Məhkəmə qərarları › İş №1(060)-259/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-259/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-259/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruDövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1də yaşayan, məhkumluğu olan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 01.10.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində olan evinin yaxınığında əmisinin yaxın qohumu Zərərçəkmiş şəxs anası Şahid1 Rafiq qızı ilə mübahisə etdiyini görüb onlara yaxınlaşaraq mübahisəyə müdaxilə edərək sonuncunun bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın yumşaq toxumalarının əziyi, sol təpə nahiyyəsinin hemotoması, alın təpə nahiyyəsinin tibinə uyğun qansızması” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs dayısı X1 qaynanasıdır. Dayısı Hilal ilə yoldaşı arasında mütəmadi olaraq ailə məişət münasibətləri zəminində mübahisələr baş verdiyindən onlar boşanmaq qərarı almış və məhz bundan sonra Cəmilənin onlarla münasibətləri pisləşmişdir. 01.10.2020-ci il tarixdə saat 14 radələrində evin həyətində olarkən təsadüfən zibil qabılarının yanına baxan zaman Cəmilənin anası Naxışı yerə yıxaraq onun bədəninin müxtəlif nahiyyələrindən zərbələr vuraraq döydüyünü görmüş və özünü ora çatdırmış, Cəmiləni anasından ayırmaq istədikdə Cəmilə yerdən götürmüş olduğu daş parçası ilə onun üz və bədəninin müxtəlif nahiyyələrindən vurmuş, burnunun qana bulaşdığını görən Cəmilə ayrılaraq uzaqlaşmışdır. Hadisə vaxtı orada o, anası Şahid1, bacısı Ağazadə Leyla və Zərərçəkmiş şəxs olmuşdur. O, Cəmiləni vurmamış, ayırmışdır. Özünü təqsirli bilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs qızı ifadəsində göstərdi ki, doğma qızı Gülafət ilə Hilal 2003-cü ildə ailə həyatı qurublar, onların birgə nigahından iki övladları var, Hilal mütəmadi olaraq spirtli içki içib evdə münaqişə yaratdığına, ailəsinin saxlanılmasına qarşı laqeydlik göstərdiyinə görə qızı Gülafət boşanmaq üçün məhkəməyə müraciət etmişdir. 28.09.2020-ci il tarixdə Hilal ilə Gülafət, eləcə də Məhəmməd arasında mübahisə yaranmış mübahisə zamanı Hilal qızı Gülafəti döymüş, lakin bu barədə qızı ərizə ilə müraciət etməmişdir. Hilal hər dəfəsində də oğlu Məhəmmədi şərləyib tutduracağı ilə qorxudurmuş. 01.10.2020-ci il tarixdə saat 14 radələrinədək nəvəsi Məhəmmədin gəlmədiyinə görə atası ilə mübahisə edəcəyindən ehtiyat edərək 8 yaşlı nəvəsini də götürüb Gülafətgilə getmiş, o, həyət qapısını açıb həyətə daxil olduqda Hilalın həyətdə oturduğunu görmüş, ona fikir verməyib evə yaxınlaşıb Məhəmmədi səslədikdə Məhəmməd hay verib yatdığını, daha sonra gələcəyini dediyindən, ordan çıxıb evi istiqamətində gələn zaman zibilxananın yaxınlığında Naxış ilə rastlaşmış, ona fikir verməyib yoluna davam edərkən Naxışın cavan vəfat etmiş oğlunun ünvanına nalayiq küçə söyüşü söydüyü eşitmiş, ona belə deməməsini irad bildirən zaman arxadan ona yaxınlaşıb kürəyindən tutub onu yerə yıxmış və aralarında yaranmış səs-küyə daha sonra İlhamə gələrək onun saçından tutaraq baş nahiyəsinə zərbələr endirən zaman saçı İlhamənin əlində qalmış, Naxış isə ayaqlarından təpiklə vururmuş, Naxış və İlhamə onun halsız vəziyyətdə olduğunu görüb oradan qaçıb getmişlər. Təqsirləndirilən şəxs həqiqətə uyğun olmayan ifadə vermiş, sonuncu onu döyüb xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və barəsində cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qardaşı X1 qaynanasıdır. 01.10.2020-ci il tarixdə 14 radələrində evdən təxminən 100 metr aralıda zibil atmağa getmiş, elə zibil atıb qablara baxan zaman Cəmilə onu küçədə görüb söyüşlər söymüş, ona “sizi qara günə qalasız” demişdir. O da ona fikir verməmişdir. Ancaq Cəmilə elə onu söyməyə davam etmiş, o da ona “səsini kəs” demişdir. Bunu deyən zaman Cəmilə yerdən daş götürüb üstünə gəlmiş, o da onu qorxutmaq üçün yerdən daş götürmüş, amma sonra onu yerə tullamışdır. Cəmilə üstünə hücum çəkərək, saçından tutub onu yerə yıxmış və əlindəki daş və yumruqla onun bədəninin, o cümlədən üz və baş nahiyyəsindən müxtəlif zərbələr vurmağa başlamışdır. Sonra İlhamə gəlib onları ayırmaq istədikdə Cəmilə yerdən götürdüyü daşla qızı İlhamənin üz və qollarına vurmuşdur. İlhamənin burnundan qan açılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma bacısıdır. Anası Naxış həmin günü zibil atmağa getmiş, daha sonra isə onun arxasınca bacısı İlhamə getmişdir. O isə evin həyətində durmuşdur. Cəmilə ilə anasının dalaşdığını görmüşdür və İlhamə də ora getmişdir. Cəmilə və İlhamənin orada süpürləşdiyini və onların qarşılıqlı olaraq saçlarından tutaraq bir-birilərini vurduqlarını görmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri ST Sumqayıt ərazisində yerləşən dəmiryolu vağzalında nəzarətçi işləyir. 1 oktyabr 2020-ci il tarixdə işdə olan vaxt dəmiryolunda səs-küy eşitmiş və çölə çıxan zaman görmüşdür ki, adını sonradan bildiyi Cəmilə adlı bir qadını yerdən qaldırırlar. O, çıxanda artıq dava bitmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs və Şahid1ı da görmüşdür. Onlarda hər hansı bir xəsarətin olmasını görməmişdir. Zərərçəkmiş şəxs isə tanımamışdır, sonradan bilmişdir ki, Naxış və Təqsirləndirilən şəxslar Cəmiləni döymüşdür. Həmin vaxt Cəmilənin halı olmamışdır, sonuncunu Elnur aparmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, işdə olan zaman çöldə olan səs-küyə çıxmış və görmüşdür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 Cəmiləni döyürlər. Olduğu yerdən mübahisəni görə bilmişdir. Cəmilə yıxılıb yerdə özünü müdafiə etmişdir. Həmin vaxt İlhamənin əlində Cəmilənin saçını da görmüşdür. İlhamənin üzərində xəsarətlər görməmişdir. Cəmilə başı bağlı qadın olsa da saçı açıq və dağılmış vəziyyətdə olmuşdur. O, səs-küyə çıxmış, olduğu yerdən dava olan yer aydın şəkildə görsənmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Cəmilə və Naxış qonşudurlar. Sumqayıt şəhəri, ST Sumqayıt ərazisində yerləşən Dəmir yol vağzalında nəzarətçi işləyir. Günün 12 saatını işdə keçirir. 01.10.2020-ci il tarixdə, 14 radələrində işdən çıxıb nahara gedən zaman zibil qablarının yanında 3 nəfər qadının birbiri ilə dalaşdığını görüb onlara yaxınlaşan zaman Şahid1la Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dalaşdığını görmüşdür. Ayırmaq üçün onlara tərəf gedən zaman adlarını qeyd etdiyi şəxslər ayrılaraq getmişlər. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 03.12.2020-ci il tarixli 332/20 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın yumşaq toxumalarının əziyi, sol təpə nahiyyəsinin hemotoması, alın təpə nahiyyəsinin tibinə uyğun qansızması, sol budun və sol baldırın qançırı kimi xəsarətlər qərarın təsviri hissəsində görsətilən şəraitdə və vaxtda, yəni 01.10.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdilər və dərəcəsinə görə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın yumşaq toxumalarının əziyi, sol təpə nahiyyəsinin hemotoması, alın təpə nahiyyəsinin tibinə uyğun qansızması kimi sağlamlığın qıza müddətli pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aid xəsarətlər, sol budun və sol baldırın qançırı kimi sağlamlığa zərəvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Cinayət işi materiallarında olan 13.12.2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs öz ifadələrində göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1 (060)- 305/2021 saylı, 18.06.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 30.12.2020-ci il tarixli 716 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli poliklinikasının psixiatrik kabinetinə müraciət etməmişdir, ambulator kartası yoxdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 15.12.2020-ci il tarixli, 3626 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 18.10.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ondan şikayətçidir. Cinayət işinin materiallarında olan 27 fevral 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 27 fevral 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhəri üzrə Probasiya şöbəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-305/2021 saylı, 18.06.2021ci il tarixli hökmü ilə onun üzərində təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çəkməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşımaqla iş materialları ilə təkzib olunur. Odur ki, İlahmə Kərimova və anası Şahid1 ifadələri işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən həmin ifadələr sübüt kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-305/2021 saylı, 18.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.10.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-305/2021 saylı, 18.06.2021ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə almaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Ona görə də Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-305/2021 saylı, 18.06.2021-ci il tarixli hökmü üzrə cəzanın çəkilməmiş hissəsi hazırki cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhəri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 16.04.2021-ci il tarixli (iş № 1(060)-259/2021) qərarını icra edərək, 16.04.2021-ci il tarixli 383 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «Turanbankın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-305/2021 saylı, 18.06.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar