Məhkəmə qərarları › İş №1(060)-26/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-26/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-26/2023 25.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, mənzil 30-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə saat 13:00-da Baş Sumqayıt st. X20 əməkdaşlarının Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılaraq dəvət olunduğu Sumqayıt şəhəri, Baş Sumqayıt dəmir yolu stansiyası ərazisində yerləşən xətt polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan cins şalvarının qabaq sol cibindən içərisindən istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı 1,082 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 06 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhər ərazisində fəhlə işi axtarmaq məqsədi ilə Baş Sumqayıt dəmir yolu stansiyası ərazisinə gedərkən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən parkda yerdən bir ədəd kağız bükülü görmüş, bükülünü götürmüş və içərisinə baxmış, içərisində narkotik vasitə olmasını aşkar etmiş, narkotik vasitələrdən əvvəllər istifadə etdiyi üçün narkotik vasitəni tanımış və şəxsi istifadəsi üçün götürmüşdür. Bundan sonra iş axtarmaq məqsədi ilə Baş Sumqayıt dəmir yolu stansiyası ərazisinə getmiş, həmin yerdə olarkən ona polis əməkdaşları yaxınlaşmış, onun üzərində narkotik vasitə olması, onun narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatlarının olmasını ona deməklə Baş Sumqayıt st. XPB-nə dəvət etmişlər. Bundan sonra xidməti otaqların birində təhqiqatçı ona vəkil təüdim etmiş və videoçəkilişlə onun üzərinə şəxsi-axtarış keçirilməsinə etirazının olub-olmamasını ondan soruşmuşdur. O, buna etiraz etməmiş və təhqiqatçı ona hüquq və vəzifələrini bir də izah etmiş, ona bu barədə bildiriş vermiş, üzərində qanuna zidd nə varsa çıxardıb masanın üzərinə qoymasını xahiş etmişdir. O da cins şalvarının qabaq sol cibində olan içərisində narkotik vasitə olan ağ kağız bükülünü masanın üzərinə qoymuş, sonra təhqiqatçı bükülünün içərisinə baxmış, orada narkotik vasitəni aşkar etmişdir. Sonra təhqiqatçı narkotik vasitəni masanın üstündən götürərərk ekspertizaya təqdim edilməsi üçün zərfə qoyub möhürləmiş və qablaşdırmışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPBnin PPXM-nın, polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 06 yanvar 2022-ci il tarixdə Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nə 35-40 yaşında olan, Sumqayıt şəhər sakini Həbib adlı şəxsin Baş Sumqayıt dəmir yolu stansiya ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də stansiyanın ərazisində əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Həmin tarixdə saat 13 radələrində o, Baş Sumqayıt st. XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və PPXM-nın polis nəfəri X2 ilə əməliyyat məlumatı əsasında Baş Sumqayıt dəmir yolu stansiyasının ərazisinə gedib orada bir qədər durduqdan sonra 35-40 yaşında olan bir nəfər şəxsin stansiya ərazisinə gəldiyini görmüşlər. Bu vaxt o, yanında olan polis əməkdaşları ilə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, onun narkotik vasitələrin istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olması barədə bildirmiş, onu zərurət yanadığı üçün Baş Sumqayıt st. XPB-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birgə Baş Sumqayıt st. XPB-nə gəlmişdir. Baş Sumqayıt st. XPB-də həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra X6 xidməti otağında Həbibin üzərinə onun vəkili və digər polis əməkdaşlarının iştirakı ilə keçiriləcək şəxsi-axtarış zamanı videoçəkilişinin aparılması üçün onu dəvət etmişdir. O, videoçəklişə başladıqda təhqiqatçı Elməddin Təqsirləndirilən şəxs bölməyə dəvət olunma səbəbini demiş, ona hüquq və vəzifələrini izah etmiş və bildiriş təqdim etmişdir. X11 Yusifova müraciət edərək üzərində olan qanuna zid predmetləri çıxararaq qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt Həbib əynində olan göy rəngli cins şalvarının sol qabaq, yan cibindən ağ rəngli kağıza bükülmüş, bir ədəd bükülünü təqdim edərək həmin bükülüdə narkotik vasitə olmasını bildirmişdir. Şəxsi-axtarış zamanı ağ kağız bükülüyə baxılarkən içərisində qəhvəyi rəngi maddə aşkar olunmuş, Həbib təqdim etdiyi bir ədəd kağız bükülüdə olan narkotik vasitəni 06 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9- cu mkn ərazisindən tapdığını qeyd etmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ kağızda olan bükülünü qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq möhürlənmiş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Xaçmaz st. XPŞ-də Baş Sumqayıt st. XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 elan edilmiş ifadəsindən görünür ki, 06 yanvar 2022-ci il tarixdə Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nə 35-40 yaşında olan, Sumqayıt şəhər sakini Həbib adlı şəxsin Baş Sumqayıt dəmir yolu stansiya ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, buna görə də stansiyanın ərazisində əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmış, həmin tarixdə saat 13 radələrində o, Baş Sumqayıt st. XPB-nin PPXM-nin polis nəfəri, polis serjantı Şahid2 və PPXM-nin polis nəfəri, polis baş serjantı X2 ilə birlikdə əməliyyat məlumatı əsasında Baş Sumqayıt dəmir yolu stansiyasının ərazisinə getmiş, orada bir qədər durduqdan sonra 35- 40 yaşında olan bir nəfər şəxsin stansiya ərazisinə gəldiyini görmüş, bu vaxt o, yanında olan polis əməkdaşları ilə birlikdə ona yaxınlaşmış, özlərini təqdim edərək həmin şəxsə narkotik vasitəldən istifadə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmasını bildirmiş və onu zərurət yanadığı üçün Baş Sumqayıt st. XPB-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birgə Baş Sumqayıt st. XPB-nə gəlmiş, Baş Sumqayıt st. XPB-də həmin şəxs özünü təqdim edərək ünvan 1 ünvanın sakini Təqsirləndirilən şəxs olmasını demişdir. Sonra Təqsirləndirilən şəxs Baş Sumqayıt st. XPBnin inzibati binasına təhqiqatçı, polis kapitanı Elməddin Həsənovun xidməti otağına dəvət edilmiş, bu vaxt o, bölməyə dəvət edilmiş Həbibin barəsində rəhbərliyə məruzə etmiş, bundan sonra X6 bölməyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində bölməyə əməliyyat məlumatı daxil olmasını demiş, ona vəkillər siyasim təqdim etmiş, siyahıdan vəkil seçməsini təklif etmiş, Həbib siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmiş, bundan sonra təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən X9 dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs və onun vəkili Nadir Lalayev tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı Elməddin vəkilə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi-axtarışda iştirak etməsini təklif etmiş, vəkil şəxsi-axtarış keçirilməsində iştirakına etiraz etməmiş, sonra PPX-nin, polis nəfəri, polis baş serjantı Elsəvən Abdullayevin iştirakı ilə Həbibə videoçəkilişlə onun üzərinə şəxsi-axtarış keçiriləcəyini deyərək buna onun etirazının olub-olmamasını soruşmuşdur. Həbib cavab olaraq onun üzərinə videoçəkilişlə şəxsi-axtarış keçirilməsinə etirazı olmadığını demiş, bundan sonra X6 xidməti otağına polis serjantı Şahid2 videoçəkiliş aparılması üçün dəvət etmiş, video-çəkilişlə Təqsirləndirilən şəxs bölməyə dəvət olunma səbəbini demiş, ona hüquq və vəzifələrini izah edib bununla bağlı bildiriş vermişdir. Sonra X11 Yusifova müraciət edərək üzərində olan qanunsuz predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt Həbib əynində olan göy rəngli cins şalvarının sol qabaq yan cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükülünü təqdim etmiş, həmin bükülüdə narkotik vasitə olmasını bildirmişdir. Şəxsi-axtarış zamanı ağ kağızda olan bükülüyə baxılarkən içərisində qəhvəyi rəngi, toz şəkilində olan maddə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükülüdə olan narkotik vasitəni 06 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisindən tapdığını, həmin bükülünü saxlayaraq Baş Sumqayıt stansiyası ərazisinə gəldiyini, həmin ərazidə polis tərəfindən saxlanıldığını bildirmişdir. Şəxsi-axtarış zmanı Həbib narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələri tanıdığını qeyd etmiş, bu vaxt X6 Həbibdən təqdim etdiyi narkotik vasitəni kimdənsə alıb-almadığını və ya narkotik vasitə olan bükülünü satmaq niyyəti olubolmadığını soruşmuş, Həbib narkotik vasitə olan bükülünü Sumqayıt şəhəri ərazisindən, saxlanıldığı gün saat 12 radələrində yerdən tapdığını, narkotik vasitə olan bükülünü şəxsi istifadəsi üçün götürdüyünü, Sumqayıt dəmir yolu stansiyası ərazisinə iş axtarmaq üçün gəldiyini bildirmişdir. Bu vaxt vəkil X26 Yusifovdan narkotik vasitənin ona məxsus olubolmamasını soruşmuş, oda narkotik vasitənin ona məxsus olmasını demişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan bir ədəd ağ kağız bükülünü qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün zərfə qoymuş və möhürləmişdir. Daha sonra şəxsi-axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokolla imzalanmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin PPXM-nm, polis nəfəri, polis baş serjantı X1 elan edilmiş ifadəsindən görünür ki, 06 yanvar 2022-ci il tarixdə Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nə 35-40 yaşında olan, Sumqayıt şəhər sakini Həbib adlı şəxsin Baş Sumqayıt dəmir yolu stansiya ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də stansiyanın ərazisində əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Həmin tarixdə saat 13 radələrində o, Baş Sumqayıt st. XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və PPXMnm polis nəfəri, polis serjantı Tağıyev.Məhərrəm Ələddin oğlu ilə əməliyyat məlumatı əsasında Baş Sumqayıt dəmir yolu stansiyasının ərazisinə getmiş, orada bir qədər durduqdan sonra 35-40 yaşında olan bir nəfər şəxsin stansiya ərazisinə gəldiyini görmüş, bu vaxt o, yanında olan polis əməkdaşları ilə birlikdə həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edərək həmin şəxsə narkotik vasitələrin istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olması barədə bildirmiş və zərurət yanadığı üçün Baş Sumqayıt st. XPB-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxs buna etiraz etməmiş, onlarla birgə Baş Sumqayıt st. XPB-nə gəlmişdir. Baş Sumqayıt st. XPB-də həmin şəxs özünü təqdim etmiş, ünvan 2 ünvanın sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra Həbib Baş Sumqayıt st. XPB-nin inzibati binasına təhqiqatçı, polis kapitanı Elməddin Həsənovun xidməti otağına dəvət edilmiş, X6 bölməyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində bölməyə əməliyyat məlumatı daxil olmasını Həbibə demiş, Həbibə vəkillər siyasim təqdim etmiş, siyahıdan vəkil seçməsini təklif etmiş, Həbib siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən X10 dəvət etmiş, Təqsirləndirilən şəxs vəkili ilə tanış olandan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Nadir Lalayev tərəfindən imzalanmışdır. Həmin vaxt təhqiqatçı Elməddin vəkilə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi-axtarışda iştirak etməsini təklif etmiş, vəkil şəxsi-axtarış keçirilməsində iştirakına etiraz etməmiş, sonra onun və polis kapitanı Şahid1 iştirakı ilə Həbibə videoçəkilişlə onun üzərinə şəxsi-axtarış keçiriləcəyini deyərək buna onun etirazının olub-olmamasını soruşmuş, Həbib cavab olaraq etirazı olmadığını demişdir. Bundan sonra X6 xidməti otağına polis serjantı Şahid2 videoçəkiliş aparılması üçün dəvət etmiş, video-çəkilişlə Həbibə bölməyə dəvət olunma səbəbini birdə demiş, ona hüquq və vəzifələrini izah etmiş, ona hüquq və vəzifələri ilə bağlı bildiriş vermişdir. Sonra X11ə müraciət edərək üzərində olan predmetləri çıxararaq qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt Həbib əynində olan göy rəngli cins şalvarının sol qabaq yan cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükülünü təqdim etmiş, həmin bükülüdə narkotik vasitə olmasını bildirmişdir. Şəxsi-axtarış zamanı ağ kağız bükülüyə baxılarkən içərisində qəhvəyi rəngi maddə aşkar olunmuş, Həbib təqdim etdiyi narkotik vasitə olan bükülünü 06 yanvar 2022- ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mkn ərazisindən tapdığını və həmin bükülünü üzərində saxlayaraq Baş Sumqayıt stansiyası ərazisinə iş axtarmaq üçün gəldiyini və həmin ərazidə polis tərəfindən saxlanıldığını demişdir. Şəxsi-axtarış zamanı Həbib narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələri tanıdığını qeyd etmiş, həmin vaxt X6 Həbibə narkotik vasitəni kimdənsə alıbalmadığını və ya bükülüdə olan narkotik vasitəni satmaq niyyəti olub-olmadığını soruşmuş, oda narkotik vasitə olan bükülünü Sumqayıt şəhəri ərazisindən saxlanıldığı gün saat 12 radələrində tapdığını, narkotik vasitə olan bükülünü şəxsi istifadəsi üçün götürdüyünü, Sumqayıt dəmir yolu stansiyası ərazisinə iş axtarmaq üçün gəldiyini demişdir. Bu vaxt vəkil X26 Yusifovdan narkotik vasitənin ona məxsus olub-olmamasını soruşmuş, oda narkotik vasitənin ona məxsus olmasını qeyd etmişdir. Təhqiqatçı Həbibin təqdim etdiyi bir ədəd ağ kağızda olan bükülünü qablaşdırmış, ekspertizaya təqdim edilməsi üçün zərfə qoyaraq möhürləmişdir. Daha sonra şəxsi-axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00-da Stansiya Sumqayıt ərazisində cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə saat 13:40-da Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, barəsində şəxsi axtarış aparılan şəxs - Təqsirləndirilən şəxs əynində tünd qəhvəyi rəngli qış gödəkçəsi, göy rəngli cins şalvar, ayağında isə qara rəngli dəri ayaqqabı vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etsin, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sol qabaq yan cibindən sol əlini salaraq həmin cibdən ağ rəngli kağıza bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim etdi. Kağız bükülüsünü Təqsirləndirilən şəxs və digər şəxslərin iştirakı ilə açıb içərisinə baxış keçirərkən orada şabalıdı rəngli maddə aşkar edildi. Təqsirləndirilən şəxs ilkin sorğu zamanı bir ədəd kağız bükülünün içərisində aşkar edilmiş həmin maddənin narkotik vasitə olduğunu qeyd edərək həmin kütləni 06 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisindən tapdığını və özünün istifadə etməsi üçün üzərində saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə Stansiya Sumqayıt qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını etiraf etdi. Şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsp edə biləcəyindən götürülüb müvafiq qaydada qablaşdırılmaqla üzəri möhürlənərək imzalarla təsdiq edildi və protokola əlavə olundu. Şəxsi axtarış zamanı video çəkiliş aparıldı və protokola əlavə edildi. Şəxsi axtarış zamanı yuxarıda göstərilənlərdən başka izlər, əşyalar, sənədlər, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsp edə biləcək digər əşyalar aşkar edilməmiş və götürülməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6\55 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən... aşkar olunmuş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,082 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələri” in İ siyahısına daxildir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 0,982 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntülərə baxış zamanı müəyyən olundu ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin təhqiqatçısı, polis kapitanı X7 xidməti iş otağında Baş Sumqayıt st. XPM-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Baş Sumqayıt st. XPB-nin PPXM-nin polis nəfəri, polis baş serhantı X1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirir. X6 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs digər iştirakçılarla birlikdə özünü təqdim edir. X19 Azərbaycan Respublikası CPM-nin 90 və 246-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə onun üzərinə videoçəkilişlə şəxsi-axtarış keçiriləcəyi bildirilərək etirazının və ya şikayətinin olub- olmaması soruşur, Təqsirləndirilən şəxs isə şikayətinin olmadığını bildirir. Şəxsi-axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan olunan nə varsa, qarşısında olan masanın üzərinə qoysun. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının ön sol cibindən bir ədəd ağ kağız bükülünü çıxardıb masanın üzərinə qoyaraq təqdim edir. Təqdim edilmiş kağız bükülünü açarkən içərisindən qəhvəyi rəngdə toz şəklində olan maddə aşkar olunur ki, Təqsirləndirilən şəxs həmin maddənin “narkotik vasitə”olmasını etiraf edərək, həmin bükülün Sumqayıt şəhəri, 9-cu mkn ərazisindən polis tərəfindən saxlanıldığı gün tapdığını bildirmişdir. Həmin narkotik vasitədən o, özü istifadə etdiyini, buna görə də üzərində saxladığım, Baş Sumqayıt dəmir yolu stansiyası ərazisinə iş axtarmaq məqsədi ilə gəldiyini bildirir. Sonra vəkili Nadir Lalayev ona sual verərək təqdim etdiyi narkotik vasitənin ona məxsus olub-olmamasını soruşarkən o. narkotik vasitənin özünə məxsus olmasını bildirir. Bundan sonra şəxsi-axtarışm keçirilməsi davam etdirilir və daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd narkotik vasitə olan ağ kağız bükülüsü ekspertizaya təqdim edilməsi üçün kağız zərfdə qablaşdırılır. DVD» formatlı diskdə olan 1-ci video görüntü 08 dəqiqə 27 saniyə 2-ci video görüntü isə 01 dəqiqə 50 saniyə davam edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd ağ kağız bükümdə 1,082 qram çəkidə narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi-axtarış zamanı qeydə alınan video çəkilişin olduğu məlumat daşıyıcısı olan CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertizaya sərf olunandan sonra qalıq qalan paketə qablaşdırılmış bir ədəd kağız bükümdə 0,982 qram çəkidə olan heroin saxlanılması üçün Xaçmaz st. X21 anbarına təhvil verilməsi, bir ədəd CD disk cinayət işinin istintaq sənədlərinə əlavə olunması nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2006-cı il tarixli Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən 09 ay 01 gün cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya qərarının 1.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Xaçmaz st.XPŞ-nə gələrək özünü təqdim etmiş, həmin tarixli qərarla cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1640 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Xaçmaz st.XPŞ-nə gələrək özünü təqdim etmiş, həmin tarixli qərarla cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı MKS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi qardaşı-1978-ci il təvəllüdlü X13, qardaşı-1980ci il təvəllüdlü X17, qardaşı qızı-2017-ci il təvəllüdlü X14, qardaşı oğlu-2018-ci il təvəllüdlü X4 ibarətdir və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı MKS tərəfindən verilmiş 624 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ 2 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 131 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X5 poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1941 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Narkoloji Dispanserində 12.2006-cı il tarixdən narkotiklərin epizodik qəbulu diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-536/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx- 4516 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə Xaçmaz XPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-536/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Xaçmaz st. X21 saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,982 heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-536/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 762 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Xaçmaz st. X21 saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,982 heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar