Məhkəmə qərarları › İş №1(060)-258/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-258/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-258/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1954-cü il tarixdə Cəlilabad rayonunda andan olmuş, evli, ali təhsilli, fərdi işlə məşğul olan, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu, Cəlayır kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz cinayətkar niyyətini gələcəkdə həyata keçirmək üçün Cəlilabad rayonu və Bakı şəhəri arasında taksi fəaliyyəti ilə məşğul olan Şahid avtomobilində olarkən sonuncuya söhbət əsnasında özünün X4 Fondunda tanışlarının olması, müəyyən məvacib qarşılığında təqaüd düzəltdiyini və təqaüd düzəltmək istəyən şəxslərin ona müracitət edə biləcəklərini bildirərək aldatma yolu ilə sonuncunun etibarını qazanmış, Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olan qohumu Şahid avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən söhbət əsnasında sonuncuya oğlu Fateh Rəhimova görmə qabiliyyəti zəif olduğu üçün təqaüd düzəltdirmək istədiyini bildirmiş, buna görə də Şahid Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq qohumu Fateh Rəhimova təqaüd düzəltmək istədiklərini bildirmiş, Təqsirləndirilən şəxs sonuncunun etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsəd ilə Fateh Rəhimova əlilliyə görə təqaüd düzəldə biləcəyinə dair yalan vədlər verib aldadaraq Şahid vasitəsi ilə Zərərçəkmiş şəxs 1000 (min) manat pul vəsaitini 2020-ci ilin noyabr ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yaxınlığında, bundan sonra vahid niyyətlə Şahid vasitəsi ilə Zərərçəkmiş şəxs 1200 (min iki yüz) manat pul vəsaitini 2020-ci ilin noyabr ayının sonunda Cəlilabad rayonu ərazisində yerləşən “İran bazarı” adlanan yerdə və daha sonra vahid niyyətlə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxsla Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən Avtovağzalın yaxınlığında görüşərək 300 (üç yüz) manat pul vəsaitini ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs 2500 (iki min beş yüz) manat pul vəsaitini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ona verilən ittihamda göstərilən cinayət əməlini törətdiyini etiraf etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs, şahid dindirilmiş, digər sübutlar toplanmış, ittiham aktı tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəməyə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə hazırlıq iclası keçirilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bununla bağlı məktubla onun ailə üzvlərinə bildiriş təqdim edilmış, bildirişdə Təqsirləndirilən şəxs ailə üzvlərinə izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdikdən sonra öldükdə ( ölən şəxsə bəraət verilməsi zərurəti olduğu hallar istisna edilməklə) cinayət təqibinə xitam verilir. Cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi bəraətverici əsas hesab edilmir. Lakin Təqsirləndirilən şəxs hüquqi varisini müəyyən edərək məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, o, Bahadır Əkbərov ilə uzaqdan qohumdur, onunla uzun müddət ərzində tanışdır. O, onkoloji xəsətə olduğu üçün Bahadır onu mütəmadi olaraq Cəlilabad rayonundan Bakı şəhərinə müalicə almaq üçün onkoloji xəstəxanaya aparıb gətirmişdir. Onlar onunla mütəmadi yolda olarkən müxtəlif mövzularda söhbət etdirmiş, Bahadıra da o, xəstəxanada guya tanışları olduğunu demiş və buna görə də Bahadır ona öz qohumu oğlu Aslanın oğlunun Fatehin gözündə problem olduğunu ona demiş və o da bildirmişdir ki, ona təqüd düzəltmək mümkünmüş və buna görə də o, ona bildirmişdir ki, guya sosial fondda tanışları varmış və onların vasitəsi ilə ona təqaüd düzəldə bilərmiş. Buna görə də təxminən 1700 manat məbləğində həmin adamın xərci çıxacağını demişdir. Bir müddət sonra Bahadır onunla telefon vasitəsi ilə əlaqə saxlamış və bildirmişdir ki, Aslan razıdır və oğluna dövlət tərəfindən təqaüd düzəldilməsini istəyirmiş. Daha sonra o, Bahadıra onun qohumu Fatehin sənədlərini (şəxsiyyət vəsiqəsini və digər sənədlərini) ona təqdim edilməsini istəmişdir. Bahadır isə sonra 2020-ci ilin noyabr ayın əvvələrində Bakı şəhər ərazisində Bahadırla görüşmüş və ondan qohumu Aslanın ona verdiyi 1000 manat pulu və istədiyi müvafiq sənədlərin surətini almışdır. Daha sonra o, Bahadırla telefon vasitəsi ilə danışdığı zaman ona bildirmişdir ki, həmin işin düzəlməsi üçün əlavə olaraq 1200 manat məbləğində pul lazımdır, ona görə də, 2021-ci ilin noyabr ayının sonlarında o, Bahadırla yenidən Cəlilabad rayonu, İran bazarı adlanan ərazisində Bahadırdan qohumu Fatehə təqaüd düzəltmək üçün Aslanın ona verdiyi 1200 manat məbləğində pulu almışdır. Bir neçə gün sonra o, əməliyyata getdiyi üçün və ona təcili pul lazım olması səbəbindən o, Bahadıra zəng edərək Aslanın mobil nömrəsinin ona təcili lazım olduğunu demişdir. Bahadır ona Aslanın mobil nömrəsini verdikdən sonra o, onunla telefon vasitəsi ilə əlaqə saxlamış və Aslana bildirmişdir ki, guya həkimlərə əlavə olaraq təqaüdün verilməsi üçün 300 manat məbləğində pul lazımdır. Aslan onunla razılaşdıqdan sonra o, onunla təyin edilmiş yerdə Sumqayıt şəhəri, Avtovağzal ərazisində deyilən yerdə Aslanla görüşmüş və ondan əlavə olaraq 300 manat pulu almışdır. Daha sonra o, cərrahi əməliyyata getmiş və Aslandan aldığı pulları öz müalicəsi üçün xərcləmişdir. Aldığı pullardan heç bir vəzifəli şəxslərə rüşvət verməmiş və öz müalicə xərclərini ödəmək üçün xərcləmişdir. Həmin dələduzluq əməlini törətməkdə ona heç kəs köməklik etməmiş və o, həmin pulları dələduzluq yolu ilə ələ keçirmək niyyəti olması barədə də heç kəsin, o cümlədən, qohumu Bahadırın məlumatı olmamışdır. Əlavə olaraq qeyd etmək istəyirmiş ki, Bahadıra xidmət haqqı kimi, yəni onun maşının yanacağının xərcələrini ödəmək məqsədi ilə həmin puldan ona 200 manat məbləğində pul vermiş, lakin sonucnun onun dələduzluq etməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 01 (bir) il bundan qabaq qaynı X2 həyat yoldaşı Rəqsanə Əhmədovanın əmisi Bahadirlə taksi ilə Cəlilabad rayonundan Bakıya gələndə ona oğlu Fatehin görmə qabiliyyətinin zəif olması səbəbindən onun üçün pensiya düzəltmək istədiyini demişdir. Bahadir isə ona oğlu Fatehə pensiya düzəldə bilən şəxsi tanıdığını demişdir. Həmin şəxsin adı Əliheydər olduğunu demiş və onun mobil nömrəsini ona vermiş, eləcə də həmin şəxslə Fatehə əlilik düzəldilməsi ilə bağlı əlaqə saxlayacağını bildirmiş, bundan sonra Bahadir istifadəsində olan (050)-661-81-64 mobil nömrəsindən ona məxsus (070)-983-03-61 mobil nömrəsinə yığaraq pensiya düzəltmək üçün 1700 (bir min yeddi yüz) manat pul lazım olduğunu bildirmişdir. Təxminən 01 (bir) ay sonra, yəni 2020-ci ilin təxminən oktyabr ayında, noyabr ayının əvvələrində o, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, 3-ün dairəsi adlanan ərazidə yerləşən “çay ev”-ində Bahadir adlı şəxslə görüşmüş, ona dostu Müşfiq adlı şəxsin iştrakı ilə 1000 (bir min) manat pul vermişdir. Bahadir isə həmin pulları Əliheydər adlı şəxsə dediyinə görə vermişdir. Pulu verəndən sonra oğlu Fatehə aid sənədləri də Bahadira göndərmişdir. Daha sonra Bahadir ona zəng edərək oğlu Fatehin pensiyasının düzəlməsi üçün Əliheydər adlı şəxsin dediyinə görə əlavə olaraq 1200 (bir min iki yüz) manat pulun lazım olduğunu bildirmişdir. O da təxminən 2020-ci ilin noyabr ayında Bakı şəhərində gümüşü rəngli “Opel Astra” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Toğrul adlı şəxslə 1200 (bir min iki yüz) manat məbləğində pulu həmin vaxt Cəlilabad rayonunda olan Bahadirə göndərmişdir. Toğrul adlı şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 93-də onunla qonşuluqda yaşayırmış və 1200 (bir min iki yüz) manat pulu Toğrula öz evində, oğlu Fatehin və həyat yoldaşı Mirxanım Əhmədovanın iştrakı ilə vermişdir. Daha sonra Əliheydər Mustafyevlə telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra ona əlavə olaraq həmin işi düzəldilməsi müqabilində əlavə 300 manat pulu istədiyi üçün həmin məbləğdə pulu ona Sumqayıt şəhəri Avtovağzalın ərazisində vermişdir. Həmin vaxt Əliheydər ona bildirmişdir ki, Bahadir ona 2200 manat məbləğində pul çatdırmış və həmin pulların müqabilində onun oğlu Fateh Rəhimova əlillik düzəldəcək və o, nəticədə dövlətdən təqaüd alacaq. Beləliklə o, Əliheydərə 300 manat və Bahadirin vasitəsi ilə isə ümumilikdə 2200 (iki min iki yüz) manat pul vermişdir. Lakin o, işin uzandığını və alınmadığını başa düşüb Bahadirla əlaqə saxlayaraq 2500 (iki min beş yüz) manat pulu ondan tələb etdikdə o, həmin pulun onda olmadığını, oğlunun pensiya işinin düzəlməsi üçün Əliheydərə verdiyini bildirmişdir. Bu səbəbdən o, ərizə ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət edib Bahadir adlı şəxsin barəsində şikayət etmiş və ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid elan edilmiş ifadəsindən görünür ki, təxminən 2 il əvvəl Cəlilabad rayonundan Bakı şəhərinə sərnişin gətirdiyi zaman Əliheydər adlı şəxslə tanış olmuşdur. Onunla söhbət zamanı o, ona pul qarşılığında təqaüd düzəltdiyini demişdir. Həmin fəaliyyətlə məşğul olduğunu, təqaüd düzəltmək istəyən olsa ona müraciət edə biləcəyini demişdir. Həmin müddətdə də o, qohumu olan Zərərçəkmiş şəxs övladı Fateh üçün təqaüd düzəltdirmək istədiyini bildirmişdir. Çünki onun oğlunun gözündə çəplik varmış. O da oğlu üçün əlilliyə görə təqaüd düzəltdirmək istəyirmiş. O, Aslana zəng edərək Əliheydər adlı şəxslə tanış olduğunu, onun təqaüd düzəltmək üçün kömək edə biləcəyini demişdir. Aslan da razılaşmışdır. O, Əliheydər adlı şəxsdən soruşmuş, Əliheydər 3 ay müddətinə 1700 manata başa gələcəyini demiş, o da bu barədə Аslana demişdir. Aslan onunla razılaşmışdır. 2020-ci ilin payız ayı olarmış, Aslanla Bakı şəhəri, 3-cü mikrorayonda yerləşən 3-ün dairəsi adlanan ərazidə görüşmüş, orada Aslan oğlu Fateh üçün əlillik dərəcəsinin düzəlməsi ilə bağlı ona 1000 manat pul, həmçinin oğlu Fatehə aid şəxsiyyyət vəsiqəsinin surətini və xəstəlik haqqında arayışı vermişdir. O da həmin günü 1000 manat pulu və Fatehə aid sənədləri Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində yerləşən “Respublika” xəstəxanasının yanında Əliheydərlə görüşüb ona vermişdir. Qeyd edirmiş ki, Əliheydər adlı şəxslə onun istifadəsində olan (051)-529-97-30 mobil nömrəsi ilə əlaqə saxlamışdır. 2020-ci ilin noyabr ayında Əliheydər ona zəng edərək Fatehə təqaüd düzəltmək işi üçün əlavə olaraq 1200 manat pul istəmişdir. O da bu barədə Aslana zəng edib demiş, bir neçə gündən sonra Aslan 1200 manat pulu taksi ilə Cəlilabad rayonuna ona göndərmiş, o da həmin 1200 manat pulu həmin gün Cəlilabad rayonunda "İran bazarı" adlanan yerdə Əliheydərlə görüşüb ona vermişdir. Əliheydərə verdiyi 1200 manat puldan 200 (iki yüz) manatını ona yanacaq pulu xərcliyi kimi vermişdir. Aslan özü də Əliheydərlə arabir əlaqə saxlayırmış. 2021-ci ilin iyun ayında Əliheydər Aslanın nömrəsini ondan istədikdə ona vermişdir, Əliheydər Aslana zəng edib oğlu Fatehin müalicə alması üçün xəstəxanaya yerləşdirilməli olduğunu, bunun üçün 300 manat pulun lazım olduğunu demişdir. Sonradan bilmişdir ki, Aslan və Əliheydər Sumqayıt şəhərində yerləşən “Avtovağzal”-ın ərazisində görüşüb ondan əlillik təqaüdünün düzəlməsindən ötrü Fatehin xəstəxanada yerləşdirilməsinə görə əlavə olaraq 300 manat da almışdır. Təxminən 2 ay əvvəl, yəni 2022-ci ilin yanvar ayında Aslan ona zəng edərək övladı Fatehə əlillik təqaüdünün təyin edilmədiyini və buna görə verdiyi 2500 manat pulu geri istədiyini demişdir. O da zəng edərək bu barədə Əliheydərə demişdir. Əliheydər ilə sonuncu dəfə 2022-ci ilin mart ayının əvvəlində danışan vaxtı ona 2500 manat pulu qaytarmayacağını demişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs öldüyü üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32, 312 və 178.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs və Şahid barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə cinayət təqibinə bi Məcəllənin 39.1.5-ci maddələrində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə gedişatı zamanı ölməsini və ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi müəyyən edilmədiyindən onun müdafiəçisinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-258/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 043 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 40, 43.3, 299, 300, 305, 306-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar