Məhkəmə qərarları › İş №1(060)-26/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-26/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-26/2024 28.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X11, X7, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X10, X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, Mütəxəssis Sumqayıt Şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarınını müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X8 iştirakları ilə, xx.xx.1981-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində idarə etdiyi “Toyota Corolla” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 45ci məhəllə, 1 saylı Sumqayıt şəhər xəstəxanasının yaxınlığından X9 sağa Lermantov küçəsinə dönərək həmin küçə ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hadisə zamanı sürücü nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmuş öz hərəkəti istiqamətində yolu sol tərəfindən sağ tərəfə keçən piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomobilin sol qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sol daban sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, V ayaq daraq sümüyünün əsasının qapalı yerdəyişən sınığı, sol baldırın əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs2 dilin kəsilmiş yarası, sol said sümüklərinin distal ucunun qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmiş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, etibarnamə əsasında “Toyota Corolla” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, 30 mart 2023-cü il tarixdə saat 12 radələrində həmin avtomobillə sifarişlə əlaqədar Sumqayıt şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olmuş və həmin küçədən Lermontov küçəsinə tərəf dönəndə, dönməni tam həyata keçirmiş, 20-30 metr hərəkəti davam etdirdikdən sonra Penitensiar xidmətə məxsus konvoy maşının arxasından zərərçəkmiş şəxslər yolun hərəkət hissəsinə çıxmışlar. O, dönmə əməliyyatı həyata keçirən zaman yolda piyada olmamışdır. O, sağa tərəf dönmüş, 20 metr hərəkət etdikdən sonra ilk öncə uşaq, daha sonra anası olmaqla yolun kənarında dayanmış maşının arxasından çıxmış, azyaşlı avtomobilin sol qabaq qapısına, anası isə arxa qapıya dəymiş, o, uşağın qapıya dəyməsini görmüşdür. İlk olaraq uşaq, daha sonra anası idarə etdiyi avtomobilə dəymişdir. Onların avtomobilə dəyməsi ilə eyni anda sükanı döndərib, yayınmağa çalışmışdır. O, təqribən 25-30 km/saat sürətlə hərəkət etmişdir. Məhkəmə iclaslarında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, H.Əliyev prospektindən Lermantov küçəsi istiqamətində dönən zaman yolda piyada keçidi olmuş, o, işıqforun yaşıl işığı yandıqdan və sağa döndükdən sonra 25-30 km/saat sürətlə hərəkət etmiş, irəlilədiyi zaman yolun hərəkət hissəsində piyada olmamış, Lermantov küçəsi istiqamətində hərəkət etdiyi vaxt sol tərəfdə 4-cü maşın Penitensiar xidmətin konvoy maşını olmuş, həmin maşın dayanıqlı vəziyyətdə olmuşdur. Həmin maşının arxasına çatan zaman əvvəlcə uşaq idarə etdiyi avtomobilin sürücü tərəfdən sol qapının yan şüşəsinə çırpılmışdır. O, Zərərçəkmiş şəxs1 maşına dəydiyini görməmiş, o, heç kəsi vurmamışdı. Hesab edir ki, avtomobilin arxa təkəri Zərərçəkmiş şəxs1 ayağının üzərindən keçmişdir. Əgər həmin piyadaları görsəydi, hadisənin qarşısını ala bilərdi. Hadisə baş verən zaman sərxoş halda olmamış, başı telefona qarışmamış, hadisə zamanı avtomobildə bir nəfər sərnişin olmuşdur. O, avtomobildən düşüb zərərçəkmiş şəxslərə yaxınlaşan zaman Zərərçəkmiş şəxs1 yerdə oturulu vəziyyətdə olmuş, əks istiqamətdəki maşınlar artıq 1.5 yol nişanın xəttini keçərək onun hərəkət etdiyi yola daxil olmuşlar. Əgər yol 8 metrlik olarsa onun hərəkət etməsi üçün 3 metr məsafə qalmışdır. Pentensiar xidmətin konvoy maşının hətta sağ tərəfində də dayanmış vəziyyətdə avtomobillər olmuşdur. Pentensiar Xidmətinin maşını ilə onun maşını arasında 1 metr məsafə olmuş, o İncini maşına çırpılan zaman görmüş, bu səbəbdən tormozlama edə bilməmişdir. Qeyd edir ki, azyaşlı İnci maşına dəydikdən təqribən 10-15 saniyə sonra digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 idarə etdiyi avotomobilə dəymişdir. Hadisə zamanı sağ tərəfdə avtomobil olmamış, əks istiqamətdə penitensiar xidmətinin maşını olmuşdur. Hesab edir ki, hadisə zərərçəkmiş şəxsin günahı üzündən baş vermişdir, buna görə də mülki iddianı qəbul etmir və barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 12:30 radələrində azyaşlı qızı İnci Məmmədovanı 20 nömrəli tam orta məktəbdən götürüb H.Əliyev prospektinin kəsişməsində olan hissədə qızının əlindən tutaraq yolun hər iki hissəsinə baxıb avtomobilin gəlməməsinə əmin olub yolu keçərkən H.Əliyev küçəsindən Lermontov küçəsinə manevr edib hərəkətini davam etdirən Təqsirləndirilən şəxs ilk öncə onu, daha sonra azyaşlı qızı İnci Məmmədovanı “Toyota Corolla” markalı avtomobilin sol ön bamperi ilə vurmuş və avtomobilin dəqiq xatırlamadığı (sol ön və ya arxa təkəri və ya söl ön və arxa təkərin hər ikisi) təkəri onun sol ayağı üzərindən keçmişdir. Qızı onun sol tərəfində olmuşdur. Bildirir ki, həmin avtomobil kəskin tormozlama etməmişdir. Həmçinin təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra dərhal onlara köməklik etməmiş, yalnız hadisə yerinə gəlmiş polis əməkdaşlarının sözündən sonra onları xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı qızı İnci onun əlindən tutmuşdur. Hadisə baş verən zaman o, artıq yolun ortasına çatmış, sürücü onu maşının sol ön hissəsi ilə vurmuş, sürücü maşınla 1-ci onun sol ayağı üzərində keçmiş və sonra övladını vurmuşdur. Hadisə vaxtı o, övladının əlini buraxmamışdır. O, birbaşa avtomobilin arxasından çıxmamış, hadisədən dərhal sonra polis konvoy avtomobilinin əməkdaşları yaxınlaşaraq kömək etmişlər. O, sürücü Təqsirləndirilən şəxs şikayətçidir, ona və azyaşlı qızına dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddianın təmin edilməsini xahiş etmişdir. O və qızı avtomoilin qapısına və ya şüşəsinə çırpılmamış, o və qızı adi yerişlə hərəkət etmiş qaçmamış, tələsməmiş, konvoyun avtomobilinin arxasından çıxmamış, sürücünün avtomobilində kənar şəxsin olub olmadığını dəqiq xatırlaya bilmir, sürücü hadisəni təhrif edərək danışmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi və müəllim-mütəxəssisin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 digər zərərçəkmiş şəxs anası Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Qanuni nümayəndə bildirdi ki, sürücü Nurlan Musatafeyin diqqəti yolda olmamış, bəlkə də başı telefona qarışmış və nəticədə maşını ilə ailəsini vurmuşdur. Belə ki, sürücünün iddia etdiyi kimi zərərçəkən şəxslər həqiqətən maşının qapısına çırpılıblarsa onda necə olur ki, Ramilənin ayağı içəri tərəfindən əzilmişdir. Həmçinin sürücünün maşını ilə yoldaşının ayağının üzərindən keçməsi faktını yoldaşının hadisə günü geyindiyi ayaqqabısının üzərində təkər izləri ilə təsdiqlənir. Təqsirləndirilən şəxs heç vaxt xəstəxanaya gəlməmiş, həmçinin onlardan hər hansı üzr istəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhərində S.Vurğun küçəsindən “Uber” taksi şirkətindən taksi sifariş etmiş, “Toyota Corolla” minik markalı, **-VY-*** nömrə nişanlı avtomobil çağırışa gəlmişdir. Sürücü H.Əliyev prospektindən Lermontov küçəsinə tərəf dönəndə, dönməni tam həyata keçirmiş, hərəkət istiqamətinin sol tərəfindən iki piyada yolu soldan sağa keçmək istəyəndə onlardan biri azyaşlı uşaq, digər piyadadan azca aralı olmaqla avtomobilin qapısına, anası isə təxminən arxa qapıya çırpılmışlar. Piyadalar yolun sol tərəfində svetaforun yaşıl işığını gözləyən avtomobillərin arasından yola çıxmışlar. Avtomobildə sürücü ilə o, olmuş, xəsarət almamışdır. Avtomobili təxminən 30 km/saat sürətlə idarə etmişdir. Piyadaları hadisədən əvvəl görməmişdir. Məhkəmə iclasında Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, O, hadisəni yalnız azyaşlı avtomobilin qapısına çırpılan anda bilmiş, azyaşlı avtomobilin qapısına dəymiş, hadisə zamanı sürücünün fikri yolda olmuş, sürücü hadisə baş verən anda əyləcə basmışdır. Maşının sürəti təxminən 30-40 km/saat olmuşdur. Hadisə baş verən zaman onun da fikri yolda olmuşdur. Hesab edir ki, piyadalar Konvoy maşının arxasından yola çıxmışlar. Hadisə baş verən anda Konvoy maşını ilə onun olduğu maşın arasında təxminən 1-1,5 metr məsafə olmuşdur. Düşünür ki, uşaq anasının əlindən ayrılaraq yola qaçmış və maşına dəymişdir. Piyadaların Konvoy maşının arxasından yola çıxmasını o, birbaşa görməmiş, lakin avtomobil dayandıqda həmin maşınla paralel dayandıqlarını xatırlayır. Piyadalar həmin maşının arxa tərəfindən yola çıxmışlar. Bundan sonra sürücü uşağı qucağına alaraq avotmobilə mindirmiş və xəstəxanaya aparmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Şahid2 verilən sullara cavab olaraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisə yerinə baxış keçirilməsi zamanı orada iştirak etmiş hal şahidlərini ibtidai istintaq zamanı dindirməmişdir. Hadisə yerinə getmiş, iş üzrə təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakı ilə hadisə yerində ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmişdir. Hadisə yerinin şəkillərini çəkmiş, xx.xx.2023-cü il tarixdə məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsi haqqında qərar qəbul etmişdir. İşin tam hallarını xatırlamadığına görə zərərçəkən şəxslərin hərəkətlərini hansı səbəbə görə adi yerimə kimi qəbul etdiyini deyə bilmir. Lakin qeyd edir ki, əgər onun qeyd etdiyi hal mümkünsüz olan hal olsaydı mütləq şəkildə ekspert bununla bağlı vəsatət verərdi. Yol nəqliyyat hadisəsi ekspetizası keçirilən zaman iş materialları da ekspertə təqdim edilir, yəni ekspert onun mülahizəsinə görə rəy vermir, belə ki, o, mütəxəsis deyildir. Əgər iş materiallarında ziddiyyət olarsa bununla bağlı vəsatət verilərdi. İstintaq zamanı elə bir ehtimal yaranmamışdır ki, uşaq anasının əlindən qaçsın. Orada elə bir məsafə olmayıb ki, uşaq qaçsın. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən polis nəfəri X5 bildirmişdir ki, hadisə olan tarixi dəqiq xatırlamır. Onlar xidməti maşında olan zaman Lermantov küçəsində sfetoforun qadağanedici işığında ardıcıl olaraq 2-ci cərgədə, 4-cü cərgədə dayanmışlar. Həmin yol ümumiyyətlə gedişli-gəlişli yoldur. Toyota markalı maşın qarşı tərəfdən işıqfordan sağ tərəfə dönərək Lermantov küçəsi istiqamətində hərəkət etməyə başlamış, o, qırmızı işıqda dayandığından güzgüdən onun maşınının arxasında olan maşının arxasından azyaşlı uşaq və bir xanımın keçdiyini görmüşdür. Hesab edir ki, Toyota markalı maşın təxminən maxsimum 40-50 km/saat sürətlə hərəkət etmişdir. Yəqin ki, onlar bir-birilərini görməmiş, nəticədə hadisə baş vermişdir. O, dərhal xüsusi təyinatlı maşının sayrışan işıqlarını yandırıb, maşından düşərək onlara kömək etməyə getmişdir. Qəza baş verən yerdə sürücü özünü itirmiş vəziyyətdə olmuşdur. O, qadına, digər iş yoldaşı uşağa kömək eləmişdir. Uşaq xatırladığı qədərilə məktəbli olmuşdur. Zərərçəkmiş şəxsləri həmin sürücünün maşınına qoymuş və sürücü onları xəstəxaya çatdırmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Asəf Allahverdiyev bildirmişdir ki, hadisən günü dəqiq tarixi xatırlamır, onlar işıqforun qadağanedici işığında dayanan 4-cü maşın olmuşlar. Hadisə onun maşınının arxasında dayanan maşının arxasında baş vermişdir. Baş verənləri maşının yan güzgüzüsündən müşahidə etmiş, hadisə baş verən kimi öz maşınını olduğu yerdə saxlayaraq zərərçəkmiş şəxslərə kömək etmişlər. Həmin vaxt ekipaj üzvü onunla maşında olmuşdur. Sürücü hadisə baş verən anda öz maşınını saxlamışdır. Hadisə yerində əyləc izlərinin olub-olmadığını xatırlamır, çünki əyləc səsi gəlməmiş, həmin maşın böyük sürətlə hərəkət etməmişdir. Sürücünün yanında sərnişin olub-olmadığını xatırlamır. Sürücü zərərçəkmiş şəxsləri xəstəxanaya özü aparmışdır. Uşağın ağzında qan izləri olmuş, xanım isə ayağının ağrıdığını bildirmişdir. Xanım yerə çökmüş, oturaq vəziyyətdə olmuşdur. Həmin vaxt sağ tərəfində park vəziyyətində avtomobillər dayanmışdır. Onun avtomobilinin eni 2 metr olmuşdur. O, yolda olan düz xətti keçməmiş, 1.1 üfüqi nişanlama xəttini avtomobilin təkərələri ilə tapdalamamışdır. Sağında park edilmiş yük maşını olmuş olsa idi, xətti keçə bilərdi, lakin sağında dayanmış maşınlar sedan tipli maşınlar olmuşdur. Onun arxasında da avtomobillər olmuşdur. Xatırladığı qədərilə zərərçəkmiş şəxslər onun arxasındakı maşının arxasından yola çıxmışdır. Onun maşını hadisə baş verən ərəfədə tamamilə dayanmış vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxslər yolun sağından soluna keçirdilər. Onları səkidə hərəkət edən zaman görməmişdir. Sürücü onun maşınının yanından keçən zamanla eyni zamanda zərərçəkmiş şəxslər hərəkət etmişlər. Hadisə yolun ortasındakı ağ xəttdən xanımın addım məsafəsi ilə 2-3 addım atdıqdan sonra baş vermişdir. Maşının üzərində izlərin olub-olmamasını xatırlamır. Hadisə baş verən zaman ilk olaraq uşağa kömək etmişlər. Zərərçəkmiş şəxslər yanbayan dayanmışdılar, əl-ələ tutmuşdular. Uşağın ağzında qan olduğundan birinci ona kömək eləmişlər. Güzgüdən baxarkən zərərçəkmiş şəxslərin hadisə zamanı onun maşınının arxasında olan maşının arxasından çıxmasını görmüşdür. Toyota markalı maşın onun maşınının yanından keçən zaman zərərçəkmiş şəxslər ağ xətti maşının arxasından keçmişlər. Zərərçəkmiş şəxslərin yola çıxdıqları zaman onların Toyota markalı avtomobillə arasında məsafə təxminən xüsusi təyinatlı maşının uzunluğu qədər qədər olmuşdur. Hadisə yolun ortasındakı ağ xətdən təxminən 2 addım sonra baş vermişdir. Zərərçəkmiş şəxslər həmin zaman yola daxil olmuşlar. Onun maşınının arxasında balaca sedan maşın dayanmışdı. Həmin maşının arxasında da maşınlar dayanmışdı. Maşınlar arasında çox məsafə yox idi, təxminən 0.5-1 metr məsafə var idi. Toyata markalı avtomobil zərəçəkmiş şəxsləri sol yan güzgü, fara və ya tini ilə vurmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Şahid3 verilən bildirmişdir ki, xidməti maşınla hərəkətdə olan zaman işıqforun qadağanedici işığında dayanmışlar. Sürücü Asəf olmuş, o, sürücünün sağında oturmuşdur. Maşın dayanmış vəziyyətdə olanda Asəf birdən hansısa avtomobilin adam vurduğunu dedi. Bundan sonra ikisi də, dərhal maşından düşüb ora yaxınlaşmış, xanım və yanında 1 azyaşlı uşağın olduğunu görmüşlər. Uşağın ağzında qan izi gördüklərindən ona su vermişlər. O, əməliyyat olduğundan Asəf qadını, o, isə uşağı avtomobilə əyləşdirmişdir. Məhkəmə iclasında Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisənin necə baş verdiyini xatırlamır. Hadisə baş verən zaman günorta saatları olmuşdur. Onlar işıqforun qadağanedici işığında dayanmış, olduqları xüsusi təyinatlı avtomobilin qarşısında təxminən 2-3 avtomobil, sağ tərəflərində isə park vəziyyətində avtomobillər olmuşdur. Zərərçəkmiş şəxslərin yola necə daxil olduğunu görməmişdir. Asəf ona hadisə ilə bağlı məlumat vermişdir. Hadisə onun olduğu maşınının arxasında baş vermişdir. Onu xatırlayır ki, həmin maşın onların əks istiqamətlərində hərəkət etmiş və onlar maşını keçəndən sonra hadisə baş vermişdir. Onların maşınının arxasında da xeyli sayda avtomobil işıqforun qadağan edici işığı ilə bağlı dayanmışdır. Zərərçəkmiş şəxslərin hansı avtombilin arxasından çıxdığını görməmişdir. Zərəçəkmiş qadın oturaq vəziyyətdə olmuşdur. Yolda əyləc izinin olub-olmadığını xatırlamır. Zərərçəkmiş şəxsləri təqsirləndirilən şəxs xəstəxanaya aparmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti, İİ dərəcəli ədliyyə qulluqçusu Vüsal Həbibli verilən sullara cavab olaraq göstərmişdir ki, o, Azərbaycan Texniki Universitetinin, Yol Nəqliyyat fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. Rəydə təsvir edilmiş şərait inandırıcı, yəni məsafə reallığı əks etdirmədiyi üçün rəyin nəticəvi hissəsini o cür qeyd etmiş, görüş məsafəsi rəydə göstərilən görüş məsafəsindən daha çox olmuşdur. Qeyd edir ki, hadisə vaxtı işıqforun qadağanedici (qırmızı) işığının sönməsini gözləyən avtomobillərin olduğunu və boyu 1.65 sm olan zərərçəkmiş şəxsin həmin xüsusi təyinatlı avtomobilin arxasındaki ikinci avtomobilin arxasından yola çıxdıqlarını nəzərə alsaq, belə olan halda Xüsusi təyinayatlı avtomobilin həmin vaxt hadisə yerində mövcudluğunun hər hansı əhəmiyyəti və görünüşü məhdudlaşdıracaq bir rolu qalmır. Bu zaman piyadalar daha əvvəldən, yəni öncədən sürücünün görünüş dairəsinə düşmüş olurlar. Qeyd edir ki, təhlükə anını hazırki vəziyyətdə 1.5 üfüqi nişanlanma xəttinin üzərindən götürmək düzgün deyil, əgər yenidən ekspertiza təyini barədə belə bir qərar göndərilərsə rəy verilmədən həmin qərar təkrarən geri qaytarılmalı olacaqdır. Belə ki, təsvir olunan hazırki vəziyyətdə sürücü Təqsirləndirilən şəxs “Toyota Corolla” markalı avtomobili idarə edərkən xüsusi təyinatlı avtomobilin arxasındaki 2-ci avtomobilin arxasından çıxan piyadaları əslində görməli idi. Çünki, nəzərə alsaq ki, zərəçəkmiş şəxslərdən biri anadır, qeyd edildiyi kimi ananın boyu 1 metr 62 sm-dir, ayağında olan çəkməsi ilə birlikdə boyunun təxminən 1 metr 65 sm ola biləcəyini də nəzərə alsaq belə olan halda zərəçəkmiş şəxslər sürücünün görünüş dairəsinə daha əvvəlcədən düşmüşlər. Bu səbəbdən təhlükə anını ekspertiza təyini haqqında qərarda göstərildiyi kimi 1.5 üfüqi nişanlanma xəttindən deyil, piyadaların yola daxil olduğu andan hesablamaq lazımdır. Hətta piyadalar avtmobilin sol tini ilə vurulması və ya avtomobilin sol qapısına çırpılmış olmaları belə bu nəticəyə təsir edən hal deyildir. İndiki vəziyyətdə sürücü hər bir halda avtomobillərin arxasından çıxan piyadaları görə bilərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); 07 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 97-98) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 108- 109); “qətimkan tədbirinin seçilməsi barədə” 07 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 110-111); “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs Lermantov küçəsi ilə hadisə baş verdiyi ərazi avtomaşınların iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuş, orta hissəsi uzununa nişanlama xətti ilə ayrılmış yol asfalt örtüklü, hadisə baş verən anda asfalt örtük quru olmuşdur. Hadisə baş verdiyi ərazidə avtomobil yolunun bir istiqamət üçün ümumi eni 4 metrdir. Hadisə baş verdiyi ərazidə hər zolaq 4 metr enindədir. Hadisə baş verdiyi ərazidə yolun sağ və sol kənarında yaşayış evləri, iaşə obyektləri yerləşir. Hadisə baş verən ərazidə avtomobilə məxsus tormoz izləri yoxdur. Hadisə zamanı avtomaşında 1 nəfər sərnişin olmuşdur. Piyadalar sol səkidən 5,7 metrlik məsafədə avtomobilin sol yan hissəsi ilə vurulmuşdur. Sürücünün hərəkəti üçün təhlükə piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru hərəkətə başladığı andan yaranmış və həmin andan vurulmaya kimi piyadalar yolun solundan piyadanın vurulma nöqtəsinə kimi adi yerişlə hərəkət edərək 5,7 metr məsafə qət etmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v.11-21) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli, 1980 saylı aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. (i.v.10) Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 692 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol daban sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı. V ayaq daraq sümüyünün əsasının qapalı yerdəyişən sınığı. Sol baldırın əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 78-82) Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 445 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: dilin kəsilmiş yarası, sol said sümüklərinin distal ucunun qapalı sınığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid edilir. (i.v. 83-86) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1247 saylı rəyindən görünür ki, “Toyota Corolla” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol-Hərəkətİ Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 87-90) “ifadənin yerində yoxlanılması barədə” 09.6.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları qeyd etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir Həmin protokolda görünür ki, piyadalar sol səkidən hadisə yerinə kimi 5.7 metr məsafə qət etmişdir. (i.v.115-117) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v.118); Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 122). Vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı övladları var.(i.v.124- 125) “Sürücülük vəsiqəsinin” surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi almış, etibarlılıq müdddəti xx.xx.2032-ci il tarixədəkdir. (i.v. 25) Azərbaycan Respublikası DİN-in Sumqayıt ŞPİ X20 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 58-6/2-3197 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə «BC» kateqoriyalı BC024971 saylı 10 illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrumedənlər sırasında yoxdur. (i.v. 126) “sübutların qiymətləndirilməsi haqqında” 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, hadisə yerinin sxemi, Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1247 saylı rəyi, zərərçəkmiş şəxslərin ifadələri sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır (i.v. 127-131); Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş əlavə məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/3665 saylı rəyindən görünür ki, “Toyota Corolla” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkəri ya arxa sol təkəri və ya hər iki (qabaq sol və arxa sol) təkəri onun ayağının üzərindən keçməsi şəraitində əmələ gəlməsi mexanizminə daha xarakterikdir. (İİ cild i.v. 87-90); Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 03/692 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol daban sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı. V ayaq daraq sümüyü əsasının qapalı yerdəyişən sınığı. Sol baldırın əzilmiş-cırılmış yarası. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid edilir. (İİ cild i.v.123-133) Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 02/445 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: dilin kəsilmiş yarası, sol said sümüklərinin distal ucunun qapalı sınığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid edilir (İİ cild i.v.134-143) Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş və Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş “Əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının” xx.xx.2024-cü il tarixli, 8/1595 saylı rəyində “Toyota Corolla” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmadığı göstərilmişdir. Tədqiqat aparılmamasına səbəb kimi mövcud şəraitdə piyadaların əks istiqamətdə dayanmış avtomobilin arxasından çıxması nəzərə alınmaqla qeyd edilmişdir ki, həmin vəziyyətdə Toyota Corolla markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadaların sürücünün hərəkət yoluna daxil olduqları andan deyil, sürücünün görünüş dairəsinə düşdüyü andan, yəni piyadaların əks istiqamətdə dayanmış naməlum avtomoblin arxasından sağa doğru keçərkən sürücünün görünüş dairəsinə düşdüyü andan yaranır. Ona görə də məhkəmə tərəfindən müəyyən edildiyi kimi, Toyota Corolla markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin piyadaların sürücünün hərəkət yoluna daxil olduqları andan yaranması və təhlükə yaranan andan piyadanın vurulma yerinə kimi 1-1.5 metr məsafə qət etməsi real hadisə müxanizminə uyğun deyildir. Reallıqda həmin məsafə 1-1.5 metrdən daha böyük olmalı olduğu göstərilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs özü və qızının müayinə, müalicə və dava-dərman alınmasına sərf etdiyi 6266,52 manat pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş tələbin həcminin azaldılması barədə xx.xx.2023-cü il tarixli artırılması barədə ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu zərərin əvəzi kimi 6004,41 manat məbləğində pulun alıanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək məhkəmə iclasında sərbəst qaydada verdiyi ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmış, nəticədə təqsirləndirilən şəxsin göstərdikləri işdə olan və məhkəmə tərəfindən əldə edilmiş digər sübutlarla təkzib edilmişdir. Məhkəmə hesab edir ki, bu məzmunda ifadə verməsi Təqsirləndirilən şəxs kimi Qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmaq və ya məsuliyyətini yüngülləşdirməyə cəhd etmişdir. Çünki yuxarıda qeyd edildiyi kimi onun əməli qanuni yolla əldə edilmiş və mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq edilir. Bundan başqa iş materiallarında olan ekspert rəyləri və zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət yetirməsi faktı öz əksini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə diqqət etdikdə hadisənin halları ilə bağlı inandırıcı, ağlabatan ifadələr vermədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs (dövlət ittihamçı tərəfindən verilmiş suallara cavabından) ifadəsində zərərçəkmiş şəxslərin xüsusi təyinatlı avtomobilin arxasından çıxdığını, azyaşlının onun avtomobilinə ilk öncə dəydikdən 10-15 saniyə sonra anasının avtomobilə dəydiyini, sürətinin 25-30 metr/saat olduğunu və əyləci basdıqdan təxminən 1 metr sonra avtomobilinin dayandığını göstərmişdir. Bu ifadəni iş materiallarında olan digər sübütlardan müstəqil qiymətləndirdikdə digər toplanmış sübütlara ehtiyac olmadan təqsirləndirilən şəxsin yalan danışması ilə bağlı ifşa olunması qənaətinə gəlmək mümkündür. Belə ki, təqsirləndirilən şəxsin göstərdiyi kimi yəni “ilk əvvəl azyaşlı-Zərərçəkmiş şəxs2, 10-15 saniyə sonra anası- Zərərçəkmiş şəxs1 avtomobilə dəymişdir” ifadəsini bir anlıq təsəvvür etdikdə, belə çıxır ki, ana və uşaq ikisi fərqli məsafələrdən dayanıb, təqsirləndirilən şəxsin avtomobilinin hərəkət etməsini gözləmiş, avtomobil hərəkət etdikdən sonra onlar da fərqli məsafələrdən, fərqli zaman kəsində yolu keçərək həmin avtomobilə özlərini çırpmışlar. Həmçinin, qeyd edilən sürət həddində hərəkət edən avtomobilin 1 metr hərəkət etdikdən sonra dayanma imkanı inandırıcı deyildir. Həmçinin, Təqsirləndirilən şəxs onlar “konvoy avtomobilin arxasından çıxdılar” deyə qeyd etməklə həmin xüsusi təyinatlı avtomobili maneə kimi göstərib zərərçəkmiş şəxsləri bu səbəbdən görmədiyini əsaslandırmağa çalışmışdır. Lakin, məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələrindən görünür ki, zərərçəkmiş şəxslər məhz xüsusi təyantlı (konvoy avtomobili) avtomobilin arxasından çıxmamışlar. Göründüyü kimi, təqsirləndirilən şəxs həmin halları düzgün qeyd etməmiş və bu halların tam əksi məhkəmədə sübüt edilmişdir. Həmçinin, zərərçəkmiş şəxslərin avtomobilin sol tərəfinə qapı və mərkəz hissəsinə çırpılması barədə göstərdikləri də təsdqini tapmamışdır. Bu hal, həm zərərçəmiş şəxslər, şahid ifadələri və iş hadisənin baş vermə şəraiti ilə bağlı keçirilmiş ekspertiza rəyləri ilə də sübüt edilmişdir. İş materiallarından görünür ki, yolu adi yerişlə keçən zərərçəmkiş şəxslər 5.7 metr məsafə qət etdikdən sonra təqsirləndirilən şəxs Nurlan Mustafazadə avtomobilin sol ön yan hissəsi ilə zərərçəkmiş şəxsləri vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Bundan başqa avtomobildə olduğu qeyd edilən Şahid1 ifadəsinə diqqət etdikdə qeyd edilən ifadənin işin faktiki hallarına uyğunsuzluq təşkil etdiyini müəyyən etmək olar. Belə ki, Şahid1 ifadəsində “hesab edir ki, piyadalar Konvoy maşının arxasından yola çıxmışlar, hadisə baş verən anda Konvoy maşını ilə onun olduğu maşın arasında təxminən 1-1,5 metr məsafə olmuşdur. Düşünür ki, uşaq anasının əlindən ayrılaraq yola qaçmış və maşına dəymişdir. Piyadaların Konvoy maşının arxasından yola çıxmasını o, birbaşa görməmiş, lakin maşını dayandırdıqda həmin maşınla paralel dayandıqlarını xatırlayır. “Piyadalar həmin maşının arxa tərəfindən yola çıxmışlar” deyə ifadəsində bildirmişdir. Göründüyü kimi ifadə iş materialları ilə tam təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, hadisə xüsusi təyinatlı avtomobilin arxasındakı avtomobilin arxasındakı yola paralel yolda baş vermişdir. Belə olan halda həmin məsafə konvoy avtomobildən 1-1.5 metr məsafədə ola bilməsi mümkün deyildir. Çünki, aradakı avtomobilin öz uzunluğu, həmin maşınla xüsusi təyinatlı avtomobil arasındakı məsafə, eləcə də həmin avtomobilin arxasındakı hərəkət edə biləcək məsafəni tam hesabladıqda məsafənin nə qədər böyük olması açıq aydın görünür. Həmçinin şahidin “hesab edirəm ki, hadisə bu cür baş verməsini” qeyd etməsi hadisəni görmədiyini sübüt edir, düşünür ki, uşaq anasının əldindən qaçıb maşına dəymişdir” cümləsi də təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kimi, “ilk əvvəl uşaq dəydi, 10-15 saniyə sonra anası dəyidi” ifadəsinə uyğun gəlir. Bu halları təhlil etdikdə ifadənin qeyri-real olması bir daha öz təsdiqini tapmış olur. Bundan başqa ifadəsində “uşağı sürücü qucağına alıb maşına qoymuşdur” cümləsi də qeyri səmimi ifadə kimi qəbul edilməlidir. Belə ki, məhkəmə istintaq zamanı polis əməkdaşlarının ifadələrindən görünür ki, sürücü ilk əvvəl özünü itirmiş, zərərçəkmiş şəxsləri (ana və uşağı) polis əməkdaşları avtomobilə mindirmişlər. Göründüyü kimi, nə təqsirləndirilən şəxs, nə də Şahid1 ifadələri işin faktiki hallarına uyğun deyildir və bu səbəbdən sübüt kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına uyğun olaraq xx.xx.2024-cü il tarixdə ekspert qarşısında suallar qoyulmaqla “Əlavə məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası” təyin edilmiş, xx.xx.2024-cü il tarixdə Məhkəmə ekspertizası mərkəzinin 8/1595 saylı rəyin təsviri hissəsindən görünür ki, tədqiqat aparılmamasına səbəb kimi mövcud şəraitdə piyadaların əks istiqamətdə dayanmış avtomobilin arxasından çıxması nəzərə alınmaqla həmin vəziyyətdə Toyota Corolla markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadaların sürücünün hərəkət yoluna daxil olduqları andan deyil, sürücünün görünüş dairəsinə düşdüyü andan, yəni piyadaların əks istiqamətdə dayanmış naməlum avtomoblin arxasından sağa doğru keçərkən sürücünün görünüş dairəsinə düşdüyü andan yarandığı qeyd edilmişdir. Ona görə də məhkəmə tərəfindən müəyyən edildiyi kimi, Toyota Corolla markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin piyadaların sürücünün hərəkət yoluna daxil olduqları andan yaranması və təhlükə yaranan andan piyadanın vurulma yerinə kimi 1-1.5 metr məsafə qət etməsi real hadisə müxanizminə uyğun deyildir. Reallıqda həmin məsafə 1-1.5 metrdən daha böyük olmalı olduğu göstərilmişdir. Həmçinin ekspert ifadəsindən görünür ki, boyu 1.65 sm olan zərərçəkmiş şəxs sürücünün görünüş dairəsinə daha əvvəlcədən düşmüşdür. Bu səbəbdən təhlükə anını əlavə məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası təyini haqqında qərarda göstərildiyi kimi 1.5 üfüqi nişanlanma xəttindən deyil, piyadaların yola daxil olduğu andan hesablamaq lazımdır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünün iştirakı ilə xx.xx.2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” və həmin tarixli “Yol nəqliyyat hadisəsi yerinin sxem”-nə uyğun olaraq müstəntiq tərəfindən ekspert qarşısında qoyulmuş sualara əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 8/1247 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə göstərilir ki, piyadalar vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadaları vurduğu yerdən olduğu məsafəsi onun mövcud şəraitə uyğun tam dayanma yolundan böyük olmuşdur. Bu səbəbdən nəqliyyat vasitəsinin sürücüsünun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. CM-nin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 1–ci bəndində əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə işdəki sübutların müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətmiş olduğu cinayət əməlinin ehtiyatsızlıqdan törədilmiş cinayət olmasını, himayəsində 02 azyaşlı övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları - xüsusən himayəsində iki azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eyni zamanda zərəçəkmiş şəxslərlə barışıq əldə etməməsini, zərəçəkmişlərin şikayətçi olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Bu səbəbdən ona təqsirli bilindiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. CM-nin 45.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçünonların cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68- ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia ilə məhkəməyə müraciət edərək həm özü, həm də azyaşlı qızı İnci Məmmədovanın mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində onlara vurduğu zərərin əvəzi olaraq müayinə, müalicə və dava dərmana çəkdikləri xərc üçün ümumilikdə 6004,41 (altı min dörd manat qırx bir qəpik) məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqdim edilmiş qəbzlərdən görünür ki, zərərçəkmiş şəxlərin ümumilikdə müayinə, müalicə və dava dərman alınması üçün 5920.41 manat xərcləri çıxmışdır. Eyni zamanda mülki iddianın məhkəməyə verilməsi üçün 84 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 5920,41 (beş min doqquz yüz iyirmi manat qırx bir qəpik) manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi 84 (səksən dörd) manat, cəmi 6004,41 manat tutularaq Zərərçəkmiş şəxs1 Əbil qızının xeyrinə ödənilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 298 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin vəsait Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 5920.41 manat və ödənilmiş dövlət rüsmünün əvəzi 84 manat cəmi 6004.41 manat tutularaq Zərərçəkmiş şəxs1 qzına ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ümumilikdə 298 (iki yüz doxsan səkkiz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar