Məhkəmə qərarları › İş №1(060)-255/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-255/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-255/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə, Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs birgə yaşadıqları ünvan 2a həyat yoldaşı Zərərçəkmiş şəxs təpiklə və sillə ilə vuraraq ona sol dirsək oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol əlin 1-ci barmağının medail (orta) falanqasının iç səthinin sıyrığı, sol almacıq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən "YÜNGÜL" dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildən ailəlidir və rəsmi nikahları var. Bu nikahdan xx.xx.2011ci il təvəllüdlü qızı X1 dünyaya gəlmişdir. Bir neçə ildir ki, həyat yoldaşı ilə aralarında maddi imkansızlıq, ailə-məişət məsələləri ilə bağlı mübahisələri olur. O, xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində yaşadığı ünvana gəlmişdir. Evə gəldikdən sonra da bir qədər istirahət etmişdir. Sonra da yemək yeməyə başlamışdır. Aidə dünən marketdən aldığı ərzaqları nə üçün nisyə aldığını soruşdu. O da həmin vaxta qədər qədər maaş almadığını, buna görə də ərzaq məhsullarını nisyə aldığını, maaşını aldığı zaman marketə olan borcunu ödəyəcəyini bildirmişdir. Bu mövzuda aralarında mübahisə yaranmışdır. Aidə onun üzərinə gəlmiş, buna görə də o əsəbləşərək Aidənin üzünə sillə və sol qoluna təpiklə zərbə vurmuşdur. Bundan sonra da Aidə onun barəsində polisə şikayət edəcəyini deyərək evdən çıxmışdır. Aralarında dava-dalaş təxminən 5-6 dəqiqə davam etmiş və dava-dalaş vaxtı səs-küy olmamış, övladı Mələk evdə olsa da, digər otaqda yatdığı üçün bu hadisəni görməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə ilə 2007-ci ildən ailəlidir və rəsmi nikahları var. Bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü qızı X1 dünyaya gəlmişdir. Bir neçə ildir ki, aralarında maddi imkansızlıq, gündəlik ailə-məişət məsələləri ilə bağlı mübahisələr olur. xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində yaşadığı ünvanda olduğu zaman həyat yoldaşı Təqsirləndirilən şəxs evə gəlmişdir. Bir qədər istirahət eləmişdir. Sonra da o Cehuna yemək vermişdir. Saat 23:30 radələrində Cehun yemək yediyi zaman ona övladlarına məktəbə getməsi üçün yol pulu lazım olduğunu demişdir. O da bundan sonra cibindən pul çıxarıb yerə atmışdır. Sonra da ondan bir neçə gün əvvəl evə aldığı ərzağı nə üçün nisyə aldığını soruşmuşdur. Cehun isə qazandığı pul barəsində ona hesabat verməyəcəyini demişdir. Bu mövzu Cehun da bundana aralarında mübahisə yaranmış və Cehun təpiklə sol qoluna və bədəninə bir neçə zərbə vurmuşdur. Üzünə də sillə ilə zərbə vurmuşdur. Həmin vaxt övladı yatmışdı. Onların aralarında olan mübahisəni görməmişdir. Mübahisədən sonra o, Cehun sakitləşsin deyə evdən çıxmış, həyətdə gözləmiş və bir neçə dəqiqə sonra da DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, təqsirləndirilən şəxslə barışıb və ondan heç bir şikayəti yoxdur. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 94 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: Sol dirsək oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol əlin İ barmağının medail (orta) falanqasmm iç səthinin sıyrığı, sol almacıq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarət küt əşya təsirindən təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 233 saylı, xx.xx.2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İşdə olan “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2024-cü il tarixli, 59 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2a həyat yoldaşı Zərərçəkmiş şəxs və qızı Mələk Allahverdiyeva ilə birgə yaşayır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 8 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar