Məhkəmə qərarları › İş №1(060)-257/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-257/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-257/2024 29.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikası Krasnoselo şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuna və metadonu əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, xeyli miqdarda, 1 bükülüdə təmiz çəkisi 16,57 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və xeyli miqdarda, 02 ədəd həbdə təsir maddəsinin ümumi miqdarı 0,080 qram narkotik vasitə metadonu əldə edərək kirayədə yaşadığı ünvan 2-ə gətirdikdən sonra qurudulmuş marixuananın bir hissəsini evdə mətbəx mebelinin gözündə saxlamış, qurudulmuş marixuananın bir bükümdə olan hissəsini və 02 ədəd metadon həbini üzərində saxlamaqla daşımış və 26 oktyabr 2023-cü il tarixdə saat 16:30-da Sumqayıt ŞPİ-nin CAŞ- m əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində "Kapital Bank" Qubadlı filialının qarşısında saxlanılaraq idarənin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sol yan cibindən l(bir) bükümdə təmiz çəkisi 1,26 qram qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd həbdə təsir maddəsinin ümumi miqdarı 0,080 qram narkotik vasitə metadon, bundan sonra həmin gün saat 18:35-də Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 2-də özünün iştirakı ilə keçirilən baxış zamanı mətbəx mebelinin gözündən 01 (bir) bükülüdə təmiz çəkisi 15,31 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs edilməmişdən təxmini 3-4 ay öncıədən narkotik vasitə qurudulmuş marixuanadan istifadə edirmiş. O saxlanılan gün səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olan zaman tanımadığı şəxsən 30 manata 1 büküm qurudulmuş marixuana almışdır. Sonra yaşadığı ünvana gəlmiş və marixuananın bir qismini evin mətbəxində gizlətmiş, az bir qismini isə üzərində saxlamışdır. Həmçinin bükümə baxdıqda onun içərisində iki ədəd metadon həbinin də olmasını görümüşdür. Lakin, həmin metadon həbindən məlumatsız olmuşdur, bükülünü aldıqda içərində metadon həblərinin olmasından məlumatsız olmuşdur. Ona görə də metadon həblərini də götürmüşdür ki, evdən çıxdıqdan sonra atar. Evdən çıxdıqdan bir qədər sonra saat 16:30 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən “Kapital bank” Qubadlı filialının qarşısında olan zaman ona mülki geyimdə olan 2 nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər, onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək polis idarəsinə dəvət etmişlər. O da etiraz etməmiş və birlikdə Sumqyıt ŞPİ-yə gəlmişlər. Polis idarəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq vəkil təqdim edilmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində saxladığı 1 ədəd şəffaf sellofan bükümdə olan marixuananı, digər selofan bükümdə 02 ədəd metadon həbini çıxarıb təqdim etmiş və bükümlərin içərisində marixuana və metadon həbləri olduğunu, həmin maddələri Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən aldığını, həmçinin kirayədə yaşadığı evdə də marixuana saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı üzərindən mobil telefonu və 20 manat pul aşkar olunmuşdur. Aşkar olunmuş marixuana elektron tərəzidə çəkilmişdir. Bundan sonra marixuana və 02 ədəd metadon həbləri qablaşdırılıb möhürlənmiş, zərfin üzəri tərəfindən imzalanmışdlr. Mobil telefonu götürülmüş, 20 manat pulu özünə qaytarılmışdır. Bundan sonra kirayədə yaşadığı evə polis əməkdaşlarının baxış keçirilməsinə etirazı olmadığını bildirərək bu barədə ərizə də təqdim etmişdir. Polis işçiləri və vəkili ilə birlikdə kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə getmişlər. Vdeoçəkilişlə yaşadığı ünvana baxış keçirməzdən əvvəl ona mənzilində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o da mənzildə mətbəxində olan mebelin yuxarı gözündə saxladığı 1 bükülüdə qurudulmuş marixuananı təqdim etmişdir. Mənzilindən aşkar olunmuş qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, zərfə qablaşdırılıb möhürlənmişdir və zərfin üzəri tərəfindən imzalanmışdır. Sonra protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda evli olmaqla üç uşağı var, onlardan biri yetkinlik yaşına çatmamışdır. Həmçinin himayəsində yaşlı ata-anası var, qardaşı hazırda həbsdədir, onun ailəsində də o baxır. Göstərilən halları, həmçinin özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axatış və mənzilə baxış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna ondan başqa Sumqayıt ŞPİ-nin polis nəfəri Şahid2 də daxil edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 26 oktyabr 2023-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 16:30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən “Kapital Bank” Qubadlı filialının yaxınlığında olmasını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onu idarəyə dəvət etmişlər, sonuncu isə etiraz etmədən onlarla birlikdə idarəyə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək vəkil təqdim edilmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd bükümdə içərisində qurudulmuş marixuanaya bənzər və 1 ədəd şəffaf selofan bükümdə içərisində üzərində F/M40 yazılar olan 02 ədəd həbi təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan “nəşə”, yəni qurudulmuş marixuana, həblərin isə metadon həbləri olduğunu, həmin maddələri Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən özünə qəbul etmək məqsədi ilə 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd mobil telefon və şalvarının cibindən 20 manat pul əskinazı aşkar edilmişdir. Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 20 manat isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Aşkar olunmuş 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddə və 02 ədəd həb ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərflərin üəri isə iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs evdə də qurudulmuş marixuanadan saxladığını bildirərək evə baxış keçirilməsinə etirazının olmadığını qeyd etmiş və bununla bağlı ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə onun yaşadığı ünvan 2-də yerləşən evə getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs evdə qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməsi təklif olunmuş, sonuncu isə evdə mətbəxdə mətbəx mebelinin gözündə saxladığı 01 ədəd selofan bükülünü təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxıldıqda qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş, daha sonra həmin kütlə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilən zaman qanunla qadağan olunmuş əlavə hər hansı əşya və maddə aşkar edilməmişdir. Bundan sonra evə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin XTB-nin polis nəfəri Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan iki bükümü təqdim etmiş, bükümlərdən birində olan maddənin natkotik vasitə olan marixuana olmasını, digərində olan 02 ədəd həbin isə metadon olmasını bildirmişdir. Evə baxış zamanı isə bir ədəd sellofan bükümdə maddəni təqdim edərək qurudulmuş marixuana olmasını bildirmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-76-cı vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 31-32-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 26 oktyabr 2023-cü il tarixli protokol və görüntüləri özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin İŞ-də xidməti otaqların birində baş müstəntiq Orxan Bağırlı tərəfindən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X5, Sumqayıt ŞPİ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, həmçinnin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd şəffaf selofan bükümdə içərisində qurudulmuş marixuanaya bənzər və 1 ədəd şəffaf selofan bükümdə içərisində üzərində F/M40 yazılar olan 02 ədəd həbi təqdim edir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan “nəşə”, yəni qurudulmuş marixuana, həblərin isə metadon həbləri olduğunu, həmin maddələri Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən özünə qəbul etmək məqsədi ilə 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd selofan bükümdə qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzidə çəkilərək olduğu selofanla birlikdə çəkisinin 1,42 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon və əynində olan cins şalvarının sol yan cibindən 20 manat pul əskinazı aşkar edilmiş, üzərindən əalvə heç nə aşkar edilməmişdir. Mobil telefon müstəntiq tərəfindən götürülmüş, 20 manat pul əskinazı ilə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddə və 02 ədəd metadon həblərinə bənzər həblər ekspertizaya təqdim edilməsi məqsədilə ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərflərin üzərində qeydlər aparılaraq imzalanmışsır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuanadan yaşadığı evdə də saxladığını bildirərək evə baxış keçirilməsinə etirazının olmamasını və bununla bağlı ərizə verə biləcəyini bildirmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan evə baxış keçirilməsi və götürmə haqqında 26 oktyabr 2023-cü il tarixli protokol və həmin zaman qeydə alınmış video görüntüləri özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-də yerləşən evdə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evdə qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə mətbəxdə mətbəx mebelinin gözündə saxladığı 01 ədəd selofan bükülünü təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, həmin bükülünün içərisinə baxıldıqda qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 15,75 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş əlavə hər hansı əşya və maddə aşkar edilməmişdir. Cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-5756 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə" yazılar və imzalar olan 1№-li zərfdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-1,26 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulumuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində" 1) Paşayev" yazılar və imzalar olan 2№-li zərfdə 1 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi-15,31 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulumuş marixuanadır. Təqdim olunmuş 2 ədəd bükümlərdə olan marixuanaların ümumi çəkisi-16,57 qramdır. Cinayət işinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2023-cü il tarixli, 3-16-16/1-6/5756 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...(imza) Paşayev..." sözləri olan zərfdəki 2 ədəd açıq-qəhvəyi rəngli, "F/M 40" göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 51-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 01 noyabr 2023-cü il tarixli 7142 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri müəyyən olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 97-ci vərəqəsində olan 17 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,53 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd metadon həbi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddüi sübutları saxlama otağına verilmişdir. Cinayət işinin 116-121-ci vərəqələrində olan 17 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış və evə baxış zamanı qeydə alınmış video görünütləri əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 86-cı vərəqəsində olan AZ-İ seriyalı 208759 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir. Cinayət işinin 85-ci vərəqəsində olan AZ-İİ 915763 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdir. Cinayət işnin materiallarına əlavə edilmiş X14 nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1952-ci il təvvəlüdlü X12, xx.xx.1959-cu il təvəllüdlü X6, xx.xx.1992-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X10 Təqsirləndirilən şəxs himayəsindədirlər. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış və evə baxış zamanı qeydə alınmış videogörüntülər, həmçinin digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuna və metadonu xeyli miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum edilməməsini, evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan bir uşağının və yaşlı ata-anasının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum edilməməsini, evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan bir uşağının və yaşlı ata-anasının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 26 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 01 noyabr 2023-cü il tarixli, 7172 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 16,53 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ümumulikdə 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 16,53 qram narkotik vasitə olan qurudulmuş marixuna və 01 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış oılduğu 14 saata görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar