Məhkəmə qərarları › İş №1(060)-26/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-26/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-26/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin 16.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş, Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsi, 2 saylı fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ siyahısı ilə müəyyən edilmiş qanunsuz yolla satış məqsədi ilə əldə etdiyi 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 5 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,388 qram, 0,386 qram, 0,371 qram, 0,414 qram, 0,393 qram, ümumi təmiz çəkisi 1,952 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamini, 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,212 qram, 0,280 qram, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0,058 qram, ümumi təmiz çəkisi 0,550 qram qəhvəyi rəngli kusar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroini və səthində metamfetamin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd markası oxunmayan gümüşü rəngli elektron tərəzini 22 aprel 2021-ci il tarixdə saat 23:20-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində öz üzərində gəzdirməklə saxlamış, həmin gün saat 23:20 radələrində Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins gödəkçənin sağ yan cibindən satış məqsədi ilə saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 5 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,388 qram, 0,386 qram, 0,371 qram, 0,414 qram, 0,393 qram, ümumi təmiz çəkisi 1,952 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə olan şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamini, 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,212 qram, 0,280 qram, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0,058 qram, ümumi təmiz çəkisi 0,550 qram qəhvəyi rəngli kusar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroin və səthində metamfetamin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd markası oxunmayan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, daimi olaraq heç bir yerdə işləmir, narkotik vasitələrin istifadəçisidir. 21.04.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda olarkən bir nəfər əvvəllər tanımadığı şəxslə tanış olmuşdur. Onlar söhbət edərkən həmin şəxs ona üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddələri ona sata biləcəyini demişdir. Həmin şəxsdən narkotik vasitələr almış və üzərində gəzdirmişdir. Dəqiq tarixi xatırlamır, bir və ya iki gün sonra onu Sumqayır şəhəri 1-ci mikrorayonla 2-ci mikrorayon arasında olan parkda olarkən polis əməkdaşları tərəfindən saxlanaraq PB-nə gətirilmişdir. Üzərində həmin vaxt bir büküm metamfetamin və bir büküm heroin olmuş, yəni, cəmi iki büküm narkotik vasitə olmuşdur. Lakin, PB-də onun döyülərək üzərinə əlavə bükümlərdə olan narkotiklər və bir ədəd elektron tərəzi qoymuşlar, dəfələrlə işgəncə verdikdən sonra videokamera çəkilişində həmin bükümlərin və tərəzinin ona məxsus olduğunu bildirmişdir. Onda olan xəsarətlərə görə bir ay əziyyət çəkmiş, xəsarətləri 3 saylı İstintaq Təcridxanasında qeydə alınmışdır. Ona elan edilmiş ittihamla razı deyil, üzərində öz istifadəsi üçün iki büküm narkotik vasitə olmuş və bununla bağlı əməlindən peşmandır və istifadəçi kimi cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi öz ifadəsinin qismən etirafedici hissəsi ilə bərabər, işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmədə elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi 2 saylı fərdi evdə yaşayır, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, heç bir psixi xəstəlik keçirməmişdir. Hal-hazırda daimi olaraq heç bir yerdə işləmir. Uzun illərdir narkotik vasitələrin istifadəçisidir. O, 21.04.2021-ci il tarixdə Bakı şəhəri 20 Yanvar metrosundan 300 metr aşağıda “3-ün kruqu” adlandırılan ərazidə olarkən bir nəfər əvvəllər tanımadığı şəxslə tanış olmuşdur. O, həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu, eyni zamanda həmin şəxsdə də onun narkotik vasitə istifadəçisi olduğum bilmişdir. Onlar söhbət edərkən həmin şəxs ona üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddələri sata biləcəyini demişdir. O da həmin şəxslə razılaşmış və 25 manata şəxsi istifadəsi üçün 5 ədəd şəffaf rəngli sellofan bükümdə selofanlarla bilrikdə ümumi çəkisi təxminən 2 qram olan psixotrop maddə metamfetamin, 2 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroin və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə, bükümlərlə birlikdə çəkisi təxminən 1 qram olan heroini almışdır. O, aldığı maddələri götürməzdən öncə aldadılmadığından əmin olmaq üçün üzərində gəzdirdiyi tərəzi ilə həmin narkotik vasitələri ölçmüş və həmin maddələrin ona deyilən çəkilərə uyğun gəldiyini görmüşdür. O, həmin şəxsdən metamfetamin və heroini alıb Bakı şəhərində işlərini qurtardıqdan sonra Sumqayıt şəhərinə gəlmişdir. O, həmin şəxsi tanımadığını, lakin təxminən 180 boylarında, uzun saclı, kök olması yadında qalmışdır deyə qeyd etmişdir. O, aldığı narkotik vasitəni öz üzərində gəzdirmişdir ki, rahat yer tapanda özü üçün istifadə etsin. O, həmin maddələri istifadə etmək üçün kağızdan boru formasında trubka hazırlayıb əynində olan cins gödəkçənin sağ döş cibinə qoymuşdur. 22.04.2021-ci il tarixdə saat 23:20-də Sumqayır şəhəri 1-ci mikrorayon ərazisində olan zaman 3(üç) nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onu oğurluqda şübhəli bilindiyi üçün saxladıqlarını bildirərək aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə davət etmişlər. O, polis bölməsinə getməkdən imtina etməmişdir. O, yolda gedərkən düşünmüş ki, polis bölməsində polis əməkdaşları onun üzərindən narkotik və psixotrop maddə olduğunu biləcəklər, bu səbəbdən o, polis bölməsinə gətirilən zaman üzərində narkotik vasitə saxladığını polis əməkdaşlarına demiş. PB-nə gətirildikdən sonra polis əməkdaşları videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O, isə buna etiraz etməmişdir. PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş verilmiş, o, bildirişlə tanış olmuş. Daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhər 1saylı Vəkil Bürosunun vəkili X3 ona təqdim edilmişdir. O, təqdim edilmiş vəkilə heç bir etiraz etməmişdir. Daha sonra isə ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübutun olub olmadığı sual olunan zaman özü əynində olan cins gödəkçənin sağ yan cibində saxladığı şəffaf rəngli sellofan paketi və bir ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Həmin sellofan paketin içərisinə baxılarkən sellofan paketdə 5 ədəd şəffaf rəngli sellofan bükümün içərisində spesifik iyə malik ağ rəngli kristal şəkilli narkotik vasitəyə bənzər maddələrin, 2 ədəd şəffaf rəngli sellofan bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddənin, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunan ağ rəngli spesifik iyə malik kristal şəkilli maddələr narkotik vasitə olan “şüşə”, qəhvəyi rəngli spesifik iyə malik maddələr narkotik vasitə olan “kakos” olduğunu, aşkar olunmuş həmin maddələri 21.04.2021-ci il tarixdə Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 25 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş ağ rəngli spesifik iyə malik kristal şəkilli maddələr tərəziyə qoyulub çəkilən zaman hər bir bükümdəki maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0,42 qram, 0,42 qram, 0,44 qram, 0,43 qram, 0,41 qram, həmin maddələrin ümumi çəkisinin 2,12 qram olduğu aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddələr tərəziyə qoyulub çəkilən zaman hər bir bükümdəki maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0,38 qram, 0,39 qram, gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilən zaman həmin bükümdəki maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 0,13 qram qəhvəyi rəngli spesifik iyə malik maddələrin ümumi çəkisinin 0,90 qram olduğu müəyyən edilmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi gümüşü rəngli tərəzidən nə məqsədlə istifadə etdiyini soruşduqda şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini söyləmişdir. Bundan başqa polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins gödəkçənin sağ sinə cibindən bir ədəd kağızdan hazırlanmış boru formalı, içərisi isə gümüşü rəngli kağız ilə örtülmüş əşya aşkar edilmişdir. O, həmin əşyanı“ trubka ” aldandıraraq narkotik və psixotrop maddəni istifadə etmək üçün üzərində gəzdirdiyini qeyd etmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları təqdim etdiyi narkotik vasitələrin nə üçün ayrı ayrı bükümlər vəziyyətində olduğunu soruşduqda o, aldığı zaman həmin maddələrin ayrı ayrı bükümlər halında olduğunu söyləmişdir. Əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən aşkar olunmuş yaş salfetka və axtarış sırasında yoxlanılması üçün başından cıxartdığı papaq xüsusi əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Şəxsi axtarış zamanı hüquqlarını müdafiə edən vəkil Polad Məhərrəmov ona polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı bir zor, təzyiq göstərilməsini soruşmuş, o, da ona heç bir zor və ya təzyiq göstərilmədiyini bildirmişdir. Aşkar olunmuş narkotik və psixotrop maddələr, bir ədəd elektron tərəzi, bir ədəd kağızdan hazırlanmış boru formalı içərisi isə gümüşü rəngli kağız ilə örtülmüş əşya xüsusi qaydada qablaşdırılıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənərək götürülmüş. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o, da həmin protokolu digər iştirakçılar kimi doğruluğunu öz imzası ilə imzalamışdır. Bundan əlavə o, ifadəsində ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmadığını, üzərində aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini aldığı şəxsi tanımadığını, Bakı şəhəri 20 Yanvar metrosundan 300 metr aşağıda “3-ün kruqu” adlandırdığı ərazidə tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını, üzərindən aşkar olunmuş tərəzidən narkotik vasitəni alan zaman çəkidə onu aldatmasınlar deyə üzərində gəzdirdiyini, narkotik vasitəni alan zaman ilk öncə onu tərəzisilə ölçüb daha sonra aldığını, “trubka” adlandırdığı əşyadan isə narkotik vasitələr çəkmək üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilmədiyini, Sumqayıt ŞPİ-nin 4-cü PB-də təhqiqatçı tərəfindən 4-cü polis bölməsində üzərinə şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşlarının onun üzərinə saxlanıldığı yerdə baxış keçirmədiklərini göstərmişdir. Eyni zamanda o, üzərindən ayrı bükümlərə yığılmış ümumilikdə 8 ədəd bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin özü bölməmiş, o, narkotik vasitəni alan vaxt onlar artıq ayrı ayrı bükümlərdə olmuş, o, mobil telefon istifadə etmədiyi üçün onun mobil nömrəsi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən polis kapitanı Şahid3 bildirmişdir ki, 22.04.2021-ci il tarixdə, saat 23:20-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində piyada hərəkət edən zaman Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1, baş əməliyyat müvəkkili Şahid2 birlikdə saxlamışlar, özlərini təqdim edərək oğurluq hadisələrində şübhəli olduğunu bildirib Mahiri Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nə dəvət etmişlər, Mahir də da heç bir müqavimət göstərmədən onlarla Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nə gəlməyə razılaşmışdır. Onlar yolda gedərkən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilən zaman Mahir özünü şübhəli apardığı üçün onlar Mahirdən üzərində narkotik vastə olub olmamasını soruşmuşlar. Mahir də onlara üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra bu barədə rəhbərliyə məruzə olunmuş və Mahirə üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhəli olduğu üçün üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı deyilmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsə hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərindəşəxsi axtarış aparılacağı bildirilən zaman buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Videoçəkiliş Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektorkriminalisti Elnur Qocayev tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etmək təklif olunmuş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins gödəkçənin sağ yan cibində saxlamış olduğu şəffaf rəngli sellofan paketi və bir ədəd markası məlum olmayan gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Həmin sellofan paketin içərisinə baxarkən sellofan paketdə 5 ədəd şəffaf rəngli sellofan bükümün içərisində spesifik iyə malik ağ rəngli kristal şəkilli narkotik vasitəyə bənzər maddələrin, 2 ədəd şəffaf rəngli sellofan bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddənin, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Şəxsi axtarış Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin nə olduğunu və haradan əldə etdiyini soruşulduqda, verilən suallara cavab olaraq ağ rəngli spesifik iyə malik kristal şəkilli maddələrin narkotik vasitə olan “şüşə”, qəhvəyi rəngli spesifik iyə malik maddələrin isə narkotik vasitə olan “kakos” olduğunu, həmin maddələri 21.04.2021-ci il tarixdə Bakışəhəri 20 yanvar metrosu ərazisində tanımadığı şəxsdən 25 manata aldığını vəşəxsi istifadəsi üçün üzərində gəzdirdiyini qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşşəffaf rəngli sellofana bükülmüş ağ rəngli spesifik iyə malik kristal şəkilli maddələr tərəziyə qoyulub çəkilən zaman hər bir bükümdəki maddənin şəffaf rəngli sellofan ilə birlikdəçəkisinin 0,42 qr, 0,42 qr, 0,44 qr, 0,43 qr, 0,41 qr, həmin maddələrin ümumi çəkisinin 2,12 qram olduğu aşkar olunmuş, şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddələr tərəziyə qoyulub çəkilən zaman hər bir bükümdəki maddənin şəffaf rəngli sellofan ilə birlikdəçəkisinin 0,38 qr, 0,39 qr, gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilən zaman həmin bükümdəki maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdəçəkisinin 0,13 qram, qəhvəyi rəngli spesifik iyə malik maddələrin ümumi çekisinin 0,90 qram olduğu müəyyən edilmişdir. Onlar Mahirin təqdim etdiyi gümüşü rəngli tərəzidən nə məqsədlə istifadə etdiyini soruşduqda o,şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini söylədi. Daha sonra həmin şəxsin üzərinə tərəflərindən baxış keçirilmiş və bu zaman cins gödəkçəsinin sağ sinə cibindən 1 ədəd kağızdan hazırlanmış boru formalı, içərisi isə gümüşü rəngli kağız iləörtülmüşəşya aşkar edilmişdir. Təqsirləndirilən şəxs “trubka” adlandırdığı həmin əşyanı şəxsi istifadəsi üçün yəni narkotik vasitəni çəkmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitələrin nə üçün büküm vəziyyətində olduğu soruşulduqda narkotik vasitələri aldığı zaman həmin maddələrin büküm halında olduğunu söyləmişdir. Əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən aşkar olunmuş yaş salfetka və axtarış sırasında yoxlanılması üçün başından cıxartdıqları papaq xüsusi əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Aşkar olunmuş həmin maddələr, bir ədəd elektron tərəzi bir ədəd kağızdan hazırlanmış boru formalı içərisi isə gümüşü rəngli kağız ilə örtülmüş əşya xüsusi qaydada qablaşdırılmış, Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi həmin protokolu öz imzası iıə imzalamışdır. Eləcə də o, ifadəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təziq göstərilmədiyini, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etdiyini, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, həmin maddələri Bakı şəhəri 20 yanvar metrosu ərazisində tanımadığı şəxsdən 25 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirildiyini, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəyini, Təqsirləndirilən şəxs üzərində aşkar olunan tərəzini və “trubka” adlandırdığı əşyanı nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda tərəzini elə-belə aldığını, “trubka” adlandırdığ ıəşyanı isə üzərində aşkar olunan narkotik və psixotrop maddələrdən istifadə etmək üçün üzərində gəzdirdiyini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmadığını, Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması barədə onlarda əməliyyat məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanarkən və PB-də olarkən ona hər hansı fiziki zorakılıq tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 Şahid3 göstərdiyi xüsusatları təstiq edərək onunla eyni məzmunlu ifadə verdi. Məhkəmədə cinayət prosesi tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru X4 və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, mayoru Şahid2 elan edilmiş ifadəsindən görünür ki, həmin ifadə şahidlər Şahid3 və Şahid1 ifadəsi ilə oxşar məzmunludur. İşdə olan protokoldan görünür ki, 22.04.2021-ci il tarixdə saat 23:20-də Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Kənan Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan qərarın surətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 24.04.2021ci il tarixli, 4(060)-177/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 23.04.2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan cins gödəkçənin sağ yan cibində saxlamış olduğu şəffaf rəngli sellofan paketi və 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Həmin sellofan paketin içərisinə baxarkən sellofan paketdə 5 ədəd şəffaf rəngli sellofan bükümün içərisində spesifik iyə malik ağ rəngli kristal şəkilli narkotikə bənzər maddələri, 2 ədəd şəfaf rəngli aellofan bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddənin, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edimişdir. Sorğu zamanı o bildirmişdir ki, ondan aşkar olunan ağ rəngli spesifik iyə malik kristal şəkilli maddələr narkotik vasitə olan şüşə, qəhvəyi rəngli spesifik iyə malik maddələr narkotik vasitə olan kakosdur, aşkar olunmuş həmin maddələri 21.04.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 25 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Eyni zamanda üzərindən aşkar olunan elektron tərəzini də öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Mahir Xəlil oğlunun üzərində şxsi axtarış keçirilən zaman sonuncu əynində olan cins gödəkçənin sağ sinə cibindən 1 ədəd kağızdan hazırlanmış boru formalı, içərisi isə gümüşü rəngli kağız ilə örtülmüş əşya aşkar edilmişdir. Mahir Xəlil oğlu həmin əşyanı “trubka” adlandıraraq şəxsi sitifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Mahir Xəlil oğlunun üzəridən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş ağ rəngi spesifik iyə malik kristalşəkilli maddələr tərziyə qoyulub çəkilən zaman hər bükümdəki maddənin şəffa rəngli sellofan ilə birlikdə çəkisinin 0,42 qram, 0,42 qram, 0,44 qram, 0,43 qram, 0,41 qram həmin maddələrin ümumi çəkisinin 2,12 qram olduğu aşkar olunmuş, şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddələr tərəziyə qoyulub çəkilən zaman hər bir bükümdəki maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0,38 qram, 0,39 qram, gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddələrin ümumi çəkisinin 0,90 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş maddələr həmin maddələr, 1 ədəd elektron tərəzi, 1 ədəd kağızdan hazırlanmış boru formalı, içərisi isə gümüşü rəngli kağız ilə örtülmüş əşya xüsusi qaydada qablaşdırımışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23.04.2021-ci il tarixli,6/1604№li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №128 ” möhür əksi, “Vət. Təqsirləndirilən şəxsmum üzərindən aşkar olunmuş ...” və s. yazıları olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,212qram; 0,058qram; 0,280qram; ümumi təmiz çəkisi 0,550 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,388qram; 0,386qram; 0,371qram; 0,414qram; 0,393qram; ümumi təmiz çəkiləri 1,952 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 05 ədəd bükümdəki bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; təqdim edilmiş tərəzinin səthində metamfetaminin izləri müəyyən edildi. Tərəzinin səthində metamfetamin iz şəklində olduğu üçün təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Boru formalı predmetde heç bir maddə izləri müəyyən edilmədi. İş materillarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 20.05.2021-ci il tarixli, 1530 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,212qram; 0,058qram; 0,280qram; ümumi təmiz çəkisi 0,550 qram olan heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,460 qramı, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,388qram; 0,386qram; 0,371qram; 0,414qram; 0,393qram; ümumi təmiz çəkiləri 1,952 qram olan metanfitaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,852 qramı, elektron tərəzi və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 04.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq Məhkəməsinin 12.07.1996-cı il tarixli hökmünə əsasən əməyə mütləq cəlb olunmaqla 02 il şərti cəzaya məhkum edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq Məhkəməsinin 19.11.1997ci il tarixli hökmünə əsasən əməyə mütləq cəlb olunmaqla 01 il 02 ay şərti cəzaya məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 16.08.2007-ci il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 21.01.2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 22 Saylı MKS tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır. Sumqayıt şəhər Məhkəməsinin 29.11.2011-ci il tarixli hökmü ilə 177.2.1və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon Məhkəməsinin 30.07.2014-cü ildə 04 ay 21 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 08.04.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayıt Məcəlləsinin 128-ci maddəsində təqsirli bilinərək 06 ay 15 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 23.10.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********** nömrəli cinayət işi məhkəməyə göndərilmişdir. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsini 09.12.2021-ci il tarixli, 7(060)- 229/2021 saylı qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-310/2021 saylı, 16 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən hökmlə ona təyin olunmuş cəzadan azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 23 saylı MSK tərəfindən verilmiş 390 saylı, 27.04.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs ailəsi 30.05.1980-ci il təvəllüdlü həyat yoldaşından və 12.04.2010-cu il təvəllüdlü qızından (X5) ibarətdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında tutulan zaman polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasına dair göstərdiyi xüsusatlar araşdırılması məqsədi ilə məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasının TSH-da tərtib olunmuş 27 aprel 2021-ci il tarixli tibb kitabçasının surətindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs sol ayağının pəncə nahiyyəsində çapıq toxuması aşkar edilmişdir. Dəri səthində üzərində yeni xəsarət aşkar olunamamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışnda tutulan zaman polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasına dair göstərdiyi xüsusatlar araşdırılması üçün Sumqayıt rayon prokurorluğuna göndərilmiş, toplanmış material üzrə 12.01.2022-ci ildə cinayət işi başlanması rədd edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik maddələrin satış məqsədi olmadan iki bükümdə narkotik vasitə əldən edib üzərində daşımasına dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun bu hissəsdə göstərdikləri işin hallarına uyğun və inandırıcı deyildir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış, şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə ittihamda qeyd edilən kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən bükümlərdə və çəkidi olan narkotik vasitə, psixotrop maddə olan metafetamin və tərəzi üzərində aşkar edilmiş, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilən zamanı aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını, lakin satış məqsədi olmadan gəzdirməsini bilərərək, ona polis əməkdaşları tərəfindən fiziki təzyiq götərilməsi barədə məlumat verməmişdir. Bundan başqa ibtidai istintaq zamanı ittihamda qeyd edilən bükümdə və çəkidi olan narkotik vasitə, psixotrop maddə hesab edilən metafetamin və tərəzinin ona məxsus olmasına dair ifadə vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üzərindən 05 (beş) ədəd bükümdə psixotrop maddə olan metanfitaminin və 03 (üç) ədəd bükümdə narkotik vasitə olan heroinin aşkar olunması, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması onun satış məqsədini təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,212 qram; 0,058qram; 0,280qram; ümumi təmiz çəkisi 0,550 qram psixotrop maddə metafetamin, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,460 qram, -0,439 qram, - 0,065 qram, -0,062 qram olmaqla ümumi təmiz çəkisi -1,026 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq, üzərində eyni zamnda elektron tərəzinin saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, narkotok vasitəni qanunsuz əldə edib saxladığına və daşıdığına görə peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 18.4.3-cü maddəsinə əsasən götürülmüş və ödənilmiş məhkumluqlar cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Həmçinin onun üzərində çəkilməmiş cəza yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 22.04.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,460 qramı, psixotrop maddə metanfitaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,852 qramı və elektron tərəzi məhv edilməli, bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,460 qramı, psixotrop maddə olan metanfitaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,852 qramı və elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar