Məhkəmə qərarları › İş №1(060)-261/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-261/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-261/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nə dəyişiklik edilməsi ilə əlaqədar əməli CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.5-ci maddəsinə tövsif edilərək 07 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci ildə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə cəzası 06 il 06 aya endirilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 06 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzası başa çatmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri. Xəzər bağlar massivi fərdi yaşayış evində yaşamış, barəsində “polisin nəzarəti alıma vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 09:45 radələrində Sumqayıt şəhəri, mərkəzi bazarın yaxınlığında “Ford Transit’' avtobusuna minmiş, avtobusda olan sərnişin Zərərçəkmiş şəxs1 əl çantasından, içərisində 150 (yüz əlli) manat pul olan pul qabını çantadan çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 150 (yüz əlli) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Avtovağzal ərazisində “Hord” markalı mikroavtobusuna minmiş, avtobusda olan sərnişin Zərərçəkmiş şəxs2 çiynindəki əl çantasında olan 170 (yüz yetmiş) manat dəyərində, 64 GB yaddaş tutumlu, “Xiaomi Redmi 8” markalı mobil telefonunu çantadan çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 170 (yüz yetmiş ) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən avtovağzalın qarşısında “Ford Transit” markalı mikroavtobusa minmişdir. Niyyəti orada olan şəxslərin birinin pul kisəsini oğurlamaq olmuşdur. Avtomobildə tanımadığı bir nəfər qadının əl çantasının açıq olduğunu görmüş və həmin qadının pul kisəsini götürdükdən sonra mikroavtobusdan düşmüşdür. Pul kisəsinə baxdığı zaman görmüşdür ki, pul kisəsində 150 manat pul digər sənədlər olduğunu görmüşdür. O, pulu götrüdükdən sonra pul kisəsini həmin yerdə yolun kənarında bir yerə atmışdır. Daha sonra, pul şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri. Avtovağzalın qarşısında sərnişin kimi markasını xatırlamadığı mikroavtobusa əyləşmişdir. Həmin vaxtı da niyyəti mikroavtobusda pul və ya mobil telefon oğurlamaq olmuşdur. Həmin zamanda tanımadığı bir qadının əl çantasının açıq vəziyyətdə olduğunu və həmin çantanın içərisində mobil telefon olduğunu görmüş, həmin telefonu oğurlamışdır. Daha sonra mikroavtobudan düşmüşdür. Həmin mobil telefonu Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən telefon mağazalarının birində 50 manata satmışdır.Oğruluq edən zaman onu heç kim görməmiş, təqib etməmiş və arxasınca düşməmiş və ona kömək edən olmamışdır. Hazırda əməlindən peşmandır. Maddi imkanı olmadığı üçün ziyanı ödəyə bilməmiş, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdir ki, xx.xx.2022-ci il tarixdə saat 08:10 radələrində işə getmək üçün yaşadığı ünvandan çıxmışdır. Sumqayıt şəhəri. 5-ci mkr ərazisində yerləşən AZZA şirniyyat evinin qarşısında 33 saylı marşurula əyləşmişdir. Sumqayıt şəhəri, Avtovağzal ərazisinə gəlmiş və orada avtovağzalın inzibati binasının qarşısında dayanan nömrəsini xatırlamadığı ağ rəngli Ford markalı mikroavtobusa yaxınlaşmışdır. Avto- busun qapısı açıldıqdan sonra gözləyən sərnişinlər minməyə başlamışdır. Bir neçə şəxs əyləşdikdən sonra o, da əyləşmişdir. Mindiyi zaman əl çantasın da çiynində saxlamışdır. Mindikdən sonra telefonu lazım olduğu üçün çantasından götürmək istəmişdir. Bu zaman da özünə məxsus olan “Redmi 8” markalı mobil telefonun olmadığını görmüşdür. Telefonun avtovağzalda avtobusa mindiyi zaman sıxlıq olduğu üçün arxasında dayanan şəxslərdən biri tərəfindən çiynində olan əl çantasından oğurlandığını düşünmüşdür. İş yerinə çatdıqdan sonra da əri ilə telefon əlaqəsi saxlamışdır. Əri də baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra, müəyyən edilmişdir ki, hadisəni Vidadi adlı şəxs törətmişdir. Qeyd etmiş ki, “Redmi 8” markalı mobil telefonu 2 ildir ki, istifadə edir. Həmin telefonun bu müddət ərzində istifadə edilməsi nəzərə alınmaqla onun hazırki dəyəri 200 manat olduğundan baş vermiş hadisə zamanı ona 200 manat maddi ziyan dəymişdir.Oğurluq baş verən zaman görməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün şikayətçidir və təqsirləndirilən şəxsə qanunamüvafqi cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsindən görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 09:45 radələrində Sumqayıt şəhər avtovağzalının qarşısında taksi kimi fəaliyyət göstərən nömrəsini xatırlamadığı “Ford Transit” markalı avtomobilə minmişdir. Qeyd olunan tarixdə saat təxminən 10 radələrində Bakı-Sumqayıt şosesində yerləşən Socar-ın yaxınlığında avtomobildə olan zaman özünə məxsus qara rəngli çiynində olan çantasından içərisində 150 manat pul və digər sənədlrə olan qara rəngli pul qabısının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 150 manat maddi ziyan dəymişdir.Pul qabı götürülən zaman görməmiş və daha sonra çantasını yoxlayan zaman pul qabının olmadığını görmüş və şikayət etmişdir.Daha sonra, müəyyən edilmişdir ki, hadisəni Vidadi adlı şəxs törətmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqramla müraciət edərək ailə vəziyyəti ilə əlaqdar məhkəmə iclasında iştirak edə bilmədiyini, şikayəti olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Hələm oğlu ifadəsində göstərdi ki, rəsmi olaraq Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində telefon dükanı işlədir. 26 iyul 2022-ci il tarixdə işlədiyi dükanda olan zaman bir nəfər tanımadığı şəxs mağazaya gəlib mobil telefon satmaq istədiyini bildirmişdir. Mobil telefona baxan zaman “Redmi 8” markalı olduğunu görmüşdür. Həmin telefon normal vəziyyətdə olmuş və telefonu 50 manata almışdır. Telefonu həmin şəxsdən alan zaman isə satandan şəxsiyyət vəsiqəsini tələb etmiş və həmin şəxsdə şəxsiyyət vəsiqəsini təqdim elmişdir. Vəsiqədən görmüşdür ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs mobil telefonun kimə məxsus olub-olmamasını soruşduqda həmin telefonun özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Mobil telefonu həmin günü, yəni 26 iyul 2022-ci il tarixdə tanımadığı müştəriyə 80 manata satmışdır. 01 avqust 2022-ci il tarixdə polis əməkdaşları onun işlədiyi dükana gəlmişlər və ondan Təqsirləndirilən şəxs “Redmi 8” markalı telefon salıb-satmadığımı ilə maraqlanmışlar. O, da bildirmiş ki, 26 avqust 2022-ci il tarixdə “Redmi 8” markalı telefonu Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə 50 manata almışdır. Alan zaman telefonun oğurluq olmasını bilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən oğurluqları törətməsində sonuncuya kömək edən şəxs və ya şəxslərin olub-olmadığını əməliyyat yolu ilə də yoxlanılmış və hadisədə ona kömək edən şəxslərin olması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 oktyabr 2022-ci il tarixli 9/6983 saylı rəyindən görünür ki, 01 ədəd ‘’Xiaomi Redmi 8” markalı, 64 GB yaddaş tutumlu mobil telefonun salış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və orla istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2022-ci ilin iyul ayına olan orla bazar qiyməti təxminən 170,00 manat müəyyən olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi başlanması haqqında” qərardadn görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarından görünür ki, 01 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə tərəfimdən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 03 avqust 2022-ci il tarixdə ********* saylı cinayəl işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.5-ci maddələrinə tövsif olunmaqla, o. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt şəhər prokuroruna vəsatət verilmiş, lakin vəsatət təmin edilməyərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 10 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Asil oğlunun cinayəl əməli ona elan edilmiş itlihama dəyişikliklər və əlavələr edərək tərəfimdən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə ona yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Ağır Cinayətlərə dair İşlər üzrə məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə, xx.xx.2017-ci ildə Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən CM-nin 177.3.3 və 234.1-ci maddələri təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarla CM-nə dəyişiklik edilməsi ilə əlaqədar əməli CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.5-ci maddəsinə tövsif edilərək 07 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. xx.xx.2018-ci ildə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə cəzası 06 il 06 aya endirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayət təhlükəli residiv sayılır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs həmin müddəti gözləmədən yenidən az ağır cinayət törətmişdir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasıını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 06 ay 06 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarından görünür ki, hazırkı cinayətləri Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi ərzində yəni buraxıldıqdan sonra, 06 ay 06 gün müddət bitmədən törətdiyi üçün həmin tarixli qərar ləğv edilməldir. CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı yuxarıda göstərilənləri nəzərə alıb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad olunmasına dair Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci tarixli qərar ləğv edilməklə cəzasının çəkilməmiş hissəsi olan 06 ay 06 gün müddəti ilə qismən birləşdirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq müddətində xx.xx.2022ci ildən xx.xx.2022-ci ilə kimi şübhəli şəxs qismində tutulub və istintaq müddətində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmənin hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmaqla şəxs barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə seçilmiş həbs növündə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli hökm çıxarıldığı gündən, yəni 07 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 261/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 095/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.5-ci maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Nizami rayon məhkəməsinin cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmasına dair xx.xx.2022-ci tarixli qərarı CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 il müddətinə və Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci ildə qərarı ilə 06 il 06 ay endirilmiş azadlıqdan məhrum etmə cəzasının 6 ay 6 gün çəkilməmiş müddəti CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək sonuncu barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və Binədəqi rayon Məhkəməsinin “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair qərarı nəzərə alınsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar