Məhkəmə qərarları › İş №1(060)-257/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-257/2023

25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-257/2023 25.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022ci ilin avqust ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə X2 ilə Facebook sosial şəbəkəsində tanış olub sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs dövlət xəstəxanalarının birində tibb bacısı kimi işə düzəldəcəyi adı ilə yalan vədlər verib aldadaraq həmin işin görülməsi müqabilində 2022-ci ilin avqust ayının son həftəsində dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən “Pioner” marketin qarşısında, ilkin olaraq 5000 (beş min) manat, 2022-ci ilin avqust ayının son günlərində, dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketin qarşısında 600 (altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda – 5600 (beş min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında Facebook sosial şəbəkəsində Turan Mirverdizadə adıyla Tənzilə Abdiyeva adlı profilin rəyinə bəyənmə işarəsi qoyduğunu, sonra həmin profilə tanışlıq üçün şəxsidə yazdığını və tanış olduqlarını, həmin vaxt biribirilərinin mobil nömrələrini götürüb Vatsapda mesajlaşmağa başladıqlarını, Tənzilənin ona işsiz olduğunu bildirdiyini, Tənziləyə fikir etməməyini və yaxşı olacağını dediyini, sonradan birlikdə Sumqayıt şəhəri ərazsində taksiyə minib çay içməyə getdiklərini, Tənziləyə mağazaların birində satıcı kimi işləməsini təklif etdikdə Sumqayıt Hospital xəstəxanasında tibb bacısı işlədiyini və hal-hazırda işdən çıxdığını dediyini, yenidən həmin xəstəxanaya tibb bacısı kimi işə düzəldə biləcəyini dediyini, Tənzilənin onunla razılaşdığını, bundan bir neçə gün sonra Tənzilənin onunla görüşərək şəxsiyyət vəsiqəsi və diplomunun surətini ona verdiyini, bundan sonra Tənzilənin onunla görüşəndə Ülviyyə adlı rəfiqəsinin olduğunu, onun Sumqayıt Hospital xəstəxanasında tibb bacısı işlədiyini, lakin çıxıb dövlət xəstəxanalarının birində işləmək istədiyini dediyini, Ülviyyə də kömək edə biləcəyini dediyini, bunun üçün 5000 (beş min) manat pul lazım olacağını bildirdiyini, Tənzilənin ona Ülviyyə ilə danışıb məlumat verəcəyini dediyini, 3-4 gün sonra Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketin yaxınlığında görüşdüklərini, Tənzilənin 5000 (beş min) manat pulu və Ülviyyəyə məxsus sənədlərin surətini ona verdiyini, Tənziləyə 12 sentyabr 2022-ci il tarixə kimi hər ikisinin işinin düzələciyini dediyini, bundan sonra maddi vəziyyətinin yaxşı olmadığı üçün 2022-ci ilin avqust ayının sonlarında Tənziliyə zəng edərək 600 (altı yüz) manat borc pul lazım olduğunu dediyini, həmin gün onunla Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketin yaxınlığında görüşərək 600 (altı yüz) manat pulu aldığını, Tənzilə rəfiqəsi Ülviyyənin mobil nömrəsini ona verərək ona Vatsapda səbrli olmağını və gözləməsini yazmağı barədə xahiş etdiyini, istifadəsində olan ***-***-**- ** mobil nömrəsi ilə Ülviyyənin mobil nömrəsinə mesaj yazdığını, lakin Ülviyyənin onu bloka atdığını, Tənzilədən Ülviyyəni onu nə üçün bloka atdığını soruşduqda həyat yoldaşının qısqanc olduğunu və bu səbəbdən bloka atdığını dediyini, Tənzilədən aldığı pulları öz şəxsi təlabatı üçün xərclədiyini, Tənziləyə Səkinə adlı xanımın vasitəsi ilə işə düzəldəcəyi barədə bir söz demədiyini, Səkinə xanımın yalnız adını bildiyini, onunla heç bir qohumluq və ya başqa bir əlaqəsi olmadığını, həmin şəxsi ümumiyyətlə görmədiyini, Tənzilənin özünü işə düzəltmək üçün pul almadığını, onun tanışı Ülviyyəni işə düzəltmək üçün Tənzilədən 5600 (beş min altı yüz) manat pul aldığını, həmin pulu da şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Əməlindən peşman olmasını və himayəsində 01 (bir) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X1 uzun müddətdir tanıdığını, onunla birlikdə Sumqayıt Hospital tibb mərkəzində tibb bacısı işlədiklərini, Sumqayıt Hospital özəl klinika olduğundan hər hansı dövlət xəstəxanasına tibb bacısı kimi işə düzəlmək istədiyini, 2022ci ilin avqust ayının sonlarında dəqiq gününü xatırlamdığı tarixdə Tənzilə ilə görüşləri zamanı Tənzilənin ona Turan adlı bir tanışı olduğunu, Tənziləni dövlət xəstəxanalarının birinə tibb bacısı kimi işə düzəldəcəyini dediyini, bu zaman o, Tənziləyə həmin şəxsdən onu da işə düzəltməyi xahiş etməsini dediyini, Tənzilə Turan adlı şəxsin iş üçün 5.000 (beş min) manat məbləğində pul istədiyini bildirdiyini, danışıqlarının ertəsi gün, Tənzilə ilə Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketin qarşısında görüşdüyünü, orada 5.000 (beş min) manat məbləğində pul və özünə məxsus şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, diplomunun sürətlərini Tənziləyə Turana verməsi üçün təqdim etdiyini, bundan bir neçə gün sonra 2022-ci ilin aqvust ayının son günlərində Tənzilənin ona Turanın 600 (altı yüz) manat əlavə pul istədiyini dediyini, yenə də Tənziləyə 600 (altı yüz) manat məbləğində pulu Turana verməsi üçün verdiyini, bundan bir müddət keçməsinə baxmayaraq Turanın onların işlərini düzəltmədiyini, Turan tərəfindən aldadıldıqlarını başa düşdüyünü, Turan adlı şəxsi ümumiyyətlə görmədiyini, tanımadığını, Tənzilənin onun yanında dəfələrlə Turan ilə danışdığını, Turanın da hər səfərində müxtəlif bəhanələr gətirərək onun işini düzəltmədiyini, pulunu da qaytarmadığını, Tənzilənin ondan aldığı 5600 (beş min altı yüz) manat pulu Turana verdiyini bildiyini, belə ki, Tənzilənin onun iştirakı ilə Turan ilə danışanda Turan işin alınmadığını, 5600 (beş min altı yüz) manat pulunu qaytaracağını dediyini eşitdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust aydında “Facebook” sosial şəbəkəsində Turan Mirverdizadə adlı istifadəçi ilə tanış olduğunu, belə ki, iş axtarışı ilə bağlı paylaşım edən zaman Turanın həmin palyaşıma rəy bildirirək onu işə düzəldəcəyini, sonra həmin profilə tanışlıq üçün şəxsidə yazdığını və tanış olduqlarını, həmin vaxt biri-birilərinin mobil nömrələrini götürdüklərini, Vatsapda mesajlaşmağa başladıqlarını, Turana Sumqayıt Hospital xəstəxanasında tibb bacısı işlədiyini və hal-hazırda işdən çıxdığını, Turanın da ona Tibb idarəsinin müdiri Səkinə xanımın onun bibisi olduğunu, onu həmin xəstəxanaya tibb bacısı kimi yenidən işə düzəldəcəyini, Turanla razılaşdığını, Turan ondan həmin işə görə 5.000 (beş min) manat pul alacağını, bundan bir neçə gün sonra Turanla Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində görüşərək şəxsiyyət vəsiqəsini və diplomunun surətini Turana verdiyini, Turan 5.000 (beş min) manat pulu bir neçə günə verəcəyini, bundan bir neçə gün sonra bu barədə iş yoldaşı olan hazırda işsiz olan Ülviyyəyə danışdığını, Ülviyyə də ona Turanın ona da köməklik etməyini xahiş etdiyini, bu barədə Turana bildirdiyini, Turan bunun üçün də 5000 (beş min) manat pul lazım olacağını, Ülviyyə ilə danışıb məlumat verəcəyini, bundan sonra 2022-ci ilin avqust ayında dəqiq gününü xatırlamadığı tarixdə Ülviyyənin ona Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşadığı evin yaxınlığında 5000 (beş min) manat və sənədlərini Turana verməsi üçün verdiyini, Ülviyyədən aldığı pulu və sənədləri 2022-ci ilin avqust ayında dəqiq gününü xatırlamadığı tarixdə Turana Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketin qarşısında verdiyini, Turan sentyabr ayında Ülviyyənin və onun işə çıxacağını, bundan sonra 2022-ci ilin avsuqt ayının son günlərində Turanın Ülviyyənin işinin düzəlməsi və sənədləşmə üçün 600 (altı yüz) manat lazım olduğunu, həmin gün Ülviyyədən 600 (altı yüz) manat pul alıb Turanla “Pioner” marketin qarşısında görüşdüyünü, 600 (altı yüz) manat pulu da Turana verdiyini, bundan sonra işlərin uzandığını, Turanın onları müxtəlif bəhanələr gətirərək aldatdığını, Turandan Ülviyyənin pulunu geri qaytarmasını tələb etdiyini, Turanın isə hər səfərində müxtəlif bəhanələr gətirərək pulu vermədiyini, Ülviyyə də onunla dəfələrlə danışıb pulunu tələb etsə də, Turan Ülviyyəyə də müxtəlif bəhanələr gətirməyə başladığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qəardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində secilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2013-cü il təvəllüdlü X4). İş materiallarında olan 10 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 32.5, 312 və 32.4, 312-ci maddələrində və Şahid və Təqsirləndirilən şəxs əməllərində 178.2.1-ci maddəndə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən, həmin maddə ilə barələrində ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar