Məhkəmə qərarları › İş №1(060)-26/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-26/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-26/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9, Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və mülki iddia üzər cavabdeh X3, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1980-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Hal kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X6 özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib 2018-ci ilin oktyabr ayın ortalarında sonunculara Sumqayıt şəhərində “Mərkəzi Univermaq” adlı ticarət mərkəzində satdığı 1 (bir) ədəd sarı rəngli metaldan üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, 12,90 qram çəkidə 77 (yetmiş yeddi) manat dəyərində boyunbağını, 1 (bir) ədəd sarı rəngli metaldan qolbaq - metalı əlvan metal (mis əsaslı) ərinistisdən hazırlanmış, çəkisi 7,34 qram 8 (səkkiz) manat dəyərində bijuteriyanı, 1 (bir) ədəd sarı rəngli metaldan, ürək formalı elementi üzərində “Tiffany” yazısı olan– üzərində “925” əyar damğası həkk olnmuş, metalı 925 əyarlı gümüşə uyğun, 9,66 qram çəkidə, 58 (əlli səkkiz) manat dəyərində sırğa cütü və üzük dəstini, 1 (bir) ədəd sarı rəngli metaldan sırğa cütü-metalı əlvan metal(mis əsaslı) ərintisindən hazırlanmış, çəkisi 9,21 qram olan, 15 (on beş) manat dəyərində bijuteryanı, 1 (bir) cüt sarı rəngli metaldan, 1 ədədinin ucunda delfin formalı elementi olan sırğa-metalı dəmir əsaslı ərintindən hazırlanmış, 0,69 qram çəkidə 7 (yeddi) manat dəyərində bijuteryanı qızıl ziynət əşyası olması barədə yalan məlumat verib aldadaraq Zərərçəkmiş şəxs1 750 (yeddi yüz əlli) manat və Zərərçəkmiş şəxs2 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa X6 təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışları Zərərçəkmiş şəxs1 və onunla birlikdə şərik işləyən Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib 2019-ci ilin sentyabr ayın əvvəllərində sonunculara Sumqayıt şəhərində “Mərkəzi Univermaq” adlı ticarət mərkəzində satdığı 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində dairə, gül formalı elementləri və ağ şəfaf qaşları olan boyunbağı - metalı əlvan metal (mis əsaslı) ərintisindən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan, 6,56 qram çəkidə 15 (on beş) manat dəyərində bijuteryanı, 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində dairə, gül romb formalı elementləri və gümüşü rəngli hissələri olan qolbaq-metalı dəmir əsaslı ərintidən hazırlanmış, 11,11 qram çəkidə 12 (on iki) manat dəyərində bijuteryanı, 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində tor formalı hörgüsü olan qolbaq – metalı dəmir və əlvan metal ərintisindən hazırlanmış 13,41 qram çəkidə 5 (beş) manat dəyərində bijuteryanı, 1 (bir) ədəd sarı rəngli metaldan, ilan formalı, üzərində ağ şəffaf qaşları olan qolbaq və üzük dəsti-metalı dəmir əsaslı ərintidən hazırlanmış, 15,17 qram çəkidə 25 (iyirmi beş) manat dəyərində olan bijuteryanı, 1 (bir) ədəd sarı rəngli metaldan, kibrit formalı üzərində qırmızı rəngli qaşlar olan sırğa cütü – metalı əlvan metal (mis əsaslı) ərintisindən hazırlanmış, 5,21 qram çəkidə 15 (on beş) manat dəyərində bijuteryanı, 1 (bir) ədəd sarı-gümüşü rəngli metaldan üzük–metalı əlvan metal (mis əsaslı) ərintisindən hazırlanmış, 8,47 qram çəkidə 15 (on beş) manat dəyərində bijuteryanı, 1 (bir) ədəd sarı rəngli metaldan, kitab formalı kulon- metalı əlvan metal (mis əsaslı) ərintisindən hazırlanmış, 12,08 qram çəkidə, 10 (on) manat dəyərində bijuteryanı qızıl ziynət əşayları kimi təqdim etməklə aldadıb satmaqla bijuteryanı qızıl ziynət əşaysı kimi təqdim etməklə aldadıb satmaqla ümumilikdə 3900 (üç min doqquz yüz) manat pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 1950 (bir min doqquz yüz əlli) manat məbləğində və Zərərçəkmiş şəxs2 1950 (bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Bununla da X6 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh qismində dindirilən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərmişdir ki, təxminən 2010-cu il tarixdən Sumqayıt şəhəri, “Mərkəzi Univermaqda” qızıl-alqı satqısı ilə məşğul olmağa başlamış, həmçinin zərgər işləmiş, ucuz qiymətə qızılzinət əşyaları alıb daha baha qiymətə satıb mənfəət əldə edirmiş. Zərərçəkmiş şəxs2 15 il müddət ərzində Sumqayıt şəhərində «Karvan» adlı ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olan kimi şəxs tanımış, Sabinə Kərəmovanı isə xalasının vaistəsi ilə uzun müddət ərazində tanımışdır. Zərərçəkmiş şəxs1 ondan ilik dəfə 2019-cu ilin aprel ayında məndən bir ədəd “kardinal” adlı 40 qrama yaxın çəkidə qızıl boyunbağını foto şəkilinin telefonumda internet vasitəsi ilə statusuma qoyduğu zaman görmüş, həmin boyunbağını bəyəndiyi üçün ona müraciət etmiş və ona 2000 manat ona satmışdır. Zərərçəkmiş şəxs1 həmin qızıl boyunbağını tanışı Elgiz adlı şəxs üçün hədiyyə aldığını ona demişdir. Zərərçəkmiş şəxs2 isə qızıl alvericisi olduğu üçün oda ondan müxtəlif vaxtlarda fərdi qaydada qızılzinət əşyalarını alıb satırmış. 2019-cu ilin may aylarında Zərərçəkmiş şəxs2 və Səbinə Kərimova birlikdə onun işlədiyi yerə gələrək onların yaxşı müştəriləri olduğunu deyərək birlikdə qızıl-zinət əşyaların alqı-satqısı ilə məşğul olmasını təklif etmişlər. Aralarında olan şifahi şəkildə razılaşma əsasına onlara iri miqdarda qızıl-zinət əşyaları onlara ucuz qiymətə satmalıymış və Səbinə ilə Maya isə onları qısa müddət ərzində öz tanış müştərilərinə satacaydı. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında alış-veriş ayda 30-80 min manat məbləğində olurmuş, ümumiyyətlə Zərərçəkmiş şəxs1 ilə aralarında olan al-ver 500 min manat məbləğində olmuş, lakin Zərərçəkmiş şəxs1 ondan çox vaxt nisyə adı ilə qızıl-zinət əşyaları alaraq başqalarına satın pulu ona ödəməmişdir. Səbinə ondan aldığı qızların pulun bir hissəsinə ona qaytamrış, aralarında olan 500 min manat məbləğində alverdən Zərərçəkmiş şəxs1 ona təxminən 150 min manat məbləğində pul ödəmiş və hal-hazırda Səbinən ona 350 min manat məbləğində borcu yaranmışdır. Zərərçəkmiş şəxs2 ilə isə aralarında qızıl alveri təxminən 80 min manat məbləğində olmuşdur. Zərərçəkmiş şəxs2 isə satdığı qızıl-zinət əşyaların pulunu 30 min manat məbləğində ödəmiş qalan 50 min manat məbləğində isə borcu ona ödəməmişdir. Sonucu dəfə 14 sentyabr 2019-cu il tarixdə Səbinə İbrahimovaya təxminən 24 000 (iyirmi dörd min) manat məbləğində qızıl-zinət əşyaları vermiş, Səbinə ona həmin vaxt həmin qızılzinət əşyaları Mütəlim adlı şəxs üçün apardığını demişdir. Həmin qızıl-zinət əşyaları satqıdan sonra pulu ödüyəcəyini demiş, lakin Səbinə mütxəlif bəhanələr gətirərək pulu ödəməmişdir. 23 oktyabr 2019-cu il tarixdə isə Zərərçəkmiş şəxs1 tanışı Elgiz adlı şəxs üçün ondan 22 000 (iyirmi iki min ) manat məbləğində qızıl-zinət əşyalarını alıb onları satmış, lakin pulu ödəməmişdir. Zərərçəkmiş şəxs2 ona 50 000 (əlli min) manat məbləğində borcu olduğu üçün ona qızıl-zinət əşyaları satmırmış, lakin Zərərçəkmiş şəxs1 isə ondan aldığı qızıl-zinət əşyaların bir hissəsini pulunu vaxtında ödədiyi üçün ona inamı yaranmışdır. Cinayət işinin mateillarının arasında olan foto cədvəlin 4-cü səyfəsində olan foto şəkillə tanış olmuş və foto şəkildə olan qızl-zinət əşyallar vaxt ilə ona məxsus olduğunu və onları satmaq üçün özü şəkilini telefon vasitəsi ilə çəkib Zərərçəkmiş şəxs1 göndərmişdir. Onların arasında olan təxminən çəksi 6 qrama qədər olan 585 əyarı olan “Türk qızılı” kitab formalı olan qızıl-zinət əşya var idi. Lakin cinayət işində olan ekspertiza rəyində göstərilən kitab formalı kulon ona heç vaxt məxsus olmamışdır. Şəkildə göstərilən qızıl-zinət əşyalrın içində iti çəkili qızılları Səbəinə Kərəmova ondan götürümüşdür. 1 (bir) ədəd patron adlı 26 qram çəkidə olan boyunbağını (rus qızılı), iki ədəd 585 əyar “tros sep” ümumilikdə 50 qram çəkidə boyunbağılarını, bir ədəd 8 qram çəkidə nişan üzüyünü və bir ədəd 8-9 qram çəkidə hörmə boyunbağını götürmüş və qalan isə qızıl-zinət əşyalarını ondan almamışdır. Qalan hisəsi onların şəkildə olan qızıl-zinət əşyaların içində olan at nalı və üstündə atın naşı şəkili olan kişi üzüyü və bir cüt şəbəkə uzun, üç bucaq formalı, ortasında mavi rəngli qaşı olan bir cüt sırğanı özünə götürmüş və hal-hazırda özündədir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 satdığı qızıl-zinət əşyalarını köməkçisi Xəyalə Şahsuvarovanın yanında satmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 saxta qızılzinət əşyaları satmamış və 19 fevral 2020-ci il tarixdə 3864/3664 nömrəli ekspertiza qərarında göstərilən əşyalar ona heç vaxt məxsus olmamışdır. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birlikdə 21 dekabr 2019-cu il tarixdə onun yanına gələrək “Tovuz quşu” formasında olan təxminən 10 qram çəkidə olan sırğanı (rus qızılı) göstərək onlara guya bilə-bilə saxta qızıl satdığı barədə demişlər. Həmin onların təqdim etdiyi qızıl-zinət əşyanı 2019-cu ilin yay aylarında satmış, həmin əşyanı Zərərçəkmiş şəxs1 əlindən alaraq “yağdaşla” yoxlamış və qızıl olduğu müəyyən olduqdan sonra onu polis vasitəsi ilə ekspertizaya göndərmək üçün 102 xidmətinə zəng etmiş, polis əməkdaşları ora dərhal gələrək və əlində olan sözü gedən qızıl-zinət əşyanı polis əməkdaşlarına rəsmi qaydada təhvil vermişdir. Həmin “Tovuz Quşu” formalı qızıl-zinət əşyası ilə bağlı Sumqayıt ŞPİ-nin 4-dü bölməsində araşdırma aparılmış və ekspertiza rəyinə əsasən həmin əşya qızıl olduğu müəyyən edilmiş və bu barədə təhiqiqatçı tərəfindən qərar qəbul edilmişdir. Həmin “Tovuz Quşu” formalı qızıl zinət əşya özünə məxsus olmuş, çünki onu Zərərçəkmiş şəxs1 nisyə vermişvə onun pulunu ona ödəməmişdir. Araşdırmadan sonra “Tovuz Quşu” formalı qızılzinət əşya özünə qaytarılmışdır. Səbinənin və Mayanın ona olan borclarını qaytarmamaq üçün onun haqqında həqiqətə uyğun olmayan polisə məlumat vermişlər. Cinayət işinə əlavə edilmiş diskə baxmış, həmin video çəkilişlərin birində o, Zərərçəkmiş şəxs1 "Vhatsap" proqram vasitəsi ilə ona səsli məsaj atır ki pulu qaytar. Oda onu aldtmaq və sakitləşdirmək üçün “səs salma” “gəl puluvu qaytaracam” mesajlarını yazmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ona 10000 min dolar bir 3000 manat isə ayrıca verdiyini demişdir. Zərərçəkmiş şəxs1 ona borcu olmuşdur buna görə də Səbinə ona 7000 manat məbləğində pulu və bir 3000 ABŞ dollar məbləğində pulu ayrıca ödəmişdir. Özünü təqsirli bilmir. Mülki iddianın rədd edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-cu ilin təxminən oktyabr ayından Zərərçəkmiş şəxs2 ilə birlikdə Vüsalə Tahirovadan qızıl al-satqınsa başlamışlar. Zərərçəkmiş şəxs2 ilə qızıl zinət əşyaların pulunu şərik olaraq birlikdə qoyub Vüsalədən qızıl alırmışlar və gəliri yarı-yarıya bölrmüşlər. Lakin 2019-cu ilin may ayından Vüsalə Tahirova də, onlarla şərik olub birlikdə qızıl alqı-satqısına başlamağı təklif etmşidir. Vüsalə ilə razılaşaraq birlikdə 2019-cu ilin may ayında qızıl-zinət əşyaların satışına başlamışlar. Vüsalə Tahirova “Karvan” adlı ticarət mərkəzinin yanında özünə məxsus plastik materialından yığılmış köşkdə qızıl alqı-satqısı ilə məşğuldu, Vüsalə Tahirova və rəfiqəm Zərərçəkmiş şəxs2 qızları birlikdə alıb fərqli qiymətə müştərilərə satdıqdan sonra gəliri üç yerə bölürmüşlər. Əslində isə Vüsalə onları aldadırmış və satdığı qızılın pullarını özündə saxlayırmış və əlavə olaraq onlara saxta qızıl satdıqdan başqa aldadıb pul da alırmış, verdiyi qızıl-zinət əşyaları Vüsalə Tahirova, onları Türkiyədən, Türkmənistandan, İrandan və müxtəlif yerlərdə müştəriləri var və onlardan aşağı qiymətlə iri miqdarda təxminən 2-3 kq çəkidə qızıl zinət-əşyaları alıb Sumqayıt şəhərinə işlətdiyi qızıl alqı-satqısı köşkə satırmış. Həmin köşkdə o, Zərərçəkmiş şəxs2 ilə birlikdə qızıl zinət əşyaları topdan iri miqdarda alırmışlar. Təxminən 2019-cu ilin iyul ayında o, birinci dəfə Vüsalə Tahirovadan 370 qram çəkidə 1 (bir) qramı 37 manata) 10.000 manat dəyərində qızıl-zinət əşyalar almış. Aldığı qızılları isə həmin vaxt tanışlarıma satmışdır. Ondan sonra Vüsalə Tahirovadan yenidən müxtəlif vaxtlarda 3000-5000 manat məbləğlərdə qızıl-zinət əşyaları Zərərçəkmiş şəxs2 ilə birlikdə alırmışlar. Vüsalə Tahirovadan onun verdiyi qızılların saxta müəyyən olduğuna dək alırmışlar. Vüsalə İbrahimovadan aldığı qızılların bir hissəsini Sumqayıt şəhərində yerləşən “Ömər” adlı lombardda və Sumqayıt şəhərində 9 mkr-da yerləşən “Altun” adlı lombarda girov qoymuşlar. 2019-cu ilin dekabr ayında “Altun” adlı lombardda işləyən Elnur adlı işçi ona zəng edərək, Zərərçəkmiş şəxs2 ilə birlikdə verdiyi əşyaların qızıl olmadığını və gəlib götürməyini istəmişdir. Dərhal həmin lombarda getmişlər və orada olan Zərərçəkmiş şəxs2 ilə birlikdə verdiyikləri zinət əşyalarına baxmışlar və Vüsalə Tahirova onları aldadıb bijuteryanl qızıl zinət-əşyası adı ilə satdığı məlum olmuşdur. Həmin vaxt Vüsalə Tahirovaya zəng etmiş və onun onlara satdığı əşyaların saxta olduğu yəni qızıl olmadığı bilərək qızıl-zinət əşya kimi satdığını ondan soruşmuşlar. Vüsalə Tahirova həmin vaxt əşyalar qızıldan olduğunu demiş və "ola bilməz" və yanlarında olan Elnurun səsini eşdikdən sonra Vüsalə telefonu söndürmüşdür. Sonra onlar Vüsalənin yanına getmişlər və o onlara “narahat olmayın səs salmayın özüm həll edəcəm” sözlərini demişdir. Buna baxmayaraq onlar lombarda verdiyikləri 1(bir) ədəd 12,90 qram çəkidə qolbağı, 1(bir) ədəd üzərində dairə gül, romb formalı elementləri və gümüşü rəngli qolbağı, 2 ədəd formalı, üzərində ağ şəffaf qaşları olan qolbaq, metaldan 2(iki) sırğa cütü, 1 (bir) ədəd metaldan üzük, 1(bir) ədəd sarı rəngli metaldan, kitab formalı kulonun pullarını ödəyib həmin əşyaları oradan götürmüşlər. Altun adlı lombarda girov yuxarda qeyd etdiyi əşyaları qoyduğularına görə ayda 800 manat məbləğində pul Zərərçəkmiş şəxs2 ilə birlikdə ödəyirmişlər. Həmçinin 2018-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 ilə şərik olaraq Vüsalə Tahirovadan “Tiffany” adlı komplekt sırğa üzük dəstini 420 manata almışlar. Zərərçəkmiş şəxs2 ilə birlikdə 2018-ci ilin oktyabr ayında Sumqayıt şəhərində “Ömər” adlı lombarda girov qoymuşlar. 2019-cu ilin noyabr ayında “Ömər” adlı lombardının müdürü Orxan ondan və Zərərçəkmiş şəxs2 şikayət etdiyi üçün onlara məlum olmuşdur ki, Vüsalə Tahirovadan aldıqları qızıl-zinət əşyalar saxtadır. “Ömər” adlı lombarda Vüsalə Tahirovadan aldığları qeyd etdiyim əşyaları “Tiffany” adlı komplekti, bir ədəd (Kardinal) boyunbaqı və bir ədəd qolbağını(dairəvi formalı), iki cüt sırğanı girova qoyub ümumilikdə 1300 manat məbləğində pul götürmüşlər.“Ömər” adlı lombarda verdiyikləri əşyaların bir hissəsi onun adına bir hissəsi isə Mayanın adına idi və onlar ümumilikdə həmin lombardın şikayəti ilə bağlı lombarda 1300 (bir min üç yüz) manat məbləğində pul ödəyərək oradan həmin saxta qızılları götürmüşlər. Daha dəqiq, Zərərçəkmiş şəxs2 ilə birlikdə Vüsalə Tahirovadan bir ədəd qolbağı, bir ədəd Kardinal adlı sepi, bir ədəd “Tiffany” adlı dəsti, delfin formalı sırğanı biz 2018-cu ilin oktyabr aylarında almışlar və onu bir hissəsini oktyabr ayında və 2019-cu ilin yanvar ayında “Ömər” adlı lombarda orada işləyən Orxan adlı işçiyə verərək girov qoymuşlar. Girovun pulun isə Vüsaləyə vermişlər ki, o guya yenidən daha satılan və ucuz qızıl-zinət əşyaları gətirəcək. Sonradan onlara məlum olmuşdur ki, həmin əşyalar saxta olub və Vüsalə onları aldadaraq bijuterya əşyaları verib və onlarda bilmədən aparıb lombarda girov qoymuşlar. Ona görə Zərərçəkmiş şəxs2 ilə lombarda pulu ödəmişlər və həmin əşyaları oradan götürmüşlər. Həmin vaxt onlar şərik olduğları üçün birlikdə 1500 manat məbləğində ziyan dəymişdir. Həmin ziyanın yarısı yəni, 750 manat məbləğdə özünə 750 manat məbləğdə isə Zərərçəkmiş şəxs2 dəymişdir. Bundan başqa da, 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 ilə birlikdə Vüsalə Tahirovadan aldığıları 2 ədəd boyunbağı, 2 ədəd qolbağı, bir ədəd kitab formalı zinət əşyanı, 3 ədəd üzük alıb ondan 2019-cu ilin sentyabr ayında həmin əşyaları “Altun” adlı lombarda girov qoyaraq pul götürmüşlər. Girovun pulun isə yenidən Vüsalə Tahirovaya vermişlər. Lakin sonradan, həmin əşyalar saxta olduğu və onlarda yenidən lombarda pulu ödəyərək, həmin əşyaları götürmüşlər və polisə yoxlanılması uçun təhvil vermişlər. Həmin vaxt onlar şərik olduğları üçün birlikdə 3900 manat məbləğində ziyan dəymişdir. Həmin ziyanın yarısı yəni, 1950 manat məbləğdə özünə 1950 manat məbləğdə isə Zərərçəkmiş şəxs2 maddi ziyan dəymişdir.Həmin səbəbdən Zərərçəkmiş şəxs2 ilə Sumqayıt şəhər prokurorluğuna ərizə ilə müraciət edərək, Vüsalə Tahirovanın onlara qızıl adı ilə zinətəşyaların sataraq aldatması barədə məlumat vermişlər və onlara ümumilikdə dələduzluq nəticəsində bizə 5200 (beş min iki yüz) manat məbləğində ziyan dəymişdir. Bundan başqa Vüsalə Tahirova, ona aşağı qiymətə iri miqdarda qızılı zinət əşyaları gəldiyini və onları almaq üçün əlində pulu olmadığını demişdir. Həmin əşyalar onunla birlikdə almağa təklif etmişdir. Vüsalədən soruşduqda,həmin qızıl-zinət əşyaları almaq üçün 3000 (üç min) manat məbləğində pul lazım olduğunu demişdir. Həmin pulu onun işlədiyi yerə aparıb vermiş,lakin Vüsalə verdiyi vədi sonradan əməl etməmişdir. Buna baxmayaraq onlar Zərərçəkmiş şəxs2 ilə birlikdə şərik olaraq ondan qızıl zinət əşyaları alıb öz müştərilərinə satırmışlar və Vüsalənin onları aldadacağını düşünə bilmirmişlər. Buna baxmayaraq Vüsalə Tahirova ondan yenidən 10000 (on min) ABŞ dolları məbləğində 2019-cu ilin oktyabr ayında almışdır ki, xaricdən iri miqdarda qızıl-zinət əşyaları gələtirəcək və onları almaq üçün pul lazımdı. Həmin pulu Vüsalənin işlədiyi yerə aparıb vermiş, lakin sonradan Vüsalə verdiyi vədə əməl etməmiş və ona qızıl verməmiş həmin ona verdiyi 10000 on min ABŞ dolların ondan istədikdə Vüsalə ona borcum guya olduğunu bəhanə edib geri qaytarmamışdır. Zərərçəkmiş şəxs2 ilə birlikdə şifahi razılıq əsasında şərik olaraq 2018-cu ilin oktyabr ayından və 2019-cu ilin sentyabr ayına kimi yalnız X1 qızıl zinət əşyaları alırmışlar və öz müştərilərinə satırmışlar. Həmçinin ona görə də hər iki yuxarda qeyd etdikləri lombardın işçiləri onlara girova qoyduqlarə qızıl-zinət əşyaları Vüsalə Tahirovadan alrmışlar. Bu barədə Orxanın və Elnurun yanında dəfələrlə demişlər və hadisə baş verməmişdən əvvəl də onlar bilirdi ki, kimdən aldıqları qızıl-zinət əşyaları onlar girova qoyurmuşlar. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxs X4 ağır cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2014-cu il tarixdən Sumqayıt şəhərində Sumqayıt ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olmağa başlamış, həmin ticarət mərkəzində özünə məxsus piştaxta yerində ucuz qiymətə qızıl-zinət əşyaları alıb daha bahalı qiymətə sataraq mənfəət əldə edirmiş, Vüsalə Tahirovanı uzun müddət ərzində tanıyırmış, Vüsalə Tahirovaya öznə məxsus plastik materialından yığılmış köşkdə qızıl alqı-satqısı ilə məşğuldur. Vüsalə ilə aralarında uzun müddət ərzində tanışlıq olduğun üçün bir-birələrindən qızıl-zinət əşyaları alıb-satırmışlar. Lakin 2018-ci ilin oktyabr ayından rəfiqəsi Səbinə Kərimova ilə birlikdə Vüsalə Tahirovadan şərik olaraq iri miqdarda qızılzinət əşyaları alıb müxtəlif müştərilərə sataraq yaxud Sumqayıt şəhərində müxtəlif lombardlara girov qoyub gəlir əldə edirmişlər. Əldə edilmiş mənfəəti isə aralarında bölüşməyə razılaşmışlar. Həmin qızıl-zinət əşyaları Vüsalə Tahirova iri miqdarda gətirmiş və Səbinə ilə ondan alıb satırmışlar. 2019-cu ilin may ayından isə Vüsalənin təklifi ilə birlikdə, yəni qızıl alqı-satqısına başlamışlar.Vüsalə dediyinə görə oda həmin qızıl-zinət əşyaları alanda şərik olduğu üçün pul xərcləmişdir. X5 Türkiyədən, Türkmənistandan, İrandan və müxtəlif yerlərdə müştər olduğunu və həmin onlardan aşağı qiymətlə iri miqdarda təxminən 2-3 kq çəkidə qızıl zinət-əşyaları ona gətirmişlər və oda onları alırmış. Vüsalə Tahirovadan 2018-ci ilin oktyabr ayından müxtəlif vaxtlarda qızıl alqı-satqısı üçün pullar vermişlər. Vüsalə Tahirovaya verdiyi pulla qızıl aldıqdan sonra həmin qızılları satarmışlar və bir hissəsini Sumqayıt şəhərində müxtəlif lombardlara girov qoyurmuşlar. Mənfəətin bir hissəsini isə Vüsaləyə verirmişlər ki, həmin pulla o yenidən qızıl-zinət əşyalar alsın. Həmin vaxtdan əldə olunan gəlirdən və birinci qoyduğu maya pulu ilə birlikdə Vüsalə Tahirovanın ümumilikdə ona 22 000 (iyirmi iki min ) manat məbləğində borcu yaranmış və həmin pulları ona indiyə kimi qaytarmamışdır. Vüsalə Tahirovadan qızılları onun verdiyi qızılların saxta olduğu aşkar olanadək alırmışlar. Vüsalə İbrahimovadan aldığı qızılları Sumqayıt şəhərində yerləşən “Ömər” adlı lombarda və Sumqayıt şəhərində 9-cu mikrorayonunda yerləşən “Altun” adlı lombarda girov qoymuşlar. 2019-cu ilin dekabr ayında “Altun” adlı lombardda işləyən Elnur adlı işçi onlara zəng edərək, Zərərçəkmiş şəxs1 ilə birlikdə verdikləri əşyaların qızıl olmadığını deyərək, gəlib götürməklərini istəmişdir. Dərhal həmin lombarda getmiş və orada olan Zərərçəkmiş şəxs2 ilə birlikdə verdikləri zinət əşyalarına baxmışlar və onlara məlum oldumuşdur ki, Vüsalə Tahirova qızıl zinət-əşyası adı ilə onlara bijuterya satmış, həmin vaxt Vüsalə Tahirovaya zəng etdmiş və onun satdığı əşyaların saxta olduğu yəni qızıl olmadığı bilərək qızıl-zinət əşya kimi satdığını ona demişlər. Vüsalə Tahirova həmin vaxt "əşyalar qızıldandı, ola bilməz" demiş və yanımızda olan Elnurun səsini eşdikdən sonra Vüsalə telefonu söndürmüşdür. Sonra Vüsalənin yanına getmişlər və “narahat olmayın səs salmayın özüm həll edəcəm” sözlərini ona demişdir. Buna baxmayaraq lombarda verdiyikləri 1 ədəd 12,90 qram çəkidə qolbağı, 1 ədəd üzərində dairə gül, romb formalı elementləri və gümüşü rəngli qolbağı, 1 ədəd ilan formalı, üzərində ağ şəffaf qaşları olan qolbaq və üzük dəsti, 1 ədəd metaldan sırğa cütü, 1 ədəd metaldan üzük, 1 ədəd sarı rəngli metaldan, kitab formalı kulon, 1 ədəd kitab formalı kulon, bir ədəd sırğanı pullarını ödəyib həmin əşyaları oradan götürmüşlər. Altun adlı lombarda girov yaxarda qeyd etdikləri əşyaları qoyduğuna görə ayda 800 manat məbləğində pul Zərərçəkmiş şəxs1 ilə birlikdə ödəmişlər. Qeyd etdilər Tiffany adlı komplekti Zərərçəkmiş şəxs1 ilə birlikdə 2018-ci ilin oktyabr ayında Sumqayıt şəhərində lombarda girov qoymuş, 2019-cu ilin dekabr ayında “Ömər” adlı lombardının müdrü Orxan ondan və Zərərçəkmiş şəxs2 şikayət etdiyi üçün Vüsalə Tahirovadan aldığları qızıl-zinət əşyalar saxta olduğu müəyyən olnmuşdur.“Ömər” adlı lombarda Vüsalə Tahirovadan aldığları qeyd etdiyi əşyaları “Tiffany” adlı komplekti, bir ədəd sepin və birin ədəd qolbağını girova qoyub ümumilikdə 1300 manat məbləğində pul götürmüşlər. Həmin “Ömər” adlı lombarda girov qoyduğu “Tiffany” komplektə görə ayda təxminən 60 manat məbləğində lombarda pul ödəyirmişlər, “Ömər” adlı lombarda verdiyikləri bir ədəd “Tiffany” komplekti, 1 ədəd qolbağının, 1 ədəd boyunbağının girov pullarını ödədikdən sonra oradan götürmüşlər. Daha dəqiq Zərərçəkmiş şəxs1 ilə birlikdə Vüsalə Tahirovadan aldığqları bir ədəd qolbağı, bir ədəd Kardinal adlı sepi, bir ədəd “Tiffany” adlı dəsti, delfin formalı sırğanı biz 2018-cu ilin oktyabr aylaında almışlar və onu bir hissəsini oktyabr ayında və 2019-cu ilin yanvar ayında “Ömər” adlı lombarda orada işləyən Orxan adlı işçiyə verərək girov qoymuşlar. Girovun pulunu isə Vüsalə Tahirovaya guya onun deməsinə görə o, daha iri miqdarda satılan və ucuz qızıl zinət əşyaları gətirəcəyini demişdir. Sonradan onlara məlum oldu ki, Vüsalə onları aldadaraq qızıl zinət əşyası adı bijuterya satmış və həmin əşyaları da onları aparıb lombarda girov qoymuşlar. Ona görə də, lombarda pulu ödəyərək həmin əşyaları oradan götürmüşlər. Həmin vaxt onlar şərik olduğuğu üçün Səbinə ilə birlikdə 1500 manat məbləğində ziyan dəymişdir. Həmin ziyanın yarısı yəni, 750 manat məbləğdə özünə 750 manat məbləğdə isə Zərərçəkmiş şəxs1 dəymişdir. Bundan başqa da, 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ilə birlikdə Vüsalə Tahirovadan aldığları 2 ədəd boyunbağı, 2 ədəd qolbağı, bir ədəd kitab formalı zinət əşyanı, 3 ədəd üzük alıb ondan 2019-cu ilin sentyabr ayında həmin əşyaları “Altun” adlı lombarda girov qoyaraq pul götürmüşlər. Həmin girovun pulunu yenidən Vüsalə Tahirovaya vermişlər. Lakin sonradan həmin əşyalar saxta oldğu aşkar olunmuş və onlarda lombardın pulu ödəyərək, həmin əşyaları götürmüşlər və polisə yoxlanılması uçun təhvil vermişlər. Həmin vaxt onlar şərik olduğları üçün birlikdə 3900 manat məbləğində ziyan dəymişdir. Həmin ziyanın yarısı yəni, 1950 manat məbləğdə özünə 1950 manat məbləğdə isə Zərərçəkmiş şəxs1 dəymişdir. Həmin səbəbdən o, və Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər prokurorluğuna ərizə ilə müraciət edərək, Vüsalə Tahirovanın onlara qızıl adı ilə zinət-əşyaların sataraq aldatması barədə məlumat vermişlər. Səbinə Kərmova ilə birlikdə şifahi razılıq əsasında şərik olaraq 2018-cu ilin oktyabr ayından və 2019-cu ilin sentyabr aylarına kimi yalnız X1 qızıl zinət əşyaları alırmışlar və öz müştərilərinə satırmışlar. Həmçinin ona görə də hər iki yuxarda qeyd etdikləri lombardın işçiləri onlara girova qoyduqları qızıl-zinət əşyaları Vüsalə Tahirovadan alırmışlar. Bu barədə Orxanın və Elnurun yanında dəfələrlə demişlər və hadisə baş verməmişdən əvvəl də onlar bilirdi ki, kimdən aldığları qızıl-zinət əşyaları onlar girova qoyurmuşlar. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxs X4 ağır cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, 2016-ci il tarixdən Sumqayıt şəhəri, “Ömər” adlı lombarda işləmiş, həmin lombarda müştərilər gətirdiyi qızıl-zinət əşyaları alıb girova qoymuş verdikləri qızılın qiymətinə uyğun olaraq pul vermişdir. Eləcə də, təxminən 2018-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun işlədiyi lombarda gələrək, qızıl zinət əşyaları təqdim etmişdir. Həmin təqdim etdikləri əşyaların qızıl olduğunu ona demişlər və onları uzun müddət ərzində tanıdığı üçün onların təqdim etdiyi əşyaları götürərək tərəzidə çəkmiş və müqavilə tərtib edərək, ümumilikdə onlara təxminən 3000 (üç min) manat məbləğində pul vermişdir. Həmin vaxt X12 qızıl zinət əşyaları aldığlarını bildirmişlər. Həmin pulları onlara qəbzlə vermişdim. Lakin bir ay keçdikdən sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona girov pulu ödəmədikləri üçün onlara zəng edərək, ödəniş etmələrini bildirmiş, əks təqdirdə onların girova qoyduqları qızıl-zinət əşyaları satışa çıxaracağımı demişdir. Təxminən 2019-cu ilin noyabr ayında onların işlədiyi lombarda girova qoyduqları zinət əşyaları satmağa başlamış, lakin onlar “lombarda” qoyduqları zinət əşyaların bir hissəsi “saxta”, yəni bijuteriya olduğunu qızıl metalından hazrılanmadığı müəyyən olunmuş, ona görə də PŞ-nə müraciət edərək, həmin vaxt Maya və Səbinə həmin zinət əşyaların saxata olması barədə məlumatları olmamış, həmin əşyaları ona qızıl satan Vüsalə Tahirova tərəfindən verlmişdir. Onlar 1300 (bir min üç yüz) manat məbləğində saxta qızıl zinət əşyanın pullarını ona ödəmişlər və buna görə də, onlara qarşı heç bir şikayət və tələbi olmamışdır. Həmin qızılar saxta olduğu aşkar olduqda Maya və Səbinə həmin əşyaları Vüsalə Tahirovadan aldığını demişlər. Səbinə və Vüsalə Kərəmova polisə ekspertizadan keçirtmək üçün təqdim etdiyi qızıl zinət əşyalara müstəntiq Əli Məmmədovla birlikdə baxış keçirtmiş, baxış zamanı ümumilikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yuxarıda qeyd etdiyim zaman girova qoymaq üçün təqdim etdiyi əşyaları göstərmiş, həmin əşyaların içində, bir ədəd “Kardinal” adlı boyunbağı, bir ədəd “Tifanyy” adlı üzük-sırğa dəsti, bir ədəd bilərzik, bir cüt sırğa cütü, bir ədəd nazik üzərində delfin formalı olan sırğa dəstini Maya və Səbinənin lombarda girova qoymaq üçün təqdim etdiyini göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və sonradan həmin əşyalar qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində “Mərkəzi univermaqda“ 2017-ci il tarixdən paltar alqı-satqısı ilə məşğul olmağa başlamış, həmin vaxtdan uzun müddət ərzində tanışı Vüsalə Tahirova ilə bir-birilərinə yaxın dükanlarda işləməyə başlamışlar. Vüsalə Tahirova isə orada qızıl-zinət əşyaların alış-verişi ilə məşğul olmağa başlamış,Vüsalə Tahirova ucuz qiymətə yaxınlıqda olan lombardlardan qızıl zinət əşyaları alıb daha yüksək qiymətə satırmış, təxminən 2018-ci oktyabr ayında Vüsalə və onun yanına gələn yaxından tanımadığı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, eşitdiyinə görə iş birliyi qurmağa başlamışlar. X12 iri miqdarlarda qızılzinət əşyalarını alıb imkanlı şəxslərə satmağla məşğul olurmuşlar. Vüsalə Tahirovaya onlar aldığı qızıl zinət-əşyaların bir hissəsini pulunu ödəyərək, daha çox miqdarda qızıl-zinət əşyaları götürülmüşlər, bu barədə Vüsalə Tahirovanın özündən eşitmiş, təxminən 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Vüsalə işlədiyi mağazaya gəlib orada özləri ilə Vüsalə Tahirovadan aldığı qızıl-zinət əşyanı (Tovuz quşu) adlanan sırğa dəstini gətirərək, onun saxta olduğunu və qızıl metalından olmadığını demişlər və orada səs-küy salmışlar. Həmin vaxt Vüsalə onlar göstərdikləri (Tovuz quşu) adlanan qızıl sırğa dəstini alıb xüsusi yağ daşı ilə yoxlayıb qızıl olduğunu onlara sübut etmişdir. Sonra Zərərçəkmiş şəxs1 verdiyi həmin qızıl-zinət əşyanı geri istətmiş, lakin Vüsalə Tahirova sözü getdiyi sırğa cütünü polis əməkdaşların vasitəsi ilə ekspertiza ilə yoxlayıb qızıl olubolmadığın müəyyən etmək üçün özünədə saxlamışdır. Həmin vaxt Vüsalə Tahirova DİNnin 102 xidmətinə zəng edərək, özündə saxladığı qızıl sırğa dəstini eşitdiyinə görə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanışı Vüaslə Tahirovadan saxta, yəni qızıl metalından olmadan zinət əşyalarını alıb lombarda qoyduqlarını eşitmiş, bu barədə heç bir məlumatı olmamı, çünki Vüsalə Tahirova onlara verdiyi qızılları onun yanında ümumi şəkildə tərəziyə qoyub çəkisini müəyyən edib və onlara verirmiş. Lakin bir-bir xüsusi kimyəvi (yağ-daş) vasitə ilə yoxlamırmış və tərəzidə çəkdikdən sonra ümumi şəkildə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qızıl–zinət əşyaları satmaq üçün verirmiş, cinayət işi materiallarında təhqiqatçı tərəfindən əlavə olunmuş foto cədvəldə olan kitab şəkilində təxminən 12 qram çəkidə “Qurani kərim” adlanan qızılı rəngli kulon və kardinal adlı boyunbağı Vüsalə Tahirovada olmuş və onu Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 satmaq üçün vermişdir. Vüsalə Tahirova hansı zinət əşyları onlara satdığı dəqiq yadında qalmamışdır. İş materiallarında olan kompleks-məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 19.02.2020-ci il tarixli 3863/3864 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 1950 (bir min doqquz yüz əlli) manat məbləğində və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1950 (bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, istintaq zamanı 1 ədəd sarı rəngli metaldan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində dairə , gül formalı elementləri və ağ şəffaf qaşları olan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində dairə, gül, romb formalı elementləri və gümüşü rəngli hissələri olan qolbaq, 1 ədəd sarı rəngli metaldan, üzərində tor formalı hörgüsü olan qolbaq,1 ədəd sarı rəngli metaldan qolbaq, 1 ədəd sarı rəngli metaldan, ilan formalı, üzərində ağ şəffaf qaşları olan qolbaq və üzük dəsti, 1 ədəd sarı rəngli metaldan, ürək formalı elementi üzərində “Tiffany” yazısı olan sırğa cütü və üzük dəsti, 1 ədəd sarı rəngli metaldan sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, kibirt formalı, üzərində qırmızı rəngli qaşlar olan sırğa cütü, 1 ədəd sarı-gümüşü rəngli metaldan üzük, 1ədəd sarı rəngli metaldan , ulduz toxunuşlu üzük, 1 ədəd sarı rəngli metaldan, kitab formalı kulon, 1 cüt sarı rəngli metaldan,1 ədədinin ucunda delfin formalı elemeti olan sırğa iş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına verilmişdir. İş materiallarından görünür ki, 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb ediyi üçün maddi sübut kimi tanınıb iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, X6 19.05.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, X6 məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində həbssiz axtarış elan edilmiş və 03.05.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq Sumqayıt şəhər Məhkəməsinə gətirilmişdir. İş materiallarından görünür ki, X3 himayəsində 01 azyaşlı uşağı vardır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 19.05.2020-ci il tarixli qərarından görünür ki, X3 2019-cu ilin avqust ayında “tovuz quşu” adlı qızıl-zinət əşyanı Zərərçəkmiş şəxs2 satması xüsusat üzrə əməlində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 10.08.2020-ci il tarixli iddia ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 24600 manat məbləğində pulun, həmçinin onun tərəfindən çəkilmiş məhkəmə xərclərinin, vəkilə ödənilmiş 260 manat miqdarında vəsaitin, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, etibarnamənin təsdiq edilməsi üçün 11,50 manat pulun cavabdeh X1 tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 05.02.2021-ci il tarixli iddia həcminin azaldılmasına dair ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 2700 manat məbləğində pulun, həmçinin onun tərəfindən çəkilmiş məhkəmə xərclərinin, vəkilə ödənilmiş 260 manat miqdarında vəsaitin, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, etibarnamənin təsdiq edilməsi üçün 11,50 manat pulun cavabdeh X1 tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 05.02.2021-ci il tarixli iddia ərizəsi tam təmin olunmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X3 cinayət əməli nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 2700 manat ziyan vurmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 tərəfindən çəkilmiş məhkəmə xərclərinin, vəkilə ödənilmiş 260 manat miqdarında vəsaitin, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, etibarnamənin təsdiq edilməsi üçün 11,50 manat pulun, ümumilikdə 301,90 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət əməli nəticəsində 2700 manat və Zərərçəkmiş şəxs2 tərəfindən çəkilmiş məhkəmə xərcləri ümumilikdə 301,90 manat pul təqsirləndirilən şəxs X1 alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 10.08.2020-ci il tarixli iddia ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 22600 manat məbləğində pulun, həmçinin onun tərəfindən çəkilmiş məhkəmə xərclərinin, vəkilə ödənilmiş 260 manat miqdarında vəsaitin, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, etibarnamənin təsdiq edilməsi üçün 11,50 manat pulun cavabdeh X1 tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 05.02.2021-ci il tarixli iddia həcminin azaldılmasına dair ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 2700 manat məbləğində pulun, həmçinin onun tərəfindən çəkilmiş məhkəmə xərclərinin, vəkilə ödənilmiş 260 manat miqdarında vəsaitin, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, etibarnamənin təsdiq edilməsi üçün 11,50 manat pulun cavabdeh X1 tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 05.02.2021-ci il tarixli iddia ərizəsi tam təmin olunmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X3 cinayət əməli nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 2700 manat ziyan vurmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 tərəfindən çəkilmiş məhkəmə xərclərinin, vəkilə ödənilmiş 260 manat miqdarında vəsaitin, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, etibarnamənin təsdiq edilməsi üçün 11,50 manat pulun, ümumilikdə 301,90 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət əməli nəticəsində 2700 manat və Zərərçəkmiş şəxs1 tərəfindən çəkilmiş məhkəmə xərcləri ümumilikdə 301,90 manat pul təqsirləndirilən şəxs X1 alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X3 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır. Onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, X3 himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri, təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, X3 03.05.2021-ci il tarixdə 01 gün tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın çəkilməsi müddəti X6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalıdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddialar tam təmin olunmalı, iş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə ekspertiza xərci 151 manat 56 qəpik (yüz əlli bir manat əlli altı qəpik) manat təqsirləndirilən şəxs X1 tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Pİ-nin saxlanc anbarında saxlanılan 1 ədəd sarı rəngli metaldan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində dairə, gül formalı elementləri və ağ şəffaf qaşları olan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində dairə, gül, romb formalı elementləri və gümüşü rəngli hissələri olan qolbaq, 1 ədəd sarı rəngli metaldan, üzərində tor formalı hörgüsü olan qolbaq, 1 ədəd sarı rəngli metaldan qolbaq, 1 ədəd sarı rəngli metaldan, ilan formalı, üzərində ağ şəffaf qaşları olan qolbaq və üzük dəsti, 1 ədəd sarı rəngli metaldan, ürək formalı elementi üzərində “Tiffany” yazısı olan sırğa cütü və üzük dəsti, 1 ədəd sarı rəngli metaldan sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, kibirt formalı, üzərində qırmızı rəngli qaşlar olan sırğa cütü, 1 ədəd sarı-gümüşü rəngli metaldan üzük, 1ədəd sarı rəngli metaldan, ulduz toxunuşlu üzük, 1 ədəd sarı rəngli metaldan, kitab formalı kulon, 1 cüt sarı rəngli metaldan, 1 ədədinin ucunda delfin formalı elemeti olan sırğa iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, X3 03.05.2021-ci il tarixdə 01 gün tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılsın və X3 üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti X6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X6 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. X3 üzərinə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Sumqayıt və Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia tam təmin olunsun. Cinayət əməli nəticəsində 2700 manat və Zərərçəkmiş şəxs2 tərəfindən çəkilmiş məhkəmə xərcləri ümumilikdə 301,90 manat pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh X1 alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tam təmin olunsun. Cinayət əməli nəticəsində 2700 manat və Zərərçəkmiş şəxs1 tərəfindən çəkilmiş məhkəmə xərcləri ümumilikdə 301,90 manat pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh X1 alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 151 manat 56 qəpik (yüz əlli bir manat əlli altı qəpik) manat təqsirləndirilən şəxs X1 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Pİ-nin saxlanc anbarında saxlanılan 1 ədəd sarı rəngli metaldan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində dairə, gül formalı elementləri və ağ şəffaf qaşları olan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində dairə, gül, romb formalı elementləri və gümüşü rəngli hissələri olan qolbaq, 1 ədəd sarı rəngli metaldan, üzərində tor formalı hörgüsü olan qolbaq, 1 ədəd sarı rəngli metaldan qolbaq, 1 ədəd sarı rəngli metaldan, ilan formalı, üzərində ağ şəffaf qaşları olan qolbaq və üzük dəsti, 1 ədəd sarı rəngli metaldan, ürək formalı elementi üzərində “Tiffany” yazısı olan sırğa cütü və üzük dəsti, 1 ədəd sarı rəngli metaldan sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, kibirt formalı, üzərində qırmızı rəngli qaşlar olan sırğa cütü, 1 ədəd sarıgümüşü rəngli metaldan üzük, 1ədəd sarı rəngli metaldan, ulduz toxunuşlu üzük, 1 ədəd sarı rəngli metaldan, kitab formalı kulon, 1 cüt sarı rəngli metaldan, 1 ədədinin ucunda delfin formalı elemeti olan sırğa iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar