sumqayıt şəhəri, Tuk zavod deyilən ərazidə istifadəsiz olan dəmir metalların kəsilməsi işində ona köməklik etməsini xahiş etmişdir. Vaqif buna etiraz etməmiş və Vaqifə dəmir kəsmək üçün ona qaynaqçı tapmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Vaqif ona zəng edərək Hikmət adlı qaynaqçı tapdığını və günü 80 manata işlədiyini demiş və o, Vaqifə razılıq vermişdir. Hikmət ona kislorod və propan qazı lazım olduğunu demiş, o da "Ford Tranzit" yük avtomobili idarə edən tanışı Orxana zəng edərək dəmir kəsmək üçün kislorod təşkil etməsinixahiş etmişdir. Orxan onun istədiklərini həll edəcəyini və kislorod balonunun günlük icarəsi 8 manata olduğunu bildirmişdir. O, Orxanla razılaşmış və özünün də propan qazı olmuşdur. Daha sonra o, fəhlə üçün Sumqayıt şəhəri, Daş bazarı deyilən yerə getmiş, orada fəhlə bazarında sonradan adını Kənan bildiyi fəhləyə dəmir kəsilmə işi gördürməyini demiş, fəhlə həmin işi 20 manat müqabilində görməyi bildirmiş və onlar razılığa gəlmişlər. Onlar birlikdə Tuk zavod ərazisinə getmişlər. Bir qədər sonra oraya Vaqif Hikmətlə birlikdə gəlmişlər. Vaqif ondan nə iş görüləcəyini soruşan zaman dəmir yolu xəttinin relslərini kəsdirəcəyini, relslərin istifadəsiz olduğunu, bununla bağlı icazə aldığını demiş və əldə eldiyi puldan ona da hörmət edəcəyini demişdir. O, Vaqifə həmin relsləri qeyri-qanuni əldə etmək istəyini bildirməmişdir. Hikmət də ondan nə iş görüləcəyini soruşmuş, o, Hikmətə dəmir yolu xəttinin relslərini kəsilməsini, relslərin istifadəsiz olduğunu və bununla bağlı icazə aldığını demişdir. Bir qədər sonra Orxan idarə etdiyi avtolmobillə kislorod gətirmiş, Orxanla yol xərci 20 manat və icarəyə götürdüyü kislorod balonlarının pulunu relsləri satdıqdan sonra ödənilməsi baarədə razılığa gəlmişlər. Kənan və Orxan da ondan relslər barədə soruşan zaman o, relslər üçün icazə aldığını, heç bir problem olmayacağını demiş və onları inandırmışdır. Daha sonra onlar dəmir yolu xəttinin relslərini kəsməyə başlamışlar. O, Hikmətə relsləri 2-3 metr uzunluğunda kəsməyi göstərişini cermişdir. Hikmət qaynaq vasitəsilə relsləri kəsmişdir. O və Kənan Hikmətə köməklik etmişlər. Vaqif də onlar üçün yemək, su və lazım olan nə varsa gətirmişdir. O, Vaqifə xərclər üçün 200 manat vermiş və orada olmayan zaman işə nəzarət etməsini demişdir. Orxanın Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən sex işlətməsini bildiyi üçün həmin gün Orxandan relsləri zəhmət haqqı müqabilində onun sexinə daşımasını xahiş etmişdir. Orxan ona etiraz etməmişdir. Həmin gün axşamadək işləmiş və dəmir yolu qoşa xəttinin təxminən 200 metr uzunluğunda hissəsini 2-3 metr hissələrə bölüb kəsdirmişdir. Orxan da gün ərzində kəsdirdiyi relsləri öz avtomobili ilə Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən sexə daşımışdır. Həmin gün o, Vaqifə qaynaqçı Hikmətə 100 manat verməyini xahiş etmiş və fəhlə Kənana da 20 manat vermişdir. Orxana isə relsin satışından pul əldə etdikdən sonra pul verəcəyini, növbəti gün də rels kəsdirəcəyini və sexə daşımasını demişdir. Ertəsi gün rels kəsilən yerə gedə bilmədiyi üçün işçiləri ora gətirməsini Vaqifə tapşırmış və dəmir yol xəttinin relslərinin qalan hissəsinin kəsilməsinə davam edilmişdir. Lakin, günorta saatlarında Vaqif ona zəng edərək hava isti olduğu üçün Hikmətin işini davam edə bilmədiyini və işin dayandırıldığını demişdir. Orxan da ona dediyi kimi həmin gün kəsdirdiyi relsləri sexə daşımışdır. Kəsilmiş dəmir yol relslərinin bir maşınını Orxan sataraq pulunu ona vermişdir. Məhkəmə istintaqının sonrakı mərhələsində təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs qismən fərqli ifadələr verərək qeyd etmişdir ki, kəsdirdiyi dəmir yolu relslərini polis əməkdaşları aşkar etdikdən sonra onları bir yük maşınına yükləyərək 5-ci Polis Bölməsinə aparmışlar, qalanını isə Zərərçəkmiş şəxs3 özü yük avtomobilinə yükləyərək aparmışdır. Dəmir yolu relslərini kəsdirsə də onları satmamışdır. Kəsilmiş dəmir yolu relslərinin Zərərçəkmiş şəxs3 tərəfindən yük avtolbilində aparılmasının video görüntüləri də vardır. Göründüyü kimi təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində verdiyi ifadələri ilə məhkəmə istintaqının sonrakı mərhələsində verdiyi ifadələri ilə arasında qismən ziddiyyətlər olmuşdur. Təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonrakı mərhələsində verdiyi ifadələr onun ibtidai istintaq zamanı verdiyi ifadələri ilə də ziddiyyət təşkil etmişdir. Belə ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həmin hissədə bildirmişdir ki, o özü də gün ərzində qara metal alışı ilə məşğul olan adamlarla maraqlanmış və təsadüfən rastlaşdığı adını bilmədiyi “Kamaz” markalı avtomobil sürücüsü ilə danışmış və aralarında relsləri satmaq barədə razılıq əldə olunmuşdur. Həmin sürücü ondan relslər barədə soruşmuş və relslərin istifadəsiz yerdən icazə ilə əldə eldiyini demişdir. Onun kəsdirdiyi rels 43 ölçülü olmaqla hər metri təxminən 43 kq çəkidə olur, qara metal kimi kiloqramını 47 qəpiyə və paslanma xərclərini çıxmaqla həmin şəxslə ümumilikdə 3750 manata razılaşmış və Orxanın sexinə daşıtdırdığı relsləri həmin gün “Kamaz” markalı avtomobil sürücüsünün gətirdiyi fəhlələrə avtomobilə yüklətmiş və satmışdır. Orxana zəhmət haqqı və icarəyə götürdüyü kislorod balonlara görə 100 manat vermiş və qalan relsləri kəsib satdıqdan sonra əlavə pul verəcəyini demişdir. Qalan pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs bundan əlavə bildirmişdir ki, hazırda zərərçəkmiş şəxslər İdarak Cəfərov və Zərərçəkmiş şəxs2 vurduğu zərəri ödəmiş, onlarla barışıq əldə etmiş və sonuncuların ona qarşı hər hansı tələb və şikayəti yoxdur. Göstərilən halları, həmçinin müharibə veteranı olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdır ki, o, 2000-ci ildən ailəsi ilə birlikdə Sumqayıt şəhəri. Yaşma bağları yaşayış massivi, 82-ci döngədə yerləşən 1601 saylı fərdi yaşayış evində yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Həmin ünvana köçən zaman ərazidə onun ünvanında elektrik işığı olmamış, bir neçə il elektrik generatordan istifadə etmiş, daha sonra isə küçədə quraşdırılmış transformatordan istifadə etmişdir. Həmin transformator 2008-ci ildə sıradan çıxdığı üçün o və həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs2 öz hesablarına Sumqayıt şəhər avtovağzalının yaxınlığında həmin vaxt fəaliyyət göstərən transformator təmiri və satışı mərkəzindən işlənmiş və işlək vəziyyətdə olan 6850 manat pul verərək transformator almışlar. Onlar həmin transformatoru gətirərək 72-73-cü döngələr arasında yerləşən küçədə həmin vaxtı mişar daşından tikdirdikləri tikilinin üzərində quraşdırmışlar. Həmin tikiliyə sakinlərlə birlikdə pul toplayaraq ümumilikdə 2300 manat, bundan başqa laboratoriya yoxlanışı, istismara qoşulması və işçi qüvvəsinə ümumilikdə 2400 manat pul sərf etmişlər. Daha sonra sakinlərlə birlikdə pul toplayaraq müxtəlif diametrdə olan yüksək gərginliyə davamlı kabelləri ümumilikdə 1200 manata almışlar. Həmin transformatoru 2015-ci ilədək istifadə etmişlər və onların təmirinə vaxtaşırı nəzarət etmişlər. 2016-cı ildə "xxxx" ASC tərəfindən yaşadıqları əraziyə yeni transformator yerləşdirilmiş və istifadə etdikləri transformator elektrik cərəyanından ayrılmışdır. Həmin transformator olduğu yerdə qalmışdır. 2023-cü iln avqust ayının əvvəl günlərində həmin transfomratorun yerində olmadığını aşkar etmişlər. Onlar bu barədə sakinlərlə maraqlanmışlar. Lakin, heç bir nəticə olmadığı üçün baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə müraciət etmişdir. Həmin trasformatoru o və Zərərçəkmiş şəxs2 öz vəsaitləri hesabına 6850 manata almışlar və həmin transformator onlara məxsusdur. Oğurlanmış tranformator 2000-ci illərin əvvəllərində Rusiyada istehsal edilmiş, 630 kva ölçülü, 3 fazalı, yağla soyudulan yüksək gərginlikli güc transformator olmuşdur. Ona və Zərərçəkmiş şəxs2 ümumilikdə 6850 manat maddi ziyan dəymişdir. Transformatordan başqa onun heç bir əmlakları oğurlanmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı heç şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdır ki, o, 2000-ci ildən etibarən ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivi, 76-cı döngədə yerləşən 351 saylı fərdi yaşayış evində yaşayır. Heç bir yerdə işləmir. Həmin ünvana köçən zaman ərazidə onun ünvanına elektrik işığı olmamış, bir neçə il elektrik generatordan istifadə etmiş, sonradan küçəyə quraşdırılmış transformatordan istifadə etmişdir. Həmin transformator 2008-ci ildə sıradan çıxdığı üçün o və həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs1 öz hesablarına Sumqayıt şəhər avtovağzalının yaxınlığında həmin vaxt fəaliyyət göstərən transformator təmiri və satışı mərkəzindən işlənmiş, işlək vəziyyətdə 6850 manat pul verərək transformator almışlar. Həmin transformatoru 72-73-cü döngələr arasında yerləşən küçədə mişar daşından tikdirdikləri tikilinin üzərində quraşdırmışlar. Həmin tikiliyə sakinlərlə birlikdə pul toplayaraq ümumilikdə 2300 manat, bundan başqa laboratoriya yoxlanışı, istismara qoşulması və işçi qüvvəsinə ümumilikdə 2400 manat sərf etmişlər. Daha sonra müxtəlif diametrdə yüksək gərginliyə davamlı kabelləri sakinlərlə birlikdə pul toplayıb ümumilikdə 1200 manata almışlar. Həmin transformatoru 2015-ci ilədək istifadə etmişlər və təmirinə vaxtaşırı nəzarət etmişlər. 2016-cı ildə "xxxx" ASC tərəfindən yaşadıqları əraziyə yeni transformator yerləşdirilmiş və istifadə etdikləri transformator elektrik cərəyanından ayrılmışdır. Həmin transformator olduğu yerdə qalmışdır. 2023-cü iln avqust ayının əvvəllərində İdrak ona həmin transformatorun yerində olmadığını demiş, bu barədə sakinlərlə maraqlanmışlar. Lakin heç bir nəticə olmadığı üçün İdrak baş vermiş oğurluqla bağlı polisə müraciət etmişdir. Həmin trasformatoru o və Zərərçəkmiş şəxs1 öz vəsaitləri hesabına 6850 manata almışlar. Həmin transformatorlar onlara məxsusdur. Oğurlanmış tranformator 2000-ci illərin əvvəllərində Rusiyada istehsal edilmiş. 630 kva ölçülü, 3 fazalı, yağla soyudulan yüksək gərginlikli güc transformatoru idi. O və Zərərçəkmiş şəxs1 ümumilikdə 6850 manat maddi ziyan dəymişdir. Transformatordan başqa heç bir əmlakları oğurlanmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı heç şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 bir neçə dəfə məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, ona vurulmuş ziyan üzrə heç bir ödəniş edilməmiş və şikayətçidir. Məhkəməyədək iclasında Zərərçəkmiş şəxs3 oğlunun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Tuk zavod deyilən ərazidə yerləşən ümumi sahəsi 7204,2 kv/m olan Ağac emalı zavodu atası X4 məxsus olmuşdur. Atası xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra həmin mülkiyyət miras əmlak kimi notarial qaydada xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onun mülkiyyətinə verilmişdir. Həmin zavodda əvvəllər ağac emalı həyata keçirilmiş, 2008-ci ildən etibarən öz fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Zavod fəaliyyətdə olan zaman zavodun həyətinə yüklərin gətirilib aparılması məqsədilə baş dəmir yolu xəttindən zavodun hesabına dəmir yolu xətti çəkilmişdir, həmin dəmir yolu xətti ilə yüklər qatarla gətirilib aparılırmış. O da vaxtaşırı olaraq gəlib zavoda baş çəkirmiş, zavodun bir nəfər Valeh adlı mühafizəçisi vardır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Valeh ona zəng edərək zavodun çöl hissəsindən keçən zavoda məxsus dəmir yolu xəttinin relslərin naməlum şəxslər tərəfindən kəsilərək aparılması barədə məlumat vermiş, o, da həmin yerə gələndə həqiqətən də zavoda məxsus dəmir yol xəttinin relslərin bir hissəsinin kəsilib oğurlandığını aşkar etmiş və dərhal bu barədə polisə məlumat vermişdir. Məlum olmuşdur ki, o, gələnə qədər polislər həmin şəxsləri saxlayıb bölməyə aparmışlar. Araşdırma zamanı məlum olmuşdur ki, zavoda məxsus dəmir yolu xəttinin relslərinin 270 metr hissəsi kəsilib oğurlanmışdır. Zavoda aid dəmir yolu xəttinin relsləri R-43 tipli, polad-dəmir metal qarışıqlıdır, relslərin 270 metr hissəsi kəsilib oğurlanmışdır. Ona ümumilikdə təxminən 11.000 manat maddi ziyan dəymişdir. Zavoda məxsus başqa heç bir əşya oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində (keçmiş Metallurq) yerləşən 1 saylı inzibati binada məskunlaşmışlar. 2023-cü ilin yay aylarıda Sumqayıt şəhəri, Metallurq küçəsində metal qəbulu məntəqəsi işlədir. Həmçinin icarəyə götürdüyü **-VP-*** dövlət qeydiyyat nişanlı, "Ford Tranzit yük" markalı avtomobillə sifariş əsasında yüklər daşıyaraq ailəsini dolandırır. 2023-cü ilin iyul ayının təxminən ortalarında dəqiq xatırlamadığı tarixdə məntəqədə olan zaman sonradan adını Əlövsət bildiyi şəxs kran manipulyator avtomobili ilə elektrik transformatoru gəlirib hissələrə sökməyi və ona təhvil verməyini xahiş etmişdir. O da həmin gün transformatoru hissələrə sökmüş və Əlövsətə təhvil vermişdir. Gördüyü işin müqbilində Əlövsət ona 50 manat zəhmət haqqı vermişdir. Təxminən 1-2 gündən sonra günorta saatlarında Əlövsət yenidən məntəqəyə gəlmiş, digər bir transformatoru da söküb, eyni zamanda məntəqəyə gətirərək hissələrə sökməyini xahiş etmişdir. O da etiraz etməmiş və onlar birlikdə Sumqayıt şəhəri Yaşma bağları yaşayış massivinə getmişlər. Orada küçələrin birində mişar daşından hörülmüş tikilinin üzərində elektrik cərəyadan ayrılmış transformatoru Əlövsət ona göstərmiş, həmin transformatoru bərkidildiyi yerdən sökməyini demiş, sonra həmin yerə kran manipulyator avtomobili gəlib transformatoru azca qaldırmış, o da transformatorun tikiliyə qaynaqla bərkidildiyi yerlərdən sökmüş və transformator avtomobilə yükləyib öz işlətdiyi məntəqəsinə getmişdir. Orada o, həmin transformatoru hissələrə sökmüş və Əlövsətə təhvil vermişdir. Əlövsət ona 50 manat zəhmət haqqı vermişdir. O, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi küçədə olan digər transformatoru həmin ərazidə yaşayan X11 adlı şəxsin sözü, yəni sahibsiz olduğunu və sonuncuya 50 manat verməklə apara biləcəyini demişdir. O, Zahid Zamanovu tanımır və heç vaxt görməmişdir, həmçinin Əlövsətin kiminləsə də transformator barədə danışığının şahidi olmamışdır. Təqsirləndirilən şəxs küçədə olan digər transformatoru oğurluq yolu ilə əldə etdiyi barədə heç bir məlumatı olmamışdır və Əlövsət ona bu barədə heç nə deməmişdir. O, sadəcə olaarq Əlövsət üçün cəmi iki ədəd transformatoru hissələrə söküb özünə təhvil vermiş və Əlövsət onun zəhmət haqqını vermişdir. O, transformatorları daşıyan kran manipulyator avtomobilin qeydiyyat nömrəsini bilməmiş və kranın sürücüsünü də tanımamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə səhər saatlarında Əlövsət ona zəng edərək dəmir doğramaq üçün kislorod balonları təşkil etməyini xahiş etmişdir. O bu barədə maraqlanmış kislorodun 1 balonunu günlük 8 manata icarəyə verildiyini öyrənmiş və bu barədə Əlövsətə zəng edərək demişdir. Əlövsət bununla razılaşmış və 6 ədəd kislorod balonu götürüb Tukzavod ərazisinə gətirməsini xahiş etmişdir. O da Əlövsətin dediyi kimi Tukzavod ərazisinə 6 ədəd kislorod balonu aparmışdır. Orada Əlövsəti, sonradan adlarını Vaqif bildiyi tanışı, Kənan adlı fəhlə və Hikmət adlı qaynaqçı olmuşdur. Əlövsət orada göstərdiyi relsin istifadəsiz olduğu üçün kəsilməsi ilə bağlı icazəni aldığını demişdir. O da kislorod balonlarını boşaltmış, Əlövsət relsləri saldıqdan sonra ona yol xərci 20 manat, icarəyə götürdüyü balonların icarə pulunu ödəyəcəyini demiş və o da heç bir söz deməmişdir. Həmin gün Əlövsət ona Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən nəzarətini həyata keçirdiyi sexə kəsdirdiyi relsləri daşımağını xahiş etmiş, daha sonra zəhmət haqqı verəcəyini demiş və o da etiraz etməmişdir. Həmin sexi bir müddət əvvəl tullantı qara metal qəbulu sexi kimi istifadə etmiş, daha sonra sürücü işlədiyi üçün sexi istifadə etməmiş və sexin sahibi ona sexə nəzarət etməyə tapşırmışdır. Bundan sonra Əlövsətin kəsdirdiyi relsləri avtomobili ilə sexin həyətinə daşımışdır. Axşam saatlarında Əlövsət növbəti gün də işləyəcəklərini və kəsdirəcəyi relsləri gəlib sexə daşımağını demişdir. Ertəsi gün xx.xx.2023-cü il tarixdə o, günortaya qədər Əlövsətin kəsdirdiyi relsləri sexə daşımış, həmçinin Əlövsət üçün kislorod da daşımışdır. Həmin gün Əlövsət relsləri sexə gətirdiyi tanımadığı “Kamaz” markalı avtomobil sürücüsünə satmış və ona zəhmət haqqı, o cümlədən icarəyə götürdüyü kislorod balonlara görə 100 manat vermiş, qalan relsləri kəsib satdıqdan sonra əlavə pul verəcəyini demişdir. Ertəsi gün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Əlövsətin dediyi kimi 6 ədəd kislorod balonu götürmüş və onun üçün aparıb boşaltmışdır. Əlövsət və orada olan şəxslər relsləri kəsmək işini davam etmişlər. Bir qədər orada qaldıqdan sonra oraya polislər gəlmiş və onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirmişlər. Bölmədə Əlövsət relsləri qanunsuz kəsdirmiş və heç bir icazəsi olmamışdır. Dəmir yolu relslərin oğurluq yolu ilə əldə olunmasını bilməmiş və bu barədə nə Əlövsət, nə də kimsə ona deməmişdir. Əlövsət ona həmin relslərin istifadəsiz olduğunu və kəsilməsi ilə bağlı icazə aldığını demişdir. Əlövsətin həmin relsləri oğurluq yolu ilə əldə etdiyini bilsəydi buna razılıq verməzdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, santexnik ustasıdır və ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən fərdi yaşayış evində yaşayır. Əlövsəti təxminən bir neçə ildir tanıyır və münasibətləri yaxşı olmuşdur. Əlövsətin son illərdə söküntü aparılan və istifadəsiz yerlərdən aldığı qara metal satışı ilə məşğul olduğunu bilmişdir. xx.xx.2023-cü il tarixdə Əlövsət ona zəng edərək özünün rayonda olduğunu, Sumqayıt şəhəri Tuk zavod deyilən ərazidə dəmir doğranılması üçün ona qaynaqçı lazım olduğunu demiş və ona qaynaqçı tapılmasını xahiş etmişdir. O da bu barədə maraqlanmış, Hikmət adlı qaynaqçının nömrəsini taparaq mobil nömrəsinə zəng etmişdir. Hikmət günü 80 manata işlədiyini demişdir. Ertəsi gün səhər saatlarında öz avtomobili ilə Hikməti və kəsici aparatlarını götürüb yola düşmüşdür. O, Əlövsətə zəng edərək Hikmətin günü 80 manata işlədiyini demişdir. Əlövsət razılıq vermiş və Hikmətə Sumqayıt şəhəri, Tuk zavod deyilən yerə gəlməsini demişdir. O da avtomobilin Əlövsətin dediyi əraziyə sürmüşdür. Oraya çatan zaman Əlövsəti və yanında sonradan adını Kənan bildiyi fəhlə olduğunu görmüşdür. O, Əlövsətdən nə iş görülməsini soruşmuş, ona olduqları yerdə dəmir yolu relslərini kəsdirəcəyini, relslərin istifadəsiz olduğunu və bununla bağlı icazəsinin alındığını demişdir. O, görəcəyi işdə ona köməklik edilməsini xahiş elmiş və ona da əldə etdiyi puldan hörmət edəcəyini bildirmişdir. Əlövsət əvvəllər də qara metal işləri ilə məşğul olduğu və belə işlərdə heç bir problemi olmadığı üçün sonuncuya bir söz deməmişdir. Həqiqətən də Əlövsətin icazə aldığını düşünmüşdür. Həmçinin Hikmət də Əlövsətdən nə iş görülməsini soruşan zaman Əlövsət Hikmətə də eyni cavab vermişdir. Bir qədər sonra oraya adını sonradan Orxan bildiyi şəxs “Ford Tranzit” avtomobili ilə kislorod gətirmişdir. Əlövsət də propan qazı gətirmişdir. Hikmət də paltarını dəyişib relsləri kəsməyə başlamışdır. O, işləyən şəxslərə gün ərzində yemək və su gətirmiş, Əlövsət ərzaqa görə öncədən ona 200 manat vermişdir. Həmin gün axşam radələrinə kimi dəmir yol xəttinin bir hissəsi kəsilmişdir. Əlövsət Hikmətə ertəsi gün də gəlib işini davam etməsini və işinin əziyyətli olduğu üçün Hikmətə 100 manat verməsini demişdir. O da Hikmətə 100 manat zəhmət haqqı verib evinə aparmışdır. O, ertəsi gün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Hikməti yaşadığı məhəllədən götürüb relslərin kəsildiyi əraziyə aparmışdır. Həmin gün hava isti olduğu üçün relsin kəsilmə işi günortaya qədər davam etmiş və o, Hikməti evinə aparmışdır. Ertəsi gün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Hikməti götürərərk relslərin kəsildiyi əraziyə aparmış və rels kəsilmə işi davam etmişdir. Əlövsət də bir qədər sonra oraya gəlmişdir. Günorta saatlarında oraya Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis işçiləri gəlmiş, onları saxlamış və bölməyə gətirmişlər. Bölmədə ona Əlövsətin kəsdirdiyi relslərin zavoda məxsus olduğunu və kəsilmə ilə bağlı Əlövsətin heç bir icazəsi olmadığını bilmişdir. Əlövsətin kəsdirdiyi dəmir yolu xəttinin relslərinin oğurluq olmasından heç bir məlumatı olmamışdır. Əlövsət ona həmin relslərin istifadədə olunmadığını və kəsməyə icazə aldığını demişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, fərdi qaydada qaynaqçı işləyir. xx.xx.2023-cü il tarixdə mobil nömrəsinə zəng edən özünü Vaqif kimi təqdim edən şəxs Sumqayıt şəhəri, Tuk zavod ərazisində dəmir doğramaq lazım olduğunu bildirmiş və günü 80 manata razılaşmışlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Vaqif öz “Lifan” markalı avtomobili ilə məhəlləyə gəlmiş və kəsici aparatını Vaqifin avtomobilinə yükləmişdir. Daha sonra onlar Sumqayıt şəhəri, Tukzavod deyilən əraziyə getmiş, orada sonradan adını Əlövsət bildiyi adlı şəxsi və fəhlə işləyən Kənanı görmüşdür. Həmin vaxt o, nə iş görəcəyini Əlövsətdən soruşmuş, Əlövsət ona olduqları yerdə olan dəmir yolu xəttinin relslərini kəsəcəyini bildirmişdir. O, relsin kimə məxsus olduğunu soruşan zaman Əlövsət relslərin istifadə olunduğunu və kəsməyə icazə aldığını bildirmişdir. O da Əlövsətin dediklərinə inanmışdır. İş ağır olduğu üçün Əlövsət ona günlük 100 manat verəcəyini söyləmişdir. Daha sonra həmin əraziyə “Ford Tranzit” markalı avtomobilin sürücüsü kislorod gətirmişdir. Əlövsət də propan qazı gətirmiş və o, dəmir yolu xəttinin relslərini Əlövsətin dediyi ölçüdə kəsib doğramağa başlamışdır. Orada işləyən zaman Kənan və Əlövsət ona köməklik etmiş, eyni zamanda Vaqif də yemək və su gətirmişdir. Həmin gün o, axşam saatlarında dəmir yolu xəttinin relsin bir hissəsin kəsib doğramış və ona 100 manat zəhmət haqqı vermişdir. Əlövsət ertəsi gün də onun işini davam etməsini xahiş etmişdir. Ertəsi gün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Vaqif gələrək onu evdən götürmüş və relsləri kəsdiyi yerə aparmışdır. Həmin gün də o, orada dəmir yolu xəttinin relslərin bir hissəsini kəsib doğramış və günorta saatlarında isti olduğuüçün işini dayandırmışdır. Həmin gün Əlövsətin sözü ilə Vaqif ona 50 manat vermiş və qalan pulu ertəsi gün işini davam edən zaman vərəcəyini demişdir. O da heç bir söz deməmişdir. xx.xx.2023-cü il tarixdə səhər radələrində Vaqif gəlib onu evdən götürmüş və relsləri kəsdiyi yerə aparmışdır. O, orada dəmir yolu xəttinin relslərin kəsib doğramağa davam etmişdir. Belə ki, günorta saatlarında onları polislər saxlamış və Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirmişlər. Bölmədə ona Əlövsətin relsləri qanunsuz olaraq ona kəsdirdiyini müəyyən etmişdir. Onun kəsdiyim dəmir yolu xəttinin relslərinin oğurluq olmasından heç bir məlumatı olmamışdır. Əlövsət ona həmin relslərin istifadədə olmadığını və kəsməyə icazə aldığını bildirmişdir. O, da Əlövsətə inanmış və relsləri kəsib doğramışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən Sumqayıt şəhəri Yaşma bağları ərazisində yaşayır. 2005-ci ildə yaşadığı ərazidə 60 nəfər sakinlərlə birlikdə pul yığaraq 4500 manata işlənmiş transformator almışlar. 2016-cı ilə qədər həmin transformatordan istifadə etmişlər, 2016-cı ildə yaşadıqları ərazidə dövlət tərəfindən yeni transformatorlar quraşdırıldığı üçün əvvəlki transformator qeyri-işlək vəziyyətdə qalmışdır. Sonradan həmin transformatoru kran vasitəsi ilə həyətinə gətirmişdir. 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə Əlövsət adlı şəxs gəlib həmin transformatoru almaq istədiyini demiş, o da transformatoru 1000 manata satdığını bildirmiş, lakin 700 manata razılaşmışlar. Beləliklə də Əlövsətdən 700 manat alıb transformatoru ona satmışdır. Həmin vaxt Əlövsət evdən bir qədər aralıda yerləşən uzun müddətdən bəri qeyri-işlək olan digər transformatoru da ondan soruşmuş, o da həmin transformatorun ona məxsus olmadığını və özünü soraqlaşmasını demişdir. Sonradan polis böməsində eşitmişdir ki, Əlövsət həmin transformatoru sonradan oğurlamışdır. Lakin, qeyd etdiyi kimi həmin transformatoru Əlövsətin götürməsindən məlumatsız olmuş, bununla bağlı Əlövsətlə aralarında hər hansı razılaşma olmamış və bu barədə sonradan məlumatlı olmuşdur. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, özünü dolandırmaq üçün fəhləlik edir. Çox vaxt Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən “Daş bazarı” deyilən yerdə fəhlə bazarında olmuşdur. xx.xx.2023cü il tarixdə səhər saatlarında “Daş Bazarı”da olan zaman oraya üzdən tanıdığı Əlövsət adlı şəxs gəlmiş, fəhlə işinin olduğunu və günə 20 manat verəcəyini demişdir. O da etiraz etməmiş və birlikdə Sumqayıt şəhəri, Tukzavod deyilən əraziyə getmişlər. Əlövsət orada relslərin istifadə olunmadığını və kəsmək üçün icazə aldığını bildirmişdir. Daha sonra oraya oraya adını Hikmət bildiyi qaynaqçı və Əlövsətin tanışı Vaqif gəlmişdir. Daha sonra olduqları yerə “Ford Tranzit” markalı avtomobilin sürücüsü Orxan kislorod və Əlövsət də propan qazı gətirmişdir. Hikmət də dəmir yolu xəttinin relslərini Əlövsətin dediyi ölçüdə kəsib doğramağa başlamışdır. O da orada fəhləlik etmişdir. Həmin gün orada işlədikdən sonra evə getmişlər. Ertəsi gün xx.xx.2023-cü il tarixdə də Əlövsətin dediyi yerdə dəmir yolu xəttinin relslərin kəsilməsində işləmişlər. xx.xx.2023-cü il tarixdə səhər radələrində Əlövsətin dediyi yerə getmiş və işləməyə davam etmişdir. Günorta saatlarında onları polislər saxlamışlar və Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirmişlər. Bölmədə ona Əlövsətin relsləri qanunsuz olaraq kəsdirdiyi məlum olmuşdur. Onun kəsilən dəmir yolu xəttinin relslərinin oğurluq olmasından heç bir məlumatı olmamışdır, Əlövsət ona həmin relslərin istifadədə olmadığını və kəsməyə icazə aldığını bildirmiş, o da Əlövsətə inanmışdır. Cinayət işinin 1-ci cild 198-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 221-222-ci vərəqələrində olan şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cu il tarixli, 9/6709 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza ləyini qərarda və fotoşəkillərdə göstərilən dəmir yolu xəttinin 267 uzunluqda, uzun müddəi istifadədə olmuş, R-43 tipli polad-dəmir qarışıqlı relslərin orla istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qavdada təxminən 10680,00(267x40man) manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 182-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatlarının hər birinin dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin 1-ci cild 235-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cu il tarixli, 9/8766 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd olunan 2008-ci ildə işlənmiş və işlək vəziyyətdə alınmış, 2015-ci ilədək istifadədə olmuş, 2000-ci ilin əvvəllərində Rusiyada istehsal edilmiş, 630 kva ölçülü, 3 fazalı yağla soyudulan yüksək gərginlikli güc transformatorunun orta istismar intensivliyi parametrlərinə'uyğun olaraq 2023-cü ilin iyul ayına orla bazar qiyməti nəzəri qaydada təxminən 6000,00 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 234-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatlarının hər birinin dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin 1-ci cild 138-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Şahid4 idarə etdiyi “Ford Tranzit” yük markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış zamanı 06 ədəd kislorod balonları və 3 ədəd - uzunluğu 3 metr, 2 metr və 2 metr olan R-43 tipli dəmir relsləri aşkar edilmişdir. 3 ədəd iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin həyətində saxlanılmış, 06 ədəd kislorod balonları isə əhəmiyyət kəsb etmədiyindən götürülməmişdir. Cinayət işinin 1-ci cild 161-ci vərəqəsində olan 23 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 3 ədəd - uzunluğu 3 metr, 2 metr və 2 metr olan R-43 tipli dəmir relslər maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxs X6 təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü ildə Sumqayıt şəhəri Tuk zavod qəsəbəsi ərazisində dəmiryolu relslərinin kəsilməsi faktı üzrə Şahid4 idarə etdiyi “Ford Tranzit” yük markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobildə 03 ədəd dəmir yolu relsləri aşkar edilmiş, həmin dəmir yolu relsləri 5-ci Polis Bölməsinə gətirilmiş, daha sonra maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır. Qeyd edilən iş üzrə əlavə hər hansı dəmir yolu relsləri 5-ci Polis Bölməsinə gətirilməmişdir. Cinayət işinin 1-ci cild 160-cı vərəqəsində olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən Ağac emalı müəssisəsinə gedən (keçmiş DOZ) dəmir yolu xətt "xxxx" QSC-nin balansında deyildir. Cinayət işinin 1-ci cild 107-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən Ağac emalı müəssisəsi X6 atası X2 miras qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd flash kartda olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin video görüntülər Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən Ağac emalı müəssisəsinə yaxın ərazidə yerləşən obyeklərin birində yüksəklikdə quraşdırılmış təhlükəsizlik kamerası ilə qeydə alınmışdır. Video görüntülərdə 01 ədəd yük avtomobilinin hərəkət etməsi və üzərində az sayda dəmir yolu reslərinə bənzər əşyaların olması müşhaidə edilir. Video görüntülərə əsasən həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və sürücüsü müəyyən edilmir. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq olunmaqla 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı illə üzərində 2800 manat cərimə cəzası saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası qazancından 20% tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzası ilə əvəz edilmi, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 28.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun təkrarən və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin həmin əməllərə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasəsən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək vurulmuş zərər üzrə qismən ödəniş etməsini, hazırda məhkum edildiyi oğurluq cinayətinə görə zərərçəkmiş şəxslərdən iki nəfər ilə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətlərinin olmamasını, həmçinin müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, yəni özünü qismən təqsirli bilərək vurulmuş zərər üzrə qismən ödəniş etməsini, hazırda məhkum edildiyi oğurluq cinayətinə görə zərərçəkmiş şəxslərdən iki nəfər ilə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətlərinin olmamasını, həmçinin müharibə veteranı olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 24 iyun 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 3 ədəd- uzunluğu 3 metr, 2 metr və 2 metr olan R-43 tipli dəmir relslərin zərərçəkmiş şəxs X6 oğluna qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumilikdə xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması Zərərçəkmiş şəxs3 izah edilməli və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilərək onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə isə 165 (yüz altmış beş) manat, ümumilikdə 255 (iki yüz əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Qeyd edilən qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə dəyişiklik edilmiş və dəyişikliyə əsasən Qərarın 1-ci hissəsində “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilmiş və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.2.2-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd R-43 tipli dəmir yol relslərinin (uzunluğu 3 metr, 2 metr və 2 metr) Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması Zərərçəkmiş şəxs3 izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə isə 165 (yüz altmış beş) manat, ümumilikdə 255 (iki yüz əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar