Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-260/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu, Çorman kəndində anadan olmuş, Şuşa şəhəri A.Qaraşarov ev-7 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Sumqayıtçay ərazisi, Dəmir yolunun yükboşaltma məntəqəsinin inzibati binasında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2020-ci il tarixdə saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi təndirxanada Rasim və Səyyaf adlı şəxslərin müharibə mövzusunda müzakirə aparmasına irad bildirərək həmin şəxslərin ünvanına nalayiq sözlər dediyi üçün Zərərçəkmiş şəxs2 ona acıqlandıqda heç bir əsaslı səbəb olmadan onunla mübahisə edərək ünvanına nalayiq ifadələr deməklə sinəsindən itələyib yerə yıxaraq ona döş qəfəsinin ön səthində və sol yan səthinin, sol əlin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirmiş, zərərçəkmiş Ü.Vəliyevaya köməklik edən əri Zərərçəkmiş şəxs1 sağ qulaq, ağız və sifət nahiyyələrindən yumruq zərbələri ilə vuraraq üst dodağın selikli qişasına qansızma, üst çənədə sağdan İİ və soldan İİ dişlərin diş kökü səviyyəsindən travmatik sınığı və diş ətinə qansızma, sağ gicgah və sol təpə-gicgah nahiyyələrinin qançırları, hərəkət məhdudluğu ilə müşayət olunmuş sol əlin İ barmağının qançır-şişkinliyi xəsarətləri yetirərək, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmaqla ətrafda toplaşmış insanlara əhəmiyyət verməyib, onların rahatlığını və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, 24 ildir ki, Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsi ərazisində yerləşən Dəmiryol yükboşaltma məntəqəsində məskunlaşaraq ailəsi ilə birlikdə orada yaşayır. Ziyadxan adlı şəxsi uzun müddətdir ki, tanıyır, Ziyadxan onların evinin yaxınlığında kafe işlədir. O, vaxtaşırı Ziyadxanın təndirxanasından çörək alır. 22.11.2020ci il tarixdə saat 21 radələrində Ziyadxanın arvadı Ulduzun işlətdiyi təndirxanaya çörək almaq üçün getmişdim. Həmin vaxt Ziyadxan, Səyyaf, Rasim adlı şəxslər təndirxananın içərisində əyləşib yeyib-içmiş, Səyyaf onu çağıraraq “sən deyə bilərsənmi biz nə qədər torpaqlarımızı geri qaytarmışıq”, dedikdə ona bütün torpaqlarımızı almışıq demiş, “heç bir torpaq almamışıq” demiş. Buna görə Səyyafla aralarında söz mübahisəsi yaranmış, Səyyaf yaxasından əli ilə tutmuş, ona dəfələrlə “səni qandıra bilmərəm” demiş və söyüş söymək istədiyi zaman, sözü yarıda saxlamışdır ki, Ulduz oradadır, Səyyaf yaxasından dartıb onu çölə çıxartmış, bu zaman Ulduz da onlar tərəfə gələrək, əlində olan taxta oxlov ilə sol qolumdan vurmuşdur. O, sağ əlini ataraq oxlovu Ulduzun əlindən almaq istədikdə Ulduzun əri Ziyadxan arxadan ona yaxınlaşaraq kürəyinə taxta ilə daha sonra təndirdən çörək çıxardan dəmir ilə bel nahiyyəmdən vurmuşdur. O, Ulduzun əlindən oxlovu aldıqda Ziyadxan yan tərəfdən kəllə zərbəsi ilə onun ağız nahiyyəsinə vurduqda ağzından qan gəlmişdir. Buna görə də o, Ziyadxanın baş nahiyyəsinə bir neçə yumruq vurmuşdur. Qardaşı Qoşqar da mübahisə olan yerə yaxınlaşmış və bizi aralaşdırmışdır. Mübahisə bitdikdən sonra öz evinə getmişdir. Mübahisə təxminən 20-25 dəqiqə davam etmiş, mübahisə başladığı zaman orada Rasim və Səyyaf adlı qonşular olmuş, dava başladıqdan sonra qardaşı Qoşqar da gəlmişdir. Qarabağ torpaqlarının alınması ilə bağlı mübahisə etdikdə bir-birlərinə söyüşlər söymüşlər, Səyyafla mübahisə etdiyi zaman Ulduz mübahisəmizə müdaxilə etmişdir. Qoşqar Ziyadxanı vurmayıb, Ziyadxanı o, özü vurmuşdur, düşünür ki, Ziyadxanın dişləri həmin vaxt sınıb, ağzından xəsarət alıb.Mübahisə zamanı Ulduz və Mahiri vurmayıb. Ulduz Səyyaf adlı şəxsi qorumaq məqsədilə onun barəsində həqiqəti əks etdirməyən müraciət edib.Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 6 ildir ki, həyat yoldaşı Ulduz və nəvəsi Mahir ilə birlikdə Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində fərdi evdə kirayədə yaşayır, evlərinin yaxınlığında həyat yoldaşı təndir çörəyi və qutab bişirir hər ikisi birlikdə orada qutab çörək satışı ilə məşğul olurlar. Ətrafda tanınırlar, münasibətləri hamı ilə yaxşıdır. 22.11.2020-ci il tarixdə saat 21 radələrində işlətdiyi obyektin mağaza hissəsində həyat yoldaşı isə təndir olan hissədə olmuş, bu zaman oradan səs-küy eşidib o da təndir olan yerə getmişdir. Orada həyat yoldaşının yaxınlıqda yaşayan Eldar adlı şəxsə sakit olmasını söyüş söyməməsini dediyini, Eldarın isə söyüş söydüyünü görmüşdür. Həyat yoldaşı çörək bişirdiyi yerdən ayağa qalxaraq bir əlində oxlov ilə Eldarı itələyərək, təndirdən çölə çıxartmışdır. O da həyat yoldaşına köməklik edib Eldarı aralaşdırıb çölə çıxartdıqda, Eldar Ulduz ilə tutaşaraq, Ulduzun əlində olan oxlovu dartmışdır. O, Eldarı itələyərək təndirxanadan çıxartmaq istədikdə Eldar yumruqla sol qulaq nahiyyəmdən vurduqda o, özünü itirmiş və bir qədər geri getmişdir. Rasim adlı şəxs Eldarı aralaşdırıb özü ilə aparmışdır. Ulduz ilə təndirxana tərəfə getdikdə Eldar arxadan qaçaraq yaxınlaşıb Ulduzun kürək nahiyyəsindən təpiklə vuraraq onu yerə yıxmış, Ulduza nalayiq sözlər deməyə davam etmişdir. Buna görə də o, əsəbləşərək və Eldar həyat yoldaşına pozğun dediyi üçün yumruqla ağız nahiyyəsindən bir dəfə vurmuşdur. Bu zaman orada olan nəvəsi Mahir Eldara qarğış etmiş və Eldar təpiklə onu da vurmuşdur və qolundan tutub fırladaraq kənara itələyib yerə yıxmışdır. Ulduzu yerdən qaldırmaq istədikdə, Eldar təpiklə ayaqlarından vuraraq onu yerə yıxaraq, yenidən yumruqla onun ağız nahiyyəsindən, baş nahiyyəmdən bir neçə dəfə vurmuşdur. O, yenidən ayağa qalxaraq, Eldar ilə tutaşdıqda Eldarın qardaşı Qoşqar da qaçaraq onlara yaxınlaşmış, onu itələyib yerə yıxmış və onları aralaşdırmışdır. Mübahisə zamanı Qoşqar, Eldarın bacısının oğlu və bacısının əri Eldarı aralaşdırıb, evlərinə aparmışlar. Mübahisə təxminən 20 dəqiqə davam etdi, mübahisə başladığı zaman orada təndirxanamızda işləyən Rasim və Səyyaf adlı qonşular var idi, dava başladıqdan sonra Eldarın bacısı, bacısı oğlu və bacısının həyat yoldaşı həmçinin qardaşı Qoşqar eləcə də yaxınlıqdakı binada olan bəzi sakinlər mübahisə yerinə gəlmişlər. O, yumruqla Eldarın ağız nahiyyəsindən vursa da həyat yoldaşının onu vurduğunu görməmiş, Ulduz Eldarı itələyərək, çölə çıxarmışdır. Mübahisə zamanı nə o, nə də ki, Ulduz Qoşqarı vurmamışlar. Yalan deyir, nə mən nə də ki, həyat yoldaşım Qoşqarı vurmamışq, təhqir etməmişik. Eldar yumruq zərbələri ilə vuraraq onu döymüş, Qoşqar isə aralaşdırmaq üçün gəldikdə, dartıb yerə yıxmışdır. Mübahisə zamanı oxlov Ulduzun əlində olmuş, Eldar onu qulaq, ağız və baş nahiyyələrimdən yumruq zərbələri ilə vurmuşdur. Mübahisəni Təqsirləndirilən şəxs başlamış və onun hərəkətləri nəticəsində səs- küy yaranmış, iş fəaliyyəti pozulmuş, kənar şəxslər səsə gəlmişdir. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, bir neçə ildir ki, Sumqayıt şəhəri Sumqayıtçay ərazisində həyat yoldaşı ilə birlikdə çörək və qutab mağazası işlədir, həmçinin içərisində olan təndində çörək bişirib satır. 22.11.2020-ci il tarixdə saat 21 radələrində işlədiyi mağazada olduğu zaman Səyyaf və Rasim adlı şəxslər mağazaya gəlmiş və ondan qutab alıb evlərinə aparmaq istəmişlər. Qutab tam hazır olmadığından onlara təndirxananın içərisində əyləşməyini demiş və onlar mağazanın içərisində oturub onu gözləyib, öz aralarında söhbət etmişlər. Bu zaman Eldar adlı şəxs də mağazaya yaxınlaşıb əlində pivə butulkası ilə içəri girib çörək istəmiş və Səyyaf və Rasim oturan yerə yaxınlaşıb heç bir səbəb olmadan “siz ermənisiniz” demişdir. Səyyaf ona gülərək, “sənin kefin yaxşıdı deyəsən” demiş. Eldar bu dəfə artıq onların hər ikisinin ünvanına söyüş söyərək, onları təhqir etsə də onlar Eldara fikir verməmişlər. O, Eldara nalayiq danışmamasını demiş və çölə çıxıb getməsinin çöldə nə söyüş söymək istiyir söyməyini demişdir. Eldar “hə yaxşı yaxşı söyməyəcəyəm” desə də bir qədər öz aralarında danışdıqdan sonra, Səyyaf və Rasim adlı şəxslərlə söz mübahisəsi etmiş, əlində telefon tutaraq olanları videoya çəkmişdir. Bir qədər sonra Səyyaf və Rasim ilə söz mübahisəsini davam etdirib, yenə də onlara nalayiq sözlər demiş və o, bu dəfə əlində olan oxlov ilə Eldarın ayağına zarafat kimi asta vuraraq ona “Eldar bura evimdir, çörək qazandığım yerdir, söyüş söymə, mənim ərim gəlib sizin evinizdə söyüş söysə xoşun gələr?” demiş, Eldar isə əlində olan butulkanı göstərərək, “bunu sənə soxaram, pozğunun biri pozğun” dedikdə mən onu itələyərək, təndirxanadan çölə çıxartmışdır. Bu zaman nəvəsi səs-küyə görə ağlamış və həyat yoldaşı Ziyadxan mağazadan onların yanına gəlmiş nə olduğunu soruşduqda ona heçnə dəməsə də Eldar “sənin həyat yoldaşın pozğundur” demiş və buna görə də onu itələyərək, təndirxandan çıxartmışdır. Həmin vaxt əlindən oxlov olmuş, Eldar oxlovu əlindən dartmışdır. Ziyadxan kənardan onlara yaxınlaşıb Eldarı çölə çıxartmaq istədikdə Eldar yumruqla Ziyadxanın qulaq nahiyyəsindən bir dəfə vurmuş, Ziyadxan bir qədər geri getmişdir. Rasim adlı şəxs onu aralaşdırıb bir qədər uzaqlaşdırmış, o, təndirxana tərəfə çevrilərək, telefonu götürüb polisə zəng etmək istədikdə Eldar arxadan qaçaraq təpiklə kürək nahiyyəmdən vurmuş və yerə yıxılmışdır. Eldar yenə də Ziyadxanı söyməyə davam etdiyi üçün Ziyadxan əsəbləşərək, Eldarın ağız nahiyyəsindən yumruqla vurmuş, nəvəsi Mahir Eldarı qarğış etdikdə isə Eldar təpiklə onu da kürəyindən vuraraq qolundan tutub kənara itələyib yerə yıxmışdır. Eldar yenidən Ziyadxanın üzərinə gedərək, yumruqla bir neçə dəfə onun ağız nahiyyəsindən vurmuş və Ziyadxanın ağzından qan axmışdır. Eldarın qardaşı Qoşqar qaçaraq mübahisə yerinə yaxınlaşmış, Ziyadxanı dartıb ayaq ilə dabalaq vuraraq yerə yıxmış və Eldarı tutub kənara çəkmişdir. Səs-küyə gəlmiş Eldarın bacısının həyat yoldaşı və oğlu, eləcə də təndirxanaya yaxınlıqda yerləşən binanın sakinləri Eldarı aralaşdırıb aparmışlar. Sonradan mübahisə zamanı boyunbağısının boğazından qırılıb yerə düşdüyünü müəyyən etmişdir. Buna görə də mübahisə baş verən ərazini axtarsa da boyunbağını tapa bilməmişdir. Mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, mübahisə başladığı zaman orada təndirxanda işləyən Gülzar adlı qadın, Rasim və Səyyaf adlı qonşular olmuş, dava başladıqdan sonra yaxınlıqdakı binadan yaşayan şəxslər, Eldarın bacısı oğlu və bacısının həyat yoldaşı həmçinin qardaşı Qoşqar da gəldilər. Eldarın bacısının həyat yoldaşı onu öz evlərinə aparmışdır. Şahid2 nə o nə də ki, Zərərçəkmiş şəxs1 vurmamışdır. Mübahisəni Təqsirləndirilən şəxs başlamış və onun hərəkətləri nəticəsində səs- küy yaranmış, iş fəaliyyəti pozulmuş, kənar şəxslər səsə gəlmişdir. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, 22.11.2021ci il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında yerləşən, Ulduz adlı qadının işlətdiyi təndirxanaya çörək almaq üçün getmiş, çörək bişmədiyi üçün gözləməli olmuş və təndirxanada olan masada əyləşmişdir. Rasim adlı şəxs də orada olmuş, o da onun yanında oturmuşdur. Öz aralarında söhbət etdiyi zaman Eldar da oraya gəlmiş, Rasim ilə söhbətlərinə müdaxilə etmiş və aralarında söz mübahisəsi yaranmışdır. O, nalayiq sözlər dedikdə Ulduz ona sakit durmasını demiş, Eldar bir qədər dayansa da yenə söyüş söymüş və bu zaman Ulduz onu itələyərək, çölə çıxartmışdır. Eldar çöldə Ulduzu əli ilə çiyin nahiyyəsindən vurmuş, lakin, Rasim və o Eldara yaxın getməmişlər ki, çıxıb getsin. Rasim onu aralaşdırıb aparmış, lakin, bir qədər sonra Eldar yenidən qayıtmış və Ulduzun üzərinə gedərək Ulduzu vurub yerə palçığın içinə yıxmışdır. Bu zaman Ziyadxan da həmin yerə gəlmiş, Eldar ilə Ziyadxan dalaşmışlar. Eldarın qardaşı Qoşqar da həmin yerə gəlmiş, qaranlıq olduğundan kimin kimi, harasından vurduğunu görmürdüm. Sonradan Eldarın bacısı oğlu, bacısının həyat yoldaşı gələrək, onu aralaşdırıb evlərinə aparmışdır. Mübahisə 15 dəqiqə davam etmiş, səs-küyə kənar şəxslər də yığışmışlar. Orada Eldarın bacısı oğlu, bacısının həyat yoldaşı da olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, 22.11.2021ci il tarixdə saat 20 radələrində Ulduz adlı şəxsin işlətdiyi təndirxanada işdə olduğu zaman Səyyaf və Rasim adlı şəxslər də həmin təndirxanada çörək bişməsini gözləmişlər. Səyyaf ilə Rasim təndirxananın içərisində əyləşmiş, öz aralarında söhbət etdikləri zaman Eldar adlı şəxs də təndirxanaya gəlmiş, Səyyaf və Rasim adlı şəxslərin ünvanına nalayiq söz dediyi zaman Ulduz ona söyüş söyməməsini demişdir. Bir qədər sonra Eldar yenidən söyüş söydükdə Ulduz ona yaxınlaşaraq əlində olan oxlov ilə onun ayağına asta vuraraq söyüş söyməməyini deyib, təndirxanadan çölə çıxmasını istəmiş, bu zaman Eldar Ulduzun oxlovundan əli ilə tutaraq onun sinəsindən geri itələmişdir. Ulduzun əri Ziyadxan kənardan yaxınlaşaraq Eldarı aralaşdırmaq istədikdə, Eldar əvvəlcə Ziyadxanın qulaq nahiyyəsindən vurmuş, belə olduqda Ziyadxan da yumruqla onun ağız nahiyyəsindən vurdmuşdur. Eldar yenidən Ziyadxanın üzərinə gedərək, bir neçə dəfə də onun ağız nahiyyəsindən yumruq zərbələri vurmuşdur. Onlar mübahisəni çöldə davam etdirdiyindən o, çölə çıxmamış, kənardan başqa şəxslər də mübahisə yerinə yığışmışlar. Məhkəmədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasın nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş, 19.03.2009-cu il təvəllüdlü Şahid7 ifadəsində göstərdi ki, Gürcüstan Respublikasında Azərbaycan Məktəbində təhsil alır və buna görə də azərbaycan dilini yaxşı bilir və latın qrafikası ilə yazıb oxuya bilir. 22.11.2020-ci il tarixdə axşam saatlarında nənəsi qutab bişirərkən, Səyyaf və Rasim adlı şəxslər təndirxanada oturmuşlar. Həmin vaxt Eldar adlı şəxs gələrək, Rasim və Səyyaf ilə mübahisə edib söyüş söymüş, nənəsi ondan çölə çıxmasını tələb etdikdə, Eldar nənəsini də təhqir etmişdir. Eldar və nənəsi təndirxanadan çölə çıxmış və Eldar nənəsi Ulduzu itələyərək, yerə yıxmışdır. Buna görə də Eldara “cındır Eldar nənəmdən nə istəyirsən” demiş və Eldar təpiklə onun da qarın nahiyyəsindən vurmuş, o, yerə yıxılmışdır. Babası Ziyadxan səsə gəlmiş və babası ilə Eldar yerdə dalaşmışlar. Eldarın qardaşı da həmin yerə gəlmiş, qohumu Eldarı aralaşdırmış və evlərinə çıxıb getmişlər. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, mübahisə başladığı zaman orada Rasim və Səyyaf adlı qonşular var idi, dava başladıqdan sonra Eldarının qohumları da gəldi gəlmişdir. Babasının Eldarı vurduğunu və həmçinin babasının ağız nahiyyəsindən dəqiq olaraq kimin vurduğunu görməmişdir. Nənəsi Ulduz isə Eldarı oxlov ilə vursa da Qoşqarı vurmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 22.11.2021ci il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında yerləşən, Ulduz adlı qadının işlətdiyi təndirxanaya qutab və çörək almaq üçün getmiş, çörək və qutab bişmədiyi üçün gözləmişdir ki, bişsin alıb getsin və bu zaman həmin təndirxanada olan masada əyləşmişdir. Səyyaf adlı şəxs də orada olmuş, o da yanında oturmuşdur. Biz mübahiribə ilə əlaqədar söhbət etdikləri zaman Eldar adlı şəxs də çörək almaq üçün gəlmiş və o, çörək istəyib təndirxananın qarşısında dayandığı zaman Səyyafla olan söhbətlərinə qarışmış və Eldar ilə Səyyafın arasında söz mübahisə olmuşdur. Həmin vaxt Eldar Səyyafa “yalançının varyoxun” dedikdə söyüşü yarımçıq saxlamış və bu zaman təndirxanada işləyən Ulduz Eldara “burada qadın var xahiş edirəm çıx çölə” demiş və Eldarı əlindəki oxlov ilə vuracağını deyərək çölə çıxartmışdır. Eldarı özü ilə birlikdə yaşadığı ünvana aparmış həmin vaxt Eldarın qardaşı və həyat yoldaşı həyətdə olmuşdur, Eldarı evə ötürüb “deyəsən içkilidi bunu çölə buraxmayın” deyərək, öz yaşadığı evə qalxmışdır. Bir gün sonra yaşadığım məhəllədə eşitmişdir ki, Eldar ilə Ulduz və Ulduzun həyat yoldaşı dalaşıb. Eldar bir neçə dəfə söyüş kimi sözün əvvəlin gətirsə də tam söyüş söyməmiş və Ulduz onu oxlov ilə vuracağını deyib çölə çıxmasını tələb etsə də onlar bir-birini vurmamışdır. Həmin vaxt Ulduzun azyaşlı nəvəsi, Ziyadxan və Ulduzun işçisi olan bir qoca qadın orada olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onların yaşadığı evin yaxınlığında təndirxana işlədir. 22.11.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvanda olarkən küçədən mübahisə səsləri eşidərək, evin pəncərəsindən baxdıqda uzaqdan mübahisə edənlərdən biri qardaşı Eldara oxşadığını görüb tez mübahisə olan yerə yəni, Ulduz adlı şəxsin işlətdiyi təndirxanaya getmiş, oraya çatdığı zaman Səyyaf, Ziyadxan və Ulduz adlı şəxslərin qardaşı Eldar ilə mübahisə etdiklərini görmüşdür. Onları aralaşdırmaq məqsədi ilə Eldarı tutub kənara çəkmək istədikdə, Ziyadxan əlində olan taxta ilə baş nahiyyəsindən bir dəfə onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 isə əlində olan dəmir ilə kürək nahiyyəmdən bir dəfə vurmuşdur. Buna görə də tez qardaşını aralaşdıraraq öz yaşadığı ünvana aparmışdır. Mübahisə o, təndirxanaya çatdıqdan sonra təxminən 10-15 dəqiqə davam etmiş, orada Səyyaf, Ziyadxan və Ulduz adlı şəxsləri görmüşdür, başqa heç kim olmamışdır. Eldarın ağız nahiyyəsindən qan axmış, əlləri ilə öz başını tutmuşdur. O, Ziyadxanı vurmamışdır, qardaşını aralaşdırmaq üçün oraya getmiş və qardaşını aralaşdırıb öz evlərinə aparmışdır. Zərərçəkmiş şəxs2 boğazında qızıl boyunbağı görməmiş, bu barədə heç bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 və Şahid6 da Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə istintaq hərəkətinin protokollarından görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istintaq orqanına verdikləri ifadəni bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdirlər. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına vermiş olduğu ifadəni bir daha hadisə yerində əyani göstərərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Sumqayıt şəhər şöbəsinin 22.02.2021-ci il tarixli, 04/1441 əlavə nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində üst dodağın selikli qişasına qansızma, üst çənədə sağdan İİ və soldan İİ dişlərin diş kökü səviyyəsindən travmatik sınığı və diş ətinə qansızma, sağ gicgah və sol təpə-gicgah nahiyyələrinin qançırları, hərəkət məhdudluğu ilə müşayət olunmuş sol əlin İ barmağının şişkinliyindən ibarət bədən xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən hərəkət məhdudluğu ilə müşayət olunmuş sol əlin İ barmağının şişkinliyi, üst dodağın selikli qişasına qansızma, üst çənədə sağdan İİ və soldan İİ dişlərin diş kökü səviyyəsindən travmatik sınığı və diş ətinə qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya adi xəsarətlərdir, küt əşya təsirindən törənmişdir, 23.11.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Sağ gicgah və sol təpə-gicgah nahiyyələrinin qançırları xəsarətləri sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 23.11.2020-ci il tarixli 1440 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin ön səthində və sol yan səthinin, sol əlin arxa səthinin qançırları xəsarətləri bərk küt əşya təsirindən törənmişlər, törənmə müddəti 22.11.2020-ci il tarixdə yetirilməsinə xarakterik ola bilər və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Həmin xəsarətləri özü özünə yetirməsi az inandırıcıdır. Cinayət işinin materiallarında olan istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etiyi, Səyyaf və Rasim adlı şəxslərlə arasında olan söz mübahisəsinin özündə əks etdirəm DVD disk sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə başlanmışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 23 fevral 2021-ci il tarixli qərardan görünür ki,210736002 saylı cinayət işi üzrə əməl CM-nin 128-ci maddəsindən 221.1-ci maddəsinə tövsif olunmuşdur. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. DİN BƏSİİ-dən alınmış 18.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan yaşayış yeri üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006 və 2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan iki uşağı vardır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ibtidai istintaq zamanı və məhkəmədə verdiyi işin halları ilə bağlı ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlər-Şahid3, Şahid4, Şahid7 və digərlərinin ifadələri, ekspert rəyləri, diskə baxış keçirilməsinə dair protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Təqsirləndirilən şəxs yaxın qohumu olmasını, Şahid5 və Şahid6 da təqsirləndirilən şəxslə qohumluq əlaqələrini nəzərə alaraq Məhkəmə hesab edir ki, həmin şəxslərin Məhkəmədə verdikləri ifadələr sübut qismində qiymətləndirilməməlidir. Məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 09 mart 2021-cu il tarixli (iş № 1(060)-260/2021) qərarını icra edərək, 16 mart 2021-ci il tarixli 255 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «Turanbank» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Sumqayıtçay ərazisi, Dəmir yolunun yükboşaltma məntəqəsinin inzibati binasını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «Turanbank» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-260/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-260/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver