Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-255/2025 12.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, İsmayıllı rayonu, Mücühəftəran kəndində qeydiyyatda olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 6 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il tarixdən 24 sentyabr 2024-cü il tarixədək 6 saylı X7 müəssisəsinin rəhbərliyi tərəfindən ona verilmiş uzun müddətli görüşdən qayıtdıqdan sonra müəssisədə olarkən, cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in siyahısına (Siyahı İ) daxil olunan, təmiz çəkisi 1,53 qram narkotik vasitə -qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və 24 sentyabr 2024-cü il tarixdə saat 20:30 radələrində onun üzərinə müəssisə əməkdaşları tərəfindən axtarış-baxış keçirilərkən, əynində olan şalvarın arxa sağ cibində, şəffaf sellofan bükülüdə saxladığı, həmin narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə müəssisənin onun üçün tapdığı işdən qayıdan zaman müəssisənin çölündə narkotik vasitə tapmışdır. Narkotik vasitə ilə müəssisəyə daxil ona zaman məqsədi narkotik vasitəni təhvil vermək olmuşdur. O, müəssisəyə daxil olduqdan sonra narkotik vasitəni Kənan adlı əməkdaşa vermişdir. Daha sonra Namiq adlı əməkdaşa yaxınlaşaraq vəziyyəti izah etmişdir. Onun üzərini Kənan və Namiq yoxlamışdır. Əli adlı əməkdaş ümumiyyətlə orada olmamışdır. Həmin müddətədək o müəssisəyə daxil olan zaman heç vaxt üzəri yoxlanılmamışdır. Onun narkotik vasitəni satmaq və ya istifadə məqsədi olmamış, yalnız narkotik vasitəni götürərək müəssisəyə təhvil vermək istəmişdir. Himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə cinayət işinin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 6 saylı X7 müəssisəsində rəisin növbətçi köməkçisi vəzifəsində çalışan, ədliyyə kapitanı Şahid6 ifadəsində göstərmişdir ki, 08 fevral 2024-cü il tarixdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı X7 müəssisəsində saxlanılan və cəza çəkən məhkum Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə müəssisəyə çöldən qayıtmışdır. Həmin gün saat 20:30 radələrində müəssisədə olarkən, müəssisə əməkdaşları tərəfindən üzərinə axtarış-baxış keçirilən zaman onun əynində olan şalvarın arxa sağ cibində, şəffaf sellofan bükülüdə saxladığı, təmiz çəkisi 1,53 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəni çöldən zibil qutularının yanından taparaq onu cibinə qoyduğunu və müəssisəyə gətirdiyini bildirmişdir. Qadağan edilmiş narkotik vasitənin aşkar olunması ilə əlaqədar Təqsirləndirilən şəxs, əməkdaşların və şahidlərin iştirakı ilə protokol tərtib edərək, narkotik vasitə qablaşdırılaraq protokola əlavə edilmiş, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 6 saylı X7 müəssisəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid6 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 6 saylı X7 müəssisəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 6 saylı X7 müəssisəsində saxlanılan və cəza çəkən məhkum Təqsirləndirilən şəxs, 24 sentyabr 2024-cü il tarixdə müəssisəyə çöldən qayıtmışdır. Həmin gün saat 20:30 radələrində müəssisədə olarkən, müəssisə əməkdaşları tərəfindən üzərinə axtarış-baxış keçirilən zaman onun əynində olan şalvarın arxa sağ cibində, şəffaf sellofan bükülüdə saxladığı, təmiz çəkisi 1,53 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəni çöldən zibil qutularının yanından taparaq onu cibinə qoyduğunu və müəssisəyə gətirdiyini bildirmişdir. Qadağan edilmiş narkotik vasitənin aşkar olunması ilə əlaqədar Təqsirləndirilən şəxs, əməkdaşların və şahidlərin iştirakı ilə protokol tərtib edilərək, narkotik vasitə qablaşdırılaraq protokola əlavə edilmiş, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid5 və Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 4-5-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli axtarış və götürmə protokoldan görünür ki, 24 sentyabr 2024-cü il tarixdə saat 20:30 radələrində Penitensiar Xidmətin 6 saylı X7 müəssisəsində saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə müəssisə əməkdaşları tərəfindən axtarış-baxış keçirilərkən, onun əynində olan şalvarın arxa sağ cibində, şəffaf sellofan bükülüdə saxladığı, təmiz çəkisi 1,53 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın aşkar edilərək götürülmüşdür. Cinayət işinin 39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1610 saylı, 26 sentyabr 2024- cü il tarixli rəyindən görünür ki, məhkəmə-bioloji ekspertizasının 26 sentyabr 2024-cü il tarixli, 7/1610 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə 01 ədəd bükülüdə təmiz çəkisi 1,53 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 47-48-ci vərəqələrində olan Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli 7-N nömrəli əmrindən görünür ki, “Cəzaçəkmə müəssisələrinin X5”na əsasən cəzaçəkmə müəssisələrində məhkumlara verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısından görünür ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhkumlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. Cinayət işinin 60-cı vərəqəsində olan Penitensiar Xidmətin 6 saylı X7 Müəssisəsinin məktubundan görünür ki, məhkum xx.xx.2024-xx.xx.2024-cü il və xx.xx.2024-xx.xx.2024cü il tarixlərdə ailəsinin yaşadığı İsmayıllı rayon, Mürcühəftəran kənd ünvanındakı evinə ailəvi görüşə getməsinə icazə verilmişdir. Cinayət işinin 10-26 və154-155-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və işə əlavə olunmuş Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 42-45-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-26/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X7 müəssisəsinə keçirilməsi qərara alınmışdır. Cinayət işinin 217-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1.53 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və narkotik vasitə saxlanc üçün Bakı Şəhəri Yasamal Polis İdarəsinə təhvil verilmişdir. Cinayət işinin 77-79-cu vərəqələrində olan nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrindən, həmçinin iş materialarına əlavə edilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ailəlidir, üç övladı var – xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6. Cinayət işinin 172-ci vərəqəsində olan xasiyyətnamədə görünür ki, məhkum müəssisədə cəza çəkdiyi dövrdə özünü çılğın aparmış, müəssisədə cəza çəkən digər məhkmlarla üniyyət qura bilməmişdir. Cəza çəkdiyi müddət ərzində ona 05 dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Yaxınları ilə daim ünsiyyətdə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş arayışdan görünür ki, hal-hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının çəkilmiş hissəsi 05 il 10 ay 23 gün, cəzasının çəkilməmiş hissəsi isə 01 ay 07 gün təşkil edir. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək təmiz çəkisi 1,53 qram narkotik vasitə - qurudulmuş marixuananı müəssisənin içərisinə aparmaq niyyəti olmadığını, müəsissəyə daxil olduqdan sonra növbətçi hissəyə təhvil verdiyini bildirmişdir. Lakin, məhkəmənin ünvanlandığı suala cavab olaraq o, ilk dəfə narkotik vasitəni Kənan adlı əməkdaşa verdiyini, daha sonra isə Namiq adlı əməkdaşa verdiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün edilən cəhddir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısı qeyd edilmişdir. Həmin siyahıda qeyd edilən əşyalar aşağıdakılardan ibarətdir:
1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr, zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.
2. Konstruksiyaya görə soyuq silaha oxşar kəsici və deşici alətlər.
3. Narkotik vasitələr, psixotrop maddələr və prekursorlar.
4. Güclü təsir edən dərman vasitələri.
5. Spirtli içkilərin bütün növləri, pivə, spirt qarışığı olan maddələr.
6. Radiodalğaların (elektromaqnit dalğlarının) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular)
7. Optik cihazlar, prycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular.
8. Müharibəni, zorakılığı, ekstremizmi, teroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcılar. Qeyd: Bu siyahıda nəzərdə tutulmuş oldu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onlar hissələri, zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və dövriyyəsisuz sayılan digər əşyalarla bağlı cinayət qanunvericiliyində müvafiq məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işi materiallarından görünür ki, K.N.X12 Cinayətlər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirici halın olmasını, ağırlaşdırıcı halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona hazırki hökmlə təyin ediləcək cəza Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 ay 06 gün hissəsinə qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 12 mart 2025-ci il tarixdən hesablanmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Yasamal Rayon Polis İdarəsindəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,51 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 06 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10(on ) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 06 (altı) gün hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 12 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Yasamal Rayon Polis İdarəsindəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,51 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabında 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Fərid Nəsimiyev