Məhkəmə qərarları › İş №1(060)-259/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-259/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-259/2023 11.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə saat 16:45 radələrində Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində talama məqsədi olmadan qanunsuz olaraq Zərərçəkmiş şəxs1 məxsus «Opel Astra» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun dostu Şahid1 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, İ.Əmiraslanov küçəsində yerləşən fərdi evinin qarşısından avtomobilin qapısının açıq olmasından istifadə edib sükan arxasına oturmaqla ələ keçirməklə qaçırdıb Sumqayıt şəhəri istiqamətində idarə etdikdən sonra yanacağın qurtarmasına görə Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən Corat bağları deyilən ərazidə saxlamaqla nəqliyyat vasitəsini ələ keçirmişdir. Bundan başqa o, özgə əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən B4221 saylı bağ evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq, bağ evinin daş hasarı boyunca çəkilmiş, diametri 6 mm olan, 30 metr uzunluğunda 18 manat dəyərində elektrik naqilini, eləcə də, həyətdə inşa edilmiş evin yataq otağının pəncərəsinin dəmir barmaqlığını və pəncərənin şüşəsini sındırıb açma yolu ilə evə qanunsuz daxil olaraq, evdəki 2 metr uzunluğunda 2 manat dəyərində 02 ədəd «İndesit» markalı soyuducunun enerji mənbəyinə qoşulma elektrik naqilini, 1 metr uzunluğunda 1 manat dəyərində 01 ədəd markası bilinməyən paltaryuyan maşının enerji mənbəyinə qoşulma elektrik naqilini, 1 metr uzunluğunda 1 manat dəyərində 01 ədəd markası bilinməyən elektrik sobasının enerji mənbəyinə qoşulma elektrik naqilini, 03 ədəd hər biri 5 metr uzunluğunda olan, ümmuilikdə 24 manat dəyərində olan uzadıcının enerji mənbəyinə qoşulma naqillərini, 01 ədəd 30 metr uzunluğunda 40 manat dəyərində uzadıcının enerji mənbəyinə qoşulma naqilini, bağ evinin 1-ci mərtəbəsindəki qarajın işıqlandırılması üçün nəzərdə tutulmuş 01 ədəd 8 metr uzunluğunda diametri 3 mm olan 2,40 (iki manat qırx qəpik) manat dəyərində olan elektrik naqilini, 01 ədəd «Ariston» markalı su qızdırıcının 50 manat dəyərində olan mis materialdan olan içliyini, 01 ədəd «Yağmur» markalı su qızdırıcının 50 manat dəyərində olan mis materialdan olan içliyini və 01 ədəd təxminən 7 litr su tutumu olan 140 manat dəyərində olan od samovarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 328,40 (üç yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus «VAZ 2107» markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 27/69 nömrəli evin qarşısından avtomobilin qapısının açıq olmasından istifadə edib sükan arxasına oturmaqla mühərriki işə salaraq avtomobili bir qədər idarə etdikdən sonra düşüb gedərək talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs4 Sumqayıt şəhəri, «Qurd dərəsi» yaşayış massivi ərazisində yerləşən fərdi bağ evinin hasarından həyətə qanunsuz daxil olaraq həyətdəki yardımçı tikilinin divarına quraşdırılmış 02 ədəd «Vestel» markalı kondisionerin ümumilikdə 1400 manat dəyərində olan mühərrik hissəsinin mis borularını və mis detallarını, tikilinin açıq vəziyyətdə olan plastik pəncərəsindən içəri daxil olmaqla oradan 01 ədəd 220,0 manat dəyərində olan «Neos» markalı, «32N500» model, 32 düym (81 diaqonal) televizoru və 01 ədəd 300 manat dəyərində olan «Meizu» markalı mobil telefon aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 1920 (bir min doqquz yüz iyirmi) manat məbləğində maddi zivan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Raufun Abşeron RPİnin Saray PB-nə verdiyi şikayət ərizəsi ilə 08 mart 2022-ci ildə tanış olmuşdur. O, həmin gün günorta vaxtı Bakı şəhərində Nizami metrostansiyasının yaxınlığındakı kafedə tək oturub yemək yemiş və bir qədər spirtli içki qəbul etmiş, sonra 20 Yanvar metrostansiyasına gəlmiş, oradan da taksi ilə Saray qəsəbəsinə gəlmişdir. Orada iş yerləri ilə maraqlansa da iş tapa bilməmişdir. Sonra ara məhlələrlə piyada evinə gedərkən Saray qəsəbəsi, İ.Əmiraslanov küçəsindən keçəndə tanımadığı həyət evinin qarşısında Opel Astra markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Avtomobilin yanından keçən vaxt avtomobilin salonuna diqqət yetirmişdir. Həmin vaxt maşının açarlarının avtomobilin üzərində olmasını və qapılarının açıq olmasını görmüşdür. Ona görə də maşını sürmək qərarına gəlmişdir. Həmin avtomobilə minib avtomobilin motorunu işə salmışdır. Sonra Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində yerləşən Corat bağları deyilən əraziyə çatan zaman avtomobilin yanacağı bitdiyi üçün maşını həmin ərazidə saxlayıb piyada evinə tərəf getmişdir. O, Zərərçəkmiş şəxs1 maşınından heç nə oğurlamamışdır. Eyni zamanda onun avtomobilinə hər hansı ziyan yetirməmişdir. O, sadəcə avtomobili sürmək məqsədi ilə qaçırmışdır. Avtomobilin yanacağı qutardığı üçün həmin avtomobili saxlayıb evinə getmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə günorta vaxtı Sumqayıt şəhəri Saray bağlar massivi ərazisində gəzişərkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 bağ evində heç kimin olmadığını və eləcə də ətrafda heç kimin olmamasını müəyyən etdikdən sonra həmin bağ evinə daxil olub oğurluq etmək qərarına gəlmiş, hasardan aşmaqla həmin bağ evinin həyətinə daxil olub təxminən 30 metr uzunluğunda, diametri 6 mm olan elektrik naqilini, həyətdəki evin pəncərəsinin dəmir barmaqlığını və şüşəsini sındırib evə daxil olub evdə olan soyuducuların, paltaryuyan maşının, elektrik sobasının, 4 ədəd uzadıcının naqillərini kəsib götürmüşdür. Sonra isə evin hamam otağına keçib hamam otağındakı su qızdırıcısını söküb evin qarşısına aparıb qoymuş, evin 1-ci mərtəbəsindəki qarajın kilidinin açarını evin mətbəxindəki masanın üzərindən tapdıqdan sonra qarajın qapısını açıb qaraja daxil olaraq qarajdakı su qızdırıcını və 1 ədəd od samovarını götürüb evin qarşısına aparmışdır. Orada hər iki su qızdırıcısını söküb içərisindəki mis detalı çıxartmışdır. Bundan sonra həmin əşyaları oğurlayıb bağdan çıxmışdır. Oğurladığı elektrik naqillərini və su qızdırıcıların mis detallarını Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində metal qəbulu məntəqəsinə 57 manata, 1 ədəd od samovarını isə Şərq bazarında köhnə ev əşyaları alqı-satqısı ilə məşğul olan Fikrət adlı şəxsə 50 manata satmışdır. O, sözügedən oğurluq hadisəsini tək törətmiş, ona heç kim köməklik etməmişdir. O, satdığı əşyaların oğurluq olduğunu həmin şəxslərə bildirməmiş, əşyaların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən binalardan birinin qarşısından keçərkən həyətdə dayanmış ağ rəngli, «VAZ 2107» markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomaşının qapısının açıq olmasını görüb maşını sürmək qərarına gəlmişdir. Həmin avtomobilə minib avtomobilin mühərrikini işə salıb sürüb yola çıxarmışdır. Sonra isə təxminən 1 km sürərək yolun kənarında saxlayıb piyada oradan uzaqlaşmışdır. Həmin maşından heç nə oğurlamamışdır. O, avtomobili qaçırarkən yanında heç kim olmamış, avtomobili tək qaçırmışdır. Bundan başqa Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən Qaraisayev Nizamiyə məxsus bağ evinə sərxoş olduğu vaxt girmiş, həmin ünvana nə üçün girdiyini bilmir və dəqiq xatırlamır. Ancaq bilir ki, o, həmin ünvandan heç bir şey oğurlamamışdır. Həmin ünvandan onun əl izləri aşkar olunmuşdur. Bundan başqa o, 2022-ci ilin sentyabr ayının 22-də saat 10 radələrində Qurd dərəsi bağlarında küçələrdə gəzib oğurluq etmək üçün ev axtarmşıdır. Adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs4 evində yaşayış olmadığını görüb, ətrafda da hər hansı bir şəxsin olmadığına əmin olduqdan sonra evin həyətinə hasardan keçməklə daxil olmuşdur. Ev iki mərtəbəli villa, həmin evin qarşı tərəfində üç otaqlı yardımçı tikili olmaqla həmin tikilinin divarında iki ədəd kondisioner mühərriki olmuşdur. O, hər iki kondisioner mühərrikini söküb içərisində olan mis boruları çıxartmışdır. Sonra həmin yardımçı evin açıq olan plastik pəncərəsindən otağa daxil olmuşdur. Otaqda olan divara quraşdırılmış 1 ədəd 82 ekran televizoru və dolabda olan 1 ədəd "Meizu" markalı telefonu götürüb evin pəncərəsindən həyətə çıxmışdır. Sonra o, oğurladığı əşyalardan televizoru orada olan parçaya bükmüş, mis boruları, mühərriklərin mis detallarını və telefonu isə sellafona qoymuş və həmin əşyaları evin hasarından keçirməklə küçəyə çıxartmışdır. Sonra o, həmin əşyaları oğurluq etdiyi evin yaxınlığında olan yaşayış olmayan yarımçıq tikiliyə aparmış və orada saxlamışdır. xx.xx.2022-ci il tarixdə misi Qurd dərəsində metal toplanan yerə adı ona sonradan məlum olan metal toplayan Nihada 25 manata satmışdır. Həmin gündən iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə o, oğurladığı televizoru Qurd dərəsinə yaxın olan Abşeron rayonu Novxanı kəndinə aparıb orada olan bir kafedə adı ona sonradan məlum olan Novxanı kənd sakini Şahid4 103 manata satmışdır. Elnur ondan həmin televizorun kimə məxsus olmasını sorşduqda o, ona qonşunun olduğunu, qonşu özünə təzə televizor aldığı üçün köhnəsini satması üçün ona verdiyini, o, da ondan aldığı 103 manat pulun 60 manatını televizor sahibinə verəcəyini demişdir. Elnur ona inanmışdır. O, oğurladığı mobil telefonu isə özü işlətmiş və polis bölməsində əməkdaşlara təqdim etmişdir. O, qeyd edilən hadisədən başqa hər hansı bir oğurluq hadisəsi törətməmiş, metal qəbulu məntəqəsində bildirmişdir ki, bu mis borular özünə məxsusdur və pula ehtiyacı olduğu üçün satır. Televizoru satdığı şəxsə də televizorun oğurluq olduğunu bildirməmişdir. Qeyd edilən ünvandan oğurluq edərkən yanında heç kim olmamış, oğurluğu tək etmişdir. O, oğurluq edərkən onu kənardan heç kim görməmişdir. Çünki həmin vaxt evdə və ya həmin küçədə heç kim olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinə görə peşman olduğunu və vurulmuş maddi zərərləri ödəməyə maddi imkanının olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 08 mart 2022-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı evdən çıxaraq idarə etdiyi avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsi, İ.Əmiraslanov küçəsində yaşayan dostu Şahid1 evinə getmişdir. Maşını onun evinin qarşısında saxlayaraq, avtomobilin açarlarını üzərində, pəncərələri isə açıq vəziyyətdə saxlayıb evə daxil olmuşdur. Bir neçə dəqiqə dostu gildə oturub çölə çıxan zaman maşınının evin qarşısında olmadığını görmüşdür. Həmin vaxt dostunun qardaşının onunla zarafat etdiyini düşünüb maşını sürdüyünü düşünmüşdür. Lakin, ətrafa baxıb maşını axtarsa da maşını tapa bilməmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları hadisə yerinə gəlib ərizə və izahatını almışlar. Həmin günü avtomobili axtarsalar da tapa bilməmişlər. Onlar sonradan qonşularda olan kameralara baxdıqda tanımadığı bir nəfər şəxsin 08 mart 2022ci il tarixdə saat 16-17 radələrində onun maşınına minərək idarə etdiyini görmüşdür. Səhəri gün isə avtomobilinin Sumqayıt şəhəri, 20-ci mikrorayon, Corat bağları deyilən ərazidən tapıldığını ona bildirmişlər. O, maşınının yanına gedən zaman maşınının içərisinə baxmışdır. Lakin, maşının içərisində saxladığı iki ədəd VTB və Rabitə Bank bank kartlarının oğurlandığını və maşının sol ön hissəsində, sağ arxa hissəsində və sağ bortunda cızıqların olmasını aşkar etmişdir. Həmin bank kartlarının içərisində hər hansı məbləğdə pul olmamışdır. O, sonradan həmin kartları deaktiv etdirmişdir. Lakin, avtomobilinə ümumilikdə 150 manat dəyərində maddi ziyan dəymişdir. Sonra polis əməkdaşları maşını ona təhvil vermişlər. Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsin barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Saray bağları ərazisində ona məxsus B4221 nömrəli bağ evi vardır. Həmin bağ evində daimi yaşayış olmasa da, nəzarət etmək üçün bağ evinə gedib-gəlir. xx.xx.2022-ci il tarixdə bağ evinə gedib saat 22:00 radələrində oradan çıxıb getmiş və həmin vaxt bağ evində hər şey qaydasında olmuş, heç bir əmlakı oğurlanmamış və ya məhv edilməmişdir. Ancaq növbəti dəfə xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində sözügedən bağ evinə gedib darvazadan həyətə daxil olduqda, bağ evinin hamam otağının “Ariston” markalı su qızdırıcısının və eləcə də, evin 1-ci mərtəbəsindəki qarajda saxladığı “Yağmur” markalı su qızdırıcının sındırılaraq, hər iki su qızdırıcının içərisindəki mis materialdan olan detalının sökülərək götürüldüyünü, həyətdə inşa edilmiş 2 mərtəbəli evin yataq otağının pəncərəsinin dəmir barmaqlığının və şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Sonra bağ evinin həyətinə və eləcə də, evə daha dəqiqliklə baxdıqda, bağ evinin daş hasarı boyunca çəkilmiş, evin elektik təchizatını təmin edən 30 metr uzunluğunda, diametri 6 mm olan elektrik naqilin, evin mətbəxindəki və yataq otağındakı “İndesit" markalı soyuducuların, mətbəxdəki paltaryuyan maşının, yataq otağındakı sobanın, 4 ədəd uzadıcının enerji mənbəyinə qoşulma naqillərinin, evin 1-ci mərətəbəsindəki qarajın işığının elektrik naqilinin kəsilərək götürüldüyünü, qarajdakı 1 ədəd od samovarının yerində olmadığını aşkar etdikdə başa düşmüşdür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində kimsə ona məxsus olan B4221 nömrəli bağ evinin həyətinə hasardan aşma yolu ilə keçib, həyətdəki evin yataq otağının pəncərəsinin dəmir barmaqlığını və şüşəsini sındırib evə daxil olaraq evin mətbəxindəki və yataq otağındakı “İndesit" markalı soyuducuların, mətbəxdəki paltaryuyan maşının, yataq otağındakı sobanın, 4 ədəd uzadıcının enerji mənbəyinə qoşulma naqillərini, bağ evinin daş hasarı boyunca çəkilmiş, evin elektik təchizatını təmin edən 30 metr uzunluğunda, diametri 6 mm olan elektrik naqilini kəsməklə, hamam otağının “Ariston” markalı su qızdırıcısını söküb içərisindəki mis detalı çıxartmaqla, sonra isə evin 1-ci mərtəbəsindəki qarajın kilidinin açarını evin mətbəxindəki masanın üzərindən götürüb qarajın qapısını açıb qaraja daxil olaraq qarajdakı, “Yağmur” markalı su qızdırıcını söküb içərisindəki mis detalı çıxartmaqla və 1 ədəd od samovarını götürməklə oğurlayaraq, ona ümumilkdə 388 manat maddi ziyan vurmuşdur. Bağ evindən oğurlanmış od samovarının dəyəri 150 manat, 2017ci il tarixdə alıb istifadə etdiyi “Ariston" və “Yağmur" markalı su qızdırıcılarınm içərisindən sökülərək oğurlanmış mis detalların hər birinin ayrı-ayrılıqqda dəyəri 50 manat, 2018-ci il tarixdə alıb çəkdiyi evin elektik təchizatını təmin edən 30 metr uzunluğunda, diametri 6 mm olan elektrik naqilinin dəyəri 60 manat, 2022-ci ilin əvvəlləri alıb istifadə etdiyi naqili 5 metr uzunluğunda olan 3 ədəd uzadıcının hər birinin dəyəri 8 manat, naqili 30 metr uzunluğunda olan 1 ədəd uzadıcının dəyəri 40 manat, 2020-ci il tarixdə alıb istifadə etdiyi 2 ədəd “İndesit" markalı soyuducuların, paltaryuyan maşının və sobanın, uzunluğu 1 metr olan enerji mənbəyinə qoşulma naqillərinin ayrı-ayrılıqda dəyəri 1 manat, qarajın işığının 8 metr uzunluğunda, diametri 3 mm olan, 2018-ci il tarixdə alıb çəkdiyi elektrik naqilinin dəyəri 10 manat olduğundan sadaladığı əmlakının oğurlanması nəticəsində ona ümumilkdə 388 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsin barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, «VAZ 2107» markalı, **-LD- *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olsa da o, həmin avtomobili baş etibarnamə ilə idarə edir. Eyni zamanda oğlu Şahid3 Əlqan oğlu da etibarnamə ilə həmin avtomobili idarə edir. xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində o, yaşadığı evə gələrkən maşının həyətdə olduğunu görmüşdür. O, evə çıxmış və təxminən bir saatdan sonra yatmışdır. Saat təxminən 05 radələrində oğlu onu oyadıb maşını sürüb başqa yerdə saxlayıb saxlamadığını soruşmuşdur. O, isə maşını sürmədiyini və evə gələndə maşının həyətdə olduğunu bildirmişdir. Bundan sonra onlar həyətə düşmüşlər və maşının yerində olmadığını görmüşlər. Buna görə də oğlu Zöhrab DİN-nin 102 xidmətinə zəng edərək maşının qaçırıldığını bildirmişdir. Biraz keçmiş polis əməkdaşları onların binalarının qarşısına gəlmişlər. Polis əməkdaşları maşının markasını və nömrəsini onlardan soruşub müvafiq sənədləşmə işlərini aparmışlar. Polislər hadisə yerinə baxan müddətdə onların maşınının DYPŞ-nin duracağına yerləşdirildiyi məlum olmuşdur. Maşını qaçıran şəxs maşını biraz sürdükdən sonra bir yerdə saxlayaraq çıxıb getmişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Maşın əvvəl olduğu vəziyyətdə olmuş və maşına heç bir ziyan vurulmamışdır. Hadisədən sonra oğlu ona bildirmişdir ki, maşında ona məxsus 496 manat pul da olmuş və oğurlanmışdır. Maşından başqa heç bir şey oğurlanmamışdır. O, Təqsirləndirilən şəxs tanımır və onunla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Oğlu maşını həyətdə saxlayarkən maşının qapısını açıq qoymuşdur. Eyni zamanda maşının açarı da maşının üzərində olmuşdur. Zərərçəkmiş şəxs3 ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsin barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına və onunla mobil telefon vasitəsi ilə əlaqə saxlanılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş maddi zərərin ödənilmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs4 qızının məhkəmədə elan olunmuş ibtidai istintaqdakı ifadəsindən görünür ki, Sumqayıt şəhəri, «Qurd dərəsi» yaşayış massivində yerləşən oğurluq hadisəsi baş vermiş fərdi yaşayış evi ona məxsusdur. Orada yaşayış olmasa da o və anası mütəmadi olaraq gedib oraya baş çəkib yoxlayırlar. xx.xx.2022-ci il tarixdə o, anası Rəhimə ilə birlikdə həmin evə gəlmişlər. Onlar həyətə daxil olanda o, görmüşdür ki, həyətdə olan yardımçı tikilinin qapısı açıqdır. O, dərhal oraya yaxınlaşmış və içəri daxil olmuşdur. Evin içərisində olan bir ədəd «Neos» markalı, 82 ekran ölçülü televizorun və bir ədəd 300 manat dəyərində «Meizu» markalı mobil telefon aparatının oğurlandığını və içəridə olan bəzi əşyaların sındırıldığını aşkar etmişdir. Eyni zamanda evdə quraşdırılmış 02 ədəd «Vestcl» markalı kondisionerin çöl tərəfdə olan mühərrik hissələrinin mis boruları, detalları sökülərək aparılıb və qalan yerləri isə sındırılaraq yararsız hala salınmışdır. O, dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşmə işlərini aparmışlar. O, baş vermiş oğurluq hadisəsi ilə bağlı Sumqayıt ŞPİ-nin 1-ci PB-də ərizə və izahat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3000 manat maddi zayan dəymişdir. Ona sonradan məlum olmuşdur ki, evindən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxsdur. «Vestel» markalı kondisionerlərin hər birinin qiyməti 1100 manat təşkil etmişdir. Televizorun qiyməti 500 manat, telefonun qiyməti isə 300 manat olmuşdur. Bununlada ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, hər iki kondisionerin mühərrik hissələrinin mis detalları oğurlansa da evin içərisində olan hissələri qalmışdır. Ancaq həmin kondisionerləri yenidən təmir etdirib işlək vəziyyətə salmaq üçün yeni mühərriklər almaq lazımdır. Buna görə də hər bir kondisionerin yenidən işlək vəziyyətə gətirilməsi üçün 700 manat lazımdır. Ümumilikdə hər iki kondisionerin təmir xərcləri 1400 manat təşkil edir. O, bu qiyməti bir neçə ustadan maraqlanıb müəyyən etmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "‘Köhnə Şərq Bazarı” adlanan yerdə işlənmiş elektrik və ev əşyalarının alqı-satqısı ilə məşğul olur. Təxminən 10-12 gün əvvəl bir nəfər özünü İlkin kimi təqdim edən şəxs əlində olan odun samovarını göstərib özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, samovara baxıb 50 manata ala biləcəyini bildirmişdir. İlkin adlı şəxs onunla razılaşmış və o, həmin şəxsə 50 manat verib həmin samovarı ondan almışdır. Bir neçə gündən sonra polis əməkdaşları ona yaxınlaşaraq İlkin adlı şəxsdən samovar alıb almadığını soruşmuşlar. O, isə həmin şəxsdən samovar aldığını bildirmişdir. Polis əməkdaşları həmin samovarın oğurluq olduğunu bildirmişlər. O, aldığı samovarın oğurluq olduğunu bilmədiyini və həmin samovarı polis əməkdaşlarını təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra o, həmin samovarı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində metal qəbulu məntəqəsində metal yığan işləyir. O, orada müxtəlif növ metal növlərini qəbul edir. Metal qəbulu məntəqəsinə hər gün tanımadığı çox sayda insan gəlir və o, onlarla danışıb söhbət edib gətirdiyi malları qəbul edir. O, İlkin adlı şəxsi tanımasa da yəqinki ondan metal boruları qəbul etmişdir. O, həmin şəxsdən qəbul etdiyi malların oğurluq olduğunu bilməmişdir. Eyni zamanda metal gətirən şəxslər şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra o, onlardan mal qəbul edir. O, həmin şəxsi polis bölməsində olarkən görmüş və tanımışdır. Müşahidə kameralarının yaddaşı az olduğundan hər həftə çəkilişlər təzələnir. Buna görə də həmin görüntüləri hal-hazırda təqdim edə bilmir. İlkin əvvəllər onun işlədiyi məntəqəyə gəlib metal satmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3978 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təxminən 7 litr su tulumu olan odun samovarının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 140,00 manat, təqdim edilməyən qərarda göstərilən 2 adda malların 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 20,40 manat, digər 4 adda mallar haqqında ətraflı məlumat (diametr və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiq hissəsində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/445R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olaıı əl izlərdən 10 ədədi xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovcu il əvə sol əlinin ovucu, böyük, şəhadət (03 dəfə), orta, adsız və çeçələ (02 dəfə) barmaqların əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/593R saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhəri.. Novxanı bağlar massivində yerləşən X2 məxus bağ evində baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 01 ədəd rezin əlcək üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/620R saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanının qarşısında vət. Zərərçəkmiş şəxs3 məxsus «VAZ-2107» markalı, 10-LD- 720 d.n.n-lı a/m-nın qaçırılması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi /amanı götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd kağız parçasının üzərinə yapışdırılmış 04 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədəd xx.xx.1998-ci ildə Sumqayıt şəhərində doğulmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 01 ədəd əlbarmaq izi DİN-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8015 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotocədvəllərdə göstərilən 01 ədəd «Neos» markalı, «32N5000» model, 32 düym (81 diaqonal) televizorun orta istismar müddəti və orta isismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci iln sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 220,0 manat müəyyən olunmuşdur. Digər qərarın təsviri hissəsində göstərilən 2 adda mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal ili, istehsal yeri, istismar müddəti, texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. (tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisina edilmir.) İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus «Opel Astra» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd samovar, Zərərçəkmiş şəxs3 məxsus «VAZ 2107» markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd televizor və 01 ədəd mobil telefon maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın (tələbnamənin) surətlərindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun hazırki cinayət əməlini törədən zaman Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Abşeron Rayon Məhkəməsinin 2705.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçiməsi barədə təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmiş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmiş, xx.xx.2022ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin edilməsi haqqında qərarla Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 185.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin şərtlərini pozmuş təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması barədə qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmış, xx.xx.2022-ci il tarixdə Bakı Metropoliteninin polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmiş, xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin icraatı təzələnmiş, xx.xx.2022-ci il tarixli cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə qərarla ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmiş, xx.xx.2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərarla Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3 və 185.1-ci maddələrindən həmin məcəllənin 177.2.3 və 185.2.2-ci maddələrinə tövsif edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixli qərarla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, xx.xx.2022-ci il tarixli yenidən ittiham elan edilməsi haqqında qərarla Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 15 gün müddətinə uzadılmış, eyni məhkəmənin hazırlıq iclasının xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixlərədək həbsdə saxlanıldığı 05 (beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 01 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus «Opel Astra» markalı, **-RO- *** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd savmovar, Zərərçəkmiş şəxs3 məxsus «VAZ 2107» markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs4 qızma məxsus 01 ədəd televizorun və 01 ədəd mobil telefonun saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına Müdafiəçi vəkil təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirli bilinsin o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 01 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar