Məhkəmə qərarları › İş №1(060)-256/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-256/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-256/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onun müdafiəçisi Müdafiəçi4, Zərərçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı X4, onun nümayəndəsi və vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs mülki cavabdeh -Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxx 1961-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, mülki cavabbdeh Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdə, saat 06:39-da CD koteqoriyalı, AF seriyalı, 704428 nömrəli sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “PAZ 32054-07” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı avtobusla Sumqayıt şəhəri, M.Əsədov küçəsi ilə Sumqayıt şəhəri istiqamətində 10 km/saat sürətlə hərəkət edib, Sumqayıt şəhəri M.Əsədov küçəsi ilə X11 küçələrinin kəsişməsində yerləşən döngədən manevr edərək hərəkətini Sumqayıt şəhəri Novxanı bağları istiqamətində davam etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pazaraq, yəni idarə etdiyi nəqliyyat vasitəsi ilə sola və ya geriyə dönərkən, eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və sağa hərəkət edən nəqliyyat vasitəsinə yol verməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görmədən hərəkətini davam etdirərək yol hərəkəti istismarı qaydalarını pozmuş, nəticədə idarə etdiyi avtobusun sağ arxa hissəsinin hərəkətini Abşeron rayonu, Saray qəsəbəsi istiqamətindən Sumqayıt şəhəri istiqamətində düzünə davam etdirən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Khazar” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmasına səbəb olub ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ əlin V barmağının vətərinin zədələnməsi, V barmağın falanqaarası oynaqda sınığı, V barmağın falanqaarası oynaqda hərəkət məhdudluğu-ankilozu, alt çənənin yumşaq toxumlarının əziyi və əzilmiş yarası, sağ dizin sıyrığı kimi zərərçəkmiş şəxin ümumi əmək qabiiliyyətinin 1/3-dən az olmaqla itirilməsinə səbəb olmuş (10%) sağlamlığa az ağır zərər vurmaya, “Khazar” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişi Zərərçəkmiş şəxs2 beyin maddəsinə və mədəciklərinə qansızma, kəllə sümüklərinin sınığı, subdural hematoma, sağ gicgah-təpə nahiyyəsinin yarası, sağ budun aşağı 1/3-nin qapalı sınığı, çənəaltı nahiyyənin, sağ bazunun yarası, hər iki dizin sıyrıqları kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirib, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər fonunda kəllə qapağı və əsasə sümüklərin sınığı, beyin maddəsinə və mədəciklərina qansızmadan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, irəli sürülmüş mülki iddianı qəbul etməyərək ifadəsində bildirdi ki, 40 ilə yaxındır avtobus sürücüsü işləmişdir. Belə ki, hadisə vaxtı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan ** JR *** dövlət qeydiyyat nişanlı, “PAZ 32054-07’' markalı avtobusu şirkət tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. Qeyd edir ki, 21 avqust 2024-cü il tarixdə, saat 06:39 radələrində Sumqayıt şəhəri, M.Əsədov küçəsi ilə hərəkətdə olarkən Saray körpüsünü keçdikdən sonra quraşdırılmış işıqforda avtobusu dayandırmış, əks hərəkət istiqamətindən gələn avtomobilləri buraxmağa başlamış, həmin vaxt o, yolda təxminən 150-200 metr məsafədən qara rəngli avtomobilin gəldiyini görmüşdür. Buna baxmayaraq o, sola dönmə işıq cihazlarını yandırıb qarşı hərəkət zolağına daxil olmuş və sola dönmə əməliyyatını həyata keçirmişdir. Bu zaman o, baş verəcək yol nəqliyyat hadisəsindən yayınmaq üçün idarə etdiyi avtobusun sürətini artırmağa çalışsa da, dönmə əməliyyatını həyata keçirdiyi vaxt hadisədə iştirak edən digər avtomobilin sürücüsü əyləci basmış, buna baxmayaraq Xəzər markalı həmin avtomobilin qabaq hissəsi idarə etdiyi avtovusun sağ yan hissəsinə, daha doğrusu sağ arxa təkərinə çırpılmışdır. Bundan sonra o, avtobusdan düşmüş və həmin avtomobilə yaxınlaşmışdır. Həmin vaxt avtomobildə sürücüdən başqa iki nəfər sərnişin də olmuşdur. Belə ki, qabaq sərnişin oturacağında bir nəfər cavan oğlan və arxa sərnişin oturacağında cavan qadın olmuşlar. Dərhal hadisə yerində olan insanların köməyi ilə avtomobildə olan şəxsləri çıxarmışlar. Daha sonra TTYX-nin avtomobili gəlmiş və sürücü ilə ön oturacaqda oturan sərnişini xəstəxanaya aparmışlar. Qadının heç bir xəsarəti olmamışdır. O, özünü pis hiss etmədiyindən ona tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTY stansiyasına getməmişdir. Daha sonra o, Polis İdarəsinə gəlmişdir. Hadisədən əvvəl spirtli içki və ya digər güclü təsir edən, bihuşedici maddə qəbul etməmişdir. Avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi vardır. Hadisə vaxtı idarə etdiyi avtobusda sərnişin olmamış, o, hər hansı bədən xəsarəti almamışdır. Hadisədən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 10 km/saat olmuş, qarşı hərəkət zolağına daxil olub dönmə əməliyyatı həyata keçirərkən sürəti bir qədər artırmışdır. Bildirir ki, “Khazar” markalı avtomobilin sürücüsü hadisənin qarşısının alınması üçün hər hansı real hərəkətlər etməmiş, toqquşmadan əvvəl avtomobilini sola doğru istiqamətləndirmək əvəzinə sağa doğru istiqamətləndirmişdir. Buna görə də avtomobillərin toqquşması baş vermişdir. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əks istiqamətli hərəkət zolağına daxil olub dönmə əməliyyatı keçirməmişdən öncə hadisənin digər iştirakçısı olan “Khazar” markalı avtomobili təxminən 200 metr məsafədən görmüş, lakin dönmə əməliyyatını təhlükəsiz icra edəcəyini düşünüb sola doğru dönmüşdür. Lakin həmin avtomobil sürətli gəldiyi üçün toqquşma baş vermişdir. Hesab edir ki, dayanıb, həmin avtomobilin tam olaraq keçməsini gözləmiş olsaydı, hadisə baş verməzdi. “Gərək dayanaydım” deyə Təqsirləndirilən şəxs verilmiş suala cavab vermişdir. Onu da bildirmşdir ki, hadisə vaxtı üstün keçid hüququna digər, yəni qarşıdan gələn avtomobil malik olmuşdur. Təqsirləndirilən şəxs mülki iddiaya münasibətdə verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verdikdən sonra mərhum zərəçəkmişin anasına baş sağlığı vermiş, müəyyən məbləğ toplayaraq zərərin əvəzi qismində qəbul etməsini təklif etsə də, Lalə Məmmədova həmin məbləği qəbul etməmişdir. Hazırda ağır xəstəlikdən əziyyət çəkdiyi üçün mülki iddiada qoyulmuş tələbi ödəməyə imkanı yoxdur. Onu da bildirir ki, o, mərhumun 3 mərasimində və cümə axşamlarında iştirak etmiş, lakin 40 mərasimində iştirak etməmişdir. Belə ki, 3 mərasimində 300 nəfərə yaxın şəxsin iştirak etməsini istisna etmir. Bildirir ki, hazırda əlil arabasına möhtac qalmışdır, xərçəng xəstəliyi və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Bütün zəruri ehtayacları ailə üzvləri tərəfindən təmin edilir, əmək qabiliyyəti artıq mövcud deyil, işləyə bilmir. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs son sözündə ağır xəstəlikdən əziyyət çəkdiyini, hadisəni qəsdən etmədiyini, əməlindən peşman olmasını, hadisədə təqsirkar olmasını, lakin eyni zamanda təqsirin 50 faizinin digər sürücüdə olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, mərhum xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 övladıdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində oğlu mərhum Zərərçəkmiş şəxs2 ona dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhərinə adını demədiyi digər dostları ilə görüşməyə gedəcəyini bildirmişdir. Cavidan etibarnamə əsasında idarə etdiyi “Xəzər” markalı avtomobilə əyləşərək çıxıb getmişdir. Belə ki, 21 avqust 2024-cü il tarixdə səhər saat 06:30 radələrində Cavidanla “VVathsap" proqramı vasitəsi ilə yazışmış və Cavidan ona yolda olduğunu artıq evə gəldiyini demişdir. Təxminən 1 saat sonra Cavidanın dostu Pünhan yaşadığı evin qarşısına gəlib ona Cavidanın yolda gələn zamanı baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və hazırda Sumqayıt şəhər TTYX-da aparıldığını bildirmişdir. Bundan sonra o, dərhal taksiyə əyləşib Sumqayıt şəhər TTYX-nə getmiş, xəstəxanaya gəldikdən sonra Cavidanın rəhmətə getdiyi bilmişdir. Bundan sonra mərhum oğlu Zərərçəkmiş şəxs2 meyitini xəstəxananın morqundan qəbul edib Sumqayıt şəhəri ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Hadisəni törətmiş sürücülər Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs barəsində şikayət və tələbi var. Bunun səbəbi hər iki sürücünün hadisəyə çox laqeyid yanaşmaları olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Lalə Məmmədova vermiş olduğu mülki iddiaya münasibətdə tələbin tam təmin edilməsini məhkəmədn xahiş etmişdir. Belə ki, maddi zərə görə 10000 manat, mənəzi zərərə görə 40000 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Lalə Məmmədova məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, mərhum oğlu Zərərçəkmiş şəxs2 3 və 40 mərasimini və əlavə olaraq 5 dəfə cümə axşamı məclisini keçirmişdir. Belə ki, 3 mərasimində təxminə 300 nəfər, 40 mərasimində 150 nəfər şəxs məclisdə iştirak etmişdir. Məclisləri mərasim evində keçirmiş, bir nəfər qonaq üçün 12 mənat vəsait xərcləmişdir. Qeyd edir ki, mərasim evinə 3 mərasiminin təşkili üçün 3000 manat, 40 mərasiminin təşkili üçün isə 2000 manat pul vermişdir. Cümə axşamı məclislərini evində etmiş, hər dəfə 300-400 manat pul xərcləmişdir. Mərasim evindən ona təşkil edilmiş məclislər üçün ödədiyi pullara görə qəbz verilməsə də, özünü həmin mərasim evininin icarədarı kimi təqdim etmiş X6 tərəfindən ona xx.xx.2024-cü il tarixdə oğlu mərhum Cavidan üçün keçirilmiş 3 mərasimi üçün 3000 manat, xx.xx.2024-cü il tarixdə keçirilmiş 40 mərasimi üçün 2000 manat alması barədə arayış verilmişdir. Həmin arayışı məhkəməyə təqdim edir. Bundan başqa dəfn və qəbir daşı xərcləri üçün əlavə 3000 manat xəclədiyini bildirir, bu barədə ona qəbz verilməsə də, qəbir daşını düzəltmiş, X2 tərəfindən həmin işin görülməsi üçün 3000 manat aldığını təsdiq edən arayış verilmiş, həmin arayışı məhkəməyə təqdim edir. Qeyd etdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməsini, mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 Nazim oğlu uşaqlıq vaxtlarında tanımış, Cavidanla birlikdə böyümüşlər. Belə ki, 20 avqust 2024-cü il tarixdə 23 radələrində Cavidan ona idarə etdiyi avtomobilin ön hissəsi üçün bufer ehtiyat hissəsi almaq istədiyini, bu səbəbdən onunla birlikdə Bakı şəhərinə getməyi xahiş etmiş, o, xahiş geri çevirmədiyini bildirmişdir. Bundan sonra onlar birlikdə Cavidanın idarə etdiyi ** EK *** dövlət qeydiyyat nişanlı, “Xəzər” markalı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhərinə yola düşmüş, yolda olan zaman Cavidan dostları Ravil və Pünhanla telefonla danışmış və həmin şəxslərə onları Bakı şəhəri 28 may metrostansiyası ərazisində yerləşən klubda gözlədiklərini bildirib ora gəlmələrini təklif etmişdir. Həmin gecə təxminən saat 01 radələrində onlar qeyd edilən kluba çatmış, həmin vaxt avtomobili Cavidan idarə etmişdir. Onlar orada Pünhan və Ravillə görüşmüş, birlikdə oturmuşlar. Klubda olarkən mərhum Zərərçəkmiş şəxs2 spirtli içkilər içmiş, o isə iki ədəd energetik içki içmişdir. Klubda bir nəfər adını xatırlamadığı qadınla tanış olmuşlar. Söhbət əsnasında onlar klubdan çıxıb Sumqayıt şəhərinə gedəcəklərini bildirdikdə, qadın Sumqayıta getməli olduğunu bildirib, Sumqayıt şəhərində yerləşən “Yelmarın kruqu” adlanan yerdə onu düşürmələrini xahiş etmişdir. Təxminən saat 6 radələrində onlar qalxmış, Cavidan və həmin tanımadığı qadınla birlikdə Cavidana məxsus avtomobilə əyləşmişlər. Cavidan avtomobilin ön sərnişin oturacağında, qadın isə avtomobilin arxa sərnişin oturacağında əyləşmiş, bundan sonra onlar oradan çıxaraq Sumqayıt şəhəri istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt Cavidan sərxoş olduğu üçün avtomobili o, idarə etmişdir. Təxminən saat 06:39 radələrində Sumqayıt şəhəri M.Əsədov küçəsi ilə Saray körpüsü istiqamətində hərəkətdə olarkən təxminən 70-80 metr məsafədən saray körpüsü istiqamətindən bir ədəd “PAZ” markalı avtobusunun gəldiyini görmüşdür. Həmin vaxt idarə etdiyi avtomobilin sürəti təxminən 90 km/saat olmuşdur. Bu zaman təxminən 40 metr məsafədən o, avtobusun sürücüsünün sola dönmə işıq cihazlarını yandırıb qarşı hərəkət zolağına daxil olduğunu və sola dönmə əməliyyatını həyata keçirməyə başladığını görmüşdür. Bu zaman o, baş verəcək yol nəqliyyat hadisəsindən yayınmaq üçün idarə etdiyi avtomobilin əyləcini basaraq sürəti azaltmağa çalışmış, lakin buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq hissəsi avtobusun sağ yan hissəsinə, daha doğrusu sağ arxa təkərinə çırpılmışdır. Bundan sonra o, huşunu itirmiş və daha sonra nə baş verdiyini xatırlamır. Özünə gəldikdə artıq X12 avtomobilində olduğunu görmüşdür. Qeyd edir ki, avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi var. Lakin hadisə baş verən zaman sürücülük hüququndan məhrum edilmişdir. Qeyd edir ki, hadisə vaxtı o, xəsarət almışdır. O, avtobusu təxminən 70-80 metr məsafədən görsə də, avtobusun dönməyə başladığını təxminən 40 metr məsafədən görmüşdür. Hadisədən əvvəl spirtli içki istifadə etməmişdir. Hazırda özü barəsində Sumqayıt Ağır Cinayətlər məhkəməsində cinayət işinin məhkəmə istintaqı davam edir. Təqsirləndirilən şəxs tərəfidən ona vurulmuş ziyanla bağlı hər hansı məbləğ ödənilməmişdir, qanunamüvafiq hökm çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 Nazim oğlunu bir neçə ildir ki, tanımışdır. Belə ki, 20 avqust 2024-cü il tarixdə saat 23 radələrində o, dostu Şahid4la özünə məxsus “Opel Astra” **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən çıxıb Bakı şəhərində yerləşən “Xutor” kimi tanıdıqları avtomobil təmiri mərkəzinə gəlmiş, lakin mərkəzdə usta tapa bilmədikləri üçün Ravillə birlikdə 28 May ərazisində yerləşən gecə klubuna getmişlər. Gecə klubunda olan zaman Cavidanla mobil telefonla danışmış, Cavidan ona Yaqubla birlikdə özünə məxsus avtomobil üçün ehtiyat hissəsi almaq məqsədilə Bakı şəhərinə gəldiyini bildirmişdir. O, Ravillə birlikdə gecə klubunda olduqlarını demiş və onlara da həmin gecə klubuna gəlmələrini təklif etmişdir. Bundan sonra o, həmin yerin “məkan”-nı Cavidana “VVatsap” proqramı vasitəsi ilə göndərmiş, təxminən gecə saat 01 radələrində Cavidanla Yaqub həmin kluba gəlmişlər. O, Ravilə maşın sürəcəyi üçün içki içməməsini bildirmişdir. Həmin vaxt Cavidan və özü pivə içmiş, Yaqub isə energetik içki içmişdir. Cavidan klubda bir nəfər adını xatırlamadığı qadınla tanış olmuş, təxminən saat 5 radələrində Ravillə o, oradan çıxmış və bir qədər şəhərdə maşınla gəzmişlər. Cavidanla Yaqub bir qədər sonra çıxacaqlarını bildirmişlər. Təxminən saat 07 radələrində Sumqayıt şəhəri M.Əsədov küçəsi ilə Saray körpüsü istiqamətində hərəkətdə olarkən körpüyə çatmamış yol nəqliyyat hadisəsinin baş verdiyini görmüşlər. Bir qədər yaxınlaşdıqda orada Cavidana məxsus avtomobilin olduğunu, həmin vaxt Yaqubun yaralı vəziyyətdə olduğunu görmüşlər. O, Cavidanın harada olduğunu soruşduqdan, orada olan insanlardan biri Cavidanın xəstəxanaya aparıldığını bildirmiş, bundan sonra o, Ravillə birlikdə Cavidanın yaşadığı ünvana getmiş və sonuncunun anası Lalə xanım olanları danışmışlar. Onlar bundan sonra xəstəxanaya getmiş və orada Cavidanın dünyasını dəyişdiyini eşitmişlər. Bundan sonra onlar Ravillə oradan çıxmış və maşınla evə doğru getmişlər. Onların yolu DYP-nin duracağının yanından keçdiyi üçün onlar duracaqda Cavidanın avtomobilinin olduğunu və ətrafda bir neçə adamın dayandığını görmüşlər. Onlar içəri daxil olmuş, həmin vaxt girişdə olan polis əməkdaşı Ravilin adını qeyd etmişdir. Onlar avtomobilin yanına gəlmiş, Ravil avtomobilin içərisindən sınıq vəziyyətdə olan radio qurğusunu (maqnitofon) götürmüşdür. O, Ravilə nə səbəbə belə etdiyini soruşduqda o, həmin maqnitofonun oğurlana bilməsindən ehtiyat etdiyi üçün götürdüyünü bildirmişdir. Bundan sonra onlar oradan çıxaraq evlərinə getmişlər. Təxminən 1-2 gün sonra Ravillə birlikdə Cavidanın yaşadığı evin yaxınlığında keçən zaman sonuncunun qohumu Cəbi kimi tanıdığı şəxs onlara yaxınlaşıb nə üçün maqnitofonu götürdüklərini soruşmuş, o, həmin maqnitofonun digər şəxslər tərəfindən oğurlanmaması üçün götürdüklərini, bu haqda Nadirə də məlumat verdiklərini demişdir. Həmin gün maqnitafonu Cavidanın qohumlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində şahid Pünhan Tarverdiyevin ifadəsində göstərdikləri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Cavidan Əlizadə onun uşaqlıq dostu olmuşdur. Belə ki, 2024-cü ilin iyun ayında Cavidan Türkiyədən ona zəng edərək, “Turbo.az” saytında yerləşən elandan ** EK *** dövlət qeydiyyat nişanlı “Xəzər” markalı avtomobil bəyəndiyini, həmin avtomobili onun üçün almaq istədiyini bildirmişdir. O, heç bir problem olmadığını bildirmiş, bundan sonra Cavidan ona həmin avtomobilin yerləşdiyi elanın linkini atmış və həmin avtomobil üçün ona 9500 manat pul göndərmişdir. O, elana daxil olub orada olan nömrə ilə əlaqə saxlamış, avtomobilin sahibinin adının Coşqun olduğunu öyrənmişdir. 10 iyun 2024-cü il tarixdə o, Coşqun ilə görüşmüş və avtomobilə baxmışdır. Bundan sonra o. Coşquna 9500 manat pul vermiş və Coşqun həmin avtomobilə dair ona baş etibarnamə vermişdir. 2024cü ilin iyul ayında Cavidan Türkiyədən qayıtmışdır. Belə ki, 20 iyul 2024-cü il tarixdə o, Cavidana nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə vermişdir. Cavidan Türkiyədən gəldikdən sonra ona hazırda avtomobili adına keçirməsi üçün kifayət qədər pulunun olmadığını və müvəqqəti olaraq nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin verilməsini bildirmişdir. Bu səbəbdən o, həmin vaxt Cavidana etibarnamə verməli olmuşdur. 21 avqust 2024-cü il tarixdə təxminən saat 5 radələrində Cavidan ona sms yazaraq hazırda Bakı şəhərində olduğunu, içkili olduğu üçün gəlib onun maşınını sürməyini xahiş etmiş, o, isə heç bir problem olmadığını demişdir. Bir neçə dəqiqə sonra Cavidan ona yazaraq gəlməyə ehtiyac olmadığını, Yaqubun onun maşınını sürdüyünü bildirmişdir. Növbəti gün, yəni 21 avqust 2024-cü il tarixdə təxminən saat 11 radələrində o, Cavidannı səhər saatlarında baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ildən DİO-da, 2024-cü ildən isə Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-i inspektoru vəzifəsində xidmət edir. Sonuncu dəfə 21 avqust 2024-cü il tarixdə saat 06:39 radələrində xidmətdə olarkən Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən məsul növbətçi Sumqayıt şəhəri M.Əsədov küçəsində Saray körpüsünün yaxınlığında avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi, hadisə nəticəsində bədən xəsarətləri almış şəxslərin olması barədə məlumat verdiyindən, dərhal həmin əraziyə yaxınlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin gün sonradan anket məlumatlarını öyrəndiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi ** EK *** dövlət qeydiyyat nişanlı “Xəzər” markalı avtomobillə Sumqayıt şəhəri, M.Əsədov küçəsində Saray qəsəbəsi istiqamətindən Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobilin qabaq hissəsi Sumqayıt şəhəri istiqamətindən Novxanı bağları istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “PAZ" markalı avtobusun sağ yan hissəsi ilə toqquşmuş, nəticədə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Xəzər” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri almış, həmin avtomobilin digər sərnişini Zərərçəkmiş şəxs2 aldığı bədən xəsarətlərindən Sumqayıt şəhər TTYX-da ölmüşdür. Daha sonra hadisə yerinə əməliyyat qrupunun digər üzvüləri gəlmişlər. Bundan sonra hadisə yerinə baxış keçirilmiş, toqquşmuş avtomobillər çəkici vasitəsilə hadisə yerindən götürülərək cərimə duracağına yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X8 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş mərhum oğlu Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmışdır. (i.v.100-101) Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 181) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.207- 209) “Qətimkan tədbirinin seçilməsi barədə” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 210-211) 13 yanvar 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs1 barəsində CM-nin 263-1.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (i.v. 226-227) “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi (Saray körpüsünün) qarşısıdır. Hadisə baş verən yerdə yol örtüyünün eni 12 metrdir, hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 6 metrdir. Yolun hərəkət hissəsi düzdür, hadisə baş vermiş yerdə yol örtüyü asfaltbetondur, qurudur. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v.06-23) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 4326 saylı aktdan görünür ki, sürücü Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 10:30-da müayinə olunmuş, müayinə zamanı Zərərçəkmiş şəxs1 alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamış, Zərərçəkmiş şəxs1 sidik analizi götürülmüş, ekspress test üsulu ilə yoxlanılmış, mop qəbul halı aşkarlanmışdır. (i.v.28) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 4329 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:40-da müayinə olunmuş, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. (i.v.29) Təqsirləndirilən şəxs “CD” kateqoriyalı, AF704428 nömrəli sürücülük vəsiqəsinə malikdir, vəsiqəsi xx.xx.2029-cu ilədək qüvvədədir. (i.v.36) DİN BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16-8/2-5881/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “CD” kateqoriyalı AF704428 nömrəli on illik sürücülük vəsiqəsini aldığını, mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında olmadığı göstərilmişdir. (i.v.93) BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16-8/2-5880/2024 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə “BC” kateqoriyalı BD057495 nömrəli on illik sürücülük vəsiqəsini aldığını, mərkəzi informasiya sistemində xx.xx.2024-cü il tarixdə 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir.(i.v. 94) Cinayət işi materiallarına əlavə edilmiş, məhkəmə istintaqı zamanı tədqiq edilən hadisə yerini əks etdirən Təhlükəsiz Şəhər kamerasından götürülmüş 01 ədəd DVD diskə yazılmış görüntülərə baxış keçirilməsi haqqında 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, “STŞ-031 3-2024-08-21_06h37min00s000ms” adlı, 406634 kb həcmində 11 dəqiqə davam edən video görüntülər olan diskə baxış keçirilərkən video görüntüdə ekranın yuxarı sol küncündə xx.xx.2024 06:36:57 rəqəmlərinin yazıldığı, həmin yazı və rəqəmlərin video görüntünün çəkildiyi tarixi və saatı göstərdiyi, video görüntünün sabit, yerində dayanmış qurğu tərəfindən çəkildiyi, görüntünün Sumqayıt şəhəri, M.Əsədov küçəsində yerləşən avtomobil yolunu və ətraf əraziləri əks etdirdiyi, video görüntünün çəkildiyi vaxt havanın aydın olduğu, saat 06:39:14-də Abşeron rayonu Saray qəsəbəsi istiqamətindən bir ədəd “Khazar” markalı avtomobilinin faralarının yandırıb-söndürməklə qarşısında olan avtomobili ötərək Sumqayıt şəhəri istiqamətinə gəldiyi, 06:39:24-də Sumqayıt şəhəri istiqamətindən (Saray Körpüsü) ** JR *** dövlət qeydiyyat nişanlı “PAZ 32054-07” markalı avtobusun sola dönmə işıqlarını yandıraraq yolun boşalmasını gözləmədən yolun hərəkət hissəsinə daxil olaraq Novxanı bağları istiqamətinə hərəkəti davam etdirdiyini, bu zaman Abşeron rayonu, Saray qəsəbəsi istiqamətindən Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan “Khazar” markalı avtomobilin əyləcə basmasına baxmayaraq saat 06:39:26-da “PAZ 32054-07” markalı avtobusun sağ yan hissəsi (sağ arxa təkəri) ilə toqquşması, daha sonra oraya kənar şəxslərin toplaşdığının göründüyü müəyyən edilmişdir. (i.v.60-6) AR SN MTE və PAB-nin məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1446 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsinə və qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (i.v.57-58) AR SN MTE və PAB-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 100 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: beyin maddəsinə və mədəciklərinə qansızma. Kəllə sümüklərinin sınığı. Subdural hematoma. Sağ gicgah-təpə nahiyyəsinin yarası. Sağ budun aşağı 1/3-nin qapalı sınığı. Çənəalltı nahiyyənin, sağ bazunun yarası, hər iki dizin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdirlər, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhükəli və bu halda ölümlə nəticələn sağlamlığa AĞİR zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb kəllə qapağı və əsas sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. (i.v. 65-72) AR SN MTE və PAB-nin məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1553 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ əlin V barmağının vətərinin zədələnməsi, V barmağın falanqaarası oynaqda sınığı, V barmağın falanqaarası oynaqda hərəkət məhdudluğu-ankilozu, alt çənənin yumşaq toxumlarının əziyi və əzilmiş yarası, sağ dizin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cii il tarixə uyğun gələ bilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla itirilməsinə səbəb olduğundan (10%) sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. (i.v.133-135) AR SN MTE və PAB-nin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli № 2867/K saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin. pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannnabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (i.v. 144- 146) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2741 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən; 1.2. PAZ 32054 markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. Khazar markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «M aksim um sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64cü maddəsinin 1-ci hissəsinin (3.24 «M aksim um sürətin məhdudlaşdırılması»yol nişanı) tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 148-151) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.119) AR SN Milli Onkologiya Mərkəzinin LO 62074 –Y21007520 saylı, xx.xx.2024-cü il tarixli xəstəlik tarixdən çıxarış (epikriz) dən görünür ki, A-Əsas diaqnoz: C61-Prostat vəzinin xərçəngi ypT2aN0M0(Ductal adenokarsinoma) mərhələ İVB. Diaqnoz qeydi: Prostat vəzinin xərçəngi ypT2aN0M0(Ductal adenokarsinoma) (ağciyərlərə və qaraciyərlərə MTS) mərhələ İVB.yanaşı xəstəlikləri: Şəkərli diabet İİ tip orta ağır forma. (i.v. 175-176) “Sübutların qiymətləndirilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi materiallarına əlavə edilmiş yaddaşında 01ədəd, “STŞ- 031 3-2024-08-21_06h37min00s000ms” adlı, 406634 kb həcmində 11 dəqiqə davam edən video görüntülər olan 01ədəd disk cinayət işi üzrə disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Şahid4 və Şahid2 barələrində CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə cinayət təqibi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 əməlinə hüquqi qiymət verilməsi məqsədilə CM-nin 263.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işindən, CM-ni 263-1.3-cü maddəsi ilə şəxsə görə cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs barəsində CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, ** EK *** dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobildə olan qadın və ** JR *** dövlət qeydiyyat nişanlı “PAZ 32054-07” markalı avtobusda olan kişi cinsli sərnişinlərin şəxsiyyəti müəyyən edilmədiyindən, həmin şəxslərin dindirilməsi və məhkəmə-tibbi ekspertizadan keçirilməsi mümkün olmaması qərara alınmışdır. (i.v.214-224) Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X8 tərəfindən verilmiş xx.xx.2025ci il tarixli mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs mərhum oğlu Zərərçəkmiş şəxs2 dəfninə, yas mərasimlərinin keçirilməsinə, qəbir daşının düzəldilməsinə 10000 manat və mənəvi zərə görə 40000 manat cəmi 50000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 tərəfindən Lalə Məmmədovaya verilmiş xx.xx.2025-ci i tarixli arayışdan görünür ki, “Aygün” mərasim evində sonuncunun oğlu mərhum Zərərçəkmiş şəxs2 yas mərasimləri keçirilmiş 3 mrasiminin keçrilməsi üçün 3000 manat, 40 mərasiminin keçirilməsi üçün onlara 2000 manat pul ödənilmişdir. X2 tərəfindən Lalə Məmmədovaya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, qəbir daşının hazırlanması üçün X13 Məmmədovadan xx.xx.2024-cü il tarixdə 3000 manat pul almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə görə Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. AR CM-də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə anlayış verilmişdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, cinayətkarcasına özünəgüvənmə nəticəsində ehtiyatsılıqdan qeyd olunan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ağır xəstəlikdən əziyyət çəkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respbulikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə müəssisədən çıxmışdır. Xəstəlik tarixindən çıxarışdan (Epiqriz) görünür ki, Təqsirləndirilən şəxs Əsas diaqnoz: Prostat vəzinin xərçəngi mərhələ İVB, Diaqnoz qeydi: Prostat vəzinin xərçəngi (ağciyər və qaraciyərə MTS) mərhələ İVB, Yanaşı xəstlikləR: Şəkərli diabet İİ tip orta ağır forma müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşını, ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, ağır xəstəlikdən əziyyət çəkməsini, gündəlik zəruri ehtiyaclarını ödəməkdə çətinlik çəkməsini, əlil arabasından asılı qalmaqla, yaxınlarının və ya digər şəxslərin qulluğuna ehtiyaclı vəziyyətdə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla idarə etməsi nəticəsində 1 nəfər şəxs ölmüş, 1 nəfər şəxs az ağır dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermiş, yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət almışdır. Statistik məlumatlara əsəsən 2023-cü il ərzində 1636 yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2229 nəfər, həlak olanlar 862 nəfər, yaralananlar 1367 nəfər olmuş, 2024-cü ilin yanvar-mart aylarında isə 325 yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 446 nəfər, həlak olanlar 159 nəfər, yaralananlar 287 nəfər olmuşdur. Statiskaya görə 2024cü ilin müvafiq rübündə baş vermiş yol nəqliyyat hadisələrinin sayında cüzi azalma baş versə də, magistral avtomobil yollarında baş verən yol qəzalarının sayı artmış ki, bu da ölkə əhalisi arasında böyük rezonans yaratmaqda davam edir. Məhz bu səbəbdən Azərbaycan Respublikası Prezidenti yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini nəzərdə tutan 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncamda da yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyəti nəzərə alınmaqla, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün əlavə tədbirlər görülməsinin və cinayət məsuliyyətinin sərtləşdirilməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları-xüsusən onun yaşını, ağır xəstəlikdən əziyyət çəkməsini, əlil arabasında olmaqla yaxınlarının qulluğuna ehtiyaclı vəziyyətdə olmasını, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxsun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. CM-nin 45.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-onların cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli Təqsirləndirilən şəxsun cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut- Cinayət işi materiallarında olan, yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddiaçı Lalə Məmmədova mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində onlara vurduğu zərərin əvəzi olaraq dəfnə çəkdiyi xərc üçün 10000 manat məbləğində maddi zərər, 40000 manat məbləğində isə mənəvi zərər ümumilikdə 50000 manat pulun pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərə görə 8000 manat məbləğində pul, mənəvi zərə görə 2000 manat, ödənilmiş dövlət rüsmunun əvəzi 240,40 manat cəmi 10240 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Lalə Məmmədovaya ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, zərəçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı Lalə Məmmədova məhkəməyə 3 və 40 mərasimlərinin keçirilməsi üçün çəkdiyi xərclərlə bağlı mərasim evinin icarədarı olan şəxsdən arayış alaraq təqdim etmiş, Elçin Cəfərov adlı həmin şəxs ümumilikdə hər iki məclis üçün Lalə Məmmədovadan 5000 manat pul aldığını imzası ilə təsdiq etmişdir. Bundan başqa zərəçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı Lalə Məmmədova məhkəməyə qəbir daşının hazırlanması üçün çəkdiyi xərclə bağlı daşı düzəldən şəxs Eldar Allahveridyev adlı şəxsən arayış alaraq təqdim etmiş, sonuncu həmin daşın düzəldilməsi üçün Lalə Məmmədovadan 3000 manat aldığnı imzası ilə təsdiq etmişdir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 1-ci bəndinin 3-cü abzasına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü hissəsinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 10-cu hissəsinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarın 11-ci hissəsinə əsasən mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Lalə Məmmədova baş vermiş yol nəqiliyyat hadisəsi zamanı oğlu Zərərçəkmiş şəxs2 dünyasını dəyişməsi nəticəsində o, mənəvi sarsıntı iztirablara məruz qalmıışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq Lalə Məmmədovanın mənəvi zərərə münasibətdə iddia tələbinin 2000 manat hissədə təmin edilməsini ağlabat və ədalətli hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 mülki iddiası qismən təmin edilsin. Maddi zərərə görə 8000 manat, mənəvi zərə görə 2000 manat məbləğində pul, ödənilmiş dövlət rüsmunun əvəzi 240,40 manat cəmi 10240 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Lalə Məmmədovaya ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut- yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar