Məhkəmə qərarları › İş №1(060)-255/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-255/2022

23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-255/2022 23.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Qubadlı rayonu Diləli-Müskanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Qubadlı rayonu Diləli- Müskanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 4 saylı Bərpa Xəstəxanasının inzibati binasında məskunlaşaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq ümumilikdə 4,797 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 01 oktyabr 2021-ci il tarixdə saat 19:45-də Sumqayıt şəhəri Səməd Vurğun küçəsi ilə Nizami küçələrinin kəsişməsində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində 17 (on yeddi) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,365 qram, 0,288 qram, 0,246 qram, 0,295 qram, 0,216 qram, 0,280 qram, 0,291 qram, 0,254 qram, 0,287 qram, 0,253 qram, 0,271 qram, 0,214 qram, 0,345 qram, 0,315 qram, 0,331 qram, 0,284 qram, 0,262 qram, ümumi təmiz çəkisi 4,797 qram ağ rəngli, kristalşəkilli, öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, xeyli müddətdir səhhətində ağrıları olduğundan ağrılarını sakitləşdirmək üçün arada bir psixotrop tərkibli maddə olan və “şüşə” adlandırılan metamfetamin qəbul etməyə başlamış, qəbul etdiyi psixotrop maddəni isə sosial şəbəkədə tanış olduğu, adını, soyadını və digər anket məlumatlarını bilmədiyi, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən almış, sosial şəbəkədə tanış olduğu ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsin ona verdiyi bank hesab nömrəsinə pul göndərdikdən sonra, bu barədə ona məlumat vermiş, həmin şəxsdə psixotrop maddəni Sumqayıt şəhəri ərazisində hansısa əraziyə qoyub, sonradan bu barədə ona məlumat verdikdə, bundan sonra psixotrop maddəni qoyulduğu ərazidən götürüb şəxsi istifadəsi üçün istifadə etmişdir. Sonuncu dəfə saxlanılmamışdan iki gün əvvəl yenidən sosial şəbəkədə tanış olduğu, adını, soy adını və digər anket məlumatlarını bilmədiyi, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxslə aralarındakı danışıq zamanı həmin şəxsə şəxsi istifadəsi üçün psixotrop maddə almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxsin ona verdiyi bank hesab nömrəsinə almaq istədiyi psixotrop maddənin dəyəri olan 150 manat pul göndərdikdən sonra, bu barədə ona məlumat vermişdir. Həmin şəxs də psixotrop maddəni Sumqayıt şəhəri ərazisində hansısa əraziyə qoyub, sonradan bu barədə ona məlumat verəcəyini bildirmişdir. Sonradan isə həmin şəxs sosial şəbəkədə aralarındakı danışıq zamanı psixotrop maddəni Sumqayıt şəhəri Xəzər bağlar massivi ərazisində yol kənarında daşın altına qoyduğunu bildirmişdir. Bundan sonra həmin əraziyə getmiş və psixotrop maddəni gizlədildiyi yerdən götürmüş, həmin psixotrop maddə on yeddi ədəd xırda sellofan bükümlərə qablaşdırılmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 19:45-də Sumqayıt şəhəri 26-cı məhəllə ərazisində olarkən ona üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını bildirmiş və ona psixotrop tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, eləcə də qəbulu ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis əməkdaşlarının təklifindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, polis idarəsinə gəldikdən sonra isə xidməti otaqlardan birində psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və qəbulu ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmişlər. Həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkiliş də aparılmışdır. Həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya Sumqayıt şəhər İ Saylı Vəkil Bürosundan vəkil Namiq Ağayev də dəvət edilmişdir. Polis əməkdaşlarının və hüquq, eləcə də qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, bir ədəd kiçik ölçülü sellofan torbanın içərisindəki on yeddi ədəd xırda bükümlərdəki psixotrop maddə olan və “şüşə” adlandırılan metamfetamini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi maddənin nə olduğunu, haradan əldə edib üzərində saxladığını soruşduqda isə həmin psixotrop maddəni sosial şəbəkədə tanış olduğu, adını, soy adını, digər anket məlumatlarını bilmədiyi, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən hər qramına görə 30 manat, ümumilikdə isə 150 manat ödəyərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddələr ayrıayrılıqda və ümumilikdə elektron tərəzidə çəkilmiş, psixotrop maddənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamindən başqa şəxsə verməmiş və satmamışdır, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvvəkkili vəzifəsində xidmət edərkən 01 oktyabr 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə Elmir adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, Elmir adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcə də satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elmir adlı şəxsin xx.xx.1989-cu ildə Qubadlı rayonu Diləli-Müskanlı kəndində anadan olmuş, Qubadlı rayonu Diləli-Müskanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 4 saylı Bərpa Xəstəxanasının inzibati binasında məskunlaşaraq yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 19:45-də Sumqayıt şəhəri Səməd Vurğun küçəsi ilə Nizami küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis baş serjantı X3 və polis serjantı Şahid3 ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Vüsal Abbasov və Şahid3, eləcə də Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ Saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında və qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs sağ əlini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə salaraq cibindən bir ədəd şəffaf rəngli sellofan bükümə qablaşdırılmış şəffaf rəngli xırda bükümləri çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və həmin sellofan bükümlərin içərisində psixotrop maddə olan, “şüşə” adlandırılan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə qablaşdırılmış şəffaf rəngli xırda bükümlərin içərisinə baxış keçirildikdə həmin bükümlərin içərisindən ağ rəngli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümünlərin içərisində aşkar edilmiş maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşarkən o həmin maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, iki gün əvvəl sosial şəbəkədə tanış olduğu, adını, soy adını, digər anket məlumatlarını bilmədiyi, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsin ona verdiyi bank hesab nömrəsinə alacağı psixotrop maddənin hər qaramına görə 30 manat, ümumilikdə isə 150 manat pul göndərdiyini, daha sonra isə anket məlumatlarını bilmədiyi həmin İran İslam Respublikası vətəndaşının aldığı psixotrop maddəni Sumqayıt şəhəri Xəzər bağlar massivi ərazisində daşın altına qoyduğunu, sonra isə psixotrop maddənin yeri barədə ona məlumat verdiyini, bundan sonra psixotrop maddəni qoyulduğu yerdən götürərək şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xırda sellofan bükümlərdəki psixotrop maddə olan metamfetaminə bənzər maddələr elektron tərəzidə çəkilmiş, həmin psixotrop maddələrin ayrı-ayrılıqda və ümumilikdə çəkisi müəyyən edildikdən sonra, qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdilər. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində saat 19:45-də tutulmuşdur.(i.v 20) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-493/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 75-80) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofanı təqdim etmiş, həmin şəffaf rəngli sellofan açıldıqda içərisində 17 ədəd ağ rəngli sellofanlarda olan kristal şəklində olan ağ rəngli narkotik vasitə olan metamfetaminə bənzər maddələrin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddə kütlələri şüşədir (metamfetamindir). Aşkar olunmuş həmin maddələri təxminən 2 gün bundan əvvəl kart vasitəsilə pul köçürməklə tanımadığı İran vətəndaşından 150 manata aldığını və həmin maddələri İran vətəndaşının dediyi Sumqayıt şəhəri, Xəzər bağları massivi ərazisindən daşın altından götürmüş və üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kristal şəklində olan ağ rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkilərinin ayrı-ayrılıqda 0,43 qram, 0,31 qram, 0,27 qram, 0,32 qram, 0,35 qram, 0,35 qram, 0,38 qram, 0,31 qram, 0,34 qram, 0,34 qram, 0,35 qram, 0,39 qram, 0,34 qram, 0,40 qram, 0,32 qram, 0,27 qram və 0,31 qram olmaqla ümumilikdə 5,49 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir.(i.v 26-28) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamışdır.(i.v 160-162) Məhkmə islasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu bir ədəd diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər tədiq edildi. İş materiallarında olan 6/4351 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №124” möhür əksi, “Saxlanılan şəxs....Təqsirləndirilən şəxs...” və.s yazılar, imzalar olan zərfdəki 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,365 qram, 0,288 qram, 0,246 qram, 0,295 qram, 0,216 qram, 0,280 qram, 0,291 qram, 0,254 qram, 0,287 qram, 0,253 qram, 0,271 qram, 0,214 qram, 0,345 qram, 0,315 qram, 0,331 qram, 0,284 qram, 0,262 qram, ümumi təmiz çəkiləri 4,797 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(i.v 36-40) İş materiallarında olan əlavə məhkəmə kimyəvi ekspertizasının 6/4425 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Saxlanılan şəxs....Təqsirləndirilən şəxs.....” və s. Qeydli zərfdə olan 17 ədəd bükümdəki psixotrop maddə-metamfetamin kütlələri xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir.(i.v 149-152) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 01 ədəd zərfdəki on yeddi ədəd bükümdə ekspertiza tədqiqatlarından təmiz çəkisi 4,457 qram olan ağ rəngli, kristalşəkilli, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır.(i.v 153-154) İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 4753 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(i.v 169-170) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 04 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (i.v 171-184) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3646 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 96) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 97) İş materiallarında olan Qubadlı RİHB-nin Dondarlı kənd İƏD üzər nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v143) Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 4,797 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yerindən müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 219,80 (iki yüz on doqquz manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,457 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 04 ədəd disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 24 (iyirmi dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (bir yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 01 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 219,80 (iki yüz on doqquz manat səksən qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,627 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 04 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 144 (bir yüz qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar