Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-259/2022 07.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1981-ci ildə Qubadlı rayonunun Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, yataqxana 2, məhəllə 41, mənzil 97-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən istintaqa məlum olmayan mənbədən 30 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofon bükümdə təmiz çəkisi 1,564 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 21 oktyabr 2021-ci il tarixdə, saat 15:45 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Real Med” Klinikasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,564 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən bir neçə müddətdir ki, narkotik vasitələr qəbul edir. 20 oktyabr 2021-ci il tarixdə tanımadığı şəxsdən 30 manata Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində bir büküm narkotik vasitə heroin əldə etmiş, həmin bükümü həmin vaxt üzərində olan tərəzi ilə çəkisini də yoxlamış və çəkisinin düz olduğunu görüb əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuş, tərəzini ona görə üzərində gəzdirmişdir ki, aldığı narkotik vasitənin çəkisinin düzgünlüyünü yoxlasın. 21 oktyabr 2021-ci il tarixdə, saat 15:45 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Real Med” Klinikasının yaxınlığında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deməklə onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər, o da etiraz etməmiş və polislərlə birlikdə Sumqayıt ŞPİ-nə getmiş, polis idarəsində xidməti otaqların birində hüquq və vəzifələri barədə ona bildiriş təqdim edildikdən sonra ona təqdim olunmuş vəkili X2 iştirakı və onun icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində narkotik vasitə olub- olmamasını soruşmuşlar, o da polis əməkdaşlarına əynindəki qara rəngli şalvarının sağ yan cibindəki 1 ədəd sellofan bükümünü və 01 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Polis əməkdaşları bükümdəki qəhvəyi rəngli, spesifik iyə malik kütləni gördükdə o, bildirmişdir ki, qəhvəyi rəngli kütlə narkotik vasitə heroindir və narkotik vasitə heroini 20 oktyabr 2021-ci il tarixdə tanımadığı şəxsin mobil telefonuna göndərdiyi hesab kartına 30 manat göndərmək müqabilində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerə atılmış vəziyyətdə şəxsi istifadəsi üçün almış, bundan başqa şəxsi axtarış zamanı üzərindən “Samsung- A5" markalı mobil telefon da aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı üzərindən başqa hər hansı əşya aşkar edilməmiş, bundan sonra üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin onun iştirakı ilə tərəzidə çəkilmiş və heroinin çəkisinin 1,62 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitəni şəxsi istifadəsi üçün almış heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Ailəlidir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Rauf adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 15:45-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən “Real med” klinikasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİyə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl idarənin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Zaur Cəfərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Tahir Abbasovu təqdim etmiş, Təqsirləndirilən şəxs da bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə olan heroini və qara rəngli eletkron tərəzini təqdim etmişdir. Sorğu zamanı Rauf demişdir ki, ondan aşkar olunan heroini xx.xx.2021-ci il tarixdə tanımadığı şəxsin əvvəlcədən ona zəng olunmaqla Ceyranbatan qəsəbəsi ərazisində yerə atılmış və həmin şəxsin pul kartına 30 (otuz) manat pul köçürməklə heroini qeyd olunan ərazidən şəxsi istifadəsi üçün götürmüş və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş tərəzinin onun özünə məxsus olduğunu və ona deyilən ərazidən heroini götürən zaman çəkisinin düz olub-olmamasını yoxlamaq məqsədi ilə həmin tərəzidən istifadə etdiyini bildirdi. Həmin vaxt onun üzərindən aşkar olunmuş heroin tərəzidə çəkilmiş, heroin və elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli “Vertu” markalı və 01 ədəd qara rəngli “Samsung A-5Q markalı mobil telefonlarda ona qaytarılmayaraq götürülmüşdür. Daha sonra sənədləşdirilmə aparılmış, o da tərtib olunmuş protokola imza etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları, polis baş serjantı Şahid2, polis serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X4 da Şahid1 ifadəsinə oxşar ifadələr vermişlər. İşdə olan protokola əsasən xx.xx.2021-ci tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov tərəfindən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-cı tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Sumqayıt şəhər məhkəməsi tərəfindən barəsində xx.xx.2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs, yaşadığı Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən «Real Med» Klinikasının yaxınlığında Sumqayıt ŞPİ-nin SAŞ-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 15:45-də saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-yə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə, saat 16:27-də Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 büküm bükümü və qara rəngli elektron tərəzini çıxardıb təqdim etmiş, həmin büküm açılaraq baxış keçirildikdə içərsində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olan «kakos» olduğunu, həmin maddəni dünən tanımadığı şəxsin əvvəlcədən ona zəng olunmaqla Ceyranbatan qəsəbəsi ərazisində yerə atılmış və həmin şəxsin pul kartına 30 manat pul köçürməklə həmin maddəni qeyd olunan ərazidən şəxsi istifadəsi üçün götürdüyünü və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş elektron tərəzənin onun özünə məxsus olduğunu və ona deyilən ərazidən narkotik maddəni götürən zaman çəkisinin düz olubolmamasını yoxlamaq məqsədilə həmin tərəzidən istifadə etdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 büküm içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 1,62 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd büküm içərsindəki maddə ilə birlikdə və aşkar edilmiş qara rəngli tərəzi ayrı-ayrılıqda xüsusi qaydada zərfə qablaşdırılaraq Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən bildirdiyinə görə istifadəsində olan bir ədəd qara rəngli Vertu markalı və bir ədəd qara rəngli Samsung A-51 markalı mobil telefonlar aşkar edilərək götürülmüş və xüsusi qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. (i.v 28-29) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4706 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,564 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir.(i.v 37-42) İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021- ci il tarixli, 4374 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabiodlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamdən sui-istifdə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 160-161) Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,514 qram narkotik vasitə olan heroin və 01 ədəd qara rəngli elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 110-111) İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Rauf adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün, saat 15:45-də Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən “Real med” klinikasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqların birində sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə videokamera işə salınaraq şəxsi axtarış keçirilməzdən əvvəl idarənin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı Zaur Cəfərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Tahir Abbasovu təqdim edir, Təqsirləndirilən şəxs da bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə olan heroini və qara rəngli eletkron tərəzini təqdim edir. Sorğu zamanı Rauf deyir ki, ondan aşkar olunan heroini xx.xx.2021-ci il tarixdə tanımadığı şəxsin əvvəlcədən ona zəng olunmaqla Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində yerə atılmış və həmin şəxsin pul kartına 30 (otuz) manat pul köçürməklə heroini qeyd olunan ərazidən şəxsi istifadəsi üçün götürmüş və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş tərəzinin onun özünə məxsus olduğunu və ona deyilən ərazidən heroini götürən zaman çəkisinin düz olubolmamasını yoxlamaq məqsədi ilə həmin tərəzidən istifadə etdiyini bildirir. Həmin vaxt onun üzərindən aşkar olunmuş heroin tərəzidə çəkilir, heroin və elektron tərəzi ayrıayrılıqda qablaşdırılır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli “Vertu” markalı və 01 ədəd qara rəngli “Samsung A-5" markalı mobil telefonlarda ona qaytarılmayaraq götürülür. Bundan sonra videoçəkiliş dayandırılır. (i.v 120-121) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 153) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə CM-nin 59.2-ci və 59.1.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsi və 02 azyaşlı övladının, yəni xx.xx.2008-ci il təvəllüdlü Nizami Məmmədzadənin və xx.xx.2010-cu il təvəllüdlü Nuray Məmmədzadənin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 91.76 (doxsan bir manat, yetmiş altı qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılanekspertiza tədqiqatından sonra qalıq çəkisi tədqiqatdan sonra qalıq qalmış 1,514 qram narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablansın və cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 91,76 (doxsan bir manat, yetmiş altı qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut– ekspertiza tədqiqatından sonra qalıq çəkisi tədqiqatdan sonra qalıq qalmış 1,514 qram narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-259/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-259/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver