Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-258/2022 07.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsi ev 19Cdə qeydiyyatda olan və Sumqayıt şəhəri, 2-ci mikrorayon, yataqxana 13, otaq 77 ünvanda yaşamış, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-374/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-188/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, çəkilməyən 10 ay azadlıqdan məhrumetmə cəzası olan və hazırda cəza çəkən, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3, 177.2.4 və 187.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə oğurluq etmək məqsədi ilə 01 fevral 2021-ci il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri 18-ci məhəllə 23 A ünvanında yerləşən X12 məxsus mebel təmiri sexinin dam örtüyünü sökərək həmin sexə qanunsuz daxil olub, oradan sonuncuya məxsus 01 (bir) ədəd 1000 (bir min) manat dəyərində “Ford Torneo" markalı avtomobilin kondisionerinin mühərrikini, 01 (bir) ədəd 1850 (bir min səkkiz yüz əlli) manat dəyərində “Devalt” markalı frez aparatını, 120 (bir yüz iyrimi) metr uzunluqda 3x4 ölçüdə cəmi 336 (üç yüz otuz altı) manat dəyərində Türkiyə istehsalı olan mis tərkibli elektrik naqilini, hər biri 100 (bir yüz) manat dəyərində, ümumilikdə 200 (iki yüz) manat dəyərində 02 (iki) ədəd “Fiolet” markalı frez aparatını, 01 (bir) ədəd 120 (bir yüz iyrimi) manat dəyərində “İndeskop” markalı kəsici aparatı (laqonda), 01 (bir) ədəd 95 (doxsan beş) manat dəyərində kiçik ölçülü əl frez aparatını, hər biri 250 (iki yüz əlli) manat dəyərində, ümumilikdə 750 (yeddi yüz əlli) manat dəyərində 03 (üç) ədəd 4 kilovoltluq dəzgah mühərriklərini, cəmi 4351 (dör min üç yüz əlli bir) manat məbləğində - özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 20 aprel 2021-ci il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri, 39-cu məhəllədə yerləşən X8 məxsus “Cənnət” kafesinin pəncərəsini əli ilə itələyib açaraq həmin kafeyə qanunsuz daxil olub, oradan 500 (beş yüz) manat dəyərində 1 ədəd LG markalı, 108 diaqonallı, LSD ölçülü plazma televizoru, “Tellas” markalı vitrin soyuducusunun 200 (iki yüz) manat dəyərində 1 ədəd motorunu və “Herman” markalı kombi qurğusunun 150 (bir yüz əlli) manat dəyərində 1 ədəd motorunu, ümumilikdə 850 (səkkiz yüz əlli) manat dəyərində - özgənin əmlakım gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 02 may 2021-ci il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən 26 nömrəli binanın zirzəmisindəki Zərərçəkmiş şəxs11 icarə əsasında işlətdiyi "Şərur" adlanan çay evinin yanma gələrək həmin çay evinin qapısının kilidini üzərində olan vint açan alət vasitəsi ilə sındırmaq yolu ilə həmin çay evinə qanunsuz daxil olub, orada olan dolabın kilidini də üzərindəki vint açan alət vasitəsi ilə qırararq dolabın içərisindəki dəftərin arasından sonuncuya məxsus 1700 (bir min yeddi yüz) manat məbləğində nəğd pulu - özgənin əmlakım gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 03 may 2021-ci il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs8 məxsus təmir işləri gedən stomotoloji klinikanın pəncərəsini əli ilə itələyib zor tətbiq etməklə açaraq həmin obyektə qanunsuz daxil olub, oradan sonuncuya məxsus hər biri 118 (bir yüz on səkkiz) manat 50 (əlli) qəpik dəyərində, cəmi 474 (dörd yüz yetmiş dörd) manat məbləğində 4 (dörd) top olmaqla hər biri 3x4 ölçüdə 100 (bir yüz) metrlik və 79 (yetmiş doqquz) manat dəyərində 50 (əlli) metrlik 6-hq elektrik naqillərini, eləcədə orada olan Zərərçəkmiş şəxs9 məxsus 25 (iyirmi beş) manat dəyərində 1 (bir) ədəd “Sterin” markalı dreli, 50 (əlli) 1 (bir) ədəd "Bosch” markalı elektrikli yonma cihazını (laqonda), 110 (bir yüz on) manat dəyərində 1 (bir) ədəd “Bosch” markalı dreli, 160 (bir yüz altımış) manat dəyərində 1 (bir) ədəd 3 (üç) kilovoltluq “Zubr” markalı drel-preparatoru, 270 (iki yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd “Lazerin” markalı plastik boru yapışdıran ütü aparatını. 120 (bir yüz iyirmi) manat dəyərində 1 (bir) ədəd “Candan” markalı plastik boru yapışdıran ütü aparatını - özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək Zərərçəkmiş şəxs8 ümumilikdə 553 (beş yüz əlli üç) manat dəyərində və Zərərçəkmiş şəxs9 ümumilikdə 735 (səkkiz yüz) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri. 2-ci mikrorayon ərazisində yerləşən “Rossiya” adlanan kafenin arxa hissəsindəki pəncərəsini vint açan alət vasitəsi ilə açaraq həmin kafeyə qanunsuz daxil olub, oradan “Teploross” markalı su qızdırıcısının 120 (bir yüz iyirmi) manat dəyərində motorunu, hər biri 9 (doqquz) manat olmaqla 12 (on iki) ədəd cəmi 108 (bir yüz səkkiz) manat dəyərində “Zolotoye Kolço” markalı 1 (bir) litrlik araqları, 2500 (iki min beş yüz) manat dəyərində “Herman” markalı kombi cihazının içərisində olan 1 ədəd hava motorunu, 1 ədəd üçyollu motorunu, bir ədəd dövriyyə motorunu, bir ədəd çanağını, bir ədəd ana esenjor kombi qızdırıcısını. bir ədəd qaz valimi, 1000 (bir min) manat dəyərində “Tellas” markalı vitrin soyuducusunun motorunu, pivə süzən aparatın 150 (bir yüz əlli) manat dəyərində motorunu və soyuducusunu, ümumilikdə 3878 (üç min səkkiz yüz yetmiş səkkiz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 06 avqust 2021-ci il tarixdə, saat 04 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 6/79 nömrəli binanın 1-ci mərtəbəsində olan Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi “Zavod çörəyi" adlanan mağazanın yanma gələrək həmin mağazanın qapısının kilidini üzərində olan vint açan alət vasitəsi ilə sındırmaq yolu ilə mağazaya qanunsuz daxil olub, orada olan dolabın içərisindən 59 (əlli doqquz) manat nəğd pulu, eləcədə cəmi 1308 (bir min üç yüz səkkiz) manat məbləğində, bir ədədi 3 (üç) manat 40 (qırx) qəpik dəyərində olmaqla 12 blok, hər bir blokda 10 qutu, cəmi 120 qutu olan qara nazik “Winston" markalı, bir ədədi 3 (üç) manat 90 (doxsan) qəpik dəyərində olmaqla 10 blok, hər bir blokda 10 qutu, cəmi 100 qulu olan göy nazik “Sobranie” markalı, bir ədədi 3 (üç) manat 60 (altımış) qəpik dəyərində olmaqla 10 blok, hər bir blokda 10 qutu, ümumilikdə 100 qutu olan qara nazik "Kent 4" markalı, bir ədədi 2 (iki) manat 50 (əlli) qəpik dəyərində olmaqla 6 blok, hər bir blokda 10 qutu, cəmi 60 qutu olan göy nazik “Rotmans” markalı siqaretləri, ümumilikdə 1367 (bir min üç yüz altımış yeddi) manat məbləğində - özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 27 avqust 2021-ci il tarixdə, saat 06 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi “Topaz” mərc oyunları məntəqəsinin plastik materialdan olan giriş qapısının aşağı hissəsini yandırmaqla mənətəqəyə qanunsuz daxil olub, oradan 27 (iyirmi yeddi) ədəd 5 (beş) manatlıq, 46 (qırx altı) ədəd 2 (iki) manatlıq. 23 (iyirmi üç) ədəd 1 (bir) manatlıq olmaqla, cəmi 250 (iki yüz əlli) manat dəyərində “Poz qazan” lotoreyalarını özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 28 avqust 2021-ci il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon M.Əsədov küçəsində yerləşən Zərərçəkmiş şəxs13 məxsus “Kombi ehtiyyat hissələri” adlanan mağazanın plastik materialdan olan giriş qapısına zor tətbiq edərək açmaqla mağazaya qanunsuz daxil olub oradan cəmi 320 (üç yüz iyirmi) manat dəyərində 2 (iki) ədəd ana esenjor kombi qızdırıcısım, cəmi 100 (bir yüz) manat dəyərində kombinin 2 (iki) ədəd fan motorunu, cəmi 242 (iki yüz qırx iki) manat dəyərində kombinin 11 (on bir) ədəd üç yollu motorunu, cəmi 32 (otuz iki) manat dəyərində kombinin 2 (iki) ədəd bar dəmirli adlanan ehtiyyat hissəsini, cəmi 80 (səksən) manat dəyərində kombinin 4 (dörd) ədəd “Bosh” markalı monometrini, cəmi 360 (üç yüz altımış) manat dəyərində kombinin 3 (üç) ədəd qaz valfını və cəmi 78 (yetmiş səkkiz) manat dəyərində kombinin 6 (altı) ədəd turbinini, ümumilikdə 1212 (bir min iki yüz on iki) manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 17 sentyabr 2021-ci il tarixdə, təxminən saat 04 radələrində Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən 15/18 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən X9 məxsus mağazadan 2000 (iki min) manat məbləğində pul, ərzaq və ya siqaret oğurlamaq məqsədi ilə həmin mağazanın yanma gəlmiş, mağazanın içərisinə qanunsuz olaraq daxil olmaq üçün plastik materialdan olan giriş qapısını açmağa çalışsada aça bilmədiyindən üzərində olan alışqan vasitəsi ilə qapının aşağı hissəsini yandırmış, nəticədə odla ehtiyyatsız davrandığından cəmi 3300 (üç min üç yüz) manat dəyərində mağazanın tavanına vurulmuş lambirlər, lambirlərin vurulduğu taxtalar. 2 ədəd plastik qapılar, elektrik naqilləri, 6 ədəd böyük spot adlanan işıqlar. 90 metr uzunluğunda led şlanq işıqlar, mağazanın divarlarına istifadə edilmiş 50 litr həcmində emulsiya boyaları, eləcədə 50 manat dəyərində vitrin soyuducusunun şüşəsi, 200 manat dəyərində soyuducu. 600 manat dəyərində “Lux” markalı 60 kv. metr həcmində kondisioner, hər biri 24 manat dəyərində 4 ədəd 6 kiloqramlıq “Ariel" yuyucu tozlar, hər biri 1 1 manat dəyərində 7 ədəd 3 kiloqramlıq “Ariel” yuyucu tozlar, hər biri 3 manat dəyərində 24 ədəd 450 qram çəkidə “Ariel" qutu yuyucu tozlar, hər biri 2 manat dəyərində 30 ədəd müxtəlif yuyucu vasitələr, hər biri 2 manat 30 qəpik dəyərində 24 ədəd “Jilet Blue 3” təraş bıçağı, hər biri 30 qəpik dəyərində 20 ədəd “Jilet” adi təraş bıçağı, hər biri 2 manat dəyərində 350 qram çəkidə 10 ədəd “Meçto xozayki” mayonezi, hər biri 1 manat 30 qəpik dəyərində 200 qram çəkidə 15 ədəd “Meçto xozayki” mayonezi, hər biri 1 manat 50 qəpik dəyərində 350 qram çəkidə 8 ədəd “Bizim süfrə" ketçupu, hər biri 1 manat dəyərində 200 qram çəkidə 12 ədəd “Bizim süfrə” ketçupu, 1 kiloqramı 5 manat dəyərində 10 kiloqram çəkidə fındıq. 1 kiloqramı 24 manat dəyərində 7 kiloqram çəkidə püstə, 1 kiloqramı 22 manat dəyərində 4 kiloqram çəkidə hindistan qozu. 1 kiloqramı 23 manat dəyərində 6 kiloqram çəkidə badam, hər biri 1 manat 60 qəpik olmaqla 16 ədəd 2 litr həcmində “Pepsi”, hər biri 1 manat 60 qəpik dəyərində 20 ədəd 2 litr həcmində ’’Coca-cola”, hər biri 50 qəpik dəyərində 24 ədəd 0.3 litr həcmində "Coca-cola". hər biri 80 qəpik dəyərində 24 ədəd 0,5 litr həcmində ‘’banla", hər biri 1 manat 10 qəpik dəyərində 24 ədəd 1 litr həcmində “Coca-cola”, hər biri 1 manat 90 qəpik dəyərində 28 ədəd 1.5 litr həcmində “Esentuki-4”, hər biri 1 manat 90 qəpik dəyərində 12 ədəd 1.5 litr həcmində “Esentuki-17”, hər biri 1 manat 50 qəpik dəyərində 18 ədəd 1.5 litr həcmində “Borjomi". hər biri 1 manat dəyərində 48 ədəd 0.5 litr həcmində “Bizon” enerji içkisi, hər biri 70 qəpik dəyərində 50 ədəd 0.250 litr həcmində “Bizon” enerji içkisi, hər biri 4 manat 80 qəpik dəyərində 20 ədəd “Rexona" dezodorantı. hər biri 5 manat dəyərində 8 ədəd “Garnier" dezodorantı, hər biri 5 manat 40 qəpik dəyərində 15 ədəd “Nivea” dezodorantı. hər bağlaması 13 manat dəyərində 2 ədəd bağlamada 24 ədəd olmaqla “Sun’' firmasının tualet kağızı, hər bağlaması 7 manat dəyərində 4 ədəd bağlamada cəmi 16 ədəd olmaqla ‘’Sun" firmasının tualet kağızı, hər bağlaması 3 manat 30 qəpik olmaqla 10 ədəd bağlamada 8 ədəd olmaqla “Sun" firmasının tualet kağızı, hər biri 70 qəpik dəyərində 6 ədəd “Bonjur” şokoladı, hər biri 40 qəpik dəyərində 48 ədəd “Adikto” şokoladı, hər biri 1 manat 60 qəpik olmaqla 24 ədəd 1,5 litr həcmində “Qızıl Quyu” düşesi, hər biri 1 manat 10 qəpik olmaqla 24 ədəd 1 litr həcmində “Qızıl Quyu” düşesi, hər biri 1 manat 40 qəpik olmaqla 12 ədəd 1.5 litr həcmində “Fanta ekzotik”, hər biri 70 qəpik dəyərində 12 ədəd “Ozmo” şokoladı, hər biri 60 qəpik dəyərində 24 ədəd “Benim O” şokoladı, hər biri 5 manat dəyərində 2 ədəd 1 litr həcmində “Fairy” yuyucu vasitə, hər biri 2 manat 50 qəpik dəyərində olmaqla 30 ədəd böyük ölçülü “7 Days" kruasan şiriniyyatı, hər biri 1 manat doxsan qəpik olmaqla 10 ədəd kiçik ölçülü “7 Days” kruasan şirniyyatı, hər biri 1 manat 20 qəpik dəyərində 48 ədəd İran istehsalı olan kruasan şiriniyyatı. hər biri 2 manat olmaqla 4 ədəd böyük ölçülü “Pop Кек" rule! şiriniyyatı. hər biri 70 qəpik dəyərində 12 ədəd “Ozmo Fun” şirniyyatı, hər biri 1 manat 60 qəpik dəyərində 24 ədəd 2 litr həcmində “Sprite", hər biri 60 qəpik dəyərində 90 ədəd “Dirol" saqqız, hər biri 60 qəpik dəyərində 90 ədəd “Orbit” saqqız, hər biri 1 manat dəyərində 36 ədəd 0,330 litr həcmində dəmir qabda “Fuse tea” soyuq çay, hər biri 30 qəpik dəyərində 60 ədəd suxarı, hər biri 40 qəpik dəyərində 15 ədəd peçenye, hər biri 3 manat dəyərində 12 ədəd 800 qramlıq paketdə qarabaşaq, hər biri 2 manat 30 qəpik dəyərində 10 ədəd 800 qram çəkidə “Manna Rusiya" düyü unu, hər biri 1 manat dəyərində 24 ədəd 88 qram həcmində “Biskolata" şirniyyatı, hər biri 80 qəpik dəyərində 48 ədəd 100 qram həcmində “Tutku" şirniyyatı, hər biri 1 manat 40 əpik dəyərində 24 ədəd “Ozmo” yumurta formalı şokolad, hər biri 2 manat 10 qəpik dəyərində 20 ədəd “Kinder” yumurta formalı şokolad, hər biri 1 manat 50 qəpik dəyərində 18 ədəd 1 litr həcmində “Zolotoy sad” meyvə şirəsi, hər biri 40 qəpik dəyərində 108 ədəd 200 ml həcmində “Zolotoy sad” meyvə şirəsi, hər biri 1 manat dəyərində 18 ədəd 200 ml həcmində “Aquşa" meyvə şirəsi, hər biri 1 manat dəyərində 24 ədəd 200 ml həcmində “Lyubimiy" meyvə şirəsi, hər biri 2 manat 90 qəpik dəyərində 6 ədəd 500 ml həcmində “Aquşa" meyvə şirəsi, hər biri 7 manat dəyərində 6 ədəd 500 ml həcmində “Panten” şampunu, hər biri 4 manat 50 qəpik dəyərində 10 ədəd 300 ml həcmində “Panten” şampunu, hər biri 10 manat dəyərində 5 ədəd 500 ml həcmində “Head and Shoulders” şampunu, hər biri 2 manat 50 qəpik dəyərində 4 ədəd böyük ölçülü Almaniya istehsalı olan şampun, hər biri 1 manat 70 qəpik dəyərində 8 ədəd kiçik ölçülü Almaniya istehsalı olan şampun, hər biri 1 manat dəyərində 8 ədəd İran istehsalı olan şampun, hər biri 3 manat 70 qəpik dəyərində 6 ədəd “Elidor" şampun, hər biri 1 manat 60 qəpik dəyərində 15 ədəd 90 qram həcmində “Snickers” şokoladı, hər biri 80 qəpik dəyərində 20 ədəd 60 qram həcmində “Snickers” şokoladı, hər biri 1 manat 70 qəpik dəyərində 8 ədəd 90 qram həcmində “Bounty” şokoladı, hər biri 90 qəpik dəyərində 10 ədəd 65 qram həcmində “Bounty” şokoladı, hər biri 90 qəpik dəyərində 8 ədəd kiçik ölçülü “Mars" şokoladı, hər biri 2 manat 40 qəpik dəyərində 10 ədəd “Kit-kat” şokoladı, hər biri 1 manat 60 qəpik dəyərində 10 ədəd “Alpen Gold” pletka şokoladı, hər biri 90 qəpik dəyərində 15 ədəd “Yaşkina” pletka şokoladı, hər biri 1 manat 80 qəpik dəyərində 15 ədəd “Nestle” pletka şokoladı. 1 kiloqramı 6 manat 50 qəpik dəyərində hər qutusunun həcmi 5 kiloqram olan 6 qutu şokolad. 1 kiloqramı 4 manat dəyərində 18 kiloqram çəkidə şirniyyatlar, hər biri 1 manat dəyərində 15 ədəd Almaniya istehsalı şokoladlar, hər biri 13 manat 50 qəpik dəyərində 8 ədəd 2 litr həcmində “Kırlanqıc" maye qarğıdalı yağları, hər biri 29 manat 70 qəpik dəyərində 4 ədəd 5 litr həcmində “Sunpalermo” maye qarğıdalı yağları, hər biri 16 manat 90 qəpik dəyərində 5 ədəd 1 litr həcmində “Komili” maye zeytun yağları, hər biri 5 manat 70 qəpik dəyərində 4 ədəd 1 litr həcmində “Rivera Zade" maye qarğıdalı yağları, hər biri 9 manat 50 qəpik dəyərində 6 ədəd 2 litr həcmində “Final” maye qarğıdalı yağları, hər biri 6 manat 50 qəpik dəyərində 12 ədəd 1 litr həcmində “Final” maye qarğıdalı yağları, hər biri 4 manat 50 qəpik dəyərində 6 ədəd 1 litr həcmində “Final” maye günəbaxan yağları, hər biri 8 manat dəyərində 4 ədəd 2 kiloqram çəkidə “Möhübbət” düyüsü, hər biri 8 manat 50 qəpik dəyərində 4 ədəd 2 kiloqram çəkidə “Sultan” düyüsü, hər biri 11 manat 30 qəpik dəyərində 3 ədəd 2 kiloqram çəkidə '’Mumtaz” düyüsü, cəmi 150 manat dəyərində müxtəlif adda günəbaxan tumları, 180 manat dəyərində “Lays” firmasına məxsus cipsi və suxarilər, 150 manat dəyərində digər firmalarm cipsləri, hər biri 3 manat 40 qəpik dəyərində 12 ədəd 0,5 litr həcmində “Final” maye günəbaxan yağları, hər biri 4 manat 60 qəpik dəyərində 15 ədəd 0,5 litr həcmində “Final” maye qarğıdalı yağları, 1 kiloqramı 4 manat 60 qəpik dəyərində olmaqla hərəsində 4 kiloqram olan 4 ədəd quluda “Konti” şokoladlar, 1 kiloqramı 4 manat dəyərində olmaqla hərəsində 3 kiloqram olan 3 ədəd qutuda “Konti” şokoladlar, bir kiloqramı 2 manat dəyərində olmaqla hərəsində 3.5 kiloqram olan 2 ədəd qutuda pryanik şirniyyatlar, 1 ədədi 1 manat 70 qəpik dəyərində olmaqla hər biri 800 qram çəkidə olan 8 qutu yulaf unu, hər paketi 1 manat 40 qəpik dəyərində olmaqla 6 ədəd paketdə olan pryanik şirniyyatlar, hər biri 1 manat 80 qəpik dəyərində 24 ədəd 1 litr həcmində “Sandora” meyvə şirəsi, hər biri 1 manat dəyərində 81 ədəd 200 ml həcmində “Sandora" çöplü meyvə şirəsi, hər biri 65 manat dəyərində olmaqla 2 ədəd kisədə hərəsində 50 kiloqram olan şəkər tozu, hər kisəsi 50 manat dəyərində olmaqla 6 kisə hərəsində 45 kiloqram olan “Karmen" buğda unu, 1 kiloqramı 70 qəpik dəyərində 20 kiloqram çəkidə makaron, hər qulusu 2 manat dəyərində 20 qutu xurma, hər biri 60 qəpik dəyərində 4 ədəd qutuda olmaqla 72 ədəd “Jelibon" şirniyyatı, hər biri 1 manat 50 qəpik dəyərində 24 ədəd 1 litr həcmində “Fuse tea" soyuq çay içkisi, hər biri 1 manat 70 qəpik dəyərində 24 ədəd 1 litr həcmində “Сарру sitrus” içkisi, hər biri 1 manat 70 qəpik dəyərində 20 ədəd 1 litr həcmində ’’Сарру" içkisi, hər paketi 90 qəpik dəyərində 24 ədəd paketdə balıq formalı peçenyelər, hər biri 90 qəpik dəyərində 24 ədəd pletka şokolad, hər biri 30 qəpik dəyərində 36 ədəd pletka şokolad, hər biri 1 manat 70 qəpik dəyərində 20 ədəd 1 litr həcmində “Natura” meyvə şirəsi, hər biri 6 manat dəyərində 4 ədəd 1 litr həcmində maye formalı Almaniya istehsalı olan “Calgon" yuyucu vasitə, hər biri 1 manat 30 qəpik dəyərində 10 ədəd '‘Aquafresh” diş məcunu, hər biri 4 manat dəyərində 6 ədəd Almaniya istehsalı olan saç maskası, hər biri 1 manat 60 qəpik dəyərində 20 ədəd 500 ml həcmində “Go” enerji içkisi, hər biri 40 qəpik dəyərində 72 ədəd uşaq bezləri, 1 kiloqramı 2 manat dəyərində 20 kiloqram çəkidə qarabaşaq, 1 kiloqramı 1 manat 30 qəpik dəyərində 30 kiloqram yumru düyü, hər biri 20 qəpik dəyərində 100 ədəd soska formalı şirniyyatı, hər biri 30 qəpik dəyərində 12 ədəd “Ozmo oqo-poqo" şirniyyatı, hər biri 1 manat dəyərində 26 ədəd “Koroğlu” firmasının pletka şokolad, hər biri 80 qəpik dəyərində 20 ədəd “Rotfont" firmasının pletka şokolad və 1 kiloqramı 2 manat dəyərində hər qutuda 4 kiloqram 6 qutu klassik peçenye yanmaqla zərərçəkmiş şəxsə ümumilikdə 9586 (doqquz min beş yüz səksən altı) manat 80 (səksən) qəpik məbləğində, xeyli miqdarda ziyan vurmuş və 2000 (iki min) manat məbləğində özgənin əmlakını gizli olaraq oğurlamağa cəhd etsədə iradəsindən asılı olmayan səbəblərə görə oğurluq cinayətini başa çatdıra bilməmişdir. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 18 sentyabr 2021-ci il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən X3 işlətdiyi çörək və digər un məmulatları bişirilən sexin plastik materialdan olan giriş qapısını zor tətbiq edərək açmaqla sexə qanunsuz daxil olub, oradan olan soyuducunun üzərindən sonuncuya məxsus 1300 (bir min üç yüz) manat nəğd pulu - özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 23 sentyabr 2021-ci il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs14 icarə əsasında işlətdiyi “Kafe 13” adlanan kafeyə yan tərəfindəki plastik materialdan olan pəncərəsinə zor tətbiq edərək açmaqla kafeyə qanunsuz daxil olub oradan sonuncuya məxsus pivə aparatının ehtiyyat hissələri olan cəmi 250 (iki yüz əlli) manat dəyərində motorunu və soyuducusunu, eləcədə “Dəmir Döküm” markalı kombi aparatının ehtiyyat hissələri olan cəmi 500 (beş yüz) manat dəyərində bir ədəd hava motorunu, bir ədəd üç yollu motorunu, bir ədəd dövriyyə motorunu, bir ədəd klapanım, bir ədəd çanağını, bir ədəd ana esenjor kombi qızdırıcısım, bir ədəd qaz valfını, ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində - özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 27 sentyabr 2021-ci il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən 15/18 nömrəli binanın 1-ci mərtəbəsindəki Zərərçəkmiş şəxs15 məxsus “Mayak” adlanan mağazanın plastik materialdan olan giriş qapısının aşağı hissəsini sındıraraq mağazaya qanunsuz daxil olub oradan sonuncuya məxsus 6270 (altı min iki yüz yetmiş) manat məbləğində nəğd pulu, cəmi 1811 (bir min səkkiz yüz on bir) manat məbləğində, bir ədədi 1 (bir) manat 80 (səksən) qəpik dəyərində olmaqla 60 ədəd nazik “Arqo” markalı, bir ədədi 1 (bir) manat 80 (səksən) qəpik dəyərində olmaqla 20 ədəd nazik nanəli “Arqo” markalı, bir ədədi 1 (bir) manat 80 (səksən) qəpik dəyərində olmaqla 10 ədəd qalın “Bakı” markalı, bir ədədi 2 (iki) manat dəyərində olmaqla 10 ədəd qalın “Prima” markalı, bir ədədi 2 (iki) manat 30 (otuz) qəpik dəyərində olmaqla 20 ədəd qalın “West” markalı, bir ədədi 2 (iki) manat dəyərində olmaqla 20 ədəd qalın “Kingston” markalı, bir ədədi 2 (iki) manat 30 (otuz) qəpik dəyərində olmaqla 10 ədəd kompakt “West” markalı, bir ədədi 2 (iki) manat dəyərində olmaqla 10 ədəd qalın “Keno" markalı, bir ədədi 2 (iki) manat 20 (iyirmi) qəpik dəyərində olmaqla 60 ədəd nazik ’’Want" markalı, bir ədədi 1 (bir) manat 90 (doxsan) qəpik dəyərində olmaqla 20 ədəd qalın “Veqas" markalı, bir ədədi 3 (üç)manat 60(altımış) qəpik dəyərində olmaqla 15 ədəd nazik “Kent 4" markalı, bir ədədi 3(üç) manat 60 (altımış) qəpik dəyərində olmaqla 15 ədəd nazik “Kent 1" markalı, bir ədədi 3 (üç) manat 60 (altımış) qəpik dəyərində olmaqla 10 ədəd qalın “Kent 4" markalı, bir ədədi 3 (üç) manat 60 (altımış) qəpik dəyərində olmaqla 10 ədəd qalın “Kent 8“ markalı, bir ədədi 3 (üç) manat 60 (altımış) qəpik dəyərində olmaqla 10 ədəd nazik mentollu “Kent 4” markalı, bir ədədi 3 (üç) manat 60 (altımış) qəpik dəyərində olmaqla 10 ədəd kompakt “Kent 4” markalı, bir ədədi 2 (iki) manat 50 (əlli) qəpik dəyərində olmaqla 60 ədəd nazik “Palmall” markalı, bir ədədi 2 (iki) manat 50 (əlli) qəpik dəyərində olmaqla 60 ədəd nazik “Rotmans” markalı, bir ədədi 3 (üç) manat 60 (altımış) qəpik dəyərində olmaqla 20 ədəd nazik “Davidoff’ markalı, bir ədədi 2 (iki) manat dəyərində olmaqla 30 ədəd nazik “Viceroy" markalı, bir ədədi 3 (üç) manat 90 (doxsan) qəpik dəyərində olmaqla 30 ədəd qalın “Sobranic" markalı, bir ədədi 3 (üç) manat 90 (doxsan) qəpik dəyərində olmaqla 30 ədəd nazik “Sobranic" markalı, bir ədədi 3 (üç) manat 40 (qırx) qəpik dəyərində olmaqla 40 ədəd kompakt “Winston" markalı, bir ədədi 3 (üç) manat 90 (doxsan) qəpik dəyərində olmaqla 10 ədəd qalın “Sobranic Caster” markalı, bir ədədi 2 (iki) manat 50 (əlli) qəpik dəyərində olmaqla 50 ədəd nazik “Wincester” markalı, bir ədədi 2 (iki) manat 80 (səksən) qəpik dəyərində olmaqla 20 ədəd nazik “LD” markalı, bir ədədi 2 (iki) manat 80 (səksən) qəpik dəyərində olmaqla 20 ədəd kompakt “LD" markalı siqaretləri, ümumilikdə 8081 (səkkiz min səksən bir) manat məbləğində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 28 sentyabr 2021-ci il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus “Üç dost" adlanan kişi salonunun plastik materialdan olan giriş qapısına zor tətbiq edərək açmaqla salona qanunsuz daxil olub oradan sonuncuya məxsus ’’Sparta" markalı istilik sistemi aparatının içərisindəki ehtiyyat hissələri olan bir ədəd hava motorunu, bir ədəd üç yollu motorunu, bir ədəd dövriyyə motorunu, bir ədəd çanağını, bir ədəd ana esenjor kombi qızdırıcısını, bir ədəd qaz valfını və bir ədəd turbinin, ümumilikdə mənə 700 (yeddi yüz) manat dəyərində - özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 28 sentyabr 2021-ci il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs1 Nəhmət oğluna məxsus “Bərgüşad’* adlanan kafenin plastik materialdan olan giriş qapısına zor tətbiq edərək açmaqla kafeyə qanunsuz daxil olub oradan sonuncuya məxsus 15 (on beş) manat məbləğində qəpik pulları və “Bosh” markalı kombi aparatının ümumilikdə 700 manat məbləğində ehtiyyat hissələri olan bir ədəd hava motorunu, bir ədəd dövriyyə motorunu, bir ədəd klapanı, bir ədəd çanağı, bir ədəd turbini, bir ədəd ana esenjor kombi qızdırıcısını. bir ədəd qaz valfını, 715 (yeddi yüz on beş) manat məbləğində - özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədi ilə 28 sentyabr 2021-ci il tarixdə, saat 04 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Gömür” adlanan kafenin plastik materialdan olan giriş qapısına zor tətbiq edərək açmaqla kafeyə qanunsuz daxil olub oradan sonuncuya məxsus pivə aparatının ehtiyyat hissələri olan soyuducusunu, motorunu, reduktorunu və 4 ədəd mis borularını, ümumilikdə 500 (beş yüz) manat məbləğində - özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, maddi vəziyyəti pis olduğu üçün oğurluqlar etmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, piyada Sumqayıt şəhəri 39-cu məhəllə ərazisi ilə hərəkədə olan zaman həmin məhəllə ərazisində yerləşən “Cənnət” adlı kafenin yaxınlığından keçirmiş. Diqqətlə baxdıqda həmin kafenin işləmədiyini və qapılarının bağlı olduğunu görmüşdür. Ona görə də axşam saatlarında gəlib həmin kafedən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə evindən vint açan alət götürüb təxminən saat 02 radələrində həmin kafenin qarşısına gəlmiş, əvvəlcə ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra kafenin ön tərəfində yerləşən plastik pəncərəyə yaxınlaşmış və həmin plastik pencərəni əli ilə itələyib pencərəyə zor tədbiq edərək açmış və həmin pəncərədən içəriyə daxil olmuşdur. İçəridə ətrafa nəzər yetirdikdə salonun divarından asılmış halda olan kombi aparatını görmüş, həmin aparat yekə olduğundan qərara gəlmişdir ki. özü ilə götürdüyü vint açan vasitəsi ilə kombinin içərisindəki mis metalından və digər əlvan metallardan olan ehtiyyat hissələrini söküb oğurlasın. Ona görə də kombinin motorunu vint açan alət vasitəsi ilə açıb çıxartmış, sonra isə kafenin salonunda yerləşən vitrin soyuducusuna yaxınlaşıb onun da matorunu vint açan vasitəsi ilə açıb çıxartmış, bundan sonra salonun divarından asılmış 1 ədəd “LG’' markalı televizoru da yerindən çıxartmışdır. Oğurlamış olduğu əşyaları pəncərədən çölə çıxartmış və bir-bir həmin əşyaları daşıyaraq oradan bir qədər uzaqlaşmışdır. Sonra isə küçədən keçən tanımadığı taksi vasitəsi ilə Sumqayıt şəhəri ərazisində yerləşən “Əşya bazarı” adlanan yerin yaxınlığında gizlətmişdir ki. səhər açıldıqdan sonra gizlətdiyi yerdən çıxarıb satsın. Oğurlamış olduğu 2 ədəd motoru 38 manata və 1 ədəd televizoru 200 manata “Əşya bazarı” adlanan ərazidə tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 02 may 2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində Koroğlu küçəsi ilə piyada gəzərkən orada təmir işləri gedən obyekt görmüşdür. Obyekt barədə ətrafda olan tanımadığı şəxslərdən maraqlandıqda həmin obyektin diş həkimi klinikası olacağını öyrənmişdir. Obyektin içərisində ustalar işlədiyindən orada təmir alətləri olacağını düşünüb oradan oğurluq etmək qərarına gəlmişdir. Ona görə 02 may 2021-ci il tarixdən 03 may 2021-ci il tarixə keçən gecə təxminən saat 03 radələrində həmin obyektin yanma gəlmişdir. Orada əvvəlcə ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra obyektin ön tərəfində yerləşən plastik pəncərəsinin nəfəsliyini əli ilə itələyib çətinliklə olsada açmışdır. Həmin nəfəslikdən obyektin içərisinə daxil olub oranı axtarmağa başlamışdır. Orada girişdən sağ tərəfdə yerləşən otaqdan 5 top işlənməmiş, təzə halda elektrik naqillərini, 2 ədəd dreli, 1 ədəd elcktrikli yonma cihazını (laqonda). İ ədəd drel-preparatoru və 2 ədəd plastik boru yapışdıran ütü aparatını götürüb oradan tapdığı kisəyə yığmışdır. Daha sonra həmin əşyaları obyektin ön tərəfində yerləşən pəncərənin yanma gətirib pəncərəni açmış və kisəni pəncərədən çölə çıxartmışdır. Özü də obyektdən çölə çıxaraq kisəni götürüb oradan uzaqlaşmışdır. Həmin yerdən uzaqlaşıb oğurladığı əşyaları Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində hazırda xatırlamadığı yerdə gizlətmişdir. Səhər açıldıqdan sonra oğurladığı naqillərin üzərindəki rezin örtüyü yandırıb içərisindəki metalları metal qəbulu məntəqəsinə satıb 52 manat pul əldə etmişdir. Bundan sonra oğurladığı digər əşyaları da gizlətdiyi yerdən götürərək Sumqayıt şəhərində yerləşən “Əşya bazarı” adlanan bazara gətirib orada tanımadığı şəxslərə satıb ümumilikdə 200 manat pul əldə etmişdir. Oğurlamış olduğu əşyalardan əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, yaşadığı Sumqayıt şəhəri. 2-ci mikrorayon ərazsində yerləşən “Rossiya” adlanan kafeyə tez-tez çay içməyə gedən zaman həmin kafedə gözünə kombi və soyuducu dəymişdir. Maddi vəziyyəti yaxşı olmadığına görə də həmin kafedən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə, təxminən saat 04 radələrində həmin kafenin arxa tərəfinə gəlmişdir. Kafenin arxa tərəfindəki nəfəsliyini özü ilə gətirdiyi vintaçan alət vasitəsi ilə açmışdır. Nəfsliyi açan zaman başının üstündə təhlükəsizlik kameralarının olduğunu görmüş və həmin kameraların naqillərini özü ilə gətirdiyi kəsici alət olan kəlbətin vasitəsilə kəsmişdir. Bundan sonra kafenin içərisinə daxil olmuş və kafenin mətbəxinin plastik pəncərəsini itələyib açmışdır. Mətbəxə baxanda orada divara bərkidilmiş olan cl arasında “pitminutka” deyilən su qızdırıcısım görmüşdür. Özü ilə götürdüyü vintaçan alətlə su qızdırıcısının üst örtüyünü açıb içərisindəki motorunu söküb kənara qoymuşdur. Həmçinin mətbəxdə olan 12 ədəd 1 litrlik “Zolotoye Kolço” markalı araqları da götürüb kafeyə daxil olduğu pəncərənin yanına gətirmişdir. Sonra isə kafenin həyətinə çıxıb həyətdəki vitrin soyuducusunun və pivə süzən aparatın motorunu da vintaçan alətlə açıb götürmüşdür. Kafenin həyətində plastik çərçivənin içərisində olan kombinin motorunu və adlarını bilmədiyi digər ehtiyyat hissələrini də vintaçan alətlə açaraq götürmüşdür. Sonra isə oğurlamış olduğu əşyaları hissə-hissə kafeyə daxil olduğu pəncərədən çölə çıxardaraq həmin əşyaları kafedən bir qədər aralıda yolun kənarına gətirmişdir. Orada isə tanımadığı taksi vasitəsi ilə həmin əşyaları yaşadığı evin yaxınlığına gətirib orada gizlətmişdir. Səhər açıldıqdan pivə süzən aparatın motorunu, su qızdırıcısının motorunu, vitrin soyuducunun motorunu, kombinin motorunu və digər ehtiyyat hissələrini hazırda xatırlamadığı Bakı şəhərində yerləşən müxtəlif əlvan metal qəbulu məntəqələrinə vermişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərclədmişdir. 12 ədəd araqları isə özü istifadə etmişdir. Bundan başqa onun maddi vəziyyəti pis olduğuna görə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “Zavod çörəyi” adlanan mağazadan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, əvvəllər həmin mağazaya bir neçə dəfə girib siqaret almış və satıcının siqaretləri dolabda saxladığını görmüşdür. Ona görə də 06 avqust 2021-ci il tarixdə özümlə vint açan alət götürərək təxminən saat 04 radələrində “Zavod çörəyi” adlanan mağazanın yanma gəlmişdir. Əvvəlcə ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olmaq üçün mağazanın qarşısından keçən küçəsi ilə gedib gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mağazaya yaxınlaşıb özü ilə götürdüyü vint açan aləti qapının arxasına salıb çətinliklə də olsa qapını itələyib açaraq içəri daxil olmuşdur. İçəridə olan dolabın qapısını açmış və orada olan 59 manat pulu, birdə içərisində siqaretlər olan qara rəngli sellofan torbanı götürüb küçəyə çıxaraq dərhal oradan uzaqlaşmışdır. Sonradan torbanın içərisinə baxdıqda 12 blok qara nazik “Winston” markalı, 10 blok göy nazik “Sobranie” markalı, 10 blok qara nazik “Kent 4” markalı. 6 blok göy nazik “Rotmans” markalı siqaretlərin olduğunu görmüşdür. Həmin siqaretləri oğurladıqdan bir neçə gün sonra Sumqayıt şəhəri ərazisində yerləşən hazırda xatırlamadığı müxtəlif mağazalara özünə məxsus olduğunu deyərək satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin mağazadan oğurlamış olduğu 59 manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən ’’Topaz” mərc oyunları keçirilən məntəqədən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 27 avqust 2021-ci il tarixdə, təxminən saat 06 radələrində həmin mənətəqənin yanına gəlmişdir. Məntəqənin qapısında kilid olduğunu görüb qapını aça bilməyəcəyini başa düşmüşdür. Ona görə də plastik materialdan olan qapının aşağı hissəsindəki plastik lövhəni yandıraraq oranı söküb içəri girmək qərarına gəlmişdir. Qapının həmin hissəsini üzərində olan alışqan vasitəsi ilə yandırmış və oradan içəri daxil olmuşdur. İçəri girdikdən sonra orada olan televizor və kompüterləri həmin yerdən çıxara bilməyəcəyini başa düşüb piştaxtanın arxasına keçdmiş və orada olan dolabları açaraq pul və ya lotoreya axtarmağa başlamışdır. Oradakı dolablardan 27 (iyirmi yeddi) ədəd 5 (beş) manatlıq, 46 (qırx altı) ədəd 2 (iki) manatlıq, 23 (iyirmi üç) ədəd 1 (bir) manatlıq “Poz qazan” lotoreyası tapıb cibinə qoymuş və məntəqəyə girdiyi yerdən də çölə çıxıb oradan uzaqlaşmışdır. Sonradan isə lotoreyaların bir neçəsin pozanda pul udmadığını görmüş və əgər pul udsa və harasa təhvil versə buna görə onu tez tapıb həbs edər deyə düşünmüşdür. Ona görə də Lotoreyaların hamısını cırıb zibilliyə almışdır. Bundan başqa 28 avqust 2021-ci il tarixdə, təxminən saat 03 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon M.Əsədov küçəsində yerləşən “Kombi ehtiyyat hissələri” adlanan mağazanın yaxınlığından keçərkən həmin mağazada olan kombi ehtiyyat hissələrini oğurlamaq qərarına gəlmişdir. Ona görə də ətrafda heç kimin olmadığına əmin olub mağazanın plastik materialdan olan giriş qapısına yaxınlaşmışdır. Qapıya zor tətbiq edərək itələyib açmış və içəri daxil olmuşdur. Mağazanın içərisində vitrinlərdə olan mis və alüminium metalından hazırlanmış adlarını bilmədiyi, lakin istilik sistemi aparatlarının ehtiyyat hissələri olduğunu bildiyim təxminən 30 ədəd ehtiyyat hissəsini mağazanın içərisindən tapdığı kisəyə yığaraq oradan çölə çıxmışdır. Oğurladığı əşyaları yaşadığı evin yaxınlığına gəlirərək gizlətmişdir. Səhəri gün isə oğurladığı ehtiyyat hissələrini götürüb tanımadığı taksi vasitəsi ilə Bakı şəhərində hazırda xatırlamadığı metal qəbulu məntəqələrinə sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 17 sentyabr 2021-ci il tarixdə, təxminən saat 04 radələrində Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən çörək və digər ərzaqlar satılan mağazadan oğurluq etmək qərarına gəlmişdir. Həmin mağazanın yanına gəldikdən sonra fikirləşmişdir ki, mağazada nəğd pul olsa pulu, yaxud ərzaq və ya siqaret oğurlayar. Əvvəlcə mağazanın giriş qapısını açmağa çalışsada aça bilmədiyini görüb qərara gəlmişdir ki, “Topaz” məntəqəsindən oğurluq edən zaman etdiyi kimi plastik materialdan olan giriş qapısının aşağı hissəsini yandırıb oradan içəri daxil olsun. Ona görə də yaxınlıqda yerdən tapmış olduğu kağız parçalarını üzərində olan alışqan vasitəsi ilə yandıraraq mağazanın plastik giriş qapısının aşağı hissəsini yandırmağa başlamış, lakin ehtiyyatsızlıq etdiyindən qapı tamamilə alışıb yanmağa başlamışdır. Sonra isə alov mağazanın içərisinə doğru yayılmağa başlayanda qorxaraq oradan qaçmış, bir neçə gün sonra həmin mağazanın yaxınlığından keçəndə mağazanın içərisinin çox hissəsinin yandığını görmüşdür. Bundan başqa, 18 sentyabr 2021-ci il tarixdə, təxminən saat 02 radələrində Sumqayıt şəhəri 47-ci məhəllə ərazisi ilə piyada gəzdiyi zaman həmin ərazidə yerləşən təndir çörəyi bişirilən sexin yanından keçərkən işıqlarının sönmüş vəziyyətdə və qapısının bağlı olduğunu görmüşdür. Uzun müddətdir ki, işsiz olduğundan və buna görə də maddi vəziyyətin pis olduğu üçün həmin sexdən oğurluq etmək qərarına gəlmişdir. Sexin ətrafına baxıb yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra sexin iki qapısının olduğunu görmüşdür. Qapıların birinin üzərində kilid olmadığından və həmin hissə nisbətən qaranlıq olduğundan həmin qapını açıb içəri daxil olar deyə düşünmüşdür. Plastik materialdan olan həmin qapıya yaxınlaşıb itələməyə başlamış və çətinliklədə olsa qapını açmağa nail olmuşdur. İçəri daxil olduqdan sonra ətrafa baxmağa, dəyərli əşya və ya pul axtarmağa başlamışdır. Sexin içərisində olan soyuducuların birinin üzərində pul olduğunu görmüş və həmin pulu götürərək tez oradan uzaqlaşmışdır. Oradan uzaqlaşandan sonra götürdüyü pulu sayanda 1300 (bir min üç yüz) manat olduğunu görmüş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 23 sentyabr 2021-ci il tarixdə təxminən saat 02 radələrində həmin kafedən oğurluq etmək məqsədi ilə kafenin yanma gəlmiş, əvvəlcə kafenin giriş qapısına yaxınlaşıb açmağa çalışmış, lakin qapını aça bilmədiyini görüb kafenin yan tərəfmə keçib orada olan plastik pəncərəni açmağa başlamış, pəncərəni açdıqdan sonra oradan kafenin içərisinə daxil olmuş və salonda yerləşən piştaxtanın üstünü axtarmağa başlamışdır. Pul və ya qiymətli əşya tapa bilmədiyini görüb salonda yerləşən pivə aparatının mis metalından olan ehtiyyat hissələrini sökməyə qərar vermişdir. Həmin pivə aparatının ehtiyyat hissələrini özü ilə götürdüyü vint açan alət vasitəsi ilə sökərək kənara yığmış, sonra isə kafenin otaqlarının birində yerləşən kombi aparatının üzlüyünü vint açan alət vasitəsi ilə saçaraq kənara qoymuş və kombinin də bəzi ehtiyyat hissələrini açmışdır. Pivə aparatının və kombinin ehtiyyat hissələrini kafenin içərisindən tapdığı torbaya yığaraq kafeyə girdiyim pəncərədən çölə qoymuş, sonra isə özü də həmin pəncərədən çölə çıxaraq oğurladığı əşyaları götürüb oradan uzaqlaşmışdır. Yaşadığı evin yaxınlığına gətirib orada gizlətmişdir. Səhəri gün isə tanımadığı taksi vasitəsi ilə Bakı şəhərinə gəlirib orada hazırda xatırlamadığı metal qəbulu məntəqələrinə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan 27 sentyabr 2021-ci il tarixdə təxminən saat 01 radələrində pulu olmadığından oğurluq etmək məqsədi ilə “Mayak” adlanan ərzaq mağazasının yanma gəlmiş, mağazanın plastik materialdan olan giriş qapısına yaxınlaşıb açmağa çalışmış, lakin qapının üzərində kilid olduğunu görmüş və qapını aça bilməyəcəyini başa düşüb qapının aşağı hissəsini ayağı ilə qırmağa başlamışdır. Qapının aşağı hissəsini qırdıqdan sonra oradan içəri daxil olmuş, mağazanın içərisindəki piştaxtanın altında pul olduğunu görüb həmin pulu götürərək cibinə qoymuşdur. Sonra isə mağazada olan 40 ədəd nazik “Arqo” markalı, 20 ədəd nazik nanəli “Arqo” markalı, 10 ədəd qalın “Bakı” markalı, 10 ədəd qalın “Prima” markalı, 20 ədəd qalın “West” markalı, 20 ədəd qalın “Kingston” markalı, 10 ədəd kompakt “West” markalı, 10 ədəd qalın “Keno” markalı, 60 ədəd nazik “Want” markalı, 20 ədəd nazik “Arqo” markalı, 20 ədəd qalın “Veqas” markalı. 15 ədəd nazik “Kent 4" markalı, 15 ədəd nazik “Kent 1” markalı, 10 ədəd qalın “Kent 4" markalı, 10 ədəd qalın “Kent 8” markalı, 10 ədəd nazik mentollu “Kent 4“ markalı, 10 ədəd kompakt “Kent 4” markalı, 60 ədəd nazik “Palmall” markalı, 60 ədəd nazik “Rotmans” markalı, 20 ədəd nazik “Davidoff” markalı, 30 ədəd nazik “Viceroy” markalı. 30 ədəd qalın “Sobranie” markalı, 30 ədəd nazik “Sobranie” markalı, 40 ədəd kompakt “Winston" markalı. 10 ədəd qalın “Sobranie Caster” markalı, 50 ədəd nazik “Wincester" markalı. 20 ədəd nazik “LD” markalı və 20 ədəd kompakt “LD” markalı siqaretləri götürüb mağazanın içərisində olan sellofan torbalara yığmış, oğurlamış olduğu pul və siqaretlərlə birlikdə mağazaya daxil olduğu yerdən çölə çıxıb oradan uzaqlaşmışdır. Sonradan mağazadan oğurladığı pulu sayanda 6270 manat olduğunu görmüşdür. Oğurladığı siqaretləri Sumqayıt şəhəri ərazisində yerləşən hazırda xatırlamadığı müxtəlif mağazalara satıb pul əldə elmişdir. Siqaretləri sataraq əldə etdiyi pulu və oğurlamış olduğu 6270 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 28 sentyabr 2021-ci il tarixdə təxminən saat 02 radələrində ”Üç dost” adlanan kişi salonunun yaxınlığından keçərkən həmin salonda və ətrafda heç kimin olmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra salonun plastik giriş qapısına yaxınlaşıb çətinliklə də olsa qapını açaraq içəri daxil olmuş, içəridə olan dolabları və ətrafı axtarsada qiymətli əşya və ya nəğd pul tapa bilmədiyindən salonun içərisində divara bərkidilmiş istilik sistemi aparatının ehtiyyat hissələrini sökərək oğurlamaq qərarına gəlmişdir. Sonra isə istilik sistemi aparatına yaxınlaşıb üzərində saxladığı vint açan alət vasitəsi ilə üzlüyünü açaraq içərisindəki bəzi ehtiyyat hissələrini açıb götürərək salondan çölə çıxıb oradan uzaqlaşmışdır. Oğurlamış olduğu ehtiyyat hissələrini isə gizlətmişdir. Bundan sonra piyada gəzə-gəzə təxminən saat 03 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Bərgüşad” adlanan kafenin yaxınlığına gəlmişdir. Kafenin işıqlarının sönmüş vəziyyətdə olduğunu görüb orada və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin kafedən oğurluq etmək qərarına gəlmişdir. Sonra isə kafenin plastik materialdan olan giriş qapısına yaxınlaşıb əli ilə itələyərək çətinliklə qapını açmışdır. Qapını açdıqdan sonra içəri daxil olub kafenin içərisində qiymətli əşya və ya nəğd pul axtarmağa başlamışdır. Piştaxtanın üzərində qəpik pullar görüb onları götürüb saymış və 15 manat olduğunu bilib cibinə qoymuşdur. Sonra isə kafenin hamam otağına girib orada olan kombinin üst qapağını üzərində olan vint açan alətlə açmış və kombinin içərisindəki bəzi ehtiyyat hissələrini açıb götürmüşdür. Oğurlamış olduğu ehtiyyat hissələrini kafedən tapmış olduğu torbaya yığaraq kafedən çölə çıxmış və oğurladığı əşyaları gizlətmək qərarına gəlmişdir. “Bərgüşad” adlanan kafedən oğurluq etdikdən sonra “Gömür” adlanan kafenin yanından keçərkən həmin kafenin də işıqlarının sönmüş vəziyyətdə olduğunu görüb içəridə heç kimin olmadığını başa düşmüş və həmin kafedən də oğurluq etmək qərarına gəlmişdir. "Bərgüşad" adlanan kafedən oğurlamış olduğu əşyaları yaxınlıqda gizlətmiş və təxminən saat 04 radələrində “Gömür” adlanan kafenin giriş qapısına yaxınlaşmışdır. Kafenin plastik qapısı bağlı olduğu üçün qapını itələyib zor tətbiq edərək açmış və kafeyə daxil olmuşdur. Kafenin içərisində oğurlamaq məqsədi ilə nəğd pul və ya qiymətli əşya axtarıb tapa bilmədiyindən kafenin salonunda yerləşən pivə aparatının ehtiyyat hissələrini açaraq oğurlamaq qərarına gəlmişdir. Üzərində olan vint açan alət vasitəsi ilə pivə aparatının mis metalından olan ehtiyyat hissələrini açıb oğurlayaraq kafedən çölə çıxmış. Sonra isə “Üç dost" adlanan salondan. “Bərgüşad" adlanan və “Gömür” adlanan kafedən oğurladığı əşyaların hamısını götürüb yaşadığı evin yaxınlığında gizlətmişdir. Səhəri gün isə tanımadığı taksi vasitəsi ilə həmin əşyaları Bakı şəhərinə aparıb orada hazırda xatırlamadığı metal qəbulu məntəqələrinə satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Kafelərdən və mağazalardan oğurluq edən zaman ətrafda heç kimin olmadığına əmin olduqdan sonra oğurluq etmiş, onu görən olmamış, oğurladığı əşyaları satdığı şəxsləri heç vaxt tanımamış,əşyaları satdıqları şəxslərin əşyaların oğurluq olmasını bilməmiş və hadisəni tək törətmişdir. Əşyaları satdığı həmin şəxslərin adlarını və harada yaşadıqları barədə məlumatı yoxdur. Eyni zamanda zərərçəkmiş şəxslər X12 və Zərərçəkmiş şəxs11 münasibətdə özünü təqsirli bilmir. İstintaq zamanı ona qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan edilmiş ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X12 və Zərərçəkmiş şəxs11 münasibətdə törətdiyi cinayət əməli barədə vermiş olduğu ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən mebel təmiri sexindən oğurluq etmək qərarına gəlmişdir. Ona görə də 01 fevral 2021-ci il tarixdə, təxminən saat 02 radələrində özü ilə kəlbətin və vint açan alətləri götürərək həmin sexin yanma gəlmişdir. Sexin qapısının üzərində kilid olduğunu görüb həmin kilidi aça bilməyəcəyini bildiyindən sexin dam örtüyünün üstünə çıxıb oradan içəri daxil olmaq qərarna gəlmiş və sexin yan tərəfinə keçərək oradan çətinliklə də olsa sexin dam örtüyünün üstünə çıxmışdır. Dam örtüyünün üstünə çıxandan sonra sexin arxa tərəfində yerləşən dam örtüklərinin mismarlarını özü ilə götürdüyü kəlbətinlə çıxararaq 2 ədəd şiferi kənara qoymuş və oradan sexin içərisinə daxil olmuşdur. Sexin içərisinə daxil olduqdan sonra orada olan 1 ədəd avtomobil kondinsionerinin mühərrikini, 3 ədəd frez aparatını, elektrik naqilini, 1 ədəd “balqarka” deyilən kiçik laqonda aparatını, 1 ədəd kiçik ölçülü əl frez aparatını və 3 ədəd dəzgahın mühərriklərini sökərək sexin içərisindən tapdığı torbaya yığmışdır. Sonra isə sexin içərisində olan nərdivanı içəri daxil olduğu yerə söykəyərək oradan oğurladığı əşyalarla birlikdə dama qalxıb çölə çıxaraq oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları yaşadığı evin yaxınlığında gizlətmişdir. Səhəri gün dəzgah mühərriklərini söküb içərisindəki əlvan metalları yığmış və istifadəyə yararlı olan 1 ədəd avtomobil kondinsionerinin mühərrikini, 3 ədəd frez aparatını, elektrik naqilini, 1 ədəd “balqarka11 deyilən kiçik laqonda aparatını, 1 ədəd kiçik ölçülü əl frez aparatını da götürüb tanımadığı taksi vasitəsi ilə Bakı şəhərinə 8-ci kilometr bazarına gətirdim. Orada istifadəyə yararlı olan həmin alətləri tanımadığı şəxslərə, mühərriklərin içərisindən çıxartdığı metalları isə hazırda xatırlamadığı metal qəbulu məntəqəsinə satmışdır. Oldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, işləmədiyindən maddi vəziyyəti pis olduğuna görə Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən “Şərur” adlanan çay evindən oğurluq etmək qərarına gəlmişdir. 02 may 2021-ci il tarixdə özü ilə vint açan alət götürərək təxminən saat 02 radələrində “Şərur” adlanan çay evinin yanma gəlmiş, orada ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra çay evinin giriş qapısına yaxınlaşıb əli ilə itələmiş, qapının açılmadığını görüb özü ilə götürdüyü vint açan aləti qapının arasına salıb çətinliklə də olsa qapını açaraq içəri daxil olmuşdur. İçəridə olan mətbəxi və digər yerləri axtarmağa başlamışdır. Lakin pul və ya başqa qiymətli əşya tapa bilməmişdir. Çay evinin salonunda olan divara bərkidilmiş dolabın qapısında kilid olduğunu görüb orada pul olduğunu düşünmüş və dolabın kilidini qıraraq ora baxmağa başlamışdır. Dolabın içərisindəki dəftərlərin birinin içinə baxanda orada pul olduğunu görmüş, həmin pulu götürüb sayanda isə 1700 manat pul olduğunu bilmiş və pulu cibinə qoyub oradan çıxıb getmişdir. Həmin pulu sonradan şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Gömür" adlanan kafeni uzun müddətdir ki, icarə əsasında işlədir. O, hər gün təxminən saat 09-10 radələrində kafeyə gəlib açaraq fəaliyyətə başladığını, təxminən saat 23 radələrində kafeni bağlayaraq evinə getdiyini bildirmişdir. 28 sentyabr 2021-ci il tarixdə, təxminən saat 09 radələrində yenidən kafeyə gələn zaman kafenin plastik materialdan olan giriş qapısının açıq olduğunu, kafenin içərisinə daxil olduqda isə salonda yerləşən pivə aparatının üzlüyünün yerində olmadığını və çıxarılaraq yerə qoyulduğunu görmüşdür. Pivə aparatına baxanda isə aparatın ehtiyyat hissələri olan soyuducusunun, motorunun, reduktorunun və 4 ədəd mis borularının yerindən açılaraq oğurlandığını aşkar etmişdir. Bundan sonra o, kafenin digər otaqlarına nəzər yetirməyə başlamışdır. Lakin digər otaqlardan oğurluq edildiyini müəyyən etməmişdir. Eləcə də o, icarə əsasında işlətdiyi “Gömür" adlanan kafedən ona məxsus pivə aparatının ehtiyyat hissələri olan soyuducusunun, motorunun, reduktorunun və 4 ədəd mis borularının oğurlanması nəticəsində ona 500 (beş yüz) manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X14 ifadəsində bildirdi ki, Sumqayıt şəhəri 39-cu məhəllə ərazisində yerləşən özünə məxsus “Cənnət” adlanan kafesi vardır. O, həmin kafeni özü işlədərək ailəsini dolandırdığını bildirmişdir. O, əvvəllər həmin kafeni işlətsə də sonralar səhhətində problemlər olduğundan işlədə bilməmiş və kafe içərisindəki əşyalarla birlikdə bir müddət bağlı qalmışdır. Sonuncu dəfə 15 aprel 2021-ci il tarixdə, təxminən günorta saatlarında o, özünə məxsus kafeyə gəlmiş və qapısının qıfılını açaraq içəri daxil olmuşdur. Kafenin hər tərəfinə baxıb qapı və pəncərələrini yoxlamış, hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra qapını qıfıllayıb evinə getmişdir. 24 aprel 2021-ci il tarixdə kafeyə baxmaq qərarına gəlmişdir. Həmin gün təxminən saat 18:30 radələrində özünə məxsus kafeyə gedib baxanda arxa qapısının qıfılının qırıldığını, ön tərəfdə yerləşən pəncərəsinin açıq olduğunu və kafenin içərisinə daxil olduqda içərinin dağınıq halda olduğunu görmüşdür. Ətrafda olan əşyaları bir-bir yoxladıqda isə kafenin salonunda yerləşən özümə məxsus 1200 (min iki yüz) manat dəyərində 1 ədəd 2018-ci il istehsalı olan LG markalı, 108 diaqonallı, LSD ölçülü plazma televizorun, “Tellas" markalı vitrin soyuducusunun 200 (iki yüz) manat dəyərində 1 ədəd matorunun və kafenin içərisində yerləşən “Herman” markalı kombi qurğusunun 150 (bir yüz əlli) manat dəyərində 1 ədəd motorunun oğurlandığını müəyyən etmişdir. Dərhal, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vuraraq bu barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1550 (bir min beş yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsi bağışladığını, heç bir tələbi olmadığını bildirdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən “Üç dost” adlanan kişi salonu, eləcədə onun içərisində olan bəzi avadanlıqlar ona məxsusdur. Həmin salonu özü işlətmir, icarəyə vermişdir. 28 sentyabr 2021-ci il tarixdə, təxminən saat 08 radələrində ona məxsus salonda bərbər kimi işləyən Şamil ona zəng vuraraq salondan oğurluq hadisəsi baş verdiyini və istilik sistemi aparatının içərisindəki ehtiyyat hissələrinin oğurlandığını demişdir. O, dərhal salona gəldikdə isə ona məxsus salonun plastik giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Orada olan Şamildən bir daha nə baş verdiyini soruşan zaman Şamil ona gecə saatlarında kiminsə salonun plastik materialdan olan qapısını açaraq içəri daxil olub oğurluq etdiyini söyləmişdir. Bundan sora o, salonun içərisinə daxil olmuş və divara bərkidilmiş vəziyyətdə olan ona məxsus “Sparta” markalı istilik sistemi aparatının üst hissəsinin açıq olduğunu görmüşdür. Oraya baxan zaman isə aparatın içərisindəki bir ədəd hava motorunun, bir ədəd üç yollu motorun, bir ədəd dövriyyə motorunun, bir ədəd çanağın, bir ədəd ana esenjor kombi qızdırıcısının, bir ədəd qaz valfının və bir ədəd turbinin oğurlanması onlara məlum olmuşdur. Oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 700 (yeddi yüz) manat dəyərində maddi ziyan dəymişdir. Məhkəməyə ərizə təqdim edərək ona dəymiş 700 manat maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X17 ifadəsində bildirdi ki, Sumqayıt şəhəri 18-ci məhəllə 23A ünvanında yerləşən “Mebel təmiri sexi” ona məxsusdur və həmin sexdə 2000-ci ildən dülgər kimi fəaliyyət göstərmişdir. xx.xx.2021-ci il tarixdə axşam saat 20 radələrinədək işdə olmuş, bundan sonra sexi bağlayıb evə getmişdir. Səhəri gün saat 09 radələrində sexə gəlib qapını açıb içəri daxil olduqda naməlum şəxsin ona məxsus mebel təmiri sexinin dam örtüyünün iki ədəd şiferini sökərək içəriyə daxil olduduğunu, ordan bir ədəd 1000 manat dəyərində “Ford Torneo” markalı avtomobilin kondisionerinin mühərrikini, bir ədəd 1850 manat dəyərində “Devalt” markalı naxış açan frez aparatını, 120 metr uzunluqda 360 manat dəyərində elektrik naqilini, hər biri 100 manat dəyərində, ümumilikdə 200 manat dəyərində iki ədəd “Fiolet” markalı naxış açan frez aparatını, bir ədəd 120 manat dəyərində “İnteskol” markalı baldarka (yonucu) aparatını, bir ədəd 95 manat dəyərində kiçik ölçülü əl frez aparatını, hər biri 250 manat dəyərində, ümumilikdə 750 manat dəyərində 03 ədəd 4 klovatlıq dəzgah mühərriklərini və digər alətlərin oğurlandığını müəyyən etmişdir. Bundan sonra ərazi üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində təxminən 4375 manat maddi ziyan dəymiş, oğurluq zamanı ona məxsus çəkic, kəlbətin, mişar, vintaçan və sair alətlərin də oğurlanmışı, ancaq oğurlanmış həmin alətlərin dəqiq sayını və adlarını bilmir, həmçinin oğurlanmış həmin alətlərin ümumi dəyərinin təxminən 50 manat təşkil edir. Məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini qeyd edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirdi ki, təxminən 2017-ci ildən etibarən Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən 26 nömrəli binanın zirzəmisində yerləşən “Şərur” adlanan çay evini işlətmişdir. 01 may 2021-ci il tarixdə, təxminən saat 23:45 radələrində çay evində işlərini yekunlaşdırıb plastik giriş qapısının öz üzərində olan kilidi bağlayaraq yaşadığı evinə getmişdir. 02 may 2021-ci il tarixdə, təxminən saat 09 radələrində işlədiyi kafedə xidmətçi kimi işləyən Gülnarə adlı qadın ona zəng edərək “tez kafeyə gəl kafenin qapısı açıqdır” demişdir. O, da dərhal işlədiyi “Şərur” çay evinə gəlmişdir. Çay evinə gəldikdən sonra içəri baxanda içəridəki dolabın üzərindəki qıfılın qırıldığını və dolabda olan özünə məxsus 1700 manat pulun oğurlandığını aşkar etmişdir. Çay evindən ona məxsus puldan başqa hər hansı bir əşya oğurlanmamışdır. Məhkəməyə ərizə təqdim edərək ona dəymiş maddi zərərin təqsirləndirilən şəxs tərəfindən qaytarılmadığını qeyd edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X5 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən çörək və digər un məmulatları bişirilən sexi işlədir. 17 sentyabr 2021-ci il tarixdə, təxminən saat 08 radələrində həmişə olduğu kimi işə gələrək sexi açmış və fəaliyyətə başlamışdır. Həmin gün sexdə biraz işləri çox olduğundan gecə təxminən saat 01 radələrində sexin 2 ədəd qapısını açarla bağlayıb evinə getmişdir. Gedərkən isə özünə məxsus 1300 (bir min üç yüz) manat pul yadından çıxaraq sexin içərisində olan soyuducunun üstündə qalmışdır. Səhər təxminən saat 07 radələrində sexə gələndən sonra sexin yan tərəfində yerləşən qapısının açıq olduğunu görmüşdür. Sonra isə dərhal sexin içərisində olan pulu qoymuş olduğu soyuducunun üstünə baxmış və pulun orada olmadığını görmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə telefonla zəng vurub məlumat vermişdir. Məhkəməyə ərizə təqdim edərək ona dəymiş 1300 manatı maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs14 Əlsəfa oğlu ifadəsində bildirdi ki, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən “Kafe 13” adlanan kafeni icarə əsasında işlədir. 22 sentyabr 2021-ci il tarixdə, təxminən saat 23:45 radələrində kafedə olan bütün müştərilər getdikdən sonra o, kafenin qapı və pəncərələrini bağlayıb evinə getmişdir. Səhəri 23 sentyabr 2021-ci il tarixdə, təxminən saat 09 radələrində kafeyə gəldikdə yan tərəfdə yerləşən plastik pəncərənin açıq olduğunu görmüş və dərhal içəri daxil olmuşdur. İçəri girəndən sonra piştaxtanın, eləcədə kafenin otaqlarının dağınıq vəziyətdə olduğunu görmüşdür. Ətrafa daha diqqətli şəkildə baxdıqda ona məlum olmuşdur ki, kafenin salonunda yerləşən ona məxsus pivə aparatının motoru, soyuducu və otaqlarının birində yerləşən ona məxsus “Dəmir Döküm" markalı kombi aparatının içərisindəki ehtiyyat hissələr olan bir ədəd hava motoru, bir ədəd üç yollu motoru, bir ədəd dövriyyə motoru, bir ədəd klapan, bir ədəd çanaq, bir ədəd ana esenjor kombi qızdırıcısı, bir ədəd qaz valfı oğurlanmışdır. Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu göstərmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs15 ifadəsində bildirdi ki, 2012-ci ildən etibarən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 15/18 nömrəli binanın 1ci mərtəbəsindəki “Mayak'1 adlanan ərzaq mağazasını işlədir. 26 sentyabr 2021-ci il tarixdə, təxminən saat 23:50 radələrində o, mağazanı bağlayaraq evinə getmişdir. 27 sentyabr 2021-ci il tarixdə, təxminən saat 06:45 radələrində bacısı Reyhanla birlikdə mağazaya gələndə mağazanın plastik materialdan olan giriş qapısının alt hissəsinin sındırıldığını görmüşdür. Həmin vaxt mağazadan oğurluq edildiyini başa düşüb bacısı Reyhana Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vurub məlumat vermişdir. Bundan sonra mağazanın içərisinə baxdıqda ona məlum olmuşdur ki, mağazadan 6270 (altı min iki yüz yetmiş) manat nəğd pul. eləcədə cəmi 2930 (iki min doqquz yüz otuz) manat məbləğində 40 ədəd nazik “Arqo” markalı, 20 ədəd nazik nanəli “Arqo” markalı, 10 ədəd qalın “Bakı” markalı, 10 ədəd qalın "Prima" markalı, 20 ədəd qalın “West” markalı, 20 ədəd qalın “Kingston" markalı, 10 ədəd kompakt “West” markalı, 10 ədəd qalın “Keno" markalı, 60 ədəd nazik "Want" markalı, 20 ədəd nazik “Arqo” markalı, 20 ədəd qalın “Veqas” markalı, 15 ədəd nazik "Kent 4" markalı, 15 ədəd nazik “Kent 1” markalı, 10 ədəd qalın "Kent 4" markalı, 10 ədəd qalın “Kent 8” markalı, 10 ədəd nazik mentollu “Kent 4" markalı, 10 ədəd kompakt "Kent 4" markalı, 60 ədəd nazik “Palmall” markalı, 60 ədəd nazik “Rotmans" markalı, 20 ədəd nazik “Davidoff” markalı, 30 ədəd nazik “Viceroy” markalı, 30 ədəd qalın “Sobranie” markalı, 30 ədəd nazik “Sobranie” markalı, 40 ədəd kompakt “Winston" markalı, 10 ədəd qalın “Sobranie Caster” markalı, 50 ədəd nazik “Wincester" markalı, 20 ədəd nazik “LD” markalı və 20 ədəd kompakt “LD” markalı siqaretlər oğurlanmışdır. Eləcə də, o, ifadəsində oğurluq zamanı ona ümumilikdə 9250 manat maddi ziyan dəydiyini, mağazadan oğurluq edilməsində şübhələndiyi şəxs və ya şəxslər olmadığını göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs16 ifadəsində bildirdi ki, Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən 15/18 nömrəli binanın 1-ci mərtəbəsindəki ərzaq mağazasını işlədir. Həmin mağazada o. müxtəlif ərzaq məhsulları satır və bəzən gündəlik edilmiş alverin pulunun bir hissəsi də mağazada olan kassada qalır. 17 sentyabr 2021-ci il tarixdə, təxminən saat 00:10 radələrində o, mağazanı bağlayaraq evinə getmişdir. Təxminən saat 03:20 radələrində qonşuluğunda yaşayan Ceyhun adlı şəxs onun yaşadığı evə gələrək ona mağazasının yandığını bildirmişdir. O, tez mağazaya gəlmiş və mağazanın giriş qapısının yandığını görmüşdür. Bundan sonra həmin ərazidə olan qonşularla birlikdə yanğını söndürməyə çalışmışlar. Daha sonra isə ora yanğınsöndürmə idarəsinin əməkdaşları gələrək yanğını söndürmüşlər. Yanğın söndürüldükdən bir neçə saat sonra o, mağazasına baxanda ona məlum olmuşdur ki, mağazanın tavanına vurulmuş 1400 manat dəyərində lambirlər, lambirlərin vurulduğu 760 manat dəyərində taxtalar, hər biri 140 manat dəyərində cəmi 280 manat dəyərində 2 ədəd plastik qapılar, 570 manat dəyərində elektrik naqilləri, hər biri 45 manat olmaqla cəmi 270 manat dəyərində 6 ədəd böyük spot adlanan işıq, 1 metri 2 manat olmaqla 90 metr uzunluğunda 180 manat dəyərində led şlanq işıqlar, mağazanın divarlarına istifadə edilmiş cəmi 90 manat dəyərində 50 litr həcmində emulsiya boyaları, 50 manat dəyərində vitrin soyuducusunun şüşəsi, 200 manat dəyərində soyuducu, 600 manat dəyərində “Lux" markalı 60 kv. metr həcmində kondisioner, hər biri 26 manat dəyərində 4 ədəd 6 kiloqramlıq “Ariel” yuyucu tozlar, hər biri 12 manat dəyərində 7 ədəd 3 kiloqramlıq “Ariel” yuyucu tozlar, hər biri 3 manat 50 qəpik dəyərində 24 ədəd 450 qram çəkidə “Ariel” qutu yuyucu tozlar, hər biri 2 manat dəyərində 30 ədəd müxtəlif yuyucu vasitələr, hər biri 2 manat 60 qəpik dəyərində 24 ədəd “Jilet Blue 3" təraş bıçağı, hər biri 30 qəpik dəyərində 20 ədəd “Jilet” adi təraş bıçağı, hər biri 2 manat 50 qəpik dəyərində 10 ədəd “Meçto xozayki” mayonezi, hər biri 1 manat 60 qəpik dəyərində 15 ədəd “Meçto xozayki” mayonezi, hər biri 1 manat 60 qəpik dəyərində 8 ədəd “Bizim süfrə” ketçupu, hər biri 1 manat 20 qəpik dəyərində 12 ədəd “Bizim süfrə” ketçupu, 1 kiloqramı 6 manat dəyərində 10 kiloqram fındıq, 1 kiloqramı 25 manat dəyərində 7 kiloqram püstə, 1 kiloqramı 22 manat dəyərində 4 kiloqram hindistan qozu, 1 kiloqramı 24 manat dəyərində 6 kiloqram badam, hər biri 1 manat 70 qəpik olmaqla 16 ədəd 2 litr həcmində “Pepsi”, hər biri 1 manat 70 qəpik dəyərində 20 ədəd 2 litr həcmində “Coca-cola", hər biri 60 qəpik dəyərində 24 ədəd 0,3 litr həcmində “Coca-cola”, hər biri 90 qəpik dəyərində 24 ədəd 0,5 litr həcmində “Fanta”, hər biri 1 manat 20 qəpik dəyərində 24 ədəd 1 litr həcmində “Coca-cola”, hər biri 2 manat dəyərində 28 ədəd 1,5 litr həcmində “Esentuki- 4”, hər biri 2 manat dəyərində 12 ədəd 1,5 litr həcmində “Esentuki-17”, hər biri 1 manat 50 qəpik dəyərində 18 ədəd 1,5 litr həcmində “Borjomi”, hər biri 1 manat 20 qəpik dəyərində 48 ədəd 0,5 litr həcmində “Bizon” enerji içkisi, hər biri 80 qəpik dəyərində 50 ədəd 0,250 litr həcmində “Bizon" enerji içkisi, hər biri 4 manat 80 qəpik dəyərində 20 ədəd “Rexona” dezodorantı, hər biri 5 manat dəyərində 8 ədəd “Garnier” dezodorantı, hər biri 5 manat 40 qəpik dəyərində 15 ədəd “Nivea” dezodorantı, hər bağlaması 13 manat 50 qəpik dəyərində 2 ədəd bağlamada 24 ədəd olmaqla “Sun" firmasının tualet kağızı, hər bağlaması 7 manat 50 qəpik dəyərində 4 ədəd bağlamada cəmi 16 ədəd olmaqla “Sun” firmasının tualet kağızı, hər bağlaması 3 manat 40 qəpik olmaqla 10 ədəd bağlamada 8 ədəd olmaqla “Sun” firmasının tualet kağızı, hər biri 70 qəpik dəyərində 6 ədəd “Bonjur” şokoladı, hər biri 40 qəpik dəyərində 48 ədəd “Adikto" şokoladı, hər biri 1 manat 70 qəpik olmaqla 24 ədəd 1,5 litr həcmində “Qızıl Quyu" düşesi, hər biri 1 manat 20 qəpik olmaqla 24 ədəd 1 litr həcmində “Qızıl Quyu" düşesi, hər biri 1 manat 50 qəpik olmaqla 12 ədəd 1,5 litr həcmində “Fanta ekzotik”, hər biri 70 qəpik dəyərində 12 ədəd “Ozmo” şokoladı, hər biri 60 qəpik dəyərində 24 ədəd “Benim O" şokoladı, hər biri 5 manat 40 qəpik olmaqla 2 ədəd 1 litr həcmində “Fairy” yuyucu vasitə, hər biri 2 manat 60 qəpik dəyərində olmaqla 30 ədəd böyük ölçülü “7 Days” kruasan şiriniyyatı, hər biri 2 manat olmaqla 10 ədəd kiçik ölçülü “7 Days" kruasan şirniyyatı, hər biri 1 manat 20 qəpik dəyərində 48 ədəd İran istehsalı olan kruasan şiriniyyatı, hər biri 2 manat 30 qəpik olmaqla 4 ədəd böyük ölçülü “Pop Кек” rulet şiriniyyatı, hər biri 80 qəpik dəyərində 12 ədəd “Ozmo Fun" şirniyyatı, hər biri 1 manat 90 qəpik dəyərində 24 ədəd 2 litr həcmində “Sprite”, hər biri 70 qəpik dəyərində 90 ədəd “Dirol" saqqız, hər biri 70 qəpik dəyərində 90 ədəd “Orbit” saqqız, hər biri 1 manat 20 qəpik dəyərində 36 ədəd 0,330 litr həcmində dəmir qabda “Fuse tea” soyuq çay, hər biri 30 qəpik dəyərində 60 ədəd suxarı, hər biri 40 qəpik dəyərində 15 ədəd peçenye, hər biri 3 manat 40 qəpik dəyərində 12 ədəd 800 qramlıq paketdə qarabaşaq, hər biri 2 manat 50 qəpik dəyərində 10 ədəd 800 qram çəkidə “Manna Rusiya” düyü unu, hər biri 1 manat 20 qəpik dəyərində 24 ədəd 88 qram həcmində “Biskolata” şirniyyatı, hər biri 90 qəpik dəyərində 48 ədəd 100 qram həcmində “Tutku” şirniyyatı, hər biri 1 manat 50 əpik dəyərində 24 ədəd “Ozmo” yumurta formalı şokolad, hər biri 2 manat 20 qəpik dəyərində 20 ədəd “Kinder” yumurta formalı şokolad, hər biri 1 manat 60 qəpik dəyərində 18 ədəd 1 litr həcmində “Zolotoy sad" meyvə şirəsi, hər biri 50 qəpik dəyərində 108 ədəd 200 ml həcmində “Zolotoy sad" meyvə şirəsi, hər biri 1 manat 20 qəpik dəyərində 18 ədəd 200 ml həcmində “Aquşa” meyvə şirəsi, hər biri 1 manat 20 qəpik dəyərində 24 ədəd 200 ml həcmində “Lyubimiy” meyvə şirəsi, hər biri 3 manat dəyərində 6 ədəd 500 ml həcmində “Aquşa" meyvə şirəsi, hər biri 7 manat 50 qəpik dəyərində 6 ədəd 500 ml həcmində “Panten” şampunu, hər biri 5 manat dəyərində 10 ədəd 300 ml həcmində “Panten” şampunu, hər biri 10 manat 50 qəpik dəyərində 5 ədəd 500 ml həcmində “Head and Shoulders” şampunu, hər biri 2 manat 50 qəpik dəyərində 4 ədəd böyük ölçülü Almaniya istehsalı olan şampun, hər biri 1 manat 70 qəpik dəyərində 8 ədəd kiçik ölçülü Almaniya istehsalı olan şampun, hər biri 1 manat dəyərində 8 ədəd İran istehsalı olan şampun, hər biri 3 manat 70 qəpik dəyərində 6 ədəd “Elidor” şampun, hər biri 1 manat 90 qəpik dəyərində 15 ədəd 90 qram həcmində “Snickers" şokoladı, hər biri 90 qəpik dəyərində 20 ədəd 60 qram həcmində “Snickers" şokoladı, hər biri 1 manat 90 qəpik dəyərində 8 ədəd 90 qram həcmində “Bounty" şokoladı, hər biri 1 manat dəyərində 10 ədəd 65 qram həcmində “Bounty” şokoladı, hər biri 1 manat dəyərində 8 ədəd kiçik ölçülü “Mars" şokoladı, hər biri 2 manat 40 qəpik dəyərində 10 ədəd “Kit-kat" şokoladı, hər biri 1 manat 90 qəpik dəyərində 10 ədəd “Alpen Gold" pletka şokoladı, hər biri 90 qəpik dəyərində 15 ədəd “Yaşkina” pletka şokoladı, hər biri 2 manat dəyərində 15 ədəd “Nestle” pletka şokoladı, 1 kiloqramı 6 manat 50 qəpik dəyərində hər qutusunun həcmi 5 kiloqram olan 6 qutu şokolat, 1 kiloqramı 4 manat dəyərində 18 kiloqram çəkidə şirniyyatlar, hər biri 1 manat dəyərində 15 ədəd Almaniya istehsalı şokoladlar, hər biri 14 manat dəyərində 8 ədəd 2 litr həcmində “Kırlanqıc" maye qarğıdalı yağları, hər biri 30 manat dəyərində 4 ədəd 5 litr həcmində “Sunpalermo” maye qarğıdalı yağları, hər biri 17 manat dəyərində 5 ədəd 1 litr həcmində “Komili" maye zeytun yağları, hər biri 5 manat 70 qəpik dəyərində 4 ədəd 1 litr həcmində “Rivera Zade" maye qarğıdalı yağları, hər biri 10 manat dəyərində 6 ədəd 2 litr həcmində “Final" maye qarğıdalı yağları, hər biri 7 manat dəyərində 12 ədəd 1 litr həcmində “Final" maye qarğıdalı yağları, hər biri 5 manat dəyərində 6 ədəd 1 litr həcmində “Final" maye günəbaxan yağları, hər biri 8 manat 60 qəpik dəyərində 4 ədəd 2 kiloqram çəkidə “Möhübbət" düyüsü, hər biri 9 manat dəyərində 4 ədəd 2 kiloqram çəkidə “Sultan" düyüsü, hər biri 11 manat 90 qəpik dəyərində 3 ədəd 2 kiloqram çəkidə “Mumtaz" düyüsü, cəmi 150 manat dəyərində müxtəlif adda günəbaxan tumları, 180 manat dəyərində “Lays" firmasına məxsus cipsi və suxariləri, 150 manat dəyərində digər firmaların cipsləri, hər biri 3 manat 40 qəpik dəyərində 12 ədəd 0,5 litr həcmində “Final" maye günəbaxan yağları, hər biri 4 manat 60 qəpik dəyərində 15 ədəd 0,5 litr həcmində “Final" maye qarğıdalı yağları, 1 kiloqramı 4 manat 60 qəpik dəyərində olmaqla hərəsində 4 kiloqram olan 4 ədəd qutuda “Konti" şokoladları, 1 kiloqramı 4 manat dəyərində olmaqla hərəsində 3 kiloqram olan 3 ədəd qutuda “Konti" şokoladları, bir kiloqramı 2 manat dəyərində olmaqla hərəsində 3.5 kiloqram olan 2 ədəd qutuda pryanik şirniyyatları, 1 kiloqramı 1 manat 70 qəpik dəyərində olmaqla hər biri 800 qram çəkidə olan 8 qutu yulaf unu, hər paketi 1 manat 40 qəpik dəyərində olmaqla 6 ədəd paketdə olan pryanik şirniyyatları, hər biri 1 manat 80 qəpik dəyərində 24 ədəd 1 litr həcmində “Sandora" meyvə şirəsi, hər biri 1 manat dəyərində 81 ədəd 200 ml həcmində “Sandora” çöplü meyvə şirəsi, hər biri 67 manat dəyərində olmaqla 2 ədəd kisədə hərəsində 50 kiloqram olan şəkər tozu, hər kisəsi 50 manat dəyərində olmaqla 6 kisə hərəsində 45 kiloqram olan “Karmen” buğda unu, 1 kiloqramı 70 qəpik dəyərində 20 kiloqram çəkidə makaron, hər qutusu 2 manat dəyərində 20 qutu xurma, hər biri 60 qəpik dəyərində 4 ədəd qutuda olmaqla 72 ədəd “Jelibon” şirniyyat, hər biri 1 manat 60 qəpik dəyərində 24 ədəd İ litr həcmində “Fuse tea” soyuq çay içkisi, hər biri 1 manat 90 qəpik dəyərində 24 ədəd 1 litr həcmində “Сарру sitrus” içkisi, hər biri 1 manat 90 qəpik dəyərində 20 ədəd 1 litr həcmində “Сарру” içkisi, hər paketi 90 qəpik dəyərində 24 ədəd paketdə balıq formalı peçenyeləri, hər biri 90 qəpik dəyərində 24 ədəd pletka şokolad, hər biri 30 qəpik dəyərində 36 ədəd pletka şokolad, hər biri 1 manat 90 qəpik dəyərində 20 ədəd 1 litr həcmində “Natura” meyvə şirəsi, hər biri 6 manat 50 qəpik dəyərində 4 ədəd 1 litr həcmində maye formalı Almaniya istehsalı olan “Calgon” yuyucu vasitə, hər biri 1 manat 50 qəpik dəyərində 10 ədəd “Aquafresh” diş məcunu, hər biri 4 manat dəyərində 6 ədəd Almaniya istehsalı olan saç maskası, hər biri 1 manat 90 qəpik dəyərində 20 ədəd 500 ml həcmində “Go” enerji içkisi, hər biri 40 qəpik dəyərində 72 ədəd uşaq bezləri, 1 kiloqramı 2 manat 30 qəpik dəyərində 20 kiloqram çəkidə qarabaşağı, 1 kiloqramı 1 manat 60 qəpik dəyərində 30 kiloqram yumru düyü, hər biri 20 qəpik dəyərində 100 ədəd soska formalı şirniyyat, hər biri 50 qəpik dəyərində 12 ədəd “Ozmo oqo-poqo” şirniyyatın, hər biri 1 manat dəyərində 26 ədəd “Koroğlu” firmasının pletka şokoladı, hər biri 1 manat dəyərində 20 ədəd “Rotfont” firmasının pletka şokoladı və 1 kiloqramı 2 manat dəyərində hər qutuda 4 kiloqram 6 qutu klassik peçenye yanaraq yararsız hala düşmüşdür. Mağazanın yanması nəticəsində ümumilikdə 10258 manat 60 qəpik dəyərində maddi ziyan dəymişdir. Məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu bildirdi. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 Nəhmət oğlu Məhkəməyə teleqramla müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 Nəhmət oğlunun elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən özünə məxsus “Bərgüşad” adlanan kafesi vardır. O, həmin kafeni özü işlətdiyini və hər gün mütəmadi olaraq təxminən saat 10 radələrində kafeyə gəlib açaraq fəaliyyətə başladığını, təxminən saat 23 radələrində kafeni bağlayaraq evinə getdiyini qeyd etmişdir. 27 sentyabr 2021-ci il tarixdə gecə saatlarında kafedə olan müştərilər getdikdən sonra o, kafedə təmizlik işləri aparıb kafenin qapı və pəncərələrini bağlayaraq evinə getmişdir. 28 sentyabr 2021-ci il tarixdə, təxminən saat 10 radələrində yenidən kafeyə gələndə kafenin plastik materialdan olan giriş qapısının açıq olduğunu görmüşdür. Dərhal içəri daxil olduqda isə piştaxtanın dağınıq vəziyyətdə olduğunu görmüş və kafenin otaqlarını yoxlamağa başlamışdır. Piştaxtanın üzərinə baxdıqda orada olan 15 (on beş) manat məbləğində qəpik pulların, eləcədə hamam otağında olan “Bosh” markalı kombi aparatının üzlüyünün çıxarılaraq yerə qoyulduğu və içərisindəki ehtiyyat hissələrinin sökülüb oğurlandığını gördüyünü bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə xidmətinə zəng vuraraq məlumat vermişdir. Eləcə də, o, ifadəsində ona məxsus “Bərgüşad” adlanan kafedən 15 (on beş) manat məbləğində qəpik pulların və “Bosh” markalı kombi aparatının ümumilikdə 700 manat məbləğində ehtiyyat hissələri olan bir ədəd hava motorunun, bir ədəd dövriyyə motorunun, bir ədəd klapanın, bir ədəd çanağın, bir ədəd turbinin, bir ədəd ana esenjor kombi qızdırıcısının, bir ədəd qaz valfınm oğurlandığını, oğurluq hadisəsi nəticəsində cəmi 710 (yeddi yüz on) manat dəyərində maddi ziyan dəydiyini, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat verən zaman əsəbi olduğundan, həmdə kafeyə daha diqqətlə baxmadığına görə məlumatda səhv bildirdiyini göstərmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3, məhkəməyə ərizə ünvanlayaraq, vurulan zərər təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən ona qarşı tələbdən və cinayət təqibindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Topaz” mərc oyunları məntəqəsini təxminən 2010-ci ildən etibarən icarə əsasında işlədir. Həmin məntəqədə olan kompüter, printer, televizor və digər aparatları icarəyə götürsə də orada şəxsi vəsaiti hesabına “Poz qazan” lotoreyaları da satmışdır. Hər gün təxminən saat 08 radələrində məntəqəyə gəlib fəaliyyətə başlamış, təxminən saat 23 radələrində isə oranı bağlayaraq evinə getmişdir. Həmişə olduğu kimi 26 avqust 2021-ci il tarixdə, saat 08 radələrində o, məntəqəyə gəlib fəaliyyətə başlamış və saat 23 radələrində isə məntəqəni bağlayaraq evinə getmişdir. 27 avqust 2021-ci il tarixdə, saat 08 radələrində məntəqəyə gələndə plastik materialdan olan giriş qapısının alt hissəsinin yandırıldığını görmüşdür. Tez qapının kilidini açıb içəri daxil olmuş və piştaxtanın arxasına keçəndə orada olan “Topaz” kuponlarının, eləcədə dolablardakı sənədlərin dağınıq halda olduğunu görmüşdür. Bundan sonra o, mənətəqənin içərisindəki müşahidə kameralarının görüntülərinə baxmağa başlamışdır. Görüntülərdə arıq bədən quruluşlu, hündür boylu, az və qara saçlı, əynində qısaqollu köynək və boz rəngə bənzər şalvar olan bir nəfər şəxsin piştaxtanın arxasındakı dolabları axtardığını görmüşdür. O. orada olan dolablara qoyduğu özünə məxsus “Poz qazan" lotoreyalara baxanda 27 (iyirmi yeddi) ədəd 5 (beş) manatlıq, 46 (qırx altı) ədəd 2 (iki) manatlıq, 23 (iyirmi üç) ədəd 1 (bir) manatlıq lotoreyaların oğurlandığı məlum olmuşdur. Bundan sonra o, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Pölməsinə gələrək orada ərizə ilə müraciət edib oğurluq barədə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən işlətdiyi məntəqəyə baxış keçirilən zaman müşahidə kameraları tərəfindən çəkilmiş video görüntüləri də təqdim etmişdir. Eləcə də, o, ifadəsində İcarə əsasında işlətdiyi “Topaz” mərc oyunları məntəqəsindən ona məxsus 27 (iyirmi yeddi) ədəd 5 (beş) manatlıq, 46 (qırx altı) ədəd 2 (iki) manatlıq, 23 (iyirmi üç) ədəd 1 (bir) manatlıq “Poz qazan” lotoreyalarının oğurlandığını, oğurluq nəticəsində ümumilikdə 250 (iki yüz əlli) manat və plastik qapının aşağı hissəsinin yandırılması nəticəsində isə 100 (bir yüz) manat dəyərində maddi ziyan dəydiyini, bununlada ona ümumilikdə 350 manat dəyərində maddi ziyan dəydiyini və müşahidə kameraları tərəfindən video görüntüyə alınmış şəxsi heç vaxt görmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs5 Məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 elan edilmiş ifadəsindən görünür ki, uzun müddətdir ki, Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 6/79 saylı binanın birinci mərtəbəsindəki “Zavod çörəyi” adlanan mağazanı icarə əsasında işlətdiyini bildirmişdir. Həmin mağazada çörək, müxtəlif adlı sular, siqaretlər və süd-qatıq məhsulları satmışdır. Hər gün mütəmadi olaraq təxminən saat 09-10 radələrində işlədiyi mağazaya gəlib mağazanı açaraq fəaliyyətə başladığını, təxminən saat 23 radələrində isə mağazanı bağlayaraq evinə getdiyini qeyd etmişdir. Mağazasının giriş qapısı plastik materialdandır və kilidi də öz üzərindədir. 06 avqust 2021-ci il tarixdə, təxminən saat 09:45 radələrində mağazaya gəldikdə mağazanın qapısının açıq olduğunu görmüşdür. Dərhal mağazaya daxil olub ətrafa baxanda dolaba qoymuş olduğu 59 (əlli doqquz) manat məbləğində nəğd pulun, eləcədə həmin dolabda olan qara rəngli sellofan torbanın içərisinə qoyduğu 12 blok olmaqla hər bir blokda 10 qutu, ümumilikdə 120 qutu olan qara nazik “Winston” markalı, 10 blok olmaqla hər bir blokda 10 qutu, ümumilikdə 100 qutu olan göy nazik “Sobranie” markalı, 10 blok olmaqla hər bir blokda 10 qutu, ümumilikdə 100 qutu olan qara nazik “Kent 4” markalı, 6 blok olmaqla hər bir blokda 10 qutu, ümumilikdə 60 qutu olan göy nazik “Rotmans” markalı siqaretlərin oğurlandığını görmüşdür. Bundan sonra o, dərhal Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Polis əməkdaşları gələrək mağazaya baxış keçirtmişlər və qonşu obyektin müşahidə kameralaranın video görüntülərini də götürmüşlər. Eləcə də. o, ifadəsində icarə əsasında işlətdiyi mağazadan 59 (əlli doqquz) manat nəğd pulun, eləcədə ümumilikdə 1186 (bir min yüz səksən altı) manat dəyərində olan 12 blok olmaqla hər bir blokda 10 qutu, ümumilikdə 120 qutu olan qara nazik “Winston” markalı, 10 blok olmaqla hər bir blokda 10 qutu, ümumilikdə 100 qutu olan göy nazik “Sobranie" markalı, 10 blok olmaqla hər bir blokda 10 qutu, ümumilikdə 100 qutu olan qara nazik “Kent 4” markalı, 6 blok olmaqla hər bir blokda 10 qutu, ümumilikddə 60 qulu olan göy nazik “Rotmans” markalı siqaretlərin oğurlandığını, oğurluq hadisəsi nəticəsində ona cəmi 1245 (bir min iki yüz qırx beş) manat məbləğində maddi ziyan dəydiyini və ona məxsus mağazadan oğurluq edilməsində şübhələndiyi heç bir şəxsin olmadığını göstərmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs8 elan edilmiş ifadəsindən görünür ki, uzun illərdir ki, ixtisası üzrə stomatoloq fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin dekabr ayında yaşadığı evin yaxınlığında binanın birinci mərtəbəsini alaraq orada özü üçün özəl stomatoloji klinika düzəltmək qərarına gəlmişdir. Həmin obyekti aldığı zaman onun iş fəaliyyətinə uyğun olmasından ötrü təmir işləri görülməsi lazım olmuşdur. Buna görə də 2021-ci ilin fevral ayından etibarən həmin obyektdə təmir işlərinə başlamışdır. Orada başqa ustalarla yanaşı Zərərçəkmiş şəxs9 da usta kimi işləmişdir. O, ustalara obyektin giriş qapısının açarını o, olmayanda da ustalar sərbəst olaraq obyektə girib təmir işlərini görə bilsinlər deyə vermişdir. Ustalar səhər saatlarında işə başlayırmışlar və işlədikləri müddət ərzində o, ustaların yanına gəlib işlərinə baxır, lakin orada uzun müddət qalmamışdır. O, obyektin qapı və pəncərələrinin ustalar tərəfindən bağlanıldığını bildirmişdir. Obyektin giriş qapısı və pəncərələri plastik materialdan olmuşdur. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ustalar ona məxsus obyektdə təmir işləri görmüş və qapını bağlayaraq getmişdirlər. xx.xx.2021-ci il tarixdə təxminən saat 08 radələrində Teymur ona zəng edərək, obyektdən oğurluq olduğunu bildirmişdir. O, da dərhal oraya getmiş, obyektin ön tərəfində yerləşən pəncərənin açılmış olduğunu görmüşdür. Obyektin içərisinə Teymurla birlikdə baxanda oradan işıq sisteminin çəkilməsi üçün aldığı ona məxsus ümumilikdə 553 (beş yüz əlli üç) manat dəyərində olan 4 (dörd) top hər biri 3x4 ölçüdə 100 (bir yüz) metrlik elektrik naqilləri, 50 (əlli) metrlik 6-lıq elektrik naqili, Teymura məxsus ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində işlənmiş vəziyyətdə olan 1 (bir) ədəd “Sterin” markalı drel, 1 (bir) ədəd “Bosch” markalı elektrikli yonma cihazı (laqonda), 1 (bir) ədəd “Bosch” markalı drel, 1 (bir) ədəd 3 (üç) kilovoltluq “Zubr” markalı drel-preparator, 1 (bir) ədəd “Lazerin” markalı plastik boru yapışdıran ütü aparatı, 1 (bir) ədəd “Candan” markalı plastik boru yapışdıran ütü aparalı oğurlanmışdır. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə telefonla zəng vuraraq məlumat vermişdir. Eləcə də, o, ifadəsində ona məxsus obyektdən hər biri 118 (bir yüz on səkkiz) manat 50 (əlli) qəpik dəyərində, cəmi 474 (dörd yüz yetmiş dörd) manat məbləğində 4 (dörd) top olmaqla hər biri 3x4 ölçüdə 100 (bir yüz) metrlik elektrik naqillərinin və 79 (yetmiş doqquz) manat dəyərində 50 (əlli) metrlik 6-lıq elektrik naqilinin oğurlandığını, oğurluq nəticəsində ona ümumilikdə 553 manat dəyərində maddi ziyan dəydiyini, oğurlanmış digər əşyaların isə obyektində usta işləyən Zərərçəkmiş şəxs9 məxsus olduğunu, izhalında oğurluq nəticəsində 1353 (bir min üç yüz əlli üç) manat məbləğində əşyaların oğurlanmasını göstərəndə ümumi ziyanın məbləğini göstədiyini, buna səbəb Teymur həmin vaxt ona özünə məxsus olan əşyaların ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində olduğunu deməsi olduğunu və ona məxsus obyektdən oğurluq edilməsində şübhələndiyi şəxs və ya şəxslərin olmadığını göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs9 elan edilmiş ifadəsindən görünür ki, santexnik usta kimi işləyərək dolanışığını təmin etmişdir. Zərərçəkmiş şəxs8 tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 2021-ci ilin fevral ayından etibarən Müşfiq ona iş təklif edərək Sumqayıt şəhəri 42-ci məhəllə Koroğlu küçəsində yerləşən özünə məxsus obyekti təmir etdirmək istədiyini bildirmişdir. Onlar razılaşdıqdan sonra həmin obyektdə işləməyə başlamışdır. Təmir işlərində lazım olan ləvazimatların, yəni kabel, şurup və digər əşyaları Müşfiq özü almışdır. İstifadə etdiyi 1 (bir) ədəd “Sterin” markalı drel, 1 (bir) ədəd “Bosch” markalı elektrikli yonma cihazı (laqonda), 1 (bir) ədəd “Bosch"’ markalı drel, 1 (bir) ədəd 3 (üç) kilovoltluq “Zubr” markalı drel-preparator, 1 (bir) ədəd “Lazerin" markalı plastik boru yapışdıran ütü aparatı, 1 (bir) ədəd “Candan” markalı plastik boru yapışdıran ütü aparalı kimi alətlər isə özünə məsus olmuşdur. Müşfiq obyektin giriş qapısının açarını ona vermişdir ki, iş gördüyü müddətdə sərbəst olaraq obyektə giribçıxa bilsin. Hər gün təxminən saat 08 radələrində obyektə gəlmiş və hava qaralan ərəfələrdə isə obyektin qapı və pəncərələrini bağlayıb çıxıb getmişdir. Özünə məxsus alətlər və Müşfiqin aldığı ləvazimatlar isə obyektin içərisində qalmışdır. 02 may 2021-ci il tarixdə, təxminən saat 08 radələrində həmişə olduğu kimi obyektə gəlib işə başlamış və hava qaralan ərəfədə isə obyektin qapı və pəncərələrini bağlayıb evinə getmişdir. Evinə gedərkən isə həmişə olduğu kimi özünə məxsus qeyd etdiyi alətlər və Müşfiqin almış olduğu 4 (dörd) top hər biri 3x4 ölçüdə 100 (bir yüz) metrlik elektrik naqillər, 50 (əlli) metrlik 6-lıq elektrik naqil obyektin içərisində qalmışdır. 03 may 2021-ci il tarixdə, təxminən saat 08 radələrində obyektə gələndən sonra obyektin ön tərəfində yerləşən pəncərəsinin açıq olduğunu görmüşdür. Bu haldan şübhələnib tez obyektin qapısını açaraq içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra giriş qapısı ilə üz-üzə olan sağ tərəfdə yerləşən otaqda qoymuş olduğu əşyaların dağınıq halda olduğunu görmüş və obyektdən oğurluq edildiyindən şübhələnmişdir. Bundan sonra Müşfiqə zəng vurub obyektdən oğurluq edilməsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Müşfiq obyektə gəlmiş və onlar baxanda oradan Müşfiqə məxsus 4 (dörd) top hər biri 3x4 ölçüdə 100 (bir yüz) metrlik elektrik naqillərinin, 50 (əlli) metrlik 6-lıq elektrik naqilin, özünə məxsus işlənmiş vəziyyətdə olan 1 (bir) ədəd “Sterin” markalı drelin, 1 (bir) ədəd “Bosch” markalı elektrikli yonma cihazının (laqonda), 1 (bir) ədəd “Bosch” markalı drelin, 1 (bir) ədəd 3 (üç) kilovoltluq “Zubr” markalı drel-preparatorun, 1 (bir) ədəd “Lazerin" markalı plastik boru yapışdıran ütü aparatının, 1 (bir) ədəd “Candan” markalı plastik boru yapışdıran ütü aparatının oğurlandığını bilmişlər. Sonra isə Müşfiq Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə telefonla zəng vuraraq oğurluq edilməsi barədə məlumat vermişdir. Özünə məxsus 90 (doxsan) manat dəyərində 1 (bir) ədəd “Sterin" markalı drelin, 50 (əlli) 1 (bir) ədəd “Bosch” markalı elektrikli yonma cihazının (laqonda), 110 (bir yüz on) manat dəyərində 1 (bir) ədəd “Bosch" markalı drelin, 160 (bir yüz altımış) manat dəyərində 1 (bir) ədəd 3 (üç) kilovoltluq “Zubr” markalı drel-preparatorun, 270 (iki yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd “Lazerin" markalı plastik boru yapışdıran ütü aparatının, 120 (bir yüz iyirmi) 1 (bir) ədəd “Candan" markalı plastik boru yapışdıran ütü aparatının oğurlanması nəticəsində ona ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan dəymişdir. Məhkəməyə teleqramla müraciət edərək ona dəymiş ziyanı bağışladığını, şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs13 elan edilmiş ifadəsindən görünür ki, özünə məxsus Sumqayıt şəhəri 17-ci mikrorayon M.Əsədov küçəsində yerləşən “Kombi ehtiyyat hissələri” adlanan mağazası vardır. O, həmin mağazanı 2021-ci ilin avqust ayının əvvəllərindən etibarən işlətdiyini və həmin mağazada adından göründüyü kimi istilik sistemlərinin ehtiyyat hissələrini satdığını qeyd etmişdir. O, hər gün təxminən saat 07-08 radələrində mağazaya gəlib oranı açaraq işə başlayır və axşam saatlarında isə mağazanı bağlayırmış. 28 avqust 2021-ci il tarixdə, təxminən saat 07 radələrində mağazasını açmağa gəldikdə mağazanın giriş qapısının açıq olduğunu görmüş və dərhal içəri daxil olmuşdur. İçəri girəndən sonra vitrindəki ehtiyyat hissələrinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, mağazasından oğurluq olduğuna əmin olub hansı əşyaların oğurlandığını dəqiqləşdirməyə başlamış və mağazasından kombi ehtiyyat hissələri olan istifadə edilməmiş 2 ədəd ana esenjor kombi qızdırıcısı, kombinin 2 ədəd fan motoru, kombinin 11 ədəd üç yollu motoru, kombinin 2 ədəd bar dəmirli adlanan ehtiyyat hissəsi, kombinin 4 ədəd “Bosh” markalı monometri, kombinin 3 ədəd qaz valfı və kombinin 6 ədəd turbini oğurlanmışdır. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə xidmətinə zəng vuraraq məlumat vermişdir. Eləcə də,o, ifadəsində ona məxsus “Kombi ehtiyyat hissələri" adlanan mağazadan cəmi 320 (üç yüz iyirmi) manat dəyərində 2 (iki) ədəd ana esenjor kombi qızdırıcısının, cəmi 100 (bir yüz) manat dəyərində kombinin 2 (iki) ədəd fan motorunun, cəmi 242 (iki yüz qırx iki) manat dəyərində kombinin 11 (on bir) ədəd üç yollu motorunun, cəmi 32 (otuz iki) manat dəyərində kombinin 2 (iki) ədəd bar dəmirli adlanan ehtiyyat hissəsinin, cəmi 80 (səksən) manat dəyərində kombinin 4 (dörd) ədəd “Bosh" markalı monometrinin, cəmi 360 (üç yüz altımış) manat dəyərində kombinin 3 (üç) ədəd qaz valfının və cəmi 78 (yetmiş səkkiz) manat dəyərində kombinin 6 (altı) ədəd turbininin oğurlandığını, oğurluq nəticəsində ona ümumilikdə 1212 (bir min iki yüz on iki) manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək ona vurulan zərərin ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs7 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən 40/45 saylı yaşayış binasının arxa hissəsindəki “Rossiya” adlanan kafeni icarə əsasında işlədir. O və ya kafedə işləyən şəxslər hər gün səhər təxminən saat 06-07 radələrində kafeyə gəlib oranı açaraq fəaliyyətə başlamışlar. 06 may 2021-ci il tarixdə həmişə olduğu kimi təxminən saat 07 radələrində kafeyə gəlib oranı açmış, həmin gün təxminən saat 23:45 radələrində isə kafeni bağlayıb evinə getmişdir. 07 may 2021-ci il tarixdə, təxminən saat 06 radələrində işçilərdən biri kafeyə gəlib açanda kafenin mətbəxinin nəfəsliyinin açıq olduğunu və içərinin dağınıq vəziyyətdə olduğunu görmüş, sonra isə ona zəng vuraraq bu barədə məlumat vermişdir. Mən dərhal işlətdiyi kafeyə gəlib baxanda orada olan “Teploross” markalı su qızdırıcısının 120 (yüz iyirmi) manat dəyərində motorunun, 12 (on iki) ədəd cəmi 108 (bir yüz səkkiz) manat dəyərində “Zolotoye Kolço” markalı 1 (bir) litrlik araqların, 2500 (iki min beş yüz) manat dəyərində “Herman” markalı kombi cihazının içərisində olan 1 (bir) ədəd hava motorunun, 1 (bir) ədəd üçyollu motorunun, 1 (bir) ədəd dövriyyə motorunun, 1 (bir) ədəd çanağının, 1 (bir) ədəd ana esenjor kombi qızdırıcısının. 1 (bir) ədəd qaz valfınm, 1000 (bir min) manat dəyərində “Tellas” markalı vitrin soyuducusunun motorunun, pivə süzən aparatın 150 (bir yüz əlli) manat dəyərində motorunun və soyuducusunun oğurlandığını, eləcədə video müşahidə kameralarının elektrik naqillərinin kəsildiyini müəyyən etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə telefonla zəng vuraraq məlumat vermişdir. Eləcə də,o, ifadəsində ona məxsus kafedən “Teploross” markalı su qızdırıcısının 120 (yüz iyirmi) manat dəyərində motorunun, 12 (on iki) ədəd cəmi 108 (bir yüz səkkiz) manat dəyərində “Zolotoye Kolço” markalı 1 (bir) litrlik araqların, 2500 (iki min beş yüz) manat dəyərində “Herman” markalı kombi cihazının içərisində olan 1 (bir) ədəd hava motorunun, 1 (bir) ədəd üçyollu motorunun, 1 (bir) ədəd dövriyyə motorunun. 1 (bir) ədəd çanağının, 1 (bir) ədəd ana esenjor kombi qızdırıcısının, 1 (bir) ədəd qaz valfınm, 1000 (bir min) manat dəyərində “Tellas” markalı vitrin soyuducusunun motorunun, pivə süzən aparatın 150 (bir yüz əlli) manat dəyərində motorunun və soyuducusunun oğurlandığımı, kafedən oğurluq edilməsində şübhələndiyi hər hansı bır şəxs olmadığını, oğurluq və video müşahidə kameralarının 100 (bir yüz) manat dəyərində kabellərinin kəsilməsi nəticəsində ona ümumilikdə 3978 (üç min doqquz yüz yetmiş səkkiz) manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir. Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs7 yeri müəyyən edilmədiyindən onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər sakini kimi tanıyır, onunla ədavət və ya düşmənçiliyi yoxdur. 14 dekabr 2021-ci il tarixdə xidməti vəzifəsi ilə əlaqədar olaraq 3-cü polis bölməsində olduğu zaman ona bildirildi ki, Təqsirləndirilən şəxs istintaqda vermiş olduğu ifadələrinin düzgünlüyünü yoxlamaq məqsədi ilə onun ifadəsi yerində yoxlanılacaqdır və o da həmin tədbirdə iştirak etməlidir. Həmin gün Sumqayıt ŞPİ-də xüsusi konvoy vasitəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsindən çıxarmışlar və onun göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən mebel təmiri sexinin yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, 01 fevral 2021-ci il tarixdə, təxminən saat 02 radələrində özü ilə kəlbətin və vint açan alətləri götürərək həmin sexin yanına gəlmiş, sexin qapısının üzərində kilid olduğunu görüb həmin kilidi aça bilməyəcəyini bildiyindən sexin dam örtüyünün üstünə çıxıb oradan içəri daxil olmaq qərarına gəlmiş və sexin yan tərəfinə keçərək oradan çətinliklə də olsa sexin dam örtüyünün üstünə çıxmışdır. Dam örtüyünün üstünə çıxandan sonra sexin arxa tərəfində yerləşən dam örtüklərinin mismarlarını özü ilə götürdüyü kəlbətinlə çıxararaq 2 ədəd şiferi kənara qoymuş və oradan sexin içərisinə daxil olmuşdur. Sexin içərisinə daxil olduqdan sonra orada olan 1 ədəd avtomobil kondisionerinin mühərrikini, 3 ədəd frez aparatını, elektrik naqilini, 1 ədəd “balqarka” deyilən kiçik laqonda aparatını, 1 ədəd kiçik ölçülü əl frez aparatını və 3 ədəd dəzgahın mühərriklərini sökərək sexin içərisindən tapdığı torbaya yığmışdır. Sonra isə sexin içərisində olan nərdivanı içəri daxil olduğu yerə söykəyərək oradan oğurladığı əşyalarla birlikdə dama qalxıb çölə çıxaraq oradan uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs sexə qanunsuz olaraq daxil olduğu yeri və oğurladığı əşyaların yerlərini göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 39-cu məhəllə ərazisi ilə hərəkət edərək məhəllə ərazisində yerləşən “Cənnət” adlanan kafenin yanma gəlmişlər. Orada Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, xx.xx.2021-ci il tarixdə evindən vint açan alət götürüb təxminən saat 02 radələrində həmin kafenin qarşısına gəlmiş, əvvəlcə ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra kafenin ön tərəfində yerləşən plastik pəncərəyə yaxınlaşmış və həmin plastik pencərəni əli ilə itələyib pencərəyə zor tədbiq edərək açmış və həmin pəncərədən içəriyə daxil olmuşdur. İçəridə ətrafa nəzər yetirdikdə salonun divarından asılmış halda olan kombi aparatını görmüş, həmin aparat yekə olduğundan qərara gəlmişdir ki, özü ilə götürdüyü vint açan vasitəsi ilə kombinin içərisindəki mis metalından və digər əlvan metallardan olan ehtiyyat hissələrini söküb oğurlasın. Ona görə də kombinin motorunu vint açan alət vasitəsi ilə açıb çıxartmış, sonra isə kafenin salonunda yerləşən vitrin soyuducusuna yaxınlaşıb onun da matorunu vint açan vasitəsi ilə açıb çıxartmış, bundan sonra salonun divarından asılmış 1 ədəd “LG” markalı televizoru da yerindən çıxartmışdır. Oğurlamış olduğu əşyaları pəncərədən çölə çıxartmış və bir-bir həmin əşyaları daşıyaraq oradan bir qədər uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs “Cənnət” adlanan kafeyə qanunsuz olaraq daxil olduğu yeri və oğurladığı əşyaların yerlərini göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən "Şərur” adlanan çay evinin yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs yenədə istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, 02 may 2021-ci il tarixdə özü ilə vint açan alət götürərək təxminən saat 02 radələrində “Şərur” adlanan çay evinin yanma gəlmiş, orada ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra çay evinin giriş qapısına yaxınlaşıb əli ilə itələmiş, qapının açılmadığını görüb özü ilə götürdüyü vint açan aləti qapının arasına salıb çətinliklə də olsa qapım açaraq içəri daxil olmuşdur. İçəridə olan mətbəxi və digər yerləri axtarmağa başlamış, lakin pul və ya başqa qiymətli əşya tapa bilməmişdir. Çay evinin salonunda olan divara bərkidilmiş dolabın qapısında kilid olduğunu görüb orada pul olduğunu düşünmüş və dolabın kilidini qıraraq ora baxmağa başlamışdır. Dolabın içərisindəki dəftərlərin birinin içinə baxanda orada pul olduğunu görmüş, həmin pulu götürüb sayanda isə 1700 manat pul olduğunu bilmiş və pulu cibinə qoyub oradan çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “Şərur” adlanan çay evinə qanunsuz olaraq daxil olduğu yeri və pul oğurladığı dolabı göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, 42-ci məhəllə. Koroğlu küçəsində yerləşən stomotoloji klinikanın yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, 03 may 2021-ci il tarixdə, təxminən saat 03 radələrində həmin obyektin yanına gəlmiş, həmin vaxt obyektdə təmir işləri getmiş və obyekt işləməmişdir. Orada əvvəlcə ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra obyektin ön tərəfində yerləşən plastik pəncərəsinin nəfəsliyini əli ilə itələyib çətinliklə olsa da açmışdır. Həmin nəfəslikdən obyektin içərisinə daxil olub oranı axtarmağa başlamış, orada girişdən sağ tərəfdə yerləşən otaqdan 5 top işlənməmiş, təzə halda elektrik naqillərini, 2 ədəd dreli, 1 ədəd elektrikli yonma cihazını (laqonda), 1 ədəd drel-preparatoru və 2 ədəd plastik boru yapışdıran ütü aparatını oğurlayaraq oradan tapdığı kisəyə yığmış, daha sonra həmin əşyaları obyektin ön tərəfində yerləşən pəncərənin yanma gətirib pəncərəni açmış və kisəni pəncərədən çölə çıxartmışdır. Özüdə obyektdən çölə çıxaraq kisəni götürüb oradan uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs stomotoloji klinikaya qanunsuz olaraq daxil olduğu yeri və oğurlamış olduğu əşyaların yerlərini göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazsində yerləşən “Rossiya” adlanan kafenin yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, xx.xx.2021-ci il tarixdə, təxminən saat 04 radələrində həmin kafenin arxa tərəfinə gəlmiş, kafenin arxa tərəfindəki nəfəsliyini özü ilə gətirdiyi vint açan alət vasitəsi ilə açmış, nəfəsliyi açan zaman başının üstündə təhlükəsizlik kameralarının olduğunu görmüş və həmin kameraların naqillərini özü ilə gətirdiyi kəsici alət olan kəlbətin vasitəsilə kəsmişdir. Bundan sonra kafenin içərsinə daxil olmuş və kafenin mətbəxinin plastik pəncərəsini itələyib açmışdır. Mətbəxə baxanda orada divara bərkidilmiş olan el arasında “pitminutka” deyilən su qızdırıcısım görmüşdür. Özü ilə götürdüyü vint açan alətlə su qızdırıcısının üst örtüyünü açıb içərisindəki motorunu söküb kənara qoymuş, mətbəxdə olan 12 ədəd 1 litrlik "Zolotoye Kolço” markalı araqları da götürüb kafeyə daxil olduğu pəncərənin yanma gətirmiş, sonra isə kafenin həyətinə çıxıb həyətdəki vitrin soyuducusunun və pivə süzən aparatın motorunu da vintaçan alətlə açıb götürmüş, kafenin həyətində plastik çərçivənin içərisində olan kombinin motorunu və adlarını bilmədiyi digər ehtiyyat hissələrini də vintaçan alətlə açaraq götürmüş, sonra isə oğurlamış olduğu əşyaları hissə- hissə kafeyə daxil olduğu pəncərədən çölə çıxardaraq həmin əşyaları kafedən bir qədər aralıda yolun kənarına gətirmiş, orada isə tanımadığı taksi vasitəsi ilə həmin əşyaları yaşadığı evin yaxınlığına gətirib orada gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “Rosiyya” adlanan kafeyə qanunsuz olaraq daxil olduğu yeri və oğurlamış olduğu əşyaların yerlərini göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 'Zavod çörəyi” adlanan mağazanın yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, 06 avqust 2021-ci il tarixdə özü ilə vint açan alət götürərək təxminən saat 04 radələrində “Zavod çörəyi” adlanan mağzamn yanma gəlmiş, əvvəlcə ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olmaq üçün mağazanın qarşısından keçən küçə ilə gedib-gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mağazaya yaxınlaşıb özü ilə götürdüyü vint açan aləti qapının arasına salıb çətinliklə də olsa qapını itələyib açaraq içəri daxil olmuşdur. İçəridə olan dolabın qapısını açmış və orada olan 59 manat pulu, birdə içərisində siqaretlər olan qara rəngli sellofan torbanı götürüb küçəyə çıxaraq dərhal oradan uzaqlaşdım. Sonradan torbanın içərisinə baxdıqda 12 blok qara nazik “Winston” markalı, 10 blok göy nazik “Sobranie” markalı, 10 blok qara nazik “Kent 4” markalı, 6 blok göy nazik “Rotmans” markalı siqaretlərin olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs 'Zavod çörəyi” adlanan mağazaya qanunsuz olaraq daxil olduğu yeri və oradan oğurlamış olduğu pulun, eləcə də siqaretlərin qoyulmuş olduğu yeri göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən "Topaz” mərc oyunları məntəqəsinin yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini əsdiq etdiyini bildirərək qeyd etdi ki, 27 avqust 2021-ci il tarixdə, təxminən saat 06 radələrində həmin mənətəqənin yanına gəlmiş, məntəqənin qapısında kilid olduğunu görüb qapını aça bilməyəcəyini başa düşmüş və ona görə də plastik materialdan olan qapının aşağı hisəsindəki plastik lövhəni yandıraraq ranı söküb içəri girmək qərarına gəlmişdir. Qapının həmin hissəsini üzərində olan alışqan vasitəsi ilə andırmış və oradan içəri daxil olmuşdur. İçəri girdikdən sonra orada olan televizor və kompyuterləri rəmin yerdən çıxara bilməyəcəyini başa düşüb piştaxtanın arxasına keçmiş və orada olan dolabları -.araq pul və ya lotoreya axtarmağa başlamışdır. Oradakı dolablardan 27 (iyirmi yeddi) ədəd 5 (beş) manatlıq, 46 (qırx altı) ədəd 2 (iki) manatlıq, 23 (iyirmi üç) ədəd 1 (bir) manatlıq ‘Toz qazan” lotoreyası tapıb cibinə qoymuş və məntəqəyə girdiyi yerdən də çölə çıxıb oradan uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs “Topaz” mərc oyunları məntəqəsinə qanunsuz olaraq daxil olduğu yeri və oradan oğurlamış olduğu lotoreyaların yerini göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 17-ci mikrorayon M.Əsədov küçəsində yerləşən “Kombi ehtiyyat hissələri” adlanan mağazanın yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, 28 avqust 2021-ci il tarixdə, təxminən saat 03 radələrində həmin mağazanın yaxınlığından keçərkən həmin mağazada olan kombi ehtiyyat hissələrini oğurlamaq qərarına gəlmiş, ona görə də ətrfada heç kimin olmadığına əmin olub mağazanın plastik materialdan olan giriş qapısına yaxınlaşmışdır. Qapıya zor tətbiq edərək itələyib açmış və içəri daxil olmuşdur. Mağazanın içərisində vitrinlərdə olan mis və alüminium metalından hazırlanmış adlarını bilmədiyi, lakin istilik sistemi aparatlarının ehtiyyat hissələri olduğunu bildiyi təxminən 30 ədəd ehtiyyat hissəsini mağazanın içərisindən tapdığı kisəyə yığaraq oradan çölə çıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs "Kombi ehtiyyat hissələri” adlanan mağazaya qanunsuz olaraq daxil olduğu yeri və oradan oğurlamış olduğu ehtiyyat hissələrinin yerini göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən qapısı kilidlənmiş və içəri hissəsi yanmış vəziyyətdə olan mağazanın yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, 17 sentyabr 2021ci il tarixdə, təxminən saat 04 radələrində həmin mağazadan oğurluq etmək qərarına gəlmiş, həmin mağazanın yanına gəldikdən sonra fikirləşmişdir ki, mağazada nəğd pul olsa pulu, yaxud 2000 manatlıq ərzaq və ya siqaret oğurlayar. Əvvəlcə mağazanın giriş qapısını açmağa çalışsa da aça bilmədiyini görüb qərara gəlmişdir ki, “Topaz” məntəqəsindən oğurluq edən zaman etdiyi kimi plastik materialdan olan giriş qapısının aşağı hissəsini yandırıb oradan içəri daxil olsun. Ona görə də yaxınlıqda yerdən tapmış olduğu kağız parçalarını üzərində olan alışqan vasitəsi ilə yandıraraq mağazanın plastik giriş qapısının aşağı hissəsini yandırmağa başlamış, lakin ehtiyatsızlıq etdiyindən qapı tamamilə alışıb yanmağa başlamışdır. Sonra isə alov mağazanın içərisinə doğru yayılmağa başlayanda qorxaraq oradan qaçmış, bir neçə gün sonra həmin mağazanın yaxınlğından keçəndə mağazanın içərisinin çox hissəsinin yandığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 47-ci məhəllə ərazisində yerləşən təndir çörəyi və digər un məmulatları bişirilən sexin yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, 18 sentyabr 2021-ci il tarixdə, təxminən saat 02 radələrində Sumqayıt şəhəri 47-ci məhəllə ərazisi ilə piyada gəzdiyi zaman həmin ərazidə yerləşən təndir çörəyi bişirilən sexin yanından keçərkən işıqlarının sönmüş vəziyyətdə və qapısının bağlı olduğunu görmüş və həmin sexdən oğurluq etmək qərarına gəlmişdir. Sexin ətrafına baxıb yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra sexin iki qapısının olduğunu görmüşdür. Qapıların birinin üzərində kilid olmadığından və həmin hissə nisbətən qaranlıq olduğundan düşünmüşdür ki, həmin qapını açıb içəri daxil olsun. Plastik materialdan olan həmin qapıya yaxınlaşıb itələməyə başlamış və çətinliklədə olsa qapını açmağa nail olmuşdur. İçəri daxil olduqdan sonra ətrafa baxmağa, dəyərli əşya və ya pul axtarmağa başlamış, sexin içərisində olan soyuducuların birinin üzərində pul olduğunu görmüş və həmin pulu götürərək tez oradan uzaqlaşmışdır. Oradan uzaqlaşandan sonra götürdüyü pulu sayanda 1300 (bir min üç yüz) manat olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs çörək bişirilən sexə qanunsuz olaraq daxil olduğu yeri və üstündən pul oğurladığı soyuducunu göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən “Kafe 13” adlanan kafenin yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, 23 sentyabr 2021-ci il tarixdə əxminən saat 02 radələrində həmin kafedən oğurluq etmək məqsədi ilə kafenin yanına gəlmiş, əvvəlcə kafenin giriş qapısına yaxınlaşıb açmağa çalışmış, lakin qapını aça bilmədiyini görüb kafenin yan tərəfinə keçib orada olan plastik pəncərəni açmağa başlamış, pəncərəni açdıqdan sonra oradan kafenin içərisinə daxil olmuş və salonda yerləşən piştaxtanın üstünü axtarmağa başlamışdır. Pul və ya qiymətli əşya tapa bilmədiyini görüb salonda yerləşən pivə aparatının mis metalından olan ehtiyat hissələrini sökməyə qərar vermişdir. Həmin pivə aparatının ehtiyyat hissələrini özü ilə götürdüyü vint açan alət vasitəsi ilə sökərək kənara yığmış, sonra isə kafenin otaqlarının birində yerləşən kombi aparatınm üzlüyünü vint açan alət vasitəsi ilə saçaraq kənara qoymuş və kombinin də bəzi ehtiyat vssələrini açmışdır. Pivə aparatının və kombinin ehtiyat hissələrini kafenin içərisindən tapdığı torbaya yığaraq kafeyə girdiyi pəncərədən çölə qoymuş, sonra isə özü də həmin pəncərədən çölə çıxaraq oğurladığı əşyaları götürüb oradan uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs "Kafe 13” adlanan kafeyə qanunsuz olaraq daxil olduğu yeri və oğurlamış olduğu əşyaların yerini göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən “Mayak” adlanan ərzaq mağazasının yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, 27 sentyabr 2021-ci il tarixdə təxminən saat 01 radələrində pulu olmadığından oğurluq etmək məqsədi ilə “Mayak” adlanan ərzaq mağazasının yanına gəlmiş, mağazanın plastik materialdan olan giriş qapısına yaxınlaşıb açmağa çalışmış, lakin qapının üzərində kilid olduğunu görmüş və qapını aça bilməyəcəyini başa düşüb qapının aşağı hissəsini ayağı ilə qırmağa başlamışdır. Qapının aşağı hissəsini qırdıqdan sonra oradan içəri daxil olmuş, mağazanın içərisindəki piştaxtanın altında pul olduğunu görüb həmin pulu götürərək cibinə qoymuşdur. Sonra isə mağazada olan 40 ədəd nazik “Arqo” markalı, 20 ədəd nazik nanəli “Arqo” markalı, 10 ədəd qalın “Bakı” markalı, 10 ədəd qalın “Prima” markalı, 20 ədəd qalın “West” markalı, 20 ədəd qalın “Kingston” markalı, 10 ədəd kompakt “West” markalı, 10 ədəd qalın “Keno” markalı, 60 ədəd nazik “Want” markalı, 20 ədəd nazik “Arqo” markalı, 20 ədəd qalın “Veqas” markalı, 15 ədəd nazik “Kent 4” markalı, 15 ədəd nazik "Kent 1” markalı, 10 ədəd qalın “Kent 4” markalı, 10 ədəd qalın “Kent 8” markalı, 10 ədəd nazik mentollu “Kent 4” markalı, 10 ədəd kompakt “Kent 4” markalı, 60 ədəd nazik “Palmall” markalı, 60 ədəd nazik “Rotmans” markalı, 20 ədəd nazik “Davidoff” markalı, 30 ədəd nazik "Viceroy” markalı, 30 ədəd qalın “Sobranie” markalı, 30 ədəd nazik “Sobranie” markalı, 40 ədəd kompakt “Winston” markalı, 10 ədəd qalın “Sobranie Caster” markalı, 50 ədəd nazik “Wincester” markalı, 20 ədəd nazik “LD” markalı və 20 ədəd kompakt “LD” markalı siqaretləri götürüb mağazanın içərisində olan sellofan torbalara yığmış, oğurlamış olduğu pul və siqaretlərlə birlikdə mağazaya daxil olduğu yerdən çölə çıxıb oradan uzaqlaşmışdır. Sonradan mağazadan oğurladığı pulu sayanda 6270 manat olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs “Mayak” adlanan mağazaya qanunsuz olaraq daxil olduğu yeri, eləcədə oradan oğurlamış olduğu pulun və siqaretlərin yerini göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən “Üç dost” adlanan kişi salonunun yanma gəldik. Orada Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, 28 sentyabr 2021-ci il tarixdə təxminən saat 02 radələrində “Üç dost” adlanan kişi salonunun yaxınlığından keçərkən həmin salonda və ətrafda heç kimin olmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra salonun plastik giriş qapısına yaxınlaşıb çətinliklə də olsa qapını açaraq içəri daxil olmuş, içəridə olan dolabları və ətrafı axtarsada qiymətli əşya və ya nəğd pul tapa bilmədiyindən salonun içərisində divara bərkidilmiş istilik sistemi aparatının ehtiyyat hissələrini sökərək oğurlamaq qərarına gəlmişdir. Sonra isə istilik sistemi aparatına yaxınlaşıb üzərində saxladığı vint açan alət vasitəsi ilə üzlüyünü açaraq içərisindəki bəzi ehtiyyat hissələrini açıb götürərək salondan çölə çıxıb oradan uzaqlaşmışdır. Oğurlamış olduğu ehtiyyat hissələrini isə gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs "Üç dost” adlanan kişi salonuna qanunsuz olaraq daxil olduğu yeri, eləcədə oradan oğurlamış olduğu əşyaların yerini göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Bərgüşad” adlanan kafenin yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək qeyd etdi ki, 28 sentyabr 2021-ci il tarixdə təxminən saat 03 radələrində “Bərgüşad” adlanan kafenin yaxınlığına gəlmiş, kafenin işıqlarının sönmüş vəziyyətdə olduğunu görüb orada və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin kafedən oğurluq etmək qərarına gəlmişdir. Sonra isə kafenin plastik materialdan olan giriş qapısına yaxınlaşıb əli ilə itələyərək çətinliklə qapını açmışdır. Qapını açdıqdan sonra içəri daxil olub kafenin içərisində qiymətli əşya və ya nəğd pul axtarmağa başlamışdır. Piştaxtanın üzərində qəpik pullar görüb onları götürüb saymış və 15 manat olduğunu bilib cibinə qoymuşdur. Sonra isə kafenin hamam otağına girib orada olan kombinin üst qapağını üzərində olan vint açan alətlə açmış və kombinin içərisindəki bəzi ehtiyyat hissələrini açıb götürmüşdür. Oğurlamış olduğu ehtiyyat hissələrini kafedən tapmış olduğu torbaya yığaraq kafedən çölə çıxmış və oğurladığı əşyaları gizlətmək qərarına gəlmişdir. Sonra isə Təqsirləndirilən şəxs "Bərgüşad” adlanan kafenin yaxınlığındakı "Gömür” adlanan kafeni göstərərək bildirdi ki, "Bərgüşad” adlanan kafedən oğurluq etdikdən sonra “Gömür” adlanan kafenin yanından keçərkən həmin kafenin də işıqlarının sönmüş vəziyyətdə olduğunu görüb içəridə heç kimin olmadığını başa düşmüş və həmin kafedən də oğurluq etmək qərarına gəlmişdir. “Bərgüşad” adlanan kafedən oğurlamış olduğu əşyaları yaxınlıqda gizlətmiş və təxminən saat 04 radələrində “Gömür” adlanan kafenin giriş qapısına yaxınlaşmışdır. Kafenin plastik qapısı bağlı olduğu üçün qapını itələyib zor tətbiq edərək açmış və kafeyə daxil olmuşdur. Kafenin içərisində oğurlamaq məqsədi ilə nəğd pul və ya qiymətli əşya axtarıb tapa bilmədiyindən kafenin salonunda yerləşən pivə aparatının ehtiyat hissələrini açaraq oğurlamaq qərarına gəlmişdir. Üzərində olan vint açan alət vasitəsi ilə pivə aparatının mis metalından olan ehtiyyat hissələrini açıb oğurlayaraq kafedən çölə çıxmışdır. Sonra isə "Üç dost” adlanan salondan, "Bərgüşad" adlanan və "Gömür" adlanan kafedən oğurladığı əşyaların hamısını götürüb yaşadığı evin yaxınlığında gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs "Bərgüşad” və “Gömür” adlanan kafelərə qanunsuz olaraq daxil olduğu yeri, eləcədə həmin kafelərdən oradan oğurlamış olduğu əşyaların yerini göstərdi. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman fotoşəkilləri çəkilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili Şahid3, Sumqayıt ŞPİ-nin MSY-nin mühafizəçisi Şahid5 və ibtidai istintaq zamanı dindirilmiş və ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin konvoy manqasının konvoy polis nəfəri Şahid4 ifadələrində Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus “Üç dost” adlanan kişi salonunu icarə əsasında işlədir. 28 sentyabr 2021-ci il tarixdə, təxminən saat 08 radələrində o, həmin salona işləmək üçün gedəndə salonun plastik materialdan olan giriş qapısının açıq olduğunu və içəridə divara bərkidilmiş olan Qoşqara məxsus “Sparta” markalı istilik sistemi aparatının üst örtüyünün açıq vəziyyətdə olduğunu görmüşdür. O, salondan oğurluq edildiyini başa düşüb dərhal bu barədə Qoşqara zəng vurub bildirmişdir. Sonra isə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vuraraq məlumat vermişdir. Onlar Qoşqarla salonun içisinə baxdıqları zaman kombinin içərisindəki bir ədəd hava motorunun, bir ədəd üç yollu motorun, bir ədəd dövriyyə motorunun, bir ədəd çanağın, bir ədəd ana esenjor kombi qızdırıcısımn, bir ədəd qaz valfının və bir ədəd turbinin oğurlandığını görmüşlər. Eləcə də o, ifadəsində salonundan oğurluq edilməsində şübhəli olan Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını, həmin şəxslə ədavət və ya düşmənçiliyinin olmadığını göstərmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istinaqın aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs1 Nəhmət oğlunun işlətdiyi “Bərgüşad" adlanan kafedir. Baxış zamanı müəyyən olunmuşdur ki, kafedən Zərərçəkmiş şəxs1 məxsus 15 manat məbləğində qəpik pullar və kombi aparatının ehtiyyat hissələri oğurlanmışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Gömür” adlanan kafedir. Baxış zamanı müəyyən olunmuşdur ki, kafedən Zərərçəkmiş şəxs2 məxsus pivə aparatının ehtiyyat hissələri oğurlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Nəhmət oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrə ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istinaqın aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 47-ci məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus “Üç dost” adlanan kişi salonudur. Baxış zamanı müəyyən olunmuşdur ki, salondan Zərərçəkmiş şəxs4 məxsus “Sparta" markalı istilik sistemi aparatının ehtiyyat hissələri oğurlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrə ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istinaqın aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs3 işlətdiyi “Topaz” mərc oyunları məntəqəsidir. Baxış zamanı müəyyən olunmuşdur ki, məntəqədən Zərərçəkmiş şəxs3 məxsus 250 manat məbləğində “Poz qazan” lotoreyaları oğurlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki. həmin diskə daxil olduqda içərisində 4 ədəd, WhatsApp Video 2021-09-13 at 11.17.12 (1), WhatsApp Video 2021-09-13 at 11.17.12, WhatsApp Video 2021-09-13 al 11.17.13 (1) və WhatsApp Video 2021-09-13 at 11.17.13 nömrəli videogörüntülər vardır. Bütün video görüntülərə baxdıqda kişi cinsli, qara və az saçlı, arıq bədən quruluşlu, hündür boylu, əyninə müxtəlif rəngləri olan köynək və boz rəngə bənzər şalvar olan şəxsin xx.xx.2021-ci il tarixdə, saat 06:19 radələrində “Topaz” məntəqəsinin içərisindəki dolabları açdığı, orada olan kuponları və digər kağızlara baxaraq orada nəsə götürüb şalvarının ciblərinə qoyduğu görünür. Baxış zamanı Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq bildirdi ki, həmin görüntülərdə olan şəxs özüdür, həmin vaxt “Topaz" məntəqəsindən “Poz qazan” lotereyalarını oğurlamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrə ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istinaqın aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 6/79 saylı binanın 1-ci mərtəbəsindəki Zərərçəkmiş şəxs5 işlətdiyi “Zavod çörəyi” adlanan mağazadır. Baxış zamanı müəyyən olunmuşdur ki, mağazadan Zərərçəkmiş şəxs5 məxsus 59 manat məbləğində nəğd pul və müxtəlif markalı siqaretlər oğurlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin diskə daxil olduqda içərisində 1 ədəd VİD-20210812- WA0146 adlı vidcogörünlü olması müəyyən olunur. Həmin görüntüdə bir nəfər kişi cinsli, qara saçlı, hündür boylu, əynində qəhvəyi rəngə bənzər qısaqol köynək, tünd rəngi şalvar və kənarları ağ rəngli olan ayaqqabı geyinmiş şəxsin xx.xx.2021-ci il tarixdə, saat 03:55 radələrində “Zavod çörəyi” adlanan mağazanın qarşısından keçən küçənin kənarı ilə bir qədər irəliyə getdiyi, bir neçə dəqiqə sonra isə geri qayıtdığı və yenidən geri qayıdaraq mağazanın giriş qapısına yaxınlaşıb qapını itələyərək açdığı və içəriyə daxil olduğu görünür. Bir neçə dəqiqə sonra isə həmin şəxsin əlində qara rəngli sellofan torba ilə mağazadan çölə çıxaraq həmin ərazidən uzaqlaşdığı görünür. Baxış zamanı Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq bildirdi ki, həmin görüntülərdə olan şəxs özüdür. “Zavod çörəyi” adlanan mağazadan oğurluq edərək oradan 59 manat pul və siqaretlər oğurlamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrə ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istinaqın aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 39-cu məhəllə ərazisində yerləşən X6 işlətdiyi “Cənnət” adlanan kafedir. Baxış zamanı müəyyən olunmuşdur ki, kafedən İntizam Həşimzadəyə məxsus 1 ədəd televizor, vitrin soyuducusunun və kombi aparatının ehtiyyat hissələri oğurlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X14 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs7 işlətdiyi “Rossiya” adlanan kafedir. Baxış zamanı müəyyən olunmuşdur ki, kafedən Zərərçəkmiş şəxs7 məxsus su qızdırıcısının, kombi aparatının, vitrin soyuducusunun, pivə süzən aparatın ehtiyyat hissələri, müşahidə kameralarının naqilləri və 12 ədəd araq oğurlanmışdır. İş materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, CD-R 2-52X tipli diskdə olan videogörüntü 3 (üç) hissəlidir.(l .6823 kb, 00 dəqiqə 30 saniyə; 2.9023kb, 00 dəqiqə, 46 saniyə; 3.13938 kb, 01 dəqiqə 53 saniyə). 1-ci videogörüntüyə baxandan sonra aydın olur ki, əynində qara rəngli köynək və qara rəngli şalvar, üzündə qara rəngli tibbi maska olan naməlum şəxs Sumqayıt şəhəri, 2ci mkr ərazisində yerləşən "Rossiya" kafesinin arxa qapısından çıxaraq kafenin divarında quraşdırılmış olan qaz sayğacına toxunaraq nəsə edir, sonra da geri qayıdaraq kafeyə daxil olur, 2-ci və 3-cü videogörüntüyə baxandan sonra aydın olur ki, naməlum şəxs əlində olan kəlbətin ilə Sumqayıt şəhəri, 2-ci mkr ərazisində yerləşən "Rossiya" kafesinin içərisində müşahidə kamerasının naqillərini kəsir, videoçəkiliş dayanır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 Manaf oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar olaraq azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-374/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməklə, cəzaçəkmənin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-188/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixili Qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-374/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin diskə daxil olduqda içərisində 3 ədəd, VİD-20210518- WA0044, V10-20210518- WA0045 və VİD-20210518-WA0046 nömrəli videogörüntülər olması müəyyən edilir. Birinci görüntüdə kişi cinsli, qara saçlı, arıq bədən quruluşlu, hündür boylu, üzündə qoruyucu maska, əyninə qara rəngli köynək, tünd göy rəngə bənzəyən rəngli və cins materiala bənzər şalvar olan şəxsin xx.xx.2021-ci il tarixdə, saat 06:14 radələrində obyektin qapısından çölə çıxaraq qaz sayğacının qutusunun üzərinə nəsə qoyduğu və ya götürdüyü görünür. 2-ci görüntüdə kişi cinsli, qara saçlı, arıq bədən quruluşlu, hündür boylu, üzündə qoruyucu maska, əlində tikinti əlcəyi, əyninə qara rəngli köynək, tünd göy rəngə bənzəyən rəngli və cins materiala bənzər şalvar olan şəxsin ayağının altına nə isə qoyaraq müşahidə kamerasının naqilini kəsdiyi və görüntünün itdiyi görünür. 3-cü görüntüdə də həmin şəxsin stul gətirərək onun üstünə çıxması, daha sonra isə stuldan düşərək harasa getməsi və əlində hansısa alətlə geri qayıtması görünür. Baxış zamanı Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq bildirdi ki, həmin görüntülərdə olan şəxs özüdür, “Rossiya” adlanan kafedən oğurluq edən zaman müşahidə kameraları tərəfindən görüntüyə alınmaması üçün kameraların naqillərini kəsmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarından olan protokol və qərardan örünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə saat 18:10-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2021-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrə ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istinaqın aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 42-ci məhəllə Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs8n aməxsus təmir işləri gedən stomotoloji klinikadır. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin obyektdən Zərərçəkmiş şəxs8 məxsus elektrik naqilləri, eləcədə Zərərçəkmiş şəxs9 məxsus tikintitəmir alətləri oğurlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 21/305R saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 42-ci məhəllə Koroğlu küçəsində təmir gedən stomotoloji klinikada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 02 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ovuc izlərindən 01 ədədi pəncərənin nəfəsliyi üzərindən götürülmüş (ADİS-in məlumat bankında Sumqayıt ŞPİ-dən) xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş Təqsirləndirilən şəxs sağ əlinin ovcunun əksi ilə eynilik müəyyən edilmişdir. Qalan 01 ədəd ovuc izi isə DİN-in KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin ovuc əkləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrə ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istinaqın aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 18-ci məhəllə 23A ünvanında yerləşən X10 işlətdiyi mebel təmiri sexidir. Baxış zamanı müəyyən olunmuşdur ki, sexdən Etibar Hüseynova məxsus tikinti və mebel təmiri alətləri oğurlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X17 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə ********* saylı cinayət işinin icraatı dayandırılmış, xx.xx.2021-ci il tarixdə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrə ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istinaqın aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən 26 nömrəli binanın zirzəmisindəki Zərərçəkmiş şəxs11 işlətdiyi “Şərur” adlanan çay evidir. Baxış zamanı müəyyən olunmuşdur ki, çay evindən Zərərçəkmiş şəxs11 məxsus 1700 manat məbləğində nəğd pul oğurlanmışdır. İş materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, CD-R 2-52X tipli diskdə 1 videogörüntü vardır, Videogörüntü l (bir) hissəlidir (1.13190 kb, 01 dəqiqə 17 saniyə). Videogörüntüyə baxandan sonra aydın olur ki, Zərərçəkmiş şəxs11 işlətdiyi kafenin giriş qapısına bir nəfər yaxınlaşaraq qapını açaraq kafenin içərisinə daxil olur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin diskə daxil olduqda müəyyən edilir ki, diskin içərisində 1 ədəd VİD-20210512- WA0023 adlı videogörüntü vardır. Həmin görüntüdə bir nəfər şəxsin xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində çay evinin giriş qapısını itələyərək açır və içəri daxil olur. Baxış zamanı Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq bildirdi ki, həmin görüntülərdə olan şəxs özüdür, “Şərur” adlanan çay evindən oğurluq edən zaman müşahidə kameraları tərəfindən görüntüyə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, qeyd olunan ünvan Polis İdarəsinin inzibati binası olduğu üçün yaşayış yoxdur. Təqsirləndirilən şəxs 1 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 47-ci məhəllə ərazisində yerləşən X3 işlətdiyi çörək bişirilən sexdir. Baxış zamanı müəyyən olunmuşdur ki, çörək sexindən Mübariz Şıxverdiyevə məxsus 1300 manat məbləğində nəğd pul oğurlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 17-ci mikrorayon M.Əsədov küçəsində yerləşən Zərərçəkmiş şəxs13 məxsus “Kombi ehtiyyat hissələri" adlanan mağazadır. Baxış zamanı müəyyən olunmuşdur ki, mağazadan Zərərçəkmiş şəxs13 məxsus kombi ehtiyyat hissələri oğurlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs13 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs14 Əlsəfa oğlunun işlətdiyi “Kafe 13” adlanan kafedir. Baxış zamanı müəyyən olunmuşdur ki, kafedən Zərərçəkmiş şəxs14 məxsus pivə aparatının və kombi aparatının ehtiyyat hissələri oğurlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs14 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən 15/18 nömrəli binanın 1-ci mərtəbəsindəki Zərərçəkmiş şəxs15 işlətdiyi “Mayak" adlanan mağazadır. Baxış zamanı müəyyən olunmuşdur ki, mağazadan Zərərçəkmiş şəxs15 məxsus 6270 manat məbləğində nəğd pul və müxtəlif markalı siqaretlər oğurlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs15 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən 15/18 nömrəli binanın 1-ci mərtəbəsindəki Zərərçəkmiş şəxs16 işlətdiyi ərzaq mağazasıdır. Baxış zamanı müəyyən olunmuşdur ki, mağazanın giriş qapısı, kondisioner, ərzaq məhsulları və mağazanın bir hissəsi yanaraq yararsız hala düşmüşdür. İş materiallarında olan “videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, CD-R 2-52X tipli diskdə 1 videogörüntü vardır. Videogörüntülər 1 (bir) hiissəlidir (1.160 kb, 21 saniyə). Videogörüntülərə baxandan sonra aydın olur ki, naməlum şəxs dükanın giriş qapısına yaxınlaşaraq nə iləsə dükanın qapısını yandırır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X15 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan məhkəmə yanğın-texniki və məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/5244, 10/5253 saylı rəyindən görünür ki, yanğın qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş verməsi mümkündür. ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs16 yaşadığı binanın birinci mərtəbəsində icarəyə götürdüyü dükanda yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3300 manat məbləğində olduğu müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünasiıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/7210 saylı rəyindən görünür ki, anoloji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 78 adda malların orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3057.30 manat müəyyən olunmuşdur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər ekspertiza təyini haqqında qərarda göstərilən mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünasiıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/8091 saylı rəyindən görünür ki. ekspertiza təyini haqqında qərarda göstərilən 4 adda siqaretlərin orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1308,00 (min üç yüz səkkiz) manat müəyyən olunmuşdur. Həmin siqaretlərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünasiıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/8089 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 28 adda siqaretlərin orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1811,00 (min səkkiz yüz on bir) manat müəyyən olunmuşdur. Həmin siqaretlərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin diskə daxil olduqda içərisində 2 ədəd, VİD-20211020- WA0021 və VİD-20211020- WA0022 adlı videogörüntülər olduğu müəyyən olunur. Həmin video görüntülərə baxdıqda kişi cinsli, arıq bədən quruluşlu, hündür boylu, əyninə qara rəngə bənzər rəngli gödəkçə və şalvar olan şəxsin xx.xx.2021-ci il tarixdə, saat 00:21 radələrində Rafiq Abbasova məxsus mağazanın giriş qapısının alt hissəsini təpiklə vuraraq sındırdığı, daha sonra isə həmin yerdən içəri daxil olaraq bir müddətdən sonra oradan əlində torbalarla çölə çıxaraq oradan uzaqlaşdığı görünür. Baxış zamanı Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq bildirdi ki, həmin görüntülərdə olan şəxs özüdür, həmin vaxt Rafiq Abbasova məxsus mağazadan pul və siqaret oğurlamışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il traixli protokoldan görünür ki, həmin diskə daxil olduqda içərisində 1 ədəd VİD-20211005- WA0008 adlı videogörüntünün olduğu müəyyən olunur. Həmin video görüntülərə baxdıqda kişi cinsli, arıq bədən quruluşlu, hündür boylu, üzü tüklü, əyninə açıq rəngli şalvar və köynək olan şəxsin mağazanın giriş qapısına yaxınlaşaraq alışqanla yandırdığı, daha sonra isə oradan uzaqlaşaraq getdiyi görünür. Baxış zamanı Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq bildirdi ki, həmin görüntülərdə olan şəxs özüdür, həmin vaxt mağazadan pul və yə 2000 manat dəyərində ərzaq məhsulları oğurlamaq üçün mağazaya girmək məqsədi ilə mağazanın qapısını yandırdığını, lakin ehtiyyatsızlıq eldiyindən mağazanın qapısının tamamilə yandığını görüb qorxaraq oradan uzaqlaşdığını bildirdi. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə vermiş olduğu ifadələrini bir daha təsdiq edərək Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs1 Nəhınət oğlunun işlətdiyi “Bərgüşad” adlanan kafedən, Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Gömür” adlanan kafedən, Sumqayıt şəhəri 47-ci məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus “Üç dost” adlanan kişi salonundan, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs3 işlətdiyi “Topaz” mərc oyunları məntəqəsindən, Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 6/79 saylı binanın 1-ci mərtəbəsindəki Zərərçəkmiş şəxs5 işlətdiyi “Zavod çörəyi” adlanan mağazadan, Sumqayıt şəhəri 39-cu məhəllə ərazisində yerləşən X6 işlətdiyi “Cənnət” adlanan kafedən, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs7 işlətdiyi “Rossiya” adlanan kafedən, Sumqayıt şəhəri 42-ci məhəllə Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs8n aməxsus təmir işləri gedən stomotoloji klinikadan, Sumqayıt şəhəri 18-ci məhəllə 23A ünvanında yerləşən X10 işlətdiyi mebel təmiri sexindən, Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən 26 nömrəli binanın zirzəmisindəki Zərərçəkmiş şəxs11 işlətdiyi “Şərur” adlanan çay evindən, Sumqayıt şəhəri 47-ci məhəllə ərazisində yerləşən X3 işlətdiyi çörək bişirilən sexdən, Sumqayıt şəhəri 17-ci mikrorayon M.Əsədov küçəsində yerləşən Zərərçəkmiş şəxs13 məxsus “Kombi ehtiyyat hissələri” adlanan mağazasından, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs14 Əlsəfa oğlunun işlətdiyi “Kafe 13” adlanan kafedən, Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən 15/18 nömrəli binanın 1-ci mərtəbəsindəki Zərərçəkmiş şəxs15 işlətdiyi “Mayak” adlanan mağazadan etmiş olduğu oğurluqları və Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən 15/18 nömrəli binanın 1-ci mərtəbəsindəki Zərərçəkmiş şəxs16 işlətdiyi ərzaq mağazada ehtiyyatsızlıqdan törətmiş olduğu yanğın hadisəsini bir daha etiraf etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünasiıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/8106 saylı rəyindən görünür ki, anoloji malların markasına, modelinə, texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 525.00 manat müəyyən olunmuşdur. Digər mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünasiıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/8090 saylı rəyindən görünür ki, anoloji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və təqdim edilmiş məktubda göstərilən məlumatlara əsasən 120 metr uzunluğunda istifadə edilməmiş 3x4 ölçüdə Türkiyə istehsalı olan mis tərkibli elektrik naqilinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 336.00 (120m x 2,80 man) manat müəyyən olunmuşdur. Digər 6 adda mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri. istehsal ili, istismar müddəti, keyfiyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrindən həmin məcəllənin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3, 177.2.4 və 187.1-ci madələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3, 177.2.4 və 187.1-ci madələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 374/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanmasının nəzərə alınması, cinayət işi üzrə 6 ədəd DVD-R disk əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Topaz” mərc oyunları keçirilən məntəqədən oğurluq edən zaman məntəqəyə daxil olmaq üçün plastik giriş qapısının aşağı hissəsini qəsdən yandıraraq Zərərçəkmiş şəxs3 100 manat məbləğində və Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 15/18 nömrəli binanın 1-ci mərtəbəsindəki “Mayak” adlanan ərzaq mağazasına oğurluq etmək məqsədi ilə daxil olmaq üçün plastik giriş qapısının aşağı hissəsini qəsdən sındıraraq X16 50 manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd olunan xüsusatlar Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsinin tərkib əlamətlərini yaratmadığından Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayə təqibinin başlanmasının rədd edilməsi və onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt ŞPİ-nin İTŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Zərərçəkmiş şəxs3 Səməd oğlu tərəfindən verilmiş ərizədən görünür ki, ona vurulan zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən ona qarşı tələbdən və cinayət təqibindən imtina edir. İş materiallarında olan Zərərçəkmiş şəxs9 tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, ona dəymiş ziyanı bağışlayır, şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş 700 manat dəyərində maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən qaytarılmasını tələb edir. İş materiallarında olan zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan 1300 manat pulu tələb edir. İş materiallarında olan Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyanı tələb edir, 1700 manat pul ona Təqsirləndirilən şəxs tərəfindən qaytarılmalıdır. İş materiallarında olan zərərçəkmiş şəxs X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər 4351 manat məbləği tələb edir. İş materiallarında olan zərərçəkmiş şəxs X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, maddi zərərlə bağlı Təqsirləndirilən şəxs bağışlayır. Heç bir tələbi yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş ərizədən görünür ki, ona vurulan zərər ödənilmədiyindən hökm verilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. İş materiallarında olan zərərçəkmiş şəxs X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməyib, şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs14 Əlsəfa oğlu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməyib, şikayətçidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyədaxil olmuş Zərərçəkmiş şəxs1 Nəhmət oğlu tərəfindən göndərilmiş teleqramdan görünür ki, iş üzrə şikayət və tələbi yoxdur. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinin 393-16278-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yaşayan Zərərçəkmiş şəxs7 hal-hazırda yeri müəyyən edilmədiyindən onun Sumqayıt şəhər Məhkəməsinə məcburi qaydada gətirilməsinin təmin edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2, 177.2.3, 177.2.4 və 187.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2, 177.2.3, 177.2.4 və 187.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək özünü qismən təqsirli bildiyini qeyd etmiş, Zərərçəkmiş şəxs11 və X12 münasibətdə törətdiyi oğurluq cinayətini inkar etmişdir. Məhkəmə həmin hissədə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakteri daşıması, məsuliyyətini qismən də olsa yüngülləşdirilməsi məqsədi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxslərin, şahidlərin və özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, “baxış keçirilməsi haqqında”, “diskə baxış keçirilməsi haqqında”, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokollarla bir daha sübuta yetirilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum edilməsi, cəzası başa çatmadan yenidən oğurluq etməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3, 177.2.4 və 187.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsinə əsasən özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə qismən toplanmalı və qəti cəzadan birinci hökmlə çəkdiyi və Amnistiya qərarına uyğun azaldılmış cəza vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu iki gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 06 (altı) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 350,00 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2, 177.2.3, 177.2.4 və 187.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-258/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 295 saylı orderə əsasən vəkil X7 onun vəkili təyin etmişdir. Müdafiəçi X13 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 374/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-374/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək çəkdiyi 01 (bir) il 02 (iki) ay azadlıqdan məhrumetmə cəzası və Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin 06 ay azaldılması bu hökmlə qəti olaraq təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu iki gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 06 (altı) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 350,00 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3, 177.2.4 və 187.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-258/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-258/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver