Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-258/2024 01.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs hüquqi varisi X3, Onun müdafiəçisi – Müdafiəçi2, Mülki iddia üzrə cavabdeh və Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orla təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə saat 22:40 radələrində B1,B,C1,C kateqoriyalı, BD08810 seriyalı sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə eldiyi "VAZ-2170" markalı, **-XH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh prospekti ilə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, nəqliyyat vasitəsini yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq sürməməli olduğu halda bunları etməyərək və həmin maddələrin tələblərinə riyayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "İrşad Elektroniks” mağazasının qarşısında yolu soldan sağa keçməkdə olan piyada, xx.xx.1979cu il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilinin qabaq ön hissəsilə vuraraq ehtiyyatsızlıqdan döş qəfəsinin küt travması, sağ İİ-İİİ-İV-V-Vİİ qabırğaların yerdəyişən qapalı sınıqları, sağ ağ ciyərin orta və aşağı paylarının yarası, sağ bazu sümüyünün aşağı 1/3-nin açıq sınığı, döş qəfəsinin sağ yan səthinin 05 (beş) ədəd, sağ bazunun aşağı 1/3nin arxa səthinin, alının sağ hissəsinin yaraları, qarının sağ yan səthinin, sağ diz oynağının ön səthinin, sol diz oynağının sıyrıqları ilə müşaiyət edilən, həyat üçün təhlükəli olan sağlamlığa “AĞİR” zərər vurmaya aid edilən xəsarətlər yetirib, Zərərçəkmiş şəxs almış olduğu döş qəfəsinin küt travması nəticəsində daxili qanitirmədən ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında mülki iddia üzrə cavabdeh və Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, heç yerdə işləmədiyindən 15 sentyabr 2023-cü il tarixdə Ceyranbatan qəsəbəsi ərazisində yerləşən Asif adlı şəxsin işlətdiyi “Avtosalon 021” mağazasından kreditlə götürdüyü ikinci əl “Lada Priora” markalı, **-XH-*** nömrə nişanlı avtomaşını etibarnamə ilə idarə edib taksi sürücüsü kimi çalışır. 01 noyabr 2023-cü il tarixdə, saat 22:40 radələrində o, idarə eldiyi avtomobil ilə Sumqayıt şəhəri, Sülh prospekti ilə avtovaqzal istiqamətində hərəkətdə olarkən avtomobildə tək olmuş, “De fakto” mağazasında qarşısındakı işıqforda dayanıb daha sonra yaşıl işıq yandıqdan sonra hərəkətə başlamış və saatda təxminən 60-70 km sürətlə təxminən 200 metr getdikdən sonra, sol tərəfdən iri qaçışla əks yolu keçib ortada olan ehtiyat zolağa daxil olan bir nəfər şəxsi görüb siqnal vermiş, həmin şəxs siqnalı eşidib ehtiyyat zolağının içərisində ayaq saxladıqda piyada gözləyəcəyini düşünüb, hərəkətin davam etdirərək gözləmədiyi halda həmin tanımadığı piyada hərəkət yolu istiqamətııdə qaçmağa başlamışdır. Həmin piyadanın qaçmağa davam etdiyini görərkən aralarında təxminən 20-25 metr məsafə olmuş və bu səbəbdən dərhal avtomobilin əyləcini sıxaraq sükanı sağ tərəfə çəksə də, avtomobilin qabaq sol tərəfi həmin piyadaya dəymiş, daha sonra avtomobil yolun sağ qurtaracağında avtobuslar üçün nəzərdə tutulmuş zolaqda dayanmış ”Toyota-Prius” markalı avtomaşına dəymişdir. Həmin vaxt avtomobili saxlayıb, cəld avtomobildən düşüb xəsarət almış piyadaya yaxınlaşmış, həmin piyada nəfəs aldığını müəyyən elmişdir. Bu səbəbdən dərhal orada olan şəxslər ləcili yardıma zəng vuraraq avtomobil çağırmışlar və piyadanı birlikdə təcili yardım avtomobilinə oturdub Sumqayıt şəhər xəstəxanasına gəlmişlər. Lakin sonradan adının Hafiz olduğunu öyrəndiyi piyada xəstəxanaya çatdıqdan bir neçə dəqiqə sonra ölmüşdür. Avtomobili idarə edərkən tam ayıq vəziyyətdə olmuş, spirtli içki və ya narkotik vasitələr qəbul etməmişdir. Dəymiş maddi zərərin bir qismini ödəmiş, digər hissəsini gələcəkdə ödəməsi üçün zərərçəkmişin hüquqi varisi ilə razılığa gəlmişlər. Hal-hazırda zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mülki iddia üzrə iddiaçı və Zərərçəkmiş şəxs hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs atasıdır və o, hadisə baş verənədək Sumqayıt şəhərində işlədiyindən, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində evlərdən birində kirayədə yaşayırmış, özü isə qardaşı və anası ilə birlikdə Qaradağ rayonunun Müşfüqabad qəsəbəsində kirayədə yaşayır. Atası ilə anasının rəsmi nigahı olmasa da faktiki olaraq 21 ildir ailə qurmuşlar, lakin atasının sənədləri qaydasında olmadığından rəsmi nikah baglamamışlar. 01 noyabr 2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində evdə olarkən anasına kimsə zəng edərək “yoldaşın Hafiz yolu keçərkən avtomobil ilə vurulduğunu və Sumqayıt şəhər xəsdaxanasına aparıldı" dediyindən dərhal anası ilə birlikdə xəstəxanaya gəlmişlər və xəstəxanada bəlli olmuşdur ki, atası yolu keçərkən avtomobil ilə vurub və atası aldığı bədən xəsarətləri nəticəsində ölmüşdür. Bir neçə saatdan sonra atasının meyidi tibbi ekspert tərəfindən müayinə olunduqdan sonra onu əmisinin yaşadığı evin həyətinə aparmışlar və daha sonra Corat qəbiristanlığında dəfn etmişlər. Sonradan atasını avtomobil ilə vuran şəxsin adının Elmin olduğunu bilmişdir. Dəfn zamanı Elminin valideyinləri gəlib dəfndə iştirak etmişlər, dəfn xərclərini qismən qarşılamışlar və ziyanın digər hissəsinin gələcəkdə ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə razılığa gəlmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən maddi ziyan ödənilmişdir, barışmışlar və ona qarşı heç bir tələbinin olmadığını bildirdi. İş materiallarında olan X3 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs avtoqəza nəticəsində dəymiş ziyanı ödəmişdir və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, heç yerdə işləmədiyindən “Uber” şirkətindən icarəyə götürdüyü "Toyota-Prius” markalı, **- VK-*** nömrə nişanlı avtomobi ilə Sumqayıt şəhəri ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərir. 01 noyabr 2023-cü il tarixdə, saat 22:50 radələrində müştəri gözləmək məqsədi ilə idarə etdiyi avtomobil ilə Sumqayıt şəhəri, Sülh küçəsində '’Markov" ticarət mərkəzinin qarşısnda, yolun sağ qurtaracağında, avtobuslar üçün nəzərdə tutulmuş hərəkət zolağında saxlayıb özü də avtomobildən düşərək avtomobilin şüşələrini silməyə başlamış və avtomobilin sol tərəfində olarkən əyləc səsi eşitmiş və dərhal çevrilib arxaya baxdıqda “Lada-Priora" markalı avtomobilin yolun sol başlanğıcında qaçaraq yolu keçmək istəyən piyadaya dəyib daha sonra ona məxsus avtomobil istiqamətində gəldiyini görüb dərhal kənara çəkilmiş və həmin “Lada-Priora" markalı avtomobilin sağ yan tərəfi ona məxsus avtomobilin sol yan tərəfindən dəymişdir. Zərbədən avtomobilinin sol arxa qapısı, buferi, sol arxa təkəri, sol qabaq və arxa qapıları zədələnmişdir. Həmin avtomobilin sürücüsü cəld avtomobildən düşüb vurulmuş piyadaya tərəf qaçmış və qışqıraraq təcili yardım avtomobili çağrılmasını istəmişdir. Hadisəni görmüş tanımadığı şəxslərdən biri təcili yardıma zəng vurmuş və bir neçə dəqiqədən sonra təcili yardım avtomobili gələrək vurulmuş piyadanı xəstəxanaya aparmışdır. Daha sonra hadisə yerinə müstəntiq, DYP əməkldaşı və həmin sürücü ilə birlikdə gələrək hal şahidləri dəvət etməklə hadisə yerinə baxış keçirilmişdir. Həmin vaxt bilmişdir ki, avtomobil ilə vurulan piyada xəstəxanada ölmüşdür. Sonradan adını bildiyi “Lada-Priora” markalı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onun idarə etdiyi avtomobili vurması nəticəsində 800 (səkkiz yüz) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin DYPŞ-də inspektor vəzifəsində çalışr, 01 noyabr 2023-cü il tarixdə 22:45 radəllərində xidmətdə olarkən Sumqayıt şəhəri, Sülh küçəsində piyadanın vurulması ilə avtoqəza hadisəsi baş verməsi və xəsarət alan şəxsin xəstəxanaya aparılması barədə məlumat daxil olduğundan, dərhal Sumqayıt Şəhər TTYŞ-na getmişdir. Həmin vaxt qəza törətmiş sürücü Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq, idarə eldiyi “Toyota-Prius" markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu keçən piyadanı və qarşı sağ tərəfdə dayanmış “Toyuta Prius” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vurmaqla qəza törətmişdir. Eyni zamanda xəsarət yetirdiyi şəxsi dərhal xəstaxanaya çatdırmışdır. E.Heydərovu şifahi dinlədikdən sonra onunla birlikdə müstəntiqin iştirakı ilə hadisə yerinə gəlmişdir. Hadisə yeri Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “İrşad Elektroniks” mağazasının qarşısında olduğunu müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2170 “ markalı, **-XH-*** nömrəli avtomobil və digər “Toyota Prius” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillər yolun sağ hərəkət hissəsində qəza baş verən yerdə saxlanıldığını aşkar etmişlər. Orada yolda təhlükəsizlik tədbirləri görməklə, müstəntiq hadisə yerinə baxış keçirmiş və protokol tərtib edilməklə həmin protokolu imzalamışlar. Həmin vaxt sürücü müayinə olunması üçün müstəntiq tərəfindən Narkoloji dinspanserə aparılmış, eyni zamanda avtomobilləri duracaga yerləşdirilməsi təmin etdilmişdir. Sonradan hadisə zamanı xəsarət almış Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən xəstəxanada vəfal etməsini eşitmişdir. İş materiallarında olan məhkəmə məhkəmə-tibbi ekspertizasının MTE və PA birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 123 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyidinin məhkəmə tibbi ekspertizasına, labarator müayinənin cavabına, ölüm haqqında qərardakı məlumatları nəzərə alıb və qərarda qoyulmuş şullara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: Döş qəfəsinin kül travması, sag İİ-İİİ-İV-Vll qabırğaların, yerdəyişən qapalı sınıqları, sağ ağciyərinin orta və aşağı paylarının yarası, sağ bazu sümüyünün aşağı 1/3-nin açıq sınığı. Döş qəfəsinin sağ yan səthinin 05 (beş) ədəd, sag bazunun aşağı 1/3-nin arxa səthinin, alnın sag hissəsinin yaraları, qarının sag yan səthinin, sag diz oynağının öz səthinin, sol diz oynağının sıyrıqlar. 2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidilər, törənmə müddəti meyidin müyainəsindən 8-10 saat əvvəl olmaqla xx.xx.2023cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyatı hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan AGİR zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər.
3. Zərərçəkmiş şəxs meydinin ölümünə səbəb olmış olduğu döş qəfəsinin küt travması nəticəsində daxili qanitirmə olmuşdur. Erkən meyid əlamətlərinə əsasən ölüm meydin müyinəsindən 8-10 saat əvvəl baş vermişdir. 4. Zərərçəkmiş şəxs meydindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsində 1,65 % 0 etil spirti aşkar edilmişdir ki, bu da müvafiq cədvəl üzrə orta dərəcəli alkoqol sərxoşluğuna uygun gəlir. Müayinə zamanı narkotik maddəllər aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-8/3860 nömrəli rəyindən görünür ki, “VAZ-2170” markalı, **- XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubilkası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-2170” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubilkası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisinin tanınması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə travmatik ikincili və ya residivləşən qanaxma nəticəsində ölmüşdür. İş materiallarında olan yol nəqliyyat hadisəsini özündə əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilmişdir. Həmin görüntüdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sülh prospektində hərəkətdə olarkən yolu soldan sağa keçmək istəyən Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurur, o asfalt örtüyünün üzərinə çırpılır və Təqsirləndirilən şəxs hərəkətini davam etdirərək Şahid1 idarə etdiyi və yolun kənarında saxlamış “Toyota Prius” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən idarə etdiyi avtomobilin sağ yan tərəfi ilə vurur və avtomobilin yaxınlığında olan Şahid1 kənara qaçır. Sonra Təqsirləndirilən şəxs avtomobili saxlayır və dərhal piyadanı vueduğu yerə qaçır və piyadaya yardım göstərməyə başlayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5554 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində sərxoş deyildir. İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16-8/2-529/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məcsus BD08810 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sisteminə əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan 5 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan mülki iddia üzrə iddiaçı və Zərərçəkmiş şəxs hüquqi varisi X5 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, mülki iddia üzrə cavabdeh və Təqsirləndirilən şəxs 10000 (on min) manat maddi zərərin və 20000 (iyirmi min) manat mənəvi zərərin tutulub ona verilməsini xahiş etmişdir. İş materiallarında olan mülki iddia üzrə iddiaçı və Zərərçəkmiş şəxs hüquqi varisi X3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi maddi yardımla əlaqədar ondan şikayətçi deyil, barışmışlar və mülki iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbayan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayəti səmimi etiraf etməsini isə Azərbayan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Heydərli X2 Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, mülki iddia üzrə iddiaçı və Zərərçəkmiş şəxs hüquqi varisi X5 tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılmalı və ekspertiza tədqiqatinin dəyəri olan 85 (səksən beş) manat məbləğində pul ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs hüquqi varisi X5 tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM RÖVŞƏN XƏLİLOV