Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-260/2022 19.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Qurd Dərəsi bağ massivində yerləşən yaşayış sahəsinin həyətinə daş hasarı aşmaqla daxil olub, orada yerləşən evin 1-ci mərtəbəsindəki plastik pəncərənin dəmir barmaqlığına dəmir parçası ilə fiziki təsir göstərib kiliddən açmaq yolu ilə oradakı otaqlardan 200 (iki yüz) manat dəyərində 01 (bir) ədəd “LG” markalı paltaryuyan maşın, 600 (altı yüz) manat dəyərində 01 (bir) ədəd “Evolinc” markalı qaz plitəsi, 30 (otuz) manat dəyərində 01 (bir) ədəd “Geepas” markalı ətçəkən maşın, 20 (iyirmi) manat dəyərində 01 (bir) ədəd “Kenwood” markalı blender, 20 (iyirmi) manat dəyərində 01 (bir) ədəd “Geepas” markalı ütü, hər biri 60 (altmış) manat olmaqla 120 (yüz iyirmi) manat dəyərində 02 (iki) ədəd “Global” markalı 8 seksiyalı radiator, 100 (yüz) manat dəyərində 01 (bir) ədəd “Global” markalı 10 seksiyalı radiator, 55 (əlli beş) manat dəyərində 01 (bir) ədəd “Global” markalı 7 seksiyalı radiatoru gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1145 (min yüz qırx beş) manat dəyərində maddi ziyan vurub, oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd Dərəsi bağ massivində fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Maddi imkanı çox zəifdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evdən çölə çıxarkən qonşusu Zərərçəkmiş şəxs qapısının yanında ev əşyalar görmüşdür. O, həmin ev əşyaların qonşusu Zərərçəkmiş şəxs məxsus olduğunu bilmiş, lakin həmin əşyaları götürərək öz evinə aparmışdır. Həmin əşyalardan bir qismini tanımadığı adama satmış, bir qismini isə öz evində saxlamışdır. Əməlindən peşman olduğunu və yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd Dərəsi bağ massivində fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Maddi imkanı çox zəifdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, qonşuluğunda Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin olduğunu və həmin evdə mütəmadi olaraq yaşayış olmadığını bilmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə gecə saatlarında təxminən 01:00 radələrində həmin yaşayış evinə hasardan baxaraq görmüş ki, evdə heç kim yoxdur, ona görə də, həmin evə daxil olub orada olan əşyalardan oğurlayıb satmaq qərarına gəlmişdir. Küçədən dəmir alət tapıb özü ilə götürmüş, çünki bilirmiş ki, evin hər pəncərəsində dəmir barmaqlıqlar vardır. Əvvəlcə hasardan tullanmışdır. İlk öncə evin birinci mərtəbəsinin giriş qapısının sol hissəsində plastik pəncərənin dəmir barmaqlıqlarını özü ilə götürdüyü dəmir alətlə aralamış, daha sonra plastik pəncərəyə fiziki təsir göstərərək açmışdır. Evin 1-ci mərtəbəsində otaqlarda gördüyü, 01 ədəd “LG” markalı paltaryuyan maşın, 01 ədəd “Evolinc” markalı qaz piltəsi, 01 ədəd “Geepas” markalı ətçəkən maşın, 01 ədəd “Kenwood” markalı blender, 01 ədəd “Geepas” markalı ütü, 04 ədəd “Global” markalı radiatorları daşımaqdan ötrü evin giriş qapısına gətirdiyi dəmir alətlə açmış və onları hissə-hissə olaraq yaşadığı evə aparmışdır. Həmin zaman gecə vaxtı olduğundan heç kim olmamış və onun yaşadığı evə daşıdığı əşyaları görən olmamış və ona həmin əşyların oğurlanmasında heç kim köməklik etməmişdir. O, yaşadığı evə əşyaları aparan zaman yaşadığı evdə heç kim olmamışdır. Həmin əşyaları o, təxminən 2-3 saat ərzində daşımışdır. Niyyəti də həmin oğurladığı əşyaları hissə-hissə heç kim şübhələnməsin deyə satmaq olmuşdur. Həmin əşyaların bir qismini tanımadığı şəxslərə satmış, lakin 01 ədəd paltaryuyan maşını və 04 ədəd radiatoru isə sata bilmədiyindən yaşadığı evdə saxlamışmışdır. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları onu yaşadığı evin qarşısında görüb onu Polis Bölməsinə dəvət etmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə Polis Bölməsinə getmişdir. Onunla aparılan sorğu sual zamanı bildirmişdir ki, qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs bağ evindən adlarını qeyd etdiyi əşyaları o oğurlamış və evində qalan 01 ədəd paltaryuyan maşını və 04 ədəd radiatoru polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun özünə məxsus Sumqayıt şəhəri, Qurd Dərəsi bağlarında fərdi bağ evi vardır. O, tez-tez həmin fərdi evə gedib oranı yoxlayır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında evi yoxlamaq üçün Sumqayıt şəhəri, Qurd Dərəsi bağ massivində yerləşən bağ evinə getmişdir. Gələndən sonra evin qapısının və pəncərəsinin açıq olduğunu aşkar etmişdir. Evə daxil olanda evdəki əşyaların dağınıq olmasını görəndə evində oğurluq hadisəsinin törəndiyini anlamış və bu səbəbdən Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Daha sonra polis əməkdaşları bağ evinə gəlmişlər. Polis əməkdaşları gələndən sonra evindən dəqiq olaraq 01 ədəd “LG” markalı paltaryuyan maşının, 01 ədəd “Evolinc” markalı qaz pilitəsinin, 01 ədəd “Geepas” markalı ətçəkən maşının, 01 ədəd “Kenwood” markalı blenderin, 01 ədəd “Geepas” markalı ütünün və bundan başqa evə quraşdırılmış 04 ədəd “Global” markalı radiatorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı aşkar etmişdir. X1 məlum olmuşdur ki, onun bağ evindən oğurluğu qonşuluqda yaşayan Təqsirləndirilən şəxs etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Barələrində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi, polis mayoru Şahid2 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də sahə rəisi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixədək müddət ərzində Sumqayıt şəhəri, Qurd dərəsi massivində yerləşən bağ evindən məişət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. O, da həmin ərazinin sahə rəisi olduğu üçün həmin hadisə yerinə əməliyyat qrupu ilə birlikdə getmişdir. Hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokol tərtib olunmmuşdur. Hadisə yerində Zərərçəkmiş şəxs ilə şifahi sorğu sual zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, Sumqayıt şəhərində başqa ünvanda ailəsi ilə birlikdə yaşayır. Bağ evinə nəzarət etmək üçün mütəmadi olaraq gedib gəlir. Axırıncı dəfə bağ evində xx.xx.2021-ci il tarixdə olmuş və həmin zamanda hər şey qaydasında olmuşdur. xx.xx.2021-ci il tarixdə yenidən bağ evinə baxmaq üçün gəldiyində evin giriş qapısının və pəncərənin açıq olduğunu, evə daxil olduqda evdə bir neçə məişət əşyasının olmadığını, həmçinin evin dağınıq vəziyyətdə görməsini, bağ evində oğurluq hadisəsi baş verdiyini başa düşdüyü üçün DİN-102 zəng mərkəzi xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat verdiyini bildirmişdir. Həmin oğurluq hadisəsi ilə bağlı heç kimdən şübhələnməmişdir. Zərərçəkmiş şəxs izahatının alınmasından ötrü Polis Bölməsində olan zaman bildirmişdir ki, özünə məxsus bağ evindən konkret olaraq 01 (bir) ədəd “LG” markalı paltaryuyan maşın, 01 (bir) ədəd “Evolinc” markalı qaz piltəsi, 01 (bir) ədəd “Geepas” markalı ətçəkən maşın, 01 (bir) ədəd “Kenwood” markalı blender, 01 (bir) ədəd “Geepas” markalı ütü və bağ evində olan 04 ədəd “Global” markalı radiatorlar oğurlanmışdır. Qeyd etmişdir ki, oğurlanan əşyaların ümumilikdə dəyəri 2208 (iki min iki yüz səkkiz) manatdır. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhəri, Qurd dərəsi massivində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Polis Bölməsinə dəvət edilmişdir. X5 Vüqar Yaqub oğlu 14 oktyabr 2021-ci il tarixdə gecə saat 01:00 radələrində qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs bağ evindən 01 (bir) ədəd “LG” markalı paltaryuyan maşın, 01 (bir) ədəd “Evolinc” markalı qaz piltəsi, 01 (bir) ədəd “Geepas” markalı ətçəkən maşın, 01 (bir) ədəd “Kenwood” markalı blender, 01 (bir) ədəd “Geepas” markalı ütü və bağ evində olan 04 ədəd “Global” markalı radiatorlar oğurladığını səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs 01 (bir) ədəd “LG” markalı paltaryuyan maşının və 04 ədəd radiatorların yaşadığı ünvanda olmasını, həmin əşyaları təqdim edə biləcəyini və qalan digər əşyaları isə tanımadığı şəxslər satdığını bildirmişdir. 01(bir) ədəd “LG” markalı paltaryuyan maşın və 04 ədəd radiatorlar götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmtəəşünaslıq ekspertizasının 22 noyabr 2021-ci il tarixli 9/8246 saylı rəyindən görünür ki; fotoşəkilləri təqdim edilmiş 07 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 545.0 manat müəyyən edilir. Qərarda və fotoşəkilləri təqdim edilmiş 01 ədəd "Evolinc" markalı qaz piltəsi haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-580/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 3 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 1(012)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Bağırov X4 Rayon Məhkəməsinin 1(012)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs təyin olunan cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən cinayətlərin residivi kimi qiymətləndirilmir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşaq vardır (xx.xx.2011-ci il təvəllüdlü X2). İş materiallarında olan təqdimetmə və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağ massivindəki fərdi yaşayış evindən oğurlanmış ona məxsus 01 ədəd "LG" markalı paltaryuyan maşın, 02 ədəd “Global” markalı 8 seksiyalı radiator, 01 ədəd “Global” markalı 10 seksiyalı radiator, 01 ədəd “Global” markalı 7 seksiyalı radiator Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmişdir. Həmin əşyalar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün sahibinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus evdən oğurlanmış əşyalardan bir ədəd “LG” markalı paltaryuyan maşın və 04 (dörd) ədəd “Global” markalı radiatorları təhvil almışdır. İş materiallarında olan iş üzrə əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Qurd Dərəsi bağ massivində yerləşən bağ evindən 01 ədəd “LG” markalı paltaryuyan maşın, 01 ədəd “Evolinc” markalı qaz piltəsi, 01 ədəd “Geepas” markalı ətçəkən maşın, 01 ədəd “Kenwood” markalı blender, 01 ədəd “Geepas” markalı ütü, 04 ədəd “Global” markalı radiatorları tək oğurlaması əməliyyat yolu ilə müəyyən edilmişdir. Həmin oğurluq zamanı Təqsirləndirilən şəxs kimin və ya kimlərinsə ona kömək etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs bundan başqa oğurluq hadisələrinin törədilməsində iştirakının olub-olmamasına görə əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin başqa oğurluq hadisələri etməsi barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə dətəqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini və yüngülləşdirici halları nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Sumqayıt şəhəri, Qurd dərəsi bağ massivindəki fərdi yaşayış evindən oğurlanmış 01 ədəd "LG" markalı paltaryuyan maşının, 02 ədəd “Global” markalı 8 seksiyalı radiatorun, 01 ədəd “Global” markalı 10 seksiyalı radiatorun, 01 ədəd “Global” markalı 7 seksiyalı radiatorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Abçeron Rayon Məhkəməsinin 1(012)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Sumqayıt şəhəri, Qurd dərəsi bağ massivindəki fərdi yaşayış evindən oğurlanmış 01 ədəd "LG" markalı paltaryuyan maşının, 02 ədəd “Global” markalı 8 seksiyalı radiatorun, 01 ədəd “Global” markalı 10 seksiyalı radiatorun, 01 ədəd “Global” markalı 7 seksiyalı radiatorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-260/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-260/2022
19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver