Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-255/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 fevral 2021-ci il tarixdə saat 17:00 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz C 180” markalı avtomobillə Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tədbirləri görməmiş və “Yeni Həyat” şadlıq sarayının qarşısında yolu sağ tərəfdən sola keçən piyada Zərərçəkmiş şəxs avtombilin sol qabaq hissəsi ilə vuraraq ona sol bazunun cərrahi boyunun, sol qamış sümüyünün bayır kondilisunun, sol incik sümüyünün başının sınığı kimi dərəcəsinə görə sağdamılığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan yol hərəkət qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Mercedes Benz C 180” markalı **-DE-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili BC kateqoriyalı AF710973 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. 13.02.2021-ci il tarixdə tanışları Bəhruz və Ceyhun ilə birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayondan, Sumqayıt şəhəri 9-cu mikrorayon H.Əliyev parkına paralel olan yolla hərəkət edib Acsess Bank ASC-nin Sumqayıt Filialının qarşısından Bədəlbəyli küçəsinə çıxmaq istəmiş və həmin vaxt baş yol olan Bədəlbəyli küçəsi ilə hərəkət edən avtomobillərin keçməsini gözləmişdir. Həmin küçəyə daxil olaraq sol tərəfə, yəni Koroğlu prospekti istiqamətində 20 km/saat sürətlə hərəkət etmiş və piyada keçdikdən təxminən 4 metr irəlidə yolun sağında bir nəfər orta yaşlı kişi cinsindən olan piyadanın iti addımlarla yolu keçdiyini görüb əyləci sıxmış, buna baxmayaraq yolun düz orta hissəsində idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə piyadanı vurmuş və nəticədə piyada avtomobilin alın şüşəsinə dəyərək yərə yıxılmışdır. Həmin vaxt hadisə yerinə gələn polis əməkdaşları təcili tibbi yardıma zəng etmişlər və bir neçə dəqiqədən sonra TTY avtomobili gələrək piyadanı xəstəxanaya aparmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Bunları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı ifadəsində göstərmişdir ki, 13.02.2021-ci il tarixdə saat təxminən 17:00 radələrində Sumqayıt şəhəri Bədəlbəyli küçəsində yolu keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C 180” markalı **-DE-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən vurularaq müxtəlif dərəcəli bədən xəsarəti almış, bu zaman sürücü Təqsirləndirilən şəxs avtomobili saxlamış və polis əməkdaşları ilə birlikdə dərhal təcili tibbi yardıma zəng vurmuşdur. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn TTY-ın əməkdaşları tərəfindən Sumqayıt şəhəri TTYX-na aparılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs nümayəndəsi X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Bunları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15.02.2021-ci il tarixli 192 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazunun cərrahi boyunun, sol qamış sümüyünun bayır kondilusunun, sol incik sümüyünün başın sınığı, sağ gicgah nahiyyəsinin sıyrığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 13.02.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulamsına səbəb olmuş sağlamlıa az ağır zərəvurmaya aiddir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 fevral 2021-ci il tarixli 8/362 saylı rəyindən görünür ki, “Mercedes Benz C 180” markalı **-DE-*** dövlət nömrə nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisəinin qarşısnı almağa texniki imkan olmuşdur. İş materiallarında olan 13.02.2021-ci il tarixli 766 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş 18.02.2021-ci il tarixli 302-872-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 13.07.2020-ci il tarixdə AF710973 seriyalı “BC” kateqoriyalı 10 illik etibarlılıq müddəti olan sürücülük vəsiqəsi vardır və kompüter bazasında sürücülük hüququndan məhrum edilənlər arasında yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxs X2 ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur və işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barələrində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər prokurorluğuna məlumat verilməlidir. Cinayət işi üzrə ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş material üzrə icraata Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci bərabər tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-255/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-255/2021
17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver