Məhkəmə qərarları › İş №1(060)-256/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-256/2021

16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-256/2021 16.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, X2 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər Məhkəməsinin 09.07.2021-ci il tarixli, 1(060)-375/2021 saylı hökmü ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt, Dəmir yol evləri PC 14 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs 21.02.2021-ci il tarixdə 09 radələrində yaşadıqları ünvanda ailə-məişət münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı anası Zərərçəkmiş şəxs sol budun orta 1/3-nin ön səthinin, üst dodağın sol hissəsinin selikli qişasının qançırı, üst dodağın yumşaq toxumalarının şişkinlik fonunda əziyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs doğma anasıdır, yaşadıqları ev plana düşəcəyinə görə anası və qardaşı Hüseynbala veriləcək pulun hamısının onlara düşməsi üçün onu bezikdirib evdən çıxartmaq istəyirlər və məhz bu səbəbdən də onlar əsassız münaqişələr yaradırlar. O küçədən dəmir, plasmas yığıb sataraq maddi qazanc əldə edir. 21.02.2021-ci tarixdə, saat təxminən 09 radələrində yuxudan durduqda gecədən yığıb gətirdiyi dəmirləri qardaşı Hüseynbalanın aparıb satdığını görüb əsəbiləşmiş, anasından niyə onu oyatmadığını soruşmuşdur, anası xəbəri olmadığını demişdir. O anasının yalan danışdığını, Hüseynbalaya özünün köməklik etdiyini bilib ondan dəmirlərin pulunu verməsini istəmişdir. Anası isə pulu verməmişdir, məhz bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbiləşərək anasının üzündən bir dəfə əl zərbəsi ilə vurub itələyərək evdən çıxıb getmişdir. Sonra bilmişdir ki, anası xəsarət almışdır, anasından üzr istəsə də anası onu bağışlamır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs qızı göstərdi ki, oğlu Ceyhun heç yerdə işləmir, tüfeyli həyat tərzi sürür. Ceyhun mütəmadi olaraq ona pul verməyini istəyir, pul vermədikdə isə Ceyhun evdə münaqişə yaradır. 21.02.2021-ci il tarixdə saat təxminən 09 radələrində yaşadıqları evin həyətində Ceyhun ondan 20 manat pul istəmiş, o pulunun olmadığını dedikdə Ceyhun ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ceyhun əl zərbələri ilə onun üzündən, başından, qollarından, kürəyindən vuraraq onu döymüşdür. Zərbələrin təsirindən o halsızlaşdıqda Ceyhun onu buraxıb kənara çəkilmişdir. O Ceyhuna anasına əl qaldırdığına görə utanmasını dedikdə Ceyhun onun ünvanına nalayiq ifadələr işlədib, yerdən kərpiç qırıntısı götürüb ona tərəf ataraq sol ayaq nahiyəsindən vuraraq çıxıb getmişdir. Barışmaq və təqsirləndirilən şəxsi bağışlamaq fikri yoxdur, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 22.02.2021-ci il tarixli, 211 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdak xəsarətlər aşkar edilmişdir: sol budun orta 1/3-nin ön səthinin, üst dodağın sol hissəsinin, üst dodağın sol hissəsinin selikli qişasının qançırı, üst dodağın yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 21.02.2021-ci il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir.(i.v 10-11) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22.02.2021ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 14) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Narkoloji Dispanserinin 23.02.2021-ci il tarixli 683 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 19) İş materiallarında olan 27.02.2021-cil tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v 37) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər poliklinikasının 01.03.2021-ci il tarixli 122 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 38) Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 1(060)-317/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə olduğu 17 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunmuşdur. Təqdim edilmiş arayışdan görünür ki, həmin hökm qanuni qüvvəsini almışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 16 iyun 2021ci il tarixli 1(060)-317/2021 saylı hökmü ilə ona təyin edilmiş 04 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 09.07.2021-ci il tarixli 1(060)-375/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 1(060)- 317/2021 saylı hökmü ilə ona təyin olunmuş 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası həmin hökmlə təyin olunmuş cəzayla qismən toplanmış və üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş 16 avqust 2021-ci il tarixli, 2695 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 09.07.2021-ci il tarixli, 1(060)-375/2021 saylı hökmü ilə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 13 gününü çəkmiş, çəkilməmiş cəzası 11 ay 17 gün təşkil edir. Cəzasının əvvəli 03.08.2021-ci ildə qeydiyyata düşdüyü vaxtdan hesablanır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 09.07.2021-ci il tarixli 1(060)-375/2021 saylı hökmü ilə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu üzrə toplanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Ona görə də, cəzanın əvvəli 16 avqust 2021-ci ildən hesablanmalıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 09.07.2021-ci il tarixli 1(060)-375/2021 saylı hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 09.07.2021-ci il tarixli 1(060)-375/2021 saylı hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 13 (on üç) günü təyin edilmiş qəti cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il 05 (beş) ay 17 (on yeddi) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı və hazırda cəza çəkdiyi nəzərə alınsın və cəzanın əvvəli 16 avqust 2021-ci ildən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Üns küçəsindəki evi tərk etməmək, Sumqayıt şəhərinin, hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar