Məhkəmə qərarları › İş №1(060)-261/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-261/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-261/2025 04.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X2, Məhkəmə iclas katibi:X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1992-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1, 68.1.1-1-ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası bitmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 fevral 2024-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində olarkən X4 məxsus fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək, həmin evin həyətyanı sahəsinə, oradan isə evin plastik materialdan olan pəncərəsini istintaqa məlum olmayan bıçaqla açıb, yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin birinci mərtəbəsindəki dolabdan Zərərçəkmiş şəxs8 məxsus 50 manat nağd pulu. 1870 manat dəyərində 17 qram çəkidə 750 əyyarlı İtaliya istehsallı 01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzükdən ibarət qızıl komplektini, 01 ədəd 495 manat dəyərində 4,5 qram çəkidə 750 əyyarlı İtaliya istehsallı qızıl üzüyü gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 2415 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 1 1 mart 2024- cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, X10 massivi ərazisində olarkən Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək, həmin evin həyətyanı sahəsinə, oradan isə evin plastik materialdan olan pəncərəsini istintaqa məlum olmayan bıçaqla açıb, yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin yataq otağında Zərərçəkmiş şəxs1 məxsus şalvarın cibindən 2700 manat nağd pul. evin digər yataq otağındakı dolabdan 5200 manat nağd pul, 02 ədəd hər birinin dəyəri 102 manat olmaqla hər bırı i.2 qram çəkidə 585 əyyarlı Türkiyə istehsallı üzərində qaş olmayan qızıl üzükləri. 01 cüt 170 manat dəyərində 2 qram çəkidə 585 əyyarlı Türkiyə istehsallı qızıl sırğanı, evin mətbəx otağındakı pul qabından 90 manat və həmin dövrün məzənnəsi ilə 17 manat təşkil edən 10 X5 dollar pulu, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 300 manat dəyərində 01 ədəd Çin istehsallı «Patek Philip» markalı mexaniki qol saatını gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda 8681 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 may 2024- cü il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, X10 massivi ərazisində olarkən Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək, həmin evin həyətyanı sahəsinə, oradan isə evin plastik materialdan olan pəncərəsini istintaqa məlum olmayan bıçaqla açıb, yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin yataq otağındakı dolabdan Zərərçəkmiş şəxs2 məxsus 510 manat dəyərində 01 ədəd paxlava formalı 6 qram çəkidə 583 əyyarlı qızıl üzüyü. 765 manat dəyərində 01 ədəd 9 qram çəkidə 583 əyyarl qızıl kişi üzüyünü, 2380 manat dəyərində üzərində ağ qaşları olan 28 qram çəkidə 583 əyyarlı 01 ədəd üzük, 01 ədəd qolbaq və 01 cüt sırğadan ibarət qızıl komplektini və 2000 manat nağd pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda 5655 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 iyul 2024- cü il tarixdə saat 22 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək, həmin evin həyətyanı sahəsinə, oradan isə evin plastik materialdan olan pəncərəsini istintaqa məlum olmayan bıçaqla açıb, yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin yataq otağındakı dolabdan Zərərçəkmiş şəxs3 məxsus 850 manat dəyərində 01 ədəd 10 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı nişan üzüyünü, 425 manat dəyərində 01 ədəd 5 qram çəkidə 585 əyyarlı brilliant qaşlı Rusiya istehsallı üzüyü. 850 manat dəyərində 10 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı 01 ədəd üzük və 01 cü! sırğadan ibarət qı/ıl komplektini, 850 manat dəyərində 01 ədəd 10 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı nişan üzüyünü, 02 ədəd hər biri 170 manat dəyərində olmaqla hər biri 2 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı qızıl üzükləri, 255 manat dəyərində 01 ədəd 3 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı qızıl qolbağı, 467 manat 50 qəpik dəyərində 01 ədəd 5,5 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı qızıl boyunbağını, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində 01 ədəd Çin istehsallı qızıl qabını gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 4047 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 iyul 2024- cü il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, X10 massivi ərazisində olarkən Zərərçəkmiş şəxs4 yaşadığı fərdi yaşayış evindən 1000(bir min) manat əmlakı oğurluq etmək qərarına gələrək, həmin evin həyətyanı sahəsinə, oradan isə evin plastik materialdan olan pəncərəsini bel ilə açıb, yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evdə pul və ya qiymətli əşya tapmayaraq, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, yaşayış sahəsini tərk edib hadisə yerindən uzaqlaşaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 iyul 2024- cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, X10 massivi ərazisində olarkən Zərərçəkmiş şəxs5 yaşadığı fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək, həmin evin həyətyanı sahəsinə, oradan isə evin plastik materialdan olan pəncərəsini istintaqa məlum olmayan bıçaqla açıb, yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin qonaq otağındakı televizor stendində olan 800 manat nağd pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 avqust 2024-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri. X10 massivi ərazisində olarkən Zərərçəkmiş şəxs6 yaşadığı fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək, yaşayış sahəsi hesab edilən həmin evin həyətyanı sahəsinə qanunsuz olaraq daxıl olub, evin qonaq otağının pəncərəsinin qarşısında olan zərər çəkmiş şəxsin qiymətləndirməsinə gorə 750 manat dəyərində bir ədəd “LG” markalı səs gücləndiricini gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 avqust 2024-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, Dəmiryol Yük həyəti ərazisində olarkən Zərərçəkmiş şəxs7 yaşadığı fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək, həmin evin həyətyanı sahəsinə, oradan isə evin plastik materialdan olan pəncərəsini istintaqa məlum olmayan bıçaqla açıb, yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin yataq otağındakı paltar dolabının içərisindən 204 manat dəyərində sarı rəngli üzərində “585” damğası olan 2,15 qram çəkidə 01 ədəd qızıl üzüyü, 206 manat dəyərində sarı rəngli üzərində “14k” damğası olan 2,17 qram çəkidə 01 ədəd qızıl üzüyü, 278 manat dəyərində sarı rəngli üzərində “14k” damğası olan 2.93 qram çəkidə 01 cüt qızıl sırğanı. 182 manat dəyərində sarı rəngliüzərində “585” damğası olan 1,91 qram çəkidə qızıl qolbağı, 203 manat dəyərində sarı rəngli üzərində “585” damğası olan 2,14 qram çəkidə qızıl boyunbağını, 215 manat dəyərində sarı rəngli üzərində “14k MİDAS” damğası olan 2,26 qram çəkidə qızıl boyunbağını, 10 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları, həmçinin “925” damğası olan 2.04 qram çəkidə 01 ədəd gümüş üzüyü, 30 manat dəyərində 6 qram çəkidə üzərlərində “925” damğası olan 02 ədəd gümüş boyunbağı və 01 ədəd gümüş qolbağı, 400 manat nağd pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 1728 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittiham aktında 8000 manatlıq məbləğdə oğurluq olunduğu göstərilsə də lakin o, qeyd olunan evdə o qədər məbləğdə heç nə olmamışdır. Belə ki, epizodlar üzrə Zərərçəkmiş şəxs8 məxsus evdən yalnız qızıl oğurlamış və 850 manata da satmışdır. Lakin həmin evdə pul olmamış və başqa əşya da oğurlamamışdır. Bundan başqa o, oğurluq etdiyi şəxsləri tanımadığı üçün hansı ünvanlardan nə oğurladığını dəqiq xatırlamır. Lakin evlərə baxış keçirərəkən təxmini bilmişdir ki, bir evin sahibi mühafizə işləyir. Ona görə üzdən görsə tanıya biləcəyini bildirdi. Ona görə bu evdən dəqiq nə götürdüyünü xatırlamır. İkinci epizod üzrə Zərərçəkmiş şəxs1 məxsus evdən bir manat belə olsun oğurlamamış və ümüumiyyətlə o evdə pul olmamışdır. Çünki ev iki mərtəbəli ev olsa da evdə heç bir şey olmayıb. Həmin evə pəncərədən daxil olsa da evdə heç bir əşya olmamış, yalnız yorğan döşək olmuşdur. Ev orta təmirli, yəni divarlar boş ağardılmış, döşəklər də yerdən yığılmışdır. O, hadisə yerinə gedəndə də bildirmişdir ki, həmin evdən oğurluq etməyib. Sadəcə istintaqda ona bildirmişlər ki, ev sahibi ekspertiza mərkəzinin rəhbərinin qohumunun evidir, ona görə qol çəkməlisən. Ona görə istintaqda məcburi qol çəkmişdir. Ona qol çəkməyəcəyi təqdirdə başının altından avtomat çıxacağını bildirmiş və o da əvvəllər də məhkum olduğu üçün hər şeyə bələd olduğuna görə qol çəkmişdir. Üçüncü epizod üzrə Zərərçəkmiş şəxs2 məxsus evdən yalnız qızıl əşyaları oğurlamış, həmin evdə pul olmamışdır. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1. 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra banklara olan kredit borclarını ödəyə bilməmişdir. Ona görə də oğurluq etmək qərarına gəlmişdir. 24 fevral 2024-cü il tarixdə saai 2 İ radələrində Sumqayıt şəhəri 52-ci məhəllə ərazisində olarkən oğurluq etmək üçün e\ axtarmışdır. Həmin vaxt qarşısına işıqları yanmayan bir həyət evi çıxmış və başa düşmüşdür ki. evdə heç kim yoxdur. O, həmin evin həyətinə gizlin daxil olduqdan sonra özündə olan tibbi əlcəkləri geyinmiş və bıçaqla evin pəncərəsini açıb evə daxil olmuşdur. Evdə bır qədər axtarış apardıqdan sonra evin 1-ci mərtəbəsində olan dolabdan karton qutunun içərisindən 01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzükdən ibarət qızıl komplekt, 01 ədəd qızıl üzük və 50 manat nağd pul tapıb onları cibinə qoymuş və evi tərk edib hadisə yerindən uzaqlaşmışdır. Oğurladığı qızılları sonradan 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsə hazırda xatırlamadığı məbləğə satmış, oğurladığı pullar və qızıllardan əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 11 mart 2024-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri X10 Massivi ərazisində olarkən oğurluq etmək üçün ev axtarmışdır. Həmin vaxt qarşısına qapısında qıfıl olan bir həyət evi çıxmış və başa düşmüşdür ki, evdə heç kim yoxdur. O. həmin evin həyətinə gizlin daxil olduqdan sonra özündə olan tibbi əlcəkləri geyinmiş və evin pəncərəsinin qarşısına həyətdə olan nərdivanı qoyub qalxmaqla bıçaqla evin plastik pəncərəsini açaraq evə daxil olmuşdur. Evdə bir qədər axtarış apardıqdan sonra yataq otağındakı şalvarın cibindən 2700 manat nağd pul, dolabdan 5200 manat nağd pul. 02 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa, mətbəx otağından 90 manat və 10 ABŞ dollar nağd pul. 01 ədəd qol saatı tapmış və onları cibinə qoyaraq evdən çıxıb hadisə yerindən uzaqlaşmışdır. Oğurladığı qızılları və qol saatını sonradan 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsə hazırda xatırlamadığı məbləğə satmış, oğurladığı pullar və qızıllardan əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 07 may 2024-cü il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri X10 Massivi ərazisində olarkən oğurluq etmək üçün ev axtarmış, həmin vaxt qarşısına çıxan mişar daşından inşa edilmiş həyət evinin işıqlarının yanmadığını görüb, başa düşmüşdür kı, evdə heç kim yoxdur. O, həmin evin həyətinə daxil olduqdan sonra özü ilə gətirdiyi tibbi əlcəklərini geyinmiş və evin plastik pəncərəsini üzərində olan bıçaqla açıb evə daxil olmuşdur. Evdə bir qədər axtarış apardıqdan sonra evin yataq otağındakı dolabdan 2000 manat pul. 01 ədəd paxlava formalı qızıl üzük, 01 ədəd kişi qızıl üzüyü, 01 ədəd qızıl üzük, qolbaq və sırğadan ibarət komplekt tapmış və onları götürüb evdən çıxmışdır. Sonra həyətdən çıxaraq hadisə yerindən uzaqlaşmışdır. Oğurladığı qızılları sonradan 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsə hazırda xatırlamadığı məbləğə satmış, oğurladığı pullar və qızıllardan əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 15 iyul 2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri 53-cü məhəllə ərazisində olarkən oğurluq etmək üçün ev axtarmışdır. Həmin vaxt qarşısına işıqları yanmayan bir həyət evi çıxmış və başa düşmüşdür ki, evdə heç kını yoxdur. O, həmin evin həyətinə gizlin daxil olduqdan sonra özündə olan tibbi əlcəkləri geyinmiş və bıçaqla evin pəncərəsini açıb evə daxil olmuşdur. Evdə bir qədər axtarış apardıqdan sonra evin yataq otağından 01 ədəd qızıl nişan üzüyü, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğadan ibarət komplekt, 01 ədəd başqa qızıl nişan üzüyü, 02 ədəd qızıl üzük, 01 ədəd qızıl qolbaq, 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl qabı tapıb onları cibinə qoymuş və evi tərk edib hadisə yerindən uzaqlaşmışdır. Oğurladığı qızılları sonradan 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsə hazırda xatırlamadığı məbləğə satmış, əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 31 iyul 2024-cü il tarixdə səhər təxminən saat 11 radələrində Sumqayıt şəhəri X10 Massivi ərazisində qarşısına çıxan həyətin giriş qapısının asma qıfıllı olduğu görüb həmin evdən təxminən 1000 manat dəyərində qızıl zinət əşyaları oğurlayacağını zənn edib, özü ilə gətirdiyi tibbi əlcəklərini geyinmişdir. Evin həyətinə hasardan aşma şolu ilə daxil olmuşdur. Evə həyətə açılan pəncərəni üzərində olan bıçaqla açıb daxil olmuşdur. Həmin evdə pul və ya qiymətli əşya axtarsa da tapa bilmədiyindən həmin evdən çıxmışdır. Bundan sonra həmin evdən çıxdıqdan təxminən 30 dəqiqə sonra dəmir yolunun yaxınlığında yerləşən bir mərtəbəli evin həyətin giriş qapısının asma qıfıl ilə bağlı olduğunu görüb evdə heç kim olmadığını dəqiqləşdirmişdir. Özü ilə gətirdiyi tibbi əlcəkləri geyinib hasardan evin həyətinə düşmüşdür. Evin yan hissəsində olan pəncərədə dəmir barmaqlıq olmadığını görüb həmin plastik pəncərəni özü ilə gətirdiyi mətbəx bıçağı ilə açıb evə daxil olmuşdur. Evdə hər tərəfi axtarmış, qonaq otağında televizorun üstündə olan polkadan 800 manat pul tapıb götürmüş və evin giriş qapısından çıxmaq istəyən zaman qapı açılmamış, qapının zamoku yerə düşmüşdür. Bundan sonra daxil olduğu pəncərədən çıxmışdır. 800 manat nağd pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 01 avqust 2024-cü il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhəri DYPİ-nin qeydiyyat şöbəsinin qarşısında avtobusdan düşmüşdür. Piyada təxminən 4 kilometr yol gedib həyət evlərinə baxmışdır ki, hansı evə girəcək. Bir mərtəbəli həyət evindən ailənin çıxıb qapını bağladıqlarını görüb qərara gəlmişdir ki, onlar uzaqlaşan kımı evə daxıl olsun. Həmin ev sakinləri uzaqlaşdıqdan sonra həyətə hasardan daxil olmuşdur. Tibbi əlcəkləri geyindikdən sonra evin pəncərəsində olan dəmir barmaqlığı həyətdə olan külünglə çıxarmışdır. Dahs sonra plastik pəncərəni özü ilə gətirdiyi bıçaqla açmışdır. Evə daxil olub pul və ya qiymətli əşya axtarsa da tapa bilməmişdir. Bu zaman bir cüt səs gücləndirici olduğunu görüb həmin səs gücləndiricidən birini özü ilə götürmüşdür. Həmin yerdən uzaqlaşanda səs gücləndiricinin yük olduğunu görüb xatırlamadığı ünvanda atmışdır. Bundan sonra həmin tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri X10 massivinə gəlmişdir. Həmin Bağlar massivində Sevimli marketin yaxınlığında bir mərtəbəli evin pəncərələrinin yola yaxın olduğunu görüb pəncərəni döyməyə başlamışdır. Heç kimin cavab vermədiyini görüb müəyyən etmişdir ki, evdə heç kim yoxdur. Bu zaman tibbi əlcəkləri geyinib plastik pəncərəni özü ilə gətirdiyi bıçaqla sıxıb atmışdır. Evə daxil olub pul və qızıl-zinət əşyaları axtarmağa başlamışdır. Yataq otağında paltar dolabından 200 manat nağd pul, xatırlamadığı məbləğdə qəpik pullar və 585 əyyarlı 02 ədəd üzük. 01 ədəd qolbaq. 01 cüt sırğa, 01 ədəd boyunbağı, 01 ədəd gümüş üzük və 01 ədəd gümüş boyunbağı oğurlayıb gəldiyi kimi də evdən çıxmışdır. Həmin əmlaklarından gümüş sepi gümüş olduğunu üçün xatırlamadığı ünvana atmışdır. Oğurladığı pulları online oyunda uduzmuşdur. Ona kimsə köməklik etməmiş, həmin oğurluq cinayətlərini tək törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bağ evindən oğurluq edilmişdir. Belə ki, o, əmisinin qara bayramında iştirak etmiş və bir gün sonra bağa gələrkən həyətdə itin öldüyünü görmüşdür. O, itin xəstələndiyini düşünsə də sonradan həkim gətirmişlər və həkim itin zəhərlənərək öldürüldüyünü bildirmişdir. Onlardan qabaq qardaşı evə getmiş və ona zəng edərək bildirmişdir ki, evdən oğurluq olunub. Sonradan o da həmin yerə gəlmiş və DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə polisə məlumat vermişdir. Sonra polis əməkdaşları evə gəlmiş və barmaq izləri götürmüş, evə baxış keçirib getmişlər. Evdən baha olmasa da anasına məxsus sırğa və iki ədəd üzük, qardaşına məxsus saat oğurlanmışdır. Bu hadisədən təxminən 1 həftə əvvəl də o, öz avtomobilini satmış və ucuz qiymətə avtomobil almış, pulun qalan hissəsini evdə anasının paltarlarının yığıldığı yerə qoymuşdur. O, təqsirləndirilən şəxsi tanımadığını, lakin hadisədən bir neçə gün sonra bu şəxsin valideyni zəng edib onlarla görüşmək istədiyini bildirmiş və o, razılıq vermişdir. O, hadisəni sırf bu adam edib-etməməsini dəqiq bilmir. Onun evindən avtomobilin satdıqdan sonra qalmış 2800-2900 manat pul, 4000 manat evdə olan pul, qardaşı sürücülük vəsiqəsi almaq üçün yığdığı pul 10 dollara yaxın pul olmuşdur. Tam xatırlamır, lakin təxminən 5000 manat civarında pul oğurlanmışdır. İttiham aktında qeyd olunmuş məbləğ doğrudur və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. O, ziyanının ödənilməsini istəsə də, onun həbsdə yatmasını istəmir və şikayətçi deyil. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Ona dəyən ziyan ödənilməyib. Növbəti iclasların iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onlara məxsus evdən səs gücləndirici və yoldaşına məxsus bijuteriyalar oğurlanmışdır. Bundan başqa evin mebellərini qırmışlar. Ümumilikdə ona 750 manatlıq ziyan vurulmuşdur. Ona dəymiş ziyan ödənilməmiş və hazırda təqsirləndirilən şəxsdən də şikayətçi deyildir. Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Ona dəymiş zərər ödənilməyib. Növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl evlərindən oğurluq olunmuşdur. Belə ki, o, səhər saat 7 radələrində işə getmiş və axşam saat 9-10 arası evə qayıdarkən evdən oğurluq olduğunu müəyyən etmişdir. Evdən qızıllar və pulları oğurlanmışdır. Ailə üzvləri rayonda olduğu üçün o, dərhal ailəsinə məlumat vermiş və ona bildirmişlər ki, dərhal polisə məlumat versin. Bu səbəbdən o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, evə daxil olarkən görmüşdür ki, evin pəncərəsi açılaraq içəri daxil olublar və həmin gün yağışlı hava olduğundan evdə ayaq izləri düşmüşdür. Yataq otağından 3 dənə üzük, biri özünə, ikisi isə yoldaşına məxsus olmuşdur. Bundan başqa sırğa və qolbaq, həmçinin 2000 manat pul oğurlanmışdır. Təxminən evindən ümümilikdə 6000-7000 manat ona ziyan dəymişdir. İttihamda yazılanları qəbul etdiyini bildirdi. Ona dəymiş ziyan ödənilməmişdir və bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Növbəti məkhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, bu hadisədən 3 il əvvəl də onun evindən üzüyü və pulları oğurlanmışdır. Lakin bu hadisədə onun evində əşyaları dağıdılsa da evindən heç bir şey oğurlanmamışdır. Sadəcə evinin pəncərəsini yararsız vəziyyətə salmışlar. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, O, toydan evə qayıdarkən evin dağılmış vəziyyətdə olduğunu və evə baxarkən qızıllarının oğurlandığını müəyyən etmişdir. Onun evindən qızıl komplekt və üzük oğurlanmışdır. Təxminən beş mindən yuxarı komplekt qızılın dəyəri olmuş, 1870 manat qızıl sırğa, 495 manat dəyərində bir ədəd qızıl üzük oğurlanmışdır. O, ittiham aktında yazılan məbləğlə razı olduğunu bildirdi. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Buna baxmayaraq təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, yaşadığı ev bir mərtəbəlidir, evin pəncərələrinin birindən başqa hamısının dəmir barmaqlıqları vardır. O, hər gün saat 07 radələrində evdən çıxaraq işə gedir və saat 20 radələrində evə qayıdır. Arvadı İlhamə də hər gün saat 07 radələrində evdən çıxıb işə gedir və saat 20:30 radələrində evə qayıdır. 31 iyul 2024-cü il tarixdə də həmişə olduğu kimi arvadı ilə saat 07 radələrində evlən çıxıb işə getmişlər. Həmin gün saat 19:30 radələrində o. evə qayıtdıqda evin giriş qapısının kilidinin sınmış vəziyyətdə olduğunu və dəmir barmaqlıq olmayan pəncərənin açıq olduğunu görmüşdür. O, başa düşmüşdür ki, evə kimsə daxil olmuş və bu səbəbdən DİN «102» xidmətinə zəng vurub məlumat vermişdir. Polis əməkdaşları gələnə kimi isə evə daxil olub baxmış və evdən qonaq otağındakı televizorun üzərinə qoyduğu 800 manat nağd pulunun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Evdən başqa heçnə oğurlanmamış, ona 800 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, lakin şikayətçi deyildir. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməyib, lakin şikayətçi deyildir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 01 avqust 2024-cü il tarixdə DİN «102» xidmətinə zəng vurmaqla və 5-ci polis bölməsinə ərizə yazmaqla o, şikayət etmişdir. 01 avqust 2024-cü il tarixdə saat 16 radələrindən saat 20 radələrinədək yaşadığı evdə heç kim olmamışdır. Saat 20 radələrində yaşadığı evə gələn zaman evin pəncərəsinə müdaxilə olunduğunu aşkar etmiş və başa düşmüşdür ki, evə kimsə girib oğurluq etmişdir. O, evə baxdıqda müəyyən etmişdir kı. evin yataq otağındakı şkafın dolabından 1 ədəd 1,90 qram çəkidə 585 əyyarlı Türkiyə istehsallı qızıl qolbaq, 1 ədəd 2,17 qram çəkidə 585 əyyarlı Türkiyə istehsallı qızıl üzük, 1 ədəd 2,15 qram çəkidə 585 əyyarlı Türkiyə istehsallı qızıl üzük, 1 cüt 2,93 qram çəkidə 585 əyyarlı Türkiyə istehsallı qızıl sırğa, 1 ədəd 2,26 qram çəkidə 585 əyyarlı Türkiyə istehsallı qızıl boyunbağı. 1 ədəd 2,15 qram çəkidə 585 əyyarlı Türkiyə istehsallı qızıl boyunbağı, 1 ədəd 2,07 qram çəkidə 925 əyyarlı gümüş üzük, 6 qram çəkidə 925 əyyarlı 02 ədəd gümüş boyunbağı və 1 ədəd gümüş qolbaq oğlurlanmışdır. Evdən həmçinin 200 manat kağız nağd pul və 200 manat civarında 50 qəpiklik dəmir pullar oğurlanmışdır. Qeyd etmişdir ki, qızıllardan 1 ədəd qolbaq. 1 ədəd üzük. 1 ədəd boyunbağı, 1 cüt sırğaya 800 manat pul verib almış, digər 1 ədəd üzüyü 200 manata. 1 ədəd qızıl boyunbağını isə 250 manata almışdır. Gümüş əşyalara isə ümumilikdə 200 manat pul vermişdir. Ona ümumilikdə 1850 manat məbləğində maddi ziyan vurulmuşdur. Qızıl-zinət əşyaları arvadına məxsus olsa da, həmin qızılları faktiki olaraq arvadına o, almış və maddi ziyan ona dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, şikayətçi deyildir. Zərərçəkmiş şəxs7 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilib, şikayətçi deyildir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 06 iyul 2024-cü il tarixə kimi atası xəstə olduğu müddətdə ailəvi olaraq atasının yanında qalmışlar, həmin vaxt evlərində heç kim olmamışdır. 22 iyul 2024cü il tarixdə ailəsi ilə evlərinə qayıtmışlar. 23 iyul 2024-cü il tarixdə evdə olarkən aşkar etmişdir ki, yataq otağında onun arvadına aldığı qızıl-zinət əşyaları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, dərhal bu barədə DİN 102 xidmətinə məlumat vermiş, həmin vaxt evlərinə polis əməkdaşları gəlmişlər və ondan ərizə, izahat almışlar. Evlərindən yataq otağından arvadına aldığı 850 manat dəyərində 1 ədəd 10 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı (nişan üzüyü) üzük, 425 manat dəyərində 1 ədəd 5 qram çəkidə 585 əyyarlı brilliant qaşlı Rusiya istehsallı üzük, 850 manat dəyərində 1 komplekt 10 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı 01 ədəd üzük, 01 cüt sırğa, 850 manat dəyərində 1 ədəd 10 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı (nişan üzüyü) üzük, 340 manat dəyərində 2 ədəd 2 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı üzük, 255 manat dəyərində 1 ədəd 3 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı qolbaq. 467 manat dəyərində 1 ədəd 5,5 qram çəkidə 585 əyyarlı Rusiya istehsallı boyunbağı, 10 manat dəyərində 01 ədəd Çin istehsallı qızıl qabı oğurlanmışdır. Ona ümumilikdə 4000-4500 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür kı, Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 708Q nömrəli həyət evinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür kı, Zərərçəkmiş şəxs5 məxsus Sumqayıt şəhəri, X10ı, fərdi evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə saat 17:25-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 247/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-336/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 02 ay, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-382/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 23 fevral 2025-ci il tarixədək uzadılmışdır. - xx.xx.2024-cü il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl-zinət əşyalarına baxış zamanı müəyyən edilmişdir ki, həmin əşyalar 01 ədəd 585 əyyarlı Türkiyə istehsallı qızıl qolbaq, 01 ədəd 58'5 əyyarlı Türkiyə istehsallı qızıl üzük, 01 ədəd 585 əyyarlı Türkiyə istehsallı qızıl üzük, 01 cüt 585 əyyarlı Türkiyə istehsallı qızıl sırğa, 01 ədəd 585 əyyarlı Türkiyə istehsallı qızıl boyunbağı, 01 ədəd 585 əyyarlı Türkiyə istehsallı qızıl boyunbağı, 01 ədəd 925 əyyarlı gümüş üzükdən ibarətdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi qızıl-zinət əşyalarını 01 avqust 2024-cü il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evindən oğurlamışdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür kı, Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, X10ı, 2-ci məhəllə, fərdi evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür kı, Zərərçəkmiş şəxs7 məxsus Sumqayıt şəhəri, X10ı, fərdi evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür kı, Zərərçəkmiş şəxs6 məxsus Sumqayıt şəhəri, Dəmiryol yük həyəti, fərdi evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələrinə tövsif edilmişdir. - xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda videogörüntünün 01 dəqiqə 50 saniyə müddətində olması müəyyən olunur. Videogörüntüdə bir nəfər əynində göy rəngli cins şalvar, qara rəngli qısaqol köynək və qara rəngli kepka olan kişi cinsli şəxs Zərərçəkmiş şəxs4 qızma məxsus evin həyətində ətrafa hər dəfə nəzarət etməklə evin 2-ci mərtəbəsinə qalxan pilləkənin üzərindən bel götürüb həmin bel ilə evin plastik pəncərəsini sıxıb açır, sonra isə pillkənin altına girir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə göy rəngli cins şalvar və qara rəngli qısaqol köynəkdə olan şəxsin onun özünün olduğunu və videogörüntüdən də göründüyü kimi evə daxil olmaq üçün həyətdən götürdüyü bellə evin pəncərəsini açdığını bildirmişdir. - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs oğurluq cinayətlərini hansı qaydada törətdiyini hadisə yerlərində əyani olaraq göstərmişdir. Fotoşəkillər iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il şərti sınaq müddəti təyin olunmaqla 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarına əsasən cəzası 05 ay 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti sona çatdığına görə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1, 68.1.1-1ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası bitmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-907/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə bir icraatda ********* nömrə altında davam etdirilmiş, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür kı, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, X10ı, fərdi evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4513 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3655 manat müəyyən edilir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 məxsus Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən bağ evinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Yaşıldərə massivi, Kəngərli küçəsi, fərdi evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 ay olmaqla 04 aya kimi, yəni 23 yanvar 2025-ci il tarixdən 23 fevral 2025-ci il tarixədək uzadılmışdır. - məhkəmə fıziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 6/5441- 9/10083 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən 08 adda məmulatların 2024-cü ilin iyul-avqust aylarına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1328 manat müəyyən edilir. Qərarda qeyd edilən, lakin tədqiqata təqdim edilməyən digər 1 ədəd «LG» markalı səsgücləndirici haqqında kifayət qədər məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. - məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/10041 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 11 adda qızıl-zinət əşyalarının 2024-cü ilin fevral-iyul aylarına olan orta qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6674 manat 50 qəpik müəyyən olunur. Digər 2 adda mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 29.177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4, 29.177.2.2 və 29.177.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə elan edilmiş ittiham dəyişdirilərək ona CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 186-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 585 əyyarlı Türkiyə istehsallı qızıl qolbaq, 01 ədəd 585 əyyarlı Türkiyə istehsallı qızıl üzük, 01 ədəd 585 əyyarlı Türkiyə istehsallı qızıl üzük, 01 cüt 585 əyyarlı Türkiyə istehsallı qızıl sırğa, 01 ədəd 585 əyyarlı Türkiyə istehsallı qızıl boyunbağı, 01 ədəd 585 əyyarlı Türkiyə istehsallı qızıl boyunbağı, 01 ədəd 925 əyyarlı gümüş üzük, hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxta görə, üzərində hadisənin izlərini saxladığına görə maddi sübut kimi tanınmış, qızıl-zinət əşyalarının zərər çəkmiş şəxsə qaytarılması, 01 ədəd diskin isə cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır. - Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Cinayət işi üzrə ona məxsus maddi sübut olan iki ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq, iki ədəd qızıl üzük və bir ədəd gümüş üzüyü saxlanılması üçün təhvil almışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici və zərərçəkmiş şəxslərin ifadələri, baxış və götürmə protokolu, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü verilən ittihamla qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı izahatlarında, ifadələrində zərərçəkmiş şəxslərin evindən oğurluq etməsini etiraf etmiş, təqsirləndirilən şəxsin ifadələri müdafiəçinin də iştirakı ilə yerində yoxlanılarkən təqsirləndirilən şəxs qeyd olunan zərərçəkmiş şəxslərə münasibətdə ibtidai istintaq zamanı verdiyi ifadələrindəki xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının: - 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. - 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. - 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. -19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. - 21-ci bəndinə görə, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olması, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsi aydınlaşdırılmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. -27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. - 27.2-ci maddəsinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. -9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1, 68.1.1-1ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası bitmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs beş zərərçəkmiş şəxslə barışması və bir zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində cəzasını ağırlaşdıran halın olmasını, eləcə də yeddi zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməməsi halını, eləcə də cəza çəkdiyi müddətdə, həmçinin məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətməsi, cinayət əməlinin törədilməsi hallarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza təyin olunmuş yeni cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl-zinət əşyalarının Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 228,00 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-261/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 207 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 134 (bir yüz otuz dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza Təqsirləndirilən şəxs hazırda təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl-zinət əşyalarının Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 228,00 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 134 (bir yüz otuz dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar